Məhkəmə qərarları › İş №2(011)-117/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-117/2024

15.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-117/2024 15.02.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi, İddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil Məmmədəli oğlunun, Cavabdeh3 etibarnamə üzrə nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdeh1 MTK-ya, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və X5 qarşı “müqavilələrin etibarsız hesab edilməsi və mənzillərin boşaldılaraq təhvil verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsinin dəlilləri: İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil Cavabdeh1 MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 MTK-dan 79 saylı müqavilə əsasında, ona məxsus olan Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, 2942 B saylı 16 mərtəbəli yaşayış binasının 1-ci blok, 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 98.2 kv.metr olan, 2 otaqdan ibarət 3 saylı mənzilin; 80 saylı müqavilə əsasında, ona məxsus olan Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, 2942 B saylı 16 mərtəbəli yaşayış binasının 1-ci blok, 15-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 98.2 kv.metr olan, 2 otaqdan ibarət 199 saylı mənzilin; 71 saylı müqavilə əsasında, ona məxsus olan Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, 2942 B saylı 16 mərtəbəli yaşayış binasının 1-ci blok, 13-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 91.2 kv.metr olan, 2 otaqdan ibarət 78 saylı mənzilin; 128 saylı müqavilə əsasında, ona məxsus olan Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, 2942 B saylı 16 mərtəbəli yaşayış binasının 1-ci blok, 16-cı mərtəbəsində yerləşən, ümumi sahəsi 98.2 kv.metr olan, 2 otaqdan ibarət 206 saylı mənzilin maneələr aradan qaldırılaraq ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2010-cı il tarixdə Cavabdeh1 MTKdan Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, 2942 B saylı yaşayış binasında yerləşən 4 ədəd, iki otaqlı mənzilər almışdır. Həmin mənzillərdən birincisi, Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, 2942 B saylı 16 mərtəbəli yaşayış binasının 1-ci blok, 1-ci mərtəbə, ümumi sahəsi 98.2 k/m, 2 otaqdan ibarət, olan 3 saylı mənzili 14 aprel 2010-cu il tarixdə 79 saylı müqavilə əsasında dəyərini 39.280 manat tam ödəyərək almışdır. İkincisini, Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, 2942 B saylı 16 mərtəbəli yaşayış binasının 1-ci blok, 15-ci mərtəbə, ümumi sahəsi 98.2 k/m, 2 otaqdan ibarət, olan 199 saylı mənzili 16 iyun 2010-cu il tarixdə 80 saylı müqavilə əsasında dəyərəni 39.280 manat tam ödəyərək almışdır. Üçüncüsünü, Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, 2942 B saylı 16 mərtəbəli yaşayış binasının 1-ci blok, 13-ci mərtəbə, ümumi sahəsi 91.2 k/m, 2 otaqdan ibarət, olan 78 saylı mənzili 01 may 2010-cu il tarixdə 71 saylı müqavilə əsasında dəyərəni 3.6480 manat tam ödəyərək almışdır. Dördüncüsünü isə Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, 2942 B saylı 16 mərtəbəli yaşayış binasının 1-ci blok, 16-ci mərtəbə, ümumi sahəsi 98.2 k/m, 2 otaqdan ibarət, olan 206 saylı mənzili 22 sentyabr 2010-cu il tarixdə 128 saylı müqavilə əsasında dəyərini 39.280 manat tam ödəyərək almışdır. Həmin mənzilə dair müqavilə bağlayarkən Cavabdeh1 MTK-nın direktoru X6 iddiaçıya bildirmişdir ki, iki il ərzində binanı tikib mənzilləri ona təhvil verəcək. Bina tam hazır olmasa da bir çox vətəndaşlar onlara müqavilə əsasında məxsus olan mənzillərində, bəzi təmir-tikinti işləri aparırlar. Buna görə də iddiaçı cavabdehə müraciət edərək mənzillərini və giriş qapılarının açarlarını verilməsini xahiş etsə də cavabdeh cürbəcür bəhanələr gətirərək mənzilləri təhvil verməkdən imtina edirdi. Daha sonra iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən, ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, 2942 B saylı 16 mərtəbəli yaşayış binasının 1-ci blok, 13-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 91.2 kv.metr olan, 2 otaqdan ibarət 78 saylı mənzilə dair Cavabdeh1 MTK ilə Cavabdeh2 arasında bağlanmış 30 aprel 2014-cü il tarixli, 78 saylı müqavilənin etibarsız hesab edilməsi və mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi, Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, 2942 B saylı 16 mərtəbəli yaşayış binasının 1-ci blok, 16-cı mərtəbəsində yerləşən, ümumi sahəsi 98.2 kv.metr olan, 2 otaqdan ibarət 206 saylı mənzilə dair Cavabdeh1 MTK ilə Cavabdeh4 arasında bağlanmış 24 fevral 2015-ci il tarixli 206 saylı müqavilənin etibarsız hesab edilməsi və mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi, Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, 2942 B saylı 16 mərtəbəli yaşayış binasının 1-ci blok, 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 98.2 kv.metr olan, 2 otaqdan ibarət 3 saylı mənzilə dair Cavabdeh1 MTK ilə Cavabdeh3 arasında bağlanmış 16 mart 2017-ci il tarixli 03 saylı müqavilənin etibarsız hesab edilməsi və mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi, Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, 2942 B saylı 16 mərtəbəli yaşayış binasının 1-ci blok, 15-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 98.2 kv.metr olan, 2 otaqdan ibarət 199 saylı mənzilə dair Cavabdeh1 MTK ilə cavabdeh X8 arasında bağlanmış 22 fevral 2017-ci il tarixli 199 saylı müqavilənin etibarsız hesab edilməsi və mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etmiş və iddia ərizəsinin məzmununa uyğun izahat vermişdir. Məhkəmə iclasında Cavabdeh3 etibarnamə üzrə nümayəndəsi X7 iddia tələbini qəbul etməyərək onun rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş digər cavabdehlər məhkəməyə gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşin faktiki halları: İddiaçı ilə Cavabdeh1 MTK arasında Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, 2942 B saylı 16 mərtəbəli yaşayış binasında yerləşən mənzillərə dair 14 aprel 2010-cu il, 01 may 2010-cu il, 22 sentyabr 2010-cu il və 16 iyun 2010-cu il tarixli müqavilələr bağlanmışdır. Müqavilələrə əlavə edilmiş ödəniş cədvəllərinə əsasən iddiaçı həmin binada 1-ci blok, 13-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 91.2 kv.metr olan, 2 otaqdan ibarət 78 saylı, 1-ci blok, 16-cı mərtəbəsində yerləşən, ümumi sahəsi 98.2 kv.metr olan, 2 otaqdan ibarət 206 saylı, 1-ci blok, 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 98.2 kv.metr olan, 2 otaqdan ibarət 3 saylı, 1-ci blok, 15-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 98.2 kv.metr olan, 2 otaqdan ibarət 199 saylı mənzillərin dəyərini ödəmişdir. İddiaçı müqavilələr əsasında MTK-dan aldığı mənzillərin MTK tərəfindən digər cavabdehlər olan Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və X1 iddia edərək həmin mənzillərə dair kooperativlə cavabdehlər arasında bağlanmış müqavilələrin etibarsız hesab edilməsini və mənzillərin boşaldılaraq ona təhvil verilməsini tələb etmişdir. Məhkəmə iclasında izahat verən Cavabdeh1 MTK-nın direktoru X6 bildirmişdir ki, iddiaçının istinad etdiyi mənzillər digər cavabdehlərə satılmış və həmin vətəndaşlar öz mülkiyyət hüquqlarının qeydiyyata aldırmaqla mənzillərə dair çıxarışlar əldə etmişlər. Eyni zamanda MTK rəhbəri bildirmişdir ki, iddiaçıya onun tərəfindən hər hansı mənzil satılmayıb və müqavilədə olan imzalar ona aid deyil. Məhkəmə tərəfindən V.Bayrmaovun izahatında qeyd edilən məsələlərin yoxlanılması üçün mülki iş üzrə kompleks (sənədlərin texniki ekspertizası və məhkəmə xətşünaslıq ekspertizası) məhkəmə ekspertizası təyin edilmişdir. İş materiallarında olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 08 dekabr 2023-cü il tarixli məhkəmə-xətşünaslıq ekspertizasına dair rəyə əsasən, ekspertizaya təqdim edilmiş, mülki işin 11-12-ci vərəqlərində olan 01 may 2010-cu il tarixli 71 nömrəli “Müqavilə”nin 2-ci vərəqində “Tərəflərin ünvanı” hissəsində “Direktoru: V.S.Bayramov” yazılarının aşağı hissəsində olan imza; mülki işin14-15-ci vərəqlərində olan 14 aprel 2010-cu il tarixli 79 nömrəli “Müqavilə”nin 2-ci vərəqində “Tərəflərin ünvanı” hissəsində “Direktoru: V.S.Bayramov” yazılarının aşağı hissəsində olan imza; mülki işin 17-18-ci vərəqlərində olan 22 sentyabr 2010-cu il tarixli 128 nömrəli “Müqavilə”nin 2-ci vərəqində “Tərəflərin ünvanı” hissəsində “Direktoru: V.S.Bayramov” yazılarının aşağı hissəsində olan imza; mülki işin 20-21-ci vərəqlərində olan 16 iyun 2010-cu il tarixli 80 nömrəli “Müqavilə”nin 2-ci vərəqində “Tərəflərin ünvanı” hissəsində “Direktoru: V.S.Bayramov” yazılarının aşağı hissəsində olan imza X6 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Həmçinin iş materiallarında olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 05 oktyabr 2023-cü il tarixli sənədlərin texniki ekspertizasına dair rəyə əsasən, tədqiqata təqdim edilmiş İddiaçı adına verilmiş 01 may 2010-cu il tarixli, 71 nömrəli; 14 aprel 2010-cu il tarixli, 79 nömrəli; 22 sentyabr 2010-cu il tarixli, 128 nömrəli; 16 iyun 2010-cu il tarixli, 80 nömrəli müqavilələrin və ödəniş cədvəllərin üzərlərində olan möhür əksləri relyef klişedən sənədlərin üzərlərinə bir başa vurulmuşdurlar. Tədqiqata təqdim edilmiş İddiaçı adına verilmiş 01 may 2010-cu il tarixli, 71 nömrəli; 14 aprel 2010cu il tarixli, 79 nömrəli; 22 sentyabr 2010-cu il tarixli, 128 nömrəli; 16 iyun 2010-cu il tarixli, 80 nömrəli müqavilələrin və ödəniş cədvəllərin üzərlərində olan “Azərbaycan Respublikası Mənzil-Tikinti Kooperativi Cavabdeh1 MTK” məzmunlu möhür əksləri eksperimental və sərbəst nümunə qismində təqdim edilmiş “25 yanvar 2010-cu il tarixli 138 saylı” müqavilədəki eyni məzmunlu möhür əksləri ilə eynilik təşkil etmirlər. Cavabdeh3 məxsus çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, 2942 B məhəllə, mənzil 3 yeni qaydalarla ünvan 2 kimi qeyd edilmişdir. “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə verilmiş sorğulara əsasən müəyyən edilmişdir ki, ünvan 1 ünvanında yerləşən mənzil Cavabdeh2, ünvan 2 ünvanında yerləşən mənzil Cavabdeh3, ünvan 3 ünvanında yerləşən mənzil X4 mülkiyyətindədir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 140-cı maddəsinə əsasən, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 152.1-ci maddəsinə əsasən-mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 158.3-cü maddəsinə əsasən əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmasına münasibətdə vicdanlı olsun. 178.1-ci maddəsinə əsasən-daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. 337.1 və 337.2-ci maddələrinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 452.1-ci maddəsinə görə fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə araşdırması zamanı iddiaçı özünün mənzillərlə bağlı mövcud olan müqavilələrinin olmasına istinad edərək cavabdehlərin adına bağlanmış müqavilələrin etibarsız hesab edilməsini və həmin mənzillərin ona təhvil verilməsini xahiş etmişdir. Məhkəmə araşdırması zamanı proses iştirakçılarının izahatları ilə iddiaçının hazırkı iddianı qaldırmaq üçün hüquqi əsasının olmadığına istinad edilmişdir. Belə ki, qeyd edilmişdir ki, iddiaçının müqavilələri saxta olmaqla MTK-ya həmin dövrdə rəhbərlik edən şəxs tərəfindən imzalanmamışdır. Məhkəmə tərəfindən keçirilən ekspert tədqiqatının nəticəsindən də görünür ki, müqavilələrdəki imza qrafasındakı imzalar həmin dövrdə MTKya rəhbərlik edən və mənzillərin satışı ilə məşğul olan X3 məxsus deyil. Mülki Məcəlləyə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Yazılı əqd isə onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Hazırkı iş üzrə cavabdehlər Cavabdeh2, Cavabdeh3 və X8 mənzillərlə bağlı iddiaçının etibarsız olduğunu istinad etdiyi müqavilə əsasında hüquqlarını qeydiyyata aldırmışlar və mənzillərlə bağlı çıxarışlar əldə etmişlər. Digər Cavabdeh4 adına çıxarışın olması məhkəmə tərəfindən aşkar edilməmişdir. Mülki Məcəllənin tələblərinə əsasən müqavilənin etibarsız sayılması üçün qanunla müəyyən edilmiş hallar göstərilmişdir. Məhkəmə Məcəllənin etibarsızlıqla bağlı təsbit etdiyi dispozitiv şərtləri hazırkı mübahisəyə tətbiq edərək belə qənaətə gəlir ki, iddiaçının iddia ərizəsində istinad etdiyi hallar cavabdehlərin müqavilələrinin etibarsız hesab edilməsi üçün əsas deyildir. Eyni zamanda məhkəmə tərəfindən aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, 2942 B saylı 16 mərtəbəli yaşayış binasında yerləşən 78 saylı, 206 saylı, 3 saylı və 199 saylı mənzillər hazırkı iş üzrə cavabdehlər olan Cavabdeh2, Cavabdeh3 və X5 təhvil verilmişdir və hazırda onların mülkiyyətində, digər Cavabdeh4 sahibliyində və istifadəsindədir. Nə qədər ki, yuxarıda qeyd edilən mənzillərin təhvil verilməsi müqavilələrin etibarsız hesab edilməsinə dair iddia tələbindən törəyir, həmin hissədə iddia təmin edilmədiyindən, həmin mənzillərin boşaldılaraq iddiaçıya təhvil verilməsi hissəsində də iddia tələbi təmin edilə bilməz. Beləliklə, yuxarıda qeyd edilənlər nəzərə alınaraq iddia tələbi rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Həmçinin, iş materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, keçirilmiş ekspert tədqiqatlarının dəyəri 224 manat (124 manat və 100 manat) təşkil edir. Odur ki, məhkəmə, məhkəmə xərclərinin bölüşdürülməsinə münasibətdə qeyd edir ki, iddia tələbi rədd edildiyindən, ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Ekspert təqdiqatlarının dəyərini təşkil edən 224 manat İddiaçı alınaraq Azərbaycan Respbulikasının Dövlət Büdcəsinə ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi : İddiaçı Cavabdeh1 MTK-ya, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və X5 qarşı – Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, 2942 B saylı 16 mərtəbəli yaşayış binasının 1-ci blok, 13-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 91.2 kv.metr olan, 2 otaqdan ibarət 78 saylı mənzilə dair Cavabdeh1 MTK ilə Cavabdeh2 arasında bağlanmış 30 aprel 2014-cü il tarixli, 78 saylı müqavilənin etibarsız hesab edilməsi və mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi, Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, 2942 B saylı 16 mərtəbəli yaşayış binasının 1-ci blok, 16-cı mərtəbəsində yerləşən, ümumi sahəsi 98.2 kv.metr olan, 2 otaqdan ibarət 206 saylı mənzilə dair Cavabdeh1 MTK ilə Cavabdeh4 arasında bağlanmış 24 fevral 2015-ci il tarixli 206 saylı müqavilənin etibarsız hesab edilməsi və mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi, Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, 2942 B saylı 16 mərtəbəli yaşayış binasının 1-ci blok, 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 98.2 kv.metr olan, 2 otaqdan ibarət 3 saylı mənzilə dair Cavabdeh1 MTK ilə Cavabdeh3 arasında bağlanmış 16 mart 2017-ci il tarixli 03 saylı müqavilənin etibarsız hesab edilməsi və mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi, Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, 2942 B saylı 16 mərtəbəli yaşayış binasının 1-ci blok, 15-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 98.2 kv.metr olan, 2 otaqdan ibarət 199 saylı mənzilə dair Cavabdeh1 MTK ilə cavabdeh X8 arasında bağlanmış 22 fevral 2017-ci il tarixli 199 saylı müqavilənin etibarsız hesab edilməsi və mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi barədə iddia tələbi rədd edilsin. Ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu İddiaçı özünə aid edilsin. Ekspert təqdiqatlarının dəyərini təşkil edən 224 (iki yüz iyirmi dörd) manat İddiaçı alınaraq Azərbaycan Respbulikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar