Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2168/2022 17.08.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi Əhmədzadə Əhməd Elman oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs Bakı Şəhər Nərimanov Rayon İcra Hakimiyyətinin nümayəndəsi X3 iştirakı ilə, Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi və qəyyumun təyin edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, 13 fevral 2004-ci il təvəllüdlü X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi və onun oğlu üzərində qəyyum təyin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, Ərizəçi xx.xx.1969 -cu ildə Saatlı rayon Məmmədəbad kəndində anadan olub. X4 xx.xx.2004 - ci ildə Russiya Federasiyası, Moskva şəhərində anadan olub. X4 anadan gəlmə İ qrup əlildi. O Baki şəhəri Nərimanov rayon 8 saylı şəhər Poliklinnikasında “ Qulluq və müalicə tələb edən cıddı davranış pozuntusu , dərin kəmağıllıq , idiotiya kobut nitq və davranış pozuntuları ilə, daima kənar şəxsin himayəsinə extiyac var. Ağırlaşma Z74.3.Daimi müşahidəyə ehtiyac.” Diaqnozu ilə psixiatriya kabinetində qeydiyyatdadır. X4 psixi qusurun nəticəsində öz hərəkətlərinin mənasını anlaya bilmir və öz hərəkətlərini idarə edə bilmir. Hal-hazırda onun əqli inkişafı uşaq əqli ilə bərabərdi. Ona görə də onun qəyyumu kimi olunmaq niyyətindədir. Lakin Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyəti yanında “ Qayyumluq və Himayəçilik “ daimi Komissiyasından ona şifahi olaraq bildirilmişdir ki, oğlunun üzərində qəyyum və ya himayəçi kimi yalnız məhkəmə qatnaməsinə əsasən təyin edilə bilər. Ona görədə ərizəçi Baki şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciyyət etməli olub. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizə ilə eyniməzmunlu izahat verərək ərizənin təmin olunmasını xahiş etdi. Maraqlı şəxs Bakı şəhəri Nərimanov rayonu İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyası nümayəndəsi X7 ərizənin təmin edilməsinə etiraz etmədiklərini bildirdi. Məhkəmə proses iştirakçılarının izahatını, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan İİ-MYU seriyalı №682706 nömrəli, xx.xx.2004-cü il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2004-cü il təvəllüdlü X2 şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2004-cü il tarixdə 1121 № ilə qeyd edilmişdir. X1, anası X5r. İş materiallarında olan Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair çıxarışından görünür ki, X9 birinci dərəcəli əlillik təyin edilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)- 2168/2022 nömrəli qərardadı ilə məhkəmə-psixiatrik ekspertizasının təyin edilmiş və Azərbaycan Respubdikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin №2585 saylı, xx.xx.2022-ci il tarixli rəyi ilə müəyyən edilmişdir ki, X10 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X6 öz psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi üçün əsas vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfındən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafıq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə, məhkəmə iclasında təqdim olunmuş sübutları, ekspert rəyini nəzərə almaqla məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza №2585 saylı, xx.xx.2022-ci il tarixli rəyinin nəticə hissəsində göstərilənlər ərizənin təmin edilməsi üçün əsas verir. Belə ki, X10 öz psixi vəziyyətinə görə hərərkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malik olmadığı sübut olunur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, xx.xx.2004-cü il təvəllüdlü X10 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307-310-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.2004-cü il tarixində Moskva şəhərində doğulmuş, ünvan 1 ünvanında qeydiyyatda olan X10fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-2168/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2168/2022
17.08.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver