Məhkəmə qərarları › İş №2(005)-2081/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2081/2022

27.05.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması - Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2081/2022 27.05.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, İddiaçı Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması və əlavə xərc” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması və əlavə xərc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 28 yanvar 2019-cu il tarixli 2(005)-737/2019 saylı qətnaməsi ilə 21 aprel 2014-cü il təvəllüdlü X4 və 30 iyun 2016-cı il təvəllüdlü X5 yetkinlik yaşma çatana qədər saxlanması üçün Cavabdeh hər ay hər uşağa görə 160 (yüz altmış) manat, cəmi 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində tutulan alimentin miqdarı artırılaraq, 21 aprel 2014-cü il təvəllüdlü X4 və 30 iyun 2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh hər ay hər uşağa görə 193 (yüz doxsan üç) manat, cəmi 386 (üç yüz səksən altı) manat sabit pul məbləğində alimentin və 21 aprel 2014-cü il təvəllüdlü X1 Cavabdeh hər ay 200 (iki yüz) manat sabit pul məbləğində əlavə xərcin tutulub İddiaçı verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 14 sentyabr 2013- cü ildə nikaha daxil olmuşdur. Onların birgə nikahlarından 21 aprel 2014-cü il təvəllüdlü X8 və 30 iyun 2016-cı il təvəllüdlü X9 doğulub.Cavabdehlə ailə münasibətləri pozulduğu üçün Cavabdeh qarşı ‘'nikahın pozulması, uşaqların ananın himayəsində saxlanılması və aliment tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinə müraciət etmişdir.Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 28 yanvar 2019-cü il tarixli 2(005)- 737/2019 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “nikahın pozulması, uşaqların ananın himayəsində saxlanması və aliment tələbinə dair" iddia ərizəsi qismən təmin edilərək tərəflər arasında nikah pozulmuş, tərəflərin birgə nikahından doğulmuş uşaqların ananın himayəsində saxlanılması və 03 dekabr 2018-ci il tarixdən başlayaraq 21 aprel 2014-cü il təvəllüdlü X4 və 30 iyun 2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay hər uşağa görə 160 (yüz altmış) manat, cəmi 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində alimentin tutulub İddiaçı ödənilməsi qət edilib. İddiaçı iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmdən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddia tələbinə etiraz təqdim edərək, etirazını onunla əsaslandırmışdır ki, aliment məbləğinin artırılması tələbinə dair iddia qaldırılarkən oun gəlirləri nəzərə alınmamışdır. Belə ki, ondan 320 manat sabit pul məbləğində aliment tutularkən əldə etdiyi gəlirlərdə heç bir artım olmaması bunun əksinə son dövrlərdə qiymət artımları ilə əlaqədar xərclərinin artması və himayəsində xəstə iki valideyninin olması nəzərə alınmamışdır. Bildirir ki, onun aylıq gəliri 716 manat olduğu halda aliment məbləği 386 manata qaldırılarsa və bundan əlavə hər ay 200 manat əlavə xərclər üçün pul tutularsa qalan 148 manat Azərbaycan Respublikasının Yaşayış minimumu Haqqında qaunundaböyüklər üçün nəzərdə tutulmuş məbləğdən (210 manat) daha az edir. Yəni nəinki himayəsindəki iki yaşlı valideyni himayə edə bilmir hətta öz ehtiyaclarını belə qarşılaya bilmir. Qeyd edilən bu məqam da iddianın nə qədər əsassız olduğunu və onun valideyinlik hislərindən sui-istifadə məqsədi daşıdığını göstərir. Digər məsələ isə iddiaçının birgə nikahdan olan xx.xx.2014-cü il təvəllüdlü X2 ilə bağlı məhkəməyə təqdim etdiyi sənəd və bunun əsasında əlavə xərclər tələb etməsidir. Bildirir ki, birgə nikahdan olan qızı xx.xx.2014-cü il təvəllüdlü X3 onlar ayrılana qədər hər hansı bir problem olmamış və sonrakı dövrlərdə belə bir problemin olması və hansı səbəbdən yaranması barədə ona valideyin olaraq heç bir məlumat verilməmişdir. Tərəfindən aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, iddiaçının məhkəməyə təqdim etdiyi tibbi arayışda qeyd edilən xəstəliklə (əyər belə xəstəlik varsa) bağlı müalicə Nərimanov Rayon Tibb Mərkəzi 3 nömrəli polikilinika şöbəsində pulsuz həyata keçirilir. Belə olan halda iddiaçı tərəfindən hansı əlavə xərclərə görə və hansı əsasla məhz 200 manatın tələb edilməsi başa düşülən deyil. Əlavə olaraq bildirir ki, qeydiyyatda olduğu poliklinikada qızı X4 tibbi yoxlanışları vaxtlı-vaxtında aparılmış və heç bir zaman iddiaçının məhkəməyə təqdim etdiyi xəstəlik müəyyən edilməmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş tibbi arayışda qeyd edilən xəstəliyin indi müəyyən edilməsi məndə bir sıra şübhələr doğurur. Belə ki, əgər bu xəstəlik olubsa necə olub ki, indiyə qədər müəyyənləşdirilməyib. Əgər belə bir xəstəlik olmayıbsa necə olur ki, illər sonra belə bir xəstəlik yaranır. Burada iki məqam ortaya çıxır. Birincisi ya belə bir xəstəlik yoxdur və iddiaçı əlavə pul almaq məqsədilə tibbi arayışı verən qurumla qeyri - qanuni əlaqəyə girib belə bir saxtakarlıq edir, ya da iddiaçı analıq vəzifə və öhtəliklərini lazımınca yerinə yetirmir. Belən olan halda da məhkəmə həm tibbi arayışın əsaslı olub - olmamasını yoxlamalı və lazımi qanuni tədbirlər (sənəddə saxtakarlığa görə xüsusi qərardad qəbul etməli) görməli, həm də uşağın mənafeyini nəzərə alaraq iddiaçının (ananın) valideyinlik öhdəliklərini layiqincə yerinə yetirib-yetirmədiyini araşdırmalıdır. Məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən olunmuşdur ki, tərəflərin birgə nikahdan xx.xx.2014-cü il təvəllüdlü X8 və xx.xx.2016-cı il təvəllüdlü X9 doğulmuşdur, tərəflərin ailə münasibətləri baş tutmadığından saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin miqdarının artırılmasını, eyni zamanda 21 aprel 2014-cü il təvəllüdlü X1 Cavabdeh hər ay 200 (iki yüz) manat sabit pul məbləğində əlavə xərcin tutulub ona ödənilməsini xahiş edir. Məhkəmə iş üzrə materialları araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verib hesab edir ki, iddia tələbi qismən əsaslıdır və qismən təmin olunmalıdır. Belə ki, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 2(005)- 737/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə müəyyən olunur ki, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2013-cü il tarixdə bağlanmış və Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsi tərəfindən nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.2013-cü il tarixdə 670 nömrə ilə qeyd edilmiş nikah pozulmuş, tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2014-cü il təvəllüdlü X8 və xx.xx.2016-cı il təvəllüdlü X9 anası İddiaçı yanında saxlanılmış, tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2014-cü il təvəllüdlü X8 və xx.xx.2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün, məhkəməyə müraciət edildiyi vaxtdan, yəni 03 dekabr 2018-ci il tarixdən başlayaraq Cavabdeh hər ay 160 manat məbləğində aliment cəmi 320 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmuşdur. İş materiallarında olan 19 mart 2022-ci il tarixli 863 saylı tibbi arayışdan görünür ki, xx.xx.2014-cü il təvəllüdlü X6 hipermobillik, torakolomber skolioz. Hər iki ayaqda pes planus deformasiyası diaqnozu qoyulmuşdur. Normal gəzir, hipermobillik, elastiklik testləri müsbətdir. Onurğa sütununun döş nahiyəsində açıqlığı sağa baxan minimal torakolomber skolioz mövcuddur. Hər iki ayaqda elastiki yastı ayaqlıq izlənilir. Damar sinir problemi yoxdur. 10 yaşdan sonra sürətli böyümə inkişaf çağında skoliozun artma ehtimalına qarşı uşağın həkim nəzarətindən tutulması tövsiyə olunmuşdur. İş materiallarında olan “X12” X13 3 nömrəli poliklinika şöbəsinin 12 may 2022-ci il tarixli, 281 saylı məktubunda qeyd olunur: xx.xx.2014-cü il təvəllüdlü X8 xx.xx.2022-ci il tarixində cərrah tərəfindən müəyyən olunub “qamət əyriliyi və iki tərəfli əyri pəncəlik” diaqnozu təsdiqlənib, xəstəyə müalicə təyin olunub. Poliklinikada xəstəyə təyin olunan müalicə (fizioterapiya və s.) dövlət hesabına aparılır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 22.2.2-ci maddəsinə əsasən məhkəmə uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən edir. 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa müvafiq olaraq 2022-ci il üçün minimum yaşayış həddi uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Bu zaman uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarının 8.7-ci bəndinə əsasən alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. Məhkəmə qeyd edir ki, hazırda tələb olunan aliment miqdarının uşaq üçün yaşayış minimumundan az miqdarda olması üçün əsaslar müəyyən edilmir. Məhkəmə yuxarıda göstərilən əsaslara görə hesab edir ki, əsas diqqət yetkinlik yaşına çatmamış uşağın mənafeyinə, onun maddi cəhətdən təmin olunmasına yönəlməli, Azərbaycan Respublikasında bir uşaq üçün yaşayış minimumunun 193 manat olmasını nəzərə alaraq, iddia tələbi təmin edilməli, Cavabdeh xx.xx.2014-cü il təvəllüdlü X8 və xx.xx.2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün tutulan alimentin miqdarı artırılaraq hər ay hər uşaq üçün 193 manat, cəmi 386 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə ödənilməlidir. İddiaçı iddia tələbinin əlavə xərcin tutulması hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddia bu hissədə əsassızdır. Belə ki, əlavə xərclərə dair iddiaçı tərəfindən məhkəməyə hər hansı sübutlar təqdim edilməmişdir. İddiaçı tərəfindən xx.xx.2014-cü il təvəllüdlü X4 fizioterapiya proseduru keçməsinin zəruriliyi barədə arayış təqdim olunsa da həmin müalicələr üçün çəkdiyi xərcləri təsdiqləyən maliyyə arayışı, qəbzlərin surəti və s. təqdim etməmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddiaçı zəruri sübutlar təqdim etməklə çəkilmiş xərclərin yarısının cavabdehdən tələb etmək hüququndan məhrum olmamışdır. Ailə Məcəlləsinin 81-ci maddəsinə əsasən, alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-737/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği dəyişdirilsin. Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, xx.xx.2014-cü il təvəllüdlü X8 və xx.xx.2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün tutulan alimentin miqdarı artırılaraq hər ay hər uşaq üçün 193 manat olmaqla, cəmi 386 (üç yüz səksən altı) manat aliment İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin . Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar