Məhkəmə qərarları › İş №e-2(012)-4076/2023

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №e-2(012)-4076/2023

30.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № e-2(012)-4076/2023 30.12.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Məşədiyeva Fidan Eynur qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətə qarşı müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi və maneənin aradan qaldırılması tələbi, iddiaçı X4 Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətə qarşı müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi və maneənin aradan qaldırılması tələbi, iddiaçı X1 Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətə qarşı müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi və maneənin aradan qaldırılması tələbinə dair iddia ərizələri üzrə mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətə qarşı müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi və maneənin aradan qaldırılması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyət ilə onun arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 54 saylı müqavilə üzrə öhdəliklərin Cavabdeh MMC tərəfindən icra edilməsi, ünvan 1 ünvanında Cavabdeh MMC tərəfindən inşa edilmiş binanın 2-ci blokunun 15-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 68.55 kv.m olan 1 otaqlı, 83 saylı mənzilin ona təhvil verilməsi, onun həmin mənzilə olan alıcı, istifadə, sahiblik və mülkiyyət hüquqlarının bərpa edilməsi, ünvan 1 ünvanında Cavabdeh MMC tərəfindən inşa edilmiş binanın 2-ci blokunun 15-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 68.55 kv.m olan 1 otaqlı, 83 saylı mənzildən onun istifadə hüququnun qarşısındakı maneələrin aradan qaldırılması, onun mənzildən istifadə, mülkiyyət və sahiblik hüquqlarının həyata keçirilməsinə maneələr yaradılmasının cavabdehə və digər şəxslərə qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı X7 Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətə qarşı müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi və maneənin aradan qaldırılması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyət ilə onun arasında bağlanmış xx.xx.2011-ci il tarixli, 130 saylı müqavilə üzrə öhdəliklərin Cavabdeh MMC tərəfindən icra edilməsi, ünvan 1 ünvanında Cavabdeh MMC tərəfindən inşa edilmiş binanın 3-cü blokunun 7-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 102.24 kv.m olan 2 otaqlı, 45 saylı mənzilin ona təhvil verilməsi, onun həmin mənzilə olan alıcı, istifadə, sahiblik və mülkiyyət hüquqlarının bərpa edilməsi, ünvan 1 ünvanında Cavabdeh MMC tərəfindən inşa edilmiş binanın 3-cü blokunun 7-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 102.24 kv.m olan 2 otaqlı, 45 saylı mənzildən onun istifadə hüququnun qarşısındakı maneələrin aradan qaldırılması, onun mənzildən istifadə, mülkiyyət və sahiblik hüquqlarının həyata keçirilməsinə maneələr yaradılmasının cavabdehə və digər şəxslərə qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı X3 Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətə qarşı müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi və maneənin aradan qaldırılması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyət ilə onun arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 180 saylı müqavilə üzrə öhdəliklərin Cavabdeh MMC tərəfindən icra edilməsi, ünvan 1 ünvanında Cavabdeh MMC tərəfindən inşa edilmiş binanın 2-ci blokunun 6-cı mərtəbəsində yerləşən, ümumi sahəsi 69.15 kv.m olan 1 otaqlı, 30 saylı mənzilin ona təhvil verilməsi, onun həmin mənzilə olan alıcı, istifadə, sahiblik və mülkiyyət hüquqlarının bərpa edilməsi, ünvan 1 ünvanında Cavabdeh MMC tərəfindən inşa edilmiş binanın 2-ci blokunun 6-cı mərtəbəsində yerləşən, ümumi sahəsi 69.15 kv.m olan 1 otaqlı, 30 saylı mənzildən onun istifadə hüququnun qarşısındakı maneələrin aradan qaldırılması, onun mənzildən istifadə, mülkiyyət və sahiblik hüquqlarının həyata keçirilməsinə maneələr yaradılmasının cavabdehə və digər şəxslərə qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 14 noyabr 2023-cü il tarixli, e-2(012)-4082/2023 saylı qərardadına əsasən, iddiaçı X1 Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətə qarşı müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi və maneənin aradan qaldırılması tələbinə dair e-2(012)-4082/2023 saylı mülki iş, İddiaçı Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətə qarşı müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi və maneənin aradan qaldırılması tələbinə dair e-2(012)-4076/2023 saylı mülki işlə birləşdirilmişdir. Abşeron Rayon Məhkəməsinin 14 noyabr 2023-cü il tarixli, e-2(012)-4080/2023 saylı qərardadına əsasən, iddiaçı X4 Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətə qarşı müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi və maneənin aradan qaldırılması tələbinə dair e-2(012)-4080/2023 saylı mülki iş, İddiaçı Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətə qarşı müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi və maneənin aradan qaldırılması tələbinə dair e-2(012)-4076/2023 saylı mülki işlə birləşdirilmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçılar X5 və X2, Cavabdehnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçısının izahatını dinləyib, mülk iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən baxılmamış saxlanılmalıdır. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Cavabdeh MMC ilə X7 arasında bağlanmış xx.xx.2011-ci il tarixli, 130 saylı müqavilənin surətindən görünür ki, satıcı ünvan 2 ünvanında inşa edilən 14 mərtəbəli yaşayış evinin blok İİİ, 6-cı mərtəbəsində yerləşən, ümumi sahəsi 102.24 kv.m olan, 2 otaqdan ibarət 45 saylı mənzili, hər kv.m üçün 360 manat, ümumi məbləği 36807 manata 24 ay müddəti ərzində tamamlayıb alıcıya təhvil verməyi öhdəsinə götürmüşdür. -Cavabdeh MMC ilə X3 arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 180 saylı müqavilənin surətindən görünür ki, satıcı ünvan 2 ünvanında inşa edilən 14 mərtəbəli yaşayış evinin blok İİ, 6-cı mərtəbəsində yerləşən, ümumi sahəsi 69.15 kv.m olan, 1 otaqdan ibarət 30 saylı mənzili, hər kv.m üçün 380 manat, ümumi məbləği 26277 manata 18-24 ay müddəti ərzində tamamlayıb alıcıya təhvil verməyi öhdəsinə götürmüşdür. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 259.0.1. maddəsinə əsasən, məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə məhkəmə ərizəni baxılmamış saxlayır. 385.1 maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, tələbkarın isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 389.1 maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 399.1-ci maddəsinə əsasən, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1 maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 567 maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 405.1 maddəsinə əsasən, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Qanunun tələblərindən və mülki iş materiallarına əlavə olunmuş sənədlərdən göründüyü kimi, tərəflər arasında mənzillərin təhvil verilməsinə dair razılaşma yaranmış və cavabdeh qeyd olunan mənziləri tikinti işləri başa çatdıqdan sonra 24 ay ərzində alıcılara təhvil verməsinə dair öhdəlik götürərək müqavilə tərtib etmişdir. Lakin həmin vaxtdan uzun müddət keçməsinə baxmayaraq, mənzillər təhvil verilməmiş və tərəflər arasında pretenziya qaydalarına riayət edilməmişdir. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “31” mart 2011-ci il tarixli № 3 nömrəli Qərarındakı hüquqi mövqeyə görə, 4.1. Bəzi kateqoriya işlər üçün mübahisənin qabaqcadan məhkəmədənkənar həll edilməsi qaydası müəyyən edilə bilər. Azərbaycan Respublikası MPM-nin 259.0.1-ci maddəsinə görə həmin əsasla ərizənin baxılmamış saxlanılmasına yalnız o hallarda yol verilir ki, bu ya qanunvericilikdə, yaxud da tərəflər arasında bağlanılmış müqavilə ilə həll edilmiş olur. Məsələn: Azərbaycan Respublikası Əmək Məcəlləsinin 294-cü maddəsinin 2-ci hissəsinə görə kollektiv müqavilələrdə nəzərdə tutulmuş hallarda müəssisələrdə həmkarlar təşkilatının nəzdində fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqanın yaradılması nəzərdə tutula bilər; Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; Azərbaycan Respublikası MPM-nin 4.3-cü maddəsinə görə əgər qanunla müəyyən kateqoriya iqtisadi kommersiya mübahisələri üçün məhkəməyə qədər nizamlama (pretenziya) qaydası müəyyən olunarsa və yaxud bu, tərəflər arasında müqavilə ilə nəzərdə tutularsa, mübahisə həmin qaydaya riayət edildikdən sonra iqtisad məhkəməsinin həllinə verilə bilər. 4.2. Məhkəmələrə izah edilsin ki, məhkəmədənkənar həlli qaydası müəyyən edilmiş işlər üzrə ərizələr yalnız o hallarda baxılmamış saxlanıla bilər ki, həmin qaydanın tətbiq edilməsi imkanı itirilməmiş olsun. Əks halda ərizə baxılmamış saxlanılmalı deyil, Azərbaycan Respublikası MPM-nin 261.0.9-cu maddəsinə müvafiq olaraq işin icraatına xitam verilməlidir. Göründüyü kimi, mülki prosessual qanunvericilik məhkəmə tərəfindən iddia ərizəsinin baxılmamış saxlanılması əsaslarından biri kimi tərəflərin mübahisənin məhkəmədən kənar qaydada həlli üsulu olaraq pretenziya qaydasına riayət edilməsinin zərurliyini istisna etməmişdir. Məhkəmə Plenum Qərarına istinad edərək belə qənaətə gəlir ki, hazırki iş üzrə iddiaçılar müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi və maneənin aradan qaldırılmasına dair iddia ərizələri ilə məhkəməyə müraciət etdikləri halda, həmin mənzillərin aidiyyəti üzrə iddiaçılara təhvil verilməsi və digər məsələlərlə bağlı cavabdeh tərəfindən öhdəliyin yerinə yetirilməsinə dair xəbərdarlıq məktubu ilə müraciət etmək imkanları olduğu və bu imkanı itirmədikləri halda göstərilən qaydaya riayət etməmiş, məhkəmədən kənar pretenziya qaydasına riayət etmək imkanını itirdikləri halda, itirmələrinə dair mötəbər, əsaslı sübutlarını isə məhkəməyə təqdim etməmişlər. Məhkəmə mülki iş materiallarını tədqiq edərkən iddiaçılar tərəfindən bu qaydaya riayət edilmədiyini müəyyən etmişdir. Beləliklə də, müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi və maneənin aradan qaldırılmasına tələblərinə dair iddia ərizələri ilə məhkəməyə müraciət edən iddiaçılar məhkəməyə müraciət etməzdən öncə pretenziya qaydasına riayət etməli olduğu halda, həmin tələbə riayət olunmasına dair sənədi iddia ərizəsinə əlavə etmədiklərindən məhkəmə iddia ərizəsinin baxılmamış saxlanılması qərarına gəlir. Mülki Prosessual Məcəllənin: 260.1. maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. 260.2. maddəsinə əsasən qərardadda bu Məcəllənin 259-cu maddəsində qeyd edilən işin baxılmasına mane olan halların necə aradan qaldırılması göstərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 260.1, 260.6, 263, 264 və 268.1. maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətə qarşı müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi və maneənin aradan qaldırılması, iddiaçı X4 Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətə qarşı müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi və maneənin aradan qaldırılması, iddiaçı X1 Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətə qarşı müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi və maneənin aradan qaldırılması tələbinə dair iddia ərizələri baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar