Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-208/2021 12.02.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, Cəfərova Rufanə Xıdır qızının katibliyi, İlk iddia üzrə və birləşdirilmiş iş üzrə İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, İlk iddia üzrə və birləşdirilmiş iş üzrə Cavabdeh1 MTK-nın nümayəndəsi X4, İlk iddia üzrə və birləşdirilmiş iş üzrə Cavabdeh2 MMC-nin direktoru X5 nümayəndəsi Nümayəndə, Cavabdeh2 MMC-nin nümayəndəsi və vəkili X8, nümayəndəsi X12 iştirakları ilə, İlk iddia üzrə və birləşdirilmiş iş üzrə İddiaçı cavabdehlər Cavabdeh1 MTK-ya və Cavabdeh2 MMC-nə qarşı “müqavilə öhdəliyini icra etmə faktının təsdiq edilməsi, əmrin etibarsız hesab edilməsi və cavabdehlərin öz öhdəliklərinə əməl etməyə məcbur edilməsi və s. tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İlk iddia üzrə və birləşdirilmiş iş üzrə İddiaçı cavabdehlər Cavabdeh1 MTK-ya və Cavabdeh2 MMC-yə qarşı “müqavilə öhdəliyini icra etmə faktının təsdiq edilməsi, əmrin etibarsız hesab edilməsi və cavabdehlərin öz öhdəliklərinə əməl etməyə məcbur edilməsi və s. tələbi”nə dair ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 Mənzil Tikinti Kooperativi ilə İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli B-128/2 nömrəli müqavilə öhdəliyinə İddiaçı əməl etməsi, onun Cavabdeh1 Mənzil Tikinti Kooperativi tərəfindən ünvan 1 ünvanında inşa olunan 3 girişli, 21 mərtəbəli yaşayış evinin B blokunun 12-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 172,19 kv.m, yaşayış sahəsi 156,50 kv.m olan, 4 otaqlı B-03 saylı mənzilə görə hər kv.m 1.300 (min üç yüz) manat olmaq şərti ilə, cəmi 223.847 manat məbləğində pulu xx.xx.2018-ci il tarixdə Cavabdeh1 Mənzil Tikinti Kooperativinin hesabına tam ödəməsi, habelə birləşdirilmiş iddia üzrə və Cavabdeh1 Mənzil Tikinti Kooperativi ilə İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli B-266/19 saylı müqavilə öhdəliyinə İddiaçı əməl etməsi, onun Cavabdeh1 Mənzil Tikinti Kooperativi tərəfindən ünvan 1 ünvanında inşa olunan 3 girişli, 21 mərtəbəli yaşayış evinin B blokunun 19-cu mərtəbəsində yerləşən, ümumi sahəsi 172,19 kv.m, yaşayış sahəsi 156,50 kv.m olan, 4 otaqlı B-03 saylı mənzilə görə hər kv.m 1.100 ( bir min yüz) manat olmaq şərti ilə, cəmi 189.409 manat məbləğində pulu xx.xx.2019-cu il tarixdə Cavabdeh1 Mənzil Tikinti Kooperativinin hesabına tam ödəməsi və həmin mənzillər üzərində mülkiyyət hüququ əldə etməsi faktının təsdiq edilməsini, Cavabdeh1 Mənzil Tikinti Kooperativinin “podratçının icraçı direktoru tərəfindən satılmış mənzillərə dair vətəndaşlarla bağlanmış müqavilələrin və maliyyə arayışlarının ləğv edilməsi haqqında” xx.xx.2019-cu il tarixli 01 saylı əmri etibarsız hesab etməklə əmrin etibrasız hesab olunması ilə əlaqədar Cavabdeh1 Mənzil Tikinti Kooperativinin xx.xx.2019-cu il tarixli 02 saylı əmrinin 1-ci bəndi də qüvvəsini itirmiş hesab edilməsi, “xxxx”xxxxCavabdeh1 Mənzil Tikinti Kooperativi tərəfindən bağlanmış müqavilə şərtlərinə əməl edilməsi və ünvan 2 ünvanında inşa olunan 3 girişli, 21 mərtəbəli yaşayış evinin B blokunun 12-ci mərtəbəsində və 19 cu mərtəbəsində yerləşən, ümumi sahəsi 172,19 kv.m, yaşayış sahəsi 156,50 kv.m olan, 4 otaqlı B-03 saylı mənzillərin İddiaçı (tikinti norma və qaydalarına uyğun, qüsursuz və yüksək keyfiyyətlə) təhvil verilməsi öhdəliyinin icrasının təmin edilməsini, “xxxx” MMC tərəfindən yaradılmış maneələr aradan qaldırılaraq İddiaçı Mülki Məcəllənin 178.2-ci maddəsinin (yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyesterində qeydə alındığı andan əmələ gəlir) tələblərinə uyğun olaraq öz hüquqlarını həyata keçirməsi və bu hüququn maneəsiz şəkildə, sərbəst reailzə edilməsinin təmin edilməsini, ödənilmiş dövlət rüsumunun məbləği cavabdehlərdən alınaraq İddiaçı xeyrinə ödənilməsini, məhkəmə işə baxarkən Cavabdeh1 Mənzil Tikinti Kooperativinin vəzifəli şəxslərinin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxararsa, bu barədə xüsusi qərar çıxarmaqla prokurora xəbər verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin və birləşdirilmiş iddia tələbləri onunla əsaslandırılmışdır ki, “xxxx” MMC-nin mülkiyyətində olan 0,31 ha torpaq sahəsi var. Cavabdehlər “xxxx” MMC ilə Cavabdeh1 Mənzil Tikinti Kooperativi arasında xx.xx.2018-ci il tarixdə ünvan 3 ünvanında, 3 bloklu, 21 mərtəbəli yaşayış binasına dair 0507/01-18 nömrəli “podrat” müqaviləsi bağlanmışdır. Müqavilədə ehtimal olunan qiymət 5.000.000 manat müəyyən edilmişdir. Bu müqavilənin bağlanmasında “xxxx” MMC-nin direktoru Məhərrəm Həsənov və Cavabdeh1 MTK-nın icraçı direktoru Dilafir Rəsulov iştirak etmişdir. Bu münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi “xxxx” MMC özünün (satıcı) podratçı hüquqlarını Cavabdeh1 Mənzil Tikinti Kooperativinə həvalə etmişdir. Həmin müqavilədən sonra Cavabdeh1 Mənzil Tikinti Kooperativi ünvan 4 ünvanında, “xxxx” MMC-nin mülkiyyətində olan 0,31 ha torpaq sahəsində 3 bloklu 21 mərtəbəli binanın inşasını həyata keçirmişdir. Sözügedən xx.xx.2018-ci il tarixli 0507/01- 18 nömrəli müqavilənin 1-ci səhifəsində ödəniş şərtləri ilə bağlı qeyd edilmişdir ki, “ödəniş: yerinə yetirlmiş işlərin həcminə uyğun olaraq, tərəflərin qarşılıqlı razılaşmasına əsasən müvafiq həcmdə mənzil sahəsi ilə əvəz (barter) ediləcək”dir. Bundan əlavə müqavilənin “qiyməti və hesablaşma qaydası”ndan bəhs edilən 2-ci bəndində qeyd edilmişdir ki, ödənişlərin dəyərinin ödənilməsi təhvilqəbul aktlarına və tərəflərin imzaladıqları digər yazılı razılaşmalarda göstərilən ardıcılıqlla həyata keçirilir. Yerinə yetririlmiş işlərin dəyəri podratçı tərəfindən müvafiq qaydada (barter olunur) əvəzləşdirilir. Beləliklə, tərəflərin razılaşmasında və müqavilə şərtlərinə əsasən Möhsün Sənani küçəsi 13/15 ünvanda inşa ediləcək 3 bloklu 21 mərtəbəli binada (225 mənzildə) həm “xxxx” MMCnin həm də Cavabdeh1 MTK-nın mənzil payları olmuşdur. Başqa sözlə cavabdehlər: “xxxx” MMC ilə Cavabdeh1 Mənzil Tikinti Kooperativi arasında ümumi birgə paylı mülkiyyət podrat və barter münasibətləri mövcud olmuşdur. Toplanmış sənədlərdən görünür ki, torpağın dəyəri və sənədləşməyə çəkilən xərclər istisna olmaqla 2018-2019-cu illərdə “xxxx” MMC tərəfindən sözügedən tikintiyə, 21 mərtəbəli binanın inşasına vəsait qoyulmamışdır. Qeyd edilən tikinti Cavabdeh1 Mənzil Tikinti Kooperativi tərəfindən və onun topladığı vəsait hesabına həyata keçirilmişdir. Cavabdeh1 Kooperativi isə bu vəsaiti tikilmiş mənzillər ilə bağlı fiziki (hüquqi) şəxslərlə bağladığı müqavilələr hesabına əldə etmişdir. Məsələn, müqavilənin icra vəziyyəti ilə bağlı 2020-ci ildə Cavabdeh1 Mənzil Tikinti Kooperativinin sədri B.Abbaslının “xxxx” MMC-yə göndərildiyi yazılı müraciətdə aşağıdakılar qeyd olunur: Müqavilə bağlandıqdan sonra xxxx tərəfindən binaların inşasına “xxxx” MMC tərəfindən vəsait qoyulmamışdır (torpağın dəyəri və sənədləşməyə çəkilən xərclər istisna olmaqla) Cavabdeh1 MTK tərəfindən isə həmin tikintiyə 5.463.078 manat məbləğində vəsait qoyulmuşdur. Bundan əlavə 1.610.705 manat vergi, 301.000 manat isə ayrıca nəğd şəkildə “xxxx” MMC-yə ödənilmişdir. “xxxx”-yə nəğd ödənilmiş məbləğ 2.061.705 manat təşkil edir. Beləliklə, Cavabdeh1 Mənzil Tikinti Kooperativi tərəfindən tikintiyə birbaşa çəkilmiş xərclər 7.525.413 manat təşkil etmişdir (əlavə dəyər vergisi olmadan) və s. Cavabdeh1 Mənzil Tikinti Kooperativinin xx.xx.2018-ci il tarixli ümumi yığıncağının protokolundan, xx.xx.2019-cu və xx.xx.2019-cu il tarixli əmrlərindən, xx.xx.2018-ci il tarixdə notariat qaydasında təsdiq olunmuş etibarnamədən, həmçinin toplanmış digər sənədlərdən görünür ki, Cavabdeh1 Mənzil Tikinti Kooperativinin sədri 50 faiz pay hüququna malik olan X1, 5 faiz pay hüququna malik olan Kooperativin üzvü X16 Cavabdeh1 Mənzil Tikinti Kooperativində icraçı direktor vəzifəsinə təyin olunmuş, həmçinin Cavabdeh1 MTK-nın sədri B.Abbaslı tərfindən ona xx.xx.2018-ci il tarixdə notariat qaydasında təsdiq olunmuş etibarnamə verilmişdir. Həmin etibarnamə ilə Dilafir Rəsulova kooperativin bütün iş fəaliyyətini həyata keçirmək o cümlədən təmsilçiliyə verilən bütün hüquqları həyata keçirmək, müqavilələr bağlamaq hesab açmaq, hesab bağlamaq, hesabdan pul çıxarmaq, hesab üzərində sərəncam vermək (mədaxil, məxaric, köçürmə) və.s kimi səlahiyyətlər etibar edilmişdir. Etibarnamə 5 il müddətinə verilmişdir. Bundan 10 ay sonra, “xxxx” MMC-nin verdiyi səlahiyyətlər və yaratdığı şərait nəticəsində Cavabdeh1 Mənzil Tikinti Kooperativi ilə İddiaçı arasında bağlanmış xx.xx.2018-ci l tarixli, B-128/2 saylı və xx.xx.2019-cu il tarixli B-266/19 saylı müqavilələr bağlanmışdır. Bu müqavilələr bağlanarkən Cavabdeh1 Mənzil Tikinti Kooperativi icraçı direktoru Dilafir Rəsulov təmsil etmişdir. xx.xx.2018-ci l tarixli, B-128/2 saylı müqavilənin şərtlərinə əsasən Cavabdeh1 Mənzil Tikinti Kooperativi ünvan 1 ünvanında inşa olunan 3 girişli, 21 mərtəbəli yaşayış evinin giriş B blokunun 12-ci mərtəbəsində yerləşən ümumi sahəsi 172,19 kv.m yaşayış sahəsi 156,50 kv.m izolə olunmuş 4 otaqdan ibarət B-03 saylı mənzilləri təsdiq olunmuş tikinti norma və qaydalarına uyğun, qüsursuz və yüksək keyfiyyətlə yerinə yetirib təmirsiz şəkildə “payçı” İddiaçı təhvil verilməli; İddiaçı Şeyxislam oğlu isə həmin 4 otaqlı mənzilə görə hər kv.metr 1.300 manat olmaq şərti ilə cəmi 223.847 manatı, xx.xx.2019-cu il tarixli B-266/19 saylı müqavilənin şərtlərinə əsasən isə Cavabdeh1 Mənzil Tikinti Kooperativi ünvan 1 ünvanında inşa olunan 3 girişli, 21 mərtəbəli yaşayış evinin giriş B blokunun 12-ci mərtəbəsində yerləşən ümumi sahəsi 172,19 kv.m yaşayış sahəsi 156,50 kv.m izolə olunmuş 4 otaqdan ibarət B-03 saylı mənzilləri təsdiq olunmuş tikinti norma və qaydalarına uyğun, qüsursuz və yüksək keyfiyyətlə yerinə yetirib təmirsiz şəkildə “payçı” İddiaçı təhvil verilməli; İddiaçı Şeyxislam oğlu isə həmin 4 otaqlı mənzilə görə hər kv.metr 1.100 manat olmaq şərti ilə, cəmi 189409 manatı Cavabdeh1 Mənzil Tikinti Kooperativinin hesabına ödəməli idi. Cavabdeh1 Mənzil Tikinti Kooperatvi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli 103 nömrəli “maliyyə arayışı”ndan görünür ki, İddiaçı həmin tarixdə hər kv.m 1.300 manat olmaq şərti ilə, cəmi 223.847 manat Cavabdeh1 Mənzil Tikinti Kooperativinin hesabına tam ödəmişdir. Digər müqaviləyə görə isə xx.xx.2019-cu il tarixdə 265 nömrəli maliyyə arayışına əsasən İddiaçı həmin tarixdə hər kv.m 1.100 manat olmaq şərti ilə, cəmi 189.409 manat Cavabdeh1 Mənzil Tikinti Kooperativinin hesabına tam ödəmişdir. Nəticədə tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən İddiaçı ilə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) ararasında Mülki Məcəllənin 39-cu fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlmişdir. Belə münasibətlərdə isə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəməyən şəxs isə xxxx hesab edilir. Göstərilənlərə baxmayaraq xx.xx.2018-ci il tarixli B-128/2 nömrəli müqavilənin şərtləri cavabdehlər tərfindən pozulmuşdur. Belə ki, müqavilənin icra vəziyyəti ilə bağlı 2020-ci ildə Cavabdeh1 Mənzil Tikinti Kooperativinin sədri B.Abbaslı “xxxx” MMC-yə yazılı müraciət edərək “xx xxxxxx 2020-ci il tarixdə bölgü aktı ilə təqdim edilmiş 62 ədəd mənzildən başqa aşağıdakı (səh 2-də göstərilən) şəxslərə satılmış əlavə 69 ədəd mənzilin və 2095,28 kv.m qeyri-yaşayış sahəsinin podratçı Cavabdeh1 MTK-nın payı kimi təsdiq edilməsini və ya 10.578.822,75 manat məbləğində vəsaitin qısa müddət ərzində nağd şəkildə ödənilməsini” xahiş etmişdir. Həmin siyahının 38-ci sırasında İddiaçıdə adı və soyadı da olmuşdur. Qeyd edilən müraciətdə həmçinin Cavabdeh1 MTK öhdəsinə götürmüşdür ki, onun xahişi təmin olunduğu halda “mənzil almış şəxslər ilə mənzillərin dəyərini ödənilərək müqavilələrin ləğv edilməsini vətəndaşların tam şəkildə razı qalmasını icra edəcəkdir. Lakin cavabdehlər (paylı mülkiyyətçilər) arasında yaranmış mübahisə və zidiyyətlər ilə bağlı “xxxx” MMC müraciətdə göstərilənlərdən (69 ədəd mənzilin və 2095,28 kv.m qeyri-yaşayış sahəsinin podratçı Cavabdeh1 MTK-nın payı kimi təsdiq etməkdən və ya 10.578.822,75 manat məbləğində vəsaitin qıssa müddət ərzində nağd şəkildə ödənilməsindən” imtina etmişdir. Bundan əlavə Cavabdeh1 Mənzil Tikinti Kooperativi ilə İddiaçı arasında xx.xx.2018-ci il tarixli B-128/2 nömrəli müqavilənin bağlanmasından və iddiaçının öz öhdəliklərini tam təmin etməsindən 11 ay sonra-xx.xx.2019-cu il tarixdə Cavabdeh1 Mənzil Tikinti Kooperativinin sədri B.Abbaslı “podratçının icraçı direktoru tərəfindən satılmış mənzillərə dair müqavilələrin və maliyyə arayışların ləğv edilməsi haqqında” 01 saylı qanunsuz əmr vermişdir. Başqa sözlə qanuni qüvvəyə minmiş bu və digər müqavilələr payçılar tərəfindən öhdəlikləri icra edildikdən sonra Mülki qanunverciliyin norma və prinsiplərinə zidd olaraq bir tərəfli qaydada ləğv edilmişdir. Pay bölgüsü ilə bağlı cavabdehlər arasında yaranmış zidiyyət narazılıq və mübahisə nəticəsində cavabdehlər podratçı və satıcı kimi öhdəliklərini yerinə yetirmək müqavilədə müəyyənləşdirilən müddətdə qeyd edilən binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq iqtidarında deyildir. Bu kimi hallar da İddiaçı qanunla qorunan mənzilə (əmlaka) mülkiyyət hüquqlarını pozmuşdur. İddiaçı mübahisə edilən mənzil üzərində mülkiyyət hüququ və həmin hüququn maneəsiz şəkildə realizə edilməsi üçün mülkyyətin müdafiəsi hüququ pozulmuşdur. İddiaçı Mülki Mülki Məcəllənin 178.2-ci maddəsinin (yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyesterində qeydə alındığı andan əmələ gəlir) tələblərinə uyğun olaraq öz hüquqlarını həyata keçirə bilmir. Başqa sözlə yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyesterində qeydə aldıra bilmir. Qeyd edilən bu və digər hallara əsasən Cavabdeh1 Mənzil Tikinti Kooperativinin qanunverciliyin tələblərinə zidd olan “podratçının icraçı direktoru tərəfindən satılmış mənzillərə dair müqavilələrin və maliyyə arayışların ləğv edilməsi haqqında” birtərəfli xx.xx.2019-cu il tarixli 01 saylı əmri yarandığı andan etibarsız hesab edilməldir. Onun etibarsız olması ilə əlaqədar “xx.xx.2019-cu il tarixli 01 saylı əmrin qüvvədən düşmüş hesab olunmasına” dair Cavabdeh1 Mənzil Tikinti Kooperativinin xx.xx.2019-cu il tarixli əmrlərinin məzmunu bağlanmış müqavilələrin hamısının maliyyə təsərüfat uçotunda tam şəkildə qeydə alınmaması, mənzillərin alqı-satqısından əldə edilən vəsaitlərin hamsının kooperativin kassa və bank hesabına mədaxil edilməmməsi, icraçı direktor Dilafir Rəsulovun vətəndaşlara külli miqdarda ziyan vurması, hazırda xarici ölkədə olması və s. hallar” təsdiq olunur. Başqa sözlə bu kimi sənədlərdə Cavabdeh1 Mənzil Tikinti Kooperativində vəzifəli şəxslərin vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi, onu aşması, vergidən yayınması, vətəndaşların aldadılması, etibarından sui-istifadə edilməsi və s. kimi hallar əks olunur. Cavabdeh2 MMC-nin direktoru X13 iddia ərizəsinə etiraz təqdim edərək göstərmişdir ki, İddiaçı cavabdehlər Cavabdeh1 MTK və Cavabdeh2 MMC-yə qarşı “əmrin etibarsız hesab edilməsi və cavabdehlərin öz öhdəliklərinə əməl etməyə məcbur edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 MTK ilə İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli B-128/2 nömrəli müqavilə öhdəliyinə İddiaçı əməl etməsi onun Cavabdeh1MTK tərəfindən Bakı şəhəri Nərimanov rayonu Möhsün Sənani küçəsi, ev 13/15 ünvanında inşa olunan 3 girişli, 21 mərtəbəli yaşayış evinin B blokunun 12-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 172.19 kv.m, yaşayış sahəsi 156.50 kv.m olan 04 otaqlı B-03 saylı mənzilə görə hər kv.m 1500 manat olmaq şərti ilə cəmi 223.847 manat məbləğində pulu xx.xx.2018-ci il tarixdə Cavabdeh1 MTK-mn hesabına tam ödəməsi və həmin mənzil üzərində mülkiyyət hüququ əldə etməsi faktının təsdiq edilməsi Cavabdeh1 MTK-nın podratçının icraçı direktoru tərəfindən satılmış mənzillərə dair vətəndaşlarla bağlanmış müqavilələrin və maliyyə arayışlarının ləğv edilməsi haqqında xx.xx.2019-cu i tarixli 01 saylı əmrinin etibarsız hesab edilməsi və bu əmrin etibarsız hesab olunması ilə əlaqədar “Cavabdeh1" MTK-nın xx.xx.2019-cu il tarixli 02 nömrəli əmrinin 1-ci bəndinin də qüvvəsini, itirmiş hesab edilməsi, Cavabdeh1 MTK və “Cavabdeh2" MMC tərəfindən ünvan 6 ünvanında inşa olunan 3 girişli, 2 mərtəbəli yaşayış evinin B blokunun 12-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 172.19 kv.m, yaşayış sahəsi 156.50 kv.m olan 04 otaqlı B-03 saylı mənzilin İddiaçı təhvil verilməsi öhdəliyinin icrasının təmin edilməsi, Cavabdeh2 MMC tərəfindən yaradılmış maneələr aradan qaldırılaraq İddiaçı Mülk Məcəllənin 178.2-ci maddəsinin (yeni yaradılmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir) tələbinə uyğun olaraq öz hüquqların həyata keçirməsi və bu hüququn maneəsiz şəkildə, sərbəst realizə edilməsinin təmin edilməsi, ödənilmiş dövlət rüsumunun cavabdehlərdən alınaraq İddiaçı xeyirinə ödənilməsi, məhkəmə işə baxarkən Cavabdeh1 MTK-nın vəzifəli şəxslərinin hərəkətlərində cinayət əlamətlərini aşkara çıxararsa bu barədə xüsusi qərar çıxararaq prokurora xəbər verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandığı x xxxx 2018-ci il tarixli müqavilənin şərtlərində xxxx Cavabdeh2 MMC ilə podratçı Cavabdeh1 MTK arasında ünvan 7 ünvanında yerləşən 3 bloklu 21 mərtəbəli yaşayış binasının inşa edilməsinə dair bağlanılmış x xxxx 2018-ci il tarixli 0507/01-18 saylı müqavilə üzrə Cavabdeh1 MTK tərəfindən qeyd olunan ünvanda tikinti işlərinin icrasına başlanılmış, tikinti işləri icra olunduğu müddət ərzində podratçı tərəfindən satış hüququ olmadığı halda, yəni həmin müqavilənin 2.3-cü bəndinə əsasən xxxx müqavilə üzrə görülmüş işlərin dəyərini, işin nəticəsini 2 nömrəli forma aktı əsasında qəbul etdikdən sonra yerinə yetirilmiş işlərin dəyəri əvəzləşdirilməsi (barter olunması) nəzərdə tutulsa da, Cavabdeh1 MTK-nın icraçı direktoru X14 tərəfindən MTK-nın digər payçıları olan X20, X28, X21, X29 və qeyrilərinin köməkliyi ilə müqavilənin qeyd olunan bəndinin şərtləri pozulmaqla qanunsuz olaraq ayrı-ayrı vətəndaşlara ümumilikdə 17.545,45 kv.metr sahəsi olan 169 mənzilin saxta müqavilələr əsasında satışı həyata keçirilmişdir. xx xxxxxx 2020-ci il tarixli “Təhvil-Fəslim” Aktından görünür ki, tərəflər “A” və “B” blokları üzrə yerinə yetirilmiş Forma 2 əsasında hesablanmış faktiki tikinti quraşdırma işlərinin həcmi və onun müqabilində hesablanmış dəyərin əvəzinin natura ifadəsində ödənilməsi barədə razılığa gəlmişlər. Tərəflər təsdiq etmişlər ki, “Podratçı” tərəfindən (on iki min yeddi yüz əlli səkkiz, 23) kv.m həcmində beton (taxta-qəlib) işləri yerinə yetirilmişdir. “Podratçı” tərəfindən ödənilmiş 1,610,705.00 (bir milyon altı yüz on min yeddi yüz beş) manat sadələşdirilmiş tikinti vergisinin məbləği nəzərə alınmışdır. Sözügedən akta əsasən “Podratçı” tərəfindən ümumi dəyəri 6,490,000.00 (ƏDV daxil) (altı milyon dörd yüz doxsan min) manat məbləğində tikinti quraşdırma işləri yerinə yetirilmişdir. 12,758.23 kv.m (on iki min yeddi yüz əlli səkkiz, 23) olan tikinti quraşdırma işlərinin, habelə vergi məqsədləri üçün ödədiyi 1, 610,705.00 (bir milyon altı yüz on min yeddi yüz beş) manat vəsaitin müqabilində, podratçıya 6700,00 (altı min yeddi yüz) kv.m ümumi mənzil sahəsinin dəyərinin natura ifadəsində əvəzlənməsi barədə razılığa gəlmişlər. Sonradan xx xxxxxx 2020-ci il tarixdə A və 13 blokları üzrə yerinə yetirilmiş forma 2 əsasında hesablanmış faktiki tikinti quraşdırma işlərinin həcmi və onun müqabilində hesablanmış dəyərin əvəzinin natura ifadəsində ödənilməsi barədə xx xxxxxx 2020-ci il tarixli “Təhvil-Təslim Aktı”na əsasən xxxx tərəfindən podratçıya 62 (altmış iki) ədəd mənzilin verilməsi barədə, 6700,00 (altı min yeddi yüz) kv.m ümumi mənzil sahələrinin bloklar üzrə bölgüsünə dair razılığa gəlmişlər. xx xxxxxx 2020-ci il tarixdə isə podratçı tərəfindən xxxxyə məktub göndərilərək, “Təhvil-Təslim Aktı”nın və “Mənzillərin Bölgü Akt” nın müddəalarına uyğun olaraq 62 (altmış iki) ədəd, 6700,00 (altı min yeddi yüz) kv.m ümumi mənzil sahəsinin onlar tərəfindən göstəriləcək şəxslərin adına rəsmiləşdirilməsi xahiş edilmişdir. Həmin məktublarda İddiaçı haqqında heç bir məlumat qeyd edilməmiş, və ona podradçının satdığı ev barədə heç bir məlumat verilməmişdir. Lakin, məlum olmuşdur ki, “xxxx”nin razılığı və xəbəri olmadan ona məxsus mənzillər, qeyri-yaşayış sahələri, o cümlədən qarajlara dair “podratçı” tərəfindən digər şəxslərlə saxta müqavilələr bağlanılmışdır. Bu müqavilələrə görə Cavabdeh2 MMC heç bir məsuliyyət daşımır. Cavabdeh2 MMC bu müqavilələrin tərəfi deyildir və Cavabdeh1 MTK- nın saxta müqavilələrinin tərəfləri qarşısında heç bir öhdəçiliyi yoxdur. Cavabdeh1 MTK-nın əməkdaşları tərəfindən saxta müqavilələrin tərtib olunması barədə ilk vaxtlar Cavabdeh1 MTK-nın özünə xəbərdarlıq, xx.xx.2020-ci il tarixdə isə Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə məlumat verilmişdir. Cavabdeh1 MTK-nın direktoru Rəsulov D. tərəfindən Cavabdeh2 MMC-yə məktub göndərilərək bildirilmişdir ki, xx.xx.2019-cu il tarixinədək 4.989.672 AZN dəyərində müştərilərə alqı-satqı və barter əməliyyatları həyata keçirilmişdir. Cavabdeh1 şirkəti olaraq üzərilərinə onu götürmüşlər ki, bundan sonra bütün alqısatqı və barter əməliyyatların xxxxnin ümumi razılığı olmadan həyata keçirməyəcəkdirlər. Göründüyü kimi, İddiaçının “Podradçı” Cavabdeh1 MTK ilə bağlanmış müqavilədən və qeyd olunan mənzilin onun mülkiyyətinə verilməsindən Cavabdeh2 MMC-nin “xxxx” kimi heç bir razılığı olmamış və məlumatlandırılmamışdır. xx xxxxxxx 2019-cu il tarixli Cavabdeh1 MTK-nın direktoru Abbaslı B. tərəfindən imzalanmış məktubdan görünür ki, Cavabdeh1 MTK-nın qərarı ilə x xxxxxxx 2019-cu ildə Cavabdeh2 və Cavabdeh1 MTK arasında bağlanmış razılaşma müqaviləsi, x xxxx 2018-ci il tarixli podrat müqaviləsi və ondan irəli gələn 1.2 və 3 saylı əlavələr ləğv edilmişdir. Bundan sonra tərəflər arasında əməkdaşlıq yalnız “Şəhər İncisi” yaşayış kompleksinin A və B bloklarına aiddir. Cavabdeh1 MTK-nın C bloku üzərində heç bir hüquq və iddiası qalmamışdır. Bunu nəzərə alaraq Cavabdeh1 MTK C blokuna aid bağladığı satış müqavilələrini birtərəfli qaydada ləğv etdiyini bildirmişdir. xx xxxxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət əsasında X2 olduğu Cavabdeh1 MTK-nın icraçı direktoru vəzifəsində işləmiş X6 qanunsuz hərəkətləri barədə fakt üzrə cinayət işi başlamışdır. Cinayət işinin başlanmasına səbəb və əsas "Cavabdeh1” MTK-nın vəzifəli şəxslərinin xxxx Cavabdeh2 MMC ilə bağlanmış müqavilə əsasında ünvan 7 ünvanında inşa etdikləri çoxmərtəbəli yaşayış binalarındakı mənzilləri hüquqları olmadığı halda vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə saxta müqavilələr əsasında ayrı-ayrı vətəndaşlara satmış və bununla da etibarlarından sui-istifadə etməklə onları aldadaraq külli miqdarda pul vəsaitlərini ələ keçirməsi və bununla bağlı toplanmış material üzrə cinayətin əlamətlərinə işarə edən kifayət qədər dəlillərin mövcudluğu olmuşdur. İddiaçının x xxxx 2018-ci il tarixli müqavilə ilə bağlı irəli sürdüyü fikirlər podrat müqaviləsinin hüquqi mahiyyətinə zidd olmaqla Azərbaycan Respublikasının Mülki Məcəlləsinin həm paylı mülkiyyət hüququ, həm də podrat müqaviləsi barədə müddəalarına ziddir, Belə ki, podratçı əlavə xəclər etsə belə, bu onu paylı mülkiyyətçi hesab etmək üçün yetərli əsas deyildir. İddiaçının qeyd elədiyi kimi, x xxxx 2018-ci il tarixli müqavilin qiyməti ehtimal olunan məbləğ ( beş milyon manat) formasında qeyd edilmişdir. Həmçinin, görülən işin ödənişi, bir qayda olaraq, obyektin xxxx tərəfindən qəbulundan sonra yerinə yetirilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 769-cu maddəsinə əsasən, əgər müqavilədə muzdun hissəhissə ödənilməsi nəzərdə tutulmursa, xxxx podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. Podratçının bu məbləğdən artıq xərc çəkməsi onu heç bir halda paylı mülkiyyətçi hesab etməyə əsas vermir. İddiaçının iddia ərizəsində paylı mülkiyyətlə əlaqədar istinad etdiyi Mülki Məcəllənin müddəalarına Cavabdeh2 MMC-nin heç bir aidiyyəti yoxdur. Belə ki, Cavabdeh1 MTK ilə Cavabdeh2 MMC arasında paylı mülkiyyətlə əlaqədar heç bir müqavilə bağlanmamış, Cavabdeh1 MTK-nın öhdəçiliyinin təmin edilməsi barədə Cavabdeh2xxxx“Cavabdeh2’ MMC-nin həmçinin iddiaçıya hər hansı mənzil verilməsi öhdəçiliyi olmamış və iddiaçı ilə Cavabdeh2 MMC arasında heç bir razılaşma, müqavilə öhdəçiliyi olmamışdır. İddia ərizəsində qeyd olunan hallarla bağlı cinayət işi başlanmışdır. Cinayət işi x xxxx 2020-ci il tarixdə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 308.1 və 313-cü maddələri ilə başlanılmış və həmin tarixdə istintaqın aparılması Baş İdarənin istintaq idarəsinin mühüm işlər üzrə müstəntiqi, İ dərəcəli hüquqşünas X15 həvalə edildilməklə istintaqı aparılır. Yuxanda qeyd olunanlara əsasən, İddiaçı Cavabdeh2 MMC-yə qarşı irəli sürdüyü dəlillər heç hüquq müəyyən edici sənədlə təsdiqlənmədiyi üçün iddianın rədd edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak etmiş ilk iddia üzrə və birləşdirilmiş iş üzrə İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil izahatlarında iddia ərizəsinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş Cavabdeh2 MMC-nin nümayəndəsi və vəkili X17 iddia tələbini qəbul etməyərək Prokurorluqda istintaqın apöarılması ilə əlaqədar mülki işin icraatının dayandırılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh2 MMC-nin direktoru X5 nümayəndəsi Nümayəndə, Cavabdeh2 MMC-nin nümayəndəsi X23 iddia ərizəsinə etiraza uyğun izahat verərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh1 MMC-nin nümayəndəsi X10 ilkin iddia tələbini qəbul etməyərək iddia ərizəsinin rədd edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırlımış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilkin və birləşdirilmiş iddia qismən təmin edilməldir. Belə ki, iş materiallarında olan; Cavabdeh1 İddiaçı ilə xx.xx.2019-cu il tarixli B-266/19 saylı müqaviləsinin 1.1-ci bəndinə əsasən “Kooperativ” ünvan 1 ünvanında inşa olunan 3 girişli, 21 mərtəbəli yaşayış evinin giriş B, blokunda 19-cu mərtəbəsində yerləşən ümumi sahəsi 172,19 m2 yaşayış sahəsi 156,50 m2 olan izolə olunmuş 4 otaqdan ibarət B03 saylı mənzilin “Payçı”ya verilməsini, “Payçı” isə bu müqavilənin dəyərinin kooperativə ödənilməsini öhdəsinə götürür. Həmin müqavilənin 2.1-ci bəndinə əsasasən mənzil sahəsinin hər kvadrat metrinin qiyməti ƏDV daxil olmaqla 1100 AZN (bir min yüz manat 00 qəpik) təşkil etdiyi qeyd edilmişdir. Cavabdeh1 MTK-nın xx.xx.2019-cu il tarixli 265 nömrəli maliyyə arayışın surətindən görünür ki, İddiaçı Cavabdeh1 MTK-nın ünvan 8 ünvanında inşa olunan 21 mərtəbəli yaşayış kompleksində B blokunun 19-cu mərtəbəsində yerləşən ümumi sahəsi 172,19 m2 olan yaşayış sahəsi 156,50 kv2 olan izolə olunmuş 4 otaqdan ibarət B-03 yaşayış sahəsinin dəyərini tam ödəmişdir. Cavabdeh1 MTK şirkətinə B-266/19 nömrəli müqaviləyə əsasən yuxarıda qeyd olunan şəxsin borcun olmadığı qeyd edilmişdir. Cavabdeh1 İddiaçı ilə xx xxxxxx 2018-ci il tarixli B-128/12 nömrəli müqaviləsinin 1.1-ci bəndindən görünür ki , “Kooperativ” ünvan 1 ünvanında inşa olunan 3 girişli, 21 mərtəbəli yaşayış evinin giriş B blokunun 12-ci mərtəbəsində yerləşən ümumi sahəsi 172,19 m2 yaşayış sahəsi 156,50 m 2 olan izolə olunmuş 4 otaqdan ibarət B-03 saylı mənzilin “payçı”ya verilməsini, “payçı” isə bu müqavilənin dəyərinin kooperativə ödənilməsini öhdəsinə götürür və müqavilənin 2.1-ci bəndinə əsasən mənzil sahəsinin hər kvadrat metrinin qiyməti ƏDV daxil olmaqla 1300,00 AZN (bir min üç yüz manat 00) təşkil etdiyi qeyd edilmişdir. Cavabdeh1 xx xxxxxx 2018-ci il tarixli 103 nömrəli maliyyə arayışının surətindən görünür ki, İddiaçı Cavabdeh1 MTK-nın ünvan 8 ünvanında inşa olunan 21 mərtəbəli yaşayış kompleksində B blokunun 12-ci mərtəbəsində yerləşən B03 mənzil, ümumi sahəsi 172,19 m2 , yaşayış sahəsi 156,50 m2 olan 4 otaqdan ibarət yaşayış sahəsinin dəyərini tam ödəmişdir. Cavabdeh1 MTK şirkətinə B-128/12 nömrəli müqaviləyə əsasən yuxarıda qeyd olan şəxsin borcunun olmadığı qeyd edilmişdir. xx.xx.2020-ci il tarixli mübahisənin məhkəməyə qədər nizama salınmasına riayət edilməsinə dair pretenziyadan görünür ki, Cavabdeh1 MTK ilə İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli B-128/2 nömrəli müqavilə şərtlərinə əməl edərək mübahisənin məhkəmədən kənar həlli məqsədi ilə pretenziya məktubunu aldıqdan 3 (üç) gün müddətində “xxxx”xxxxCavabdeh1 MTK tərfindən ünvan 1 ünvanında inşa olunan 3 girişli, 21 mərtəbəli yaşayış evinin B blokunun 12-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 172,19 kv.m yaşayış sahəsi 156,50 kv.m olan. 4 otaqlı B-03 saylı mənzilə görə hər kv.m 1.300 manat olmaqla cəmi 223.847 manat məbləğində pulu xx.xx.2018-ci il tarixdə Cavabdeh1 Mənzil Tikinti Kooperativinin hesabına tam ödəməsi və həmin mənzil üzərində mülkiyyət hüququ əldə etməsi faktı təsdiq edilərək “xxxx” MMC tərəfindən yaradılmış maneələr aradan qaldırılmasını və həmin mənzilin İddiaçı (tikinti norma və qaydalarına uyğun qüsursuz və yüksək keyfiyyətlə) təhvil verilməsi xahiş edilmişdir. Əks təqdirdə aidiyyəti məhkəməyə müraciət ediləcəyi qeyd edilmişdir. xx.xx.2018-ci il tarixli etibarnamənin surətindən görünür ki, X3 Dilafir Taryel oğluna etibarnamə verərək etibarnamə üzrə digər hüquqlarla yanaşı MTK adından bütün idarə və təşkilkatlarda, MTKda müqavilə bağlamağı ərizə ilə müraciət etməyi hesab üzərində sərəncam verməyi və .s hüquqlarını etibar etmişdir. Etibarnamə xx.xx.2023-cü il tarixədək qüvvədədir. Cavabdeh1 Mənzil Tikitnti Kooperativinin üzvlərinin ümumi yığıncağının yanvar 2018-ci il tarixli protokolundan görünür ki, kooperativin pay fondu 100 (bir yüz) manat məbləğində və üzvlərinin pay fondundakı mütləq pay haqları müəyyən edilərək X20 50 manat, 50 pay haqqı, 50%, X28 20 manat, 20 pay haqqı, 20%, X21 5 manat, 5 pay haqqı, 5%, X14 5 manat, 5 pay haqqı, 5%, X29, 20 manat, 20 pay haqqı, 20 % müəyyən edilmişdir. Cavabdeh1 xx.xx.2019-cu il tarixli “podratçının icraçı direktoru tərəfindən satılmış mənzillərin ləğv edilməsi haqqında” Cavabdeh1 MTK-nın xx xxxxxx 2019-cu il tarixli 01 saylı əmrin ləğv olunması haqqında 02 nömrəli əmrin surətindən görünür ki, Cavabdeh1 MTK-nın icraçı direktoru X14 tərəfindən satılmış mənzillərə dair vətəndaşlarla bağlanmış müqavilələrin və maliyyə arayışlarının ləğv edilməsi barədə xx xxxxxx 2019-cu il tairxli 01 saylı əmr qüvvədən düşmüş hesab olunaraq icraçı direktoru D.Rəsulov tərəfindən qeyri-qanuni satılmış mənzillərə dair müqavilələrin ləğv olunması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət olunması, icraçı direktor X7 əməlində mənimsəmə hallarının olub-olmamasının araşdırılması üçün prokurorluq və ya aidiyyəti üzrə hüquq mühafizə orqanalrına müraciət olunması və əmrin surətləri xxxx “xxxx” MMC-yə və vətəndaşlara təqdim edilməsi qeyd edilmişdir. Azərbaycan Respublikasının Baş Prokuroru Yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə ünvanlanmış xx.xx.2020-ci il tarixli cinayət hadisəsi barədə məlumat verilməsinə dair ərizənin surətindən görürür ki, Cavabdeh1 MTK-nın vəzifəli şəxsləri tərəfindən buna hüququ olmadığı halda mənzillərə dair saxta müqavilələr bağlanmış, qeyd edilən qanunsuz əməllər Cinayət Məcəlləsinin yuxarıda istinad edilən maddələrində nəzərdə tutulmuş hərəkərlərlə müşayiət olunmuşdur. Cavabdeh1 MTK tərəfindən hal-hazırda qeyd edilən əməlləri törədilməkdə davam etdirilir və bu da Cavabdeh2 MMC-nin işgüzar nüfuzuna xələl gətirdiyi qeyd edilmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-2(113)-1527/2020 nömrəli qərardadından görünür ki, İddiaçı cavabdehlər Cavabdeh1 MTK və Cavabdeh2 MMC-yə qarşı “əmrin etibarsız hesab edilməsi və cavabdehlərin öz öhdəliklərinə əməl etməyə məcbur edilməsi” tələbinə dair e2-2(113)-1527/2020 saylı iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışıdır. Bakı Şəhər Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(005)-2523/2020 nömrəli qərardadı ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan İddiaçı cavabdehlər Cavabdeh2 MMC-yə və Cavabdeh1 Mənzil Tikinti Kooperativinə qarşı “iddiaçının müqavilə öhdəliyini icra etməsi faktının təsdiq edilməsi, MTK-nın xx.xx.2019-cu il tarixli 01 saylı əmrinin etibarsız hesab edilməsi və cavabdehlərin öz öhdəliklərinə əməl etməyə məcbur edilməsi” tələbinə dair iddia ərizəsi üzrə 2(005)-2523/2020 nömrəli qeydiyyat nömrəsinə olan mülki iş həmin məhkəmənin icraatında olan 2(005)-2458/2020 nömrəli qeydiyyat nömrəsində olan mülki işə birləşdirilməsi, birləşdirilmiş iş üzrə 2(005)-2458/2020 qeydiyyat nömrəsi saxlanılması qərara alınmışdır. xx.xx.2020-ci il tarixli pretenziya məktubunun surətindən görünür ki, “xxxx” MMC-nin mülkiyyətində olan 0,31 ha torpaq sahəsi var. Cavabdehlər “xxxx” MMC ilə Cavabdeh1 Mənzil Tikinti Kooperativi arasında xx.xx.2018-ci il tarixdə ünvan 3 ünvanında, 3 bloklu, 21 mərtəbəli yaşayış binasının inşasına dair 0507/01-18 nömrəli “podrat” müqaviləsi bağlanmışdır. Müqavilədə ehtimal olunan qiymət 5.000.000 manat müəyyən edilmişdir. Cavabdeh1 xx.xx.2020-ci il tarixli 023 nömrəli məktubunun surətindən görünür ki, Cavabdeh2xxxx“Cavabdeh1 MTK” xx xxxx 2018-ci il tarixində imzalanmış müqavilənin şərtlərinə, tərəflər arasında faktiki yerinə yetrilmiş tikinti quraşdırma işlərinin həcminin müqabilində hesablanmış dəyərin əvəzinin natura ifadəsində ödənilməsinə dair xx xxxxxx 2020-ci il tarixdə imzalanmış “Təhvil-Təslim AKT-nın” habelə tərəflər arasında xx xxxxxx 2020-ci il tarixdə imzalanmış 62 (altmış iki) ədəd, 6700,00 (altı min yeddi yüz) kv.m ümumi mənzil sahəsinin “Mənzillərin Bölgü AKT-nın” müddəalarına uyğun olaraq mənzillərin müvafiq şəxslərin adına rəsimləşdirilməsi xahiş olunmuşdur. xx xxxx 2018-ci il tarixli 0507/01-18 saylı müqavilənin məzmunundan görünür ki, Azərbaycan Respublikası, Bakı şəhəri, Səbail rayonu, Adil İsgəndərov küçəsi, ev 3/5 dövlət mülkiyyətində olan hüquqi şəxs, “xxxx” MMC, X13 şəxsində “xxxx” adlandırılacaq və digər tərəfdən Cavabdeh1 MTK, X16 şəxsində “podratçı” adlandırılacaq, xxxxnin tapşırığına uyğun olaraq “Azərdövlətlayihə” DBLİ tərəfindən hazırlanmış, ünvan 9 ünvanında yerləşən 3, bloklu 21 mərtəbəli yaşayış binasının inşa edilməsinə dair (burada “iş” adlanacaq) texniki tapşırığın şərtləri ilə bağlı xidmətlərin yerinə yetrilməsinə dair razılığa gəldikləri qeyd edilmişdir. xx xxxxxx 2020-ci il tarixli təhvil-təslim aktının surətindən görünür ki, podratçı Cavabdeh1 MTK tərəfindən ümumi dəyəri 6,490,000.00 (ƏDV daxil) (altı milyon dörd yüz doxsan min) manat məbləğində tikinti quraşdırma işləri yerinə yetrilmiş, 12.758.23 kv.m (on iki min yeddi yüz əlli səkkiz, 23) olan TQİ-nin, habelə xxxx Cavabdeh2 MMC-ə vergi məqsədləri üçün ödənilmiş 1,610,705.00 (bir milyon altı yüz on min yeddi yüz beş) manat vəsaitin müqabilində, podratçı Cavabdeh1 MTK-a 6700,00 (altı min yeddi yüz) kv.m ümumi mənzil sahəsinin dəyərinin natura ifadəsində əvəzlənməsi barədə razılığa gəldikləri qeyd edilmişdir. Binəqədi RPİ tərəfindən verilmiş seriya AZE № 0******* nömrəli, xx.xx.2010-cu il tarixli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1960-cı ildə Balakən rayonu, Püstətala kəndində anadan olmuş İddiaçı Bakı şəhəri, Rəsulzadə qəs, C.Xəndan küç, məh 3203, ev 36-da qeydiyyatdadır. Kommersiya qurumlarının dövlət reyesteri məlumatlardan görünür ki, Cavabdeh2 hüquqi ünvanı ünvan 10zahatı, təqdim edilmiş və tədqiq edilərək iş mteriallarına əlavə edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, Cavabdeh1 MTK ilə İddiaçı arasında bağlanmış xx.xx.2018-ci l tarixli, B-128/2 saylı və xx.xx.2019-cu il tarixli B-266/19 saylı müqavilələr bağlanmışdır. Bu müqavilələr bağlanarkən Cavabdeh1 Mənzil Tikinti Kooperativi icraçı direktoru X11 etibarnamə verərək etibarnamə üzrə digər hüquqlarla yanaşı MTK adından bütün idarə və təşkilkatlarda, MTKda müqavilə bağlamağı ərizə ilə müraciət etməyi hesab üzərində sərəncam verməyi və .s hüquqlarını etibar etmişdir. Bu hüquqlardan irəli gələrək X16 etibarnamə əsasında Cavabdeh1 MTK adından İddiaçı arasında xx.xx.2018-ci l tarixli, B-128/2 saylı və xx.xx.2019-cu il tarixli B-266/19 saylı müqavilələr bağlanmışdır. Həmin müqavilələr əsasında ünvan 1 ünvanında inşa olunan 3 girişli, 21 mərtəbəli yaşayış evinin B blokunun 12-ci və 19-cu mərtəbəsində yerləşən, ümumi sahəsi 172,19 kv.m, yaşayış sahəsi 156,50 kv.m olan, 4 otaqlı B-03 saylı mənzilləri alıcıya təhvil verməyi öhdəsinə götürmüşdür. xx.xx.2018-ci il tarixli 103 nömrəli “maliyyə arayışı” ilə İddiaçı həmin tarixdə hər kv.m 1.300 manat olmaq şərti ilə, cəmi 223.847 manat Cavabdeh1 Mənzil Tikinti Kooperativinin hesabına tam ödəmişdir. Digər müqaviləyə görə isə xx.xx.2019-cu il tarixdə 265 nömrəli maliyyə arayışına əsasən İddiaçı həmin tarixdə hər kv.m 1.100 manat olmaq şərti ilə, cəmi 189.409 manat Cavabdeh1 Mənzil Tikinti Kooperativinin hesabına tam ödəmişdir. Cavabdeh1 MTK-nın xx xxxxxx 2019-cu il tarixli 01 saylı əmrin ləğv olunması haqqında 02 nömrəli əmrin surətindən görünür ki, Cavabdeh1 MTK-nın icraçı direktoru X14 tərəfindən satılmış mənzillərə dair vətəndaşlarla bağlanmış müqavilələrin və maliyyə arayışlarının ləğv edilməsi barədə xx xxxxxx 2019-cu il tairxli 01 saylı əmr qüvvədən düşmüş hesab olunaraq icraçı direktoru D.Rəsulov tərəfindən qeyri-qanuni satılmış mənzillərə dair müqavilələrin ləğv olunması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət olunması, icraçı direktor X7 əməlində mənimsəmə hallarının olubolmamasının araşdırılması üçün prokurorluq və ya aidiyyəti üzrə hüquq mühafizə orqanalrına müraciət olunması və əmrin surətləri xxxx “xxxx” MMC-yə və vətəndaşlara təqdim edilməsi qeyd edilmişdir. Cavabdeh2xxxx“Cavabdeh1 MTK” xx xxxx 2018-ci il tarixində imzalanmış müqavilənin şərtlərinə, tərəflər arasında faktiki yerinə yetrilmiş tikinti quraşdırma işlərinin həcminin müqabilində hesablanmış dəyərin əvəzinin natura ifadəsində ödənilməsinə dair xx xxxxxx 2020-ci il tarixdə imzalanmış “Təhvil-Təslim AKT-nın” habelə tərəflər arasında xx xxxxxx 2020-ci il tarixdə imzalanmış 62 (altmış iki) ədəd, 6700,00 (altı min yeddi yüz) kv.m ümumi mənzil sahəsinin “Mənzillərin Bölgü AKT-nın” müddəalarına uyğun olaraq mənzillərin müvafiq şəxslərin adına rəsimləşdirilməsi xahiş olunmuşdur. Cavabdeh1 MTk tərəfindən müqavilə öhdəlikləri yerinə yetirilməmişdir. Məhkəmə iddia tələbi ilə bağlı gəldiyi nəticəni aşağıdakı hüquq normalarına istinadən əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 339.4-cü maddəsinə əsasən əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır. Həmin Məcəllənin 359.1-ci maddəsinə əsasən əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. Həmin Məcəllənin 359.3-cü maddəsinə əsasən təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. Həmin Məcəllənin 359.4-cü maddəsinə əsasən xarakterinə görə yalnız şəxsən bağlana bilən əqdlərin, eləcə də bu Məcəllədə göstərilən digər əqdlərin təmsilçi vasitəsilə bağlanmasına yol verilmir. Həmin Məcəllənin 362.1-ci maddəsinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Həmin Məcəllənin 362.2-ci maddəsinə əsasən notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir. Həmin Məcəllənin 363.1-ci maddəsinə əsasən bu Məcəllənin 363.3-cü maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, etibarnamə istənilən müddətə verilə bilər. Əgər etibarnamədə müddət göstərilməyibsə, o bağlandığı gündən bir il ərzində qüvvəsini saxlayır. Bağlandığı tarix göstərilməyən etibarnamə əhəmiyyətsizdir. Həmin Məcəllənin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə, müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Həmin Məcəllənin 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 597.1-ci maddəsinə əsasən alıcı əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin Məcəllənin 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 646.2-ci maddəsinə əsasən əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alqı-satqısına əşyaların alqı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Mənzil Məcəlləsinin 113.1-ci maddsəsinə görə mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənzil-tikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyri-yaşayış) sahəsi verilir. Mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qeyd olunan qərarı həmin kooperativə yeni üzv qəbul edildikdə mənzil-tikinti kooperativinə üzvlüyə qəbul edilmə haqqında qərarla birlikdə qəbul edilir və həmin qərarda mənzil-tikinti kooperativi binasının ünvanı, verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) dəqiq ölçüləri, mərtəbə göstərilməklə binada yerləşməsi və digər mövcud göstəriciləri göstərilməli, həmçinin verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) plan-cizgisi bu qərara əlavə olunmalıdır. Həmin Məcəllənin 113.2-ci maddəsinə görə bu Məcəllənin 113.1-ci maddəsində göstərilən qərar mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. İşin hallarından göründüyü kimi tərəflər arasında müqavilələr bağlanarkən Cavabdeh1 Mənzil Tikinti Kooperativi icraçı direktoru X11 etibarnamə verərək etibarnamə üzrə digər hüquqlarla yanaşı MTK adından bütün idarə və təşkilkatlarda, MTK-da müqavilə bağlamağı ərizə ilə müraciət etməyi hesab üzərində sərəncam verməyi və .s hüquqlarını etibar etmişdir. Bu hüquqlardan irəli gələrək X16 etibarnamə əsasında iddiaçı ilə mübahisəli mənzillərə dair müqavilə bağlanmışdır. Səlahiyyət verilməyən şəxsin əqd bağlaması ilə mübahisənin yaranma ehtimalını ehtiva edən mülki hüquq münasibətlərinin mövcudluğu onun hüquqi nəticələrinin həllini müəyyən edən Mülki Məcəllənin 360-cı maddəsi ilə şərtləndirilmişdir. Həmin maddəyə görə əgər başqa şəxsin (təmsil edilənin) adından əqdi bağlayan şəxsin (təmsilçinin) başqa şəxsin (təmsil edilənin) adından hərəkət etmək səlahiyyəti olmazsa və ya bu səlahiyyət aşılarsa, əqdin digər tərəfinin təmsilçidən həmin əqdin icrasını və ya əqdin bağlanması nəticəsində ona dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır, bu şərtlə ki, başqa şəxs (təmsil edilən) əqdi sonradan bəyənməsin. Sözügedən Məcəllənin 360.2-ci maddəsində o da qeyd edilir ki, təmsil edilən tərəfindən əqdin sonradan bəyənilməsi onun üçün əqdin bağlandığı andan əqd üzrə mülki hüquq və vəzifələr yaradır, dəyişdirir və onlara xitam verir. Mülki qanunvericiliyin tələblərinə əsasən əqd təmsilçi vasitəsilə də bağlana bilər, yəni daşınmaz əmlakların alqı-satqısı ilə əlaqədar hüquqi prosedurların MTK tərəfindən şəxsən deyil, onun etibarnamə üzrə nümayəndəsi X16 vasitəsilə həyata keçirilməsi mübahisələndirilən əmlakın iddiaçıya verilməməsi üçün əsas deyildir. Mənzil qanunvericiliyinin də tələblərindən aydın olur ki, mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. Qeyd olunan hal ardı-arda bir neçə iddiaçının iddia tələbi yaranmasına əsas olmuşdur. Bundan başqa o da qeyd edilməlidir ki, müvafiq etibarnamənin verilmə tarixi ilə qeyd olunan alqı-satqı müqavilələrinin bağlanma tarixlərinin müqayisəsi nəticəsindən göründüyü kimi iddiaçı ilə Dilafər Rəsulov arasında müqavilə bağlanarkən həmin etibarnamə öz hüquqi qüvvəsini itirməmiş, yəni MTK rəhbərliyi tərəfindən etibarnamə ləğv edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 MTK-nın xx xxxxxx 2019-cu il tarixli 01 saylı əmrin ləğv olunması haqqında 02 nömrəli xx.xx.2019-cu il tarixli əmri əsassızdır. Odur ki, xx.xx.2019-cu il tarixli 02 saylı əmrinin 1-ci bəndi Cavabdeh1 Mənzil Tikinti Kooperativi ilə İddiaçı arasında bağlanmış müqavilələrə münasibətdə qüvvədən düşmüş hesab edilməklə xx.xx.2019-cu il tarixli 01 saylı əmri ləğv edilməlidir. Məhkəmənin qənaətinə görə, müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanmasının zəruri şərtidir. Eyni zamanda hər hansı əqdin, o cümlədən alqı-satqı müqaviləsinin etibarlılığı üçün onun bağlanmasında lazımı subyektlərinin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «N. Manafovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxxxx 2008-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxxx 2009-cu il tarixli qərarında bildirilir ki, məhkəmə məsələnin zahiri mənzərəsini adlayaraq dərinə nəzər salmalı və şikayət edilən vəziyyətin reallıqlarını araşdırmalıdır. İddiaçının mübahisələndiridiyi hər iki müqavilədən görünür ki, həmin müqavilələr Cavabdeh1 MTK-nın səlahiyyətli şəxsi tərəfindən imzalanmış və möhürü ilə təsdiqlənmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1 və 448.2-ci maddələrinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. İddiaçının mülkiyyət hüququnun əldə edilməsi faktına dair tələbinə münasibətdə daşınmaz əmlaka mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasından sonra mümkünlüyünü nəzərə alaraq məhkəmə iddianın bu hissədə təmin edilməməsi qənaətinə gəlir. İddia tələbində cavabdehlər barəsində xüsusi qərarın çıxarılmasına dair tələbə münasibətdə məhkəmə qeyd edir ki, MPM-nin 265.4-cü maddəsinə görə məhkəmə işə baxarkən, tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. Göründüyü kimi mülki prosessual qanunvericiliyə uyğun olaraq xüsusi qərarın çıxarılması cinayətin əlamətlərinin aşkar edilməsilə məhkəmə tərəfindən tətbiq edilən hüquqi prosessual hərəkətdir. Odur ki, belə tələb prosessual vəsatət kimi qiymətləndirilməlidir və məhkəmə bu məsələdə tərəflərin mülahizəsindən asılı deyildir. Bu səbəbdən iddia tələbi bu hissədə tələb kimi qiymətləndirilə bilməz. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası Konstitusiyanın 127-ci maddəsinin Vİİ hissəsinə görə isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Bu prinsip Azərbaycan Respublikası MPM-nin 9-cu maddəsində də nəzərdə tutulmuşdur. Həmin maddəyə görə ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır və bu qaydaya görə işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut edir. İşə hərtərəfli baxılması məhkəmə tərəfindən qanuni və əsaslandırılmış qərarın çıxarılması, tərəflərin prosesdə fəallığı, öz mövqeyini müdafiə etmək üçün dəlillər gətirməsi, əks tərəfin sübutlarını və dəlillərini rədd etməsi üçün geniş imkanlara malik olması ilə təmin olunur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Ankerlin” işində qeyd etmişdir ki, əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin bərabərliyi onu nəzərdə tutur ki, hər bir tərəf öz sübutlarını digər tərəfin ona münasibətdə heç bir üstünlüyə malik olmadığı şəraitdə təqdim etmək üçün ağlabatan imkana malik olmalıdır. Tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi isə məhkəmələr tərəfindən həyata keçirilməlidir. Məhkəmələr üçün heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi olmamalı və onlar işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarlarının qanuniliyi və əsaslılığını təmin etməlidirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Beləliklə, iddiaçının iddia ərizəsində qeyd etdiyi ümumi tələblərə birlikdə hüquqi qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 MTK-nın xx.xx.2019-cu il tarixli 02 saylı əmrinin 1-ci bəndi Cavabdeh1 Mənzil Tikinti Kooperativi ilə İddiaçı arasında bağlanmış müqavilələrə münasibətdə qüvvədən düşmüş hesab edilməklə xx.xx.2019-cu il tarixli 01 saylı əmri ləğv edilməli, Cavabdeh1 Mənzil Tikinti Kooperativi ilə İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli B-128/2 nömrəli müqavilə əsasında və xx.xx.2019-cu il tarixli B- 266/19 saylı müqavilə əsasında ünvan 1 ünvanında inşa olunan 3 girişli, 21 mərtəbəli yaşayış evinin B blokunun 12-ci mərtəbəsində və 19-cu mərtəbəsində yerləşən, ümumi sahəsi 172,19 kv.m, yaşayış sahəsi 156,50 kv.m olan, 4 otaqlı B-03 saylı mənzillər Cavabdeh1 Mənzil Tikinti Kooperativi tərəfindən İddiaçı təhvil verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə belə qənaətə gəlir ki, iddia tələbləri qismən təmin edildiyindən hər iki iddia tələbi üzrə ödənilmiş dövlət rüsumundan 30 manat məbləğində pul Cavabdeh1 Mənzil Tikinti Kooperativi tərəfindən iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216- 220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin və birləşdirilmiş iddia qismən təmin edilsin. Cavabdeh1 Mənzil Tikinti Kooperativi ilə İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli B- 128/2 nömrəli müqavilə əsasında və xx.xx.2019-cu il tarixli B-266/19 saylı müqavilə əsasında ünvan 1 ünvanında inşa olunan 3 girişli, 21 mərtəbəli yaşayış evinin B blokunun 12-ci mərtəbəsində və 19-cu mərtəbəsində yerləşən, ümumi sahəsi 172,19 kv.m, yaşayış sahəsi 156,50 kv.m olan, 4 otaqlı B-03 saylı mənzillər Cavabdeh1 Mənzil Tikinti Kooperativi tərəfindən İddiaçı təhvil verilsin. Cavabdeh1 MTK-nın xx.xx.2019-cu il tarixli 02 saylı əmrinin 1-ci bəndi Cavabdeh1 Mənzil Tikinti Kooperativi ilə İddiaçı arasında bağlanmış müqavilələrə münasibətdə qüvvədən düşmüş hesab edilməklə xx.xx.2019-cu il tarixli 01 saylı əmri ləğv edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddia üzrə ödənilmiş dövlət rüsumundan 30 manat məbləğində pul Cavabdeh1 Mənzil Tikinti Kooperativi tərəfindən İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev
Məhkəmə qərarları › İş №2(005)-208/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-208/2021
12.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver