Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1958/2021 26.04.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, Cəfərova Rufanə Xıdır qızının katibliyi, İddiaçı nümayəndəsi X4, Cavabdeh nümayəndəsi və vəkili X5 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyanın ödənilməsi tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh qarşı “lizinq obyektinin qaytarılması və borcun ödənilməsi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, lizinq obyekti olan 2014-cü il buraxılışlı, “Daewoo Gentra” markalı, **-AM-*** dövlət qeydiyyat nişanlı, XWB5V319VEA509513 ban, mühərrik 0608 nömrəli, ağ rəngli avtomobil mülkiyyətçi İddiaçı MMC-ə geri qaytarılmasını və Cavabdeh 29 avqust 2016-cı il tarixli AL-1072 saylı “daxili lizinq” müqaviləsinə əsasən, lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 21 avqust 2020-ci il tarixə 11.878.74 manat əsas, 2895.27 manat mükafat və həmin günə hesablanmış 13.397.62 manat dəbbə pulu, cəmi 28.171.63 manat borc və ödənilmiş 30.40 manat dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra 19.04.2021-ci il tarixli məhkəmə iclasında iddiaçı tərəf 16.04.2021-ci il tarixli 141 nömrəli iddia tələbinin dəıqiqləşdirilməsinə dair ərizə təqdim edərək “Daewoo Gentra” markalı, **-AM-*** dövlət qeydiyyat nişanlı avtomobilin bərpa olunması üçün 1930 manat pul və 30,40 manat dövlət rüsumunun ödənilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə X16 arasında bağlanmış 29 avqust 2016-cı il tarixli AL-1072 saylı “X15”nə əsasən İddiaçı MMC-nin mülkiyyətində olan 2014-cü il buraxılışlı, “DAEWOO GENTRA” markalı **-AM-*** dövlət qeydiyyat nişanlı, XWB5V319VEA509513 ban, mühərrik 0608 nömrəli, ağ rəngli avtomobil X7 müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. 20 oktyabr 2016-cı il tarixdə X16,X17 və İddiaçı MMC arasında AL-1072(1) saylı “öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlamışdır və 29 avqust 2016-cı il tarixli AL-1072 saylı “X15” üzrə bütün öhdəlikləri öz üzərinə götürmüşdür. 24 yanvar 2017-ci il tarixdə X17, X18 və İddiaçı MMC arasında AL-1072(2) saylı “öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlamışdır və 29 avqust 2016-cı il tarixli AL-1072 saylı “X15” üzrə bütün öhdəlikləri öz üzərinə götürmüşdür. 11 may 2017-ci il tarixdə X18, X12 və İddiaçı MMC arasında AL-1072(3) saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlamışdır və 29 avqust 2016-cı il tarixli AL-1072 saylı “X15” üzrə bütün öhdəlikləri öz üzərinə götürmüşdür. 31 oktyabr 2017-ci il tarixdə X12,X1 və İddiaçı MMC arasında AL- 1072(4) saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlamışdır və 29 avqust 2016-cı il tarixli AL-1072 saylı “X15” üzrə bütün öhdəlikləri öz üzərinə götürmüşdür. 16 dekabr 2017-ci il tarixdə X1, Cavabdeh və İddiaçı MMC arasında AL-1072(6) saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlamışdır və 29 avqust 2016-cı il tarixli AL-1072 saylı “X15" üzrə bütün öhdəlikləri öz üzərinə götürmüşdür. “X15”nin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə(Əlavə №3) əsasən Cavabdeh illik 17 % hesablanmaqla 46 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 476.65 manat, ümumilikdə isə 21925.73 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh tərəfindən lizinq şirkətinə sonuncu ödəniş 15 oktyabr 2019-cu il tarixdə 2000 manat məbləğində olmuşdur. Eyni zamanda Cavabdeh 29 avqust 2016-cı il tarixli AL- 1072 saylı “X15” üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 21 avqust 2020-ci il tarixə 11878.74 manat əsas, 2895.27 manat mükafat və həmin günə hesablanmış 13397.62 manat dəbbə pulu, cəmi 28171.63 manat borcu yaranmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X10 iddia tələbini müdafiə edərək, onun təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili X13 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, “DAEWOO GENTRA” markalı **-AM-*** dövlət qeydiyyat nişanlı avtomobil tam işlək vəziyyətdə heç bir maddi ziyan vurulmadan iddiaçı tərəfə qaytarılmışdır. İddiaçı tərəf nəqliyyat vasitəsini qəbul etmişdir. İddiaçı tərəf ona maddi ziyanın vurulmasını sübut etməlidir. Bu səbəbdən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını və çıxışlarını dinləyib, onların təqdim etdikləri materialları iş üzrə təqdim edilmiş digər sübutlarla birlikdə araşdırıb, mülki işin materiallarını tədqiq edib hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarında olan; Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya qurumunun dövlət reyestrdən çıxarışın surətindən görünür ki, İddiaçı MMC 18.02.2014-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır. Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya qurumunun dövlət reyestrdən çıxarışın surətindən görünür ki, İddiaçı MMC-də qanuni təmsilçi X2 100% nizamnamə kapitalına malikdir. 02.03.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı məhkəmdə iddia qaldırmaq üçün 30 (otuz) manat məbləğində dövlət rüsumu ödəmişdir. 29.08.2016-cı il tarixli AL-1072 nömrəli X15nin 1.1-ci bəndinə əsasən bu müqavilənin şərtlərinə uyğun olaraq lizinq verən lizinq alanın sifariş etdiyi və bu lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə göstərilən əmlakı (bundan sonra lizinq obyekti adlandırılacaq) öz mülkiyyətinə əldə edilməsini və muzdla lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verilməsini öhdəsinə götürür. Bu müqavilənin 1.2-ci bəndinə əsasən lizinq verən lizinq obyektini lizinq alanın yekun sifarişi əsasında (2 saylı əlavə) alqısatqı müqaviləsi ilə X8 (bundan sonra satıcı adlandırılacaq) əldə edir. 20.10.2016-cı il tarixli AL-1072 nömrəli öhdəliklərin ötürülməsi müqaviləsinin 1.1-ci bəndinə əsasən İddiaçı MMC “öhdəlikləri ötürən” arasında bağlanmış 12 iyun 2015-ci il tarixli, AL-1072 saylı X15 (bundan sonra lizinq müqaviləsi adlandırılacaq) üzrə “öhdəlikləri ötürən” İddiaçı MMC qarşısında götürdüyü bütün öhdəlikləri “öhdəlikləri qəbul edən”-ə ötürür, “öhdəlikləri qəbul edən” isə bu öhdəlikləri “öhdəlikləri ötürən”-ə qarşı heç bir tələb irəli sürmədən tam həcmdə qəbul edir və bu öhdəlikləri lizinq müqaviləsində göstərilən müddətdə, şərtlərlə və qaydada İddiaçı MMC qarşısında tam həcmdə və lazımınca yerinə yetriləcəyinə dair öhdəlik götürür. Bu müqavilənin 1.2-ci bəndinə əsasən “öhdəliyin ötürülməsi” müqaviləsi üçün öhdəliyi ötürən 48 manat məbləğində lizinq verənə xidmət haqqı ödəyir. 24.01.2017-ci il tarixli AL-1072 nömrəli öhdəliklərin ötürülməsi müqaviləsinin 1.1-ci bəndinə əsasən İddiaçı MMC “öhdəlikləri ötürən” arasında bağlanmış 12 iyun 2015-ci il tarixli, AL-1072 saylı X15 (bundan sonra lizinq müqaviləsi adlandırılacaq) üzrə “öhdəlikləri ötürən” İddiaçı MMC qarşısında götürdüyü bütün öhdəlikləri “öhdəlikləri qəbul edən”-ə ötürür, “öhdəlikləri qəbul edən” isə bu öhdəlikləri “öhdəlikləri ötürən”-ə qarşı heç bir tələb irəli sürmədən tam həcmdə qəbul edir və bu öhdəlikləri lizinq müqaviləsində göstərilən müddətdə, şərtlərlə və qaydada İddiaçı MMC qarşısında tam həcmdə və lazımınca yerinə yetriləcəyinə dair öhdəlik götürür. Bu müqavilənin 1.2-ci bəndinə əsasən “öhdəliyin ötürülməsi” müqaviləsi üçün öhdəliyi ötürən 73 manat məbləğində lizinq verənə xidmət haqqı ödəyir. 11.05.2017-ci il tarixli AL-1072 nömrəli öhdəliklərin ötürülməsi müqaviləsinin 1.1-ci bəndinə əsasən İddiaçı MMC “öhdəlikləri ötürən” arasında bağlanmış 12 iyun 2015-ci il tarixli, AL-1072 saylı X15 (bundan sonra lizinq müqaviləsi adlandırılacaq) üzrə “öhdəlikləri ötürən” İddiaçı MMC qarşısında götürdüyü bütün öhdəlikləri “öhdəlikləri qəbul edən”-ə ötürür, “öhdəlikləri qəbul edən” isə bu öhdəlikləri “öhdəlikləri ötürən”-ə qarşı heç bir tələb irəli sürmədən tam həcmdə qəbul edir və bu öhdəlikləri lizinq müqaviləsində göstərilən müddətdə, şərtlərlə və qaydada İddiaçı MMC qarşısında tam həcmdə və lazımınca yerinə yetriləcəyinə dair öhdəlik götürür. Bu müqavilənin 1.2-ci bəndinə əsasən “öhdəliyin ötürülməsi” müqaviləsi üçün öhdəliyi ötürən 73 manat məbləğində lizinq verənə xidmət haqqı ödəyir. 31.10.2017-ci il tarixli AL-1072 nömrəli öhdəliklərin ötürülməsi müqaviləsinin 1.1-ci bəndinə əsasən İddiaçı MMC “öhdəlikləri ötürən” arasında bağlanmış 12 iyun 2015-ci il tarixli, AL-1072 saylı X15 (bundan sonra lizinq müqaviləsi adlandırılacaq) üzrə “öhdəlikləri ötürən” İddiaçı MMC qarşısında götürdüyü bütün öhdəlikləri “öhdəlikləri qəbul edən”-ə ötürür, “öhdəlikləri qəbul edən” isə bu öhdəlikləri “öhdəlikləri ötürən”-ə qarşı heç bir tələb irəli sürmədən tam həcmdə qəbul edir və bu öhdəlikləri lizinq müqaviləsində göstərilən müddətdə, şərtlərlə və qaydada İddiaçı MMC qarşısında tam həcmdə və lazımınca yerinə yetriləcəyinə dair öhdəlik götürür. Bu müqavilənin 1.2-ci bəndinə əsasən “öhdəliyin ötürülməsi” müqaviləsi üçün öhdəliyi ötürən 100 manat məbləğində lizinq verənə xidmət haqqı ödəyir. 16.12.2017-ci il tarixli AL-1072 nömrəli öhdəliklərin ötürülməsi müqaviləsinin 1.1-ci bəndinə əsasən İddiaçı MMC “öhdəlikləri ötürən” arasında bağlanmış 12 iyun 2015-ci il tarixli, AL-1072 saylı X15 (bundan sonra lizinq müqaviləsi adlandırılacaq) üzrə “öhdəlikləri ötürən” İddiaçı MMC qarşısında götürdüyü bütün öhdəlikləri “öhdəlikləri qəbul edən”-ə ötürür, “öhdəlikləri qəbul edən” isə bu öhdəlikləri “öhdəlikləri ötürən”-ə qarşı heç bir tələb irəli sürmədən tam həcmdə qəbul edir və bu öhdəlikləri lizinq müqaviləsində göstərilən müddətdə, şərtlərlə və qaydada İddiaçı MMC qarşısında tam həcmdə və lazımınca yerinə yetriləcəyinə dair öhdəlik götürür. Bu müqavilənin 1.2-ci bəndinə əsasən “öhdəliyin ötürülməsi” müqaviləsi üçün öhdəliyi ötürən 100 manat məbləğində lizinq verənə xidmət haqqı ödəyir. 1072 saylı lizinq müqaviləsinə 3 saylı əlavədən görünür ki, borcalan Cavabdeh cədvəl üzrə aylıq 476.65 (dörd yüz yetmiş altı manat altmış beş qəpik) manat məbləğində ödəniş etməyi öhdəsinə götürmüşdür. 12.06.2015-ci il tarixli AL-1072 saylı “daxili lizinq” müqaviləsinə dəyişikliklər edilməsinə dair 1 nömrəli razılaşmanın 1.1-ci bəndinə əsasən tərəflər razılaşırlar ki, 16.12.2017-ci il tarixli AL-1072 saylı “daxili lizinq” müqaviləsi üzrə hər hansı bir səbəbdən öhdəlik 3-cü şəxslərə ötürülərsə, bağlanacaq yeni “daxili lizinq” və ya “öhdəliklərin ötürülməsi” müqaviləsi üçün lizinq alan lizinq verənə 100 (yüz) manat məbləğində xidmət haqqı ödəyir. Bu razılaşmanın 1.2-ci bəndinə əsasn lizinq alan lizinq obyektindən istifadəni lizinq verən tərəfindən verilmiş etibarnamələr əsasında həyata keçirir. Bu zaman etibarnamələr lizinq alana heç bir xidmət haqqı ödənilmədən verilir. Bu razılaşmanın 1.3-cü bəndinə əsasən lizinq alanın müraciəti əsasında etibar edilən şəxslərin siyahısı yalnız lizinq verənin razılığı ilə 100 (yüz) manat xidmət haqqı ödənilməklə dəyişdirilə bilər. Adı siyahıda qeyd edilən şəxs tərəfindən ona verilən hər etibarnamə üçün 5 (beş) manat məbləğində xidmət haqqı lizinq verənə ödənilir. 16.12.2017-ci il tarixli təhvil-təslim aktının surətindən görünür ki, Əliyev Mirəhməd və Cavabdeh Əliyev Mirəhmədin istifadəsində olan və İddiaçı MMC-nin mülkiyyətində olan “DAEWOO GENTRA” markal, **-AM-***8 dövlət qeydiyyat nişanlı avtomobilin təhviltəslimini apararaq öz şəxsi imzaları ilə təsdiq etmişlər. İddiaçı MMC-nin hesabdan çıxarışından görünür ki, Cavabdeh 15.10.2019-cu il tarixdə 2000 (iki min) manat məbləğində ödəniş etmişdir. İddiaçı MMC-nin 26.01.2021-ci il tarixli arayışın məzmunundan görünür ki, borclu Cavabdeh 29 avqust 2016-cı il tarixli AL-1072 saylı X15 üzrə 21.08.2020-ci il tarixə gecikdirilmiş əsas borcu, gecikdirilmiş mükafat borcu və həmin günə gecikdirməyə görə hesablanmış dəbbə pulu aşağıdakılardan ibarətdir. Əsas borc 11878.74 manat, mükafat borcu 2895.27 manat, cərimə borcu 13397.62 manat olmaqla cəmi 28.171.63 manat məbləğində borcu mövcuddur. İddiaçı MMC tərəfindən borclu Cavabdeh ünvanlanmış xəbərdarlıq məktubunun surətindən görünür ki, borcu 7 gün ərzində ödəməklə lizinq obyektinə istifadə hüququ verən sənədin alınması tələb edilmişdir. Əks təqdirdə yaranmış borcun və lizinq obyektinin qaytarılması məhkəmə qaydasında tələb ediləcəkdir. DİN BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş 18.11.2020-ci il tarixli arayışdan görünür ki, Cavabdeh xx.xx.1993-cu ildə ünvan 1 ünvanında qeydiyyatdadır. Nərimanov RPİ tərəfindən verilmiş 16.10.2010-cu il tarixli Azərbaycan Respublikası Vətəndaşının AZE seriyalı № 08824920 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən, görünür ki, borclu Cavabdeh xx.xx.1993-cu ildə ünvan 1 ünvanında qeydiyyatdadır. AC №486654 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, 99AM218 dövlət nömrə nişanlı, “DAEVOO Gentra” markalı nəqliyyat vasitəsinin sahibi İddiaçı MMC-dir. Qüsur aktının surətindən görünür ki, “Daevoo Gentra” minik markalı avtomobilin, dövlət nömrəsi **-AM-*** servis mərkəzində ilkin texniki baxış zamanı aşkar olunan avtomobilin qeyd olunan hissələri yenisi ilə əvəz olunması üçün 1930 (min doqquz yüz otuz) manat məbləğində vəsait tələb olunur. Avtonəqliyyat vasitəsinin saxlanca qəbulu barədə 14.06.2018-ci il tarixli aktın surətindən görünür ki, İddiaçı MMC etibarnamə üzrə nümayəndəsi X14 digər tərəfdən isə X19 bu aktı ondan ötrü tərtib ediblər ki, həqiqətəndə 14.06.2018-ci il tarixdə İddiaçı şirkətinə məxsus olan “Daewoo Gentra” markalı, **-AM-*** dövlət qeydiyyat nişanlı avtomobilin lizinq ödənişlərini ödəmədiyi üçün təhvil-təslim aparılmışdır. 21 oktyabr 2019-cu il tarixli barışıq sazişinin 2.2-ci bəndinə əsasən cavabdeh 16 dekabr 2017-ci il tairxli AL-1072 (6) saylı “öhdəliklərin ötürülməsi” müqaviləsi üzrə borcun olmasını etiraf edir, gecikdirilmiş məbləğlərdən müəyyən ödənişlər edir və yeni ödəniş cədvəli açaraq qrafik üzrə ödənişləri davam edir. Yasamal rayon polis idarəsinin “xxxx” ASC-yə ünvanladığı 17.05.2019-cu il tarixli 091- 20405-1219 nömrəli məktubun məzmunundan görünür ki, X9 və X11, Cavabdeh yaşadığı Bakı şəhəri,F.X.Xoyski prospekti ev 120/23, mənzl 8-də olmuş və onlar şirkətə məxsus avtomobillərin ehtiyyat hissələrinə sökülərək istifadəyə yararsız vəziyyətə salınmasını aşkar etmişlər. Məhkəmə iclasında tərələrin izahatı və təqdim edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, 2019-cu ildə cavabdehə qarşı iddiaçı iddiua tələbilə müraciət etmişdir. 21 oktyabr 2019-cu il tarixdə tərəflər arasında barışıq sazişi bağlandığından iddianın baxılmamış saxlanması ilə bağlı İddiaçı MMC məhkəməyə müraciət etmişdir. İddiaçı həmin barışıq sazişi əsasında müqavilə əsasında ödənişlərini davam etsə də nəqliyyat vasitəsinə vurulmuş zərərin əvəzini ödəməməsinə görə hazırki iddia ilə İddiaçı MMC vurulmuş ziyanın əvəzini təlkəb etməkdədir. İddiaçı tərəf mübahisəli nəqliyyat vasitəsinin artıq təmir olunduğunu və başqa şəxsin istifadəsindəı olduğunu bildirmişdir. Cavabdeh tərəf “DAEWOO GENTRA” markalı **-AM-*** dövlət qeydiyyat nişanlı avtomobil tam işlək vəziyyətdə heç bir maddi ziyan vurulmadan iddiaçı tərəfə qaytarıldığını bildirmişdir. Məhkəmə hesab edir ki, iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. İşin hallarından göründüyü kimi 21 oktyabr 2019-cu il tarixdə tərəflər arasında barışıq sazişi bağlanmışdır. Həmin Sazişin 2.2-ci bəndinə əsasən Cavabdeh 16 dekabr 2017-ci il tarixli AL-1072(6) saylı “öhdəliklərin ötürülməsi” müqaviləsi üzrə borcunun olduğunu etiraf edir, gecikdirilmiş məbləğlərdən müəyyən ödənişləri edir və yeni ödəniş cədvəli açılaraq qrafik üzrə ödənişləri davam edir. Həmin barışıq sazişində Cavabdeh nəqliyyat vasitəsinə maddi ziyan yetirməsi və həmin maddi ziyanı ödəməsi ilə bağlı hər hansı qeydiyyat aparılmamışdır. Cavabdeh 16 dekabr 2017-ci il tarixli AL-1072(6) saylı “öhdəliklərin ötürülməsi” müqaviləsi üzrə borcunun olduğuna dair tərəflər razılığa gəlmişlər. O da qeyd edilməlidir ki, iddiaçı iddia tələbində bildirdiyi kimi nəqliyyat vasitəsinə ziyan vurulmasına dair qüsur aktına istinad etsə də, nəqliyyat vasitəsinin saxlanca qəbul edilməsi tarixindən göründüyü kimi İddiaçı MMC tərəfindən avtonəqliyyat vasitəsi saxlanca 14 iyun 2018-ci il tarixdə qəbul edilmişdir. Bundan sonra isə 21 oktyabr 2019-cu il tarixdə tərəflər arasında barışıq sazişi bağlanmış, həmin Sazişdə isə Cavabdeh nəqliyyat vasitəsinə maddi ziyan yetirməsi və həmin maddi ziyanı ödəməsi ilə bağlı hər hansı qeydiyyat aparılmamışdır. Məhkəmə tərəfindən vurulmuş ziyanla bağlı ekspertizanın keçirilməsinə dair iddiaçı tərəfin fikri dəqiqləşdirilmiş, iddiaçı tərəfin nümayəndəsi həmin nəqliyyat vasitəsinin təmir olunaraq artıq başqa şəxsin istifadəsində olduğunu bildirmiş, iddia tələbinin əsaslanıdırılması ilə bağlı başqa sübutları məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin tələbinə görə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 127-ci maddəsinin Vİİ hissəsinə görə isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Bu prinsip Azərbaycan Respublikası MPM-nin 9-cu maddəsində də nəzərdə tutulmuşdur. Həmin maddəyə görə ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Krçmarın Çex Respublikasına qarşı” işi üzrə 03 mart 2000-ci il tarixli qərarında qeyd etmişdir ki, ədalətli araşdırma anlayışını daha da genişləndirən elementlərdən biri olan tərəflərin bərabərliyi prinsipi hər tərəfə, onu qarşı tərəfə nisbətən əhəmiyyətli dərəcədə əlverişsiz şəraitdə qoymayan şəkildə öz işini təqdim etmək imkanının verilməsini tələb edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Yakovlev Rusiya Federasiyasına qarşı işdə” qeyd etmişdir ki, Konvensiya nəzəri və ya xəyali hüquqların deyil, praktiki və səmərəli hüquqların təmininə yönəlmişdir. Məhkəmədə çəkişmə prinsipi prosessual funksiyaların ciddi olaraq fərqləndirilməsində, tərəflərin prosessual bərabərliyində və məhkəmənin tərəflərə münasibətdə müstəqil vəziyyətində təzahür edir. Çəkişmə və tərəflərin bərabərliyi prinsipi tərəflərə bərabər prosessual imkanların verilməsini nəzərdə tutmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Yuxarıda sadalanan əsasların hazırki mülki işə tətbiqi nəticəsində məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Məhkəmə mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsini məqbul hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair” iddiası rədd edilsin. İddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev
Məhkəmə qərarları › İş №2(005)-1958/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1958/2021
26.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver