Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2129/2022 13.06.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əhmədzadə Əhməd Elman oğlunun katibliyi, X1, İddiaçı, Cavabdeh ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh ASC-nə qarşı “borcun silinməsi” barədə iddia tələbi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-nə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya məxsus Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəsi, ev 67-də yerləşən 93 nömrəli mənzildə 2021-ci ilin sentyabr ayından 30 mart 2022-ci ilə qədər sayğac olmadığı halda sudan istifadə ilə bağlı yazılmış 68 (altmış səkkiz) manat borc pulun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı yazıb bildirir ki, Bakı şəhəri, Nərimanov rayonu, Ə Əliyev küçəsi, ev 67-də yerləşən 93 nömrəli mənzilin mülkiyyətçisidir və bacısı ilə birlikdə həmin mənzildə yaşayırlar. İddiaçının mənzilində əvvəl sayğacı yox idi. “Azərsu'' Açıq Səhmdar Cəmiyyəti tərəfindən 2021-ci ilin sentyabr ayında iddiaçının mənzilinə sayğac qoyulması ilə bağlı yoxlanış keçirildi. Lakin onlar “Azərsu" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşına bildirdi ki, indi yox bir müddət sonra mənzildə sudan istifadə ilə bağlı sayğac quraşdırılması uçun müraciət edəcəkdir. Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin işçisi isə iddiaçıya bildirdi ki, əgər sayğacı indi quraşdırmırsızsa onda 2 nəfərə yox, 4 nəfərin sudan istifadəsinə görə pul ödəyəcəksiz. İddiaçı “Asan xidmət” Mərkəzindən ailə tərkibi barədə arayış aldı və həmin arayışda da qeyd olunmuşdu ki, biz həmin mənzildə dörd nəfər yox, iki nəfər yaşayırlar. Nəticə etibarı ilə isə “Azərsu" Açıq Səhmdar Cəmiyyətin tərəfindən 2021-ci ilin sentyabr ayından 30 mart 2022-cı ilə qədər mənim mənzilində sudan istifadə ilə bağlı 68 (altmış səkkiz) manat borc pul yazılmışdır. Halbuki onlar mənzilə sayğacı 2021-ci ilin sentyabr ayından yox, 30 mart 2022-ci ildə quraşdırmışlar və onlar mənzildə 4 nəfər yox, iki nəfər yaşayırlar. Məhkəməyə müraciət etməkdə məqsədi iddiaçıya məxsus Bakı şəhəri, Nərimanov rayonu, Ə Əliyev küçəsi, ev 67-də yerləşən 63 nömrəli mənzildə sudan istifadə ilə bağlı yazılmış 68 (altmış səkkiz) manat borc pulun silinməsi ilə bağlıdır. Məhkəmə iclasında İddiaçı oğlu iddia tələbini müdafiə edərək, məhkəmədən onun təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Cavabdeh ASC-nin nümayəndəsi X3 məhkəmə iclasında izahat verərək, iddia tələbini qəbul etmədiklərini, borca dair saldonu təqdim edərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan 116 saylı Mənzil-Kommunal İstismar Sahəsinin 237 saylı xx.xx.2022-ci il tarixli arayışından görünür ki, İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, Ə Əliyev küçəsi, ev 67-də yerləşən 93 nömrəli mənzilində pasport qeydiyyatındadır və bacısı X8 ilə birgə yaşayır. İş materiallarında olan Sayğacsız Abonentin yoxlanılması haqqında Aktın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Ə Əliyev küçəsi, ev 67-də yerləşən 93 nömrəli mənzilində sayğac quraşdırılmasını abonent istəmir və 4 nəfər yaşayır. İş materiallarında olan Ünvanda ailə tərkibinin dəqiqləşdirilməsinə dair 72/2021 saylı Aktın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Ə Əliyev küçəsi, ev 67-də yerləşən 93 nömrəli mənzilində baxış keçirilmiş və məlum olmuşdur ki, həmin ünvanda 4 nəfər yaşayır. İş materiallarında olan Cavabdeh ASC-nin xx.xx.2021-ci il tarixli İddiaçı ünvanlanmış məktubun surətindən görünür ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 262 nömrəli qərarı ilə təsdiq edilmiş “X6”nın 7.4-cü bəndinə əsasən əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və bura görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Bu zaman ailə tərkibinin dəqiq müəyyənləşdirilməsi üçün istehlakçılar tərəfindən müvafiq hüquqtəsdiqedici sənəd (yaşayış yeri üzrə qeydiyyatda olanların ailə tərkibi haqqında arayışı) ən geci 7 (yeddi) iş günü müddətində STKM-ə təqdim edilməlidir. Su təchizatı və kanalizasiya müəssisəsi (STKM) hesablamanı sənəd təqdim edildiyi gündən sənəddə göstərilən məlumata uyğun aparmalıdır. İstifadə edilən su sərfiyyatına görə hesablaşmanın şəffaf və dəqiq aparılması məqsədilə mənzilinizin su xətti üzərində sayğac quraşdırılmasına şərait yaratmağınız xahiş olunur. Hazırda su təchizatı və çirkab sularının axıdılması xidmətlərindən istifadəyə görə hesabınızda 32,03 manat borc var. Qeyd edilən borc ailə tərkibinə əsasən hesablanmış məbləğin ödənilməmiş hissəsidir. İş materiallarında olan Cavabdeh ASC-nin xx.xx.2022-ci il tarixli İddiaçı ünvanlanmış məktubun surətindən görünür ki, Su təchizatı və çirkab sularının axıdılması xidmətlərindən istifadəyə gore hesabınızda yaranmış borcun araşdırılması ilə bağlı Azərbaycanda Rus İcmasına daxıl olan və araşdırılması üçün "Azərsu' Açıq Səhmdar Cəmiyyətinə ünvanlanmış xx.xx.2022-ci il tarixli T-1327 nömrəli təkrar eynıməzmunlu müraciətinizə baxılmışdır. Müraciətlə bağlı bildiririk ki, Nərimanov rayon Sukanal İdarəsinin əməkdaşları tərəfindən sözügedən ünvana mütəmadı baxış keçirilən zaman hesabatın ailə tərkibi 2 (ıkı) nəfərə əsasən aparılmasına baxmayaraq 4 (dörd) nəfər ailə üzvünün yaşadığı müəyyən edilmiş və xx.xx.2021-ci il tarixdə müvafiq qaydada aktlaşdırılmışdır Qeyd edilən tarixdən hesabatınız ailə tərkibi 4 (dörd) nəfər olmaqla aparılmaqdadır. İstifadə edilən su sərfiyyatına görə hesablaşmanın şəffaf və dəqiq aparılması məqsədilə mənzilinizin su xətti üzərində sayğac quraşdırılması barədə əməkdaşlarımızın dəfələrlə Sizə məlumat vermələrinə baxmayaraq tərəfinizdən şərait yaradılmamışdır. Hazırda su təchizatı və çirkab sularının axıdılması xidmətlərindən istifadəyə görə hesabınızda 54 03 manat boıc vər Qeyd edilən borc ə’iə tərkibinə əsasən hesablanmış məbləğin ödənilməmiş hissəsidir. İş materiallarında olan Abunə Haqqında arayışdan görünür ki, 4 nəfərlik sayğacsız orta sərfiyyat üzrə ümumi borc 68,03 manatdır. Beləliklə, məhkəmə iclasında işin müəyyən edilmişdir ki, İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, Ə Əliyev küçəsi, ev 67-də yerləşən 93 nömrəli mənzilində pasport qeydiyyatındadır və bacısı X8 ilə birgə yaşayır. Sayğacsız Abonentin yoxlanılması haqqında Aktın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Ə Əliyev küçəsi, ev 67-də yerləşən 93 nömrəli mənzilində sayğac quraşdırılmasını abonent istəmir və 4 nəfər yaşayır. Ünvanda ailə tərkibinin dəqiqləşdirilməsinə dair 72/2021 saylı Aktın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Ə Əliyev küçəsi, ev 67-də yerləşən 93 nömrəli mənzilində baxış keçirilmiş və məlum olmuşdur ki, həmin ünvanda 4 nəfər yaşayır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 262 nömrəli qərarı ilə təsdiq edilmiş “X6”nın 7.4-cü bəndinə əsasən əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və bura görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Bu zaman ailə tərkibinin dəqiq müəyyənləşdirilməsi üçün istehlakçılar tərəfindən müvafiq hüquqtəsdiqedici sənəd (yaşayış yeri üzrə qeydiyyatda olanların ailə tərkibi haqqında arayışı) ən geci 7 (yeddi) iş günü müddətində STKM-ə təqdim edilməlidir. Su təchizatı və kanalizasiya müəssisəsi (STKM) hesablamanı sənəd təqdim edildiyi gündən sənəddə göstərilən məlumata uyğun aparmalıdır. İstifadə edilən su sərfiyyatına görə hesablaşmanın şəffaf və dəqiq aparılması məqsədilə mənzilinizin su xətti üzərində sayğac quraşdırılmasına şərait yaratmağınız xahiş olunur. Hazırda su təchizatı və çirkab sularının axıdılması xidmətlərindən istifadəyə görə hesabınızda 32,03 manat borc var. Qeyd edilən borc ailə tərkibinə əsasən hesablanmış məbləğin ödənilməmiş hissəsidir. Cavabdeh ASC-nin xx.xx.2022-ci il tarixli İddiaçı ünvanlanmış məktubun surətindən görünür ki, Su təchizatı və çirkab sularının axıdılması xidmətlərindən istifadəyə gore hesabınızda yaranmış borcun araşdırılması ilə bağlı Azərbaycanda Rus İcmasına daxıl olan və araşdırılması üçün "Azərsu' Açıq Səhmdar Cəmiyyətinə ünvanlanmış xx.xx.2022-ci il tarixli T-1327 nömrəli təkrar eynıməzmunlu müraciətinizə baxılmışdır. Müraciətlə bağlı bildiririk ki, Nərimanov rayon Sukanal İdarəsinin əməkdaşları tərəfindən sözügedən ünvana mütəmadı baxış keçirilən zaman hesabatın ailə tərkibi 2 (ıkı) nəfərə əsasən aparılmasına baxmayaraq 4 (dörd) nəfər ailə üzvünün yaşadığı müəyyən edilmiş və xx.xx.2021-ci il tarixdə müvafiq qaydada aktlaşdırılmışdır Qeyd edilən tarixdən hesabatınız ailə tərkibi 4 (dörd) nəfər olmaqla aparılmaqdadır. İstifadə edilən su sərfiyyatına görə hesablaşmanın şəffaf və dəqiq aparılması məqsədilə mənzilinizin su xətti üzərində sayğac quraşdırılması barədə əməkdaşlarımızın dəfələrlə Sizə məlumat vermələrinə baxmayaraq tərəfinizdən şərait yaradılmamışdır. Hazırda su təchizatı və çirkab sularının axıdılması xidmətlərindən istifadəyə görə hesabınızda 54 03 manat boıc vər Qeyd edilən borc ə’iə tərkibinə əsasən hesablanmış məbləğin ödənilməmiş hissəsidir. Abunə Haqqında arayışdan görünür ki, 4 nəfərlik sayğacsız orta sərfiyyat üzrə ümumi borc 68,03 manatdır. Hal-hazırda iddiaçı, “Azərsu" ASC tərəfindən hesablanan 68 manat məbləğində əsassız borcun silinməsini məhkəmədən xahiş edir. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Tərəflər arasında suyun alğı-satqısı ilə bağlı müqavilənin bağlandığı və iddiaçının cavabdehi su ilə təmin etdiyi və ona kanalizasiya xidmətləri göstərdiyi işin mübahisəsiz halıdır. Lakin tərəflər arasındakı mübahisə sərf olunmuş suya görə tutulan pul ilə bağlıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Eyni zamanda nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş, “X6”na əsasən, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq tərtib edilmiş hesab istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra müvafiq vəsait 1 (bir) ay müddətində tam ödənilmədikdə; istehlakçıya verilən suyun və axıdılan tullantı sularının həcmini smart-kart tipli olmayan su ölçən cihazın göstəricilərinə əsasən, su ölçən cihaz quraşdırılmadıqda isə bu Qaydaların 7.2-ci bəndinə uyğun olaraq müəyyənləşdirmək su təchizatı və kanalizasiya müəssisəsinin vəzifəsidir. Smart-kart tipli olmayan suölçən cihaz quraşdırılmış və ya suölçən cihaz quraşdırılmamış istehlakçıdan verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq təqdim edilmiş hesabın ödənilməsini tələb etmək su təchizatı və kanalizasiya müəssisəsinin hüququdur. Həmin Qərarın 7.4-cü bəndinə əsasən, əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim olunmalıdır. Belə mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayında dəyişikliklər olduqda, istehlakçı bu faktı təsdiq edən sənədi ən geci 7 (yeddi) iş günü müddətində STKM-ə təqdim etməlidir. STKM hesablamanı sənəd təqdim edildiyi gündən sənəddə göstərilən məlumata uyğun aparmalıdır. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim etmədikdə su təchizatı və tullantı suları barədə hesabat ölkə üzrə ailə tərkibinin müəyyənləşdirilmiş orta statistik say tərkibinə uyğun olaraq aparılır. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, İddiaçı hazırkı iddiası əsaslıdır, iddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim etmiş, həmin sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmışdır. Cavabdeh təşkilatın nümayəndəsi isə göstərilənlərə dair hər hansı sübutlarını məhkəməyə təqdim etməmişdir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəsi, ev 67-də yerləşən 93 nömrəli mənzildə Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən hesablanmış 68 manat məbləğində borc vəsaiti silinməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarında qeyd edildiyi kimi istehlakçı tərəfindən Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd təqdim edilmədikdə su təchizatı və tullantı suları barədə hesabat ölkə üzrə ailə tərkibinin müəyyənləşdirilmiş orta statistik say tərkibinə uyğun olaraq aparılır. Lakin iddiaçının müxtəlif vaxtlarda çoxsaylı müraciətləri, ailə tərkibi barədə arayış təqdim etməsinə baxmayaraq, cavabdeh cəmiyyət tərəfindən su sərfiyyatı 4 nəfər üçün hesablanmışdır. Azərbaycan Respublikası MPM-nin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəsi, ev 67-də yerləşən 93 nömrəli mənzili üçün hesablanmış 68 manat məbləğində borc vəsaiti İddiaçı oğlunun hesabından silinsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-2129/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2129/2022
13.06.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver