Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-214/2025 26.02.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdeh X5 qarşı (açar sözlər: lizinq, ekspertiza rəyi) Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rüfanə Xıdır qızının katibliyi, Cavabdehin nümayəndəsi Sahib Kakhramanovun iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh X5 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, Əhməd bəy Ağaoğlu 34A) açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. İşin mahiyyəti: İddiaçı MMC cavabdeh X5 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X4 “VİP leasing" MMC-yə olan 11686.64 (on bir min altı yüz səksən altı manat altmış dörd qəpik) manat əsas borc, 4872.58 (dörd min səkkiz yüz yetmiş iki manat əlli səkkiz qəpik) manat lizinq mükafatı və 1467.58 (bir min dörd yüz altmış yeddi manat əlli səkkiz qəpik) manat dəbbə borcu olmaqla cəmi 18026.80 (on səkkiz min iyirmi altı manat səksən qəpik), iddia ərizəsinə görə ödənilmiş 147 (bir yüz qırx yeddi manat) manat dövlət rüsumu ödənişinin cavabdeh X3 "xxxx" MMC-nin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, X6 ilə “VİP Leasing" MMC arasında 19 iyun 2017-ci il tarixli AK 113/14 saylı Öhdəliyin icrası ilə bağlı saziş bağlanmışdır. Daxili maliyyə lizinqi müqaviləsinə əsasən “VİP Leasing" MMC-nin mülkiyyətində olan BMW X5 minik markalı, **-JJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi X5 lizinqə verilmişdir. Bununla bağlı X6 ilə “VİP Leasing" MMC arasında 19 iyun 2017-ci il tarixində Öhdəliyin icrası ilə bağlı saziş bağlanmışdır. 19 iyun 2017-cı il tarixli öhdəliyin icrası ilə bağlı sazişə əsasən, cavabdehin 28 aprel 2023-cü il tarixinə 11686.64 (on bir min altı yüz səksən altı manat altmış dörd qəpik) manat əsas borc. 4872.58 (dörd min səkkiz yüz yetmiş iki manat əlli səkkiz qəpik) manat lizinq mükafatı və 1467.58 (bir min dörd yüz altmış yeddi manat əlli səkkiz qəpik) manat dəbbə borcu olmaqla cəmi 18026.80 (on səkkiz min iyirmi altı manat səksən qəpik) manat məbləğində borcu ödənilməmiş qalmışdır. Göründüyü kimi cavabdeh 19 iyun 2017-ci il tarixli AK 113/14 saylı Öhdəliyin icrası ilə bağlı sazişi əhəmiyyətli dərəcədə pozmuş və vurduğu zərər nəticəsində “VİP Leasing" MMC-ni müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan məhrum etmişdir. Borcun ödənilməsi və lizinq predmeti olan nəqliyyat vasitəsinin qaytarılması tələbi ilə cavabdehlərə dəfələrlə şifahi və yazılı müraciət olunmasına, tərəfimizdən məsələnin məhkəmədənkənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq, cavabdehlər borcun və lizinq predmeti olan nəqliyyat vasitəsinin qaytarılması üçün heç bir təşəbbüs göstərməmişlər. Bununla da cavabdehlər, öhdəliyin icrası ilə bağlı sazişdə nəzərdə tutulmuş öhdəliyini yerinə yetirməmiş və eyni zamanda hesablara, mühasibat uçotuna dəqiq və düzgün əməl etmədiyindən Daxili maliyyə lizinqi Müqaviləsi üzrə yaranmış borcun məhkəmə qaydasında tələb edilməsi zərurəti yaranmışdır. Hal-hazırda cavabdehlərin Daxili maliyyə lizinqi müqaviləsinə əsasən "xxxx" MMC-yə olan əsas, lizinq mükafatı və ona hesablanmış dəbbə borcu 18026.80 (on səkkiz min iyirmi altı manat səksən qəpik) manat təşkil edir ki, bu borcun da cavabdehlər tərəfindən ödənilməsi təmin edilməlidir. Daxili Maliyyə lizinqi Müqaviləsinin 11.1-ci bəndinə əsasən, «lizinq alan lizinq məbləğini ödəməli olduğu tarix ilə həqiqi ödəmə tarixi arnsındnki müddətə lıər gecikdirilmiş gün üçün 0.5% faiz dərəcəsi ilə cərimə pulu (dəbbə pulu) ödəyir. II. Tərəflərin mövqeləri: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək bildirmişdir ki, avtomobil artıq il yarım – iki ildir ki, iddiaçıdadır. Avtomobilin motoru dağılmış, onun motorunu özü dəyişmiş, təkərlərini qoymuşdur. Borcun haradan yarandığını bilmir. Avtomobilə görə 8000 ödəmişdir. Ödənişlə bağlı sənədləri və qəbzləri də var. Lakin iddiaçı ondan 18000 manat pul istəyir. Bu borcla razı deyildir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Bununla belə iddiaçı xx.xx.2025-ci il tarixdə elektron kabinet vasitəsilə yazılı ərizə təqdim edərək, məhkəmə mühasibatlıq ekspertizasının rəyində qeyd edilən rəqəmlərlə razı olduqlarını bildirmiş, məhkəmə baxış iclasını iştirakları olmadan keçirilməsinə, iddia tələbinin təmin edilmsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən iddiaçının nümayəndəsinin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. III. İşin faktiki halları: İş materiallarında olan: - AC 908324 №-li nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, 2011-ci il buraxılışlı, “BMW X-5” minik markalı, **-JJ-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobilin sahibi İddiaçı MMC-dir. - 19 dekabr 2014-cü il tarixli AK-113/14 savlı daxili maliyyə lizinq müqaviləsindən görünür ki, Lizinq verən onunla X9 (bundan sonra 'Satıcı") arasında imzalanmış 113 saylı alqı- satqı müqavıiəsi üzrə BMW - X5 markalı, avtomaşını lizinq haqqı müqabilində Azərbaycan Respublikasının qanunvericiliyi və bu Müqavilənin müddəalarına uyğun olaraq sahibliyinə və Lizinq alanın istifadəsinə verir. Lizinq obyektinin qiyməti 51352 manat təşkil edir. - İddiaçı MMC və X6 arasında bağlanmış 19 iyun 2017-ci il tarixli AK 113/14 saylı Öhdəliyin icrası ilə bağlı sazişdən görünür ki, Kakhramanov Samirin “18” dekabr 2014-cü il tarixli AK-113/14 saylı daxili maliyyə lizinq müqaviləsinə əsasən "xxxx" MMC-yə xx-xx- 2017-ci il tarixinə borcu 28210.69 (iyirmi səkkiz min iki yüz on manat, altmış doqquz qəpik) təşkil edir. Qeyd edilən məbləğ AK 113 N müqaviləsində qeyd olunan qrafikin davamı olaraq illik 18 % faizi hesablanmaqla hər ay 1069,16 (bir min altmış doqquz manat, on altı qəpik) AZN olmaqla tam ödənilənədək lizinq obyektinin mülkiyyət hüququ "xxxx" MMC-yə məxsusdur. Kakhramanov Samir lizinq ödənişi cədvəlinə əsasən öhdəliyini tam icra edənədək lizinq obyekti olan avtomobilin texniki və kosmetik işlərinə avtomobilin tam sazlığına cavabdehdir. Kakhramanov Samirin daxili maliyyə lizinq müqaviləsi üzrə ödənişi hər ayın 18-i tarixindədir. Ödəniş günündən 30 təqvim günü ərzində Kakhramanov Samir ödəniş etməzsə " VİP Leasing” MMC lizinq obyekti olan avtomobili mübahisəsiz geri almaq hüququna malikdir. - 113 saylı 18 dekabr 2014-cü il tarixli daxili maliyyət lizinqi müqaviləyə dair 19 iyun 2017-ci il tarixli iltizamdan görünür ki, müqaviləyə olunmuş əlavəyə əsasən aldığı BMW X5 minik markalı, avtomaşın qrafik üzrə hər ayın 18 ödənişdir. 30 gün ərzində ödənişi gecikdirərsə, "xxxx" MMC tərəfindən avtomobilin müsadirə edilməsinə heç bir etirazı yoxdur "xxxx" MMC-yə qarşı heç bir iddiası yoxdur. - 19 iyun 2017-ci il tarixli 113 saylı daxili maliyyə lizinqi müqaviləsinə 25 yanvar 2021ci il tarixli 1 №-li əlavədən görünür ki, kreditin məbləği 30342,56 AZN, faiz 18 %, müddət 36 aydır. - 19 iyun 2017-ci il tarixli 113 saylı daxili maliyyə lizinqi müqaviləsinə 20 dekabr 2021ci il tarixli 1 №-li əlavədən görünür ki, kreditin məbləği 34004,31 AZN, faiz 18 %, müddət 36 aydır. - Lizinq verən "xxxx" MMC-nin direktoru və lizinq alan Kakhramanov Samir tərəfindən tərtib olunmuş 19 iyun 2017-ci il tarixli təhvil-təslim aktından görünür ki, "Satıcı“ya məxsus və qeyd olunan Müqavilənin 1-ci bəndində nəzərdə tutulan avtonəqliyyat vasitəsi sahiblik və istifadə edilməsi üçün lizinq alana təhvuk verilmiş, lizinq alan isə onu təhvil almışdır. - Öhdəliyin icrası ilə bağlı sazişdə dəyişiklik və əlavələr edilməsi barədə razılaşmalardan görünür ki, 19 iyun 2017-ci il tarixli 113 saylı öhdəliyin icrası ilə bağlı sazişin müddəti 05 may 2023-cü il, 25 yanvar 2024-cü il və 20 dekabr 2024-cü il tarixədək uzadılmışdır. - İddiaçı MMC tərəfindən X5 ünvanlanmış 28 aprel 2023-cü il tarixli xəbərdarlıqpretenziya məktubundan görünür ki, cavabdehdən borcunu 3 gün ərzində ödəməsi, əks təqdirdə yaranmış borc və lizinq premetinin qaytarılması tələbi ilə məhkəməyə müraciət olunacağı bildirilmişdir. -İddiaçı MMC-nin 16 may 2024-cü il tarixli H-148/24 №-li arayışdan görünür ki, AK 113/14 saylı Öhdəliyin icrası ilə bağlı sazişə əsasən 28 aprel 2023-cü il tarixə ödənilməli əsas borc 11686,64 manat, lizinq mükafatı 4872,58 manat, ödənilməli dəbbə borcu 1467,58 manatdır. IV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, X6 ilə “VİP Leasing" MMC arasında 19 iyun 2017-ci il tarixli AK 113/14 saylı Öhdəliyin icrası ilə bağlı saziş bağlanmışdır. Daxili maliyyə lizinqi müqaviləsinə əsasən “VİP Leasing" MMC-nin mülkiyyətində olan “BMW X5” minik markalı, **-JJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi X5 lizinqə verilmişdir. Lizinq alan bu müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı müqavilə üzrə öhdəliyini yerinə yetirmiş, avtomobil avtomobil lizinq alan X1 verilmişdir. Bununla belə, cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirməmişdir. İddiaçı borcun ödənilməsi barədə pretenziya məktubu ilə cavabdehə müraciət etmiş, bununla belə borc ödənilməmişdir. Bu səbəbdən iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ləğv edilə bilər. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 748-1.9-cu maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. 748-1.12.4-cü maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. 748-10.1-ci maddəsinə əsasən lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. 748-10.2-ci maddəsinə əsasən lizinq ödənişlərinin məbləği, həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq bu Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir. 748-10.4-cü maddəsinə əsasən lizinq alanın lizinq ödənişlərinin verilməsi ilə bağlı öhdəlikləri, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektindən istifadəyə başladığı vaxtdan qüvvəyə minir. Göründüyü kimi tərəflər arasında bağlanmış müqavilə üzrə iddiaçı tərəfindən öhdəliklər qanunvericiliyə uyğun olaraq yerinə yetirilmiş, avtomobil cavabdehə təhvil verilmişdir. X2 tərəfindən müqavilə üzrə aylıq ödənişlər edilməməklə müqavilənin şərtləri pozulmuşdur. Buna görə cavabdeh X4 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, borclu onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq müqavilə üzrə borcunu iddiaçıya ödəməlidir. İddiaçı cavabdehdən 28 aprel 2023-cü il tarixə ödənilməli əsas borc kimi 11686,64 manat, lizinq mükafatı kimi 4872,58 manat, ödənilməli dəbbə borcu kimi 1467,58 manat tələb edir. Məhkəmə araşdırması zamanı cavabdehin iddiaçıya 28 aprel 2023-cü il tarixə olan borcunun obyektiv olaraq müəyyən edilməsi məqsədilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 22 yanvar 2025-ci il tarixli 9/8314 nömrəli rəydən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, X4 "xxxx" MMC-ə ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, xx.xx.2017-ci il tarixli, AK-113/14 saylı öhdəliyin icrası ilə bağlı saziş və xx.xx.2021-ci il tarixli Əlavə Razılaşma, Əlavə 1 (ödəniş cədvəli) şərtləri nəzərə alınmaqla X4 xx.xx.2023-cü il tarixədək (sualda göstərilən tarix) "xxxx" MMC-ə olan müqavilə üzrə ödənilməli əsas və mükafat borcu 14.698,44 manat məbləğində müəyyən edilir, o cümlədən: əsas borc üzrə 9.902,18 manat, mükafat borcu üzrə 4.796,26 manat. İddiaçı xx.xx.2025-ci il tarixdə elektron kabinet vasitəsilə yazılı ərizə təqdim edərək, məhkəmə mühasibatlıq ekspertizasının rəyi ilə tanış olduqlarını və rəydə qeyd edilən rəqəmlərlə razı olduqlarını bildirmişdir. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Məhkəmə müqavilə üzrə əsas və mükafat borcu məbləğini müəyyən edərkən X4 "xxxx" MMC-ə ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, xx.xx.2017-ci il tarixli, AK-113/14 saylı öhdəliyin icrası ilə bağlı saziş və xx.xx.2021-ci il tarixli Əlavə Razılaşma, Əlavə 1 (ödəniş cədvəli) şərtləri nəzərə alınmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 22 yanvar 2025-ci il tarixli 9/8314 ekspert rəyini iş üzrə tədqiq edilmiş digər sübutlarla yanaşı qiymətləndirərək hesab edir ki, həmin ekspert rəyi sübut kimi qəbul edilməli, əsas borc məbləği və lizinq mükafatı məbləği, ekspertin gəldiyi nəticəyə uyğun olaraq - əsas borc üzrə 9.902,18 manat, faiz borcu üzrə 4.796,26 mana həddində müəyyən edilməlidir. İddiaçı həmçinin cavabdehdən 1467,58 manat məbləğində dəbbə pulu tutulmasını xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinin tələbinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Yuxarıda göstərilən maddi hüquq normalarının tələblərindən göründüyü kimi dəbbə pulunu öhdəliyin icrasını təmin etmə üsullarından biri kimi təsbit edir (460.1-ci maddə). Dəbbə pulu tərəflərin iradə sərbəstliyi və müqavilə azadlığı prinsiplərinə söykənir. Bu prinsiplər çərçivəsində tərəflər dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər (MM-in 462.3-cü maddəsi). Lakin müəyyənləşdirilən dəbbə pulu miqdarı bəzi hallarda borclunun iqtisadi vəziyyətinə, sahibkarlıq fəaliyyətinə mənfi yöndə təsir edəcək şəkildə tənasübsüz ola bilər. Bu halda, müqavilədəki tənasübsüz dəbbə pulu şərti borclu üçün yalnız məhdud şəkildə öhdəlik yarada bilər. Təsadüfi deyildir ki, Mülki Məcəllənin 467-ci maddəsi məhkəməyə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Məhkəmə bu səlahiyyətini həyata keçirərkən kreditor və borclunun iqtisadi vəziyyətlərini, kreditorun mənafelərini, xüsusilə də çəkdiyi zərərin miqdarını, borclunun təqsirini, öhdəliyin pozulmasının ağırlığını, müqavilənin növünü və müddətini nəzərə alır. Məhkəmə hesab edir ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Göründüyü kimi qanunverici tənasübsüz surətdə yüksək dəbbə pulunun məhkəmə tərəfindən azaldılması imkanını nəzərdə tutmuşdur. Qanunvericinin qeyd olunan mövqeyini, tərəflərin maddi vəziyyətini nəzərə alan məhkəmə tələb edilən cərimənin miqdarı müqavilə üzrə yaranmış əsas borc məbləğinə mütənasib olmadığından tənasübsüz surətdə yüksək hesablanmış 1467,58 manat cərimə məbləğinin 100 (yüz) manat həddinədək azaldılmasını ədalətli hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 115.0.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 124.3-cü maddəsinə əsasən, iddia qismən təmin edilmişsə, cavabdeh isə məhkəmə xərclərini ödəməkdən azad olunmuşsa, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər məhkəmə xərclərini ödəməkdən azad edilmiş iddiaçıdan tutularaq, iddia tələblərinin təmini rədd edilmiş hissəyə münasib olaraq dövlət mədaxilinə alınır. Həmçinin məhkəmə hesab edir ki, hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci və 124-cü maddələri ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, hazırkı iddia qismən təmin edildiyindən və tərəflərin dövlət rüsumundan azad olması halları məhkəmə tərəfindən müəyyən edilmədiyindən qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 147 manat dövlət rüsumunun 100 (yüz) manat hissəsi cavabdeh X3 tutularaq iddiaçının xeyrinə ödənilməli, dövlət rüsumu qalan hissədə iddiaçının özünə aid edilməlidir. Eyni zamanda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş rəyə əlavə edilmiş bildirişlər müəyyən olunur ki, aparılmış tədqiqatın dəyəri 200 manat təşkil edir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, işə baxılması ilə əlaqədar məsrəf olaraq cavabdeh X3 150 (yüz əlli) manat, İddiaçı MMC-dən 50 (əlli) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə ödənilməlidir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh X3 9902,18 (doqquz min doqquz yüz iki manat on səkkiz qəpik) manat əsas borc, 4796,26 (dörd min yeddi yüz doxsan altı manat iyirmi altı qəpik) manat lizinq mükafatı və 100 (yüz) manat dəbbə borcu olmaqla cəmi 14798,44 (on dörd min yeddi yüz doxsan səkkiz manat qırx dörd qəpik) və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 100 (yüz) manat tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməli, ərizə qalan hissədə təmin edilməməli, dövlət rüsumu qalan hissədə iddiaçının özünə aid edilməli, cavabdeh X3 150 (yüz əlli) manat, İddiaçı MMC-dən 50 (əlli) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X7 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ 22) ödənilməlidir. V. Nəticə: Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 124, 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh X3 9902,18 (doqquz min doqquz yüz iki manat on səkkiz qəpik) manat əsas borc, 4796,26 (dörd min yeddi yüz doxsan altı manat iyirmi altı qəpik) manat lizinq mükafatı və 100 (yüz) manat dəbbə borcu olmaqla cəmi 14798,44 (on dörd min yeddi yüz doxsan səkkiz manat qırx dörd qəpik) və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 100 (yüz) manat tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Ərizə qalan hissədə təmin edilməsin. Dövlət rüsumu qalan hissədə iddiaçının özünə aid edilsin. Cavabdeh X3 150 (yüz əlli) manat, İddiaçı MMC-dən 50 (əlli) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X7 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ 22) ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov 540) apellyasiya şikayəti verilə bilər. Hakim Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №2(005)-214/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-214/2025
26.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver