Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-198/2022 05.11.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Qurbanova Səkinə Nadir qızının katibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı Cavabdeh qarşı «texnikanın istismarının qadağan edilməsi və texnikanın işlək vəziyyətdə geri qaytarılması» tələbinə dair ilk, Cavabdeh İddiaçı qarşı, mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən "xxxx" ASC cəlb edilməklə, «pul» tələbinə dair qarşılıqlı iddia ərizəsi və qarşılıqlı iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə İddiaçı Cavabdeh qarşı, mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən "xxxx" ASC cəlb edilməklə, texnikanın istismarının qadağan edilməsi və texnikanın işlək vəziyyətdə geri qaytarılması tələbinə dair ilk iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixli akta əsasən Cavabdeh istifadəsinə verilmiş, 2018-ci il buraxılışlı, 1 ədəd Belarus 80x markalı, **-BA-*** dövlət nömrə nişanlı (mühərrik nömrəsi 020155 olan) traktor, 2018-ci il buraxılışlı 1 ədəd çiyidsəpən CAN T.S.P.D-4 P.Ü.L (zavod nömrəsi 969), 2018-ci il buraxılışlı 1 ədəd 4 cərgəli kultivator (zavod nömrəsi 1917 olan) Cavabdeh alınaraq saz və işlək vəziyyətdə İddiaçı təhvil verilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, 2019-cu il tarixdə "xxxx" ASC-nin AzərGəncə filialından 2018ci il buraxılışlı, 1 ədəd Belarus 80x markalı, **-BA-*** dövlət nömrə nişanlı (mühərrik nömrəsi 020155 olan) traktor, 2018-ci il buraxılışlı 1 ədəd çiyidsəpən CAN T.S.P.D-4 P.Ü.L (zavod nömrəsi 969), 2018-ci il buraxılışlı 1 ədəd 4 cərgəli kultivator (zavod nömrəsi 1917 olan) götürmüşdür. Qeyd olunan texnikalar lizinq müqaviləsinə əsasən onun mülkiyyətindədir. 2019-cu il tarixdə ürəyindən cərahiyyə əməliyyatı olunmağı səbəbindən səhhətində ciddi problem yaşadı. xx.xx.2019-cu il tarixdə lizinq müqaviləsinə əsasən mülkiyyətində olan texnikaları aktla cavabdeh Saatlı rayonu Qırağlı kəns sakini Cavabdeh təhvil verdi. Həmin akta əsasən cavabdeh iddia ərizəsində qeyd olunan texnikaları İddiaçı saz və işlək vəziyyətdə təhvil almış, lizinq müqaviləsinə əsasən kredit üzrə öhdəlikləri yerinə yetirməyi öz üzərinə götürmüşdür. Belə ki, cavabdeh Saatlı rayonu Qırağlı kəndində fəaliyyət göstərən "xxxx" ASC-də “Saatlı Pambıq” zavodunun müdiri vəzifəsində işləyir. Texnikanın idarə olunması üçün xx.xx.2019-cu il tarixdə zavodun fəhləsi işləyən X2 adına etibarnamə vermişdir. Həmin etibarnaməni xx.xx.2021-ci il tarixdə notarial qaydada ləğv etdirmişdir. Lizinq müqaviləsi əsasında onun mülkiyyətində olan texnikaları cavabdehdən geri almaq üçün ona müraciət etmişdir. Lakin cavabdeh ondan müvəqqəti istifadə aldığı üçün texnikalarını geri qaytarmaqdan qətiyyətlə imtina etmişdir. Həmin texnikalar halhazırda cavabdehin qanunsuz olaraq girovluğunda saxlanılır. Cavabdeh İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı lizinq müqaviləsi üzrə ödənilmiş 8883 manat və xx.xx.2018-ci il tarixli “xam pambığın istehsalı və tədarükü” müqaviləsi üzrə ödənilmiş 15000 manat, ümumilikdə 21883 manat pulun və gecikdirilmiş vaxt üçün illik 5 faiz olmaqla 1194 manat pulun alınaraq Cavabdeh ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2019-cu il tarixdə tərtib olunmuş akta əsasən Cavabdeh texnikanı geri qaytarmaq şərti ilə deyil, xx.xx.2018-ci il tarixli “xam pambığın istehsalı və tədarükü” müqaviləsinə əsasən zavod qarşısında yaranmış öhdəliyinin və iddia ərizəsində göstərdiyi kimi lizinq müqaviləsi əsasında bank qarşısında olan öhdəliyinin əvəzləşdirilməsi şərti ilə birdəfəlik təhvil vermişdir. xx.xx.2018-ci il tarixli “xam pambığın istehsalı və tədarükü” müqaviləsinə görə İddiaçı pambıq zavodundan aldığı avansı və hər hansı formada ona göstərilən xidmətlərin dəyərini istehsal etdiyi pambıqla ödəməyi öz öhdəsinə götürmüşdür. Lakin öz öhdəliklərini lazımınca icra edə bilməməsi səbəbindən zavoda 15000 manat borcu yaranmışdır. Bu səbəbdən də həmin borcun qarşılığında texnikaları Cavabdeh verməyə razılaşmışdır. Cavabdeh da xx.xx.2019-cu il tarixdə İddiaçı zavoda olan 15000 manat borcunu tam şəkildə öz hesabına ödəmişdir. Bundan başqa "xxxx" MMC ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsinə əsasən İddiaçı lizinq müqaviləsi üzrə öz öhdəliklərini yerinə yetirməsi üçün məsuliyyəti "xxxx" MMC öz üzərinə götürmüşdür. xx.xx.2019-cu il tarixdə tərtib olunmuş aktdan sonra aralarında olan razılığa əsasən Cavabdeh A.Həsənovun əvəzinə xx.xx.2019-cu il tarixdən 2021-ci ilin iyul ayınadək, ümumilikdə 8883 manat pul ödəmişdir. Daha sonra Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı lizinq müqaviləsi üzrə ödənilmiş 8883 manat və xx.xx.2018-ci il tarixli “xam pambığın istehsalı və tədarükü” müqaviləsi üzrə ödənilmiş 15000 manat, ümumilikdə 8883 manat pulun və gecikdirilmiş vaxt üçün illik 5 faiz olmaqla 1194 manat pul alınaraq Cavabdeh ödənilməsi, texnikaların saz və işlək vəziyyətdə Cavabdeh alınaraq İddiaçı veilməsi və qarşılıqlı iddia tələblərinin eyni zamanda icra edilməsini xahiş etmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları Əvvəlki məhkəmə iclaslarında iştirak edən İddiaçı Cavabdeh onlar arasında olan razılığa əsasən texnikalardan istifadə etdiyi müddətdə onlarla bağlı kredit ödənişlərini etməsi barədə iddialarına etiraz etməmişdir. İddiaçı əlavə və ya təkrar ekspertizaların keçirilməsi barədə məsələyə münasibət bildirərərkən təkidlə işin uzanmasını istəmədiyini bildirmişdir. Əvvəlki məhkəmə iclasında ilkin iddia üzrə İddiaçı nümayəndəsi və vəkili Vəkil2 ilkin iddia tələbinə uyğun izahat verərək, ilkin iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Eyni zamanda texnikaların istifadəsi edilməsi nəticəsində aşınmasını (amortizasiyası) nəzərə alaraq əmtəə dəyərinin hansı həcmdə itirməsinin müəyyən edilməsi üçün mülki iş üzrə məhkəmə ekspertizasının keçirilməsinə etiraz edərək, bununla bağlı, həmçinin iddiaçının texnikalarından mərhum olması ilə əlaqədar ona dəyən zərərlə əlaqədar olaraq, zərurət olarsa gələcəkdə iddia qaldıracağını bildirmişdir. Əvvəlki məhkəmə iclasında ilkin iddia üzrə Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 ilkin iddia tələbini qismən qəbul etdiyini bildirərək, qarşılıqlı iddia tələbinin təmin edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi X9 ilkin və qarşılıqlı iddia ərizəsi üzrə tələblərin təmin edilib-edilməməsi məsələsini məhkəmənin mülahisəzinə buraxdığını bildirmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, mülki iş materiallarını araşdıraraq hesab edir ki, ilkin və qarşılıqlı iddialar qismən təmin edilməldir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları xx.xx.2018-ci il tarixli “xam pambığın istehsalı və tədarükü” müqaviləsindən görünür ki, "xxxx" MMC-nin nümayəndəsi qismində MMC-nin direktoru Cavabdeh İddiaçı pambıq istehsalı məqsədi ilə toxum və digər vasitələr, həmçinin avans şəklində pul verməyi öz öhdəsinə götürmüşdür. İddiaçı 16 hektar sahədə pambıq əkilməsini, torpaq şümlanmasından pambıq yığımınadək bütün aqro-texniki tədbirləri optimal müddətlərdə keyfiyyətlə aparmağı, hər hektardan minimum 25 setner pambıq istehsal etməyi "xxxx" MMC-dən aldığı avansı və hər hasnı formada ona göstərilən xidmətlərin dəyərini istehsal etdiyi xam pambıqla 01 noyabr 2019-cu il tarixədək ödəməyi və s. Öz üzərinə götürmüşdür. 12 mart 2019-cu il tarixli "xxxx" MMC-nin təsisçilərinin ümumi yığıncağının qərarından görünür ki, "xxxx" MMC İddiaçı "xxxx" ASC-dən götürəcəyi borc məbləği üçün zamin olmaq qərarı almışdır. "xxxx" ASC-yə məxsus kənd təsərrüfatı texnikasının güzəştlə satılması barədə 12 mart 2019-cu il tarixli, 57-GS/19 saylı müqavilədən görünür ki, “Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il tarixli 19 dekabr tarixli, 413 nömrəli Fərmanına və həmin Fərmanla təsdiqlənmiş Qaydalara əsasən, satıcı "xxxx" ASCidxal olunmuş kənd təsərrüfatı texnikalarını yerli istehsal olduqda alış, idxal texnika olduqda isə gömrük dəyərinə 40 faiz həcmində güzəşt tətbiq etməklə alıcı İddiaçı satır, alıcı isə həmin güzəşt tətbiq edildikdən sonra texnikanın qalıq dəyərini əvvəlcədən ödəyir və onu qəbul edir. Texnikaların adları: traktor pambıqçılıq Belarus – 80x, qalıq dəyəri – 23207,89 manat; kultivator 4 cərgəli – gübrəsəpənlə AzerCansa; qalıq dəyəri – 7121,60 manat; çiyidsəpən –dərmanlayan – Can-T.S.P.D-4P.Ü.L, qalıq dəyəri – 8209,60 manat. Müqaviləyə əsasən texnikanın güzəşt tətbiq edildikdən sonra 38539,09 məbləğində qalıq dəyərinin satıcının hesabına tam ödənilməsini alıcı öz üzərinə götürür. AZ 017428 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, Belarus 80X markalı, ******* ban nömrəli traktor İddiaçı mülkiyyətindədir. AQ 011945 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, Azercansa 4 cərgəli markalı, zavod nömrəsi 1917 olan kultivator İddiaçı mülkiyyətindədir. AQ 011951 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, Cansa CAN-T.S.P.D markalı, zavod nömrəsi 969 olan çiyidsəpən İddiaçı mülkiyyətindədir. 27 mart 2019-cu il tarixli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh borcalan İddiaçı "xxxx" ASC qarşısında öz üzərinə götürdüyü öhdəliklərin icrası üçün borcalanla birlikdə məsuliyyəti öhdəsinə götürmüşdür. xx.xx.2019-cu il tarixdə tərtib olunmuş aktdan müəyyən olunur ki, İddiaçı və Cavabdeh razılığıa gəlirlər ki, İddiaçı ona məxsus 2018-ci il buraxılışlı, 1 ədəd Belarus 80x markalı, **-BA-*** dövlət nömrə nişanlı (mühərrik nömrəsi 020155 olan) traktor, 2018-ci il buraxılışlı 1 ədəd çiyidsəpən CAN T.S.P.D-4 P.Ü.L (zavod nömrəsi 969), 2018-ci il buraxılışlı 1 ədəd 4 cərgəli kultivatoru (zavod nömrəsi 1917 olan) saz vəziyyətdə Cavabdeh təhvil verir. Cavabdeh texnikalara dair "xxxx" ASC ilə bağlanmış xx.xx.2019-cu il tarixli, K3086 nömrəli müqavilə üzrə yaranmış öhdəlikləri icra etməyi öz üzərinə götürür. “Nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında” etibarnamədən görünür ki, mülkiyyətçi İddiaçı dövlət qeydiyyat nişanı AZ49BA021 olan MTZ80X markalı traktoru idarə etmək hüququnu X4 etibar etmiş dir. xx.xx.2019-cu il tarixli "xxxx" MMC-nin direktoru Cavabdeh İddiaçı tərəfindən ünvanlanmış ərizədən görünür ki, İddiaçı 15000 manat pul vəsaitinin onun hesabına keçirilməsini "xxxx" MMC-dən xahiş etmişdir. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin Saatlı X13 Mərkəzinin xx.xx.2021-ci il tarixli, KT/01-98 saylı məktubundan görünür ki, "xxxx" ASC ilə bağlanmış müqavilə əsasında Belarus – 80X markalı **-BA-*** dövlət nömrə nişanlı traktor "xxxx" ASC-də girovda olmaqla İddiaçı mülkiyyətinə verilmişdir. Paşa Bank tərəfindən "xxxx" MMC-yə ünvanlanmış xx.xx.2021-ci il tarixli müraciətdən görünür ki, xx.xx.2019-u-cu il tarixli K3086 saylı kredit müqaviləsinə əsasən borcalan İddiaçı tərəfindən may-oktyabr 2021-ci il tarixlərində kredit borcu ödənilmədiyindən, ödənişlər zamin qismində çıxış edən "xxxx" MMC-nin AZ91PAHA40070AZNHC********** saylı bank hesabından akseptsiz qaydada silinməklə, borcalanın kredit borcunun ödənilməsi təmin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08 iyul 2022-ci il tarixli, 9/4421 №-li ekspert rəyindən görünür ki, Mülki işin materiallarında olan mühasibat sənədlərinə əsasən 2019-cu təsərrüfat ilində xam pambığın istehsalı və alışı üçün İddiaçı ilə bağlanmış xx.xx.2018-ci il tarixli müqavilənin şərtlərinə uyğun olaraq, "xxxx" MMC tərəfindən İddiaçı 18.278 manat məbləğində nağd pul avansı verilmişdir. Təqdim olunan mühasibat sənədlərinə əsasən İddiaçı tərəfindən 2019-cu il təsərrüfat ilində "xxxx" MMC-yə 1818+ kq çəkidə, 11785,16 manat dəyərində xam pambıq satılmışdır. Cavabdeh ilə İddiaçı arasında olan texnikaların alqı-satqısına dair yazılı razılaşması əsasında xx.xx.2019-cu il tarixdə İddiaçı şəxsi hesabındakı 18.278 manat borc məbləğindən 15.000 manat məbləği Cavabdeh şəxsi hesabına keçirilmişdir. Belə olan halda, İddiaçı "xxxx" MMC-yə olan 18278 manat borcu 15000 manat azaldığından onun cəmi 3278 manat məbləğində borcu olduğu müəyyən edilir. Qeyd edildiyi kimi, İddiaçı 2019-cu təsərrüfat ilində "xxxx" MMC-yə cəmi 11785,16 manat dəyərində 18189 kq çəkidə xam pambıqsatmışdır. İddiaçı satdığı pambığın 11785,16 manat pulundan 3278 manatı onun müəssisəyə olan qalıq avans borcuna, 420 manatı kombaynla onun əkin sahəsindən xm pambığın maşınla yığılması xərcinə tutulmuşdur. Yəni:11785,16-3278-450=8087,16 manat.Həmin 8087,16 manat məbləğində nağd pul vəsaiti İddiaçı tərəfindən "xxxx" MMCnin kassasından nağd pul şəklində alındığı müəyyən edilir. Təqdim edilən mühasibat sənədlərində Cavabdeh "xxxx" MMC-də olan şəxsi hesabından İddiaçı şəxsi hesabına pul köçürüldüyü müəyyən edilmir. Belə ki, qeyd edildiyi kimi X1 Adil Həsənağa oğlunun "xxxx" MMC-də olan şəxsi hesabında yaranmış 18278 manat avans borcundan 15000 manatını ondan aldığı texnikaların müqabilində öz şəxsi hesabına köçürməklə İddiaçı “Cəmiyyət” ə olan borcunu bu məbləğdə azaltdığı müəyyən edilir. b)Məhkəmə tərəfindən müəyyən edilən hallar: Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmiş işin mübahisəsiz olan halları ondan ibarətdir ki, fermer fəaliyyəti ilə məşğul olan İddiaçı 3 növ (traktor, kultivator və çiyidsəpən olmaqla) nəqliyyat vasitəsini "xxxx" ASC-yə məxsus kənd təsərrüfatı texnikasının güzəştlə satılması barədə 12 mart 2019-cu il tarixli, 57-GS/19 saylı müqavilə əsasında əldə edərək öz mülkiyyətinə keçirmişdir. Nəqliyyat vasitələrinin güzəşt tətbiq edildikdən sonra qalıq dəyər 38 539,09 manat təşkil etmişdir. 27 mart 2019-cu il tarixli kredit müqaviləsi əsasında İddiaçı həmin məbləği "xxxx" ASC-dən nəqliyyat vasitələrini girov qoymaqla, bankla kredit müqaviləsi bağlayaraq əldə etmişdir. "xxxx" MMC "xxxx" ASC ilə eyni tarixli zaminlik müqaviləsi bağlayaraq İddiaçı kredit müqaviləsi üzrə öhdəliklərinə zamin durmuşdur.Kredit müqaviləsi üzrə İddiaçı hər ay 423 manat ödəməyi öhdəsinə götürmüşdür. Texnikaların ilkin iddia üzrə iddiaçının mülkiyyətində olması (PAŞA Bank ASC-də girovda olmaqla) nəqliyyat vasitələrinin texniki pasportları ilə də təsdiq olunur. İşin mübahisəsiz halı həmçinin ondan ibarətdir ki, 13 sentyabr 2019-cu il tarixdə İddiaçı, Cavabdeh və X2 imzaları ilə təsdiq edilmiş akt imzalanmış, həmin akta əsasən İddiaçı mübahisə predmeti olan nəqliyyat vasitələrini saz vəziyyətdə Cavabdeh təhvil vemiş, Cavabdeh isə İddiaçı xx.xx.2019-cu il tarixli K3086 saylı kredit müqaviləsinə əsasən götürülmüş kredit üzrə öhdəlikləri yerinə yetirməyi öz öhdəsinə götürmüşdür. Həmçinin ilkin iddia üzrə İddiaçı ilə "xxxx" MMC arasında xx.xx.2018-ci il tarixli “xam pambığın istehsalı və tədarükü” müqaviləsi bağlanmış, həmin müqavilə üzrə ilkin iddiaçının "xxxx" MMC-yə olan borcundan 15.000 manat xx.xx.2019-cu il tarixdə silinmişdir. Hazırda ilkin iddia üzrə iddiaçı məhkəməyə müraciət edərək texnikaların saz vəziyyətdə onun mülkiyyətinə qaytarılması və texnikalardan cavabdeh tərəfindən istismarının qadağan edilməsi barədə məhkəmə qətnaməsinin qəbul edilməsini xahiş etmişdir. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdehxan Mirzəxan oğlu isə öz növbəsində qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı “xam pambığın istehsalı və tədarükü” müqaviləsi üzrə 15.000 manat silinmiş borc, 8883 manat kredit müqaviləsi üzrə ödənişlər və gecikdirilmiş vaxt üçün 1194 manat cərimə ödənişinin İddiaçı tutulması, ilkin və qarşılıqlı iddia tələləbinin eyni anda icra olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Məhkəmə ilk növbədə ilkin iddia tələbinə hüquqi qiymət verərək qeyd edir ki, həm iddia ərizəsində, həm də qarşılıqlı iddia ərizəsində İddiaçı ilə "xxxx" ASC arasında lizinq müqaviləsi bağlandığı qeyd edilsə də, mülki işin materialları ilə ilkin iddia üzrə iddiaçı ilə bank arasında lizinq deyil, kredit müqaviləsinin bağlandığı, mübahisə predmeti olan texnika vasitələrinin isə kredit öhdəliklərinin icrası məqsədilə girov qoyulduğu təsbit edilmişdir. İlkin iddia üzrə İddiaçı, ilkin iddia üzrə Cavabdeh və mexanizator X6 arasında bağlanmış xx.xx.2019-cu il tarixdə bağlanmış akt texnikaların saz vəziyyətdə cavabdehə təhvil verildiyini, cavabdehin isə kredit müqaviləsi üzrə iddiaçının kredit öhdəliklərini yerinə yetirməsini öhdəsinə götürdüyünü təsbit edir. Məhkəmə araşdırması zamanı iddiaçı xəstəliyi ilə əlaqədar olaraq texnika vasitələrini müvəqqəti olaraq cavabdehin istifadəsinə verdiyini, cavabdeh isə qarşılıqlı iddia ərizəsində bunun müvəqqəti deyil, ödəliklərin qarşılıqlı əvəzləşdirilməsi qaydasında və daimi xarakter daşıdığını, məhz bu niyyətlə “Akt”ın imzalandığını bildirmişdir. Daha sonra cavabdeh qarşılıqlı iddia ərizəsinə dəqiqləşdirmə təqdim edərək, həm ilkin həm qarşılıqlı iddiaların təmin edilməsini və eyni anda icra edilməsinin qət edilməsini xahiş etmiş, cavabdeh tərəfin vəkili və nümayəndəsi isə məhkəmə iclasında ilkin iddia tələbini qismən etiraf etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 324.6.-cı maddəsinə əsasən, əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir. 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 287.1-ci maddəsinə əsasən, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov qoyan girov predmetindən onun təyinatına uyğun istifadə edə bilər, o cümlədən ondan bəhər və gəlir götürə bilər. 284.2-ci maddəsinə əsasən, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov qoyan yalnız girov saxlayanın razılığı ilə girov predmetini özgəninkiləşdirə bilər, başqa şəxsin icarəsinə və ya əvəzsiz istifadəsinə verə bilər və ya ona dair digər sərəncamlar verə bilər. Girov qoyanın girov qoyulmuş əmlakı vəsiyyət etmək hüququnu məhdudlaşdıran razılaşma əhəmiyyətsizdir. Məhkəmə hesab edir ki, tərəflər arasında mülki hüquq və vəzifələrin yaranmasına səbəb olan hər hansı müqavilə və Mülki Məcəllənin 14-cü maddədə sadalanan digər əsaslar mövcud deyil. Buna görə də ilkin iddia üzrə İddiaçı tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir və həmin maddədə göstərilir ki, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddənin mənasına görə, mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etməsi məcmu şəkildə aşağıdakı hallar mövcud olduqda mümkündür: 1) əmlakın mülkiyyətçinin faktiki sahibliyindən çıxması; 2) əmlakın naturada mövcud olması və başqasının sahibliyində olması; 3) tərəflər arasında müqavilənin və yaxud sair öhdəliyin olmaması. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 157-ci maddəsi mülkiyyət hüququnun müdafiəsinin aşağıdakı üç üsulunu nəzərdə tutur: a) mülkiyyət hüququnun tanınması; b) özgəsinin qanunsuz sahibliyindən əmlakın tələb edilməsi; d) mülkiyyətə qəsd və maneələrə son qoyulmasının tələb edilməsi. Mülkiyyətçi bu maddədə nəzərdə tutulmuş üsullardan istifadə edərək öz mülkiyyətində olan əmlakın hər cür pozuntulardan müdafiə edilməsini təmin edir. Mülkiyyətçinin öz əmlakını başqasından geri tələb etmək hüququ onun iradəsindən asılı olmayaraq mülkiyyətindən qanunsuz yolla çıxmış əmlakını geri almaq və onun üzərində pozulmuş mülkiyyət hüququnu bərpa etmək imkanı verir. Mülkiyyətçinin öz əmlakını başqasının qanunsuz sahibliyindən tələb etməsi üçün məhkəməyə verdiyi iddia vindikasiya iddiası adlanır. Vindikasiya iddiası mülkiyyətçinin öz əmlakını qanunsuz və faktiki sahibliyində saxlayan şəxsdən natura şəklində qaytarılması barədə müqavilədən kənar tələbdir. Məhkəmə hesab edir ki, sadalanan qanunvericilik normalarına əsasən, iddia tələbi texnikaların saz vəziyyətdə iddiaçının mülkiyyətinə qaytarılması hissəsində əsaslıdır və təmin edilməlidir. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, Mülki-Prosessual Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. İlkin iddia üzrə iddiaçı əmlakının onun sahibliyində olmayan vaxt ona dəymiş ziyan, o cümlədən texnikaların aşınması ilə bağlı yaranan xərclərlə əlaqədar tələb irəli sürməmiş, həmçinin əlavə ekspertiza tədqiqatının keçirilməsinə etiraz edərək, gələcəkdə bununla bağlı ayrıca iddia qaldırmaq fikrinin olduğunu bildirmişdir. Qarşılıqlı iddia ərizəsinə münasibətdə məhkəmə qeyd edir ki, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı “Xam pambığın istehsalı və tədarükü” müqaviləsinə əsasən "xxxx" MMCyə yaranmış borcundan qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən 15.000 manat silinməsi faktı 08 iyul 2022-ci il tarixli, 9/4421 №-li ekspert rəyi ilə öz təsdiqini tapır. 27 mart 2019-cu il tarixli kredit müqaviləsi əsasında İddiaçı hər ay "xxxx" ASC-yə ödəməli olduğu 423 manat məbləği 2019-cu ilin sentyabr ayından 2020-ci ilin may ayınadək (19 ay) ödənildiyi məhkəməyə təqdim edilmiş çeklərlə təsbit olunur. Həmin çeklərin böyük əksəriyyətinin kim tərəfindən ödənildiyi çeklərdən aydın görünməsə də (million aparatları vasitəsilə ödənildiyi üçün), çeklərin qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh vəkili tərəfindən məhkəməyə təqdim edilməsi, iddiaçının bu faktı mübahisələndirməməsi məhkəməyə bu nəticəyə gəlməyə əsas verir ki, ödənişlər həqiqətən, Cavabdeh tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 431.1-ci maddəsinə əsasən, borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. Bu halda “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq kreditorla bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur. 431.2-ci maddəsinə əsasən, kreditor üçüncü şəxsin təklif etdiyi icranı, əgər borclu bunun əleyhinədirsə, qəbul etməyə bilər. 431.3-cü maddəsinə əsasən, əgər kreditor borcluya mənsub əşyaya məcburi icra yönəldərsə, onda məcburi icra nəticəsində bu əşyaya hüquqlarının itirilməsi təhlükəsi yaranan hər hansı şəxs kreditoru təmin edə bilər. Üçüncü şəxs kreditoru təmin etdikdə, tələb hüququ həmin şəxsə keçir. Tələb kreditorun zərərinə olaraq keçməməlidir. Sadalanan qanunvericilik normalarından görünür ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, sonuncu ilə "xxxx" arasında bağlanmış 27 mart 2019-cu il tarixli kredit müqaviləsi üzrə öhdəliklərini və xx.xx.2018-ci il tarixli “xam pambığın istehsalı və tədarükü” müqaviləsi üzrə öhdəliklərini icra etmiş, kreditorlar isə öhdəliyin icrasını qəbul etmişlər. Belə olan halda tələb hüququ qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh keçmiş olur. Buna görə də məhkəmə hesab edir ki, qarşılıqlı iddia üzrə iddiaçının qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 15000 və 8883 manat, ümumilikdə 21883 manat pulun tələb edilməsi barədə tələbi əsaslıdır və təmin edilməlidir. Qarşılıqlı iddia ərizəsinin gecikdirilmiş vaxt üçün illik 5% olmaqla, ümumilikdə 1194 manat pulun tutularaq Cavabdeh ödənilməsi tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir: Qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh Mülki Məcəllənin 445.7-ci maddəsinə istinad etmişdir. Məhkəmə hesab edir ki, göstərilən maddə tələbin qanuni əsası ola bilməz. Çünki iddiaçının istinad etdiyi həmin normada deyilir ki, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Göründüyü kimi həmin norma o şəxsə münasibətdə tətbiq olunur ki, şəxs iddiaçı qarşısında borclu olsun və pulun ödənilməsini gecikdirsin. İşin faktiki hallarından görünür ki, tərəflərin arasında hər hansı kreditor – borclu münasibəti mövcud olmadığından, iddia tələbi bu əsasla təmin edilə bilməz. Digər tərəfdən cavabdehin iddia tələbinin əsası kimi Mülki Məcəllənin 21-ci maddəsi çıxış edə bilər. Lakin məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) ilə əlaqədar hər hansı bir sübut təqdim etməmişdir. Buna görə də məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi bu hissədə əsassızdır və təmin edilməməlidir. Qarşılıqlı iddia tələbinin ilkin və qarşılıqlı iddia tələblərinin eyni anda icra olunması tələbi ilə bağlı məhkəmə qeyd edir ki, ilkin və qarşılıqlı iddia tələbləri bir-biri ilə əlaqəli olduğundan, tərəflərin pozulmuş hüquq və azadlıqlarının, əmlak mənafelərinin bərpası baxımından tələblərin eyni anda icrası məqsədəmüvafiq hesab edilə bilər. Ona görə də məhkəmə hesab edir ki, qarşılıqlı iddia ərizəsi bu hissədə də əsaslıdır və təmin edilməlidir. İlkin iddia tələbinin texnika vasitələrinin istismarının cavabdeh tərəfindən istismarının qadağan edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, ilkin və qarşılıqlı iddia tələbləri qismən təmin edildiyinə və tələblərin eyni anda icraya yönəlməsi qət edildiyinə görə, iddia tələbinin bu hissədə təmin edilməsinə zərurət aradan qalxmışdır. Buna görə də ilkin iddia həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd edilənlərə əasən, məhkəmə hesab edir ki, ilkin və qarşılıqlı iddia qismən təmin edilməli, xx.xx.2019-cu il tarixli akta əsasən Cavabdeh istifadəsinə verilmiş, 2018-ci il buraxılışlı, 1 ədəd Belarus 80x markalı, **-BA-*** dövlət nömrə nişanlı (mühərrik nömrəsi 020155 olan) traktor, 2018-ci il buraxılışlı 1 ədəd çiyidsəpən CAN T.S.P.D-4 P.Ü.L (zavod nömrəsi 969), 2018-ci il buraxılışlı 1 ədəd 4 cərgəli kultivator (zavod nömrəsi 1917 olan) Cavabdeh alınaraq saz və işlək vəziyyətdə İddiaçı təhvil verilməli; qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 27 mart 2019-cu il tarixli K3086 saylı kredit müqaviləsi üzrə ödənilmiş 8883 manat pul və xx.xx.2018-ci il tarixli “xam pambığın istehsalı və tədarükü” müqaviləsi üzrə ödənilmiş 15000 manat, ümumilikdə 21883 manat pul alınaraq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ödənilməlidir. İlkin və qarşılıqlı iddia tələbləri qalan hissədə təmin edilməməlidirlər. Texnikaların saz və işlək vəziyyətdə Cavabdeh alınaraq İddiaçı təhvil verilməsi və pul tələbinə dair qarşılıqlı iddia tələbi eyni anda icra olunmalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı halda ilkin və qarşılıqlı iddia tələbləri qismən təmin edildiyindən, ödənilmiş rüsumlar tərəflərin özlərinə aid edilməlidir. Aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri (100 (bir yüz)) manat tərəflərdən müştərək qaydada tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (X3, VÖEN**********, AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) keçirilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İlkin iddia qismən təmin edilsin. xx.xx.2019-cu il tarixli akta əsasən Cavabdeh istifadəsinə verilmiş, 2018-ci il buraxılışlı, 1 ədəd Belarus 80x markalı, **-BA-*** dövlət nömrə nişanlı (mühərrik nömrəsi 020155 olan) traktor, 2018-ci il buraxılışlı 1 ədəd çiyidsəpən CAN T.S.P.D-4 P.Ü.L (zavod nömrəsi 969), 2018-ci il buraxılışlı 1 ədəd 4 cərgəli kultivator (zavod nömrəsi 1917 olan) Cavabdeh alınaraq saz və işlək vəziyyətdə İddiaçı təhvil verilsin. İlkin iddia qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia qismən təmin edilsin. Cavabdeh İddiaçı 27 mart 2019-cu il tarixli K3086 saylı kredit müqaviləsi üzrə ödənilmiş 8883 manat pul və xx.xx.2018-ci il tarixli “xam pambığın istehsalı və tədarükü” müqaviləsi üzrə ödənilmiş 15000 manat, ümumilikdə 21883 manat pul alınaraq iddiaçı Cavabdeh ödənilsin. Texnikaların saz və işlək vəziyyətdə Cavabdeh alınaraq İddiaçı təhvil verilməsi və pul tələbinə dair qarşılıqlı iddia tələbi eyni anda icra olunsun. Qarşılıqlı iddia qalan hissədə təmin edilməsin. Aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 100 (bir yüz) manat tərəflərdən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (X3 VÖEN 140155071, AZ41NABZ013610000**********, SWİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №2(005)-198/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-198/2022
05.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver