Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2048/2022 29.06.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdehlər "xxxx" MMC-yə, Cavabdeh1nə qarşı ("xxxx" ASC mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) hərracın nəticələrinin etibarsız hesab edilməsi, çıxarışın ləğvi və hərracın yenidən təşkili tələbinə dair iddia ərizəsi üzrə mülki işə, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair "xxxx" MMC tərəfindən keçirilmiş hərracın nəticələrinin, hərracın yekunlarına dair xx.xx.2020-ci il tarixli 10/01-1 saylı protokolun və alqı-satqı müqaviləsinin, həmçinin həmin əmlaka dair daşınmaz əmlakın reyestri xidməti tərəfindən "xxxx" ASC-nin adına verilmiş xx.xx.2020-ci il tarixli ********** nömrəli çıxarışın etibarsız hesab edilərək ləğv edilməsi və hərracın yenidən təşkil edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" ASC-nin iddiası təmin edilərək, ondan 139267,59 ABŞ dolları əsas, 3295.41 ABŞ dolları faiz, cəmi 142563 ABŞ dolları borcun iddiaçının xeyrinə tutulması, tutmanın ipoteka qoyulmuş, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə və evin altındakı torpaq sahəsinə yönəldilməsi, açıq hərracda satılınası, satıldıqdan 1 ay sonra onun və X4 yaşayış evindən çıxarılması və evin boşaldılması qət edilmişdir. Gəncə Apellyasiya məhkəməsinin 2(104)-94/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə 1-ci instansiya məhkəməsinin qətnaməsi faiz borcunun tutulması hissəsində dəyişdirilərək, faiz borcu 2562.08 ABŞ dolları müəyyən edilmiş, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmışdır. Qətnamənin icrası qaydasında icra məmuru iddiaçıya tələbin könüllü icras haqqında bildiriş vermədən, hərracın keçirilməsi üçün "xxxx" MMC-yə sifariş vermişdir. Hərrac təşkilatı ona məlumat vermədən hərrac keçirmişdir. Belə ki, hərracların keçirilmə yeri və vaxtı barədə ona bildirişlər göndərilməmişdir və onun bunlardan xəbəri olmamışdır. Bununla da, hərrac “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydalar pozulmaqla keçirilmişdir. Bundan sonra hərracın yekunlarına dair xx.xx.2020-ci il tarixli 10/01-1 saylı protokol və alqı-satqı müqaviləsi əsasında mülkiyyətində olmuş ipoteka əmlakı ipoteka saxlayan “Expressbank" ASC-yə satılmış, reyestr xidmətində qeydiyyata alınaraq bankın adına xx.xx.2020-ci il tarixli ********** nömrəli çıxarış verilmişdir. Hərracın keçirilməsi və əmlakının bankın adına keçməsini o, təsadüfən bu yaxınlarda bilmişdir. Göstərilənlərin nəzərə alınmasını və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi X7 məhkəmə iclasında izahat verərək iddia ərizəsinin rədd edilməsini xahiş etmişdir. Cavabdehlər "xxxx" MMC-yə və Cavabdeh1nə məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq heç bir üzürlü səbəb təqdim etmədən məhkəmə iclaslarında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci və 185.6-cı maddəsinin tələblərinə əsasən işə bu cavabdehlərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, məhkəmə iclasında iştirak edən tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Gəncə Apellyasiya Məhkəməsinin MK-nın 2(104)-94/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi və onun əsasında verilmiş icra vərəqinin surətindən görünür ki, cavabdeh İddiaçı apellyasiya şikayəti ona münasibətdə, iddia tələbinin mübahisələndirilən hissəsində qismən təmin edilmiş, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 06 sentyabr 2017-ci il tarixli, 2(044)-1330/2017 saylı qətnaməsi iddianın 18 dekabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə cavabdeh İddiaçı tutulmalı olan faiz borcu hisisasində dəyişdirilərək faiz borcu 2562 (iki min beş yüz altmış iki) ABŞ dollar 08 (səkkiz) sent məbləğində, icra olunan günə Azərbaycan manatı məzənnəsi ilə müəyyən edilmiş; Qətnamə iddia tələbinin 139267 (bir yüz otuz doqqz mun iki yüz altnuş yeddi) ABŞ dolları 59 (əlli doqquz) sent məbləğində icra olunan günə Azərbaycan manatı məzənnəsi ilə təmin edilmiş əsas borc hissəsin də dəyişdirilmədən saxlanılmış; 145 (bir yüz qırx beş) manat məbləğində ekspertiza xərcindən 110 (bir yüz on) manat cavabdeh İddiaçı, 35 (otuz beş) manatı isə iddiaçı "xxxx" ASC-dən tutularaq aşağıdakı hesaba keçirilməsi Büdcə təsnifatının kodu: 142319, büdcə səviyəsinin kodu 3, ekspertiza xərci SAP(XİİS) hesabı, X2, Kod 21005, VÖEN **********, müxbir hesab AZ41NABZ******************** SHİFT-BİK STREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********,Hesab AZ34CTRE******************** qət edilmişdir. Cavabdeh1nə, "xxxx" ASC-yə, İddiaçı Sultan oğlun və X5 ünvanlanmış "xxxx" MMCnin xx.xx.2019-cu il tarixli, 01 saylı bildirişin surətindən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Əttarlar küçəsində 0,0625 ha torpaq sahəsində yerləşən 29 saylı fərdi yaşayış evi ilkin satış qiyməti 80.000 manat olmaqla hərraca çıxarılması və hərracın 16 dekabr 2019cu il tarixdə saat 11:00-17:00-dək (növbəlilik əsasında) keçirilməsi planlaşdırılır; Cavabdeh1nə, "xxxx" ASC-yə, İddiaçı Sultan oğlun və X5 ünvanlanmış "xxxx" MMCnin xx.xx.2019-cu il tarixli, 01/2 saylı bildirişin surətindən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Əttarlar küçəsində 0,0625 ha torpaq sahəsində yerləşən 29 saylı fərdi yaşayış evi ilkin satış qiyməti 80.000 manat olmaqla hərraca çıxarılması və hərracın 16 dekabr 2019cu il tarixdə saat 11:00-17:00-dək (növbəlilik əsasında) keçirilməsi planlaşdırılır; Cavabdeh1nə, "xxxx" ASC-yə, İddiaçı Sultan oğlun və X5 ünvanlanmış "xxxx" MMCnin xx.xx.2019-cu il tarixli, 02 saylı bildirişin surətindən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Əttarlar küçəsində 0,0625 ha torpaq sahəsində yerləşən 29 saylı fərdi yaşayış evi 15% aşağı satış qiyməti 68.000 manat olmaqla hərraca çıxarılması və hərracın 30 dekabr 2019-cu il tarixdə saat 11:00-17:00-dək (növbəlilik əsasında) keçirilməsi planlaşdırılır; “Birja yenilikləri” qəzetinin 29 noyabr- 05 dekabr 2019-cu il tarixə buraxılışından görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Əttarlar küçəsində 0,0625 ha torpaq sahəsində yerləşən 29 saylı fərdi yaşayış evinin hərraca çıxarılmasına dair elan yerləşdirilmişdir; "xxxx" MMC-nin açıq hərracın yekunları barədə 10/01-1 nömrəli, xx.xx.2020-ci il tarixli protokolundan görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(104)-94/2019 nömrəli icra vərəqəsinin və Cavabdeh1 Ü.Ə-137128/2019 nömrəli, xx.xx.2019-cu il tarixli sifariş məktubuna əsasən hərraca çıxarılmış və İddiaçı məxsus Gəncə şəhəri, Nizami rayonu, Əttarlar küçəsində yerləşən 0,0625 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 29 nömrəli fərdi yaşayış evi 51000 manata tələbkar "xxxx" ASC-yə satılmışdır; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X6 Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışdan müəyyən olunur ki, Gəncə şəhəri, Nizami rayonu, Əttarlar küçəsində 0,0625 ha torpaq sahəsində yerləşən 29 saylı fərdi yaşayış evi üzrə mülkiyyət hüququ xx.xx.2020-ci il tarixdən "xxxx" ASC-nin adına ********** qeydiyyat nömrəsi qeydiyyata alınmışdır; Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır; 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır; 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir; 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir; 416.1-ci maddəsinə əsasən Mülki Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər; 416.2-ci maddəsinə əsasən yalnız hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. “İpoteka haqqında” Qanunun: 41.2, 41.3 və 41.5-ci maddələrinə əsasən Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru məhkəmə icraçısı tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. Məhkəmə icraçısı hərracın keçirilməsini əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata (bundan sonra—hərracın təşkilatçısı) sifariş verir. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Hərrac açıq auksion formasında keçirilir; 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir; 43.1-ci və 43.1.1-ci maddələrinə əsasən hərraca iki nəfərdən az alıcı gəldikdə hərracın təşkilatçısı hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində məlumat dərc etdirir. “Poçt haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.10-cu maddəsinə görə sifarişli poçt göndərişi – göndərilmək üçün qəbul olunduguna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişindən ibarətdir. "İcra haqqında" Azərbaycan Respublikası Qanununun: 51.1-ci maddəsinə əsasən borclunun əmlakının qiymətləndirilməsi, tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, "Qiymətləndirmə fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirilir. Qiymətləndirici icra məmuru tərəfindən dəvət olunur; 51.2-ci maddəsinə əsasən qiymətləndiricinin xidmətlərindən istifadə olunması ilə bağlı xərclər bərabər həcmdə tərəflərin üzərinə qoyulur. Qiymətləndirmə fəaliyyəti haqqında Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən məhkəmə hökmünün və ya qərarının təmin edilməsi məqsədi ilə əmlakın qiymətləndirilməsinə zərurət olduqda əmlakın məcburi qaydada qiymətləndirilməsi aparılır; Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Gəncə Apellyasiya Məhkəməsinin MK-nın 2(104)-94/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə cavabdeh İddiaçı apellyasiya şikayəti ona münasibətdə, iddia tələbinin mübahisələndirilən hissəsində qismən təmin edilmiş, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 06 sentyabr 2017-ci il tarixli, 2(044)-1330/2017 saylı qətnaməsi iddianın 18 dekabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə cavabdeh İddiaçı tutulmalı olan faiz borcu hisisasində dəyişdirilərək faiz borcu 2562 (iki min beş yüz altmış iki) ABŞ dollar 08 (səkkiz) sent məbləğində, icra olunan günə Azərbaycan manatı məzənnəsi ilə müəyyən edilmiş; Qətnamə iddia tələbinin 139267 (bir yüz otuz doqqz mun iki yüz altnuş yeddi) ABŞ dolları 59 (əlli doqquz) sent məbləğində icra olunan günə Azərbaycan manatı məzənnəsi ilə təmin edilmiş əsas borc hissəsin də dəyişdirilmədən saxlanılmış; 145 (bir yüz qırx beş) manat məbləğində ekspertiza xərcindən 110 (bir yüz on) manat cavabdeh İddiaçı, 35 (otuz beş) manatı isə iddiaçı "xxxx" ASC-dən tutularaq aşağıdakı hesaba keçirilməsi Büdcə təsnifatının kodu: 142319, büdcə səviyəsinin kodu 3, ekspertiza xərci SAP(XİİS) hesabı, X2, Kod 21005, VÖEN **********, müxbir hesab AZ41NABZ******************** SHİFT-BİK STREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********,Hesab AZ34CTRE******************** qət edilmişdir. Bu qətnamə əsasında xx.xx.2019-cu il tarixdə Cavabdeh1 tərəfindən verilmiş icra vərəqəsi üzrə görülmüş icra tədbirləri nəticəsində Cavabdeh1 Ü.Ə-137128/2019 nömrəli, xx.xx.2019-cu il tarixli sifariş məktubuna əsasən İddiaçı mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, Əttarlar küçəsində 0,0625 ha torpaq sahəsində yerləşən 29 saylı fərdi yaşayış evi hərraca çıxarılmışdır. Bununla bağlı xx.xx.2019-cu il tarixdə ilkin hərrac keçirilmiş, bu barədə aidiyyəti qəzetlərdə elanlar verilmiş, eyni zamanda ilkin hərracın yeri və vaxtı barədə məlumatları əks etdirən xx.xx.2019-cu il tarixli, 01 nömrəli və xx.xx.2019-cu il tarixli, 01/2 nömrəli bildirişlər mövcuddur. Lakin həmin bildirişlərin iddiaçı tərəfindən qəbul edilməsini təsdiq edən hər hansı sənəd mövcud deyil. Həmin tarixdə keçirilmiş ilkin hərracda müraciət olmadığından daşınmaz əmlak satılmamış, bu səbəbdən daşınmaz əmlakın hərracı baş tutmamış hesab edilmiş və əmlak qiyməti 15% aşağı salınaraq (68000 manat) xx.xx.2019-cu il tarixə təyin edilməklə təkrar hərraca çıxarılmış, bu barədə aidiyyəti qəzetlərdə elanlar verilmiş, eyni zamanda təkrar hərracın yeri və vaxtı barədə məlumatları əks etdirən xx.xx.2019-cu il tarixli, 02 nömrəli bildiriş iddiaçıya göndərilsə də onun tərəfindən qəbul edilməmişdir. xx.xx.2020-ci il tarixdə hərrac yekunlaşmış, bu barədə hərracın yekunları barədə 10/01-1 №-li protokol tərtib edilmiş və Gəncə şəhəri, Nizami rayonu, Əttarlar küçəsində 0,0625 ha torpaq sahəsində yerləşən 29 saylı fərdi yaşayış evi "xxxx" ASC tərəfindən ipoteka predmetinin 25 % aşağı olan qiymətinə (51000 manat) əldə edilmişdir. Hazırda iddiaçı hərrac haqqında məlumatlandırılmadığını bildirərək məhkəməyə müraciət etmiş və ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair "xxxx" MMC tərəfindən keçirilmiş hərracın nəticələrinin, hərracın yekunlarına dair xx.xx.2020-ci il tarixli 10/01-1 saylı protokolun və alqı-satqı müqaviləsinin, həmçinin həmin əmlaka dair daşınmaz əmlakın reyestri xidməti tərəfindən "xxxx" ASC-nin adına verilmiş xx.xx.2020-ci il tarixli ********** nömrəli çıxarışın etibarsız hesab edilərək ləğv edilməsi və hərracın yenidən təşkil edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Göründüyü kimi, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 42.1-ci maddəsi ilə hərracın təşkilatçısı tərəfindən hərracın keçirilməsi barədə bildirişin ipoteka qoyana verilməsini təsdiq etmə üsulu göndərilməsi nəzərdə tutulsada, cavabdeh tərəfindən qanunun bu, habelə “Poçt haqqında” Qanunun 1.0.10-cu maddəsinin tələblərinə riayət olunmamış, iddiaçı hərrac təşkilatçısı olan cavabdeh tərəfindən hərracın keçirilməsi barədə qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmamış və hüquqi nəticə etibarı ilə ilkin hərrac iddiaçının, yəni mülkiyyətçinin məlumatı olmadığından onun iştirakı olmadan keçirilmişdir. Belə ki, mülki iş materiallarında olan hərrac bildirişləri və poçt göndərişləri nəzərdən keçirilərkən müəyyən edilmişdir ki, İddiaçı ünvanlanmış bildirişlər ünvan 3 ünvanı ünvan 4oteka predmetinin mülkiyyətçisi İddiaçı çatmamış və onun hərracın təşkilindən məlumatı olmamışdır. Beləliklə, məhkəmə göstərilənləri nəzərə alaraq, belə qənaətə gəlir ki, xx.xx.2016-cı il tarixli hərrac bu sahəni tənzimləyən və yuxarıda qeyd edilən qanunvericiliyin tələbləri pozulmaqla keçirildiyindən, iddia tələbi təmin edilməlidir. Məhkəmə araşdırılması zamanı o da müəyyən edilmişdir ki, Cavabdeh2 ilə "xxxx" ASC arasında xx.xx.2020-ci il tarixdə bağlanmış açıq hərracın nəticələri haqqında protokola əsasən Gəncə şəhəri, Nizami rayonu, Əttarlar küçəsində 0,0625 ha torpaq sahəsində yerləşən 29 saylı fərdi yaşayış evi "xxxx" ASC-nin adına xx.xx.2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır və hazırda da onun mülkiyyətindədir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 19 may 2014-cü il tarixli qərarına əsasən əmlak hüquqları ilə bağlı mübahisələrdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə hüquqi akt hesab edildiyindən, həmin işlərə mülki məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. Məhkəmənin qənaətinə əsasən xx.xx.2020-ci il tarixli 10/01-1 saylı protokol etibarsız hesab edilməklə hər hansı hüquqi nəticəyə səbəb olmadığından Mülki Məcəllənin 337-ci və 416-cı maddələrinin tələbləri baxımından həmin sənədlərin doğurduğu bütün hüquqi nəticələr bağlandığı andan etibarsız sayılmalıdır. Bununla belə, Gəncə şəhəri, Nizami rayonu, Əttarlar küçəsində 0,0625 ha torpaq sahəsində yerləşən 29 saylı fərdi yaşayış evinə dair mülkiyyət hüququnun "xxxx" ASC-nin adına verilmiş Çıxarış ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, iddia təmin edilməli, xx.xx.2020-ci il tarixli 10/01-1 saylı protokol və alqı-satqı müqaviləsi, həmçinin həmin əmlaka dair daşınmaz əmlakın reyestri xidməti tərəfindən "xxxx" ASC-nin adına verilmiş xx.xx.2020-ci il tarixli ********** nömrəli çıxarış ləğv edilməlidir. Ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Gəncə şəhəri, Nizami rayonu, Əttarlar küçəsində 0,0625 ha torpaq sahəsində yerləşən 29 saylı fərdi yaşayış evinə dair Külək” MMC tərəfindən keçirilmiş hərracın yekunlarına dair xx.xx.2020-ci il tarixli 10/01-1 saylı hərrac protokolu (alqı-satqı müqaviləsi) etibarsız hesab edilsin. Gəncə şəhəri, Nizami rayonu, Əttarlar küçəsində 0,0625 ha torpaq sahəsində yerləşən 29 saylı fərdi yaşayış evinə dair daşınmaz əmlakın reyestri xidməti tərəfindən "xxxx" ASC-nin adına verilmiş xx.xx.2020-ci il tarixli ********** nömrəli çıxarış ləğv edilsin, hərrac yenidən təşkil olunsun. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-2048/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2048/2022
29.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver