Məhkəmə qərarları › İş №2(005)-206/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-206/2022

04.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-206/2022 04.03.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X4, İddiaçı nümayəndəsi və vəkili Vəkil Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “müqavilə öhdəliyinin yerinə yetirilməsi, maddi ziyanın ödənilməsi və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətdən 117.240 (bir yüz on yeddi manat iki yüz qırx) manat borcun, 29310 (iyirmi doqquz min üç yüz on) manat dəbbə pulunun, 3419 (üç min dörd yüz on doqquz) faiz borcunun, ümumilikdə 149969 (bir yüz qırx doqquz min doqquz yüz altmış doqquz) manat pul məbləğinin iddiaçının xeyrinə ödənilməsi, Bakı şəhəri, Tələt Şıxəliyev və Qarabağ küçələrinin kəsişdiyi yerdə tikilən binanın - 1-ci mərtəbəsində 17 kv2 olan qarajın mülkiyyət hüquqlarını müəyyən edən çıxarışla təhvil verməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, Bakı şəhəri, Tələt Şıxəliyev və Qarabağ küçələrinin kəsişdiyi yerdə tikilən binanın son mərtəbəsinin (mansardda) ümumi sahəsi 122.4 kv/m olan 102 nömrəli mənzil və ümumumi sahəsi 63.9 kv/m olan 101 nömrəli mənzillərdə qonşu ilə divarların yuxarı hissəsində arakəsmələrin kərpic ilə tikilməsi, tavanın qurulması və izolyasiya qatının tamamlanması işlərinin bir ay ərzində yekunlaşmasını və ya bir ay ərzində Bakı şəhəri, Tələt Şıxəliyev və Qarabağ küçələrinin kəsişdiyi yerdə tikilən binanın son mərtəbəsinin (mansardda) ümumi sahəsi 122.4 kv/m olan 102 nömrəli mənzil və ümumumi sahəsi 63.9 kv/m olan 101 nömrəli mənzillərdə qonşu ilə divarların yuxarı hissəsində arakəsmələrin kərpic ilə tikilməsi, tavanın qurulması və izolyasiya qatının tamamlanması işlərinin bir ay ərzində yekunlaşmadığı təqdirdə 15000 (on beş min) manat pul məbləğinin iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı nümayəndəsi və vəkili Vəkil 13.09.2021-ci il tarixində iddia tələbinin dəyişdirilməsi barədə yazılı ərizə təqdim edərək, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətdən 49.240 (qırx doqquz doqquz min iki yüz qırx) manat borcun, 41964 (qırx bir min doqquz yüz altmış dörd) manat dəbbə pulunun, 3815 (üç min səkkiz yüz on beş) manat faiz borcunun, ümumilikdə 95019 (doxsan beş min on doqquz) manat pul məbləğinin iddiaçının xeyrinə ödənilməsi, Bakı şəhəri, Tələt Şıxəliyev və Qarabağ küçələrinin kəsişdiyi yerdə tikilən binanın - 1-ci mərtəbəsində 17 kv2 olan qarajın mülkiyyət hüquqlarını təsdiq edən çıxarışın alınması üçün hüquq müəyyənedici sənədlərin səlahiyyətli dövlət orqanına verməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, gecikdirilmiş hər ay üçün 900 manat kirayə haqqının, ümumilikdə (900x20=18000) 18000 (on səkkiz min) mant pul məbləğinin ödənilməsinin cavabdehin üzərinə qoyulması, Bakı şəhəri, Tələt Şıxəliyev və Qarabağ küçələrinin kəsişdiyi yerdə tikilən binanın son mərtəbəsinin (mansardda) ümumi sahəsi 122.4 kv.m olan 102 nömrəli mənzil və ümumumi sahəsi 63,9 kv.m olan 101 nömrəli mənzillərdə qonşu ilə divarların yuxarı hissəsində arakəsmələrin kərpic ilə tikilməsi, tavanın qurulması və izolyasiya qatının tamamlanması işlərinin bir ay ərzində yekunlaşmasını və ya bir ay ərzində Bakı şəhəri, Tələt Şıxəliyev və Qarabağ küçələrinin kəsişdiyi yerdə tikilən binanın son mərtəbəsinin (mansardda) ümumi sahəsi 122.4 kv/m olan 102 nömrəli mənzil və ümumumi sahəsi 63.9 kv.m olan 101 nömrəli mənzillərdə qonşu ilə divarların yuxarı hissəsində arakəsmələrin kərpic ilə tavana qədər tikilməsi, tavanın qurulması və izolyasiya qatının tamamlanması işlərinin bir ay ərzində yekunlaşmadığı təqdirdə 15000 (on beş min) manat pul məbləğinin iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini iddia tələbini onunla əsaslandırmışdır ki, o, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 22 yanvar 2020-ci il tarixdə müqavilə bağlayaraq ona məxsus olan ünvan 1 ünvanında olan üç otaqdan ibarət yaşayış sahəsi cavabdehə, cavabdeh isə həmin evin əvəzində Bakı şəhəri, Nərimanov rayonu Tələt Şıxəliyev və Qarabağ küçələrinin kəsişdiyi yerdə inşa etdiyi binanın birinci blokunun son mərtəbəsində (mansardda) ümumi sahəsi 122.4 kv/m olan 102 nömrəli mənzili, ümumi sahəsi 63.9 kvm olan 101 nömrəli mənzili və birinci binanının - 1-ci (mənfi birinci mərtəbəsində) olan ümumi sahəsi 17 kv.m olan qarajı satıcının mülkiyyətinə keçirməyi, eyni zamanda əlavə olaraq satıcıya 366.840 (üç yüz altmış altı min səkkiz yüz qırx) manat pulu ona ödəməyi öhdəsinə götürmüşdür. Bundan sonra onunla cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət ilə Bakı şəhəri, 27 saylı notariat ofisində Daşaınmaz əmlakın alqı-satqısı barədə (AN-İ № 0825076) müqavilə imzalanmışdır. Həmin müavilənin 5-ci bəndinə və 22 yanvar 2020-ci il tarixli müqavilənin 5.2-ci bəndinə görə, "xxxx" MMC 276000 manatı İddiaçı hesabına notariusun depozit bank hesabına ödəmişdir və qalan 117240 manat məbləği isə 06 sentyabr 2020-ci il tarixinə qədər ödəməyi öhdəsinə götürmüşdür. Lakin aradan keçən bu müddət ərzində dəfələrlə şifahi və yazılı formada cavabdehə müraciət etsə də, heç bir müsbət nəticə əldə edilməmişdir. Həmin müqavilənin 7.2-ci bəndinə əsasən, cavabdeh (Alıcı-İcraçı) mənzilləri vaxtında təhvil vermədiyi halda, iddiaçıya (alıcı-icraçı satıcıya) gecişdirilmiş hər ay üçün 900 (doqquz yüz) manat kirayə haqqı kimi satıcıya ödəməlidir, indiyə qədər hələdə evin təhvil verilməməsinə görə, hər ay kirayə pulu ödəmək məcburiyyətində qalır. Bundan başqa cavabdeh "xxxx" MMC həmin müqavilənin 1.2 və 4.3-cü maddəsinə əsasən Bakı şəhəri, Tələt Şıxəliyev və Qarabağ küçələrinin kəsişdiyi yerdə tikilən binanın -1-ci mərtəbəsində 17 kv.m olan qaraj təhvil verməli idi. Lakin bu günə qədər adı çəkilən qaraj ona nə mülkiyyət hüquqlarını təsdiq edən çıxarış, nə də qaraj təhvil verilmişdir. Cavabdehin müqavilə üzrə yerinə yetirmədiyi digər bir öhdəlik isə müqavilənin 1.2-ci və 3.2-ci bəndlərində nəzərdə tutulan Bakı şəhəri, Tələt Şıxəliyev və Qarabağ küçələrinin kəsişdiyi yerdə tikilən binanın son mərtəbəsinin (mansardda) ümumi sahəsi 122.4 kv/m olan 102 nömrəli mənzil və ümumumi sahəsi 63.9 kv/m olan 101 nömrəli mənzilləri ağaşıdakı qaydada təhvil verməli idi: Binanın və mənzilləri ümumi tikinti-quraşdırma işləri və fasad tərtibatı layihəyə uyğun olaraq başa çatdırmaq; Binada xarici tərtibat və daxili arakəsmələr işlərini görmək; Mənzillərdə pəncərələr quraşdırmaq ; Mənzilə su, elektrik, qaz, telefon və kanalizasiya xətlərini çəkilməsini və sayğacların quraşdırılmasını təmin etmək; Otaqlar arasında arakəsmələri satıcının verdiyi eskizə görə hörmək və suvaqlama işlərini görmək; Mansarda olan mənzillərin çöl divarlarını çöl tərəfdən başlayaraq dəmir lövhə, taxta, dəmir qutu profil, izolyasiya materialı və kərpiclə hörüb suvamaq; Satıcının öz mənzilindən köçürülməsi zamanı ev əşyalarının daşınması , mebellərin sökülməsi və bununla bağlı bütün xərcləri ödəmək. Satıcı müqavilənin 1.2 bəndində göstərilən mənzillərində (mansarda) təmir apararkən, təmir üçün tələb olunan materialların mənzilə qaldırıcı qurğu ilə qaldırılmasını ödənişsiz olaraq yerinə yetirmək, kombi sisteminin qurulması üçün məkanı təyin etmək. Ancaq bu müddət ərzində cavabdeh mansardda qonşu ilə divarların yuxarı hissəsində arakəsmələri tikməmiş, tavanın qurulması və izolyasiya qatının tamamlanması işlərini yekunlaşdırmamışdır. İddiaçı ilə cavabdeh "xxxx" arasında olan 22 yanvar 2020-ci il tarixli müqavilənin 7.1-ci maddəsinə görə, Tərəflər bu müqavilə ilə nəzərdə tutulmuş öhdəliklərin pozulmasına, vəzifələrin yerinə yetirilməməsinə və öhdəliklərini yerinə yetirməməyə və ya lazımınca yerinə yetirməməyə görə məsuliyyət daşıyırlar və müqavilədən irəli gələn öhdəliklərin pozulmasına görə qarşı tərəfə vurulmuş ziyanı ödəməyə borcludurlar. Həmin müqavilənin 7.2-ci bəndinə görə, cavabdeh (Alıcıicraçı) mənzilləri vaxtında təhvil vermədiyi halda, alıcı-icraçı satıcıya (iddiaçıya) gecişdirilmiş hər ay üçün 900 (doqquz yüz) manat kirayə haqqı kimi ödəməlidir. Eyni zamanda həmin müqavilənin 7.3~cü bəndində qeyd edilir ki, Alıcı-icraçı öhdəsinə götürdüyü ödəməni gecikdirdiyi halda, satıcı tərəfindən ödənilməmiş məbləğin hər ayı üçün 5 (beş) faiz məbləğində cərimə ödəməlidir. Göstərilənlərin nəzərə alınmasını və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli 2(005)-4325/2021 nömrəli qiyabi qətnaməsinə əsadən iddia ərizəsi təmin edilmişdir. Cavabdeh "xxxx" MMC 10.12.2021-ci il tarixində ərizə ilə məhkəməyə müraciət edərək, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli 2(005)-4325/2021 nömrəli qiyabi qətnaməsinin ləğv edilməsini, işin təzələnərək mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 22 dekabr 2021-ci il tarixli 2(005)-4325/2021 nömrəli qərardadı ilə hazırkı iş üzrə Bak Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli 2(005)-4325/2021 nömrəli qiyabi qətnaməsinin ləğv edilməsi və mülki işə üzrə icraat təzələnərək mahiyyəti üzrə baxılması qərara alınmışdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh MMC 18.10.2021-ci il tarixində məhkəmənin dəftərxana vasitəsilə yazılı etiraz təqdim edərək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 nömrəli “Bakı şəhəri, Nərimanov rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə" Qərarına əsasən Nərimanov rayon İcra Hakimiyyəti başçısının 23.06.2017-cı il tarixli, 266 nömrəli Sərəncamına əsasən, “RNQ Grop" MMC-ə rayonun Ə.Əlizadə və Tələt Şıxəliyev küçələrinin kəsişməsində yerləşən qəzalı vəziyyətdə olan yaşayış binalarının, orada yaşayan sakinlərin hər ay kirayə haqqı ödənilməkə kirayəyə köçürülməsi və gələcəkdə tam təmirli mənzillərlə təmin olunması şərtilə, sökülməsini və həmin binaların yerində yeni hündürmərtəbəli, çoxmənzilli yaşayış binalarının layihələndirilməsi və tikinti işlərinin aparılmasına icazə verilmişdir. Nərimanov RİH başçısının 21.06.2017-ci il tarixli, 266 saylı Sərəncamı ilə rayonun Ə.Əlizadə və Tələt Şıxəliyev küçələrinin kəsişməsində yerləşən 0,54 ha torpaq sahəsinin “RNQ Group" MMC-nin daimi istifadəsinə verilməsi və həmin ərazidə çoxmənzilli yaşayış binalarının tikintisinə başlanılması Cavabdeh MMC-nə həvalə edilmişdir. Sözügedən sərəncamların icrası məqsədilə göstərilən ünvanda yaşayış və qeyri-yaşayış sahələri olan hər bir mülkiyyətçi ilə razılıq əldə edilmiş. Nazirlər Kabinetinin qərarında göstərilən qaydada mülkiyyətçilərlə müqavilələr bağlanmış, ərazidəki qəzalı binaların sökülməsinə və yeni hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisinə başlanılmışdır. Ərazidə mülkiyyətində mənzil olan hazırk iş üzrə İddiaçı isə tikinti işlərinin aparılmasına maneçilik törətmişdir. Tərəflərindən İddiaçı dəfələrlə şifahi və 17.07.2019-cu il tarixdə rəsmi olaraq yazılı şəkildə də müraciət edilmiş, lakin İddiaçı tərəfindən müraciətə heç bir müsbət münasibət bildirilməmişdir. Nəticədə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. İddiaçı mülkiyyətində olan mənzilin ümumi sahəsi 46 kv.m təşkil etmişdir. Buna baxmayaraq tərəflərindən ona yeni tikiləcək binada 150 kv.m sahədən ibarət tam təmirli mənzil və mənzilin tikilib başa çatanadək hər ay 500 AZN məbləğində kirayə pulu təklif olunmuşdur. Lakin, cavabdeh bununla da razılaşmamış və yaranmış vəziyyətdən sui-istifadə etməyə başlamışdır. Göstərilənlərlə yanaşı, qeyd edilməsi zəruridir ki, tikinti işlərinin başlanılmasından artıq iki ilə yaxın zaman keçmişdir. Bu müddət ərzində sözügedən ərazidə yaşayan digər sakinlər artıq köçürülmüş və tərəflərindən hər birinə kirayə haqları ödənilməkdə davam etdirilmişdir. Cavabdehin isə tikintinin aparılmasına maneçilik törətməsi tikinti şirkəti olaraq onların həm İcra Hakimiyyəti qarşısında sərəncamın icra edilməsi ilə bağlı, eyni zamanda həmin ərazidən müvəqqəti köçürülmüş digər sakinlər qarşısında götürmüş olduqları öhdəliklərinin yerinə yetirilməsində çətinlik yaratmışdır. Həmçinin, sakinlərə daha uzun müddətə kirayə haqlarının verilməsi zərurəti yaranır ki, bu da MMC-yə əlavə olaraq maddi ziyan vurmuşdur. İddiaçı hər ay 500 manat məbləğində kirayə haqqı verilməklə və mülkiyyət hüququ saxlanılmaqla Bakı şəhəri, Nərimanov rayonu, Əliəşrəf Əlizadə küçəsində gələcəkdə inşa ediləcək çoxmərtəbəli yaşayış binasında ümumilikdə 150 kv.m tam təmirli mənzillə təmin edilmək şərtilə digər ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Nərimanov rayonu, Əliəşrəf Əlizadə küçəsi ev 30 ünvanda yerləşən 29 saylı mənzili boşaldılaraq mənzildən çıxmaları barədə Nərimanov rayon məhkəməsində iddia qaldırmışlar. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 28 yanvar 2020-ci il tarixli 2(005)-270/2020 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Bundan sonra həmin qətnamədən cavabdeh İddiaçı Muştula oğlu apelyasiya şikayəti vermişdir. Bakı Apellyasiva Məhkəməsinin 08 sentyabr 2020-ci il tarixli, 2(103)-5008/2020 saylı qətnaməsi ilə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinin 2(06)-270/2020 saylı mülki iş üzrə qəbul etdiyi 28 yanvar 2020-ci il tarixli qətnaməsi ləğv edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 08 sentyabr 2020-ci il tarixli, 2(103)-5008/2020 saylı qətnaməsindən cavabdeh tərəfindən kassasiya şikayəti verilmişdir. Kassasiva şikayəti icraatda olan zaman X12 yaranmış vəziyyətdən sui-istifadə etməyə başlaması, tikinti işlərinin aparılmasına maneçilik törətməsi tikinti şirkəti olaraq onların həm İcra Hakimiyyəti qarşısında, həmdə ərazidən müvəqqəti köçürülmüş digər sakinlər qarşısında götürdükləri öhdəliklərin yerinə yetirilməsində çətinliyin yaranması, həmçinin, sakinlərə daha uzun müddətə kirayə haqlarının verilməsi zərurəti yarandığından, əlverişsiz vəziyyətdə qalaraq, onun istədiyi formada ilkin razılığa gələrək aralarında müqavilə bağlamışlar. (İddiaçının istinad etdiyi 22 yanvar 2020-ci il tarixdə № 2 saylı ilkin müqavilə). İddiaçılə ilkin razılaşmaya görə, İddiaçı xüsusi mülküyyətində olan ünvan 3 ünvanında üç otaqdan ibarət yaşayış sahəsi olan 46 kv.m. (faktiki olaraq 123 kv.m. olan ) mənzili boşaldaraq, "RNG Group” MMC- yə təhvil verir. ”RNG Group” MMC isə İddiaçı mülküyyətində olan 46 kv.m. (faktiki olaraq 123 kv.m. olan) mənzilinin əvəzinə, Bakı şəhəri, Nərimanov rayonu, Tələt Şıxəliyev və Qarabağ küçələrinin kəsişdiyi yerdə inşa etdiyi binanın birinci blokunun son mərtəbəsində (mansardda) təmirli olaraq ümumi sahəsi 122.4 kv/m olan 102 nömrəli mənzili, ümumi sahəsi 63.9 kv/m olan 101 nömrəli mənzili və biricnci binanının -1 -ci (mənfi birinci mərtəbəsində) olan ümumi sahəsi 17 kv/m olan qarajı satıcının mülkiyyətinə keçirməyi, aylıq kirayə haqqı olaraq 900 (doqquz yüz) manat pul ödəməyi öhdəsinə götürmüşdür. Əgər binalarının tikinti işlərində ləngimə, gecikmə baş verərsə, "RNG Group” MMC tərəfindən İddiaçı mənzil sahəsi deyil, nağd 393.240 (üç yüz doxsan üç min iki yüz qırx) manat pul ödəniləcəkdir. № 2 saylı, 22 yanvar 2020-ci il tarixli ilkin razılaşmadan iki aya yaxın bir müddətdən sonra İddiaçı "xxxx" MMC-nin mənzil sahəsi ilə təmin olunma təklifinə razı olmayaraq bəhanələr gətirərək müqaviləni dəyişdirilməsini istəmişdir. "xxxx" MMC onun bu təklifinə razılaşmış və 12 mart 2020-ci il tarixində Bakı şəhəri, 27 saylı notariat ofisində Daşınmaz əmlakın alqı-satqısı barədə (AN-1 № 0825076) müqavilə imzalanmışdır . Həmin müqavilənin şərtlərinə uyğun olaraq "xxxx" MMC 276.000 (iki yüz yetmiş altı min) manatı İddiaçı notariusun depozit bank hesabı vasitəsilə nağd ödəmişdir və yerdə qalan 117.240 (yüz on yeddi min iki yüz qırx) manat məbləği isə 06 sentyabr 2020-ci il tarixinə qədər ödəməyi öhdəsinə götürmüşdür. Onlar yerdə qalan 117.240 (yüz on yeddi min iki yüz qırx) manat pulu 06 sentyabr 2020-ci il tarixinə qədər ödəyə bilmədiklərinə görə pulun qarantı kimi İddiaçı ilə "xxxx" MMC olaraq 03 dekabr 2020-ci il tarixində 122.4 kv/m olan 102 nömrəli mənzil, 63,9 kv/m olan 101 nömrəli mənzilə aid formal olaraq iki müqavilə bağlamış və aralarında razılaşaraq yerdə qalan 117.240 (yüz on yeddi min iki yüz qırx) manat pul tam ödənildikdən sonra "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış müqavilələr qüvvədən düşmüş hesab ediləcəkdir. Yəni, 03 dekabr 2020-ci il tarixli müqavilə əslində 12 mart 2020-ci il tarixli müqavilə üzrə qalıq borc məbləğinin təminatı kimi bağlanmışdır. 12 mart 2020-ci il tarixli müqavilə üzrə yerdə qalan 117240 manat puldan bu günədək onlar İddiaçı özünün və vəkilinində məhkəmə prosesində etiraf etdiyi kimi 68.000. (altmış səkkiz min) manat pulunu ödəmişlər (117.240-68.000=49.240). 68.000 manat pulun İddiaçı ödənilməsi bank yolu ilə həyata keçirilmişdir, "xxxx" MMC olaraq bildiririk ki, qalan 49.240 (qırx doqquz min iki yüz qırx) manat pulun ödənilməsindən heç vaxt imtina etməmişik, hazırda da imtina etmirlər. Lakin dünyada baş verən “Covid-19” pandemiyası ilə əlaqədar onların tikinti işlərinin görülməsində, eləcə də mənzillərin satışında müəyyən çətinliklər yaranmışdır. Bu səbəbdən də İddiaçı qalıq məbləğin ödənilməsində ləngimə olmuşdur. Bu ərəfədə İddiaçı yenə də razılaşmanı pozaraq hazırki iddia tələbini irəli sürməsi də qeyri-müəyyənlik yaradır və MMC-nin öhdəliyinin icrasına maneçilik törədir. Buna baxmayaraq, "xxxx" MMC 12 mart 2020-ci il tarixində Bakı şəhəri, 27 saylı notariat ofisində Daşınmaz əmlakın alqı-satqısı barədə (AN-İ № ******* ) müqavilənin icrasından yayınmamışdır və müqavilə üzrə qalıq məbləğinin ödənişini qısa zaman daxilində icra etməyə hazırdır. Göründüyü kimi, mülki qanunvericilik daşınmaz əmlakla bağlı münasibətlərin tənzimlənməsi, daşınmaz əmlaka dair hüquqların verilməsi, konkret halda, daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair müqavilələrin yalnız notarial qaydada təsdiqlənməsini tələb edir. Hazırki işdə iddiaçı onun mülkiyyətində olan mənzilin MMC-yə satılmasından irəli gələn münasibətlərə dair iddia qaldırmışdır. Bu halda yalnız notarial qaydada tərəflər arasında bağlanmış müqaviləyə istinad oluna bilər ki, aralarında notarial qaydada bağlanmış müqavilə şərtinə əsasən iddiaçının mənzilinin MMC tərəfindən nağd pul ödənilməklə satın alınması istinad olunan müqavilə ilə işin müəyyən olunan mübahisəsiz halıdır. İddiaçının istinad etdiyi, yuxarıda bağlanma şəraiti barədə məlumat verdikləri digər notarial qaydada təsdiq olunmamış müqavilələr isə tərəflər arasındakı real münasibətləri əks etdirməməklə hər hansı hüquqi əhəmiyyət kəsb etmir. "xxxx" MMC 12 mart 2020-ci il tarixində Bakı şəhəri, 27 saylı notariat ofisində Daşaınmaz əmlakın alqısatqısı barədə (AN-İ № 0825076) müqavilə əsasında İddiaçı onun mülkiyyətində olan 46 kv.m. (faktiki olaraq 123 kv.m) mənzili nağd pulla aldığından MMC-nin ona əlavə kirayə, təmir pulu verilməsilə bağlı hər hansı öhdəliyi yoxdur. İddia tələbinin tamamilə rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri 27 saylı notariat ofisinin xüsusi notariusu E.H.Qurbanov tərəfindən təsdiq edilmiş 10.03.2020-ci il tarixli, AN-İ № ******* saylı alqı-satqı müqaviləsinin surətinə əsasən İddiaçı özünə məxsus Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əlizadə küçəsi, ev 30, 29 nömrəli mənzilini alıcı "xxxx" MMC-yə satmışdır; Alıcı-icraçı "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 22.01.2020-ci il tarixli, 028 saylı müqaviləyə əsasən Satıcı hazırki müqavilə üzrə ünvan 1 ünvanında olan üç otaqdan ibarət yaşayış sahəsi 46 kv.m-lik (faktiki olaraq 123 kv.m və 5 otaqdan ibarət olan) mənzili alıcı- icraçının mülkiyyətinə verməyi, Alıcı-icraçı aldığı mənzilin əvəzində satıcıya Bakı şəhəri, Nərimanov rayonu Tələt Şıxəliyev və Qarabağ küçələrinin kəsişdiyi yerdə inşa etdiyi binanın axırıncı blokunun son mərtəbəsində (mansardda) ümumi sahəsi 122.4 kv/m m 102 nömrəli mənzili, ümumi sahəsi 63.9 kv/m olan 101 nömrəli mənzili və birinci binanın - 1-ci (mənfi birinci mərtəbəsində) olan ümumi sahəsi 17 kv/m olan qarajı satıcının mülkiyyətinə keçirməyi , eyni zamanda əlavə olaraq satıcıya 393.240 (üç yüz doxsan üç min iki yüz qırx) manat pulu satıcıya ödəməyi öhdəsinə götümüşlər. Satıcının alıcı-icraçının mülkiyyətinə keçirdiyi daşınmaz əmlakın qiyməti 567280 (beş yüz altmış yeddi min iki yüz səksən) manatdır. Alıcı-icraçının satıcıya, tikəcəyi 122.4 və 63.9 kv/m olan mənzillərin və qarajın dəyəri 174.040 manatdır. Alıcı-icraçı satıcıdan aldığı mənzilə görə əlavə olaraq satıcıya 393240 manat ödəyir; Müqavilənin 7.3~cü bəndində görə, Alıcı-icraçı öhdəsinə götürdüyü ödəməni gecikdirdiyi halda, satıcı tərəfindən ödənilməmiş məbləğin hər ayı üçün 5 (beş) faiz məbləğində cərimə ödəməlidir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 sentyabr 2020-ci il tarixli, 2(103)- 5008/2020 saylı qətnaməsinin surətinə əsasən iddiaçı Cavabdeh MMC cavabdehlər X2, X8, Əhmədova (Hacıməmmədova) Sevinc Tofiq qızı, X5, İddiaçı və X16 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh - X1 hər ay 600 (altı yüz) manat kirayə haqqı verilməklə və mülkiyyət hüququ saxlanılmaqla Bakı şəhəri, Nərimanov rayonu, Əliəşrəf Əlizadə küçəsində gələcəkdə inşa ediləcək çoxmərtəbəli yaşayış binasında ümumilikdə 170 kv.metr tam təmirli mənzillə təmin edilmək şərtilə ailə üzvləri - X6, X9, X7 ilə birlikdə ünvan 4 ünvanında yerləşən 30 saylı mənzili boşaldılaraq mənzildən çıxarılması barədə və digər cavabdeh - İddiaçı hər ay 500 (beş yüz) manat məbləğində kirayə haqqı verilməklə və mülkiyyət hüququ saxlanılmaqla Bakı şəhəri, Nərimanov rayonu, Əliəşrəf Əlizadə küçəsində gələcəkdə inşa ediləcək çoxmərtəbəli yaşayış binasında ümumilikdə 150 kv.metr tam təmirli mənzillə təmin edilmək şərtilə həmin evdə qeydiyyatda olan X19 və digər ailə üzvləri ilə birlikdə ünvan 4 ünvanında yerləşən 29 saylı mənzili boşaldılaraq mənzildən çıxarılmaları barədə qətnaməsi ilə iddia təmin edilmiş, qeyd olunan qətnamədən cavabdehlər X19, X3 və İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-270/2020 saylı mülki iş üzrə qəbul etdiyi 28 yanvar 2020-ci il tarixli qətnaməsi ləğv edilərək, iddia rədd edilmişdir; Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 23.02.2021-ci il tarixli, 2(102)-1426/2021 saylı qərarına əsasən iddiaçı Cavabdeh MMC Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 sentyabr 2020-ci il tarixli, 2(103)-5008/2020 saylı qətnaməsindən verdiyi kassasiya şikayətindən imtinası qəbul edilmiş və kassasiya instansiyasında icraata xitam verilmişdir; 17.02.2021-ci il tarixli ödəniş qəbzinə əsasən iddiaçı Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Alıcı-icraçı "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 22.01.2020-ci il tarixli, 028 saylı müqaviləyə əsasən Satıcı hazırki müqavilə üzrə ünvan 1 ünvanında olan üç otaqdan ibarət yaşayış sahəsi 46 kv.m-lik (faktiki olaraq 123 kv.m və 5 otaqdan ibarət olan) mənzili alıcı- icraçınrn mülkiyyətinə verməyi, Alıcı-icraçı aldığı mənzilin əvəzində satıcıya Bakı şəhəri, Nərimanov rayonu Tələt Şıxəliyev və Qarabağ küçələrinin kəsişdiyi yerdə inşa etdiyi binanın axırıncı blokunun son mərtəbəsində (mansardda) ümumi sahəsi 122.4 kv/m m 102 nömrəli mənzili, ümumi sahəsi 63.9 kv/m olan 101 nömrəli mənzili və birinci binanın 1-ci (mənfi birinci mərtəbəsində) olan ümumi sahəsi 17 kv/m olan qarajı satıcının mülkiyyətinə keçirməyi , eyni zamanda əlavə olaraq satıcıya 393.240 (üç yüz doxsan üç min iki yüz qırx) manat pulu satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.1.2-ci hissəsinə əsasən aylıq 300 manat kirayə almaq hüququ vardır. 2.2.4-cü hissəsinə əsasən 18 ay müddətinə başa çatdıraraq müqavilə şərtlərinə əsasən “Mülkiyyətçiyə mənzili təmir edib təhvil vermək MMC-nin vəzifəsi müəyyən edilmişdir. Bakı şəhəri 27 saylı notariat ofisinin xüsusi notariusu E.H.Qurbanov tərəfindən təsdiq edilmiş 10.03.2020-ci il tarixli, AN-İ № ******* saylı alqı-satqı müqaviləsinin surətinə əsasən İddiaçı özünə məxsus Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əlizadə küçəsi, ev 30, 29 nömrəli mənzilini alıcı "xxxx" MMC-yə satmışdır. Lakin müqavilədən irəli gələn öhdəlikləri yerinə yetirilməmişdir. İddiaçı hazırda müqavilə öhdəliklərinin yerinə yetirilməsini tələb edir. Hazırki iddia tələbləri ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Qeyd olunan Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə iddia tələbinin “"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətdən 49.240 manat borcun, 41964 manat dəbbə pulunun, 3815 manat faiz borcunun, ümumilikdə 95019 manat pul məbləğinin iddiaçının xeyrinə ödənilməsi” hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi həmin hissədə (əsas borc hissəsində) qismən təmin edilməlidir. Belə ki, cavabdeh tərəfin məhkəmədə verdiyi izahatdan məlum olmuşdur ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin həqiqətən İddiaçı 49.240 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsində göstərilmişdir ki, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Azərbaycan Respublikası MPM-in 191.3.-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsində göstərilmişdir ki, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə iddia tələbinin “faiz və dəbbə borcunun tutulması” hissəsi ilə bağlı qeyd edir ki, iddiaçı həmin tələbinin əsaslı olmasını təsdiq edə biləcək sübutları məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Məhkəmə iddia tələbinin “Bakı şəhəri, Tələt Şıxəliyev və Qarabağ küçələrinin kəsişdiyi yerdə tikilən binanın - 1-ci mərtəbəsində 17 kv.m olan qarajın mülkiyyət hüquqlarını təsdiq edən çıxarışın alınması üçün hüquqmüəyyənedici sənədlərin səlahiyyətli dövlət orqanına verilməsi öhdəliyinin Cavabdeh MMC-nin üzərinə qoyulması” hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi həmin hissədə əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur; “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 nömrəli protkolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; 148.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və daşınmaz əmlaka başqa hüquqları əldə etmiş hər bir şəxsin hüquqları müdafiə edilməlidir; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; 178.8-ci maddəsinə əsasən tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında bu Məcəllənin 39cu fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir. Bu zaman digər öhdəliklərlə yanaşı, satıcı (podratçı) bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə müəyyənləşdirilən müddətdə binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq, tərkib hissəni əldə etmək istəyən şəxs (sifarişçi) isə razılaşdırılmış məbləği hissə-hissə vaxtında satıcıya ödəmək vəzifəsi daşıyır. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin (satıcının, podratçının) və (və ya) həmin binanın tərkib hissəsini əldə etmək istəyən şəxsin dəyişməsi onlar arasında yaranan münasibətlərə bu Məcəllənin 39-cu fəslində nəzərdə tutulan podrat münasibətlərinin tətbiqini istisna etməməlidir; 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 112.1-ci maddəsinə əsasən mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir; 113.1-ci maddəsinə əsasən mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənzil-tikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənziltikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyri-yaşayış) sahəsi verilir; 113.2-ci maddəsinə əsasən bu Məcəllənin 113.1-ci maddəsində göstərilən qərar mənziltikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. Məhkəmə iddia tələbinin “gecikdirilmiş hər ay üçün 900 manat kirayə haqqının, ümumilikdə (900x20=18000) 18000 (on səkkiz min) manat pul məbləğinin ödənilməsinin cavabdehin üzərinə qoyulması” hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi həmin hissədə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, tərəflər arasında bağlanmış 22.01.2020-ci il tarixli, 028 nömrəli müqavilənin 7.2-ci bəndinə əsasən alıcı-icraçı mənzilləri vaxtında təhvil vermədiyi halda, alıcı-icraçı satıcıya gecikdirilmiş hər ay üçün 900 manat kirayə haqqı kimi satıcıya ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsində mülki qanunvericiliyinin prinsipləri sırasında mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı göstərilmişdir. Həmin Məcəllənin 6.2-ci maddəsində göstərilmişdir ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, tərəflər arasında bağlanmış 22.01.2020ci il tarixli, 028 nömrəli müqavilənin 3.2-ci bəndinin yarımbəndləri nəzərə alınmaqla, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Bakı şəhəri, Tələt Şıxəliyev və Qarabağ küçələrinin kəsişdiyi yerdə tikilən binanın son mərtəbəsinin (mansardda) ümumi sahəsi 122.4 kv/m olan 102 nömrəli mənzil və ümumi sahəsi 63,9 kv/m olan 101 nömrəli mənzildə ümumi tikintiquraşdırma işləri və fasad tərtibatı layihəyə uyğun olaraq başa çatdırılmalı, həmin mənzillərdə xarici tərtibat və daxili arakəsmələr işləri görülməli, həmin mənzillərin otaqları arasında arakəsmələr satıcının verdiyi eskizə görə hörülməklə, suvaqlamaq işləri görülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin119-cu və 216-220cimaddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətdən 49.240 (qırx doqquz doqquz min iki yüz qırx) manat pul məbləği İddiaçı xeyrinə tutulsun. Bakı şəhəri, Tələt Şıxəliyev və Qarabağ küçələrinin kəsişdiyi yerdə tikilən binanın - 1-ci mərtəbəsində 17 kv.m olan qarajın mülkiyyət hüquqlarını təsdiq edən çıxarışın alınması üçün hüquqmüəyyənedici sənədlərin səlahiyyətli dövlət orqanına verilməsi öhdəliyi Cavabdeh MMC-nin üzərinə qoyulsun. Gecikdirilmiş hər ay üçün 900 manat kirayə haqqının, ümumilikdə (900x20=18000) 18000 (on səkkiz min) manat pul məbləğinin ödənilməsi cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin üzərinə qoyulsun. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Bakı şəhəri, Tələt Şıxəliyev və Qarabağ küçələrinin kəsişdiyi yerdə tikilən binanın son mərtəbəsinin (mansardda) ümumi sahəsi 122.4 kv/m olan 102 nömrəli mənzil və ümumi sahəsi 63,9 kv/m olan 101 nömrəli mənzildə ümumi tikinti-quraşdırma işləri və fasad tərtibatı layihəyə uyğun olaraq başa çatdırılsın, həmin mənzillərdə xarici tərtibat və daxili arakəsmələr işləri görülsün, həmin mənzillərin otaqları arasında arakəsmələr satıcının verdiyi eskizə görə hörülməklə, suvaqlamaq işləri görülsün. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar