Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2164/2020 30.10.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1 İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “əsassız cərimə borcunun silinməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən mənzilə (abonent kodu: **********44000 sayğac nömrəsi **********5) əsassız olaraq hesablanmış 553,50 manat cərimə borcunun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki iş kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında daxil olmuş və tərəflərə bildiriş göndərilmişdir. İddia tələbi üzrə pul tələbi 553,50 manat təşkil etdiyindən, eləcə də, sübutların araşdırılması zərurəti yarandığından Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2164/2020 nömrəli, xx.xx.2020-ci il tarixli Qərardadı ilə mülki iş iddia icraatına keçirilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o ünvan 2 ünvanında yerləşən evdə yaşayır. Təbii qazdan istifadəyə görə tərəfindən vaxtı-vaxtında ödənişlər aparılmışdır. İstifadəsində olan mənzildən kənarda yerləşən itron tipli qaz sayğacı sındığı üçün xx.xx.2020-ci il tarixdə Cavabdeh İB-nin əməkdaşları tərəfindən yeni sayğacla əvəz edilmişdir. Köhnə sayğac çıxarılarkən sayğacın bütövlüyü pozulmamışdır, belə ki, sayğacın üzərindəki bütün möhürlər yerində olmuşdur. Yeni sayğacdan qısa bir müddət istifadə etdikdən sonra ona xx.xx.2020-ci il tarixli bildiriş-xəbərdarlıq qəbzi gəlmiş və həmin qəbzin üzərində 553,50 manat borcunun olması qeyd edilmişdir. Bununla bağlı yerli qaz idarəsinə getdikdə ona bildirmişlər ki, istifadəsində olmuş qaz sayğacına guya tərəflərindən müdaxilə olunduğu üçün sayğac mənfiyə işləyir buna görə də cərimə hesablanmışdır. Sayğac iddiaçının yaşayış evindən kənarda, binanın blokunda quraşdırılmışdır. Sayğac çıxarılarkən bütün möhürləri üzərində olub və belə olan halda sayğaca müdaxilə etməsi mümkün deyildir. Qaz sayğacına hər ay Cavabdeh əməkdaşları tərəfindən baxış keçirilirdi, əgər tərəfindən qaz sayğacına hər hansı bir müdaxilə olunsaydı dərhal xəbərləri olardı. Abonent saldosundan da göründüyü kimi iddiaçı hər ay istehlak etdiyi qazın dəyərini artıqlaması ilə ödəmişdir. İddiaçı istifadəsində olmuş qaz sayğacına müdaxilə etməmişdir. Hər hansı bir cərimə aktının kim tərəfindən tərtib olunmasından onun xəbəri olmamışdır və bugünədək həmin akt ona təqdim olunmamışdır. Halbuki, bu cür cərimə aktı tərtib olunan zaman iddiaçının iştirakı mütləq təmin edilməli idi. Bu da cavabdehin əməllərinin qanunsuz olması qənaətinə gəlmək əsası verir. İddiaçı məhkəmə iclasında məhkəmədə iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh tərəf məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin cavabdeh tərəfin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.6-ci maddəsinə əsasən, məhkəmə işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. xx.xx.2004-cü il tarixdə Binəqədi Rayon Polis İdarəsi tərəfindən verilmiş AZE seriyalı 0******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətinə əsasən İddiaçı xx.xx.1974-cü il tarixdə Bakı şəhərində anadan olmuş və hazırda ünvan 3 ünvanında qeydiyyatdadır; İşdə olan xx.xx.2020-ci il bildiriş-xəbərdarlığın surətindən görünür ki, sayğac № **********5 olan mənzilin sahibi İddiaçı «Cavabdeh” İB tərəfindən 553,50 manat borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir; İş materiallarından görünür ki, İddiaçı ilə Cavabdeh İB arasında xx.xx.2020-ci il tarixdə “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilə bağlanmışdır. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2020-ci il tarixli ******* saylı aktdan görünür ki, istehlakçı İddiaçı ünvan 4 ünvanında quraşdırılmış “Smart” tipli qaz sayğacında olan qaynaq və yivli birləşmələr təzyiq altında sabun köpüyü ilə yoxlanılmış, heç bir sızma aşkar edilməmişdir. Sayğac texniki qaydalara cavab verir, abonentə təhvil verilmişdir. xx.xx.2020-cii il tarixli çıxarışın surətindən görünür ki, sayğac nömrəsi **********44000 olan ünvan 4 ünvanındakı mənzilə dair (sahibi İddiaçı) 2020-ci ilin 4-cü ayı üzrə borc 478,6 manat olmuş, 2020-ci ilin 3-cü ay üzrə sərfiyyat 200 m3 olub. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9cu bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi qaz paylayıcısı hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Cavabdeh təşkilat iddiaçının yaşadığı evin qaz təchizatı ilə hesablaşmasını təmin edən sayğac evdən kənarda quraşdırılmışdır; belə olan halda isə, həmin sayğacda yaranan problemə görə iddiaçının məsuliyyət daşıması qanunvericliyin mənasına görə mümkün deyildir. Başqa sözlə, evdən kənarda quraşdırılmış və işlək vəziyyətinə təchizatçı təşkilatın cavabdehlik daşıdığı sayğaca edilən müdaxilədə iddiaçının təqsirinin olması sübuta yetirilməmişdir. Mülki Prosessual Məcəllənin 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Məhkəmənin qənaətinə görə Cavabdeh İB iddiaçının evindən kənarda quraşdırılmış sayğaca iddiaçı tərəfindən müdaxilə edildiyini təsdiq edən və buna görə də ondan sayğacın dəyərinin tələb edilməsinə əsas verən məlumatların doğruluğuna dəlalət edən mötəbər sübutlar təqdim etməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının təqsiri olmadan borc hesablandığından, sayğacın yararsız vəziyyətə düşməsində iddiaçının təqsirinin olması sübut olunmadığından cavabdeh tərəfindən akt tərtib edilməklə 647 m3 qazın dəyərinin iddiaçı tərəfindən ödənilməsini tələb edə bilməz. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçıya əsassız olaraq borc hesablandığından ünvan 1 ünvanında yerləşən mənzilə (abonent kodu: **********44000. sayğac nömrəsi **********5) əsassız olaraq hesablanmış 553,50 manat cərimə borc silinməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. ünvan 5 ünvanında sayğacdan qaz sərfinə görə (abonent kodu: **********44000, sayğac nömrəsi **********5) hesablanmış 553,50 manat cərimə borcu silinsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-2164/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2164/2020
30.10.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver