Məhkəmə qərarları › İş №2(005)-2048/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2048/2021

29.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2048/2021 29.04.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əmirxanova Kəmalə Fərman qızının sədrliyi, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı və müstəqil tələb irəli sürməyən üçüncü şəxs “xxxx”ASC-nin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh “xxxx” MMC-ə qarşı, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Xətai Rayon İcra və Probasiya şöbəsi və “xxxx” ASC cəlb edilməklə hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “xxxx” MMC-ə qarşı, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Xətai Rayon İcra və Probasiya şöbəsi və “xxxx” ASC cəlb edilməklə hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “xxxx” MMC-nin Hərracın yekunları barədə 12/02 №-li protokolunun ləğv edilməsinə dair məhkəmə qətnaməsi qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı “xxxx” 1KB ASC iddiaçıya və həyat yoldaşı X2 qarşı birinci instansiya məhkəməsində borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsinə dair iddia qaldırmışdır. Xətai Rayon Məhkəməsinin 2(C 11 )-277/2019 saylı 14 mart 2019-cu il tarixli qətnaməsinə əsasən (hakim Sərdar Mehrəliyev) iddiaçı “xxxx” İKB ASC-nin iddia tələbi aşağıdakı şəkildə qismən təmin olunmuşdur: cavabdeh İddiaçı 24.10.2014-cü il tarixli, 6-MG- 4-0-2111-14 saylı kredit müqaviləsi ü/.rə 99666.88 ABŞ dolları əsas, 46230.08 ABŞ dolları faiz borcu, 35.35 ABŞ dolları dəbbə pulu olmaqla, cəmi 145932.31 (bir yüz qırx beş min doqquz yüz otuz iki dollar otuz bir sent) ABŞ dolları məbləğində borc və 55.20 (əlli beş manat iyirmi qəpik) manat məhkəmə xərcləri “xxxx” İKB ASC-nin xeyrinə tutulsun.Tutma ipoteka qoyulmuş, cavabdeh X2 məxsus Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən 3 otaqlı, 80,41 kv.m ümumi sahəsi, 56 kv.m yaşayış sahəsindən ibarət 136A nömrəli evin 177 saylı mənzilinə yönəldilərək ilkin satış qiyməti 170000 (bir yüz yetmiş min) manat müəyyən edilməklə açıq satış yolu ilə realizə edilsin. Satışdan əldə edilmiş məbləğ iddia tələbi həcmində borcun ödənilməsinə yönəldilsin. Satışdan əldə olunmuş vəsait pul tələbinin təmin edilməsi üçün kifayət etmədiyi halda borcun qalan hissəsi ümumi qaydada cavabdeh İddiaçı tutulsun. Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən 3 otaqlı, 80.41 kv.m ümumi sahəsi, 56 kv.m yaşayış sahəsindən ibarət 136A nömrəli evin 177 saylı mənzilinə tutma yönəldildikdə və o, satıldıqda ən geci 1 (bir) ay ərzində cavabdeh X4 mənzildən çıxarılsın və mənzil boşaldılsın.“xxxx” İKB ilə İddiaçı arasında bağlanmış 24.10.2014-cü il tarixli, 6-MG-4-0-2111-14 saylı kredit müqaviləsi ləğv edilsin. İddia tələbi “tutmaya yönəldikdən və o satıldıqdan 1 ay sonra cavabdeh X1 mənzildən istifadə hüquqlarına xitam verilməsi və mənzilin banka təhvil verilməsi” hissələrində təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinin 110.40 (bir yüz on manat qırx qəpik) manat hissəsi cavabdeh İddiaçı 9.60 (doqquz manat altmış qəpik) manat hissəsi iddiaçı “xxxx” İKB ASC-dən tutulub dövlət büdcəsinə keçirilsin. Həmin qətnamədən narazı qaldığı üçün mülki qanunvericilikdə nəzərdə tutulmuş qaydada 30 aprel 2019-cu il tarixdə verdiyi apelyasiya şikayəti Bakı Apelyasiya Məhkəməsinin 2(103)-8168/2019 saylı, 10 iyun 2019-cu il tarixli qətnaməsi ilə təmin edilməmiş və iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 14 март 2019-cu il tarixli 2(011 )-277/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Sonradan tərəfindən Bakı Apelyasiya Məhkəməsinin çıxardığı qətnamədən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 06.11.2019-cu il tarixli, 2(102)-6898/2019 saylı qərarına əsasən, tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10.06.2019-cu il tarixli, 2(103)- 8168/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həyat yoldaşı X1 mülkiyyət hüququ dövlət tərəfindən tanınmasına baxmayaraq, Xətai Rayon İcra və Probasiya şöbəsi onun qanunla qorunan mülkiyyət hüququnu kobudcasına pozaraq, birgə nikah dövründə əldə etdikləri Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən 136A nömrəli evin 177 saylı mənzilinin qiymətlədirilməsini cavabdeh “xxxx” MMC-nə tapşırmışdır. Cavabdeh “xxxx” MMC onların xəbəri, iştirakı olmadan əmlakı təkrar hərracda 144500,00 manat məbləğində qiymətləndirmişdir. Sonda isə tələbkar “xxxx” ASC mənzili bazar qiymətindən də çox aşağı qiymətə, 108375,00 manata əldə etmişdir. Hesab edir ki, əmlakın qiymətləndirilməsinin nəticələri barədə cavabdeh ‘‘xxxx” MMC-nin yekun hərrac protokolu tam əsassız və qanunsuz olduğuna görə ləğv edilməlidir İddiaçı məhkəmə iclasında iddia tələbinin təmin edilməsini xahiş etdi. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs “xxxx” ASC-nin nümayəndəsi X8 məhkəmə iclasında iddia tələbini qəbul etmədi və rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh “xxxx” MMC məhkəməyə ərizə göndərərək onların iştirakı olmadan məhkəmə iclasının keçirilməsini xahiş etmişlər. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Xətai Rayon İcra və Probasiya şöbəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq onlar üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etmirlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdeh “xxxx” MMC-nin və müstəqil tələb irəli sürməyən üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, izahatı iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. İş materiallarında olan hərracın yekunları barədə 15 fevral 2021-ci il tarixli protokoldan görünür ki, X2 məxsus məxsus olan Bakı şəhəri, Xətai rayon, M.Hadi küçəsində yerləşən 136 a saylı evin 177 saylı mənzilin ilkin satış qiyməti 170000 manat məbləğində, 15% endirimlə olan qiyməti 144500 manat, 25% endirimlə satış qiyməti isə 108375 manat məbləğində müəyyən edilərək “xxxx” MMC tərəfindən hərraca çıxarılmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının qərarından görünür ki, cavabdeh İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin MK-nın 2(103)-8168/2019 saylı 10 iyun 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İş materiallarında olan “xxxx”MMC-nin 26.09.2018-ci il tarixli hesabatından görünür ki, X3 məxsus Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən 16 a saylıevin, 177 saylı mənzilinin tələblə təklifin qarşılıqlı təsiri nəticəində təşəkül tapan qiyməti 170000 manat təşkil edir. İş materiallarında olan Bakı Kommersiya Məhkəməsinin 2(113)-796/2020 saylı qətnaməsindən görünür ki, İddiaçı cavabdeh “xxxx”ASC-ə qarşı 24 oktyabr 2014-cü il tarixli 6-MG-4-0-2111-14 saylı kredit müqaviləsinin etibarsız hesab edilməsinə dair iddiası rədd edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 415.1-ci maddəsinə görə auksionlar və müsabiqələr açıq və qapalı ola bilər. Açıq auksionda və açıq müsabiqədə istənilən şəxs iştirak edə bilər. Qapalı auksionda və qapalı müsabiqədə yalnız bu məqsəd üçün dəvət olunan şəxslər iştirak edirlər. Mülki Məcəllənin 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 (otuz) gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi miqdarında beh ödəməlidir. F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mulki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarında qeyd olunur ki, Mülki Məcəllənin 415.2-ci maddəsində göstərilmişdir ki, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu vurğulamışdır ki, bu maddənin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur. Məhkəmə iddia tələbinin əsası və iddiaçı tərəfin dəlilləri ilə aşağıdakı əsaslara görə razılaşmır. Mülki iş üzrə tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı ona məxsus daşınmaz əmlakın həqiqi qiymətindən xeyli aşağı qiymətləndirilərkən açıq hərraça çıxarılmasını iddia etsə də, iş materiallarından göründüyü kimi, əmlaka ilki satış qiyməti qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir. Məlum olduğu kimi, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Qeyd edilənlərə əsaslanaraq, məhkəmə belə qənaətə gəlir ki, İddiaçı cavabdeh “xxxx”MMC-ə qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Xəai Rayon İcra və Probasiya şöbəsi və “xxxx” ASC cəlb edilməklə hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi tələbinə dair iddiasının təmin edilməsi üçün əsaslar müəyyən edilmədi. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh “xxxx” MMC-ə qarşı, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Xəai Rayon İcra və Probasiya şöbəsi və “xxxx” ASC cəlb edilməklə hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar