Məhkəmə qərarları › İş №2(005)-1969/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-1969/2025

12.03.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-1969/2025 12.03.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh İB-yə qarşı (açar sözlər: ərazi aidiyyati) Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, İddiaçı İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh İB-yə qarşı “tələbnamənin qanunsuz hesab edilməsi, ödənilmiş pulun qaytarılması, borcun silinməsi və s.” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: I. İşin halları: İddiaçı Cavabdeh İB-yə qarşı “tələbnamənin qanunsuz hesab edilməsi, ödənilmiş pulun qaytarılması, borcun silinməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB-nın Bakı Regional Qaz satışı Departamentinin itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının 2020-ci il 18 mart tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin qanunsuz hesab edilməsi, ödənilmiş artıq vəsaitin qaytarılması və qalıq borcun silinməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. II. Tərəflərin mövqeləri: Məhkəmə iclasında iştirak edən iddiaçı mülki işin məhkəmə tərəfindən aidiyyəti üzrə göndərilməsinə etiraz etmədi. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə mülki iş üzrə məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etdi. İİİ. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, iddia ərizəsi və iş materiallarından görünür ki, hazırki tələb cavabdeh tərəfindən tərtib edilmiş tələbnamənin qanunsuz hesab edilməsi, ödənilmiş pulun qaytarılması və borcun silinməsi barədədir. Qanunvericiliyə əsasən, mülki-prosessual qanunvericilikdə istehlakçının hüququnun müdafiəsi haqqında iddiaların iddiaçının yaşayış yeri üzrə məhkəməyə təqdim edilməsi iddiaçının hüququ kimi nəzərdə tutulmuşdur. İddiaçı iddia ərizəsində ünvanı kimi ünvan 1ı göstərmişdir. Bununla belə, Elektron məhkəmə informasiya sistemindən çıxarılmış məlumatlardan görünür ki, İddiaçı ünvan 2 ünvanında qeydiyyatdadır. Digər tərəfdən məhkəmə tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan hüquqi şəxslərin axtarış bazasından əldə edilmiş məlumatlarla müəyyən olunur ki, Cavabdeh İB-nin hüquqi ünvanı ünvan 3çı istehlakçı olaraq öz yaşayış yeri üzrə məhkəməyə müraciət etmək hüququna malik olmuşdur. Bununla belə, hazırki iddia ərizəsi Bakı şəhəri Nərimanov rayon Məhkəməsinə təqdim olunmuş və icraata qəbul edilmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsi aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyindən hazırki iş ümumi ərazi aidiyyəti qaydalarına əsasən baxılması üçün Bakı şəhəri Xətai rayon məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prossesual Məcələsinin: - 35.2-ci maddəsinə əsasən, hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. - 36.9-cu maddəsinə əsasən, istehlakçının hüququnun müdafiəsi haqqında iddialar iddiaçının yaşadığı yerə görə, yaxud müqavilənin bağlandığı və ya icra edildiyi yerə görə verilə bilər. - 36.13-cü maddəsinə əsasən, bu Məcəllənin 39-cu maddəsində müəyyən edilmiş aidiyyət istisna olunmaqla, bu Məcəllənin 36.1-36.12-ci maddələrinə görə işin aid olduğu məhkəmələrdən birini seçmək hüququ iddiaçıya məxsusdur. - 40.1-ci maddəsinə əsasən məhkəmədə baxılan işlər üzrə ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. - 44.2.2-ci maddəsinə əsasən, iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. - 45.1-ci maddəsinə əsasən, məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır. - 45.2-ci maddəsinə əsasən, məhkəmə mübahisənin ərazi aidiyyəti ilə bağlı bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh İB-nin hüquqi ünvanı Xətai rayonu ərazisində yerləşdiyindən hazırki iddia tələbinə Bakı Şəhəri Xətai Rayon Məhkəməsində baxılmalıdır. IV. Nəticə: Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 44-45, 263-264, 267-268 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh İB-yə qarşı “tələbnamənin qanunsuz hesab edilməsi, ödənilmiş pulun qaytarılması, borcun silinməsi və s.” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün ərazi aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar