Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-2162/2023 02.05.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi Ədilova Solmaz İmran qızı, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə, Cavabdeh2nə, Respublika Xammal və Əmtəə Birjasının "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə, "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X3 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı protokolların, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair mülki iş üzrə məhkəmə aidiyyatının müəyyən edilməsi barədə məsələyə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə, Cavabdeh2nə, Respublika Xammal və Əmtəə Birjasının "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə, "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X3 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı protokolların, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 42/*6 nömrəli 28.*6.2*19-cu il tarixli hərracın yekunlarına dair protokolun və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və mülkiyyət hüququ ilə bağlı *3.*2.2*2*-ci il tarixli, 152***3*25 nömrəli dövlət qeydiyyatının ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili X2 iddia tələbini dəqiqləşdirərək Cavabdeh2 və "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X3 3 saylı Gəncə Ərazi İdarəsini 3-cü şəxs qismində cəlb etməyi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin 14 mart 2*23-cü il tarixli qərardadı ilə İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə, Respublika Xammal və Əmtəə Birjasının "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı protokolların, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair mülki iş baxılması üçün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Gəncə Şəhər Məhkəməsi mülki işin aidiyyat məsələsinə münasibətdə qeyd etmişdir ki, iş üzrə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Bakı şəhəri, Nərimanov rayonu, İ.Hidayətzadə küçəsi, 156(2*A),1933-cü məhəllə ünvanında qeydiyyatdadır, buna görə də mülki iş baxılması Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməlidir. Hazırda məhkəmə hesab edir ki, mülki işin aidiyyatı üzrə göndərilməsi zamanı aidiyyat qaydaları pozulmuş, mülki iş üzrə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, İ.Hidayətzadə küçəsi, 156(2*A),1933-cü məhəllə ünvanı olsa da, iddia ərizəsi icraata qəbul edildiyi vaxt cavabdeh qismində Cavabdeh2 və "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X3 3 saylı Gəncə Ərazi İdarəsi olmuş, həmin hüquqi şəxslərin qeydiyyat ünvanı Gəncə şəhəri olmuşdur. Bundan əlavə iş üzrə İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili X1 3-cü şəxs qismində cəlb edilmə barədə ərizəsindən görünür ki, "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X3 3 saylı Gəncə Ərazi İdarəsi cavabdehlər siyahısından çıxarılsa da, Cavabdeh2 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməmişdir. Məhkəmə hesab edir ki, hazırkı iddia ərizəsinə Gəncə Şəhər Məhkəməsində baxılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 44.1-ci maddəsinə görə, aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. 44.2-ci, 44.2.1, 44.2.2, 44.2.3, 44.2.4, 44.2.5 və 44.2.6-cı maddəsinə görə, məhkəmə işi əvvəlcə yaşayış yeri məlum olmayan cavabdeh işi onun yaşadığı yerin məhkəməsinə vermək haqqında vəsatət verərsə; iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa; hakimlərdən birinə və ya bir neçəsinə edilmiş etiraz təmin edildikdən sonra, eləcə də digər ciddi səbəblərdən həmin məhkəmədə onları əvəz etmək və ya işə baxmaq mümkün olmazsa; iddia həmin məhkəməyə qarşı qaldırılmışdırsa; hər iki tərəf işə sübutların əksər hissəsinin olduğu yerin məhkəməsində baxılması barədə vəsatət vermişdirsə, bu Məcəllənin 43-cü maddəsində nəzərdə tutulmuş hallarda, başqa məhkəmədə baxılmağa verir. Qeyd olunmalıdır ki, “hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ” və “şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasının yolverilməzliyi” konstitusion prinsiplərdir (Konstitusiyanın 62-ci maddəsi). Məhkəmə hesab edir ki, Mülki Prosessual Məcəllənin 44.2-ci maddəsində məhkəmə işi başqa məhkəmədə baxılmağa verilməsi üçün müəyyən olunmuş əsaslar göstərilmişdir. Göründüyü kimi, hazırda həmin maddədə sadalanan halların heç biri mövcud deyil. Belə ki, Gəncə Şəhər Məhkəməsinin 14 mart 2*23-cü il tarixli qərardadı ilə mülki işin ərazi aidiyyəti üzrə göndərilməsi əsassız olmuşdur. Buna görə də, iddiaçi İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə, Respublika Xammal və Əmtəə Birjasının "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı protokolların, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair mülki iş üzrə məhkəmə aidiyyatının müəyyən edilməsində fikir ayrılığı olduğundan mülki iş apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 32, 36-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə, Respublika Xammal və Əmtəə Birjasının "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı protokolların, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair iş üzrə məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün mülki iş Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-2162/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-2162/2023
02.05.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver