Məhkəmə qərarları › İş №2(005)-1944/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1944/2022

21.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1944/2022 21.07.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh1 ASC-nin Ləğvedicisi Əmanətlərinin Sığortalanması Fondu”-na ”Daşınar və Daşınmaz Əmlakların Satışı X6” MMC-yə (Bakı şəhər Xətai Rayon İcra Şöbəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs olaraq) qarşı “hərracın yekunları barədə protokolun və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1ASC-nin Ləğvedicisi Əmanətlərinin Sığortalanması Fondu”-na ”Daşınar və Daşınmaz Əmlakların Satışı X6” MMC-yə (Bakı şəhər Xətai Rayon İcra Şöbəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs olaraq) qarşı “hərracın yekunları barədə protokolun və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ipoteka predmeti olan Sumqayıt şəhəri Novxanı bağ massivi 416 ünvanında yerləşən 0.19782 ha torpaq sahəsi və üzərində yerləşən, sahəsi 270.90 kv.m-dən ibarət bağ evinin açıq hərracdan satılmasına dair Hərrac Təşkilatının “Hərracın yekunları barədə 83/02 saylı, xx.xx.2016-cı il tarixli protokolun və “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə xx.xx.2016-cı il tarixli müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(011)-167/2016 nömrəli qətnaməsi ilə iddiaçı Cavabdeh1 ASC-nin İddiaçı qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası qismən təmin edilmiş, İddiaçı 192.510,36 manat əsas borc, 15.315,24 manat faiz borcu, 166,74 manat cərimə borcu, ödənilmiş 30 manat dövlət rüsumu, cəmi 208.022.34 manat məbləğində pulun alınaraq iddiaçıya ödənilməsi; tələbin İddiaçı xüsusi mülkiyyətində olan Sumqayıt şəhəri Novxanı bağ massivi 416 ünvanında yerləşən 0.19782 ha torpaq sahəsinə və üzərində yerləşən, sahəsi 270.90 kv.m-dən ibarət bağ evinə yönəldilməsi və ilkin satış qiymətinin 155000 manat olmaqla açıq hərracda satılması həmin yaşayış sahəsinə tutma yönəldikdə o, satıldıqdan sonra İddiaçı 1 ay ərzində tərk etmədikdə, həmin yaşayış sahəsindən çıxarılmağı, ipoteka predmetinin satışından əldə olunan vəsait hesabına İddiaçı Cavabdeh1ASC-yə olan borcunun ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamənin icrası Xətai rayon İcra Şöbəsinə həvalə edilmişdir. Bundan sonra Xətai rayon İcra Şöbəsi tərəfindən xx.xx.2016-cı il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş. xx.xx.2016-cı il tarixdə isə mənzilin açıq hərracda satışının təşkil edilməsi üçün icra vərəqəsinin surəti '‘Daşınar və Daşınmaz Əmlakların Satışı X6” MMC-yə göndərilmişdir. Bundan sonra Xətai Rayon İcra Şöbəsinin xx.xx.2016-cı il tarixli sifariş məktubuna əsasən “Daşınar və Daşınmaz Əmlakların Satışı X6" MMC tərəfindən İddiaçı mülkiyyətində olan Sumqayıt şəhəri Novxanı bağ massivi 416 ünvanında yerləşən 0,19782 ha torpaq sahəsi və üzərində yerləşən, sahəsi 270.90 kv.m-dən ibarət bağ evi xx.xx.2016-cı il tarixdə açıq hərracdan satışa çıxarılmış, lakin hərrac baş tutmadığından xx.xx.2016-cı il tarixdə təkrar hərrac keçirilmişdir. Amma təkrar hərrac da baş tutmamışdır. Bundan sonra “Dəmirbank" ASC ipoteka predmeti olan evin mülkiyyətə götürülməsinə razılıq vermiş, beləliklə Sumqayıt şəhəri, Novxanı bağ massivi 416 ünvanında yerləşən 0,19782 ha torpaq sahəsi və üzərində yerləşən, sahəsi 270.90 kv.m-dən ibarət bağ evi Hərrac Təşkilatının “Hərracın yekunları barədə 83/02 saylı. xx.xx.2016-cı il tarixli protokolu və “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə xx.xx.2016-cı il tarixli müqavilə”yə əsasən ASC-yə 98,812.50 (doxsan səkkiz min səkkiz yüz on iki manat əlli qəpik) manata ipoteka saxlayan Cavabdeh1a satılmışdır. Cavabdeh “Daşınar və Daşınmaz Əmlakların Satışı X6“ MMC tərəfindən hərracların keçirilmə yeri və vaxtı barədə İddiaçı rəsmi qaydada məlumat verilməmişdir. Nə hərrac keçirilən zaman İddiaçı asılı olmayan səbəblərdən iştirak etməmiş, nə də ki Hərrac Təşkilatının “Hərracın yekunları barədə 83/02 saylı, xx.xx.2016cı il tarixli protokol“ və “hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə xx.xx.2016-cı il tarixli müqavilə” İddiaçı təqdim edilməmişdir. Xətai Rayon İcra Şöbəsinə çağırıldıqda qətnamənin mövcudluğundan xəbər tutmuşdur. Orada ona bildirmişlər ki, borcun bir qismi ipoteka predmeti olan əmlakın satışından əldə edilən pul hesabına ödənilmiş, qalan pulu isə ödəməlidir. İddiaçı əmlakın satılmasından da həmin gün xəbər tutmuşdur və dərhal pozulmuş hüquqlarının bərpası üçün vəkillə müqavilə bağlamışdır. Bundan sonra vəkili Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinə ərizə ilə müraciət edərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(011)-167/2016 nömrəli icra sənədi üzrə icra işinə dair sənədlərin surətlərinin rəsmi qaydada təqdim edilməsini xahiş etmişdir. Ərizəyə cavab olaraq icra işi iə dair sənədlərin ksero-surətləri göndərilmişdir. Həmin icra işinə dair sənədlərdən görünür ki, məhkəmənin icra vərəqəsi icra edilməsi məqsədilə xx.xx.2016-cı il tarixli məktubla cavabdeh “Daşınar və Daşınmaz Əmlakların Satışı X6” MMC-yə göndərilmiş və ipoteka predmeti olan əmlak xx.xx.2016-cı il tarixdə Cavabdeh1 ASC-yə satılmışdır. Eyni zamanda vəkil Bakı şəhəri Xətai Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(011)-167/2016 nömrəli qətnaməsinin rəsmi qaydada təqdim edilməsini xahiş etmiş, xx.xx.2022-ci il tarixdə qətnamə rəsmi qaydada təqdim edilmişdir. “Daşınar və Daşınmaz Əmlakların Satışı X6“ MMC tərəfindən hərracların keçirilmə yeri və vaxtı barədə mənə rəsmi qaydada məlumat verilmədiyindən hərracların keçirilməsindən tam məlumatsız olmuşdur. Bundan başqa icra işinə dair sənədlərin surətlərindən görünür ki, ipoteka predmeti olan əmlak xx.xx.2016-cı il tarixdə ilk dəfə ilkin satış qiyməti 155.000 manat olmaqla hərraca çıxarılmışdır. Lakin hərrac baş tutmadığından ipoteka predmeti olan əmlakın qiyməti 131.750 manat olmaqla xx.xx.2016-cı il tarixdə təkrar hərraca çıxarılmışdır. Eyni zamanda icra işi materiallarına nəzər saldıqda görünür ki, 3-cü dəfə xx.xx.2016-cı il tarixdə hərrac keçirilmiş və ipoteka predmeti olan əmlak Cavabdeh1 ASCyə 98812.50 (doxsan səkkiz, min səkkiz yüz on iki manat əlli qəpik) manata satılmışdır. Lakin Cavabdeh1 ASC-nin ipoteka predmeti olan əmlakı hansı əsaslarla 98812.50 (doxsan səkkiz min səkkiz yüz on iki manat əlli qəpik) manata alması icra işi materialları ilə müəyyən edilmir. Eyni zamanda ipoteka haqqında qanunvericiliyə əsasən ipoteka predmeti olan əmlakın ilk və təkrar hərraclara çıxarılması nəzərdə tutulmuşdur. Əmlakın 3cü dəfə hərraca çıxarılması qanunvericiliklə tənzimlənməmişdir. ‘"Daşınar və Daşınmaz Əmlakların Satışı X6” MMC tərəfindən qanunvericiliyin tələblərinin pozulması ilə 3-cü dəfə, yəni xx.xx.2016-cı il tarixdə yenidən hərrac keçirilmiş, “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” müqavilə bağlanmışdır. Nəticədə bank əmlakın qanunsuz yolla əldə edilməsinə nail olmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X3 iddia tələbinə etiraz edərək, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş edir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh ”Daşınar və Daşınmaz Əmlakların Satışı X6” MMC və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhər Xətai Rayon İcra Şöbəsi nümayəndələri məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdeh ”Daşınar və Daşınmaz Əmlakların Satışı X6” MMC və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhər Xətai Rayon İcra Şöbəsi nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasda iştirak edən şəxslərin izahatını dinləyib, təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan; Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-167/2016 nömrəli xx.xx.2016-cı il tarixli Qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh1 ASC-nin cavabdeh İddiaçı qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia tələbi qismən təmin edilərək, cavabdeh İddiaçı 192.510,36 manat əsas borc, 15.315,24 manat faiz borcu, 166,74 manat cərimə borcu, ödənilmiş 30 manat dövlət rüsumu, cəmi 208.022.34 manat məbləğində pulun alınaraq iddiaçıya ödənilməsi, tələb Sumqayıt şəhəri Novxanı bağ massivi 416 ünvanda İddiaçı xüsusi mülkiyyətində olan 0.19782 ha torpaq sahəsinə və üzərində yerləşən, sahəsi 270.90 kv.m-dən ibarət bağ evinə yönəldilməsi və ilkin satış qiymətinin 155000 manat olmaqla açıq hərracda satılması, həmin yaşayış sahəsinə tutma yönəldikdə o, satıldıqdan sonra, cavabdeh İddiaçı tərəfindən 1 ay ərzində tərk etmədikdə, həmin yaşayış sahəsindən çıxarılması, ipoteka predmetinin satışından əldə olunan vəsait hesabına İddiaçı Cavabdeh1ASC-yə olan borcunun ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Xətai rayon İcra Şöbəsinin 8849/16 nömrəli xx.xx.2016-cı il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-167/2016 nömrəli xx.xx.2016-cı il tarixli icra sənədi üzrə icraata başlanılması, borclu İddiaçı təklif olunsun ki, 10 gün müddətinə icra sənədinin könüllü icra etməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş tələbin könüllü icra edilməsi barədə Xətai rayon İcra Şöbəsi tərəfindən tərtib edilmiş bildirişdən görünür ki, İddiaçı ünvan 3 ünvanlayaraq Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-167/2016 nömrəli xx.xx.2016-cı il tarixli icra sənədində göstərilən tələbi könüllü icra edilməsinə 10 gün vaxt verilmişdir. İş materiallarına əlavə edilmiş Xətai rayon İcra Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2016-cı il tarixli xx/xx-29202/2 nömrəli sifariş məktubundan görünür ki, ”Daşınar və Daşınmaz Əmlakların Satışı X6” MMC, Cavabdeh1 ASC-yə və İddiaçı ünvan 3 ünvanlayaraq məhkəmə qətnaməsində mənzilin ilkin satış qiyməti 155000 manat müəyyən edilmiş, icra sənədlərinin icrası ilə əlaqədar mənzilin açıq hərracda satışının təşkil edilməsi üçün icra vərəqəsinin sürəti ”Daşınar və Daşınmaz Əmlakların Satışı X6” MMC-yə göndərilmişdir. İş materiallarına əlavə edilmiş 01/2862 nömrəli xx.xx.2016-cı il tarixli bildirişdən görünür ki, İddiaçı Bakı şəhəri, Q.Məmmədov küçəsi, ev 7, mənzil 82 ünvanına, Cavabdeh1 ASC-yə və Xətai rayon İcra Şöbəsinə Sumqayıt şəhəri Novxanı bağ massivi 416 ünvanda İddiaçı xüsusi mülkiyyətində olan 0.19782 ha torpaq sahəsinə və üzərində yerləşən, sahəsi 270.90 kv.m-dən ibarət bağ evinin xx.xx.2016-cı il tarixdə saat 11:00-da ünvan 5 ünvanında hərracın keçiriləcəyi barədə məlumat (01 nömrəli bildiriş) göndərilmişdir. İş materiallarına əlavə edilmiş 01/2862 nömrəli xx.xx.2016-cı il tarixli bildirişinin göndərilməsi barədə zərfin üzərində aparılmış xx.xx.2016-cı il tarixli B-1154 nömrəli qeyddən görünür ki, ”Daşınar və Daşınmaz Əmlakların Satışı X6” MMC tərəfindən İddiaçı Bakı şəhəri, Q.Məmmədov küçəsi, ev 7, mənzil 82 ünvanına göndərilmiş 01/2862 nömrəli xx.xx.2016-cı il tarixli bildiriş (01 saylı), “bu ünvanda yaşamır” qeydi ilə geri qaytarılmışdır. İş materiallarına əlavə edilmiş 01/3024 nömrəli xx.xx.2016-cı il tarixli bildirişdən görünür ki, İddiaçı Bakı şəhəri, Q.Məmmədov küçəsi, ev 7, mənzil 82 ünvanına, Cavabdeh1 ASC-yə və Xətai rayon İcra Şöbəsinə Sumqayıt şəhəri Novxanı bağ massivi 416 ünvanda İddiaçı xüsusi mülkiyyətində olan 0.19782 ha torpaq sahəsinə və üzərində yerləşən, sahəsi 270.90 kv.m-dən ibarət bağ evinin xx.xx.2016-cı il tarixdə saat 11:00-da ünvan 5 ünvanında hərracın keçiriləcəyi barədə məlumat (01/2 nömrəli bildiriş) göndərilmişdir. İş materiallarına əlavə edilmiş 01/3024 nömrəli xx.xx.2016-cı il tarixli bildirişinin göndərilməsi barədə zərfin üzərində aparılmış xx.xx.2016-cı il tarixli B-1154 nömrəli qeyddən görünür ki, ”Daşınar və Daşınmaz Əmlakların Satışı X6” MMC tərəfindən İddiaçı Bakı şəhəri, Q.Məmmədov küçəsi, ev 7, mənzil 82 ünvanına göndərilmiş 01/3024 nömrəli xx.xx.2016-cı il tarixli bildiriş (01/2 saylı), “bu ünvanda yaşamır” qeydi ilə geri qaytarılmışdır. İş materiallarına əlavə edilmiş 01/3544 nömrəli xx.xx.2016-cı il tarixli bildirişdən görünür ki, İddiaçı Bakı şəhəri, Q.Məmmədov küçəsi, ev 7, mənzil 82 ünvanına, Cavabdeh1 ASC-yə və Xətai rayon İcra Şöbəsinə Sumqayıt şəhəri Novxanı bağ massivi 416 ünvanda İddiaçı xüsusi mülkiyyətində olan 0.19782 ha torpaq sahəsinə və üzərində yerləşən, sahəsi 270.90 kv.m-dən ibarət bağ evinin xx.xx.2016-cı il tarixdə saat 11:00-da ünvan 5 ünvanında hərracın keçiriləcəyi barədə məlumat (02 nömrəli bildiriş) göndərilmişdir. İş materiallarına əlavə edilmiş 01/3544 nömrəli xx.xx.2016-cı il tarixli bildirişinin göndərilməsi barədə zərfin üzərində aparılmış xx.xx.2016-cı il tarixli F20-B-1154 nömrəli qeyddən görünür ki, ”Daşınar və Daşınmaz Əmlakların Satışı X6” MMC tərəfindən İddiaçı Bakı şəhəri, Q.Məmmədov küçəsi, ev 7, mənzil 82 ünvanına göndərilmiş 01/3544 nömrəli xx.xx.2016-cı il tarixli bildiriş (02 saylı), “bu ünvanda yaşamır” qeydi ilə geri qaytarılmışdır. İş materiallarına əlavə edilmiş 01/3689 nömrəli xx.xx.2016-cı il tarixli bildirişdən görünür ki, İddiaçı Bakı şəhəri, Q.Məmmədov küçəsi, ev 7, mənzil 82 ünvanına, Cavabdeh1 ASC-yə və Xətai rayon İcra Şöbəsinə Sumqayıt şəhəri Novxanı bağ massivi 416 ünvanda İddiaçı xüsusi mülkiyyətində olan 0.19782 ha torpaq sahəsinə və üzərində yerləşən, sahəsi 270.90 kv.m-dən ibarət bağ evinin xx.xx.2016-cı il tarixdə saat 11:00-da ünvan 5 ünvanında hərracın keçiriləcəyi barədə məlumat (02/2 nömrəli bildiriş) göndərilmişdir. İş materiallarına əlavə edilmiş 01/3689 nömrəli xx.xx.2016-cı il tarixli bildirişinin göndərilməsi barədə zərfin üzərində aparılmış xx.xx.2016-cı il tarixli F20-B-1154 nömrəli qeyddən görünür ki, ”Daşınar və Daşınmaz Əmlakların Satışı X6” MMC tərəfindən İddiaçı Bakı şəhəri, Q.Məmmədov küçəsi, ev 7, mənzil 82 ünvanına göndərilmiş 01/3689 nömrəli xx.xx.2016-cı il tarixli bildiriş (02/2 saylı), “bu ünvanda yaşamır” qeydi ilə geri qaytarılmışdır. İş materiallarına əlavə edilmiş 01/3963 nömrəli xx.xx.2016-cı il tarixli bildirişdən görünür ki, İddiaçı Bakı şəhəri, Q.Məmmədov küçəsi, ev 7, mənzil 82 ünvanına, Cavabdeh1 ASC-yə və Xətai rayon İcra Şöbəsinə xx/xx-29202/2 nömrəli xx.xx.2016-cı il tarixli sifariş məktubuna əsasən ipoteka ilə yüklənmiş Sumqayıt şəhəri Novxanı bağ massivi 416 ünvanda İddiaçı xüsusi mülkiyyətində olan 0.19782 ha torpaq sahəsinə və üzərində yerləşən, sahəsi 270.90 kv.m-dən ibarət bağ evinin satılması ilə bağlı mövcud qanunvericiliyə uyğun olaraq keçirilmiş hərracların baş tutmaması və bu barədə “Birja yenilikləri” qəzetinin xx.xx.2016-cı il tarixli nömrəsində dərc edilməsi və Azərbaycan Respublikası “İpoteka haqqında” qanunun 43-cü maddəsinin müvafiq bəndlərinə uyğun olaraq ipoteka qoyan və ipoteka saxlayana məlumat verildiyindən ipoteka saxlayana ipoteka predmeti haqqında qəbul etdiyi son qərarla hərrac təşkilatına məlumat verilməsi xahiş olunmuşdur. İş materiallarına əlavə edilmiş 01/3963 nömrəli xx.xx.2016-cı il tarixli məktubun göndərilməsi barədə zərfin üzərində aparılmış xx.xx.2016-cı il tarixli F20-B-1154 nömrəli qeyddən görünür ki, ”Daşınar və Daşınmaz Əmlakların Satışı X6” MMC tərəfindən İddiaçı Bakı şəhəri, Q.Məmmədov küçəsi, ev 7, mənzil 82 ünvanına göndərilmiş 01/3689 nömrəli xx.xx.2016-cı il tarixli məktubu, “bu ünvanda yaşamır” qeydi ilə geri qaytarılmışdır. İş materiallarına əlavə edilmiş Cavabdeh1 ASC tərəfindən ”Daşınar və Daşınmaz Əmlakların Satışı X6” MMC-yə ünvanlanmış 05-PRX/24955 nömrəli xx.xx.2016-ci il tarixli məktubundan görünür ki, ”Daşınar və Daşınmaz Əmlakların Satışı X6” MMC-nin 01/3963 saylı xx.xx.2016-cı il tarixli məktubuna cavab olaraq İddiaçı məxsus Sumqayıt şəhəri Novxanı bağ massivi 416 ünvanda olan 0.19782 ha torpaq sahəsinə və üzərində yerləşən, sahəsi 270.90 kv.m-dən ibarət bağ evi ipoteka ilə yüklü edilmiş əmlak açıq hərracda satılmadığı təqdirdə Bank göstərilən əmlakın öz mülkiyyətinə götürülməsinə razılıq vermişdir. İş materiallarına əlavə edilmiş “Daşınar və Daşınmaz Əmlakların Satışı X6” MMC tərəfindən tərtib edilmiş xx.xx.2016-ci il tarixli 83/02 nömrəli protokolundan görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-167/2016 nömrəli xx.xx.2016-cı il tarixli icra vərəqəsi və Xətai rayon İcra Şöbəsi xx.xx.2016-cı il tarixli xx/xx-29202/2 nömrəli sifariş məktubu əsasında, İddiaçı məxsus Sumqayıt şəhəri Novxanı bağ massivi 416 ünvanda xüsusi mülkiyyətində olan 0.19782 ha torpaq sahəsinə və üzərində yerləşən, sahəsi 270.90 kv.m-dən ibarət bağ evi 98812,5 manata “İpoteka Haqqında” Azərbaycan Respublikası 43.7-ci maddəsinə əsasən Cavabdeh1 ASC-nin (etibarnamə əsasında nümayəndəsi X2) təqdim edilməsi hesab edilməsi və lazımi sənədlər tərtib edilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş, “Daşınar və Daşınmaz Əmlakların Satışı X6” MMC tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli “hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqaviləsindən görünür ki, Sumqayıt şəhəri Novxanı bağ massivi 416 ünvanda İddiaçı xüsusi mülkiyyətində olan 0.19782 ha torpaq sahəsinə və üzərində yerləşən, sahəsi 270.90 kv.m-dən ibarət bağ evi 98812,5 manata satılması alıcı isə Azərbaycan Respublikası “İpoteka haqqında” qanunun 78-ci maddəsinə uyğun olaraq çəkilən xərclərin ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş ********* nömrəli xx.xx.2017-ci il tarixli Ödəmə tapşırığından görünür ki, Cavabdeh1 ASC tərəfindən 6916,87 manat pul Xətai rayon İcra Şöbəsinin hesabına ödənilmişdir. Məhkəmə araşdrıması müəyyən edilmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-167/2016 nömrəli xx.xx.2016-cı il tarixli Qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, cavabdeh İddiaçı 192.510,36 manat əsas borc, 15.315,24 manat faiz borcu, 166,74 manat cərimə borcu, ödənilmiş 30 manat dövlət rüsumu, cəmi 208.022.34 manat məbləğində pulun alınaraq iddiaçıya ödənilməsi, tələb Sumqayıt şəhəri Novxanı bağ massivi 416 ünvanda İddiaçı xüsusi mülkiyyətində olan 0.19782 ha torpaq sahəsinə və üzərində yerləşən, sahəsi 270.90 kv.m-dən ibarət bağ evinə yönəldilməsi və ilkin satış qiymətinin 155000 manat olmaqla açıq hərracda satılması, həmin yaşayış sahəsinə tutma yönəldikdə o, satıldıqdan sonra, cavabdeh İddiaçı tərəfindən 1 ay ərzində tərk etmədikdə, həmin yaşayış sahəsindən çıxarılması, ipoteka predmetinin satışından əldə olunan vəsait hesabına İddiaçı Cavabdeh1ASC-yə olan borcunun ödənilməsi qət edilmişdir. Daha sonra Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-167/2016 nömrəli xx.xx.2016-cı il tarixli icra sənədinin icraa edilməsi üçün Xətai rayon İcra Şöbəsi tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Tələbin könüllü icra edilməsi ilə bağlı bildiriş tərflərə göndərilmişdir. Borclu tərəfindən həmin bildirişdə göstərilən müddət ərzində tələb könüllü icra edilmədiyindən, icra şöbəsi tərəfindən ipoteka predmetinin hərracda satılması üçün hərrac təşkilatına müvafiq sifariş məktubu ünvanlanmışdır. Hərrac təşkilatı tərəfindən ipoteka predmeti üzrə xx.xx.2016-cı il tarixdə saat 11:00-da ünvan 5 ünvanında hərracın keçiriləcəyi barədə məlumat verilmişdir. Təyin olunmuş gündə ipoteka predmeti satılmadığından əmlak ikinci dəfə xx.xx.2016-cı il tarixdə saat 11:00-da ünvan 5 ünvanında hərracın keçiriləcəyi barədə məlumat verilmişdir. Bundan sonra ipoteka predmetinin ipoteka saxlayana təklif edilməsi və onun razılığının alınması üçün Xətai rayon İcra Şöbəsinə məlumat verilmişdir. Bundan sonra tələbkar Cavabdeh1 ASC məktubla ”Daşınar və Daşınmaz Əmlakların Satışı X6” MMC-yə müraciət edərək ipoteka predmeti olan əmlakı qəbul etməsinə dair razılığını bildirmişdir. Bundan sonra xx.xx.2016cı il tarixində hərrac təşkilatı tərəfindən ipoteka predmetinin tələbkara təklif edilməsi ilə bağlı ptorokol tərtib edilmiş və həmin iclasda ipoteka predmetinin tələbkara 98812,5 manata satılmasını qərara alınmışdır. Daha sonra hərrac təşkilatı ilə tələbkar arasında “hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” müqavilə bağlanaraq Sumqayıt şəhəri Novxanı bağ massivi 416 ünvanda İddiaçı xüsusi mülkiyyətində olan 0.19782 ha torpaq sahəsinə və üzərində yerləşən, sahəsi 270.90 kv.m-dən ibarət bağ evinin 98812,5 manata satılması və tələbkar tərəfindən icra sənədinin icra edilməsi üçün çəkilmiş xərclərin tələbkar tərəfindən ödənilməsi razılaşdırılmışdır. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesində ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallara onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşıb-uzlaşmamasına hüquqi qiymət verilməlidir. Belə ki, iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 ASC-nin ona qarşı irəli sürülmüş borcun ödənilməsi və borcun ipoteka predmetinə yönəldilməsi barədə iddia tələbindən və iddia tələbi üzrə qəbul edilmiş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-167/2016 nömrəli xx.xx.2016-cı il tarixli Qətnaməsindən, habelə ”Daşınar və Daşınmaz Əmlakların Satışı X6” MMC tərəfindən Sumqayıt şəhəri Novxanı bağ massivi 416 ünvanda İddiaçı xüsusi mülkiyyətində olan 0.19782 ha torpaq sahəsinə və üzərində yerləşən, sahəsi 270.90 kv.m-dən ibarət bağ evinə dair hərracların keçirilməsindən və sonda həmin əmlakın tələbkara 25 faiz aşağı qiymətlə təklif olunmağına dair protokol və qərarlardan məlumatsız olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin tələbinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Göstərilən prosessual normanın tələbləri baxımından məhkəmə qeyd edir ki, mülki işin icraatı zamanı preyudisial (əvvəlki hal) faktlar da sübut olunmur. Sübutetmə predmetinə daxil olan tədqiq olunan və məhkəmənin yekun aktında əks edilən faktlar, bu akt qanunla müəyyən edilən qaydada ləğv edilənə və ya dəyişdirilənə qədər həqiqilik və qətilik keyfiyyəti əldə edir. Məcburiliyi baxımından bütün digər orqanlar, vəzifəli şəxslər, təşkilatlar, vətəndaşlar bu aktın məzmunu ilə razılaşmalıdırlar. Artıq qüvvəyə minmiş qətnamənin faktiki əsasını təşkil edən hallar yeni mübahisə üçün də hüquqi əhəmiyyət kəsb etdikdə preyudisiyal əlaqəsi yaranmış olur. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 167/2016 nömrəli xx.xx.2016-cı il tarixli Qətnaməsi ilə İddiaçı ünvan 7 ünvanında qedyiyyatda olması müəyyən edilmişdir. Qeyd olunan hala münasibətdə məhkəmə ilk növbədə qeyd edir ki, həmin əsas üzrə məhkəmənin qanuni qüvvəsini almış qətnaməsinin olması və göstərilən hala dair artıq digər müvafiq hüquqi araşdırma aparılması nəticəsində təsdiq olunduğundan hazırki iddia tələbi üzrə həmin yenidə araşdırılması qanunvericliklə yolverilməzdir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “C.İsmayılzadənin şikayətinə dair” xx.xx.2007-ci il tarixli qərarında qeyd olunmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzib olunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. Avropa Məhkəməsinin “Brumareski Rumıniyaya qarşı” 28 oktyabr 1999-cu il tarixli qərarında göstərilmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. Eyni zamanda Xətai rayon İcra Şöbəsi tərəfindən qeyd olunan qətnamənin icrası ilə bağlı borcluya bildirişlər İddiaçı qeydiyyatda olduğu Bakı şəhəri, Xətai rayonu, Qədir Məmmədov küçəsi, ev 7 mənzil 82 ünvanına göndərilmişdir. Bundan başqa ”Daşınar və Daşınmaz Əmlakların Satışı X6” MMC təfərindən ipoteka predmeti olan əmlakın açıq hərracda satılması barədə bütün hərəkətləri üzrə borcluya ünvanlanmış bildiriş və məktublar İddiaçı qeydiyyatda olduğu ünvan 7 ünvanına göndərilmişdir. Lakin iş materiallarına əlavə edilmiş məlumatlarda iddiaçıya ünvanlanmış həmin sənədlər “Bu ünvanda yaşamır” qeydi ilə geri qaytarılmışdır. Eyni zamanda hazırki tələb üzrə məhkəməyə ünvanlanmış iddia ərizəsində İddiaçı ünvanın ünvan 8 Göründüyü kimi iddiaçının hal-hazırda qeydiyyatda olduğu ünvanında dəyişiklik olmamışdır.Belə olan halda həm icra sənədinin icra edilməsi zamanı, həmdə ipoteka predmetinin açıq hərracda satılması zamanı borcluya ünvanlanmış məktublar onun halhazırda qeydiyyatda olduğu Bakı şəhəri, Xətai rayonu, Qədir Məmmədov küçəsi, ev 7 mənzil 82 ünvanına göndərilməsi öz təsdiqini tapmışdır. Odur ki, hərrac təşkilatı tərəfindən ipoteka qoyana göndərilmiş bildirişlərin göndərildiyi halda onun ünvanda olmaması halı, hərrac təşkilatı tərəfindən hər hansı pozuntu kimi qiymətləndirilməməlidir. Bundan başqa iddiaçı hərracın keçirilməsi zamanı ”Daşınar və Daşınmaz Əmlakların Satışı X6” MMC tərəfindən pozuntulara yol verilməsini iddia edərək bu halı ipoteka predmeti üzrə üç dəfə hərracın keçirilməsi ilə əsaslandırmışdır. Məhkəmə qeyd olunan halla razılaşmayaraq məhkəmə araşdırması zamanı müəyyən edilmiş faktlara əsaslanaraq bildirir ki, hərrac təşkilatı tərəfindən ipoteka predmetinin açıq hərracda satılması barədə iki dəfə hərrac təşkil etmişdir. Həmin hərraclarda ipoteka predmetinin satılmaması səbəbindən qanunvericliyə uyğun olaraq sonuncu hərrac zamanı müəyyən edilmiş əmlakın dəyərini 25 faiz azaltmaqla tələbkara təklif etmişdir. Odur ki, məhkəmə ipoteka predmeti üzrə hərrac təşkilatının hərəkətlərini qanuni və əsaslı hesab edir. Belə ki, “İpoteka haqqında” Qanunun: 34.1-ci maddəsinə görə ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda. 39.2-ci maddəsinə görə ipoteka saxlayan tutmanın yönəldilməsinə dair bildirişin bu Qanunun 36.1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə verilməsi barədə məhkəməyə sübut təqdim etməlidir. “İpoteka haqqında” Qanunun 41.1-ci maddəsinə əsasən ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. “İpoteka haqqında” Qanunun 41.2, 41.3, 41.4 və 41.5-ci maddələrinə əsasən, Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üsulu və satışı həyata keçirməli olan şəxs tərəflərin razılığı ilə müəyyən olunur. Razılığa əsasən ipoteka predmeti hərracda satıldıqda ipoteka saxlayan və ya ipoteka qoyan hərracın təşkilatçısına sifarişi verə bilərlər. Hərrac açıq auksion formasında keçirilir. Həmin Qanunun 42.1-ci maddəsinə əsasən, hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. Həmin Qanunun 42.5 və 42.6-cı maddələrinə əsasən Ən yüksək qiymət təklif etmiş şəxs hərracı udmuş sayılır. Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun keçirildiyi gün hərracın nəticələri haqqında müqavilə qüvvəsinə malik olan protokol imzalayırlar. Protokolun imzalanmasından imtina edilməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415-ci maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 317.1-ci maddəsinə görə borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə görə əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. Yuxarıda qeyd olunan maddi hüquq normalarının ipmerativ şərtlərini iddia tələbinin verilməsinə əsas olmuş hallara, habelə tələbdə göstərilən hərracla bağlı nəticələrin hüquqi statusu ilə bağlı iddiaçının əldə etmək istədiyi nəticəyə tətbiqi zamanı həmin halların əsassız olduğu müəyyən edilir. İddiaçı tərəfindən məhkəmə araşdırması zamanı müəyyən olunmuş halları təkzib edəcək sübutlar məhkəməyə təqdim edilməmiş, həmçinin məhkəmə araşdırması zamanı iddia tələbinin əsaslı olmasına dair sübutlar aşkar edilməmişdir. Mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə hesab edir ki, Sumqayıt şəhəri Novxanı bağ massivi 416 ünvanda İddiaçı xüsusi mülkiyyətində olan 0.19782 ha torpaq sahəsinə və üzərində yerləşən, sahəsi 270.90 kv.m-dən ibarət bağ evi açıq hərracdan satılması ”Daşınar və Daşınmaz Əmlakların Satışı X6” MMC tərəfindən hərraclar qanunun tələblərinə müvafiq olaraq keçirilmiş və hərrac mərkəzi hərracın keçirilməsində haqlı olmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Beləliklə məhkəmə işin hallarını və yuxarıda qeyd olunan maddi hüquq normalarını nəzərə alaraq hesab edir ki, İddiaçı cavabdeh "xxxx"ASC-nin Ləğvedicisi Əmanətlərinin Sığortalanması Fondu”-na ”Daşınar və Daşınmaz Əmlakların Satışı X6” MMC-yə (Bakı şəhər Xətai Rayon İcra Şöbəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs olaraq) qarşı “hərracın yekunları barədə protokolun və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia tələbi təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh1 ASC-nin Ləğvedicisi Əmanətlərinin Sığortalanması Fondu”-na ”Daşınar və Daşınmaz Əmlakların Satışı X6” MMC-yə (Bakı şəhər Xətai Rayon İcra Şöbəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs olaraq) qarşı “hərracın yekunları barədə protokolun və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia tələbi rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə apellyasiya şikayəti verilə bilər. Hakim Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar