Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2103/2022 21.07.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, İddiaçı1, İddiaçı1 vəkili Vəkil iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 Cavabdeh-yə qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 Cavabdeh-yə qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ipoteka predmeti və ipoteka qoyan X14 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 1-ci sıra, 1-ci döngədə yerləşən 17 saylı fərdi yaşayış evi təkrar hərracdakı ilkin satış qiymətindəki 25% aşağı qiymətə endirməklə 82875 (səksən iki min səkkiz yüz yetmiş beş) manata ipoteka saxlayan “Access Bank" QSC-yə satılmasına dair “Capital Auction" MMC tərəfindən keçirilən hərracı etibarsız sayılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1627/2018 saylı, xx.xx.2018-ci il tarixli Qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, ödəniş gününə olan məzənnə üzrə xx.xx.2011-ci il tarixli 10R0000065 saylı kredit razılaşması üzrə 144.272,67 dolları əsas borc, 46.270 ABŞ dolları faiz borcu və 22.000 ABŞ dolları cərimə olmaqla cəmi 212.992,85 ABŞ dolları məbləğində pul vəsaiti "xxxx" MMC X25, X20, X39 və X8 vərəsələri X10, X11 və X4 müştərək qaydada tutularaq "xxxx" QSC-nin xeyrinə verilməsi xx.xx.2011-ci il tarixli 10R0Ü00006844 saylı kredit razılaşması üzrə 32.771,28 dolları əsas borc, 11.589,16 ABŞ dolları faiz borcu və 5.000 ABŞ dolları cərimə olmaqla cəmi 49.360 ABŞ dolları məbləğində pul vəsaiti "xxxx" MMC, X26, X20, X39 və X8 vərəsələri X10, X11 və X5 müştərək qaydada tutularaq "xxxx" QSC-nin xeyrinə verilməsi, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 30 manatı, 10 manat ipotekanın qeydə alınması üçün ödənilmiş pul vəsaitinin və 21 manat xidmət haqqının, ümumilikdə 61 manat məbləğində pulun 50%-i yəni 30.50 manatı iddiaçıya aid edilməsi, 50 %-i yəni 30,50 manatı isə cavabdehlər "xxxx" MMC, X26, X8 vərəsələri X10, X18 və X11, X20, X39, X40, X9, X41 və X2 müştərək qaydada tutularaq “Access Bank" QSC-nin xeyrinə verilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri yəni 50 manatın 50%-i 25 manat iddiaçı "xxxx" QSC-dən, 50%-i isə 25 manat məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada tutularaq AR-nın dövlət büdcəsinə köçürülməsi. X14 mülkiyyətində olan Bakı şəhəri, M.Ə.Rəsulzadə qəsəbəsi, 1ci sıra, 1-ci döngədə yerləşən 17 saylı fərdi yaşayış evinin ükiıı satış qiyməti 130.000 manat məbləğində müəyyən edilməsi, həmin yaşayış evi açıq hərracdan satılması və satışdan əldə edilmiş pul vəsaiti hesabına "xxxx" MMC-nin "xxxx" QSC-yə olan borcu ödənilməsi, ipoteka predmetinin satışdan əldə edilmiş vəsait hesabına borc ödənildikdən sonra artıq pul vəsaiti qalarsa, artıq qalmış pul vəsaiti cavabdehlər Bakı Şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi, 1-ci sıra, l-ci döngə X14 mülkiyyətində olan 2 mərtəbəli, 5 otaqlı, 60,9 kv.m yaşayış sahəsi, 31,5 kv.m köməkçi sahəsi, 92.4 m2 ümumi sahədən ibarət 17 saylı fərdi yaşayış evindən çıxarılması və ipoteka predmeti cavabdehlər tərəfindən boşaldılması qət edilmişdir. "xxxx" MMC ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə 21 oktyabr 2021-ci il tarixli, 062 nömrəli Protokoldan məlum olur ki, ipoteka predmeti və ipoteka qoyan X14 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 1-ci sıra, 1-ci döngədə yerləşən 17 saylı fərdi yaşayış evi Bakı Apellyasiya Məhkəməsinin 05 fevral 2009-cu il tarixli, 2(103)-1717/2019 saylı icra vərəqəsinə və Binəqədi rayon icra şöbəsinin 25 avqust 2021-ci il tarixli, xx/xx- 175236-16 saylı sifariş məktubuna əsasən daşınmaz əmlakın “İpoteka Haqqında” AR Qanununun 43.7-ci maddəsinə əsasən təkrar hərracdakı ilkin satış qiymətindən 25% aşağı qiymətə endirməklə 82875 (səksən iki min səkkiz yüz yetmiş beş) manata ipoteka saxlayan “Access Bank" QSC-yə satılmışdır. AR MM-nin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxlər yaşayış binasından istifadə hüququna o şərtlə malikdir ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyesterində qeydə alınsın. Hal hazırda iddia ərizəsi əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqlarının X33 Daşınmaz Əmlakın Dövlət Reyestrindən və Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüququqlarının Qeydiyyat İdarəsinin Qeydiyyat vəsiqəsindən (Seriya İ M, № 014711) məlum olur ki, hərrac yolu ilə “Access Bank" QSC-yə satılan Bakı şəhəri Binəqədi rayonu. M.Ə.Rəsulzadə qəsəbəsi, 1-ci sıra, 1-ci döngə istifadədə olan 0.00818 ha torpaq sahəsində 2 mərtəbəli, 5 otaqlı, 60.9 kv.m yaşayış 31.5 kv.m köməkçi sahədən ibarət 17 nömrəli fərdi yaşayış tam mülkiyyət hüququ üzrə iddiaçılar İddiaçı1 anası, İddiaçı2 və İddiaçı3 nənəsi, yetkinlik yaşına çatmayan X21 və X22 nənəsi X14 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İddiaçılar yəni X12, İddiaçı2, İddiaçı3 və yetkinlik yaşına çatmayan maraqlı şəxlər, X42 və X43, X14 (ana və nənəsi) mülkiyyətində olan və Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 1-ci sıra 1-ci döngə 17№- İi fərdi yaşayış evində qeydiyyatdayıq və daimi yaşayırıq, bundan başqa yaşayış sahəsi yoxdur. Ona görə də həmin evə dair veriləcək üzrə mülkiyyət, istifadə və yaşayış hüquqları Dövlət tərəfindən tanınmalıdır və qorunmalıdır. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2 (001)-1627/2018 saylı Qətnaməsindən göründüyü kimi kredit və ipoteka müqavilələri bağlanarkən həmin hüquqi münasibətlərə iddiaçı uşaqları ilə birlikdə (İddiaçı1) cəlb edilməmişdi, yaşayış evinin tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında iddiaçı ilə (İddiaçı1) razılaşma olmamışdır. AR MM-nin 228.3-cü maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququ alqısatqı girovun və icarənin müstəqil predmeti ola bilməz. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ olan şəxs mülkiyyətçi də daxil olmaqla istənilən şəxsdən həmin yaşayış binasına olan hüququnun pozulmasını aradan qaldırmağı tələb edə bilər. Həmin məcəllənin 228.4-cü maddəsinə əsasən yaşayış evinə və ya mənzilə mülkiyyət hüququna xitam verilməsi üçün əsas deyildir. Amma, yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barədə həmin hüquq keçənədək notariat qaydada təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. Ona görə də “Capital Auction" MMC tərəfindən keçirilən hərrac etibarsız sayılmalıdır və hərracın nəticələrinə dair xx.xx.2021-ci il tarixli 062 saylı yekun protokol yuxarıda sadalanan mübahisəli mənzil üzərində dövlət qeydiyyatı üçün əsas ola bilməz. İpoteka qoyan X26 və "xxxx" QSC arasında bağlanmış xx.xx.2011-ci il tarixli İ0R0000C6562 və xx.xx.2011-ci il tarixli 10R00000684 saylı kredit razılaşmaları bağlanarkən İddiaçı2 11 yaşı İddiaçı3 9 yaşlı X21 5 yaşı və X22 1 yaşı vardır. İpoteka qoyan “Nigar-N" MMC-nin rəhbəri və təsisçiləri (yaxın qohumlar) və “AccessBank" QSC arasında kredit razılaşmaları bağlanarkən AR Konstitusiyasının 17.İV, 17.Vİ və “Uşaq hüquqları haqqında" AR-nın Qanununun 6 və 20-ci maddələrini pozaraq iddiaçının sağlamlığına və mənəviyyatına mənzildən çıxarılmaqla təhlükə törədə bilən fəaliyyətə bizi cəlb ediblər. Bu kredit razılaşmaların ziddiliyi odur ki, biz yəni hal-hazırda iddiaçılar İddiaçı2, İddiaçı3 və maraqlı yetkinlik yaşına çatmayanlar İdris Hətəmli və Elvin Hətəmli valideynlərin, qohumların və "xxxx" QSC-nin hərəkətlərinə görə məsuliyyət daşımırlar və onlarla bağlı səbəblərə görə onları yuxarıda qeyd olunan evə dair hüquqlarının hərrac yolu ilə satılmaqla məhdudlaşdırılmasına dövlət yol verməməlidir, ona görə ki, həmin evə dair hüquqları vardır, həmçinin yaşadıqları ev sahəsinə ailənin digər üzvləri ilə bərabər hüquqları vardır. Məhkəmə iclasında İddiaçı1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı1 vəkili iddia tələbini müdafiə etdiyini bildirdi. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçılar İddiaçı3 və İddiaçı2 və cavabdeh "xxxx" MMC-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasda iştirak edən şəxslərin izahatını dinləyib, təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan; İş materiallarına əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən tərtib edilmiş MH seriyalı ******* nömrəli mülkiyyət hüquqlarının qeydiyyatı barədə qeydiyyat nömrəsi ********* nömrəli xx.xx.2007-ci il tarixli çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X14 adına daşınmaz əmlakın dövlət reyestrində 67 nömrəli reyestr kitabının 5997 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən tərtib edilmiş MH seriyalı ******* nömrəli mülkiyyət hüquqlarının qeydiyyatı barədə qeydiyyat nömrəsi ********** nömrəli xx.xx.2007-ci il tarixli çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X14 hüquqları 120 ay müddətinə Azərbaycan Mikromaliyyələşdirmə Bankı/X35 İpoteka xeyrinə yüklü edilərək, daşınmaz əmlakın dövlət reyestrində 67 nömrəli reyestr kitabının 5997 nömrəli vərəqində qeydiyyata alınmışdır. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1627/2018 nömrəli xx.xx.2018-ci il tarixli Qətnaməsindən görünür ki, iddiaçı "xxxx" QSC-nin cavabdehlər "xxxx" MMC-yə, X36ma, X8 vərəsələri- X6, X7 və X13, X20, X27, X28, X3, X29 və X6 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka premetinə yönəldilməsi” tələbinə dair iddia tələbi qismən təmin edilərək, ödəniş gününə olan məzənnə üzrə xx.xx.2011-ci il tarixli 10R000006562 saylı kredit razılaşması üzrə 144.272,67 ABŞ dolları əsas borc, 46.720,18 ABŞ dolları faiz borcu və 22.000 ABŞ dolları cərimə olmaqla, cəmi 212.992 (iki yüz on iki min doqquz yüz doxsan iki) ABŞ dolları 85 (səksən beş) sent məbləğində pul vəsaiti "xxxx" MMC, X26, X20, X39 və X8 vərəsələri X10, X11 və X4 müştərək qaydada tutularaq “Accessbank" QSC-nin xeyrinə verilməsi, xx.xx.2011-ci il tarixli 10R000006844 saylı kredit razılaşması üzrə 32.771,28 ABŞ dolları əsas borc, 11.589,16 ABŞ dolları faiz borcu və 5.000 ABŞ dolları cərimə olmaqla, cəmi 49.360 (qırx doqquz min üç yüz altımış) ABŞ dolları 44 (qırx dörd) sent məbləğində pul vəsaiti "xxxx" MMC, X26, X20, X39 və X8 vərəsələri X10, X11 və X5 müştərək qaydada tutularaq "xxxx" QSC-nin xeyrinə verilməsi, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun, 10 manat ipotekanın qeydə alınması üçün ödənilmiş pul vəsaitinin və 21 manat xidmət haqqının ümumilikdə 61 manat məbləğində pulun 50%-i yəni 30,50 manatı iddiaçıya aid edilməsi, 50%-i yəni 30,50 manatı isə cavabdehlər "xxxx" MMC, X26, X8 vərəsələri - X10, X11 və X18, X20, X39, X40, X9, X41 və X2 müştərək qaydada tutularaq "xxxx" QSC-nin xeyrinə verilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri, yəni 50 manatın 50%-i yəni 25 manatı iddiaçı "xxxx" QSCdən, 50%-i isə yəni 25 manat məbləğində pul vəsaiti cavabdehlər "xxxx" MMC, X26, X8 vərəsələri - X10, X11 və X18, X20, X39, X40, X9, X41 və X2 müştərək qaydada tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülməsi, X15 mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi 1-ci sıra 1-ci döngədə yerləşən X14 mülkiyyətdə olan 2 mərtəbəli, 5 otaqlı, 60,9 m2 yaşayış sahəsi, 31,5 m2 köməkçi sahəsi, 92,4 m2 ümumi sahədən ibarət 17 saylı fərdi evinə tutma yönəldilməsi, İpoteka predmeti olan Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi 1-ci sıra 1-ci döngədə yerləşən 17 saylı fərdi yaşayış evinin ilkin satış qiyməti 130.000 (yüz otuz min) manat məbləğində müəyyən edilməsi, həmin fərdi yaşayış evi açıq hərracdan satılsın və satışdan əldə edilmiş pul vəsaiti hesabına "xxxx" MMC-nin "xxxx" ASC-yə olan borcu ödənilməsi, ipoteka predmetinin satışından əldə edilmiş vəsait hesabına borc ödənildikdən sonra artıq pul vəsaiti qalarsa, artıq qalmış pul vəsaiti cavabdeh X19 verilməsi, Mənzilə tutma yönəldikdən və o, satıldıqdan sonra 1 ay ərzində X26, X30, X39, X9, X41, X10 Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi 1-ci sıra 1-ci döngədə yerləşən X14 mülkiyyətdə olan 2 mərtəbəli, 5 otaqlı, 60,9 m2 yaşayış sahəsi, 31,5 m2 köməkçi sahəsi, 92,4 m2 ümumi sahədən ibarət 17 saylı fərdi yaşayış evindən çıxarılsın və ipoteka predmeti cavabdehlər tərəfindən boşaldılması qət edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı Apelyasiya Məhkəməsinin 05.02 2019-cu il tarixli, 2(103)-1717/2019 saylı icra vərəqəsindən görünür ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1627/2018 nömrəli xx.xx.2018-ci il tarixli X1 münasibətdə ləğv edilərək, iddia tələbi X16 münasibətdə 10L000000082 saylı xx.xx.2007-ci il tarixli kredit xətti müqaviləsi üzrə bağlanmış 10R000006844 saylı xx.xx.2011-ci il tarixli kredit razılaşmasına aid hissədə rədd edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş materiallarına əlavə edilmiş Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli 062 nömrəli protokolundan görünür ki, Bakı Apelyasiya Məhkəməsinin 05.02 2019cu il tarixli, 2( 103)-1717/2019 saylı icra vərəqəsi və Binəqədi rayon icra şöbəsinin xx.xx.2021-ci il tarixli, xx/xx-175236-16 saylı sifariş məktubu əsasında, X14 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə. Rəsulzadə qəsəbəsi, 1-ci sıra, 1-ci döngədə yerləşən 17 saylı fərdi yaşayış evinə dair hərracın keçirilməsi və "ipoteka haqqında" Azərbaycan Respublikası qanununun 41 42 və 43 cü maddələrinə istinad edərək hərrac təşkil olunmuşdur."ipoteka haqqında" Azərbaycan Respublikası qanununun 43.7-ci maddəsinə əasasən hərracın təşkilatçısı hərracı başa çatdırmışdır. Gedişat zamanı icra vərəqəsində edilmiş icra hərəkətlərinin dəyişdirilməsi haqqında heç bir rəsmi məlumat daxil olmamışdır. Daşınmaz əmlakın ilkin satış qiyməti 130000 (bir yüz otuz min) manat, Daşınmaz əmlakın "ipoteka Haqqında" Azərbaycan Respublikası Qanununun 43.5-ci maddəsinə əsasən 15% endirimlə qiyməti: 110500 manat, Daşınmaz əmlakın "İpoteka Haqqında" Azərbaycan Respublikası Qanununun 43.7-ci maddəsinə əsasən təkrar hərracdakı ilkin satış qiymətindən 25% aşağı qiyməti 82875 manat olaraq müəyyən edilərək, tələbkar "xxxx" QSC-yə satılmışdır. İş materiallarına əlavə edilmiş, Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə müqaviləsindən görünür ki, Cavabdeh-nin direktoru X47 (bundan sonra ‘Təşkilatçı”) şəxsində bir tərəfdən və "xxxx" QSC (etibarnamə əsasında səlahiyyətli nümayəndə X37 AA№1611292, FİN:12MEK43) (bundan sonra “Alıcı”) şəxsində digər tərəfdən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin, “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun və “İpoteka haqqında” Azərbaycan Respublikasının qanununun tələblərinə uyğun olaraq Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(103)-1717/2019 saylı icra vərəqəsi və Binəqədi rayon icra şöbəsinin xx.xx.2021-ci il tarixli, xx/xx-175236*16 saylı sifariş məktubuna əsasən aşağıdakı məzmunda bu müqaviləni bağlamışlar, həmin müqavilənin 1-ci bəndinə əsasən “Təşkilatçı” aşağıda qeyd olunan daşınmaz əmlakı "alıcının" tam mülkiyyətinə (təsdiq olunmuş 062 saylı, xx.xx.2021-ci il tarixli hərracın yekun protokoluna əsasən) verməyi, “Alıcı” isə həmin daşınmaz əmlakı alıb onun dəyərini tam ödəməyi öz öhdəsinə götürür. Həmin müqavilənin 2-ci bəndinə əsasən hərrac təşkilatı sənədləşməni mövcud qanuna uyğun olarsa qısa müddətdə tərtib edərək tərəflərə təqdim edir. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən X15 mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi 1-ci sıra 1-ci döngədə yerləşən X14 mülkiyyətdə olan 2 mərtəbəli, 5 otaqlı, 60,9 m2 yaşayış sahəsi, 31,5 m2 köməkçi sahəsi, 92,4 m2 ümumi sahədən ibarət 17 saylı fərdi yaşayış evi 82875 manat köçürmə və ya nəğd yolu ilə əldə edən tələbkar 7 təqvim günü ərzində “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 78-ci və 79-cu maddələrinə uyğun olaraq çəkilən xərcləri ödəməlidir. İş materiallarına əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən tərtib edilmiş mülkiyyət hüquqularının qeydiyyatı barədə qeydiyyat nömrəsi ********** nömrəli xx.xx.2021-ci il tarixli çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında "xxxx" QSC-nin tam mülkiyyətindədir. Məhkəmə araşdırması müəyyən edilmişdir ki, iddiaçı "xxxx" QSC-nin cavabdehlər "xxxx" MMC-yə, X36ma, X8 vərəsələri- X6, X7 və X13, X20, X27, X28, X3, X29 və X6 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbi üzrə iddia tələbi qismən təmin edilərək, iddia predmeti olan kredit məbləğinin cavabdehlərdən tutulması və tutmanın X15 mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi 1-ci sıra 1-ci döngədə yerləşən X14 mülkiyyətdə olan 2 mərtəbəli, 5 otaqlı, 60,9 m2 yaşayış sahəsi, 31,5 m2 köməkçi sahəsi, 92,4 m2 ümumi sahədən ibarət 17 saylı fərdi evinə yönəldilməsi eyni zamanda İpoteka predmeti olan Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi 1-ci sıra 1-ci döngədə yerləşən 17 saylı fərdi yaşayış evinin ilkin satış qiyməti 130.000 (yüz otuz min) manat məbləğində müəyyən edilməsi qət edilmişdir. Bundan sonra Bakı Apelyasiya Məhkəməsinin 05.02 2019-cu il tarixli, 2(103)-1717/2019 saylı icra vərəqəsi əsasında Binəqədi rayon icra şöbəsinin xx.xx.2021-ci il tarixli, xx/xx-175236-16 saylı sifariş məktubu ilə Cavabdeh tərəfindən ipoteka predmetinə dair hərraclar keçirilmişdir. İpoteka predmeti keçirilmiş hərraclarda satılmadığından, həmin əmlak qanunvericliyin tələbinə əsasən cavabdeh tərəfindən tərtib edilmiş protokol və ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə müqaviləsinə əsasən tələbkar "xxxx" QSC-yə 82875 manat müqabilində verilmişdir. Bundan sonra xx.xx.2021-ci il tarixdə həmin əmlaka dair tələbkar "xxxx" QSC-nin tam mülkiyyət hüquqları qeydiyyata alınmışdır. Bununla razılaşmayan iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 keçirilmiş hərracın etibarsız hesab edilməsi ilə bağlı məhkəməyə müraciət etmişlər. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesində ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallara onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşıb-uzlaşmamasına hüquqi qiymət verilməlidir. Məhkəmə iddiaçıların hazırki iddia tələbini əsalandığı halları ayrı-ayrılıqda hüquqi qiymət verilməsini məqsədəmüvafiq hesab edir. Belə ki, iddia ərizəsində iddiaçılar X23, X22 və X14 (ana və nənəsi) mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 1-ci sıra 1-ci döngə 17№-İi fərdi yaşayış evinin tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında dair İddiaçı1 İdris qızı ilə hər hansı razılaşmanın olmadığı halda X14 fərdi yaşayış evini yüklü edilməsini qanuni olmadığı əsas gətirmişdirlər. Qeyd olunan hala münasibətdə məhkəmə ilk növbədə qeyd edir ki, həmin əsas üzrə məhkəmənin qanuni qüvvəsini almış qətnaməsinin olması və göstərilən hala dair artıq digər müvafiq hüquqi araşdırma aparılması nəticəsində təsdiq olunduğundan hazırki iddia tələbi üzrə həmin yenidə araşdırılması qanunvericliklə yolverilməzdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin tələbinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Göstərilən prosessual normanın tələbləri baxımından məhkəmə qeyd edir ki, mülki işin icraatı zamanı preyudisial (əvvəlki hal) faktlar da sübut olunmur. Sübutetmə predmetinə daxil olan tədqiq olunan və məhkəmənin yekun aktında əks edilən faktlar, bu akt qanunla müəyyən edilən qaydada ləğv edilənə və ya dəyişdirilənə qədər həqiqilik və qətilik keyfiyyəti əldə edir. Məcburiliyi baxımından bütün digər orqanlar, vəzifəli şəxslər, təşkilatlar, vətəndaşlar bu aktın məzmunu ilə razılaşmalıdırlar. Artıq qüvvəyə minmiş qətnamənin faktiki əsasını təşkil edən hallar yeni mübahisə üçün də hüquqi əhəmiyyət kəsb etdikdə preyudisiyal əlaqəsi yaranmış olur. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “C.İsmayılzadənin şikayətinə dair” xx.xx.2007-ci il tarixli qərarında qeyd olunmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzib olunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. Avropa Məhkəməsinin “Brumareski Rumıniyaya qarşı” 28 oktyabr 1999-cu il tarixli qərarında göstərilmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. Eyni zamanda iddia ərizəsində iddiaçılar tərəfindən göstərilmiş növbəti əsas Bakı şəhəri Binəqədi rayonu. M.Ə.Rəsulzadə qəsəbəsi, 1-ci sıra, 1-ci döngə istifadədə olan 0.00818 ha torpaq sahəsində 2 mərtəbəli, 5 otaqlı, 60.9 kv.m yaşayış 31.5 kv.m köməkçi sahədən ibarət 17 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə iddiaçılar İddiaçı1 anası, İddiaçı2 və İddiaçı3 nənəsi, yetkinlik yaşına çatmayan X21 və X22 nənəsi X14 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Fərdi yaşayış evinə tutma yönəldilməsi ilə bağlı mülki işə İddiaçı1 İdris qızı uşaqlarıyla birlikdə cəlb edilmədiyi, qeydiyyatda olaraq həmin evdə daimi yaşadıqları və bundan başqa yaşayış sahələrinin olmamasından ibarətdir. Məhkəmə göstərilmiş əsasla razılaşmayaraq bildirir ki, daşınmaz əmlakı üzərində mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmış mülkiyyətçi şəxs tərəfindən sahiblik, sərəncam və istifadə hüquqları məcmu halında həmin əmlaka münasibətdə qanunla müəyyən edilmiş qaydada tam maneəsiz şəkildə tətbiq oluna bilər. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Göstərilən maddi hüquq normalarının tələblərini iş materiallarından olan sübutlara tətbiqi zamanı müəyyən olunur ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi xx.xx.2007-ci ildən tam mülkiyyət hüquqi ilə X17 mülkiyyətində olmuş və xx.xx.2007-ci il tarixdə ipotekayla yüklü edilmişdir. İddiaçıların həmin ünvanda qeydiyyatda olmaları həmin ünvanda yerləşən daşınmaz əmlakın mülkiyyətçisinin həmin əmlaka dair sərəncam vermə hüquqlarını məhdudlaşdıra bilməz. Bundan başqa hazırda ünvan 1 fərdi yaşayış evi ipoteka predmetidir. Belə olan halda iddia ərizəsinin bu hissəsində iddiaçıların (İddiaçı1 İdris qızı uşaqlarıyla birlikdə cəlb edilmədiyi, qeydiyyatda olaraq həmin evdə daimi yaşadıqları və bundan başqa yaşayış sahələrinin olmamasına dair) əsas olaraq göstərdikləri hallar iddia tələbinin hüquqi mahiyyətinə hər-hansı hüquqi əlaqə yaratmır. Lakin buna baxmayaraq məhkəmə iddia tələbinin yönəldiyi Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 1-ci sıra. 1-ci döngədə yerləşən 17 saylı fərdi yaşayış evinə dair keçirilən hərracın etibarsızlığına münasibətdə qeyd edir ki, qanuni qüvvəsini almış məhkəmə qətnaməsi əsasında cavabdehlərdən kredit borcunun müştərək qaydada tutulması və tutumanın ipoteka predmetinə yönəldilməsi qət edilmiş, bundan sonra qətnamə icra edilməsi üçün icra orqanına göndərilmişdir. Daha sonra məhkəmə qətnaməsinin icrasını təmin etmək məqsədi ilə icra orqanı qanunvericiliklə üzərinə qoyulmuş vəzifələr üzrə ipoteka predmetinin hərracını təşkil etmək üçün sifarişlə hazırki iş üzrə Cavabdeh-yə müraciət edərək, hərracın təşkil edilməsini sifariş etmişdir. Bundan sonra Cavabdeh tərəfindən ipoteka predmeti ünvan 1 fərdi yaşayış evinə dair hərrac təşkil olunmuş daşınmaz əmlak keçirilmiş açıq hərracda satılmaması səbəbindən sonuncu hərrac üzrə müəyyən edilmiş dəyəri qanunvericiliyə uyğun olaraq 25 faiz azaldılaraq tələbkara təklif olunmuşdur. Bundan sonra cavabdeh tərəfindən müvafiq protokol tərtib edilərək, müqavilə əsasında ünvan 1 fərdi yaşayış evi tələbkara verilmişdir. Qeyd olunan protokol və müqavilə əsasında tələbkar "xxxx" QSC tərəfindən daşınmaz əmlak üzərində xüsusi mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. Belə ki, “İpoteka haqqında” Qanunun: 34.1-ci maddəsinə görə ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda. 39.2-ci maddəsinə görə ipoteka saxlayan tutmanın yönəldilməsinə dair bildirişin bu Qanunun 36.1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə verilməsi barədə məhkəməyə sübut təqdim etməlidir. “İpoteka haqqında” Qanunun 41.1-ci maddəsinə əsasən ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. “İpoteka haqqında” Qanunun 41.2, 41.3, 41.4 və 41.5-ci maddələrinə əsasən, Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üsulu və satışı həyata keçirməli olan şəxs tərəflərin razılığı ilə müəyyən olunur. Razılığa əsasən ipoteka predmeti hərracda satıldıqda ipoteka saxlayan və ya ipoteka qoyan hərracın təşkilatçısına sifarişi verə bilərlər. Hərrac açıq auksion formasında keçirilir. Həmin Qanunun 42.1-ci maddəsinə əsasən, hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. Həmin Qanunun 42.5 və 42.6-cı maddələrinə əsasən Ən yüksək qiymət təklif etmiş şəxs hərracı udmuş sayılır. Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun keçirildiyi gün hərracın nəticələri haqqında müqavilə qüvvəsinə malik olan protokol imzalayırlar. Protokolun imzalanmasından imtina edilməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415-ci maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.1-ci maddəsinin tələbinə görə üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.2-ci maddəsinin tələbinə görə borclunun əmlakı, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.3-cü maddəsinin tələbinə görə əmlak satılmadıqda həmin əmlak yenidən tələbkara təklif olunur. Tələbkar əmlakdan imtina etdikdə əmlak borcluya, icra sənədi isə icra sənədini vermiş məhkəmə və ya digər orqana qaytarılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 317.1-ci maddəsinə görə borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə görə əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. Yuxarıda qeyd olunan maddi hüquq normalarının ipmerativ şərtlərini iddia tələbinin verilməsinə əsas olmuş hallara, habelə tələbdə göstərilən hərracla bağlı nəticələrin hüquqi statusu ilə bağlı iddiaçının əldə etmək istədiyi nəticəyə tətbiqi zamanı həmin halların əsassız olduğu müəyyən edilir. İddiaçılar tərəfindən məhkəmə araşdırması zamanı müəyyən olunmuş halların təkzib edəcək sübutlar məhkəməyə təqdim edilməmiş, həmçinin məhkəmə araşdırması zamanı iddia tələbinin əsaslı olmasına dair sübutlar aşkar edilməmişdir. Mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə hesab edir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini açıq hərracdan satılması "xxxx" MMC tərəfindən hərraclar qanunun tələblərinə müvafiq olaraq keçirilmiş və hərrac mərkəzi hərracın keçirilməsində haqlı olmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Beləliklə məhkəmə işin hallarını və yuxarıda qeyd olunan maddi hüquq normalarını nəzərə alaraq hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 Cavabdeh-yə qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia tələbi təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 Cavabdeh-yə qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia tələbi rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə apellyasiya şikayəti verilə bilər. Hakim Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №2(005)-2103/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2103/2022
21.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver