Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-1992/2021 22.07.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1, İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil, İlk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “öhdəliyin icra edilməməsi” tələbinə dair ilk, iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-dən 15 Aprel 2016-cı il tarixində “Mülkiyyətçi” ilə bağlanmış 75-70/18 nömrəli müqavilənin şərtlərinə əməl edərək, müqavilənin 1.1-ci maddəsinin tələbinə əsasən “Mülkiyyətçinin”-yə, müqavilədə göstərildiyi kimi 10-cu mərtəbədə deyil 15-ci mərtəbədə verilmiş mənzillərin qəbul haqqında 75-70/18 nömrəli müqaviləyə dəyişiklik edilərək, müqavilənin 1-ci bəndində qeyd olunan tam təmirli 3 otaqlı mənzili təmir edərək, müqavilədə göstərilən iki otaqlı mənzili isə təmirsiz olaraq “Mülkiyyətçiyə” təhvil verərək, təhvil-təslim haqqında aktı hər iki tərəfin imzalanmasını təmin etsin və ya “Mülkiyyətçinin” təmirə xərclədiyi 5000 (beş min) manat məbləği ödəyərək 15 Aprel 2016-cı il tarixində “Mülkiyyətçi” ilə bağlanmış 75-70/18 nömrəli müqavilənin şərtlərinə tam əməl edilərək, 10-cu mərtəbədə vəd olunmuş mənzili təhvil-təslim aktı və digər müvafiq sənədləri müvafiq qaydada imza edilərək təqdim etməsi və müqavilənin 2.1.2-ci maddəsinin tələbinə əsasən üç otaqlı tam təmirli mənzilin “Mülkiyyətçiyə” təhvil verilənədək müvəqqəti yaşayışı məqsədi ilə ödənilən ayda 500 (beş yüz) manat kirayə haqqı ödənişləri bərpa edilərək, 2020-ci ilin noyabr ayından dayandırılmış ödənilməyən ödənişlərin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilə aralarında bağlanmış 15 aprel 2018-ci il tarixli, 75/7D-18 saylı müqavilənin etibarsız hesab edilməsinə və ümumi sahəsi 78.6 kv\m olan təmirli mənzilə dair yeni müqavilə bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 22.07.2021-ci il tarixli iclasında tərəflər öz aralarında razılığa gəldiklərini bildirərək, məhkəməyə barışıq sazişi təqdim etmişlər və barışıq sazişinin təsdiq olmasını, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edərək, bu barədə ərizələri məhkəməyə təqdim etmişdilər. Məhkəmə tərəflərin təqdim etdikləri barışıq sazişi, ərizəni və ümumilikdə iş materiallarını araşdırıb hesab edir ki, tərəflərin arasında bağlanmış barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 52.3-cü maddəsinə əsasən tərəflər işi barışıq sazişi bağlamaqla qurtara bilərlər. Barışıq sazişi aşağıdakı məzmunda və şərtlərlə bağlanmışdır.
1. Cavabdeh MTK İddiaçı aşağıdakı formada mənzili təqdim edir: “Cavid-2016" MTK ilkin müqavilə üzrə İddiaçı ümumi sahəsi 72 kv\m olan təmiri i mənzili və ümumi sahəsi 51 kv/m təmirsiz mənzili verməyi öz öhdəsinə götürmüşdür. "xxxx" MTK İddiaçı mənzillərin mövcud planlaşdırılmasına əsasən inşa olunan 1-ci binada ümumi sahəsi 81.8 kv/m olan təmirli mənzili və ümumi sahəsi 58.33 kv/m olan təmirsiz mənzili verməyi və mənzillərin sahələri arasında yaranan fərqin dəyərini Cavabdeh MTK-ya ödəməyi təklif etdi. Beləliklə, tərəflər arasındakı qarşılıqlı razılaşmaya əsasən İddiaçınm sökülmüş daşınmaz əmlakının əvəzində inşa olunan 1-ci binanın 2-ci girişin 15-ci mərtəbəsində ümumi sahəsi 81.8 kv\m olan təmirli mənzili və həmin binanın 2-ci girişin 15-ci mərtəbəsində ümumi sahəsi 58.33 kv/m olan təmirsiz mənzili verməyi öz öhdəsinə götürür, İddiaçı isə ona verilən mənzilləri qəbul etməyi və yaranan fərqin dəyərini Cavabdeh MTK-ya ödəməyi öz öhdəsinə götürür. Sahələr arasında yaranmış fərqin hesabı: 81.8 kv/m - 72 kv/m = 9.8 kv/m x 1350 manat = 13230 manat və 58.33 kv/m - 51 kv/m = 7.33 kv/m x 1200 manat = 8796 manat. İddiaçı yaranan fərqin hesabından, yəni 13230 manat + 8796 manat = 22026 manat (iyirmi iki min iyirmi altı) ödənişdən onun maddi vəziyyəti nəzərə alınaraq güzəşt olunmasım israrla xahiş edir. Cavabdeh MTK İddiaçı maddi durumunu nəzərə alaraq israrlı xahişinə görə qeyd olunan 22026 manat ödənişdən 17026 manat güzəşt edir və yaranan fərqin hesabına görə İddiaçı tərəfindən onun öz xahişinə əsasən 5000 (beş min) manat ödəniş etməsinə razılığını bildirir. İddiaçı 5000 (beş min) manat ödənişi hər ay 250 manat olmaqla 20 (iyirmi) ay müddətində “Cavid-2016" MTK-ya ödəyəcəkdir.
2. Tərəflər bu sazişin 1-ci bəndindəki razılığa əsasən yeni müqavilə imzalayırlar.
3. Yeni müqavilənin bütün şərtləri hər iki tərəfə aydındı, şüurlu surətdə qəbul edirlər və hazırki Sazişlə eyni vaxtda imzalanır.
4. Mənzillərin təhvil-təslim aktları Saziş və müqavilə imzalanan gün tərtib edilir, imzalanır və nüsxələr tərəflərdə saxlanılır və hazırki sənədlər imzalanan vaxtdan etibarən mənzillər İddiaçı təhvil verilmiş hesab edilir.
5. Müqavilə üzrə öhdəliyin icrasına dair tərəflərin bir-birinə heç bir iradı və iddiası qalmadı və göstərilənlər barədə tərəflər heç bir orqanda heç bir vaxt şikayət etməyəcəkləri, iddia qaldırmayacaqlar.
6. İddiaçı ailə üzvlərinin və digər qohumları və əlaqədar şəxsləri tərəfindən müqavilə öhdəliyinin icrasına dair heç bir orqanda heç bir vaxt şikayət etməyəcəkləri, iddia qaldırmayacaqlarına dair təminat verir.
7. Saziş üç nüsxədə azərbaycan dilində tərtib olundu, bir nüsxə Nərimanov rayon Məhkəməsində saxlanılır, digər nüsxələri isə tərəflərə verilir. Məhkəmə hesab edir ki, tərəflərin barışıq sazişi qanunauyğun olduğundan və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından təsdiq edilməlidir. Məhkəmə iclasında, tərəflərə barışıq sazişini təsdiq edənə qədər müvafiq prosessual hərəkətlərin nəticələri izah edilmiş, tərəflərin barışıq sazişinin şərtləri məhkəmə iclasının protokoluna yazılmış və protokol müvafiq surətdə iddiaçı və cavabdeh tərəfindən imzalanmışdır. Azərbaycan Respublikası MPM-in 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası MPM-in 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-in 52-ci, 191-ci, 261-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilə ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin arasında 22 iyul 2021-ci il tarixdə bağlanmış barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin: Barışıq sazişi aşağıdakı məzmunda və şərtlərlə bağlanmışdır:
1. Cavabdeh MTK İddiaçı aşağıdakı formada mənzili təqdim edir: “Cavid-2016" MTK ilkin müqavilə üzrə İddiaçı ümumi sahəsi 72 kv\m olan təmiri i mənzili və ümumi sahəsi 51 kv/m təmirsiz mənzili verməyi öz öhdəsinə götürmüşdür. "xxxx" MTK İddiaçı mənzillərin mövcud planlaşdırılmasına əsasən inşa olunan 1-ci binada ümumi sahəsi 81.8 kv/m olan təmirli mənzili və ümumi sahəsi 58.33 kv/m olan təmirsiz mənzili verməyi və mənzillərin sahələri arasında yaranan fərqin dəyərini Cavabdeh MTK-ya ödəməyi təklif etdi. Beləliklə, tərəflər arasındakı qarşılıqlı razılaşmaya əsasən İddiaçınm sökülmüş daşınmaz əmlakının əvəzində inşa olunan 1-ci binanın 2-ci girişin 15-ci mərtəbəsində ümumi sahəsi 81.8 kv\m olan təmirli mənzili və həmin binanın 2-ci girişin 15-ci mərtəbəsində ümumi sahəsi 58.33 kv/m olan təmirsiz mənzili verməyi öz öhdəsinə götürür, İddiaçı isə ona verilən mənzilləri qəbul etməyi və yaranan fərqin dəyərini Cavabdeh MTK-ya ödəməyi öz öhdəsinə götürür. Sahələr arasında yaranmış fərqin hesabı: 81.8 kv/m - 72 kv/m = 9.8 kv/m x 1350 manat = 13230 manat və 58.33 kv/m - 51 kv/m = 7.33 kv/m x 1200 manat = 8796 manat. İddiaçı yaranan fərqin hesabından, yəni 13230 manat + 8796 manat = 22026 manat (iyirmi iki min iyirmi altı) ödənişdən onun maddi vəziyyəti nəzərə alınaraq güzəşt olunmasım israrla xahiş edir. Cavabdeh MTK İddiaçı maddi durumunu nəzərə alaraq israrlı xahişinə görə qeyd olunan 22026 manat ödənişdən 17026 manat güzəşt edir və yaranan fərqin hesabına görə İddiaçı tərəfindən onun öz xahişinə əsasən 5000 (beş min) manat ödəniş etməsinə razılığını bildirir. İddiaçı 5000 (beş min) manat ödənişi hər ay 250 manat olmaqla 20 (iyirmi) ay müddətində “Cavid-2016" MTK-ya ödəyəcəkdir.
2. Tərəflər bu sazişin 1-ci bəndindəki razılığa əsasən yeni müqavilə imzalayırlar.
3. Yeni müqavilənin bütün şərtləri hər iki tərəfə aydındı, şüurlu surətdə qəbul edirlər və hazırki Sazişlə eyni vaxtda imzalanır.
4. Mənzillərin təhvil-təslim aktları Saziş və müqavilə imzalanan gün tərtib edilir, imzalanır və nüsxələr tərəflərdə saxlanılır və hazırki sənədlər imzalanan vaxtdan etibarən mənzillər İddiaçı təhvil verilmiş hesab edilir.
5. Müqavilə üzrə öhdəliyin icrasına dair tərəflərin bir-birinə heç bir iradı və iddiası qalmadı və göstərilənlər barədə tərəflər heç bir orqanda heç bir vaxt şikayət etməyəcəkləri, iddia qaldırmayacaqlar.
6. İddiaçı ailə üzvlərinin və digər qohumları və əlaqədar şəxsləri tərəfindən müqavilə öhdəliyinin icrasına dair heç bir orqanda heç bir vaxt şikayət etməyəcəkləri, iddia qaldırmayacaqlarına dair təminat verir.
7. Saziş üç nüsxədə azərbaycan dilində tərtib olundu, bir nüsxə Nərimanov rayon Məhkəməsində saxlanılır, digər nüsxələri isə tərəflərə verilir. İddiaçı Cavabdeh MMC-yə qarşı “öhdəliyin icra edilməməsi” tələbinə dair ilk, iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər.
Sədrlik edən Aytən Novruzova