Məhkəmə qərarları › İş №2(005)-2189/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-2189/2020

20.10.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-2189/2020 20.10.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Mustafayev Sərxan Ziyad oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəməiclasındabaxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəsi, ev 79, mənzil 2-də istifadə hüququnun itirilmiş hesab olunması və mənzilin ara kəsməsində olan qapının açılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçılar iddia tələbini onunla əsaslandırmışlar ki, iddiaçı cavabdeh X2 ilə rəsmi nikahı xx xxx 1988-ci il tarixində Bakı şəhəri Nəsimi Rayon Qeydiyyat Şöbəsində 413 nömrəli akt qeydi əsasında qeydə alınmışdır. 2007-ci ilə qədər birgə həyat sürmüşlər. Lakin övladının olmaması səbəbindən xx xxxxxxxx 2007-ci il tarixində Nərimanov Rayon Qeydiyyat Şöbəsində qeydə alınmış 208 saylı akt qeydi əsasında nikahları pozulmuşdur.Nikahda olduğu dövrdə keçmiş həyat yoldaşı Firdovsi Əliyev Azərbaycan Dövlət Dəmir Yolu 3 saylı Bakı yol distansiyasında maşinist vəzifəsində işləyirdi və mənzil növbəsində uçota dayanmışdı. xx xxx 2000-ci il tarixində keçmiş həyat yoldaşına Azərbaycan Dövlət Dəmir Yolu Bakı yol distansiyası rəhbərliyinin və Həmkarlar Komitəsinin 62 saylı Protokoluna əsasən ünvan 1 Ə.Əliyev küçəsi) 79 ünvanında yerləşən binanın 2-ci mərtəbəsində, yaşayış sahəsi 26 kv.m olan 2 otaqlı, 2 nömrəli mənzil verilmişdir. Həmin mənzilə Azərbaycan Dövlət Dəmir Yolu idarəsi tərəfindən 2 nömrəli order verilmişdir. Eyni zamanda həmin orderdə iddiaçınında adı qeyd edilmişdir və həmin mənzilə də passport qeydiyyatına alınmışdır. Bununlada həmin mənzilə iddiaçının istifadə hüququ yaranmışdır.Nikahları pozulduqdan sonra, cavabdeh Firdovsi Əliyev ikinci dəfə ailə quraraq ailəsi ilə birlikdə həmin mənzildə olan digər otağa köçmüşdür və mənzilin arakəsməsində olan qapını bağlayaraq iddiaçının istifadəsini məhdudlaşdırmışdır. Bir müddət ailəsi ilə birlikdə həmin otaqda yaşamışdır. Bundan sonra yenidən növbəlilik əsasında (ailə tərkibinə görə) cavabdeh X3 şəhərində əlavə olaraq mənzil verilmişdir və ailəsi ilə birlikdə həmin mənzilə köçmüşdür. Cavabdeh Firdovsi Əliyev yeni mənzilə köçərkən özünün yaşadığı otağın iç tərəfindən qapısını bağlı saxlayaraq getmişdir. Halhazırda cavabdeh Firdovsi Əliyev Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəsi, ev 79, mənzil 2-də yaratdığı süni maneəni aradan qaldırmır. Beləliklə, arakəsmədə olan qapı açılmadığından iddiaçıda 9 kv.metrlik otaqda yaşamaq məcburiyyətində qalmışdır. Bu da iddiaçının mənzildən tam istifadə etməyinə maneəçilk yaradır. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh iddia tələbini qəbul etməyərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, səlahiyyətli nümayəndələrinin iştirakını təmin etməmişlər. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, mülki iş üzrə başlanmışicraataxitamverilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: -Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(005)- 737/2020 saylı qətnaməsi ilə (hakim V.Quliyev) İddiaçı Cavabdeh qarşı “müvəqqəti quruların maneələrin aradan qaldırılması və arakəsmənin sökülməsinin vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia təmin edilməmişdir. - Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(005)- 4744/2019 saylı qətnaməsi ilə (hakim K.Əmirxanova) İddiaçı Cavabdeh və X1 qarşı qarşı “istifadə hüququna xitam verilməsi və mənzilə dair icraə müqaviləsinin bağlanmış hesab edilməsi” tələbinə dair iddia təmin edilməmişdir. Beləliklə, qanuni qüvvəsini almış məhkəmə qərarları və hazırki iddia tələbindən görünür ki, cavabdehin mübahisəli mənzilə istifadə hüqunun itirməsinə dair sadalanan məhkəmə qətnamələri ilə qiymət verilmişdir. Həmçinin məhkəmə onu da qeyd edir ki, mənzilin ara kəsməsində olan qapının açılması tələbi “müvəqqəti qurulan maneələrin aradan qaldırılması və arakəsmənin sökülməsinin vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbi ilə eynilik təşkil etdiyindən, bu tələbə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(005)-737/2020 saylı qətnaməsində qiymət verilmişdir. Göründüyü kimi, iddiaçının hazırki tələbinə əvvəllər məhkəmə qətnamələri ilə qiymət verilmiş, həmin qətnamə qanuni qüvvəsini almış, ancaq iddiaçı yenidən eyni əsasla və eyni predmetlə iddia qaldırmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 261.0.2-cü maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraatın xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbinə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(005)-737/2020 saylı və Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(005)-4744/2019 saylı qətnamələri ilə münasibət bildirildiyindən, habelə həmin qətnamələr qanuni qüvvəsini aldığından mülki işin icraatına xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261-ci, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhər Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar