Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-2025/2023 01.06.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi X15 Mehdi qızının katibliyi, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" QSC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X10, X11 və "xxxx" QSC cəlb edilməklə “hərrac və onun nəticələri haqqında protokolun etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X10, X11 və "xxxx" QSC cəlb edilməklə “hərrac və onun nəticələri haqqında protokolun etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC-nin Bakı şəhəri, Səbail rayonu, 32-ci Salyan yolu, 1-ci küçə, 3-cü döngədə İddiaçı mülkiyyətində olan 0,06 ha torpaq sahəsi üzərində yerləşən 21 saylı fərdi yaşayış evin hərracda satışı barədə keçirilmiş hərracın, tərtib olunmuş 58/02 saylı, xx.xx.2010-cu il tarixli protokol və bağlanmış müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Sabunçu Rayon Məhkəməsinin 2(008)-471/2018 saylı iş üzrə xx.xx.2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, iddiaçı “AccesBank" QSC-nin cavabdehlər X4, X1 və X5, X6 və İddiaçı müştərək qaydada iddiaçının xeyrinə 93.055,15 ABŞ dolları əsas borcun, 26.605,74 ABŞ dolları faiz borcunun və 200 ABŞ dolları dəbbə və cəmi 119.860, 89 ABŞ dollan məbləğinin qətnamənin icra olunduğu günə Azərbaycan manatının məzənnəsi ilə olmaqla borcun, 30 AZN dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 AZN dövlət rüsumunun, 21 AZN xidmət haqqının tutularaq “AccesBank" QSC-yə ödənilməsi, tutmanın İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, 32-ci Salyan yolu 1-ci küçə, 3-cü döngədə olan 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 21 saylı fərdi yaşayış evinə yönəldilməsi, evin açıq hərracda satılması, satışdan əldə olunan vəsaitin hesabına banka olan borcunun ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 329.606,0 AZN məbləğində müəyyən edilməsi, ipoteka predmeti olan Bakı şəhəri, Səbail rayonu, 32-ci Salyan yolu, 1-ci küçə, 3cü döngədə İddiaçı mülkiyyətində olan 0,06 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 21 saylı fərdi yaşayış evinə tutma yönəldikdən və o, satıldıqdan ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən İddiaçınm çıxarılması, həmin fərdi yaşayış evinin boşaldılaraq “AccesBank" QSC-yə təhvil verilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi barədə qət edilmişdir. Verilmiş apellyasiya şikayətinə baxan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-12034/2018 saylı həmin iş üzrə xx.xx.2018-ci il tarixli qətnaməsi ilə Sabunçu Rayon Məhkəməsinin 2(008)-471/2018 saylı iş üzrə xx.xx.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Verilmiş kassasiya şikayətinə baxan Azərbaycn Respublikası Ali Məhkəməsinin 2(102)-2464/2019 saylı həmin iş üzrə xx.xx.2019-cu il tarixli qərarı ilə evin hərracda satıldıqdan sonra “AccesBank" QSC-yə təhvil verilməsi hissəsində Bakı Apellyasiya Məhkəməsinin 2(103)-12034/2018 saylı həmin iş üzrə xx.xx.2018-ci ii tarixli qətnaməsinin ləğv edilməsinə dair iddia tələbi rədd edilmiş, qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2464/2019 saylı həmin iş üzrə xx.xx.2019-cu il tarixli qərarı icra vərəqəsi üzrə icraya yönəldilmiş, iş Sabunçu rayon İcra və Probasiya şöbəsinin 2328-77/593/17 sayla hərracda ilkin satış qiyməti 329.606.0 AZN-lə icraata alınaraq, xx.xx.2019-cu il tarixli sifariş məktubu, eləcə də “AccesBank" QSC- nin müvafiq məktubu nəzərə alınaraq, Bakı şəhəri, Səbail rayonu, 32-ci Salyan yolu, 1-ci küçə, 3-cü döngədə İddiaçınm mülkiyyətində olan 0,06 ha torpaq sahəsi üzərində yerləşən 21 saylı fərdi yaşayış evi, hərracda satış əmlakı kimi “Daşınar və Daşınmaz əmlakların Satışı üzrə Hərrac Mərkəzi’' MMC tərəfindən 58/02 saylı, xx.xx.2010-cıı il tarixli protokola uyğun olaraq, “İpoteka Haqqında” Azıərb. Resp. Qanununun 43.7.-ci maddəsinə istinadən, təkrar hərracdakı ilkin satış qiyməti 280.165,01 AZN, sonradan təkrar hərracdakı ilkin satış qiyməti 210.123,83 AZN satış qiyməyilə satılması qeyd olunmuşdur. Hərrac qanun normalarının tələbləri ciddi qanun pozuntuları ilə müşayət olunduğundan "xxxx" MMC tərəfindən 58/02 saylı, xx.xx.2010-cu il tarixli protokolu, əmlakın satışı müqaviləsi və hərracın nəticələri etibarsız hesab olunmalıdır. X8 və X9 hər ikisi Azərbaycanın ərazi bütövlüyü uğrunda aktiv mübarizədə iştirak edən müharibə iştirakçıları-qazilərdir. Bu yolda tutduğu vəzifələrinə, sosial mövqelərinə baxmadan Ümummilli Liderimizin bir çağırışına Azərbaycan Respublikasının azadlığı və müstəqilliyi üçün canlarından, varından-dövlətindən (habelə, öz ailə əşyalarından, özlərinin və ailə üzvlərinə məxsus qızıl-zinət əşyararından) keçən şəxslər olmuşlar. Həmin dövrdə “AccesBank" QSC- dən götürülmüş krediti başqa bir şeyə deyil iş yerlərinin açılması məqsədilə “Təbii su" istehsalı və qablaşd rılması üçün istehsalın rəşkili, avadanlıqların alınması və quraşdırılması, enerji və digər kommunikasiya xəttlərinin çıkilməsi və s. işlər üçün xərclənmişdördə manatın devalvasiyası nəticəsində işlərin yarımçıq qalması və müəssisənin işlək vəziyyətə gətirilib çıxarılması mümükün olmadığından gəlir götürülməsi mümükünsüzlüyü nəticəsində işlər po/ulnıuşdur. Eyni zamanda götürülmüş kreditə alınmış həmin avadanlıq və əşyalar müəssisənin olduğu yerdə hal-hazırda da qalmaqdadır, bir gün də belə işlənməmişdir. “İpoteka saxlayan"- “AccesBank" QSC-nin girov əmlakın əvəzinə həmin avadanlıq və əşyalarla əvəzləşdirilməsinə kifayət qədər imkan da vardır. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" QSC xx.xx.2023-cü il tarixdə məhkəməyə ərizə təqdim edərək, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(008)-471/2018 saylı qətnaməsinə əsasən cavabdehlər X3 və qeyrilərindən müştərək qaydada cəmi 119860.89 ABŞ Dolları məbləğində borcun, məhkəmə xərclərinə görə ödənilmiş 30 manatın "xxxx" QSC-nin xeyrinə tutulması, tutmanın ipoteka predmeti olan İddiaçı məxsus Bakı şəhəri, Səbail rayonu, Salyan yolu 1ci küçə, 3-cü döngədə yerləşən 0.06 ha torpaq sahəsi və üzərində olan 21 saylı fərdi yaşayış evinə ilkin satış qiyməti 329606 manat müəyyən edilməklə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və satışdan əldə olunan vəsait hesabına banka olan borcun ödənilməsi, əmlaka tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra evin boşaldılaraq "xxxx" QSC-yə təhvil verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(103)-12034/2018 saylı qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmişdir. Ali Məhkəmənin xx.xx.2019-cu il tarixli 2(102)-2464/2019 saylı qərarına əsasən cavabdehlərin kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya məhkəməsinin qətnaməsi evin hərracda satıldıqdan sonra “AccessBank" QSC-yə təhvil verilməsi hissəsində ləğv edilərək iddia həmin hissədə təmin edilməmişdir. Bundan başqa Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(005)-2569/2021 saylı qətnaməsinə əsasən İddiaçı cavabdehlər "xxxx" MMC və "xxxx" QSC-yə qarşı hərracın ləğv edilməsi tələbinə dair iddiası rədd edilmişdir. İşlə bağlı qəbul edilmiş qətnamələr artıq qanuni qüvvəsini almışdır. Qanuni qüvvəsini almış məhkəmə qərarları və hazırki iddia tələbindən müəyyən olunur ki, iddiaçı ipoteka predmeti olan əmlakla bağlı keçirilmiş hərracın nəticələrini mübahisələndirir. Göründüyü kimi hərracla bağlı daha əvvəl iddiaçının qaldırdığı iddiaya məhkəmə qətnaməsi ilə qiymət verilmiş, onun iddiası əsassız hesab edilərək rədd edilmiş, həmin qətnamə qanuni qüvvəsini almış, ancaq iddiaçı yenidən eyni əsasla və eyni predmetlə iddia qaldırmışdır. Məhkəmə iclasında üçüncü şəxs "xxxx" QSC-nin nümayəndəsi X7 icraata xitam verilməsi barədə ərizəni müdafiə edərək, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Üçüncü şəxsin nümayəndəsinin izahatını ifadəsini dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, mülki iş üzrə başlanmış icraata xitam verilməlidir. Belə ki, mülki işin materiallarında olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(005)-2569/2021 saylı qətnaməsinə əsasən İddiaçı cavabdehlər "xxxx" MMC və "xxxx" QSC-yə qarşı “hərracın yekun protokolunun etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair iddiası rədd edilmişdir. Göründüyü kimi, mübahisələndirilən məsələyə artıq Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(005)-2569/2021 saylı qətnaməsi ilə hüquqi qiymət verilmiş, həmin qətnamə qanuni qüvvəsini almışdır. Bununla belə məhkəmə qeyd edir ki, sözügedən qətnamədən görünür ki, "xxxx" MMC tərəfindən tərtib edilmiş 58/02 nömrəli xx.xx.2019-cu il tarixli yekun protokolu mübahisələndirilmişdir. Lakin hazırki iddia ərizəsində "xxxx" MMC tərəfindən tərtib olunmuş 58/02 saylı, xx.xx.2010-cu il tarixli protokol mübahisələndirilsə də, iş materiallarında xx.xx.2010-cu il tarixli hərracın yekunlarına dair protokol mövcud deyil. Əksinə iddia ərizəsinə məhz 58/02 nömrəli xx.xx.2019-cu il tarixli yekun protokolu əlavə edilmişdir. Göründüyü kimi, iddiaçı tərəfindən həmin protokol mübahisələndirilsə də, iddia ərizəsində yanlışlığa yol verilmiş, həmin texniki səhvlər isə aradan qaldırılmamışdır. Eyni zamanda məhkəmə bildirir ki, İddiaçı hazırki iddia ilə məhkəməyə müraciət edərkən, iddia tələbinin dəlili kimi aşağıdakılara istinad etmişdir. Tərəflərin məlumatlandırılması, tələb-təklif prinsiplərinin yerinə yetirilməsi təmin edilməmişdir; Hüquq normaları ilə müəyyən edilmiş müddətlərdə tələb olunan prinsiplərin yerinə yetirilməsi təmin edilməmişdir; Hərracda iştirak edən şəxslərin sayı qanunla müəyyən edilmiş miqdarda təmin edilməmişdir; Hərracda satışa yönəlmiş əmlakın yüklülük məsələsi təhqiq edilmədən “kortəbii icrasına” yol verilmişdir. Hərracda satışa yönəlmiş əmlak iddiaçının yeganə yaşayış yeridirmi? Hərracın keçirilməsini əks etdirən protokolun tərtibatında ciddi qanun pozuntularına (eyni zamanda “ipoteka saxlayanın” maraqlarına xidmət edən əlamətələrin olduğuna) yol verilmişdir, (təşkilatçı tərəfindən imzalanmamışdır); Boşaldılması nəzərdə tutulan əmlakın, əmlak kütləsi və hüquqi vəziyyəti müəyyən edilməmişdir; Mənzildən çıxarılması məsələsi icra edilərkən, torpaq sahəsindən çıxarılması qanunun tələblərinə görə mümkündürmü? Göründüyü kimi, həmin halların mövcudluğu iddianın əsasının yaxud predmetinin eyni olması faktını dəyişmir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X10, X11 və "xxxx" QSC cəlb edilməklə “hərrac və onun nəticələri haqqında protokolun etibarsız hesab edilməsi” tələbinə artıq Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(005)-2569/2021 saylı və Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(008)-471/2018 saylı qətnamələri ilə münasibət bildirildiyindən, habelə həmin qətnamələr qanuni qüvvəsini aldığından mülki işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1 və 114.1.3-cü maddələrinə əsasən, ödənilmiş dövlət rüsumu bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla mülki işin icraatına xitam verilirsə, qaytarılır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261-ci, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X10, X11 və "xxxx" QSC cəlb edilməklə “hərrac və onun nəticələri haqqında protokolun etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilsin. İddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ona qaytarılsın. Qərardaddan, qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-2025/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-2025/2023
01.06.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver