Azərbaycan Respublikası adından ƏLAVƏ QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-203/2021 17.09.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əmirxanova Kəmalə Fərman qızının sədrliyi, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı İddiaçı cavabdehlər Cavabdeh MMC və "xxxx" MMC-nə qarşı, üçüncü şəxslər Bakı şəhəri Nəsimi rayon icra və probasiya şöbəsi və X2 cəlb edilməklə hərracın yekunları barədə protokolun və əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh MMC və "xxxx" MMC-nə qarşı, üçüncü şəxslər Bakı şəhəri Nəsimi rayon icra və probasiya şöbəsi və X2 cəlb edilməklə hərracın yekunları barədə protokolun və əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 04.06.2021-ci il tarixli 2(005)-203/2021 saylı qərardadı ilə iddiaçı İddiaçı cavabdehlər Cavabdeh MMC və "xxxx" MMC-nə qarşı, üçüncü şəxslər Bakı şəhəri Nəsimi rayon icra və probasiya şöbəsi və X2 cəlb edilməklə hərracın yekunları barədə protokolun və əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına barışıq sazışı bağlanması ilə əlaqədar xitam verilmişdir. Mülki iş üzrə yekun məhkəmə aktı çıxarılarkən aparılmış ekspertiza tədqiqatının dəyərinin işdə iştirak edən şəxslərdən tutulmasına münasibət bildirilməmişdir. Məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh MMC və "xxxx" MMC-nə qarşı, üçüncü şəxslər Bakı şəhəri Nəsimi rayon icra və probasiya şöbəsi və X2 cəlb edilməklə hərracın yekunları barədə protokolun və əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə əlavə qərardad çıxarılmalıdır. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iclasda iştirak etmirlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 229.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan X3 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 12 aprel 2021-ci il tarixdə verilmiş hesab-fakturadan görünür ki, İddiaçı məxsus Bakı şəhəri, B.Səfəroğlu küçəsində yerləşən 157 saylı evin 2 saylı mənzilin qiymətləndirilməsi ilə bağlı görülmüş ekspert xidmətlərinin qarşılığı olaraq cəmi 300 manat ödənilməlidir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən 300 manat ekspertiza xərci iddiaçıdan tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 229.1, 229.1.3-cü maddələrinə əsasən iş üzrə qətnamə və ya qərardad çıxarmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi ilə və ya onları xəbərdar edərək öz təşəbbüsü ilə məhkəmə xərcləri haqqında məsələ hakim tərəfindən həll edilməmişsə, əlavə qətnamə və ya qərardad çıxara bilər. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 229-cu maddəsini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Aparılmış ekspertiza tədqiqatının dəyəri 300 (üç yüz ) manat İddiaçı müştərək qaydada tutulub "xxxx" ASC, KOD 505141 VÖEN **********, Müxbir hesab AZ 82 NABZ******************** SWİFT BİK PAHAAZ22, X3 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti VÖEN **********1, Hesab AZ75PAHA40060AZNHC**********” hesabına keçirilsin. Qərardaddan, onun alındığı və ya təqdim olunduğu gündən 10 gün müddətində Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kəmalə Əmirxanova
Məhkəmə qərarları › İş №2(005)-203/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Əlavə qətnamə — İş №2(005)-203/2021
17.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver