Məhkəmə qərarları › İş №2(005)-1972/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1972/2021

19.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1972/2021 19.04.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əmirxanova Kəmalə Fərman qızının sədrliyi ilə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı “X3” Təhsil Kompleksinin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı “X3” Təhsil Kompleksinin cavabdeh X2 qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “X3” Təhsil Kompleksi cavabdeh X2 qarşı pul tələbinə dair iddia iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı - İddiaçı və cavabdeh Gürel Erkan arasında bağlanmış 594 saylı, 10 iyun 2019-cu il tarixli "Təhsilin təşkili müqaviləsi"nə əsasən 4100 (dörd min yüz) manat borcun, 80 (səksən) manat vəkil xərcinin və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun, cəmi 4210 (dörd min iki yüz on) manatın birdəfəlik şəkildə cavabdeh Gürel Erkandan tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı ''İddiaçı" Təhsil Kompleksi ilə cavabdeh Gürel Erkan arasında sonuncunun oğlu X6 dair 594 saylı, 10 iyun 2019-cu il tarixli "Təhsilin təşkili müqaviləsi" (bundan sonra Müqavilə) bağlanmışdır. Həmin Müqavilənin 3.1-ci maddəsinə əsasən cavabdehin oğlu X7 İddiaçı ibtidai təhsil bölməsində təhsil aldığına görə cavabdeh iddiaçıya 2019-2020-ci (sentyabr 2019-iyul 2020) təhsil ilinə görə 15.400 (on beş min dörd yüz) manat təhsil haqqı ödəməli idi. Cavabdehin övladı 2019-2020 tədris ili ərzində İddiaçındə tədris alsa da, Müqavilə üzrə iddiaçıya 4100 (dörd min yüz) manat borcu qalmışdır. Cavabdehlə dəfələrlə əlaqə saxlanılsa da, o, İddiaçınə olan borcunu ödəməkdən boyun qaçırmışdır və iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iddiaçı “X3” Təhsil Kompleksinin nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə etdi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh X2 baxılacaq işin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq heç bir üzrlü səbəb təqdim etmədən mülki iş üzrə təyin edilən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə izahatları dinləyib, mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia qismən əsaslıdır və qismən təmin edilməlidir. Mülki işin materiallarında olan 10.06.2019-cu il tarixli 594 saylı təhsilin təşkili müqaviləsindən görünür ki, cavabdehin oğlu X7 İddiaçı ibtidai təhsil bölməsində təhsil aldığına görə cavabdeh iddiaçıya 2019-2020-ci (sentyabr 2019-iyul 2020) təhsil ilinə görə 15.400 (on beş min dörd yüz) manat təhsil haqqı ödəməyi öz öhdəsinə götürüb. İş materiallarında olan 09 fevral 2021-ci il tarixli № 38 saylı arayışdan görünür ki, məktəb və valideyn arasında bağlanmış təhsilin təşkili müqaviləsinə əsasən təhsil haqqı 15400 manatdan ibarət olub. Valideyn tərəfindən ödənilmiş təhsil haqqı məbləğləri cəmi 11300 manat olub, valideynin məktəbə 4100 manat borcu qalmışdır. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Mülki iş üzrə tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki,iddia tələbi 4100 manat ödənilməmiş təhsil haqqının və 30 manat ödənilmiş dövlət rüsumunun ödənilməsi hissəsində təmin edilməli, vəkil xərcinin ödənilməsinə dair hər hansı sübut təqdim edilmədiyindən iddia qalan hissədə rədd edilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən və rüsumun iddiaçı tərəfindən cavabdehdən tutulması tələb edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən iddia qaldılması üçün ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh X1 4100 manat məbləğində pul və 30 manat ödənilmiş dövlət rüsumu İddiaçı “X3” Təhsil Kompleksinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar