Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1953/2023 19.07.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh İB-yə qarşı “qərarın ləğv olunması və hesablanmış borcun silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı “aktın ləğv olunması və hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş ******* nömrəli 23 noyabr 2022-ci il tarixli “təbii qazdan istifadə qaydalarının pozulması” haqqında aktın ləğv olunması və itirilmiş qazın bərpası üçün hesablanmış məbləğin silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh əməkdaşları S.Əliyev, E.Mirzəyev və B.Vəlizadə tərəfindən ******* nömrəli 25 sentyabr 2022-ci il tarixli «qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında» və ******* nömrəli 23 noyabr 2022-ci il tarixli «təbii qazdan istifadə qaydalarının pozulması haqqında» aktlar tərtib edilmişdir, 1-ci aktda yeni sayğacın quraşdırılma səbəbi göstərilməsə də, 2-ci aktda qaz saygacındakı çıxış plastmas boruda deşik aşkar olunması göstərilmişdir. Bu səbəbdən də hazırda cavabdeh məndən itirilmiş qazın bərpası üçün 1036 (min otuz altı) manat 80 (səksən) qəpik məbləğində pul tələb edir. Bu yaxınlarda ona məxsus evə təbii qazın verilişi dayandırılmış və smarkart bloklanmışdır. Hesab edir ki, qeyd olunan akt tamamilə qanunsuzdur və ləğv olunmalıdır. Belə ki, qaz sayğacının çıxış palstmas borusunun deşik olması və qaz sağacına kənar müdaxilənin olması kimi halların aşkar olunması barədə akt tərtib olunarkən hal şahidləri iştirak etməmişlər. Bundan başqa, həmin aktları imzalayan şəxslər təkcə eyni bir təşkilatın, yəni cavabdeh tərəfin nümayəndələridirlər. Digər tərəfdən, qaz sayğacının çıxış plastmas borusunun deşik olmasının və qaz sayğacına kənar müdaxilənin olmasının aşkar olunması hələ o demək deyildir ki, həmin borunu özü deşmişdir və sayğaca müdaxiləni özü etmişdir Xüsusilə qeyd edir ki, sözügedən sayğac, çöldə divarda quraşdırılmışdır və onun nəzarəti altında deyil. Ən başlıcası isə boru deşik olsa da onun, yaxud da ailə üzvləri tərəfindən sayğaca kənar müdaxilə edilməmişdir. Ümumiyyətlə, həmin borunun onun tərəfindən deşilməsi heç ağlatan deyildir, ona görə ki, sözügedən boru qaz sayğacının çıxışında yerləşir, beləliklə borudan çıxan təbii qaz əvvəlcə sayğacdan keçir, bununla da dəyəri onun tərəfindən ödənilir. Ən başlıcası isə qaz sayğacı Cavabdeh əməkdaşlarının birbaşa gözü qarşısındadır, küçədə quraşdırılmışdır və onu mühafizə etmək onun borcu deyildir. Xüsusilə qeyd elmək istəyir ki, itirilmiş təbii qazın bərpası üçün məbləğ 58 gün əvvəldən hesablanır. Belə çıxır ki, 58 gün ərzində Cavabdeh işləməmiş və əhalinin qaz sayğaclarını nəzarətsiz qoymuşlar, nəticədə 58 gün ərzində qaz havaya sızmış və onun dəyəri mənim smart-kartından çıxılmışdır. Bu hələ məsələnin bir tərəfi, əgər qaz sızması nəticəsində partlayış baş versəydi, insan tələfatı olsaydı, məsuliyyət kimin boynunda qalacaqdı. Göründüyü kimi, özü qaz sayğacının çıxış plastmas borusunun deşik olmasına görə hər hansı məsuliyyət daşımır. «X3»nın onun tərəfindən pozulmasına dair hər hansı sübut yoxdur. Belə olan halda itirilmiş qazın bərpası üçün hər hansı məbləğdə pul ödəməməlidir. Odur ki, məhkəmə, cavabdeh tərəfindən tərtib olunmuş aktın ləğv olunması və itirilmiş qazın bərpası üçün hesablanmış məbləğin silinməsi barədə qətnamə qəbul etməlidir. Hər bir təbii qaz istifadəçisi eyni zamanda istehlakçıdır və Azərbaycan Respublikası MPM-in 36.9-cu maddəsinə görə istehlakçının hüququnun müdafiəsi haqqında iddialar iddiaçının yaşadığı yerə görə də verilə bilər. Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş ******* nömrəli 23 noyabr 2022-ci il tarixli «təbii qazdan istifadə qaydalarının pozulması haqqında» aktın ləğv olunması və itirilmiş qazın bərpası üçün hesablanmış 1036 (min otuz altı) manat 80 (səksən) qəpik məbləğin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. İddiaçı xx.xx.2023-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş ******* nömrəli 23 noyabr 2022-ci il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında qərarın ləğv olunması və itirilmiş qazın bərpası üçün hesablanmış 1036 manat 80 qəpik məbləğinin silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək bildirdi ki, İddiaçı ünvanına quraşdırılmış qaz sayğacı yeni sayğacla əvəz edilmiş, əvəz edilən zaman və daha sonra laboratoriya şəraitində X1 nümayəndəsinin təsdiq etdiyi aktla dövlət yoxlaması nəticəsində əvəz edilmiş sayğaca baxış keçirilən zaman sayğacın çıxış plastmas borusunun deşildiyi, hesablama mexanizminin qaz sərfiyyatını qeyd etmədiyi aşkar edilmişdir. Qaz sayğacının yoxlanmasının nəticəsi rəsmiləşdirilməklə X1 nümayəndəsi tərəfindən də təsdiq edilmişdir. Bundan sonra qeyd olunan nəticələr xx.xx.2022-ci il tarixdə ******* nömrəli aktla rəsmiləşdirilmiş və qaz itkisinə görə borc hesablanaraq iddiaçının hesabına əlavə edilmişdir. Eyni zamanda abonentin saldosundan da görünür ki, iddiaçının həmin ünvanda yaşadığı halda qaz sərfiyyatının az olması iddiaçının sayğaca müdaxilə etməsini göstərir. Beləliklə, işin mübahisə edilməyən halları ilə müəyyən edilir ki, iddiaçı 2022-ci ilin ikinci yarısında müqavilə əsasında qazla təmin edildiyi halda istehlak etdiyi qaza görə az ödəniş Qaz sayğacına nəzarət edilməsi vəzifəsi daşımaması barədə iddiaçının dəlillərinə gəldikdə isə “Qazdan istifadə qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli qərarının 3.2.2-ci bəndinə əsasən qaz qurğularını onların texniki pasportlarında göstərilmiş tələblərə uyğun təhlükəsiz istismar etmək qazdan istifadə edən istehlakçıların vəzifəsidir. Deməli, qaz sayğacının qaydalara uyğun istismarı və işçi vəziyyətdə saxlanılması və istehlak edilən təbii qazın dəyərinin ödənilməsi istehlakçı kimi iddiaçının vəzifəsidir. İddiaçı tərəfindən istehlak edilən təbii qazın sərfiyyatının istifadə edildiyindən az göstərilməsinə nail olmaq üçün qaz sayğacına edilən müdaxilə və qeydə alınmadan istehlak edilən təbii qazın dəyərinin ödənilməsi üçün iddiaçı məsuliyyət daşıyır. Eyni zamanda həmin hərəkətin məişət abonenti olan iddiaçının iradəsindən kənar edilməsi öz-özündə istisna etmişdir. Qeyd olunan borc akt əsasında olmuşdur, ünvanda sayğac çöldə yerləşir. Ona görə də iddia əsassız olduğundan rədd edilməlidir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara görə iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan; - Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2022-ci il tarixli ******* saylı Aktdan görünür ki, İddiaçı məxsus A.Qərib 89 ünvanı üzrə “İtron” tipli G-4 markalı qaz sayğacı növbəti dövlət yoxlaması əsası ilə yeni “Zenner” tipli G-4 markalı qaz sayğacı ilə əvəz edilmişdir. - Azərbaycan Respublikası Dövlət Neft Şirkətı "Azəriqaz' İstehsalat Birliyi qaz sayğaclarının yoxlanması barədə MSK 29/1710-03418-1 nömrəli, xx.xx.2022-ci il tarixli aktından görünür ki, sayğacın çıxış plastmas borusu deşik olması müəyyən olunmuşdur. - 08 may 2023-cü il tarixli Abonent saldosundan görünür ki, İddiaçı Bakı, Nərimanov, Aşıq Qərib 89D ünvanı üzrə **********50000 saylı abonent hesabına 11/2022-ci il tarixinə qalıq və aktlar üzrə 1036,80 manat borc hesablanmışdır. - Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci il tarixli, ******* nömrəli aktdan görünür ki, ünvan üzrə sayğacın çıxış plastmas borusu deşik olması barədə nöqsan qeyd edilmişdir. - 30 noyabr 2022-ci il tarixli Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, akta əsasən itirilmiş qazın bərpası üzrə ******* saylı akta əsasən 8640 m3 qazın dəyərinin ödənilməsi barədə hesabat aparılmış və hesablanmış məbləğin ödənilməsi nəzərdə tutulmuşdur. Beləliklə məhkəmə araşdırması zamanı aydın oldu ki, iddiaçıya məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Qərib 89D ünvanında yerləşən fərdi evdə quraşdırılmış qaz sayğacı xx.xx.2022-ci il tarixdə yenisi ilə əvəz edilmişdir, əvəz edilmiş sayğaca Cavabdeh İB-nin əməkdaşları tərəfindən baxış keçirilmiş, sayğacın çıxış plastmas borusunun deşik olması müəyyən edilmişdir. Bununla əlaqədar olaraq xx.xx.2022-ci il tarixli, ******* nömrəli akt tərtib olunmuş və həmin akta əsasən itirilmiş qazın bərpası tələbi ilə 1036,80 manat məbləğində hesabat aparılaraq 11/2022-ci il tarixi üzrə iddiaçının **********50000 saylı abonent hesabına işlənilmişdir. Məhkəmə iddia tələbinə hüquqi qiymət verərkən aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, iddiaçının yaşayış sahəsindən kənarda quraşdırılmış sayğacın yararsız olmasını müəyyən edən cavabdeh iddiaçının təqsirini sübuta yetirmədən xx.xx.2022-ci il tarixli, ******* nömrəli akt tərtib etməklə həmin akta əsasən iddiaçıya qaz sərfiyyatına görə 1036,80 manat borc hesablamışdır. Halbuki cavabdeh tərəfindən tərtib edilmiş aktın və hesablanmış borcun əsaslı olmasını sübut etmək vəzifəsi onu qəbul etmiş orqanın üzərinə düşür, lakin qərarın qəbul edilməsi üçün əsas olmuş hallar, eləcə də həmin halların mövcudluğu cavabdeh tərəfindən sübuta yetirilmir. Belə olan halda məhkəmə hesab edir ki, həmin qərar üzrə hesablanmış zərər də istehlakçı tərəfindən ödənilə bilməz. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. Həmin Qanunun 6-2.1-ci maddəsinə əsasən, qaz paylayıcısının işçiləri istehlakçıya 5 (beş) iş günü əvvəl sifarişli poçt göndərişi və ya istehlakçının əvvəlcədən razılığı ilə elektron poçt və ya digər elektron kommunikasiya vasitələri ilə bildiriş təqdim etməklə (göndərməklə), bu Qanunun 6-2-ci maddəsinin 3-cü hissəsində nəzərdə tutulan hallar istisna olmaqla, ildə bir dəfə (hər il noyabrın 1-dək) müayinə keçirilməsini təmin etməli, nəticəsi barədə müvafiq icra hakimiyyəti оrqаnının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi formada 2 (iki) nüsxədə müayinə aktını istehlakçının (və ya onun səlahiyyətli nümayəndəsinin, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinin) iştirakı ilə tərtib etməli və aktın bir nüsxəsini istehlakçıya (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud eyni ünvanda yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə) təqdim etməlidir. Həmin Qanunun 6-3.1-ci maddəsinə əsasən, qazpaylayıcı şəbəkəyə texniki xidmət qaz paylayıcısı tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli 80 saylı qərarının 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Həmin Qaydaların 2.7-ci bəndinə əsasən, qaz paylayıcısı tərəfindən “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 6-2-ci maddəsinə uyğun olaraq ildə 1 (bir) dəfə (hər il noyabrın 1-dək) müayinə həyata keçirilir. Müayinə zamanı aşkar edilmiş nöqsan və (və ya) pozuntuların aradan qaldırılması məqsədilə “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 6-3-cü maddəsinə uyğun olaraq texniki xidmət həyata keçirilir. Həmin Qaydaların 2.8-ci bəndinə əsasən, qaz paylayıcısının işçiləri tərəfindən istehlakçıya 5 (beş) iş günü əvvəl sifarişli poçt göndərişi və ya istehlakçının əvvəlcədən razılığı ilə elektron poçt və ya digər elektron kommunikasiya vasitələri ilə bildiriş təqdim edildikdə (göndərildikdə), istehlakçı qaz paylayıcısının işçilərinin xidməti vəsiqələrini təqdim etdikləri təqdirdə müayinə keçirilməsi üçün onun mülkiyyətində və ya istifadəsində olan tikinti obyektinə daxil olmasına maneə törətməməli və müayinənin keçirilməsinə şərait yaratmalıdırlar. Həmin Qaydaların 2.11-ci bəndinə əsasən, qaz paylayıcısının işçiləri müayinənin nəticəsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi formada 2 (iki) nüsxədə müayinə aktını istehlakçının (və ya onun səlahiyyətli nümayəndəsinin, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinin) iştirakı ilə tərtib etməli və aktın 1 (bir) nüsxəsini istehlakçıya (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud eyni ünvanda yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə) təqdim etməlidir. İstehlakçı tərəfindən qaz qurğuları, qaz xətləri və tüstü bacalarında, habelə havalandırma və havadəyişmə xətlərində nöqsan və (və ya) pozuntular aşkar edildikdə istehlakçının müraciəti əsasında təkrar müayinə qaz paylayıcısı tərəfindən 3 (üç) iş günündən gec olmayaraq aparılmalıdır. İstehlakçı təkrar müayinə üçün il ərzində 1 (bir) dəfədən çox müraciət edərsə növbəti müayinə ödənişli keçirilir. Ödənişin məbləği qaz paylayıcısı ilə istehlakçı arasında bağlanmış müqavilə ilə müəyyən edilir. Müayinə nəticəsində texniki xidmətin göstərilməsi zərurəti yarandıqda, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 6-3-cü maddəsi ilə müəyyən edilmiş tədbirlər görülməlidir. Həmin Qaydaların 3.1.3-cü bəndinə əsasən, qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə qaz paylayıcısı qazpaylayıcı şəbəkəni onun etibarlılığının və təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə təmir-profilaktika işlərini vaxtında yerinə yetirməklə, texniki cəhətdən saz vəziyyətdə saxlamalıdır. Həmin Qaydaların 3.1.10-cu maddəsinə əsasən, bu Qaydaların 2.11-1-ci və 2.11-2-ci bəndlərinin tələbləri nəzərə alınmaqla istehlakçıların qaz sayğaclarının işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə yaşayış sahələrinin daxilində quraşdırılmış qaz sayğaclarına 6 (altı) ayda 1 (bir) dəfə, digər qaz sayğaclarına isə 3 (üç) ayda 1 (bir) dəfə onlara baxış keçirməli, nəticəsini aktla rəsmiləşdirməli və aktın 1 (bir) nüsxəsini istehlakçıya təqdim etməlidir. Həmin Qaydaların 3.1.1-ci bəndinə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma hallarının qarşısının alınması məqsədilə qaz paylayıcısı tərəfindən müəyyən edilən, lakin bu Qaydaların 3.1.10-cu yarımbəndində nəzərdə tutulan qaydada və müddətlərdə şəbəkəyə baxış keçirməli və nəticəsini aktla rəsmiləşdirməlidir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qaydaların 5.6-cı bəndinə əsasən qaz paylayıcısı hər bir istehlakçının adına qazın alqı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir (5 nömrəli əlavə). “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 3-cü maddəsinə əsasən, istehlakçıların öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafelərinin müdafıəsinə təminat verir. Maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafıəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfıyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Göründüyü kimi qaz paylayıcısı qazpaylayıcı şəbəkəni onun etibarlılığının və təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə təmir-profilaktika işlərini vaxtında yerinə yetirməli, texniki cəhətdən saz vəziyyətdə saxlamalı və qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma hallarının qarşısının alınması məqsədilə yaşayış sahələrinin daxilində quraşdırılmış qaz sayğaclarına 6 ayda 1 dəfə, digər qaz sayğaclarına isə 3 ayda 1 dəfə baxış keçirməlidir. Buna baxmayaraq cavabdeh tərəfindən bu qaydalara riayət olunmamış, müəyyən edilmiş müddət ərzində baxış keçirməklə fiziki şəxs olan istehlakçının evdən kənarda yerləşən qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığı halda o, sayğaca müdaxilədə iddiaçının təqsirini müəyyən etmədən istehlakçıya əsassız olaraq qaz sərfiyyatına görə 1036,80 manat məbləğində borc hesablamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh xx.xx.2022-ci il tarixli qərarı (dəymiş ziyanın bərpasına dair tələbnamə) ləğv olunmalı, həmin qərar əsasında cavabdeh tərəfindən iddiaçının **********50000 saylı abonent hesabına hesablanmış 1036,80 (min otuz altı manat səksən qəpik) manat borc silinməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia tələbi təmin edilsin. Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qərar ləğv olunsun. Cavabdeh tərəfindən İddiaçı (abonent kodu: **********50000) hesablanmış 1036,80 (min otuz altı manat səksən qəpik) manat borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №2(005)-1953/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1953/2023
19.07.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver