Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-411/2025 15.04.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Əliyeva Fidan Rahim qızının katibliyi, İddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh1 və onun etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh3 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 MMC-yə, Cavabdeh3 və Cavabdeh4 MMC-yə qarşı “müqavilənin etibarsız hesab edilməsi və mənzilin qanunsuz sahiblikdən geri alınması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsinin dəlilləri: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı “müqavilənin etibarsız hesab edilməsi və mənzilin qanunsuz sahiblikdən geri alınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 2347-48-ci məhəllə, 3-cü giriş, 4-cü mərtəbə, 3 otaqdan ibarət (141.81 kv.m) olan 213 nömrəli mənzilə dair Cavabdeh1 ilə Cavabdeh2 MTK arasında bağlanmış 26 iyul 2006-cı il tarixli müqavilənin etibarsız hesab edilməsi və mübahisəli mənzilin cavabdehin qanunsuz sahibliyindən alınaraq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh2 MTK arasında bağlanmış 08 avqust 2006-cı il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 2347-48-ci məhəllə, 3-cü giriş, 4-cü mərtəbə, 3 otaqdan ibarət (141.81 kv.m) olan 213 nömrəli mənzili almışam. Bundan sonra Cavabdeh2 MTK-nın səlahiyyətləri Cavabdeh4 MMC-yə ötürülmüş və 12 yanvar 2012-ci il tarixdə Cavabdeh4 MMC ilə müqavilə bağlanılmışdır. Lakin sonradan iddiaçı həmin mənzili istifadə edə bilməmişdir. Belə ki, həmin mənzilin Cavabdeh1 tərəfindən istifadə edildiyi müəyyən edilmişdir. Həmin şəxs mübahisəli mənzilə dair 26 iyul 2006-cı il tarixli müqaviləsinin olduğunu bildirmişdir. Bununla bağlı tərəfindən Xətai Rayon Prokurorluğuna müraciət edilmişdir. Göstərilən məsələ ilə bağlı araşdırma aparılmışdır. İş üzrə xətşünaslıq ekspertizası keçirilmiş və 26 iyul 2006-cı il tarixli müqaviləsindəki möhürün əsli olmadığı müəyyən edilmişdir. Daha sonra iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1 Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək hazırkı mülki iş üzrə Cavabdeh3 və Cavabdeh4 MMC-ni cavabdeh qismində cəlb etməklə Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 2347-48-ci məhəllə, 3-cü giriş, 4-cü mərtəbə, 3 otaqdan ibarət (141.81 kv.m) olan 213 nömrəli mənzilə dair Cavabdeh1 ilə "Etalon-İnşaat” MTK arasında bağlanmış 26 iyul 2006-cı il tarixli müqavilənin etibarsız hesab edilməsi, cavabdehlər "xxxx" MMC, Cavabdeh1 və Cavabdeh3 arasında Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 2347-48-ci məhəllə, 3-cü giriş, 4-cü mərtəbə, 3 otaqdan ibarət (141.81 kv.m) olan 213 nömrəli mənzilə dair bağlanmış 18 sentyabr 2024-cü il tarixli müqavilənin etibarsız hesab edilməsi, Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 2347-48-ci məhəllə, 3-cü giriş, 4-cü mərtəbə, 3 otaqdan ibarət (141.81 kv.m) olan 213 nömrəli mənzilin cavabdehlər Cavabdeh1 və Cavabdeh3 qanunsuz sahibliyindən alınaraq İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 və onun etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinə etiraz edərək onun rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh3 iddia tələbinə etiraz edərək onun təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş digər Cavabdeh4 MMC-nin nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPMin 185.5-ci maddəsinə əsasən, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşin faktiki halları: İş materiallarında olan Cavabdeh2 MTK ilə Cavabdeh1 arasında bağlanmış 26 iyul 2006-cı il tarixli kooperativ binada mənzil tikintisi haqqında müqaviləyə əsasən, Cavabdeh2 MTK tikməkdə olduğu binada - Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 2347-48-ci məhəllə, 3-cü giriş, 4-cü mərtəbə, 3 otaqdan ibarət ümumi sahəsi 127.9 kv.m olan 213 nömrəli mənzili Cavabdeh1 verməyi, sonuncu isə onun dəyəri olan 41.500 manatı (51.900 ABŞ Dolları) ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Cavabdeh2 MTK ilə İddiaçı arasında bağlanmış 08 avqust 2006-cı il tarixli kooperativ binada mənzil tikintisi haqqında müqaviləyə əsasən, Cavabdeh2 MTK Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 2347-48-ci məhəllə, 3-cü giriş, 4-cü mərtəbə, 3 otaqdan ibarət ümumi sahəsi 127.9 kv.m olan 213 nömrəli mənzili İddiaçı verməyi, sonuncu isə onun dəyəri olan 42.207 manatı ödəməyi öhdəsinə götürmüşdür. 12 yanvar 2012-ci il tarixli mənzil tikintisi haqqında müqavilədən görünür ki, Cavabdeh2 MTK-nın bütün hüquqi səlahiyyətləri Cavabdeh4 MMC-yə verilmiş, payçılarla müqavilə imzalamaq və digər məsələlər Cavabdeh4 MMC-nin üzərinə düşmüş, Cavabdeh4 MMC ilə İddiaçı arasında bağlanmış müqaviləsə əsasən, Cəmiyyət Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 2347-48-ci məhəllə, 3-cü giriş, 4-cü mərtəbə, 3 otaqdan ibarət ümumi sahəsi 141.81 kv.m olan 213 nömrəli mənzili İddiaçı verməyi, sonuncu isə onun dəyəri olan 46.797 manatı ödəməyi öhdəsinə götürmüşdür. Verilmiş arayışdan görünür ki, mənzilin dəyəri tam şəkildə ödənilmişdir. Cavabdeh4 MMC tərəfindən verilmiş 29 dekabr 2017-ci il və 14 avqust 2019-cu il tarixli arayışlardan görünür ki, Cavabdeh1 Cavabdeh4 MMC-nin ünvan 1 ünvanında yerləşən çoxmənzilli yaşayış binasında 3-cü giriş, 3-cü mərtəbə, 213 saylı mənzilin tam pay hüquqlu sahibidir. Cavabdeh4 MMC tərəfindən verilmiş 18 sentyabr 2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh3 Cavabdeh4 MMC-nin Bakı şəhəri, Xətai rayonu, ünvan 2 ünvanında yerləşən çoxmənzilli yaşayış binasının 3-cü giriş, 4-cü mərtəbə, ümumi sahəsi 140.81 kv.m olan 213 saylı 3 otaqlı mənzilin tam pay hüquqlu sahibidir. Pay haqqının verilməsi haqqında 18 sentyabr 2024-cü il tarixli pay haqqının verilməsi haqqında müqavilədən görünür ki, Cavabdeh1 Cavabdeh4 MMC-nin Bakı şəhəri, Xətai rayonu, ünvan 2 ünvanında yerləşən çoxmənzilli yaşayış binasında olan 45760 manat məbləğində pay haqqının müqabilində 213 saylı mənzili yeni payçı Cavabdeh3 istifadəsinə verməyi, sonuncu isə mənzili istifadəsinə qəbul etmişdir. İş materiallarında olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkızinin 11 iyul 2024-cü il tarixli 4/959-5/722 saylı ekspert rəyindən görünür ki, ekspert tərəfindən Cavabdeh2 MTK-nın İddiaçı ilə bağlanmış 08 avqust 2006-cı il tarixli və Cavabdeh1 ilə bağlanmış 26 iyul 2006-cı il tarixli kooperativ binada mənzil tikintisi haqqında müqavilələr tədqiq edilmiş, tədqiqat nəticəsində müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş "xxxx" MTK-nın İddiaçı ilə bağlamış 08 avqust 2006-cı il tarixli və Cavabdeh1 ilə bağlanmış 26 iyul 2006-cı il tarixli müqavilələrinin çap mətnləri elektrofotoqrafik çoxaldıcı çap qurğuda (surətçıxaran, lazer printer və s.) çap edilmişdir. Tədqiqata təqdim edilmiş "xxxx" MTK-nın İddiaçı ilə bağlamış 08 avqust 2006-cı il tarixli müqavilədəki möhür əksi relyef klişedən sənədin üzərinə birbaşa vurulmuşdur. Tədqiqata təqdim edilmiş Cavabdeh2 MTK-nın Cavabdeh1 bağlanmış 26 iyul 2006-cı il tarixli müqavilədəki möhür əksi şırnaklı printerdə çap edilmişdir. Tədqiqata təqdim edilmiş Cavabdeh2 MTK-nın İddiaçı ilə bağlamış 08 avqust 2006-cı il tarixli müqavilədəki möhür əksi və Cavabdeh1 ilə bağlanmış 26 iyul 2006-cı il tarixli müqavilədəki möhür əksinin təsviri öz aralarında eynilik təşkil etmirlər. Həmin ekspert rəyi araşdırılması aparılan HK-549 saylı materiala əlavə edilməsi üçün Xətai rayon prokurorluğuna göndərilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 26 aprel 2023-cü il tarixli e-2(011)-464/2023 saylı qətnaməsi ilə X2 "Əzizbəy-KM” MMC-yə, "Etalon-İnşaat” Mənzil-Tikinti Kooperativinə və X3 qarşı "Etalon-İnşaat” MTK ilə X6 arasında xx.xx.2009-cu il tarixdə bağlanmış "Kooperativ Binada Mənzil Tikintisi Haqqında Müqavilə" və xx.xx.2009-cu il tarixli, "Etalon- İnşaat” MTK tərəfindən tərtib olunaraq X3 verilmiş, 230 saylı arayışın etibarsız hesab edilməsi, “Əzizbəy-KM" MMC ilə X6 arasında xx.xx.2010-cu il tarixdə bağlanmış "Mənzil Tikintisi Haqqında Müqavilə"nin etibarsız hesab edilməsi, X5 məxsus olan, Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 2347-48-ci məhəllədə tikilmiş, hündür mərtəbəli binanın, 3cü girişinin 7-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 112,78 kv.m, 2 (iki) otaqdan ibarət 233 nömrəli mənzilə istifadə və sahibliklə bağlı hər hansı bir müdaxilələrin cavabdehlərə qadağan olunması, mənzildən sərbəst istifadə və sahibliklə bağlı istənilən maneələrin aradan qaldırılması və mənzilə dair iddiaçının həyata keçirmək istədiyi bütün hərəkətlərə görə cavabdehlər tərəfindən hər hansı müdaxilələrin qarşısının alınmasına dair onların üzərinə öhdəlik qoyulması və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 100 (bir yüz) manatın, eləcə də müvəqqəti təminat tədbiri barədə ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumları olmaqla, ümumilikdə 110 (bir yüz on manat) məbləğində vəsaitin cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi (verilməsi)" barədə ilkin iddia tələbinin rədd edilməsi, ödənilmiş dövlət rüsumunun X2 özünə aid edilməsi, qarşılıqlı iddia tələbinin təmin edilməsi, X7 ilə "xxxx" MMC arasında Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 2347-48-ci məhəllədə tikilmiş, hündür mərtəbəli binanın, 3cü girişin 7-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 112,78 kv.m., 2 otaqdan ibarət 233 nömrəli mənzilə 16 noyabr 2012-ci il tarixdə bağlanmış "Mənzil tikintisi haqqında" müqavilənin etibarsız hesab edilməsi, qarşılıqlı iddia ərizəsi üzrə ödənilmiş 100 (yüz) manatın X1 və "xxxx" MMC-dən müştərək qaydada tutularaq X3 ödənilməsi qət edilmişdir. Cavabdeh1 cavabehlər "xxxx" MTK-ya və Cavabdeh4 MMC-yə qarşı “mənzilin təhvil verilməsi, maneələrin aradan qaldırılması və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24 iyun 2024-cü il tarixli 2(011)- 4689/2024 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Cavabdeh1 Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 2347-48-ci məhəllədə tikilmiş binanın 3-cü giriş, 4-cü mərtəbədə yerləşən, ümumi sahəsi 140.81 kv.metr olan 3 otaqlı 213 nömrəli mənzilə sahiblik və istifadə hüququnun tanınması, Cavabdeh1 Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 2347-48-ci məhəllədə tikilmiş binanın 3-cü giriş, 4-cü mərtəbədə yerləşən, ümumi sahəsi 140.81 kv.metr olan 3 otaqlı 213 nömrəli mənzilə sahiblik və ondan istifadə etməsinə yönəlmiş manelərin aradan qaldırılması qət edilmişdir. Verilmiş 26 avqust 2024-cü il tarixli arayışdan görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24 iyun 2024-cü il tarixli 2(011)-4689/2024 saylı qətnaməsi 26 avqust 2024cü il tarixdə qanuni qüvvəsini almışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 21 yanvar 2025-ci il tarixli e-2(011)-275/2025 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 2347-68-ci məhəllə, 3-cü giriş, 7-ci mərtəbədə yerləşən 2 otaqlı, 233 saylı mənzilə dair Cavabdeh1 ilə "Etalon-İnşaat” MTK arasında bağlanmış 17 iyul 2007-ci il tarixli Kooperativ Binada Mənzil Tikintisi haqqında müqavilənin etibarsız hesab edilməsi, Cavabdeh1, X8 ilə "xxxx" MMC arasında bağlanmış 27 mart 2024-cü il tarixli Pay haqqının verilməsi haqqında müqavilənin etibarsız hesab edilməsi, cavabdeh X4 ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 2347-68-ci məhəllə, 3-cü giriş, 7-ci mərtəbədə yerləşən 2 otaqlı, 233 saylı mənzildən çıxarılması, Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 2347-68-ci məhəllə, 3-cü giriş, 7-ci mərtəbədə yerləşən 2 otaqlı, 233 saylı mənzilə dair mülkiyyət hüquqlarının qeydə alınması üçün tələb olunan sənədlərin iddiaçı X3 verilməsi öhdəliyinin cavabdeh "xxxx" MMC-nin üzərinə qoyulması qət edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-16(011)-1099/2024 saylı qərardadı ilə ərizə təmin edilmiş, işə mahiyyəti üzrə baxılıb qurtaranadək Bakı şəhəri, Xətai rayonu, Xocalı küçəsi, 2347-48-ci məhəllə, 3-cü giriş, 4-cü mərtəbə, 3 otaqdan ibarət (141, 81 kv.m) olan 213 nömrəli mənzilin özgəninkiləşdirilməsinin cavabdehlər Cavabdeh1, "xxxx" MTK-ya, Cavabdeh4 MMC-yə və digər şəxslərə qadağan edilməsi qərara alınmışdır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 152.1-ci maddəsinə əsasən-mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 158.3-cü maddəsinə əsasən əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmasına münasibətdə vicdanlı olsun. 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 329.1-ci maddəsinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. 337.1 və 337.2-ci maddələrinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.5-ci maddəsinə görə əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını araşdırıraq, tərəflərin izahatlarını dinləyərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, ilkin olaraq qeyd edilməlidir ki, etibarsızlıq, əqdin qanunvericiliyə zidd olması səbəbi ilə hüquqi nəticə yaratmadığı bütün halları ifadə edən ümumi anlayışdır (hal və nəticədir). Belə nəticəni, yəni etibarsızlıq halını yaradan səbəblər isə müxtəlif mahiyyət və xüsusiyyətə malik olur. Məhz həmin səbəblərin müxtəlifliyi etibarsızlığın “əhəmiyyətsiz əqdlər, mübahisə edilən əqdlər, müvafiq razılığın olmamasına görə etibarsız olan əqdlər və məhkəmə qərarı ilə etibarsız sayılan əqdlər” kimi fərqli növlərini meydana gətirir. Belə ki, mülki qanunvericiliyə müvafiq olaraq, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər. Beləliklə, müqavilənin etibarsız hesab edilməsinə dair məhkəmə yuxarıda göstərilənlərə münasibətdə qeyd edir ki, Mülki Məcəllənin tələblərinə əsasən müqavilənin etibarsız sayılması üçün qanunla müəyyən edilmiş hallar göstərilmişdir. Belə ki, mülki qanunvericilikdə əqdin etibarsız hesab olunması üçün aşağıdakı ünsürlərdən birinin qüsurlu olması vacibdir: 1) subyekt tərkibinə görə; 2) məzmununa görə; 3) formasına görə; 4) iradə və iradə ifadəsinə görə. Hazırkı iş üzrə iş məhkəmə araşdırması zamanı qeyd olunan şərtlərdən məzmunun qüsurlu şəkildə həyata keçirilməsi müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Ona görə də, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırılmalıdır. İddia irəli sürməyə imkan verən subyektiv mülki hüququn mövcudluğu məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız olardı. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008- ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, hazırkı iş üzrə iddiaçı mənzilinin başqa şəxs tərəfindən, yəni Cavabdeh1 tərəfindən zəbt edildiyini aşkar etdikdən sonra hüquq-mühafizə orqanlarına müraciət etmiş, orada aparılan araşdırma nəticəsində müəyyən edilmişdir ki, istinad edilən ünvanda yerləşən mənzil həm cavabdeh, həm də iddiaçıya müqavilə əsasında təqribən eyni vaxtda satılmışdır. İstinad edilən müqavilələrin həqiqiliyinin yoxlanması üçün ekspertiza təyin edilmiş və yuxarıda qeyd olunan kimi müəyyən edilmişdir ki, "xxxx" MTK-nın İddiaçı ilə bağlamış 08 avqust 2006-cı il tarixli və Cavabdeh1 ilə bağlanmış 26 iyul 2006-cı il tarixli müqavilələrinin çap mətnləri elektrofotoqrafik çoxaldıcı çap qurğuda (surətçıxaran, lazer printer və s.) çap edilmişdir. Tədqiqata təqdim edilmiş "xxxx" MTK-nın İddiaçı ilə bağlamış 08 avqust 2006-cı il tarixli müqavilədəki möhür əksi relyef klişedən sənədin üzərinə birbaşa vurulmuşdur. Tədqiqata təqdim edilmiş Cavabdeh2 MTK-nın Cavabdeh1 bağlanmış 26 iyul 2006-cı il tarixli müqavilədəki möhür əksi şırnaklı printerdə çap edilmişdir. Tədqiqata təqdim edilmiş Cavabdeh2 MTK-nın İddiaçı ilə bağlamış 08 avqust 2006-cı il tarixli müqavilədəki möhür əksi və Cavabdeh1 ilə bağlanmış 26 iyul 2006-cı il tarixli müqavilədəki möhür əksinin təsviri öz aralarında eynilik təşkil etmir. Məhkəmə araşdırması zamanı Cavabdeh1 ekspert tədqiqatının müqavilənin əsli üzərində aparılmadığını, rəngli surət üzərində aparıldığını qeyd etmişdir. Məhkəmə tərəfindən tədqiq edilmiş ekspert rəyinin surətindən tədqiqatın Cavabdeh1 adına olan müqavilənin surəti ilə aparılması aşkar edilməmişdir. Eyni zamanda, rəyin verilmə tarixindən görünür ki, rəy 11 iyul 2024-cü il tarixdə verilmişdir. Cavabdeh1 cavabehlər "xxxx" MTK-ya və Cavabdeh4 MMC-yə qarşı “mənzilin təhvil verilməsi, maneələrin aradan qaldırılması və s.” tələbinə dair iddia ərizəsi üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4689/2024 saylı mülki işinin xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olması müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı Cavabdeh1 2(011)-4689/2024 saylı mülki işin araşdırılması zamanı mənzilin digər şəxsə satılması, onunla aralarında hüquq-mühafizə orqanlarında mübahisənin araşdırılması ilə bağlı tədqiqat aparılması barədə məlumat verilməmiş, yekunda Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24 iyun 2024-cü il tarixli 2(011)-4689/2024 saylı qətnaməsi çıxarılmış və hazırkı iş üzrə İddiaçı iş üzrə tərəf olaraq cəlb edilməmişdir. Halbuki iş materiallarından və məhkəmə tərəfindən araşdırılmış işin hallarından görünür ki, cavabdehə məhkəmə qətnaməsi çıxmamışdan öncə də mənzilin digər şəxsə də satılması ilə bağlı hal məlum olmuşdur. Bütün istinad olunanlara əsasən məhkəmə hesab edir ki, hüquq-mühafizə orqanlarında aparılan araşdırma nəticəsində iş üzrə verilmiş ekspert rəyi hazırkı iş üzrə mötəbər sübut kimi qəbul edilməklə digər sübutlarla yanaşı tədqiq edilməlidir. Belə olan halda Cavabdeh1 ilə "Etalon-İnşaat” MTK arasında bağlanmış müqavilə qanunvericiliyin tələblərinə zidd olaraq bağlandığından (Cavabdeh2 MTK-nın İddiaçı ilə bağlamış 08 avqust 2006-cı il tarixli müqavilədəki möhür əksi və Cavabdeh1 ilə bağlanmış 26 iyul 2006-cı il tarixli müqavilədəki möhür əksinin təsviri öz aralarında eynilik təşkil etmir) iddia tələbi Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 2347-48-ci məhəllə, 3-cü giriş, 4-cü mərtəbə, 3 otaqdan ibarət (141.81 kv.m) olan 213 nömrəli mənzilə dair Cavabdeh1 ilə "Etalon-İnşaat” MTK arasında bağlanmış 26 iyul 2006-cı il tarixli müqavilənin etibarsız hesab edilməsi hissəsinə münasibətdə təmn edilməlidir. Məhkəmə iddia tələbinin cavabdehlər "xxxx" MMC, Cavabdeh1 və Cavabdeh3 arasında Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 2347-48-ci məhəllə, 3-cü giriş, 4-cü mərtəbə, 3 otaqdan ibarət (141.81 kv.m) olan 213 nömrəli mənzilə dair bağlanmış 18 sentyabr 2024-cü il tarixli müqavilənin etibarsız hesab edilməsi hissəsinə münasibətdə qeyd edir ki, yuxarıda istinad olunan əsaslarla Cavabdeh1 mənzillə bağlı hüququnu müəyyən edən sənəd məhkəmə tərəfindən etibarsız hesab edildiyindən, onun digər Cavabdeh3 ilə bağladığı müqavilə də etibarsız hesab edilməlidir. Məhkəmə araşdırması zamanı Cavabdeh1 Cavabdeh3 vicdanlı alıcı olduğunu, tərəflər arasında hər hansı mübahisənin olduğunu bilmədiyini qeyd etsə də, buna dəlalət edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmənin belə fikrinin formalaşmasına yuxarıda qeyd edilən hallar əsas vermişdir. Məhkəmə iddia tələbinin Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 2347-48-ci məhəllə, 3-cü giriş, 4-cü mərtəbə, 3 otaqdan ibarət (141.81 kv.m) olan 213 nömrəli mənzilin cavabdehlər Cavabdeh1 və Cavabdeh3 qanunsuz sahibliyindən alınaraq İddiaçı verilməsi hissəsinə münasibətdə qeyd edir ki, iddia bu hissədə də əsaslıdır. Belə ki, nə qədər ki, məhkəmə araşdırması nəticəsində Cavabdeh1 ilə "Etalon-İnşaat” MTK arasında bağlanmış 26 iyul 2006-cı il tarixli müqavilə və cavabdehlər "xxxx" MMC, Cavabdeh1 və Cavabdeh3 arasında bağlanmış 18 sentyabr 2024-cü il tarixli müqavilə etibarsız hesab edilmişdir, sözügedən mənzil cavabdehlərin qanunsuz sahibliyindən alınaraq mülkiyyətçi İddiaçı qaytarılmalıdır. Eyni zamanda məhkəmə qeyd edir ki, Mülki Məcəllənin tələblərinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Nə qədər ki, hazırkı işin araşdırılması zamanı Cavabdeh1 və Cavabdeh3 müqavilələri üzrə ödənilmiş məbləğlərlə bağlı dəqiq məlumat məhkəməyə təqdim edilməmişdir. Odur ki, hazırkı halda restitusiyanın tətbiq edilməsi qeyri-mümkündür. Beləliklə, yuxarıda istinad edilənlərə əsasən məhkəmə qeyd edir ki, iddia tələbi təmin edilməli, Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 2347-48-ci məhəllə, 3-cü giriş, 4-cü mərtəbə, 3 otaqdan ibarət (141.81 kv.m) olan 213 nömrəli mənzilə dair Cavabdeh1 ilə "Etalon-İnşaat” MTK arasında bağlanmış 26 iyul 2006-cı il tarixli müqavilə etibarsız hesab edilməli, cavabdehlər "xxxx" MMC, Cavabdeh1 və Cavabdeh3 arasında Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 2347-48-ci məhəllə, 3-cü giriş, 4-cü mərtəbə, 3 otaqdan ibarət (141.81 kv.m) olan 213 nömrəli mənzilə dair bağlanmış 18 sentyabr 2024-cü il tarixli müqavilə etibarsız hesab edilməli, Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 2347-48-ci məhəllə, 3-cü giriş, 4-cü mərtəbə, 3 otaqdan ibarət (141.81 kv.m) olan 213 nömrəli mənzil cavabdehlər Cavabdeh1 və Cavabdeh3 qanunsuz sahibliyindən alınaraq İddiaçı verilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarından görünür ki, iddiaçı 100 manat dövlət rüsumu ödəmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddia tələbi təmin edildiyindən, ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi : İddia tələbi təmin edilsin. Cavabdeh1 ilə "Etalon-İnşaat” MTK arasında Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 2347-48-ci məhəllə, 3-cü giriş, 4-cü mərtəbə, 3 otaqdan ibarət (141.81 kv.m) olan 213 nömrəli mənzilə dair bağlanmış 26 iyul 2006-cı il tarixli müqavilə etibarsız hesab edilsin. Cavabdehlər "xxxx" MMC, Cavabdeh1 və Cavabdeh3 arasında Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 2347-48-ci məhəllə, 3-cü giriş, 4-cü mərtəbə, 3 otaqdan ibarət (141.81 kv.m) olan 213 nömrəli mənzilə dair bağlanmış 18 sentyabr 2024-cü il tarixli müqavilə etibarsız hesab edilsin. Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 2347-48-ci məhəllə, 3-cü giriş, 4-cü mərtəbə, 3 otaqdan ibarət (141.81 kv.m) olan 213 nömrəli mənzil cavabdehlər Cavabdeh1 və Cavabdeh3 qanunsuz sahibliyindən alınaraq İddiaçı verilsin. Ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №e-2(011)-411/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-411/2025
15.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver