Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1907/2021 28.10.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əmirxanova Kəmalə Fərman qızının sədrliyi Eldarzadə Şirazi Elxan oğlunun katibliyi İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı X2 Cavabdeh qarşı əmək haqqı və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X4 Cavabdeh qarşı əmək haqqı və mənəvi zərərin əvəzinin ödənilməsi dair iddia ərizəsi və iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçının işdən çıxarılması barədə verilmiş əmrin qanunsuz hesab edilərək ləğv edilməsi, iddiaçının işə bərpa edilməsi və Cavabdeh iddaçının xeyrinə ödənilməmiş, həmçinin məcburi iş buraxmaya görə ümumilikdə əmək haqqı üzrə 10150 manat, özgəsinin pul vəsaitini qanunsuz saxladığına görə 1015 manat faiz, mənəvi zərərə görə 5000 manat olmaqla cəmi 16165 manat pul vəsaitinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı, 25.03.2019-cu il tarixindən, 31.08.2020-ci il tarixinədək Cavabdeh adına olan, əslində isə onun əri X5 məxsus olan Binə Südcülük sovxozu adlanan yerdə yerləşən X1 aşbaz vəzifəsinə işə götürülmüşdür. X7 onu işə götürəndən sonra ona demişdir ki, həmin fermer təsərrüfatında kökəldilən heyvanlara da qulluq etsin, aşbazlıq etsin, əvəzində maaş verəcək. İddiaçı həmin iş yerində 1 il 5 ay işləmişdir. 31 avqust ayında tərəflər arasında baş vermiş mübahisə zəminində iddiaçı işdən çıxmışdır. O, işdən çıxanda Cavabdeh, onun əri X7, həmçinin mühasib Aidə Məmmədova ona son haqq hesabı və onun işlədiyi müddət ərzində qazandığı 1 il 5 aylıq əmək haqqını verməmişlər. Bununla əlaqədar, iddiaçı X6 Xidmətinə (bundan sonra DƏMX) müraciət etmişdir. Həmin müraciətə 03.02.2021-ci il tarixində məktub vermişlər. Məktubda məsələnin araşdırıldığı və iddiaçının iş yerindən öz xahiş əsasında çıxmasının məlum olduğu qeyd edilmişdir. İddiaçı isə bildirir ki, onun işdən çıxmasının səbəb cavabdehin əri tərəfindən edilən təhqirlər olmuşdur. Eyni zamanda ona heç bir əmək haqqı ödənilməmişdir. İddiaçı əmək haqqının ona ödənilməsini təsdiq edən heç bir sənədə imza atmamışdır. Cavabdeh ona 5950 manat pul ödəməlidir.Çünki gördüyü işin aylıq əmək haqqı 350 manat təşkil edir və ona 1 il 5 ay ərzində əmək haqqı ödənilməmişdir. Ərinin xəstə, uşaqlarının azyaşlı olması səbəbindən ödənilməmiş əmək haqqının tezliklə ödənilməsini istəyir. Məhkəmə iclasında iddiaçı X2 nümayəndəsi və vəkili Vəkil1 iddianı müdafiə edib, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 məhkəmənin 05 may 2021-ci il tarixli iclasında iddianı qəbul etmədi, iddiaçıya cavabdeh tərəfindən bütün əmək haqqı ilə bağlı ödənişlərin edildiyini, bununla bağlı iddiaçının məxaric xəzinə orderlərində imza etdiyini, öz xahişi ilə işdən azad edildiyini bildirdi və müvafiq sübutları məhkəməyə təqdim etdi. Məhkəmə tərəflərin izahatlarını, iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi əsassız olduğundan aşağıdakı səbəblərə görə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan əmək müqaviəsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən müəyyən olunur ki, İddiaçı işəgötürəni Cavabdeh olmaqla heyvandarlıq təsərrüfatında işə düzəlməsi barədə 17.01.2020-ci il tarixli müddətsiz əmək müqaviləsi bağlamışdır. Əməyin ödənilməsi forması vaxtamuzddur. İşçinin aylıq əmək haqqının məbləği 250 manat təşkil edir. İş materiallarında olan X6 Xidməti Bakı Şəhər İdarəsi tərəfindən verilmiş 25.11.2020ci il tarixli müraciətə cavab məktubundan müəyyən olunur ki, araşdırma zamanı Cavabdeh tərəfindən təqdim edilmiş sənədlərdən tərəflər arasında bağlanmış əmək müqaviləsinə 28.08.2020-ci il tarixdə AR Əmək Məcəlləsinin 75-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (tərəflərin qarşılıqlı razılığı) əsasən X2 öz xahişi ilə xitam verildiyi və son haqqhesabın əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq sonuncu iş günü hesablanaraq məxaric xəzinə orderinə əsasən ödənildiyi məlum olmuşdur. İş materiallarında olan ******* nömrəli əmək kitabçasının notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, İddiaçı tutduğu vəzifədən 19 nömrəli əmrlə öz ərizəsinə əsasən azad edilmişdir. İş materiallarında olan İddiaçı tərəfindən verilmiş 08.07.2020-ci il tarixli ərizədən müəyyən olunur ki, X4 09.07.2020-ci il tarixdən 15.07.2020-ci il tarixədək iş yerinə gəlməmək üçün icazə istəmiş və 15.07.2020-ci il tarixdə iş yerində olmadığı təqdirdə öz ərizəsinə əsasən işdən çıxarılmasını xahiş etmişdir. İş materiallarında olan məxaric xəzinə orderlərindən müəyyən olunur ki, işlədiyi müddət ərzində işçinin aylıq əmək haqları son haqq-hesab əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq sonuncu iş günü hesablanaraq ödənilmişdir. İş materiallarında olan AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 16 avqust 2021-ci il tarixli 4/975 saylı ekspert rəyindən müəyyən olunur ki, mülki işin 54-60 vərəqələrində olan 28 avqust 2020-ci il tarixli 030 nömrəli, 31 iyul 2020ci il tarixli 024 nömrəli, 30 iyun 2020-ci il tarixli 20 nömrəli, 30 may 2020-ci il tarixli 019 nömrəli, 30 aprel 2020-ci il tarixli 014 nömrəli, 31 mart 2020-ci il tarixli 0011 nömrəli, 29 fevral 2020-ci il tarixli 007 nömrəli, 30 yanvar 2020-ci il tarixli 002 nömrəli Məxaric xəzinə orderlərinin aşağı sağ hissələrində “imza” qrafasında olan imzalar İddiaçı tərəfindən icra olunmuşdur. Mülki işin araşdırılmış hallarından görünür ki, tərəflər arasında bağlanmış əmək müqaviləsinə əsasən, iddiaçı cavabdeh işəgötürənin təsərrüfatında işləmiş, əməyin ödənilməsi formasına və əmək müqaviləsi ilə müəyyən edilmiş əmək haqqına uyğun vaxtamuzd haqq almışdır. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. Konstitusiyanın 35-ci maddəsinə əsasən hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 16.1-ci maddəsinə əsasənəmək münasibətlərində vətəndaşlığına, cinsinə, irqinə, dininə, milliyyətinə, dilinə, yaşayış yerinə, əmlak vəziyyətinə, ictimai-sosial mənşəyinə, yaşına, ailə vəziyyətinə, əqidəsinə, siyasi baxışlarına, həmkarlar ittifaqlarına və ya başqa ictimai birliklərə mənsubiyyətinə, qulluq mövqeyinə, həmçinin işçinin işgüzar keyfiyyətləri, peşəkarlıq səriştəsi, əməyinin nəticələri ilə bağlı olmayan digər amillərə görə işçilər arasında hər hansı ayrı-seçkiliyə yol verilməsi, həmin amillər zəminində bilavasitə və ya dolayısı ilə imtiyazların və güzəştlərin müəyyən edilməsi, habelə hüquqlarının məhdudlaşdırılması qəti qadağandır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminəgücləndirilmiş elektron imza vasitəsi ilədaxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-1-ci maddəsinə əsasən siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən (götürülən) işçilərlə işəgötürənlər arasında əmək münasibətləri əmək müqaviləsi kağız üzərində yazılı formada bağlandıqda yaranır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-2-ci maddəsinə əsasən “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatına alınması üçün ərizədə qeyd olunmuş şəxslərlə əmək münasibətləri həmin Qanunla müəyyən olunmuş qaydada dövlət qeydiyyatı haqqında şəhadətnamə, dövlət reyestrindən çıxarış və nizamnamə cəmiyyətin elektron kabinetinə göndərildiyi andan yaranır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83.2-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172.1-ci maddəsinə əsasən əmək aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172.4-cü maddəsinə əsasən işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172.5-ci maddəsinə əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. Mülki iş üzrə tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı irəli sürdüyü tələbləri təqdim edilmiş sübutlarla təsdiq edə bilmədiyindən əmək haqqı və işə bərpa tələbi əsassızdır və rədd edilməlidir. Məhkəmə hesab edir ki, iddiaçı ona cavabdehə məxsus təsərrüfatda işlədiyi dövrdə əmək haqqının ödənilməməsini iddia etsə də, cavabdeh tərəfindən təqdim edilmiş məxaric xəzinə orderlərində imzaların onun tərəfindən icra edilməsi məhkəmə tərəfindən təyin edilmiş məhkəmə-xəttşunaslıq ekspertizasının rəyi ilə təsdiq edildi. İddiaçının işə bərpa tələbi ilə bağlı məhkəmə eyd edir ki, cavabdeh tərəfindən təqdim edilmiş ərizə də tərəflər arasında bağlanmış əmək müqaviləsinin tərəflərin qarşılıqlı razılığı ilə pozulmasını sübuta yetirir. Qeyd edilənlərə əsaslanaraq, məhkəmə işə bərpa və pul tələbi barədə iddia tələblərinin əsasız olduğundan rədd edilməsi qənaətinə gəlir. Məhkəmə mənəvi zərər tələbləri ilə bağlı qeyd edir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Məhkəmə hesab edir ki, iddiaçı cavabdehin qanunazidd hərəkətləri nəticəsində ona mənəvi ziyanın vurulmasınə təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən iddia bu hissədə də təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı X2 Cavabdeh qarşı işə bərpa, pul tələbi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova
Məhkəmə qərarları › İş №2(005)-1907/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1907/2021
28.10.2021 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver