Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2181/2021 07.05.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, Cəfərova Rufanə Xıdır qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh Türkiyə Respublikasının vətəndaşı Cavabdeh qarşı “pul tələbi”nə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Türkiyə Respublikasının vətəndaşı Cavabdeh qarşı “pul tələbi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı və Cavabdeh arasında oğlu X2 dair 841 saylı, 12 sentyabr 2019-cu il tarixli təhsilin təşkili müqaviləsinə əsasən 7180 (yeddi min yüz səksən) manat, 100 (yüz) manat vəkil xərcinin və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun, cəmi 7310 (yeddi min üç yüz on) manatın birdəfəlik şəkildə Cavabdeh tutularaq İddiaçı Təhsil Kpmpleksinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə cavabdeh Türkiyə Respublikasının vətəndaşı Cavabdeh arasında oğlu X2 dair 841 saylı, 12 sentyabr 2019-ci il tarixli təhsilin təşkili müqaviləsi bağlanılmışdır. 841 saylı, 12 sentyabr 2019-ci il tarixli müqavilənin 3.1-ci maddəsinə əsasən cavabdehin oğlu X3 İddiaçı ibtidai təhsil bölməsində təhsil aldığına görə cavabdeh iddiaçıya 2019- 2020-ci təhsil ilinə görə 15 400 (on beş min dörd yüz) manat təhsil haqqı ödəməli idi. Cavabdeh qeyd edilən məbləğdən 8220 (səkkiz min iki yüz iyirmi) manat ödəmişdir və həmin müqavilə üzrə X2 dair 7180 manat borcu qalmışdır. Cavabdehlə dəfələrlə əlaqə saxlanılsa da, o, İddiaçınə olan borcunu ödəməkdən boyun qaçırmışdır və iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə iş üzrə tərəfin izahatını dinləyib iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməldir. Belə ki, iş materiallarında olan; Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin, X1 və İnformasiya Təminatı Baş İdarəsinin 26.02.2021-ci il tarixli 05/892 nömrəli məktubundan görünür ki, Türkiyə Respublikasının vətəndaşı, xx.xx.1985-ci il təvəllüdlü Cavabdeh (pasport № U********) etibarlılıq müddəti 20.09.2020-ci il tarixədək olan müvəqqəti yaşamaq üçün icazə verilmiş və ünvan 1 ünvanına qeydiyyata alınmışdır. İddiaçı 40 nömrəli 09.02.2021-ci il tarixli arayışından görünür ki, həqiqətən X3 2019/2020-ci il tədris ilində İddiaçındə Britaniya kirrikulum üzrə Year 1-də (0 sinif) təhsil alıb. Məktəb və valdeyin arasında bağlanmış təhsilin təşkili müqaviləsinə əsasən təhsil haqqı 15400 AZN-dən ibarət olub. Valideyin tərəfindən ödənilmiş təhsil haqqı məbləğləri aşağıda qeyd olunmuşdur. X6 Dursun 1. 16.09.2019-1540 AZN, 2.21.10.2019-1540 AZN,3. 08.11.2019-1540 AZN, 4. 11.12.2019-1540 AZN, 5. 05.02.2020-1540 AZN, 6. Güzəşt endirim məbləği-520 AZN və toplam: 8220 AZN olmaqla qalıq borc 7180 AZN təşkil edir. 17.03.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 30 (otuz) manat məbləğində dövlət rüsumu ödəmişdir. İddiaçı (ibtidai təhsil bölməsi) ilə təhsilalanın valideyini (qanuni nümayəndəsi) arasında təhsilin təşkili haqqında 12.09.2019-cu il tarixli 841 nömrəli müqavilənin1.1-ci bəndinə əsasən bu müqavilə ilə “ABC” TK ümumi təhsilin dövlət standartı və proqraməna, Azərbaycan Respublikasının ümumtəhsil standartları və beynəlxaq təhsil standartları, Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş, həmçinin beynəlxalq tədris planları və proqramları əsasında (Britaniya milli kurikulumu), “ABC” TK-in nizamnaməsinə uyğun şəkildə, dünya təhsil sistemində əldə edilən müsbət təcrübəni tətbiq edərək təhsilalanın ümumi təhsil almasını həyata keçirir, təhsilalanın valideyini isə bunun müqabilində “ABC” TK-ə bu müqavilənin qüvvədə olduğu müddət ərzində və müəyyən edilmiş məbləğdə təhsil haqqını ödəməyi öhdəsinə götürür. Bu müqavilənin 3.1ci bəndinə əsasən “ABC” TK-in ibtidai təhsil bölməsində təhsilalanın tədris ili üçün təhsil haqqı məbləği 15400 (on beş min dörd yüz) manatdır. Gündəlik yeməyin dəyəri təhsil haqqında daxildir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdeh Türkiyə Respublikasının vətəndaşı Cavabdeh ilə İddiaçı arasında cavabdehin övladı Acar Oğuzun təhsil alması məqsədi ilə 12.09.2019-cu il tarixdə təhsilin təşkili müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə görə X6 Dursunun valideyni Cavabdeh arasında bağlanmış 12.09.2019-cu il tarixli 841 saylı təhsilin təşkili müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə görə təhsil haqqı 15400 (on beş min dörd yüz) manat təşkil edir. Cavabdeh müqavilə üzrə ödənilməmiş 7180 (yeddi min yüz səksən) manat məbləğində təhsil haqqı borcu qalmışdır. Tərəflər arasında yaranmış bu mübahisəni məhkəmədən kənar pretenziya qaydasında həll etməyə çalışsalar da bu heç bir nəticə verməmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanmasının zəruri şərtidir. Müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanmasının zəruri şərtdir. Müqavilənin bağlanmasının zəruri şərtlərindən biri də müqavilə azadlığı prinsipinə riayət edilməsdir. Eyni zamanda hər hansı əqdin, o cümlədən alqısatqı müqaviləsinin etibarlılığı üçün onun bağlanmasında lazımı subyektlərinin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 404.1-ci maddəsinə əsasən müavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəni nəzərə alır. Həmin Məcəllənin 406.1-ci maddəsinə görə müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Həmin Məcəllənin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Qeyd edilməlidir ki, mövcud pandemiya ilə əlaəqədar şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi nəticəsində mübahisəli müqavilənin ləğvi və ya dəyişdirilməsi ilə bağlı mübahisə olmaması şəraitin əhəmiyyətli dərəcədə dəyişilməsi faktını da istisna etmir. Bu səbəbdən mübahisəyə verilmiş iddia tələbləri həddində baxılmaqla mübahisənin həll edilməsi məqbul hesab edilməlidir. Mülki Məcəlləsinin 430.1-ci maddəsinə əsasən əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imitnaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Həmin Məcəllənin 430.2-ci maddəsinə əsasən öhdəliyin tərəflərinin sahibkarlıq fəaliyyəti ilə məşğul olması ilə bağlı öhdəliyin icrasından birtərəfli imtinaya və ya belə öhdəliyin şərtlrənin birtərəfli dəyişdirilməsinə, əgər bu Məcəllədən və ya öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, müqavilədə nəzərdə tutulan hallarda da yol verilir. Qanunverciliyin yuxarıda göstərilən tələblərinin hazırki mülki işə tətbiqi nəticəsində məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən iddiaçı tərəfin məhkəmə iclasında bildiriyi pandemiya şəraitində onlayn şəraitdə dərsin keçirilməsini əsas tutaraq müqavilənin icrasında birtərəfli qaydada imtina etməsi öhdəliyin pozulması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilən Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, iddia tələbi əsas borcun tutulması hissəsində əsaslıdır, təmin olunmalıdır və cavabdehdən iddiaçının xeyrinə əsas borc üzrə 7180 (yeddi min yüz səksən) manat borc məbləği tutulmalıdır. 100 manat məbləğində müdafiə hüququ ilə bağlı vəkil xərcinin çəkilməsi hissəsində sübut təqdim edilmədiyindən iddia bu hissədə əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-in 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi ilə bağlı ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutulmasını məhkəmə məqbul hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Türkiyə Respublikasının vətəndaşı Cavabdeh 7180 (yeddi min manat yüz səksən manat) əsas borc və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev
Məhkəmə qərarları › İş №2(005)-2181/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2181/2021
07.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver