Məhkəmə qərarları › İş №2(005)-2142/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2142/2020

18.08.2020 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2142/2020 18.08.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X2, Ərizəçi iştirakı ilə, Ərizəçi (Bakı Şəhər Nərimanov Rayon İcra Hakimiyyətinin Övladlığa Götürmə, Qəyyumluq və Himayə Komissiyası maraqlı şəxs qismində işə cəlb edilməklə) “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, F.X,Xoyski küçəsi 118, mənzil 48-də qeydiyyatda olan, xx.xx.1999-cu il Bakı şəhərində anadan olmuş X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, onun oğlu X9 xx.xx.1999-cu ildə Bakı şəhərində anadan olmuşdur. Onun oğlu anadangəlmə ümumi əsaslarla 1-ci qrup əlildir.Oğlunun səhhətində əmələ gəlmiş psixi qüsurlar nəticəsində o öz hərəkətlərinin mənasını anlaya bilmir, həmçinin öz hərəkətlərini idarə və rəhbərlik edə bilməməklə yanaşı zəif hərəkət edir. Onun kənar şəxslərin köməyinə kəskin ehtiyacı vardır.Oğlumun psixi və fiziki qüsurları nəticəsində öz hərəkətlərinin mənasını başa düşmədiyi və hərəkətlərinə rəhbərlik edə bilmədiyi, eləcə də müstəqil hərəkət qabiliyyətini itirdiyinə görə 1-ci qrup əlil olduğu üçün həmişə anasının köməyinə və daimi nəzarətinə kəskin ehtiyacı vardır, həyat yoldaşı Elşadın özü də 2-ci qrup əlildir, onunla rəsmi nikahdan iki övladları vardır.Oğlu Bakı şəhəri, Nərimanov rayonu, 4 saylı Şəhər Poliklinikasında daimi qeydiyyatdadır, «аnadangəlmə qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, ağır dərəcəli kəmağıllılıq, nəzərə çarpan imbesillik dərəcəsində kobud nitq və davranış pozuntuları» diaqnozu xəstəliyindən əziyyət çəkir və kənar şəxslərin himayəsinə ehtiyacı var. Oğlunun vəziyyəti onu adi məişət əqdlərini bağlamaqdan, hətta öz təqaüdünü müstəqil surətdə gedib almaqdan belə məhrum etmişdir. Ona görə hər dəfə ərizəçi onun təqaüdünü alarkən müəyyən çətinliklərlə üzləşir. Məhkəmə iclasında Ərizəçi ərizənin dəlillərinə uyğun şəkildə izahat verərək, ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə maraqlı şəxs Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin Övladlığa Götürmə, Qəyyumluq və Himayə Komissiyasına lazımi qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxs hər hansı üzrlü səbəb göstərmədən nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin izahatını dinləyib, ərizəni və ona əlavə edilmiş sənədləri tədqiq edərək, onlara məcmu halda hüquqi qiymət verib belə qənaətə gəlir ki, ərizə təmin edilməldir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Nərimanov VVADQ şöbəsi tərəfindən xx.xx.2000-ci il tarixdə verilmiş İ-AZ seriyalı, 154945 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətinə əsasən xx.xx.1999-cu il tarixdə Bakı şəhərində doğulmuş X5 atası – X7, anası isə – Ərizəçidır; xx.xx.2013-cü il tarixdə Laçın Rayon Polis Şöbəsi tərəfindən verilmiş AZE seriyalı, ******** saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətinə əsasən xx.xx.1977-ci il tarixdə ünvan 1ində anadan olmuş Ərizəçi ünvan 1i ünvanında qeydiyyatdadır; xx.xx.2017-ci il tarixdə Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsi tərəfindən verilmiş AZE seriyalı, 15788832 saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətinə əsasən xx.xx.1999-cu il tarixdə Bakı şəhərində anadan olmuş X9 ünvan 3 ünvanında qeydiyyatdadır; 115 saylı MKİS-nin 48 nömrəli, xx.xx.2020-ci il tarixli arayışına əsasən Ərizəçi ünvan 3 ünvanında qeydiyyatdadır və heç yerdə işləmir; Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən xx.xx.2003-cü il tarixdə verilmiş AA seriyalı, 071595 nömrəli vəsiqənin sürətinə əsasən Ərizəçi məcburi köçkün kimi qeydiyyata alınmışdır. X1 müayinəyə dair məlumatının surətinə əsasən, X8 müddətsiz birinci dərəcəli əlillik verilmişdir, o qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, ağır dərəcəli kəmağıllıq, nəzərə çarpan imbesillik dərəcəsində kobud nitq və davranış pozuntusu diaqnozu ilə qiymətləndirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin 1895 saylı, xx.xx.2020-ci il tarixli rəyinə əsasən X6 ağır kəmağıllıq aşkar olunur. Bunu anamnestik məlumatlar - erkən yaşlarından psixi inkişafda geri qalması, əqli geriliklə əlaqədar təhsil ala bilməməsi, yardımçı məktəb proqramı üzrə təhsil alsa da, elementar biliklərə yiyələnə bilməməsi, İ qrup əlil hesab edilməsi, 4 nömrəli Şəhər Poliklinikasının psixiatriya kabinetində “Ağır kəmağıllıq” diaqnozu ilə dispanser müşahidədə olması, həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlər-ünsiyyətə çətin daxil olması, sualları başa düşə bilməməsi, təfəkkürünün primitivliyi, maraq dairəsinin məhdudluğu, emosiyalarının qeyri- adekvatlığı, yaddaş və intellektinin aşağı olması, öz vəziyyətinə qarşı tənqidinin olmaması və sair sübut edir.X9öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X5fəaliyyət qabiliyyəti olmayanşəxs hesab edilməsinə kifayət qədər əsas var; Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 305.1.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır; 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırıla bilər; 317.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir; 318.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi qüsurun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir; 319-cu maddəsinə əsasən hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş qaldırılmış şəxs açıq surətdə ekspertizadan boyun qaçırdıqda, məhkəmə psixiatrın iştirakı ilə məhkəmə iclasında şəxsin məcburi olaraq məhkəməpsixiatriya ekspertizasına göndərilməsi haqqında qərardad çıxara bilər; 320.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır; 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Ərizəçi fəaliyyət qabiliyyətsizliyi mübahisələndirilən xx.xx.1999-cu il təvəllüdlü X5 anasıdır. Ərizəçi oğlu X9 ilə birlikdə ünvan 3 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. X5 psixi qüsuru haqqında kifayət qədər məlumat olduğundan məhkəmə hazırlıq iclasında onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X4 məhkəmə psixiatrik ekspertizasının xx.xx.2020-ci il tarixli, 1895 nömrəli rəyinə əsasən X6 ağır kəmağıllıq aşkar olunur. X9 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X5 fəaliyyət qabiliyyəti olmayanşəxs hesab edilməsinə kifayət qədər əsas var. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1999-cu il tarixdə Azərbaycan Respublikası, Bakı şəhərində doğulmuş, ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşayan X9 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220-ci, 305ci, 317-321-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1999-cu il tarixdə Azərbaycan Respublikası, Bakı şəhərində doğulmuş, ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşayan X9 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar