Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2116/2023 14.09.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Qurbanova Səkinə Nadir qızının katibliyi, Maraqlı şəxs Ərizəçi iştirakı ilə, Ərizəçi Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Daimi Komissiyasının maraqlı şəxs Ərizəçi cəlb edilməklə “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Daimi Komissiyası məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospekti 78, mənzil 22-də qeydiyyatda olan xx.xx.1939-cu il təvəllüdlü X3 “fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X6, xx.xx.1939-cu il tarixində anadan olmuşdur. X3 ayaqlarının tutulması ilə əlaqədar evdən çölə çıxa bilmir və yüksək təzyiqi olduğu üçün özünü idarə edə bilmir. X6 səhhətində əmələ gəlmiş xəstəliklərlə əlaqədar həmçinin öz hərkətlərini idarə edə bilməməklə yanaşı zəif hərəkət edir. Onun kənar şəxslərin köməyinə ehtiyacı vardır. X6 səhhətində əmələ gəlmiş xəstəliklər nəticəsində müstəqil hərəkət qabiliyyətini itirdiyinə görə həmişə digərlərinin köməyinə və daimi nəzarətinə ehtiyacı vardır. X3 ögey övladlarının olmasına baxmayaraq, ona köməklik etmirlər, ona görə də onun diglərinə ehtiyacı vardır. X6 8 saylı şəhər poliklinikasında daimi qeydiyyatdadır. X3 durumu olduqca ağır olduğu üçün onu adi məişət əqdləri bağlamaqdan, hətta öz pensiyasını müstəqil surətdə gedib almaqdan belə məhrum etmişdir. Ona görə o hər dəfə onun pensiyasını alarkən müəyyən çətinliklərlə üzləşir. X6 daimi Ərizəçi himəyəsindədir, ona görə də X3 üzərində onun qəyyum təyin edilməsi daha məqsədəmüvafiqdir. Belə ki, ilkin olaraq, Ərizəçi məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospekti 78, mənzil 22-də qeydiyyatda olan xx.xx.1939-cu il təvəllüdlü X3 “fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra Ərizəçi ərizə təqdim edərək, ərizəçinin əsl ərizəçi Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Daimi Komissiyası ilə əvəz edilməsinə etiraz etmədiyini bildirmişdir. Maraqlı şəxs Ərizəçi məhkəmə iclasında izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçiyə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan ekspert rəyinə əsasən şəxsin məhkəmə baxışında iştirakı mümkün hesab edilmədiyindən, X6 məhkəmə iclasına dəvət edilməmişdir. Məhkəmə ərizəni, ekspert rəyini iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizənin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə iclasında şahid X5 ifadə verərək bildirdi ki, təxminən 30 ildir ki, Ərizəçila qonşudur. Rizvan X1q edirş Belə ki, o X3 gündəlik tələbatlarını ödəmək məqsədilə onun əvəzinə alış-veriş edir, lazım olduqda onu həkimə aparır. O Lidiya Quliyevanın qohumlarını görməmişdir və onun həyat yoldaşı vəfat etmişdir. Məhkəmə iclasında şahid X7 ifadə verərək bildirdi ki, Lidiya Quliyevanın qonşusudur. Lidiya Quliyevanın həyat yoldaşı vəfat etmiş, övladları isə yoxdur. Lidiya Quliyeva evvndə tək yaşayır və həyətə çıxa bilmir. Məhkəmə iclasında şahid X8 ifadə verərək bildirdi ki, o Lidiya Quliyeva ilə 11 ildir ki, qonşudur. Lidiya Quliyevanın həyat yoldaşı vəfat etmişdir. Ərizəçi Lidiya Quliyevanın qohumudur və Lidiya Quliyevaya o qulluq edir. İş materiallarında olan və məhkəmə trəfindən tədqiq edilmiş: - xx.xx.2021-ci il tarixli renta müqaviləsinin surətindən görünür ki, Ərizəçi ilə X6 arasında renta müqaviləsi bağlanmışdır. - 18 saylı MKİS-in № 037776 nömrəli arayışından görünür ki, Ərizəçi həqiqətən Ağdam rayonundan məcburi köçkündür və Arif Heydərov küçəsi, 31 nömrəli evdə məskunlaşıb yaşayır. - 18 saylı MKİS-in № 037777 nömrəli arayışından görünür ki, X6 H.Əliyev prospekti, ev 78, 22 saylı mənzildə qediyyatdadır. - AR Səhiyyə Nazirliyi ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışdan görünür ki, X6 uzun müddətdir ki, diz oynağının artozundan əziyyət çəkir. Dəfələrlə ambulator müalicə alıb. Şikayət sağ diz oynağında ağrı hərəkət zamanı şiddətlənir, halsızlıq, baş ağrıları, başgicəllənmə özəl klinikada müayinə və müalicə olunur. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X10 Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2023-cü il tarixli, 2393 saylı rəyində qeyd olunur ki, X6 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını başa düşmək və öz hərəkətlərinə rəhbərlik etmək iqtidarına malik deyil. X2 müəyyən edilən damar mənşəli (beyin damarlarının aterosklerozu) üzvi koqnitiv pozuntu, nəzərə çarpan yaddaş pozuntusu ilə əlaqədar fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. X4 müəyyən edilən damar mənşəli (beyin damarlarının aterosklerozu) üzvi koqnitiv pozuntu, nəzərə çarpan yaddaş pozuntusu ilə əlaqədar səhhəti mülki işə məhkəmə baxışından iştirakına yol vermir. Məhkəmə tələb ilə bağlı aşağıdakı qanunvericilik normalarına istinad edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfındən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən, qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanunun tətbiq edilməsi barədə AR Prezidentinin 22 yanvar 2000-ci il tarixli Fərmanının 2.2-ci bəndində əsasən MPM-in 317.2-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini yerli icra hakimiyyəti orqanları həyata keçirirlər. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, ərizəçi Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Daimi Komissiyası X3 fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 59.1.-ci maddəsinə əsasən qanunla nəzərdə tutulmuş hallarda dövlət orqanları, ayrı-ayrı fiziki və hüquqi şəxslər başqa şəxslərin hüquqlarının, azadlıqlarının və qanunla qorunan mənafelərinin müdafiəsi üçün onların xahişi ilə və yaxud digər şəxslərin mənafelərinin müdafiəsi üçün iddia ilə məhkəməyə müraciət edə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan və ya yetkinlik yaşına çatmayan şəxslərin mənafelərinin müdafiəsi üçün maraqlı şəxslərin xahişi olmadan iddia qaldırıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə, X3 damar mənşəli (beyin damarlarının aterosklerozu) üzvi koqnitiv pozuntu, nəzərə çarpan yaddaş pozuntusu nəticəsində öz hərəkətlərinin mənasını başa düşməməsi və öz hərəkətlərinə rəhbərlik edə bilməməsi ərizəçinin izahatı, şahid ifadələri ilə, tibbi sənədlərlə, iş üzrə təyin edilmiş məhkəmə-psixatriya ekspertizasının rəyi ilə və işin digər mötəbər sübutları ilə tam sübuta yetirilir. Buna görə də məhkəmə hesab edir ki, X6 əqli və psixi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşmədiyindən və öz hərəkətlərinə rəhbərlik edə bilmədiyindən, onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizə əsaslıdır. Odur ki, ərizə təmin edilərək xx.xx.1939-cu il təvəllüdlü X6 fəaliyyət qabiliyyətli olmayan hesab edilməlidir. Məhkəmə göstərilən nəticələrə gələrkən ekspert rəyinin sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminatın kifayət qədər yüksək olmasını nəzərə alır. Digər tərəfdən araşdırma zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, ekspert rəyinin sübut növü kimi qəbul edilməməsinə dair dəlillər ehtimal xarakterli olduğundan, həmin rəy hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilməlidir. Azərbaycan Republikası MPM-nin 101.7 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 №li Qərarının 3.3-cü bəndinə əsasən digər sübutlar kimi ekspert rəyinin də əvvəlcədən müəyyən edilmiş heç bir məcburi qüvvəsi yoxdur. Ona görə ekspert rəyinə də digər sübutlarla barəbər qiymət verilməli, ekspert rəyinin məhkəmə tərəfindən qəbul edilib-edilməməsi səbəbləri qətnamədə öz əksini tapmalıdır. Azərbaycan Respublikası MPM-nin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsi ilə müəyyən edilmiş qaydalar əsasında qiymətləndirilir. Ekspert rəyinin qiymətləndirilməsinə aşağıdakılar daxildir: 1) ekspertizanın hazırlanması, təyini, keçirilməsinin prosessual qaydasına riayət edilməsi; 2) qoyulmuş suallara cavabın uyğunluğunun yoxlanılması; 3) rəyin tamlığının müəyyən edilməsi; 4) rəyin elmi əsaslandırılmasının elmi qiymətləndirilməsi. Beləliklə də məhkəmə araşdırılmış halları və qeyd edilən prosesssual normaların tələbləri baxımından hesab edir ki, ekspertizanın qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun şəkildə aparılmasını və məhkəməyə təqdim edildiyini, digər sübutlar, o cümlədən dindirilmiş şahidlərin ifadələri təsdiq edildiyini nəzərə alaraq onu mötəbər sübut növü kimi qiymətləndirilir. Məhkəmə şahidlərin ifadələrinə də qiymət verərək qeyd edir ki, mülki məhkəmə icraatı zamanı geniş istifadə olunan sübutetmə vasitələrindən biri də şahid ifadələridir. Şahid ifadələri işin nəticəsində hüquqi baxımdan maraqlı olmayan şəxslərin baxılan iş üzrə əhəmiyyətli olan hallar barədə bilavasitə qavradığı və ya başqa məlum mənbələrdən aldığı və qanunvericilikdə müəyyənləşdirilmiş prosessual formaya riayət olunmaqla dindirilmə zamanı verdiyi məlumatlardır. Şahid işin gedişi ilə hüquqi baxımdan maraqlı olmayan və işə dair məlumatı olan fiziki şəxsdir. İşin nəticəsində başqa cür maraqlı olmaları (iş üzrə tərəflərdən biri ilə dostluq, bir yerdə işləmək, qonşu olmaq, yaxud əksinə, qərəzçilik münasibətləri) şahidə aid olan vəzifələrin yerinə yetirilməsinə mane ola bilməz, lakin bu hallar onların ifadələrinin qiymətləndirilməsi zamanı məhkəmə tərəfindən nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 305-306, 317-322 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1939-cu il təvəllüdlü X6 (şəxsiyyət vəsiqəsi: seriya AZE, № ********) fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №2(005)-2116/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2116/2023
14.09.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver