Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2049/2021 21.04.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, Cəfərova Rufanə Xıdır qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər “xxxx” Açıq Səhmdar Cəmiyyətinə, Binəqədi rayon İcra və Probasiya Şöbəsinə, Azərbaycan Respublikası Respublika Xammal və Əmtəə Birjası Cavabdeh3nə qarşı “əmlakın qiymətləndirilməsinə dair rəyin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər “xxxx” Açıq Səhmdar Cəmiyyətinə, Binəqədi rayon İcra və Probasiya Şöbəsinə, Azərbaycan Respublikası Respublika Xammal və Əmtəə Birjası Cavabdeh3nə qarşı “əmlakın qiymətləndirilməsinə dair rəyin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx” ASC-nin iddiaçı ünvan 1 ünvanında 0.0015 ha torpaq sahəsi və onun üzərində yerləşən 2 mərtəbəli 6 otaqlı 144.67 kv.m ümumi, 90.95 kv.m yaşayış, 53.72 kv.m yardımçı sahədən ibarət 8 saylı fərdi yaşayış evinə dair verdiyi qiymətləndirmənin etibarsız hesab edilməsini və həmin qiymətləndirmənin ləğv edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı “xxxx” ASC cavabdehlər X2 və İddiaçı qarşı “kredit borcunun tutulması, tələbin ipotekaya qoyulmuş əmlaka yönəldilməsi tələbinə dair məhkəmədə iddia qaldırmış Bakı Apellyasiya Məhkəməsinin 2( 103)-7666/2017 saylı 10.08.2017-ci il tarixli qətnaməsi ilə 21.02.2014-cü il tarixli kredit müqaviləsi üzrə 41184, 73 manat əsas borc, 13739.51 manat faiz borcu 100 manat cərimə borcu və ipoteka pretmetinə tutma haqqında bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar dövlət rüsumu kimi ödənilmiş 30 manat cəmi 55084.24 manat məbləğində pul cavabdeh X1 alınaraq iddiaçı “xxxx” ASC-yə ödənilməsi, tələb ipoteka ilə yüklü edilmiş cavabdeh İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanında 0.0015 ha torpaq sahəsi və onun üzərində yerləşən 2 mərtəbəli 6 otaqlı 144.67 kv.m ümumi, 90.95 kv.m yaşayış, 53.72 kv.m yardımçı sahədən ibarət 8 saylı fərdi yaşayış evinə yönəldilməsi ipoteka predmetinin ilkin satış qiyməti 90000 manat müəyyən edilməklə açıq hərrac yolu ilə satılması, ipoteka predmetinin satışından əldə olunan vəsaitdən cəmi 55084,24 manat məbləğində pul “xxxx” ASC-yə ödənilməsi qalan məbləğ İddiaçı verilməsi qət edilmişdir. X4 iddiaçının dayısıdır. İddiaçının dayısına pul lazım olduğu üçün iddiaçıya məxsus evin "xxxx" ASC-yə ipoteka ilə yüklü edilməsinə razı olmuşdur. Daha sonra iddiaçı Türkiyəyə magistr təhsili almaq üçün getmişdir. Təhsilini başa vurub qayıdandan sonra iddiaçıya məlum olmuşdur ki, iddiaçının dayısı “xxxx” ASC-yə olan borcu ödəyə bilməmiş və borcun tutulması iddiaçıya məxsus əmlaka yönəldilmişdir. İddiaçıya məxasus əmlakı cavabdeh “xxxx” ASC 90000 manat dəyərində qiymətləndirilmişdir. Halbuki, iddiaçıya məxsus Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.Aslanov küçəsi 5-ci döngə 1-ci dalan ünvanında 0.0015 ha torpaq sahəsi və onun üzərində yerləşən 2 mərtəbəli 6 otaqlı 144.67 kv.m ümumi, 90.95 kv.m yaşayış. 53.72 kv.m yardımçı sahədən ibarət 8 saylı fərdi yaşayış evinin bazar qiyməti 150.000 manat təşkil edir. Evin 90.000 manat qiymətləndirlməsi inandırıcı deyil nədə reallığa uyğuin deyildir. Göründüyü kimi “xxxx” ASC-nin qiymətləndiricisi iddiaçıya məxsus fərdi yaşayış evini qiymətləndirərkən yerləşdiyi ərazini, həmin ərazidə torpağın və evin qiymətini nəzərə almadan torpağın və evin real dəyərindən qat-qat aşağı qiymətləndirilməsində maraqlı olmuşdur. İddiaçıya çatan məlumata görə torpaq sahəsini ucuz qiymətə almağa hazır olan alıcılar da tapılmışdır. İddiaçı hesab edir ki, müəyyən edilmiş hazırkı qiymət çox aşağı olan bir qiymətdir. Reallığa uyğun deyildir. Odur ki, “xxxx“ ASC tərəfindən evə verilən qiymət etibarsız hesab edilməli və ləğv edilməlidir. Qiymətləndiricinin qiymətləndirmədə tədbiq etdiyi mexanizm əsasən bazara təklif olunmuş əmlakların qiymətləri əsasında qurulur. Sözügedən fərdi yaşayış evinin yerləşdiyi ərazidə torpağın və mənzilin qiyməti daşınmaz əmlak bazarının digər seqmentlərinə münasibətdə yuxarıdır. Ərazi nəqliyyat infrastrukturu və yüksək səviyyəli sosial-mədəni obyektlərlə təmin olunmuşdur. "Prant”, “Getvey” və digər rieltor şirkətlərinin “birja” qəzetinin “Market” qəzetinin və s təqdim etdikləri məlumatlara əsasən belə qənaətə gəlinir ki, şəhərin bu hissəsində qiymətləndiricinin müəyyən etdiyi qiymətdən olduqca yuxarıdır. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia ərizəsində qeyd edilən halların nəzərə alınmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlər “xxxx” ASC, Binəqədi rayon İcra və Probasiya şöbəsi və Azərbaycan Respublikası Respublika Xammal və Əmtəə birjası “xxxx” MMC Hərrac Mərkəzinin nümayəndələri məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısının izahatını, təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan; 11.03.2021-ci il tarixli ödəniş qəbzinin surətindən görünür ki, iddiaçı məhkəmdə iddia qaldırmaq üçün 10 (on) manat məbləğində dövlər rüsumu ödəmişdir. Bakı Şəhəri, Nəsimi Rayon Məhkəməsinin 10.03.2017-ci il tarixli 2(006)-39/2017 nömrəli icra vərəqəsindən də görünür ki, iddia qismən təmin edilərək 21.02.2014-cü il tarixli kredit müqaviləsi üzrə 41184,73 manat əsas borc, 13739,51 manat faiz borcu, 100 manat cərimə borcu, ipoteka predmetinə tutma haqqında bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı, iddia ərizəsinin məhkəyə verilməsi ilə əlaqədar dövlət rüsumu kimi ödənilmiş 30 manat, cəmi 55084,24 manat məbləğində pul cavabdeh X1 alınaraq iddiaçı Cavabdeh1 ASC-yə ödənilməsi, tələb ipoteka ilə yüklü edilmiş cavabdeh İddiaçı mülkiyyətində olan ünvan 3 ünvanında 0,015 ha torpaq sahəsi və onun üzərində yerləşən 2 mərtəbəli 6 otaqlı 144,67 kv.m ümumi, 90,95 kv.m yaşayış, 53,72 kv.m. yardımçı sahədən ibarət 8 saylı fərdi yaşayış evinə yönəldilərək, ipoteka predmetinin ilkin satış qiyməti 90.000 manat müəyyən edilməklə açıq hərrac yolu ilə satılması, ipoteka predmetinin satışından əldə olunan vəsaitdən cəmi 55.084,24 manat məbləğində pul Cavabdeh1 ASC-yə ödənilməklə, qalan məbləğ İddiaçı verilməsi, ipoteka predmeti hərracda satıldıqdan sonra 1 ay ərzində cavabdeh İddiaçı ipoteka predmeti olan torpaq sahəsi və fərdi yaşayış evindən çıxarılması, ipoteka predmeti olan torpaq sahəsi və fərdi yaşayış evinin boşaldılması qət edilmişdir. Azərbaycan Respublikası Xammal və X6 Mərkəzi “xxxx” MMC tərəfindən Cavabdeh1 ASC-yə, X3 və İddiaçı ünvanlanmış Hərracın keçirilməsinə dair 02.02.2021-ci il tarixli 01/525 nömrəli, 01 nömrəli bildirişdən görünür ki, ünvan 3, ev 8 nömrəli ünvanda yaşayış evinin 26.02.2021-ci il tarixdə saat 11:00-17:00-dək keçiriləcək hərrac zamanı satılması barədə bildiriş Cavabdeh1 ASC-yə, X3 və İddiaçı göndərilmişdir. Azərbaycan Respublikası Xammal və X6 Mərkəzi “xxxx” MMC tərəfindən Cavabdeh1 ASC-yə, X2 və İddiaçı ünvanlanmış Hərracın keçirilməsinə dair 02.03.2021-ci il tarixli 01/1308 nömrəli, 02 nömrəli bildirişdən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.Aslanov küç, 5-ci döngə, 1-ci dalan, 8 nömrəli ünvanda yaşayış evinin 17.03.2021-ci il tarixdə saat 11:00-17:00-dək keçiriləcək hərrac zamanı satılması barədə bildiriş Cavabdeh1 ASC-yə, X2 və İddiaçı göndərilmişdir. Azərbaycan Respublikası Respublika Xammal və Əmtəə Birjasının, Hərrac Mərkəzi “xxxx” MMC-nin Binəqədi Rayon İcra və Probasiya şöbəsinə, X2 və İddiaçı 30.03.2021-ci il tarixdə 01/1795 nömrəli ipoteka predmetinin əldə olunmasına dair təklifdən görünür ki, Binəqədi rayon icra və probasiya şöbəsinin №17/68-26645/2018-21 saylı 28.01.2021-ci il tarixli sifariş məktubu əsasən ipoteka yüklü olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.Aslanov küçəsi, 5-ci döngə, ev 8-in təkrar hərracının baş tutmaması barədə “Birja yenilikləri” qəzetinin 30.03.2021-ci il tarixli nömrəsində elan dərc edilmişdir. AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1992-ci il tarixdə doğulmuşdur. Binəqədi rayon icra və probasiya şöbəsinin 28.01.2021-ci il tarixdə “xxxx” MMC-yə, Cavabdeh1 ASC-yə, İddiaçı və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İcra Baş İdarəsinə ünvanlanmış məktubun surətindən görünür ki, Bakı Şəhəri, Binəqədi Rayon Məhkəməsinin 2(006)-39/2017 saylı, 10.03.2017-ci il tarixli icra vərəqəsinə əsasən borclular İddiaçı və X1 müştərək qaydada cəmi 54924.24 manat pul vəsaiti və dövlət qeydiyyatına alınması üçün 60 manat dövlət rüsumu tutulub tələbkar Cavabdeh1 ASC-nin xeyrinə ödənilməlidir. Borclu İddiaçı məxsus ünvan 6 ünvanında yerləşən 0.015 ha torpaq sahəsi və onun üzərində yerləşən 2 mərtəbəli 6 otaqlı 144.67 kv.m ümumi, 90.95 kv.m yaşayış, 53.72 kv.m yardımçı sahədən ibarət 8 saylı fərdi yaşayış evinə yönəldilməldir və həmin mənzil ilkin satış qiyməti müvafiq olaraq 90.000 manat müəyyən edilməklə açıq hərracda satılmalı, bankın kredit tələbi satılmış əmlak hesabına ödənilməlidir. İpoteka qoyulmuş mənzilə tutma yönəldildikdən və o satıldıqdan sonra borclular İddiaçı və X4 mənzildən çıxarılmalı, ən gec 1 ay ərzində həmin mənzil boşaldılmalıdır. Daşınmaz Əmlakın satışdan əldə olunan vəsaitin tələbkarın tələbi ödənildikdən sonra artıq qalan hissəsi borclu İddiaçı verilməldir. Poçt qəbzlərinin surətlərindən görünür ki, X2 və İddiaçı poçt qəbzlərini imzalayaraq qəbul etmişlər və hərracın keçirilməsi barədə məlumatlı olmuşlar. Birja Yenilikləri qəzetninin 01.03.2021-ci il tarixli və 30.03.2021-ci il tarixli surətlərindən görünür ki, hərracın keçrilməsi barədə müvafiq elan dərc edilmişdir. Mövcud hüquq münasibətləri ipoteka predmetinə tutmanın yönəldilməsi ilə bağlı yaranan mülki münasibətlər olduğundan məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin və “İpoteka haqqında” Qanunun normalarını əlaqəli şəkildə təhlil edərək mülki iş üzrə hüquqi nəticəyə gəlir. “İpoteka haqqında” Qanunun: 34.1-ci maddəsinə görə ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda. 39.2-ci maddəsinə görə ipoteka saxlayan tutmanın yönəldilməsinə dair bildirişin bu Qanunun 36.1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə verilməsi barədə məhkəməyə sübut təqdim etməlidir. “İpoteka haqqında” Qanunun 41.1-ci maddəsinə əsasən ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. “İpoteka haqqında” Qanunun 41.2, 41.3, 41.4 və 41.5-ci maddələrinə əsasən, məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üsulu və satışı həyata keçirməli olan şəxs tərəflərin razılığı ilə müəyyən olunur. Razılığa əsasən ipoteka predmeti hərracda satıldıqda ipoteka saxlayan və ya ipoteka qoyan hərracın təşkilatçısına sifarişi verə bilərlər. Hərrac açıq auksion formasında keçirilir. Həmin Qanunun 42.1-ci maddəsinə əsasən, hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. Həmin Qanunun 44-cü maddəsinə əsasən “İpoteka haqqında” Qanunun müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikası Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.1-ci maddəsinin tələbinə görə üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.2-ci maddəsinin tələbinə görə borclunun əmlakı, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.3-cü maddəsinin tələbinə görə əmlak satılmadıqda həmin əmlak yenidən tələbkara təklif olunur. Tələbkar əmlakdan imtina etdikdə əmlak borcluya, icra sənədi isə icra sənədini vermiş məhkəmə və ya digər orqana qaytarılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 317.1-ci maddəsinə görə borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə görə əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Məhkəmə iclasında tərəfin izahatı və təqdim edilən sübutlarla müəyyən edilir ki, Nəsimi Rayon Məhkəməsinin 2(006)-39/2017 saylı, 10.03.2017-ci il tarixli icra vərəqəsinə əsasən ünvan 3 ünvanında 0,015 ha torpaq sahəsi və onun üzərində yerləşən 2 mərtəbəli 6 otaqlı 144,67 kv.m ümumi, 90,95 kv.m yaşayış, 53,72 kv.m. yardımçı sahədən ibarət 8 saylı fərdi yaşayış evinə yönəldilərək, ipoteka predmetinin ilkin satış qiyməti 90.000 manat müəyyən edilməklə açıq hərrac yolu ilə satışa çıxarılmışdır. Bununla belə iddiaçı əmlakın qiymətləndirilməsinin etibarsız hesab edilməsini xahiş etmişdir. Hərəkətlərin qanunsuz hesab olunması, qiymətləndirmənin və hərrac barədə iddiaçının xahişinə məhkəmə hərracın keçirilməsinin qanunda müəyyən etdiyi qaydalara və iddia tələbində göstərilən əsaslara uyğun hüquqi qiymət verilməsini məqbul hesab edərək məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi əsassız olduğu üçün rədd edilməlidir. Məhkəmə hesab edir ki, iddiaçı həmin bildirişləri imzalayaraq almış və hərracla bağlı bildirişlərin ünvan üzrə göndərilməsində hərrac təşkilatı haqlı olmuşdur. Bundan başqa iddiaçının əmlakın qiyməti ilə bağlı mübahisələndidirdiyi hala münasibətdə məhkəmə qeyd edir ki, məhkəmə qətnaməsi ilə əmlakların qiyməti müəyyənləşməsi və müvafiq icra vərəqəsi əsasında hərrac təşkil edilməsi həmin əmlaklarla bağlı qiymətin təkrar mübahisələndirilməsini istisna edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdehlər “xxxx” Açıq Səhmdar Cəmiyyətinə, Binəqədi rayon İcra və Probasiya Şöbəsinə, Azərbaycan Respublikası Respublika Xammal və Əmtəə Birjası Cavabdeh3nə qarşı “əmlakın qiymətləndirilməsinə dair rəyin etibarsız hesab edilməsi” tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev
Məhkəmə qərarları › İş №2(005)-2049/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2049/2021
21.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver