Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-207/2023 17.03.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Qurbanova Səkinə Nadir qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1 və Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, ünvan 13fisinə, Azərbaycan Respublikası Əmlak MəsələləriDövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reystri” X20 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı alqı-satqı müqavilələrinin, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydlərin və verilmiş çıxarışların etibarsız hesab edilməsi və əmlakların birgə nikah dövründəər-arvadın ümumi əmlakı hesab edilərək payların bərabər şəkildə müəyyən edilməsi və bununla bağlı müvafiq mülkiyyət sənədinin verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında aşıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təsviri hissə İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 ilə Cavabdeh3 arasında 17 yanvar 2022-ci il və 27 yanvar 2022-ci il tarixlərdə ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 168.8 kv. M. Olan iki mərtəbəli qeyri-yaşayış binasına (obyektinə) və ünvan 2 ünvanında yerləşən 3 otaqlı mənzilə dair bağlanmış əmlakların alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydlərin və verilmiş çıxarışların ləğv edilməsi, və sözügedən əmlakların iddiaçı X2 ilə Cavabdeh2 birgə nikah dövründə ərarvadın ümumi əmlakı hesab edilərək payların bərbər şəkildə müəyyən edilməsi və bununla bağlı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və müvafiq mülkiyyət sənədinin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh2 xx.xx.2004-cü ildə rəsmi nikaha girməklə ailə həyatı qurmuşlar. Tərəflərin birgə nikahlarından xx.xx.2005-ci il təvəllüdlü X5 və xx.xx.2009-cu il təvəllüdlü Quliyev/ Zahid Cavid oğlu adlı iki uşaqları doğulmuşdur. Tərəflər birgə nikahları dövründə ünvan 3 ünvanda yerləşən üç otaqlı mənzili, Füzulu rayonu, Balabəhmənli kəndində yerləşən 168.8 kvm olan iki mərtəbəli qeyri yaşayış sahəsini(obyekti) və s.daşınar və daşınmaz əmlaklar əldə etmişlər. Tərəflər bir müddət yaxşı yola getsələr də birgə yaşadıqları son aylar ərzində münasibətləri soyumuş və faktiki olaraq pozulmuşdur. 2022-ci ilin yanvar ayının 17-də Cavabdeh2 İddiaçı zəng edərək onu təcili olaraq 50 Saylı Notariat Kontoruna çağırmışdır. İddiaçı Cavabdeh2 notariusa gəlmə səbəbini soruşduqda isə Cavabdeh2 ortağı olduğu Qarabağ ərazisində yenidənqurma işlərilə məşğul olan “X10 və Təmir Tikinti" MMC-nin problemlərlə üzləşdiyini vo bu səbəbdən də guya böyük məbləğlərdə borclarının yarandığını və bu borcların gələcəkdə onların əmlaklarına yönədilməsin deyə müvəqqəti olaraq bir müddətlik Cavabdeh2 qohumu olan (Cavabdeh2 anasının dayısı oğlu) Cavabdeh3 adına keçirilməsinə zərurət yarandığını və sözü gedən əmlakların birgə nikah dövründə əldə olunması səbəbindən İddiaçı təcili olaraq Notariat Kontoruna gələrək sadəcə bir iki sənədə imza atmasına ehtiyac olduğunu bildirmişdir. Beləliklə İddiaçı 17 yanvar 2022-ci il tarixdə və 27 yanvar 2022-ci il tarixdə 50 saylı Notariat Kontoruna gələrək xatırladığı qədər ona təqdim olunan birgə nikahları dövründə əldə olunmuş ünvan 4 ünvanda yerləşən üç otaqlı mənzilin. Füzulu rayonu, Balabəhmənli kəndində yerləşən 168.8 kvm olan iki mərtəbəli qeyri yaşayış sahəsinin(obyektin) bağışlanmasına dair sənədləri imzalamışdır. İddiaçı Notariat Kontorunun X1 imzaladığı sənədlərlə bağlı dolğun və izahlı məlumat istəsə də notarius İddiaçı heç bir məlumat verməmişdir. Üzərindən təxminən iki aya yaxın zaman keçdikdən sonra xx.xx.2022-ci ildə Cavabdeh2 həyat yolcaşı İddiaçı ilə Füzuli rayonunda yaşayan qohumlarının evinə ad gününə qonaq gələrək İddiaçı orada qoyaraq heç kimi xəbərdar etmədən İddiaçı istifadəsində olan mobil telefonları götürərək qonaq gəldikləri evi tərk etmişdir. İddiaçı onunla bir neçə saat əlaqə yaratmağa çalışsa da Cavabdeh2 onun zənglərinə cavab verməmişdir. Bir müddət sonra Cavabdeh2 İddiaçı ilə əlaqə yaradaraq onu xəyanətdə ittiham edərək. İddiaçı evə qayıdacağı təqdirdə onu öldürəcəyilə hədələmişdir. Üzərindən cəmi bir neçə gün keçdikdən sonra yəni 2022-ci ilin mart ayının 28-də İddiaçı qızma Cavabdeh2 tərəfindən “nikahın pozulması və uşaqların yaşayış yerinin atalarının yanında müəyyən edilməsilə” bağlı mediasiya təklifi barədə məktub göndərilmişdir. Hal-hazırda həmin iş üzrə Qaradağ Rayon Məhkəməsində məhkəmə araşdırması davam edir. Cavabdeh2 həmçinin İddiaçı birgə yaşadıqları Nərimanov rayonu, Tələt Şıxəliyev küçəsi ev 3, 1703 saylı mənzildən faktiki olaraq çölə ataraq həmin mənzili MTK vasitəsilə xalası oğlunun mülkiyyətinə keçirmişdir. İddiaçı hal-hazırda bütün əmlaklarından məhrum olaraq anasının evində yaşamağa məcburdur. İddiaçı Füzuli rayonu məcburi köçkünü və şəhid ailəsi üzvüdür. O. epilepsiya xəstəliyindən əziyyət çəkir, İİ dərəcəli əlildir. İddiaçı C.Z..Quliyevin ona qarşı bu hərəkətlərindən sonra aydın olmuşdur ki, o, hər şeyi əvvəlcədən planlaşdırmış və İddiaçı aldadaraq birgə nikah dövründə əldə etdikləri əmlakları uydurma bəhanələr və saxta yollarla öz qohumlarının adına rəsmiləşdirmişdir. xx.xx.2022-ci il tarixli, AN-İN ******* nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsindən görünür ki, Cavabdeh2 ünvan 5i ünvanında yerləşən ümumi sahəsi 168.8 kvm olan iki mərtəbəli qeyri-yaşayış binasını (obyekti)Cavabdeh3 18000(on səkkiz min) manata satmışdır. xx.xx.2022-ci il tarixli, AN-İN ******* nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsindən görünür ki, Quliyev X13 rayonu, Məhəllə 500, Parlament prospekti, ev 2b. mənzil 15 ünvanında yerləşən 3 otaqlı mənzili Cavabdeh3 95000(doxsan beş min)manata satmışdır. xx.xx.2022-ci il tarixli, AN-İN ******* nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsindən görünür ki, Cavabdeh3 ünvan 5i ünvanında yerləşən ümumi sahəsi 168.8 kvm olan iki mərtəbəli qeyri-yaşayış binasını Cavabdeh4 25.000 manata satmışdır. Göründüyü kimi Cavabdeh2 İddiaçı ilə birgə nikahları dövründə əldə etdikləri ünvan 5i ünvanında yerləşən ümumi sahəsi 168.8 kvm olan iki mərtəbəli qeyri-yaşayış binasını (obyekti) və Yasamal rayonu, Məhəllə 500, Parlament prospekti, ev 2b, mənzil 15 ünvanında yerləşən üç otaqlı mənzili qohumu Cavabdeh3 bazar qiymətindən təxminən üç dəfə aşağı qiymətə sataraq əmlakları əldən çıxarmışdır. Sonra isə ardıcıllıqla planlı şəkildə izi itirmək məqsədilə Cavabdeh3 ünvan 5i ünvanında yerləşən ümumi sahəsi 168.8 kvm olan iki mərtəbəli qeyri- yaşayış binasını 25000 manata Cavabdeh4 satmışdır. Bu hal bir daha Cavabdeh2 əvvəlcədən planlı şəkildə hərəkət etdiyini və gələcəkdə İddiaçı ilə boşandıqdan sonra onu əmlaklardakı paydan məhrum etmək niyyətini sübuta yetirir. Göstərilən xüsusatları nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin olunaraq alğı-satqı müqavilələri, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydlər və verilmiş çıxarışlar etibarsız hesab edilməli və sözü gedən əmlaklar birgə nikah dövründə ər- arvadın ümumi əmlakı hesab edilərək payların bərabər şəkildə müəyyən edilməsi və bununla bağlı müvafiq mülkiyyət sənədinin verilməsi barədə qətnamə qəbul edilməlidir. Cavabdehlər etiraz ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı mənə və qeyrilərinə qarşı mənimlə Cavabdeh3 arasında xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə ünvan 5i ünvanında yerləşən ümumi sahəsi 168.8 kvm olan iki mərtəbəli qyeri-yaşayış biqasına və ünvan 7 ünvanında yerləşən 3 otaqlı mənzilə dair bağlanmış daşınmaz əmlakların alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydlərin və verilmiş çıxarışların ləğv edilməsi və ünvan 5i ünvanında yerləşən ümumi sahəsi 168.8 kvm olan iki mərtəbəli qyeri-yaşayış biqasına və ünvan 7 ünvanında yerləşən 3 otaqlı mənzilin İddiaçı ilə Cavabdeh2 birgə nikah dövründə ər-arvadın ümumi əmlakı hesab edilərək payların bərabər şəkildə müəyyən edilməsi və bununla bağlı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və müvafiq mülkiyyət sənədinin (çıxarışın) verilməsi barədə qətnamə qəbul edilməsinə dair iddia qaldırmışdır. İddia tələbini qəbul etmir. Çünki, iddia tələbində qeyd olunanlar tamamilə əsassızdır və yalanlardan ibarətdir. Belə ki, həqiqətən də nikahımız dövründə bir sıra çətinliklər olub. Bu çətinliklərdən də uzun müddətdən bəri xeyli miqdarda borclar; yaranıb. Son zamanlar borclarına görə narahat olurduq. Ona görə də cavabdeh iddiaçı ilə məsləhətləşib həmin borcları qaytarmaqdan ötrü əmlakları satmalı olmuşdurlar. Əmlakları satdığımız şəxs Cavabdeh3 isə cavabdehin dediyi kimi qohumu deyil, amma onunla tanışlığımız var. Bütün bunları cavabdeh özü də bilir. Əgər iddia təmin olunarsa, onda münasibətlərin əvvəlki vəziyyətə gətirilməsi nəticəsində yenə də borclana bilər. Belə halda isə cavabdehlə nikahımız pozulacağı təqdirdə cavabdeh borcları tək qaytarmalı olacaq. Ona görə də iddia tələbinin təmin edilməməsini xahiş edir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinin mahiyyətinə uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmdən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iddia ərizəsinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkilinin vəsatəti ilə şahid qismində dindirilən X7 öz ifadəsində bildirdi ki, həqiqətən Cavabdeh2lə 2003-cü ildən tanışdır, birlikdə “Barmek”də işləyiblər. Hal-hazırda da cavabdeh onun şirkətində baş mühəndisdir. 2013-cü ildən etibarən vaxtaşırı borc alıb, hər dəfə rəsmiləşdiriblər. İlk dəfə ev almaq üçün borc pul istəyib, daha sonra atasının müalicəsi ilə əlaqədar müraciət edir. Borcu hissəhissə qaytarıb. Bir dəfə 18000, bir dəfə 12000, sonuncu dəfə 2022-ci ilin yanvar ayının 28də 95000 borcu qaytarıb. Onda olan məlumata əsasən cavabdeh pul vəsaitini evin satqısından əldə edib. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsinin vəsatəti əsasında dindirilən ekspertlər məhkəməyə təqdim edilmiş rəyi müdafiə etdilər. Məhkəmə iş üzrə tərəflərin izahatını dinləyib, təqdim etdikləri materialları iş üzrə təqdim edilmiş digər sübutlarla birlikdə araşdırıb, mülki işin materiallarını tədqiq edib hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları -AR DƏDRX-nin seriya RX, № ******* saylı çıxarışından görünür ki, ünvan 8 ünvanında yerləşən, 3 otaqlı mənzil tam mülkiyyət hüququ ilə Cavabdeh2 xüsusi mülkiyyətindədir. Qeydiyyat tarixi : 07 avqust 2013-cü il, qeydiyyat nömrəsi: **********-dir. - 27 yanvar 2022-ci il tarixli, AN-İ № ******* saylı “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”dən görünür ki, Cavabdeh2 ünvan 8 ünvanında yerləşən, ümumi sahəsi 59,8 kv.m., yaşayış sahəsi 47 kv.m., yardımçı sahəsi 12.8 kv.m. olan mənzili tam mülkiyyət üzrə Cavabdeh3 95000 (doxsan beş min) manat qiymətinə satmışdır. Müqavilə Bakı şəhəri 5 saylı Notariat Ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmişdir. Tərəflərin hər ikisi müqavilənin bağlanmasında iştirak etmiş, müqaviləyə razılıqlarını öz imzaları ilə təsdiq etmişlər. - ünvan 13fisinə ünvanlanmış 7 yanvar 2022-ci il tarixli ərizədən görünür ki, Cavabdeh2 müqavilənin təsdiq edilməsi üçün sözgedeən mənzilin əvəzi olan razılaşdırılmış 95000 manat məbləğində pulun notariusun depozit hesabına qəbul olunmasını xahiş edir. - ünvan 10 ünvanladığı məktubdan görünür ki, Cavabdeh3 tərəfindən notariat qaydasında təsdiq ediləcək alqı-satqı müqaviləsi üzrə ödənilməli olan 95000 manat nəbləğində pulun müvafiq müqavilə təsdiq edildikdən sonra yaranmış 983.4 manat vergi öhdəliklərini dövlət xəzinədarlığına ödənilməsi məqsədi ilə mənzilin satış dəyərindən şıxıldıqdan sonra, qalan 94016.6 (doxsan dörd min on altı manat altmış qəpik) manat məbləğində pulun Cavabdeh2 verilməsi üçün bankın depozit hesabına qəbul edilməsini xahiş edilir. - 27 yanvar 2022-ci il tarixli ərizədən görünür ki, İddiaçı əri Cavabdeh2 məxsus Bakı şəhəri, Yasamal rayonu, Məhəllə 500, Parlament prospekti, ev 2b, 15 saylı mənzilin satılmasına etiraz etmir. - Nikah haqqında şəhadətnamədən görünür ki, xx xxxx 1976-cı il təvəllüdlü Cavabdeh2 xx xxxxxxx 1983-cü il təvəllüdlü İddiaçı ilə 25 iyun 2004-cü il tarixdə nikaha daxil olmuşlar. Bu barədə akt qeydləri kitabında 25 iyun 2004-cü il tarixdə 1310 №-li qeyd edilmişdir. - 17 yanvar 2022-ci il tarixli AN-İ№1009022 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh2 tam mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 11i ünvanında yerləşən, ümumi sahəsi 168.8. kv.m. olan qeyri-yaşayış binasını Cavabdeh3 18000 manat məbləğində satmışdır. - AR DƏDRX-nin seriya RX, № ******* saylı çıxarışından görünür ki, ünvan 11i ünvanında yerləşən, ümumi sahəsi 168.8. kv.m. qeyri-yaşayış binasını tam mülkiyyət hüququ ilə Cavabdeh2 xüsusi mülkiyyətindədir. Qeydiyyat tarixi : 16 sentyabr 2016-cı il, qeydiyyat nömrəsi: **********-dir. - ünvan 10 ünvanladığı məktubdan görünür ki, Cavabdeh3 tərəfindən notariat qaydasında təsdiq ediləcək alqı-satqı müqaviləsi üzrə ödənilməli olan 18000 manat məbləğində pulun müvafiq müqavilə təsdiq edildikdən sonra yaranmış 1139.4 manat vergi öhdəliklərini dövlət xəzinədarlığına ödənilməsi məqsədi ilə mənzilin satış dəyərindən şıxıldıqdan sonra, qalan 16860.6 (on altı minsəkkiz yüz altmış manat altmış qəpik) manat məbləğində pulun Cavabdeh2 verilməsi üçün bankın depozit hesabına qəbul edilməsini xahiş edilir. - 17 yanvar 2022-ci il tarixli ərizədən görünür ki, İddiaçı əri Cavabdeh2 məxsus ünvan 11i ünvanında yerləşən, ümumi sahəsi 168.8. kv.m. olan qeyri-yaşayış binasının satılmasına etiraz etmir. - AR DƏDRX-nin çıxarışından görünür ki, ünvan 11i ünvanında yerləşən, ümumi sahəsi 168.8. kv.m. qeyri-yaşayış binasını tam mülkiyyət hüququ ilə X11 xüsusi mülkiyyətindədir. Qeydiyyat tarixi : 07 fevral 2022-ci il, qeydiyyat nömrəsi: **********-dir. - 09 mart 2022-ci il tarixli ərizədən görünür ki, X12 əri Cavabdeh3 məxsus ünvan 11i ünvanında yerləşən, ümumi sahəsi 168.8. kv.m. olan qeyri-yaşayış binasının satılmasına etiraz etmir. - 09 mart 2022-ci il tarixli daşınmaz daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh3 tam mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 11i ünvanında yerləşən, ümumi sahəsi 168.8. kv.m. olan qeyri-yaşayış binasını Cavabdeh4 25000 manat məbləğində satmışdır. - "xxxx" MMC-nin qiymətləndirmə rəyindən görünür ki, ünvan 11i ünvanında yerləşən, ümumi sahəsi 168.8. kv.m. olan qeyri-yaşayış binasının hazırki vizual orta bazar dəyərini müəyyən etmək üçün qiymətləndirmə işi həyata keçirilmişdir. Həmin əmlakın 16 senyuabr 2022-ci il tarixinə vizual orta bazar dəyəri 67000 (altmış yeddi min) manat məbləində müəyyənləşdirilmişdir. - "xxxx" MMC-nin 16 sentyabr 2022-ci il tarixli, 186/KS/22 saylı qiymətləndirmə rəyindən görünür ki, ünvan 11i ünvanında yerləşən, ümumi sahəsi 168.8. kv.m. olan qeyriyaşayış binasının hazırki vizual orta bazar dəyərini müəyyən etmək üçün qiymətləndirmə işi həyata keçirilmişdir. Həmin əmlakın 16 senyuabr 2022-ci il tarixinə vizual orta bazar dəyəri 67000 (altmış yeddi min) manat məbləğində müəyyənləşdirilmişdir. - "xxxx" MMC-nin 16 sentyabr 2022-ci il tarixli, 185/KS/22 saylı qiymətləndirmə rəyindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Məhəllə 500, Parlament prospekti, ev 2b ünvanında 5 mərtəbəli binanın 5-ci mərtəbəsində yerləşən 3 otaqlı, 15 nömrəli mənzilin hazırki vizual orta bazar dəyərini müəyyən etmək üçün qiymətləndirmə işi həyata keçirilmişdir. Həmin əmlakın 16 sentyabr 2022-ci il tarixinə vizual orta bazar dəyəri 125000 (yüz iyirmi beş min) manat məbləğində müəyyənləşdirilmişdir. - 26 dekabr 2018-ci il tarixli borc müqaviləsindən görünür ki, borcverən X7 borcalan Cavabdeh2 15000 manat məbləğində pul vəsaitini qaytarılmaq şərti ilə borca verir, borcalan isə borcu müqavilənin şərtləri əsasında və müddəti ərzində geri qaytarmağı öhdəsinə götürmüşdür. Əvvəl verilmiş borclar : 28 avqust 2013-cü il tarixində 70.000 USD ( manat qarşılığı 70000x0,78 AZN = 54600 AZN); 03 may 2016-cı il tarixdə 42000 AZN ( bundan geri ödənilib 12000 AZN, qalıq borc 30000 AZN); 23 oktyabr 2017-ci il tarixində 35000 AZN. Yekun: 15000+54600+30000+35000=134600. Borc alan borc məbləğini 01 noyabr 2022-ci il tarixinədək geri qaytarmağı öhdəsinə götürür. - 28 yanvar 2022-ci il tarxli “Borcların üzləşmə akt”ından gprünür ki, aktı bir tərəfdən X7 və digər tərəfdən Cavabdeh2 tərtib etmişlər. 26 dekabr 2018-ci il tarixli müqaviləsinə əsasən Quliyev X8 cəmi 134600 manat borcundan 18 yanvar 2022-ci il tarixdə 18000 manat və 28 yanvar 2022-ci il tarixdə 95000 manat ödədi. Qalıq borc: 21600 (iyirmi bir min altı yüz manat). - 03 may 2016-cı il tarixli yazılı iltizamdan görünür ki, Cavabdeh2 42000 manat pulu X3 borc borc almışdır. Bu borcdan 19 dekabr 2016-cı il tarixdə Cavabdeh2 12000 manat pulu ödəmişdir. - AR ƏN Məhkəmə Ekspertiza Mərkəzinin 19 yanvar 2023-cü il tarixli 10/6784-9/7496 saylı ekspert rəyindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, məhəllə 500, Parlament prospekti, ev 2b 15 saylı mənzilin hazırki orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 104052,0 manat, likvid dəyəri isə təqribən 98850,0 manat məbləğində müəyyən edilmişdir. ünvan 11i ünvanında yerləşən qeyri-yaşayış sahəsinin hazırda mövcud olan orta bazar qiyməti təqribən 23000,00 manat, likvid dəyəri isə təqribən 21000,0 manat məbləğində müəyyən edilir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2-2(002)-60/2023 saylı, 26 yanvar 2023cü il tarixli Qətnaməsindən görünür ki, Cavabdeh2 ilə İddiaçı arasında bağlanmış nikah pozulmuş, xx.xx.2005-ci il təvəllüdlü X5 və xx.xx.2009-cu il təvəllüdlü X15 atalarının yanında qalmaları qət edilmişdir. b)Məhkəmə tərəfindən müəyyən edilən hallar: Məhkəmə tərəfindən müəyyən edilən işin mübahisəsiz halları ondan ibarətdir ki, cavabdeh İddiaçı ilə cvabdeh Cavabdeh2 keçmiş ər-arvaddırlar. Onlar 25 iyun 2004-cü il tarixdə rəsmi nikaha daxil olmuş, aralarındakı nikahdan 2 uşaqları anadan olmuşdur. Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 26 yanvar 2023-cü il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. Nikahda olduqları müddət ərzində əldə etdikləri 2 daşınmaz əmlak iş üzrə digər Cavabdeh3 satılmışdır. Belə ki, 17 yanvar 2022-ci il tarixdə ünvan 11ində yerləşən qeyri yaşayış obyektinin, 27 yanvar 2022-ci il tarixdə isə ünvan 12 ünvanda yerləşən 15 saylı 3 otaqlı mənzilin alqı-satqısı barədə ünvan 13fisində alqı satqı müqavilələri bağlanmış, adıçəkilən əmlaklar müvafiq olaraq 18000 (on səkkiz min) və 95000 (doxsan beş min) manat dəyərində Cavabdeh3 satılmışdır. Əmlakların satılmasına iddiaçı etiraz etməmiş, yazılı razılığını bildirən ərizəni notariusa tqdim etmişdir. Cavabdeh3 daha sonra əmlaklardan birini – ünvan 11ində yerləşən qeyri-yaşayış obyektini 25000 manata digər Cavabdeh4 satmışdır. Hazırda iddiaçı məhkəməyə müraciət edərək adıçəkilən müqavilələrin etibarsız hesab edilməsini və müqavilələrdən irəli gələn hüquqi nəticələrin ləğv edilməsini, əmlakların ər-arvadın ümumi əmlakı hesab edilərək payların bərabər şəkildə müəyyən edilməsini məhkəmədən xahiş edir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını, şahid ifadəsini dinləyərək, onların izahatlarını və ifadəsini iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək aşağıda göstərilənlərə əsasən hesab edir ki, iddia təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra, MM) 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. MM-nin 324-cü maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Mülki Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. MM-nin 324-cü maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Mülki Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. MM-nin 399.1-ci maddəsinin tələbinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. MM-nin 337.1-ci, 337.3-cü və 337.4-cü maddələrinə görə, etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Məhkəmə qeyd edir ki, əqdlərin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş dörd qrup şərtin (tələbin) olması vacibdir: əqdin subyektiv tərkibinə aid edilən şərt; əqdin məzmununa aid edilən şərt; əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt; əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda, müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticələr doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur. Əqdin etibarsızlığı dedikdə, tərəflərin əqd bağladıqları zaman arzu etdikləri hüquqi nəticənin baş verməməsi və əmələ gəlməməsi başa düşülür. Bu halda əqd kimi həyata keçirilən hərəkətlər hüquqi nəticə doğurmaq qabiliyyətinə malik olan hüquqi fakt kimi çıxış edə bilmir. Başqa sözlə, əqdin etibarsızlığı əqdin etibarlı olması şərtlərinin pozulmasından asılıdır. Bu şərtlərdən birinə riayət edilməməsi etibarsız əqdlərin əmələ gəlməsinə səbəb olur. Etibarsız əqdlər tərəflərin arzu etdikləri hüquqi nəticəyə səbəb olmur. Onlar qanunda nəzərdə tutulan mənfi nəticələrin yaranmasına səbəb olur. Etibarsız əqdlər hüquqa zidd, qeyri-hüquqi hərəkətdir. Etibarsız əqdlər elə hüquqa zidd hərəkətlərdir ki, bu hərəkətlər əqdin etibarlı olması şərtlərindən, heç olmazsa, birinə uyğun gəlmədiyinə görə arzu edilən hüquqi nəticəyə səbəb olmur. Bu cür əqdlər mülki hüquq və vəzifələrin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitam olunması ilə nəticələnmir. Göründüyü kimi müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanmasının zəruri şərtidir. Eyni zamanda hər hansı əqdin, o cümlədən alqı-satqı müqaviləsinin etibarlılığı üçün onun bağlanmasında lazımı subyektlərinin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir (Konstitusiya Məhkəməsi Plenumunun Ə.İbrahimovun şikayəti üzrə xx.xx.2004-cü il və T.Qasımovanın şikayəti üzrə xx.xx.2020-ci il tarixli Qərarları). Mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr və N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarlar). Konstitusiya Məhkəməsinin Plenumu bir neçə qərarında ifadə etdiyi hüquqi mövqeyində qeyd etmişdir ki, daşınmaz əşyaların alqı-satqı müqaviləsi konsensual müqavilə olduğuna görə daşınmaz əşyanın alıcıya verilməsi və onun qiymətinin ödənilməsi üzrə öhdəliklər mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anına qədər icra oluna bilər. Bu baxımdan həmin hüququn dövlət qeydiyyatına alınması anına qədər alıcı satıcı tərəfindən ona verilmiş əşyanın hüquqi əsası olan (titul) sahibi sayılır. Belə müqavilələr daşınmaz əşyanı əldə edən barəsində mülkiyyət hüququnun əmələ gəlməsini ehtiva edən hüquqi fakt kimi çıxış edir. Əks yanaşma mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı konstitusiya prinsiplərinin, mülki qanunvericiliyin bir sıra prinsip və müddəalarının, eləcə də Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə əsasən üzərinə götürdüyü öhdəliklərin pozulmasına gətirib çıxara bilər. Məhkəmənin qənaətinə görə, müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanmasının zəruri şərtidir. Eyni zamanda hər hansı əqdin, o cümlədən alğı-satqı müqaviləsinin etibarlılığı üçün onun bağlanmasında lazımı subyektlərinin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Məhkəmə iddia ərizəsində göstərilən dəlillərə və məhkəmə iclas zalında iddiaçının, onun nümayəndə və vəkilinin izahatlarına münasibət bildirərək qeyd edir ki, iddiaçı cavadeh Cavabdeh2 ilə Cavabdeh3 arasında bağlanmış 17 yanvar və 27 yanvar 2022-ci il tarixli müqavilələrin etibarsızlığını aşağıdakı hallarla əsaslandırmışdır:
1. Daşınmaz əmlaklar orta bazar qiymətindən dəfələrlə ucuz qiymətə satılmışdır.
2. Daşınmaz əmlakların alqı-satqı müqavilələri görüntü üçün bağlanmışdır. Belə ki, əslində “alıcı” Cavabdeh2 qohumudur; daha sonra da əmlaklardan biri Cavabdeh4 satılmışdır. Bu da onu göstərir ki, boşanmaq niyəti olan Cavabdeh2 sadəcə olaraq əmlakları mülkiyyətindən məqsədli şəkildə çıxarırdı ki, boşanmadan sonra arvadı həmin əmlaklardan pay əldə edə bilməsin. Birinci dəlilə münasibətdə məhkəmə bildirir ki, iş materiallarında olan ekspert rəyi ilə təsdiq olunur ki, əmlaklar bazar qiymətinə uyğun qiymətlərdə satılmışdırlar. Belə ki, ekspert rəyinə əsasən Bakı şəhəri, Yasamal rayonu, məhəllə 500, Parlament prospekti, ev 2b 15 saylı mənzilin hazırki orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 104052,0 manat, likvid dəyəri isə təqribən 98850,0 manat məbləğində müəyyən edilmişdir. ünvan 11i ünvanında yerləşən qeyri-yaşayış sahəsinin hazırda mövcud olan orta bazar qiyməti təqribən 23000,00 likvid dəyəri isə təqribən 21000,0 manat məbləğində müəyyən edilir. Nəzərə alsaq ki, alqı-satqı müqavilələrinə əsasən əmlaklar müvafiq olaraq 95000 və 18000 manat məbləğ qarşılığında özgəninkiləşdirilmişdir, iddi ərizəsində göstərilən öz təsdiqini tapmır. Məhkəmə icraatı zamanı ekspert rəyinin mötəbər sübut qismində qiymətləndirilməməsi üçün əsas müəyyən edilməmişdir. Digər tərəfdən, əmlakın ucuz qiymətə satılması özü-özlüyündə əqdin etibarsızlığğına əsas olan hal deyil. Belə ki, müqavilə azadlığı prinsipinə əsasən, şəxs öz əmlakını qiymətləndirməkdə sərbəstdir. Nəzərə lsaq ki, cavabdeh öz etirazında cavabdehin çoxsaylı borcu olduğunu, buna görə də əmlakları dərhal satmaq ehtiyacı duyduğunu bildirir, bu hal da mülki işin materillarında olan borc müqavilələri, yazılı iltizamlarla, şahid ifdələri ilə təsdiq edilir, cavabdehin əmlakları bir qədər ucuz qiymətə satmasını qeyri-təbii, şübhəli bir hal kimi qiymətləndirmək düzgün deyil. İkinci dəlilə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı özü notariat ofisində olmuş, ərizəyə özü imza atmışdır. Yəni, sərbəst iradəsini ifadə etmişdir. Əmlakları əldə edən digər cavabdegin Cavabdeh2 qohumu olması, əmlakların hazırda da faktiki olaraq Cavabdeh2 istifadəsində olması barədə heç bir sübut təqdim etməmişdir. Məhkəmə təkrarən qeyd edir ki, Cavabdeh2 daşınmaz əmlaları qohumluq münasibətlərində olduğu şəxsə satması təsbit edilsəydi belə, bu özü-özlüyündə müqavilənin etibarsız hesab edilməsi üçün müstəqil əsas ola bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə hesab edir ki, iddiaçının mübahisələndirdiyi alqı-satqı müqaviləsinin etibarsızlığına dair tələbinin faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun deyildir, yəni dizpozisiya əlamətləri ilə uzlaşmır. Hazırki işin faktiki halları da maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşmadığından iddia tələbinin birinci hissəsi əsaslı sayıla və təmin edilə bilməz. İdidanın alqı-satqı müqaviləsinin etibarsızlığına dair hissəsi əsassız olduğu üçün məhkəmə hesab edir ki, tələbin çıxarışın ləğv edilməsi, əmlakda payların müəyyən edilməsi və s. hissəsinə də hüquqi qiymət verilməsinə artıq zərurət yoxdur. Məhkəmə tələbin bu hissəsinin əlavə araşdırılmasına lüzum görməyərək özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipinə uyğun hesab etmişdir. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində qeyd edilir ki, sübutların mümkünlüyü əsasən milli qanuvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından qarşılıqlı iddiaçı öz hüquqi mövqeyini sübut edilə bilməmiş və iddiasının əsaslı olmasına dair hər hansı mötəbər sübutlar məhkəməyə təqdim etməmişdir. Beləliklə, məhkəmə mülki işə sübutlar əsasınd obyektibv, qərəzsiz şəkildə, çəkişmə prinsipinin mahiyyətinə uyğun formda qiymətləndirərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, ünvan 13fisinə, Azərbaycan Respublikası Əmlak MəsələləriDövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reystri” X20 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı alqı-satqı müqavilələrinin, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydlərin və verilmiş çıxarışların etibarsız hesab edilməsi və əmlakların birgə nikah dövründəər-arvadın ümumi əmlakı hesab edilərək payların bərabər şəkildə müəyyən edilməsi və bununla bağlı müvafiq mülkiyyət sənədinin verilməsi tələbinə dair iddia ərizsəsi rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən, mülki iş üzrə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233cü maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı cavabdehlər ünvan 13fisinə, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə, "Daşınmaz Əmlakın Dövlət Kadastrı Və Reyestri" X20 6 Saylı Beyləqan Ərazi İdarəsinə qarşı alqı-satqı müqavilələrinin, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydlərin və verilmiş çıxarışların etibarsız hesab edilməsi və əmlakların birgə nikah dövründə ər-arvadın ümumi əmlakı hesab edilərək payların bərabər şəkildə müəyyən edilməsi və bununla bağlı müvafiq mülkiyyət sənədinin verilməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Mehriban Əfəndizadə