Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-1931/2021 10.03.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi ilə, İddiaçı cavabdehlər “xxxx” MMC Hərrac Mərkəzi və Cavabdeh2 ASC-yə qarşı “hərracın 15% mərhələsinin yenidən keçirlməsi tələbi”nə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər “xxxx” MMC Hərrac Mərkəzi və Cavabdeh2 ASC-yə qarşı “hərracın 15% mərhələsinin yenidən keçirlməsi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin açıq hərracdan satılmasının hərracın 15% mərhələsinin nəticələrinin ləğv edilməsi və hərracın həmin mərhələsi yenidən keçirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. “İpoteka haqqında” Qanunun 44-cü maddəsinə əsasən “İpoteka haqqında” Qanunun müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikası Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Mülki Məcəllənin 416-cı maddəsinə əsasən isə bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Sadalanan əsaslardan göründüyü kimi keçirilmiş hərracın maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilməsinin mümkünlüyü qanunda nəzərdə tutulmuşdur. Bununla belə iddiaçı keçirilmiş hərracının deyil, onun 15 % mərhələsinin ləğv edilməsini xahiş etmişdir. Digər tərəfdən iddiaçı ərizəsindən görünür ki, Bakı Şəhər Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli 2(001)-297/2019 saylı qətnaməsi ilə mübahisəli əmlakın qiyməti müəyyən edilmişdir. Azərbaycan Respublikası MPM-nin 153.2.2-ci maddəsinə görə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Məhkəmə hesab edir ki, mübahisəli əmlakın qiyməti məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edildiyi halda iddiaçının həmin halı yenidən mübahisələndirməsi də yolverilməzdir. O da qeyd edilməlidir ki, idiaçının öz tələbinin əsaslandırılmasının nədən ibarət olması, əmlakın qiymətilə bağlı mübahisənin hansı əsaslara görə cavabdeh tərəfindən düzgün hesablanmamasının ehtimal edilməsi də iddia ərizəsində göstərlməmiş, iddiaçı əsaslandırılmayan iddia ərizəsilə məhkəməyə müraciət edərək iddia tələbinin təımin edilməsini xahiş etmişdir. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, İddiaçı cavabdehlər “xxxx” MMC Hərrac Mərkəzi və Cavabdeh2 ASC-yə qarşı “hərracın 15% mərhələsinin yenidən keçirlməsi tələbi”nə dair dair iddiası iddianın yolverilməzliyinə görə qəbul etməkdən imtina edilməlidir. Azərbaycan Respublikası MPM-nin 153.3-cü maddəsinə görə hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. Azərbaycan Respublikası MPM-nin 153.4-cü maddəsinə görə ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 149.2.5, 150.0.5, 152.1, 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər “xxxx” MMC Hərrac Mərkəzi və Cavabdeh2 ASC-yə qarşı “hərracın 15% mərhələsinin yenidən keçirlməsi tələbi”nə dair iddia ərizəsi icraata qəbul edilməkdən imtina edilsin. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüqar Quliyev
Məhkəmə qərarları › İş №2(005)-1931/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-1931/2021
10.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver