Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1917/2019 07.05.2019 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi ilə Kərimova Rəqsanə Tofik qızının katibliyi, İddiaçı, onun nümayəndəsi X1, Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs QSC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Xammal və X10 və Daşınmaz Əmlakların satışı üzrə xxxxxxxxxxxxxxnə, üçüncü şəxslər Maraqlı şəxs QSC-yə, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Ərazi İdarəsinə qarşı hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Xammal və X10 və Daşınmaz Əmlakların satışı üzrə xxxxxxxxxxxxxxnə, üçüncü şəxslər Maraqlı şəxs QSC-yə, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Ərazi İdarəsinə qarşı hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Astara rayon Notarial Kontoru tərəfindən verilmiş xx xxxxxxxx 2015-ci il tarixli, 7-E-06-3764 saylı İcra Qeydinə əsasən Azərbaycan Respublikası Respublika Xammal və X10 və Daşınmaz Əmlakların Satışı üzrə xxxxxxxxxxxxxx tərəfindən keçirilmiş hərrac nəticəsində ona məxsus olmuş Astara şəhəri, Səməd Vurğun küçəsi 4-B ünvanında olan 0,17 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evinin ’’Maraqlı şəxs” QSC-yə satılmasına dair həmin Mərkəzlə Bank arasında bağlanmış xx xxx 2016-cı il tarixli 43/06 saylı hərrac protokolunun, habelə eyni tarixli müqavilənin və onlara əsasən Azərbaycan Respublikası DƏDRX 10 saylı Ərazi İdarəsi tərəfindən bankın adına mülkiyyət hüququ əsasında verilmiş çıxarışın etibarsız hesab edilməklə ləğv edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı izahat verərək iddia tələbini onunla əsaslandırmışdır ki, o, Maraqlı şəxs QSC-dən kredit vəsaiti götürmüşdür. Həmin kredit müqaviləsinin təminat üsulu kimi ona məxsus Astara şəhəri, Səməd Vurğun küçəsi ev 4B-də yerləşən fərdi yaşayış evi bank qarşısında ipotekaya qoyulmuşdur.Həmin kredit üzrə ödənişləri həmişə vaxtında həyata keçirmişdir.Sonradan bank həmin evə tutumanın yönəldilməsindən ötrü Astara rayon Notarial Kontoruna müraciət etmiş və həmin notarial kontoru tərəfindən 7-E- 06/3764 saylı, xx xxxxxxxx 2015-ci il tarixli İcra Qeydi verilmişdir.X12 icra olunmasından ötrü Astara rayon İcra Bölməsinə ünvanlanmışdır. Lakin, ipoteka predmetinə tutmanın yönəldilməsi prosesindən o, xəbərsiz olmuşdur. Yəni X12 qanun pozuntusu ilə qəbul olunduğundan o, X12nin ləğv edilməsinə dair mülki-iddia qaydasında məhkəməyə müraciət etmişdir. Paralel olaraq o, xxxxxxxxxxxxxxnə, Astara İcra şöbəsinə, Astara rayon notarial kontoruna və bankın özünə məktublar ünvanlayaraq, qaldırılmış iddia ilə əlaqədar keçirilən hərracın dayandırılmasını xahiş etmişdir.Belə ki, verilmiş İcra Qeydi onun tərəfindən məhkəmə qaydasında mübahisələndirilmişdir. xx xxxx 2016-cı il tarixli qətnamə ilə Astara rayon məhkəməsi həmin iddianı rədd etmişdir. O, həmin qətnamədən apellyasiya şikayəti, sonradan isə kassasiya şikayəti vermişdir. Bu günə kimi həmin qətnamə qanuni qüvvəsini almamışdır. Bu yaxınlarda isə ona məlum olmuşdur ki, xxxxxxxxxxxxxx qeyd olunan İcra Qeydi ilə əlaqədar məhkəmə mübahisəsinin olmasına əhəmiyyət verməyərək, ondan xəbərsiz, ona heç bir bildiriş göndərməməklə xx xxx 2016cı il tarixdə evini hərracda, 43/06 saylı hərrac protokoluna və eyni tarixli hərrac müqaviləsinə əsasən banka satmışdır. O, DƏDRX-nin 10 saylı Ərazi idarəsinə müraciət etmiş və ona məlum olmuşdur ki, həmin qeyd olunan sənədlərə əsasən evinə dair bankın adına mülkiyyət hüququ əsasında müvafiq Çıxarış da verilmişdir. O, hərracın keçirilməsindən tam xəbərsiz olmuşdur, ona bu haqda heç bir bildiriş-məlumat daxil olmamışdır.Beləliklə də göründüyü kimi xxxxxxxxxxxxxx ilə bank arasında bağlanmış evin alqı-satqısı üzrə protokol və müqavilə qanun pozuntusu ilə tərtib edildiyindən həmin sənədlər etibarsız hesab olunmalı, həmin sənədlər və onlara əsasən verilmiş müvafiq evin mülkiyyət hüququ əsasında bankın adına olan Çıxarış da etibarsız hesab olunmaqla ləğv olunmalıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X4 iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs QSC-nin nümayəndəsi X6 iddia ərizəsinə yazılı etiraz təqdim edərək, İddiaçı cavabdeh Daşınar və Daşınmaz Əmlakın satışı üzrə “xxxxxxxxxxxxxx” MMC-yə qarşı və Maraqlı şəxs Qapalı Səhmdar Cəmiyyətinin üçüncü şəxs qismində cəlb edildiyi «xx.xx.2016-cı il tarixli açıq hərracın yekunları barədə 43/06 saylı protokolun və xx.xx.2016-cı il tarixli alqı-satqı müqaviləsinin və onun əsasında əmələ gəlmiş çıxarışın etibarsız sayılması» tələbinə dair iddia ərizəsi əsassız olduğu üçün onun rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs QSC-nin nümayəndəsi X6izahat verərək etirazını onunla əsaslandırmışdır ki, İddiaçı Maraqlı şəxs QSC ilə xx.xx.2011-ci il tarixdə bağladığı 08L000004427 saylı kredit xətti müqaviləsinə əsasən 120 (bir yüz iyirmi) ay müddətinə 50000 (əlli min) ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur.Kredit xətti müqaviləsi üzrə İddiaçı Maraqlı şəxs QSC ilə xx.xx.2011-ci il tarixdə bağladığı 08R000008856 saylı kredit razılaşmasına əsasən aylıq faiz dərəcəsi 2,5 % olmaqla 36 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 15000 (on beş min) manat məbləğində kredit verilmişdir. Yuxarıda göstərilən kredit xətti müqaviləsi üzrə İddiaçı Bank qarşısında üzərinə götürdüyü öhdəliklərinin icrasını təmin etmək məqsədilə Bankla xx.xx.2011-ci il tarixdə bağladığı 08M000000796 saylı ipoteka müqaviləsi (Lənkəran rayon xüsusi notariusu S.Y.İsmayılov tərəfindən təsdiqlənib) əsasında Astara şəhəri Səməd Vurğun küçəsi 4B ünvanında xüsusi mülkiyyətində olan 0.17 ha torpaq sahəsini və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evini Maraqlı şəxs QSC-nin xeyrinə ipoteka ilə yüklü etmişdir.İddiaçı Bank qarşısında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi üçün ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında icra qeydinin verilməsi üçün Astara rayon Dövlət Notariat Kontoruna müraciət olunmuş və «Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat»ın tələblərinə uyğun olaraq icra qeydi verilmişdir. İddiaçının icra qeydində borc məbləğinin ümumi şəkildə qeyd olunması həmin kredit üzrə əsas, faiz və dəbbə pulunun qeyd olunmaması fikri ilə bağlı bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx 2000-ci il tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat»ın 164-cü bəndində icra qeydində hansı məlumatların öz əksini tapması sadalanmışdır. Həmin bənddə qeyd olunur ki, ödənilməli məbləğ və tələb olunub alınmalı əşyalar, faiz və peniyalarla birlikdə icra qeydində öz əksini tapmalıdır. Həmin bəndin mənasından da tam aydın olur ki, ödəniləsi məbləğ iddiaçının iddia etdiyi kimi ayrı-ayrılıqda deyil, ödənilməli məbləğ, faiz və peniyalarla birlikdə göstərilməlidir ki, Notariat Kontoru tərəfindən icra qeydi verilərkən bu tələbə tam olaraq əməl olunmuşdur. Astara rayon İcra şöbəsi tərəfindən icra sənədinə əsasən ipoteka predmeti olan əmlakın açıq hərrac vasitəsi ilə realizə edilməsi üçün hərrac təşkilatı olan “Daşınar və Daşınmaz Əmlakın satışı üzrə xxxxxxxxxxxxxx” MMC-yə sifariş verilmişdir.Bildirilir ki, ixtisaslaşdırılmış hərrac təşkilatı xx.xx.2016-cı il, saat 11:00 tarixində ilk hərracı keçirmiş, qeyd edilən hərracı baş tutmamışdır.Daşınar və Daşınmaz Əmlakın satışı üzrə “xxxxxxxxxxxxxx” MMC Astara şəhəri Səməd Vurğun küçəsi 4B ünvanında xüsusi mülkiyyətində olan 0.17 ha torpaq sahəsini və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evini ilkin satış qiyməti olan 24000 manata alan olmadığı üçün baş tutmamış elan edərək 2-ci hərracı xx.xx.2016-cı il saat 11:00 tarixinə təyin etsə də, yenə baş tutmadığından xx.xx.2016-cı il tarixində ipoteka saxlayan Maraqlı şəxs QSCyə təklif etmişdir. xx.xx.2016-cı il tarixində Maraqlı şəxs QSC xx.xx.2016-cı il tarixli, 01/1711 nömrəli “ipoteka predmetini alma barədə təklif'” məktubuna cavab olaraq bildirmişdir ki. Astara şəhəri. Səməd Vurğun küçəsində yerləşən 4 B saylı fərdi yaşayış evini İcra qeydi ilə ilə tanınmış borcun bir qisminin əvəzində, yəni 15300 (on beş min üç yüz ) manat məbləğində qəbul etməyə razıdır. xx.xx.2016-cı il tarixli alqı satqı müqaviləsi və açıq hərracın yekunları barədə 43/06 saylı xx.xx.2016-cı il tarixli protokol imzalanaraq əmlak ipotekasaxlavan Maraqlı şəxs QSC-nin balansına qəbul edilmişdir.Eyni zamanda məhkəmənin diqqətinə çatdırılır ki, İddiaçı hərrac keçirilərkən bildirişlər göndərilmiş, hərracların keçirilməsindən xəbərdar olmuşdur.İddiaçı, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında icra qeydinin ləğv edilməsinə dair 2016-cı il tarixində Astara rayon Məhkəməsinə müraciət etmiş iddiası əsassız və qanunsuz olduğu üçün təmin edilməmişdir.Qeyd edilən məhkəmənin qətnaməsindən Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti etsə də yenə şikayəti əsassız olduğu üçün təmin edilməmişdir. İddia tələbi əsassız olmaqla yanaşı həm də iddia müddəti tətbiq olunmaqla iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə çıxarılmalıdır. İddia ərizəsinin tam əsassız olduğu iddiaçıya da çox yaxşı aydındır, iddia verməkdə məqsəd bank qarşısında götürülmüş öhdəliklərdən yayınmaq, icra sənədinin icrasına mane olmaq və əlavə vaxt qazanmaqdır. Cavabdeh Azərbaycan Respublikası Xammal və X10 və Daşınmaz Əmlakların satışı üzrə xxxxxxxxxxxxxxnə, üçüncü şəxslər Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, səlahiyyətli nümayəndələrinin iştirakını təmin etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdeh Azərbaycan Respublikası Xammal və X10 və Daşınmaz Əmlakların satışı üzrə xxxxxxxxxxxxxxnin, üçüncü şəxslər Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Ərazi İdarəsinin səlahiyyətli nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işin materiallarını tədqiq edib, işdə iştirak edən tərəflərin izahatlarını və çıxışlarını dinləyib, onların təqdim etdiyi sübutları araşdırıb, hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan xx xxxxxxxx 2015-ci il tarixli İcra qeydinin təsdiq olunmuş surətindən görünür ki, Astara rayon dövlət notariat kontorunun dövlət notariusu Qurbanov F.A. «Notariat haqqında» Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə və «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 38.1-ci maddəsinə əsasən həmin sənədlər üzrə ipoteka saxlayan Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşən Maraqlı şəxs QSC-nin tələbi ilə ipoteka qoyan Astara şəhəri, Azərbaycan küçəsi, ev 70 ünvanında qeydiyyatda olan İddiaçı məxsus olan, Astara şəhəri, Səməd Vurğun küçəsində 4 B-də xüsusi mülkiyyətində olan 0.17 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən, 1 ( bir ) mərtəbəli, 3 ( üç otaqlı ), 124.8 kv. m ümumi, 68.8 kv. m yardımçı, 56.0 kv.m yaşayış sahəsindən ibarət fərdi yaşayış evinə tutma yönəldilsini təklif edir. İş materiallarında olan Astara rayon İcra Şöbəsinin icra məmuru X3 xx xxxxxxxx 2015-ci il tarixli icraata başlamaq haqqında qərarının təsdiq olunmuş surətindən görünür ki, Astara rayon Dövlət Notariat Kontorunun 7-E-06/3764 saylı, xx xxxxxxxx 2015-ci il tarixli icra sənədinin icrasına başlanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Xammal və Əmtəə Birjası “xxxxxxx” MMC tərəfindən Astara rayon İcra Şöbəsinə ünvanlanmış xx xxxxxx 2016-cı il tarixli №1 nömrəli “Əmlakın qiymətləndirilməsi barədə hesabat”ın təsdiq olunmuş surətindən görünür ki, Astara şəhəri, Səməd Vurğun küçəsində yerləşən 4 B saylı fərdi yaşayış evinin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti 24.000 (iyirmi dörd min) manat təşkil edir. İş materiallarında olan Astara rayon İcra və Probasiya Şöbəsinin xx xxxxxx 2016-cı il tarixli №4/604 nömrəli məktubunun təsdiq olunmuş surətindən görünür ki, Astara rayon Dövlət Notariat Kontorunun 7-E-06/3764 saylı, xx xxxxxxxx 2015-ci il tarixli icra qeydinə əsasən ipoteka saxlayan Bakı şəhəri, Yasamal rayon, Tiblisi prospekti 3 ünvanında yerləşən Maraqlı şəxs QSC-nin tələbi ilə ipoteka qoyan Astara şəhəri, Azərbaycan küçəsi, ev 70 ünvanında qeydiyyatda olan İddiaçı məxsus olan, Astara şəhəri Səməd Vurğun küçəsində 4 B-də xüsusi mülkiyyətində olan 0.17 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 (bir) mərtəbəli 3 (üç otaqlı), 124.8 kv.m ümumi, 68.8 kv.m yardımçı 56.0 kv.rn yaşayış sahəsindən ibarət fərdi yaşayış evinə tutma yönəldilməlidir. İpoteka predmetindən tutulacaq məbləğ 13363.64 ( on üç min üç yüz altımış üç tam yüzdə altımış dörd) manat və 41 (qırx bir) manat ödənilmiş dövlət rüsumu təşkil edir. «İcra Haqqında» Azərbaycan Respublikası Qanununa uyğun olaraq siyahıya alınmış əmlak qiymətləndirilmiş halda hərrac yolu ilə satılmasından ötrü Azərbaycan Respublikası Daşınar və Daşınmaz Əmlakların satışı üzrə “xxxxxxxxxxxxxx” MMC-yə göndərilmişdir. İş materiallarında olan xəbərnamənin təsdiq olunmuş surətindən görünür ki, X4 xx xxxx 2016-cı il tarixdə Azərbaycan Respublikası Xammal və X10 və Daşınmaz Əmlakların satışı üzrə “xxxxxxxxxxxxxx” MMC tərəfindən İddiaçı ünvanlanmış bildirişi qəbul etmişdir. İş materiallarında olan xəbərnamənin təsdiq olunmuş surətindən görünür ki, X4 xx xxxxx 2016-cı il tarixdə Azərbaycan Respublikası Xammal və X10 və Daşınmaz Əmlakların satışı üzrə “xxxxxxxxxxxxxx” MMC tərəfindən İddiaçı ünvanlanmış bildirişi qəbul etmişdir. İş materiallarında olan xəbərnamənin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı nümayəndəsi X4 xx xxxxx 2016-cı il tarixdə Azərbaycan Respublikası Xammal və X10 və Daşınmaz Əmlakların satışı üzrə “xxxxxxxxxxxxxx” MMC tərəfindən İddiaçı ünvanlanmış bildirişi qəbul etmişdir. İş materiallarında olan xəbərnamənin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx xxx 2016-cı il tarixdə Azərbaycan Respublikası Xammal və X10 və Daşınmaz Əmlakların satışı üzrə “xxxxxxxxxxxxxx” MMC tərəfindən ona ünvanlanmış bildirişi şəxsən qəbul etmişdir. İş materiallarında olan 04-xx xxxx 2016-cı il tarixli, 18 mart-xx xxxxx 2016-cı il tarixli, 08-xx xxxxx 2016-cı il tarixli, 21-xx xxxxx 2016-cı il tarixli “Birja Yenilikləri” qəzetinin surətlərindən görünür ki, müvafiq olaraq qəzetin №02(02), №04(04), №06(06), №08(08) nömrələrində Astara şəhəri, Səməd Vurğun küçəsində yerləşən 4 B saylı fərdi yaşayış evi (3 otaq) ilə bağlı hərracın keçirilməsi tarixləri barədə elanlar verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Xammal və X10 və Daşınmaz Əmlakların satışı üzrə “xxxxxxxxxxxxxx” MMC tərəfindən İddiaçı, Astara rayon İcra Şöbəsinə və Maraqlı şəxs ASC-yə ünvanlanmış xx xxxx 2016-cı il tarixli №01 nömrəli və xx xxxx 2016-cı il tarixli №01/2 nömrəli “X5 dair” bildirişlərin təsdiq olunmuş surətlərindən görünür ki, kreditin (borcun) təminatı qismində ipoteka predmetinə tələbin yönəldilməsinə dair Astara rayon Dövlət Notariat Kontorunun 7-E-06/3764 saylı, xx.xx.2015-ci il tarixli icra sənədi üzrə İddiaçı mülkiyyətində olan Astara şəhəri, Səməd Vurğun küçəsi, 4B saylı fərdi yaşayış evinə tutma yönəldilmişdir. Hərracın keçirilmə vaxtı və tarixi xx xxxxx 2016-cı il saat 11.00-dır. İş materiallarında olan Azərbaycan Respublikası Xammal və X10 və Daşınmaz Əmlakların satışı üzrə “xxxxxxxxxxxxxx” MMC tərəfindən İddiaçı, Astara rayon İcra Şöbəsinə və Maraqlı şəxs ASC-yə ünvanlanmış xx xxxxx 2016-cı il tarixli №02 nömrəli və xx xxxxx 2016-cı il tarixli №02/2 nömrəli “X5 dair” bildirişlərin təsdiq olunmuş surətlərindən görünür ki, kreditin (borcun) təminatı qismində ipoteka predmetinə tələbin yönəldilməsinə dair Astara rayon Dövlət Notariat Kontorunun 7-E-06/3764 saylı, xx.xx.2015-ci il tarixli icra sənədi üzrə İddiaçı mülkiyyətində olan Astara şəhəri, Səməd Vurğun küçəsi, 4B saylı fərdi yaşayış evinə tutma yönəldilmişdir. Hərracın keçirilmə vaxtı və tarixi xx xxx 2016-cı il saat 11.00-dır. İş materiallarında olan Azərbaycan Respublikası Xammal və X10 və Daşınmaz Əmlakların satışı üzrə “xxxxxxxxxxxxxx” MMC tərəfindən İddiaçı, Astara rayon İcra Şöbəsinə və Maraqlı şəxs ASC-yə ünvanlanmış xx xxx 2016-cı il tarixli məktubun təsdiq olunmuş surətindən görünür ki, Astara rayon İcra Şöbəsinin 4/604 saylı, xx.xx.2016-cı il tarixli sifarişinə əsasən ipoteka ilə yüklənmiş Astara ş, S.Vurğun küçəsi, 4B saylı fərdi yaşayış evinin satılması ilə bağlı keçirilmiş hərraclar baş tutmamış müvafiq olaraq təkrar hərracın baş tutmaması barədə birja yenilikləri qəzetin xx xxx 2016-cı il tarixli nömrəsində dərc edilmişdir. İş materiallarında olan “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” xx xxx 2016-cı il tarixli müqavilənin surətindən görünür ki, tələbkar Maraqlı şəxs ASC İddiaçı mülkiyyətində olan Astara şəhəri, Səməd Vurğun küçəsində 4 B-də xüsusi mülkiyyətində olan 0.17 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən, 1 (bir) mərtəbəli, 3 ( üç otaqlı ), 124.8 kv. m ümumi, 68.8 kv. m yardımçı, 56.0 kv. m yaşayış sahəsindən ibarət fərdi yaşayış evini 15.300 (on beş min üç yüz) manata əldə etmişdir. İş materiallarında olan “Hərracın yekunları barədə” xx xxx 2016-cı il tarixli №43/06 nömrəli protokolun surətindən görünür ki, İddiaçı mülkiyyətində olan Astara şəhəri, Səməd Vurğun küçəsində 4 B-də xüsusi mülkiyyətində olan 0.17 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən, 1 (bir) mərtəbəli, 3 ( üç otaqlı ), 124.8 kv. m ümumi, 68.8 kv. m yardımçı, 56.0 kv. m yaşayış sahəsindən ibarət fərdi yaşayış evi Astara rayon Dövlət Notariat Kontorunun 7-E-06/3764 saylı, xx xxxxxxxx 2015-ci il tarixli icra sənədinin, Astara rayon İcra Şöbəsinin icra məmuru X3 xx xxxxxxxx 2015-ci il tarixli icraata başlamaq haqqında qərarının icrasına əsasən hərrac təşkil olunmuşdur. Əmlakın ilkin hərrac qiyməti 24.000 manat, təkrar hərracdakı ilkin satış qiyməti 20.400 (iyirmi min dörd yüz) manat olmuşdur. Tələbkar ipoteka predmetini 25 faiz aşağı olan 15.300 (on beş min üç yüz) manat qiymətlə əldə etmişdir. İş materiallarında olan Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli 2(106)-138/2017 nömrəli qətnaməsinin surətindən görünür ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, İddiaçı cavabdeh Astara rayon Dövlət Notariat Kontoruna və Maraqlı şəxs Qapalı Səhmdar Cəmiyyətinə qarşı «Astara rayon Dövlət Notariat Kontoru tərəfindən verilmiş xx xxxxxxxx 2015-ci il tarixli, 7- E-06/3764 saylı icra qeydinin ləğv edilməsi» tələbinə dair mülki iş üzrə Astara rayon məhkəməsinin xx xxxx 2016-cı il tarixli, 2(018)1046/2016 saylı qətnaməsi İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır. Mövcud hüquq münasibətləri ipoteka predmetinə tutmanın yönəldilməsi ilə bağlı yaranan mülki münasibətlər olduğundan məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin və “İpoteka haqqında” Qanunun normalarını əlaq əli şəkildə təhlil edərək mülki iş üzrə hüquqi nəticəyə gəlir. “İpoteka haqqında” Qanunun 34.1-ci maddəsinə görə ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır:34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi;34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi;34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda. Həmin Qanunun 39.2-ci maddəsinə görə ipoteka saxlayan tutmanın yönəldilməsinə dair bildirişin bu Qanunun 36.1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə verilməsi barədə məhkəməyə sübut təqdim etməlidir. “İpoteka haqqında” Qanunun 41.1-ci maddəsinə əsasən ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda satıla bilər. “İpoteka haqqında” Qanunun 41.2, 41.3 və 41.5-ci maddələrinə əsasən məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru məhkəmə icraçısı tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. Məhkəmə icraçısı hərracın keçirilməsini əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata (bundan sonra—hərracın təşkilatçısı) sifariş verir. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Hərrac açıq auksion formasında keçirilir. Göstərilən Qanunun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Sözügedən Qanunun 42.5 və 42.6-cı maddələrinə əsasən ən yüksək qiymət təklif etmiş şəxs hərracı udmuş sayılır. Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun keçirildiyi gün hərracın nəticələri haqqında müqavilə qüvvəsinə malik olan protokol imzalayırlar. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.1-ci maddəsinin tələbinə görə üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.2-ci maddəsinin tələbinə görə borclunun əmlakı, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.3-cü maddəsinin tələbinə görə əmlak satılmadıqda həmin əmlak yenidən tələbkara təklif olunur. Tələbkar əmlakdan imtina etdikdə əmlak borcluya, icra sənədi isə icra sənədini vermiş məhkəmə və ya digər orqana qaytarılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx 2000-ci il tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın” 164-cü bəndində göstərilir ki, ödənilməli məbləğ və tələb olunub alınmalı əşyalar, faiz və peniyalarla birlikdə icra qeydində öz əksini tapmalıdır. Həmin Təlimatın 169-1-ci bəndinin “e” yarımbəndində göstərilir ki, tutmanın yönəldilməs haqqında bildiriş bu bəndin “d” yarımbəndində nəzərdə tutulmuş şəxslərə verildikdən azı 30 təqvim günü keçdikdə və əsas öhdəlik bu müddətə icra edilməyibsə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair icra qeydi aparılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 317.1-ci maddəsinə görə borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə görə əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. İş materiallarından müəyyən edilir ki, Astara rayon Dövlət Notariat Kontorunun 7-E- 06/3764 saylı, xx xxxxxxxx 2015-ci il tarixli icra sənədinin, Astara rayon İcra Şöbəsinin icra məmuru X3 xx xxxxxxxx 2015-ci il tarixli icraata başlamaq haqqında qərarının icrasına əsasənAzərbaycan Respublikası Xammal və X10 və Daşınmaz Əmlakların satışı üzrə “xxxxxxxxxxxxxx” MMC tərəfindənİddiaçı mülkiyyətində olan Astara şəhəri, Səməd Vurğun küçəsində 4 B-də xüsusi mülkiyyətində olan 0.17 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən, 1 (bir) mərtəbəli, 3 ( üç otaqlı ), 124.8 kv. m ümumi, 68.8 kv. m yardımçı, 56.0 kv. m yaşayış sahəsindən ibarət fərdi yaşayış evi ilə bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq hərracın keçirilməsi təşkil edilmiş və bununla əlaqədar tərəflərin rəsmi qeydiyyatda olduqları ünvanlara müvafiq bildirişlər göndərilmiş, qəzetlərdə elanlar vermişdir. Nəticədə ipoteka predmeti olan daşınmaz əmlak hərracda satılmamış və qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq tələbkar Maraqlı şəxs Qapalı Səhmdar Cəmiyyətinə təklif olunmuş, tələbkar isə həmin əmlakı qəbul edərək xx xxx 2016-cı il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə bağlamışdır. Belə olan halda məhkəmə hesab edir ki, ipoteka ilə yüklü edilmiş mübahisə predmeti olan əmlak “İcra haqqında” Azərbaycan Respublikası Qanununun, “İpoteka haqqında” Qanunun yuxarıda qeyd olunan maddələrinin tələblərinə uyğun olaraq hərrac vasitəsilə tələbkara satılmışdır. Bu səbəbdən də iddia tələbi həmin hissədə əsassız olduğundan təmin edilməməlidir. Bununla yanaşı məhkəmə iddiaçının əsas gətirdiyi, mənzillə bağlı hərrac təşkilatçısının hərracın keçirilməsi barədə ona məlumat verməməsini, hərracın onun xəbəri və iştirakı olmadan keçirilməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hərrac təşkilatı tərəflərə icra sənədi üzrə borclu və tələbkara təqdim etdikləri rəsmi ünvan üzrə bir neçə dəfə rəsmi qaydada xəbərnaməli bildirişlər göndərmiş, həmin bildirişlər hazırkı iddia üzrə iddiaçıya rəsmi qaydada təqdim olunmuş, onun əmlakın hərraca çıxarılmasından tam olaraq xəbəri olmuş, nəticədə ipoteka predmeti olan daşınmaz əmlak qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq tələbkara təklif olunmuşdur. Məhkəmə iclasında tərəflərin təqdim etdikləri sübutlarla və verdikləri izahatlardan da məlum olmuşdur ki, qeyd edilən ipoteka predmeti ilə bağlı keçirilmiş hərracdan iddiaçının tam məlumatı olmuşdur. Yuxarıda qeyd olunanlara əsasən iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Cavabdehin iddia ərizəsinə etiraza münasibətdə məhkəmə qeyd edir ki, iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız, məhkəmənin gəldiyi nəticə isə lazımi əsasa söykənməyən hesab edilməlidir. (Konstitusiya Məhkəməsi Plenumunun L.İ.Binnətovanın şikayəti üzrə xx xxx 2008-ci il tarixli Qərarı) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.1-ci maddəsinə görə hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Həmin Məcəllənin 375.2-ci məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 373.2-ci maddəsinə görə müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Qeyd edilənlərə əsasən məhkəmə iddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəli olmasını nəzərə alaraq mülki qanunvericiliyin tələbləri baxımından iddia müddətinin keçməsi əsasını mülki iş üzrə müəyyən etmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Məhkəmə həmçinin mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh AR Xammal və X10 və Daşınmaz Əmlakların satışı üzrə xxxxxxxxxxxxxxnə, üçüncü şəxslər Maraqlı şəxs QSC-yə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nə və DƏDRX-nin 10 saylı Ərazi İdarəsinə qarşı hərracın yekun nəticələri haqqında xx xxx 2019-cu il tarixli protokolun, xx xxx 2019-cu il tarixli əmlakın alqı-satqısı barədə müqavilənin və bankın adına mülkiyyət hüququ əsasında verilmiş çıxarışın etibarsız hesab edilməklə ləğv edilməsi tələbinə dair iddiası təmin edilməsin. İddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev
Məhkəmə qərarları › İş №2(005)-1917/2019
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1917/2019
07.05.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver