Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1954/2021 19.04.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızının sədrliyi, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı aktların ləğv edilməsi və itirilmiş qazın bərpası üçün hesablanmış məbləğin silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı aktların ləğv edilməsi və itirilmiş qazın bərpası üçün hesablanmış məbləğin silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş ******* nömrəli 29 yanvar 2019-cu il tarixli və ******* nömrəli 30 aprel 2019- cu il tarixli aktların ləğv olunması və itirilmiş qazın bərpası üçün hesablanmış məbləğin silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh əməkdaşları Samir Əliyev, Əliyev və Zaur Nəsirov tərəfindən ******* nömrəli 29 yanvar 2019-cu il tarixli «qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında» və ******* nömrəli 30 aprel 2019-cu il tarixli «təbii X1nın pozulması haqqında» aktlar tərtib edilmişdir. 1-ci aktda yeni sayğacın quraşdırılma səbəbi kimi qaz sayğacının çıxış plastmas borusunun deşik olması, 2-ci aktda isə qaz sayğacına müdaxilə olunması nəticəsində minimal sərfiyyata keçən qazın həcminin qeydə alınmaması göstərilmişdir. Bu səbəbden də hazırda cavabdeh ondan itirilmiş qazın bərpası üçün pul tələb edir. Bu yaxınlarda ona mələum olmuşdur ki, ona məxsus evə təbii qazın verilişi zamanı, smartkarta yüklədiyi məbləğin yarısı çıxılır. Aşağıdakılara görə hesab edir ki, qeyd olunan akt tamamilə qanunsuzdur və ləğv olunmalıdır. Belə ki, qaz sayğacının çıxış plastmas borusunun deşik olması və qaz sağacına kənar müdaxilənin olması kimi halların aşkar olunması barədə akt tərtib olunarkən hal şahidləri iştirak etməmişlər. Bundan başqa, həmin aktları imzalayan şəxslər təkcə eyni bir təşkilatın, yəni cavabdeh tərəfin nümayəndələridirlər. Digər tərəfidən, qaz sayğacının çıxış plastmas borusunun deşik olmasının və qaz sağacına kənar müdaxilənin olmasının aşkar olunması hələ o demək deyildir ki, həmin borunu o, deşmiş və sayğaca müdaxiləni o, etmişdir. Xüsusilə qeyd edir ki, sözügedən sayğac, çöldə divarda quraşdırılmışdır və onun nəzarəti altında deyil. Ən başlıcası isə boru deşik olsa da o, yaxud da ailə üzvləri tərəfindən sayğaca kənar müdaxilə edilməmişdir. Ümumiyyətlə, həmin borunun onun tərəfindən deşilməsi heç ağlatan deyildir, ona görə ki, sözügedən boru qaz sayğacının çıxışında yerləşir, beləliklə borudan çıxan təbii qaz əvvəlcə sayğacdan keçir, bununla da dəyəri onun tərəfindən ödənilir. Ən başlıcası isə qaz sayğacı Cavabdeh İstehsala! Birliyinin əməkdaşlarının birbaşa gözü qarşısındadır, küçədə quraşdırılmışdır və onu mühafizə etmək iddiaçının vəzifəsi deyildir. Xüsusilə qeyd etmək istəyir ki, itirilmiş təbii qazın bərpası üçün məbləğ 90 gün əvvəldən hesablanır. Belə çıxır ki, 90 gün ərzində Cavabdeh işləməmiş və əhalinin qaz sayğaclarını nəzarətsiz qoymuş, nəticədə 90 gün ərzində qaz havaya sızmış və onun dəyəri onun smartkartından çıxılmışdır. Göründüyü kimi, qaz sayğacının çıxış plastmas borusunun deşik olmasına görə hər hansı məsuliyyət daşımır. «X1»nın onun tərəfindən pozulmasına dair hər hansı sübut yoxdur. Belə olan halda o, itirilmiş qazın bərpası üçün hər hansı məbləğdə pul ödəməməlidir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh” İstehsalat Birliyinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Belə ki, iş materiallarına əlavə edilmiş №0214003 saylı aktın surətindən görünür ki, 1002AQ**********9 saylı sayğacın klapanaı sınıqdır. Sayğacın çıxış plastmas borusu deşilib. Sayğacın yivli birləşmələri deformasiya və korroziyaya uğrayıb. İş materiallarına əlavə edilmiş 29 yanvar № ******* saylı aktın surətindən görünür ki , istehlakçı İddiaçı mənzilinə yeni qaz sayğacı quraşdırılıb təhvil verilmişdir. İş materiallarında olan dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, qaz işlədicilərindən PÖ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat orta günlük iş rejimi 6 saat və hesabat müddəti 90 gün, Kombinin maksimal saatlıq qaz sərfi 2.6 m3/saat orta günlük iş rejimi 18 saat ve hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və cəmi 4860 m3 ödənilməsi müəyyyən edilmişdir. Göründüyü kimi, iddiaçının yaşadığı ünvanda qaz sayğacının hesablama mexanizminin qoruyucu plastmas örtüyünün üzərinə vurulan metrologiya plombunun kənar təsir nəticəsində çıxarılması müəyyən edilmişdir. Məhkəmə iclasında işin həqiqi halları ilə müəyyən edilmişdir ki, iddiaçının yaşadığı ünvanda qaz sayğacı dəyişdirilərək, yenisi ilə əvəz edilmişdir. Lakin, yeni qaz sayğacı quraşdırıldıqdan sonra abunəçiyə 4860 m3 itirilmiş qazın bərpası üçün hesabat aparılmış və hesablanmış məbləğin ödənilməsi vəzifəsi iddiaçının üzərinə qoyulmuşdur . Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 nömrəli 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X1”nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Qeyd edilən Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Göstərilən Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Yenə həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi iddiaçı deyil, cavabdeh özü daşıdığından, o cümlədən, iddiaçının təqsiri müəyyən edilmədiyindən, habelə zədələnmiş qaz sayğacının təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi cavabdeh tərəfindən həyata keçirilməli olduğundan, cavabdeh dəyişdirilmiş qaz sayğacının dəyərinin iddiaçı tərəfindən ödənilməsini tələb edə bilməz. Odur ki, iddia təmin edilərək, iddiaçının ünvanı üzrə qaz sayğacına dair tərtib edilmiş aktlara əsasən hesablanmış 4860 m3 itirilmiş qazın bərpası üçün hesabat silinməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 500 manatdan yuxarı olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi istehlakçıların hüquqlarının pozulması ilə bağlı olduğundan, həmçinin iddianın qiyməti 500 (beş yüz) manatdan çox olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır, buna görə də iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh tərəfindən tərtib olunmuş ******* nömrəli 29 yanvar 2019-cu il tarixli və ******* nömrəli 30 aprel 2019- cu il tarixli aktlar ləğv olunaraq itirilmiş qazın bərpası üçün hesablanmış məbləğdə borc silinsin. 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh” İstehsalat Birliyindən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova
Məhkəmə qərarları › İş №2(005)-1954/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1954/2021
19.04.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver