Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-221/2021 17.02.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs “xxxx” KB ASC-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdehlər “Daşınar və X14 X26” MMC-yə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs “xxxx” KB ASC və Lənkəran rayon icra və probasiya şöbəsi cəlb edilməklə) “hərrac nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə iddia ərizəsinə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər “Daşınar və X14 X26” MMC-yə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs “xxxx” KB ASC və Lənkəran rayon icra və probasiya şöbəsi cəlb edilməklə) “hərrac nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Hərrac təşkilatının açıq hərracın nəticələri haqqında 10/01-1 saylı protokolunun etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Şirvan Apelyasiya məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(l06)-2162/2018 saylı qətnaməsi ilə cavabdehlər İddiaçı, X3 və X12 müştərək qaydada xx.xx.2011-ci il tarixli 20KL/11 saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış xx.xx.2014-cü il tarixli 20KL/11-4 saylı əlavə kredit müqaviləsinə üzrə 5356 ABŞ dolları məbləğində cərimə olmaqla, əsas borc üzrə 53560.23 ABŞ dolları, faiz borcu üzrə isə 10706.82 ABŞ dolları olmaqla cəmi 69623.05 ABŞ dolların alınıb iddiaçı “xxxx” KB ASC-yə ödənilməsi, İddiaçı mülkiyyətində olan və Lənkəran şəhəri, B.Mirsalayev küçəsində yerləşən 0.03 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində olan 2 mərtəbəli, 7 nömrəli fərdi yaşayış evinin ilkin satış qiymətinin 70000 manat, X15 mülkiyyətində olan Lənkəran rayonu, Kərgəlan kəndirdə yerləşən 0.06 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin hazırki dövrə orta bazar qiyməti 45000 manat müəyyən edilməsi, Lənkəran şəhəri, B.Mirsalayev küçəsində yerləşən 0.03 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində olan 2 mərtəbəli, 7 nömrəli fərdi yaşayış evinə tutma yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən cavabdehlər İddiaçı, X9 və X10 çıxarılması və Lənkəran rayonu, Kərgəlan kəndində yerləşən 0.06 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə tutma yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən cavabdehlər X22, X4 və X5 çıxarılması qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra icra edilməsi üçün Lənkəran rayon İcra Şöbəsinə göndərilmişdir. Bundan sonra mənə məxsus fərdi yaşayış evi açıq hərracdan satılması üçün "Daşınar və Daşınmaz Əmlakların Satışı X26” MMC-yə göndərilmişdir. Hərrac xx xxxxxx 2020-ci il tarixdə keçirilmiş və hərracın yekunları barədə protokolda qeyd olunubdur ki, ipoteka predmetinin ilkin hərrac qiyməti 70000 manat məbləğində müəyyən edilmişdir. İpoteka predmetinin təkrar hərracdakı ilkin satış qiyməti 59500.00 manat təşkil edilmişdir. İpoteka predmetinin “İpoteka Haqqında" Azərbaycan Respublikası Qanunun 43.7-ci maddəsinə əsasən 25% aşağı olan qiyməti 44625.00 manat qiymətlə tələbkar əldə edərək cavabdehlərlə qarşılıqlı mübahisənin həlli üçün məsuliyyət daşıyır. Bununla da protokoldan görünür ki, iki dəfə hərrac keçirilmiş və mənə məxsus evin dəyəri aşağı salındıqdan sonra mənə məxsus fərdi yaşayış evi tələbkar olan “xxxx” ASC-nin özü tərəfindən 44625.00 manata alınmışdır. Baxmayaraq ki, mənim fərdi yaşayış evimin bazar qiyməti 100000 manat olduğu halda mənim evimə 44625.00 manat qiymət qoyularaq bank tərəfindən alınmışdır. İpoteka qoyan iddiaçı, ipoteka saxlayan "xxxx” ASC-dir. İddiaçıya iki dəfə keçirilmiş hərrac barədə heç bir məlumat verilməmişdir. Keçirlimiş hərraclar qanunun tələblərinə əməl olunmadan keçirilmiş, iddiaçıya bir ipoteka qoyan kimi heç bir məlumat verilməmiş, hərrac ondan gizli keçirilmişlər. Qanuna əsasən hərrac keçirən orqan tərəfindən iddiaçıya bildiriş göndərilməli idi. Lakin bütün bunlara əməl edilməmişdir. İddiaçı dəfələrlə bankda olmuş və hərrac barədə hərrac təşkilatına məlumatın əldə edilməsi üçün müraciət etmişdi. Lakin hərrac təşkilatı bu barədə heç bir məlumat verməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsi ilə eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Üçüncü şəxs “xxxx” KB ASC-nin nümayəndəsi X6 iddia tələbinin əsassız olduğunu bildirərək, hərracın qanunun bütün tələblərinə riayət olunmaqla keçirildiyini və tərəflərin hərracın yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırıldıqlarını qeyd etdi və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh və digər üçüncü şəxsin səlahiyyətli nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmiş, o cümlədən səlahiyyətli nümayəndələrinin iştirakını təmin etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onların səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işin materiallarını tədqiq edib, tərəflərin izahatını və çıxışını dinləyib, təqdim edilmiş sübutları araşdırıb, hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan “Daşınar və Daşınmaz Əmlakların Satışı X26” MMC tərəfindən İddiaçı, X11, X19, X13, X7, X8, X2, Lənkaran rayon İcra və Probasiya şöbəsinə, “xxxx” ASC-yə ünvanlanmış xx.xx.2019-cu il il tarixli, 01 nömrəli, xx.xx.2020-ci il tarixli, 02 nömrəli bildirişin təsdiq olunmmuş surtindən görünür ki, kreditin (borcun) təminatı qismində ipoteka predmetinə tələbin yönəldilməsinə dair Şirvan Apellyasiya Məhkəməsinin 2(106)- 2162/2018 saylı, xx.xx.2018-ci il tarixli icra vərəqəsi üzrə ipoteka qoyulan Lənkaran şəhəri, B.Mirsalayev küçəsində yerləşən 0,03 ha torpaq sahəsi və üzərində yerləşən 7 saylı fərdi yaşayış evinə yönəldilməsi, hərracda 70000 manat ilkin, təkrar hərracda 59500 manat satış qiyməti ilə satılması və müvafiq olaraq hərracın xx.xx.2020-ci il, xx.xx.2020-ci il il tarixdə keçiriləcəyi bildirilmişdir. İş materiallarında olan Hərrac Təşkilatının № 10/01-1 nömrəli, xx xxxxxx 2020-ci il tarixli hərracın yekunları barədə protokolun təsdiq olunmuş surətindən görünür ki, İddiaçı məxsus olan Lənkaran şəhəri, B.Mirsalayev küçəsində yerləşən 0,03 ha torpaq sahəsi və üzərində yerləşən 7 saylı fərdi yaşayış evinə Şirvan Apellyasiya Məhkəməsinin 2(106)- 2162/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra vərəqəsinin, Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin 2517/06 nömrəli, xx.xx.2019-cu il tarixli sifariş məktubunun və “xxxx”ASC-nin müvafiq məktubun icrasına əsasən hərrac təşkil olunmuşdur. Əmlakın ilkin hərrac qiyməti 70000 manat, əmlakın təkrar hərracdakı ilkin satış qiyməti 59500 manat, ipoteka predmetinin 25% aşağı olan qiyməti İpoteka Haqqında qanunun 43.7-ci maddəsinə əsasən 44625 manat qiymətlə tələbkarın əldə etmək hüququnun olması bildirmişdir. Həmin tarixli hərracın yekunları üzrə əmlakn alqı-satqı barədə müqaviləyə əsasən “xxxx” ASC əmlakı qəbul edərək balansına götürmüşdür. İş materiallarında olan “Birja Yenilikləri” qəzetlərinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı məxsus olanLənkaran şəhəri, B.Mirsalayev küçəsində yerləşən 0,03 ha torpaq sahəsi və üzərində yerləşən 7 saylı fərdi yaşayış evi ilə bağlı hərracın keçirilməsi tarixləri barədə elanlar verilmişdir. Lənkəran Rayon Məhkəməsinin (hakim Elçin Kazımov) xx xxxx 2017-ci il tarixli, 2(049)-3835/2017 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehlər İddiaçı, X3 və X12 müştərək qaydada xx.xx.2011-ci il tarxili. 20KL/11 saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış xx.xx.2014-cü il tarixli 20KL/11-4 saylı əlavə kredit müqavilsəinə görə əsas kredit borcu üzrə 53560,23 ABŞ dolları, faiz borcu üzrə 10706,82 ABŞ dolları, cəmi 75787,98 ABŞ dollarıborcun qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə, cavabdeh Hüseynov Rövşən Lətif oğlundan xx.xx.2011-ci il tarixli, 20 KL/11 saylı əsas kredit müqaviləsi çərçivəsində bağlanmış xx.xx.2014-cü il tarixli, 8mspLKN/14 saylı əlavə kredit xətti müqaviləsinə görə əsas kredit borcu üzrə 3994,00 AZN borcun və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 AZN, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 60 AZN məbləğində pulun müştərək qaydada tutulması, tələbin ipoteka predmeti olan İddiaçı mülkiyyətində olan Lənkaran şəhəri, Böyükağa Mirsaliyev küçəsində yerləşən 0,03 ha torpaq sahəsinə və həmin torpaq sahəsininüzərində olan 2 mərtəbəli, 7 nömrəli fərdi yaşayış evinə, X15 mülkiyyətində olan Lənkaran rayonu, Kərgəlan kəndində yerləşən 0,06 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə və girov predmetinə olan İddiaçı məxsus dövriyyədəki mallara (15000 AZN dəyərində olan uşaq geyimləri) yönəldilməsi, bu əmlakların hərracda satılması və onların satışından əldə olunmuş pul vəsaiti hesabına cavabdeh İddiaçı xx.xx.2014-cü il tarixli 20KL/11-4 saylı əlavə kredit müqaviləsi üzrə 75787,98 ABŞ dolları qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə və xx.xx.2014-cü tarixli 8mspLKN/14 saylı əlavə kredit müqaviləsi üzrə 5176,59 AZN borcun və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 AZN, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 60AZN məbləğində pulun tutularaq iddiaçı “xxxx” KB ASC-yə ödənilməsi, ipoteka predmeti olan Lənkaran şəhəri, Böyükağa Mirsalayev küçəsində yerləşən 0,03 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində olan 2 mərtəbəli, 7 nömrəli fərdi yaşayış evinin evinin ilkin satış qiymətinin 65000 (altmış beş min) manat məbləğində və Lənkaran rayonu, Kərgəlan kəndində yerləşən 0,06 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin ilkin satış qiyməti 25000 (iyirmi beş min) manat məbləğində müəyyən edilməsi, ipoteka predmeti olan Lənkaran şəhəri, Böyükağa Mirsalayev küçəsində yerləşən 0,03 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərində olan 2 mərtəbəli 7 nömrəli fərdi yaşayış evimə tutma yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən cavabdehlər İddiaçı, X9 və X10 çıxarılması, Lənkaran rayonu, Kərgəlan kəndində yerləşən 0,06 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə tutma yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən cavabdehlər X22, X4 və X5 çıxarılması qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli, qətnaməsi ilə Lənkaran Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxx 2018-ci il tarixli qərarına əsasən Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ipoteka predmeti olan fərdi yaşayış evlərinin ilkin satış qiymətlərinin müəyyən edilməsi və xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə 11.520 ABŞ dolları məbləğində dəbbə pulunun tutulması hissəsində ləğv edilmiş və mülki iş həmin hissələrdə yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılmışdır. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli, 2(106)-2162/2018 saylı qətnaməsi ilə (hakimlər Q.Kərimov sədrlik edən, məruzəçi İ.Əsədov və Z.Zeynalov) cavabdeh İddiaçı oölu tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilərək, Lənkaran Rayon Məhkəməsinin 2(049)-3835/2017 saylı, xx xxxx 2017-ci il tarixli qətnaməsi cavabdehlər İddiaçı, X16 və X12 müştərək qaydada xx.xx.2011ci il tarixli 20 KL/11 saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış xx.xx.2014-cü il tarixli 20KL/11-4 saylı əlavə kredit müqaviləsinə görə cərimə borcuna görə 11520,93 ABŞ dollarının tutlması hissəsində ləğv edilməsi, iddia tələbi həmin hissədə qismən təmin edilərək cavabdehlər İddiaçı, X3 və X12 müştərək qaydada xx.xx.2011-ci il tarixli 20KL/11 saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış xx.xx.2014-cü il tarixli 20KL/11-4 saylı əlavə kredit müqaviləsi üzrə 5356 ABŞ dolları məbləğində cərimə olmaqla, əsas borc üzrə 69623,05 ABŞ dolları, faiz borcu üzrə isə 10706,82 ABŞ dolları olmaqla, cəmi 69623,05 ABŞ dolları alınıb iddiaçı “xxxx” ASC-yə ödənilməsi, İddiaçı mülkiyyətində olan və Lənkaran şəhəri, Böyükağa Mirsalayev küçəsində yerləşən 0,03 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində olan 2 mərtəbəli, 7 nömrəli fərdi yaşayış evinin ilkin satış qiyməti 70000 (yetmiş min) manat və X15 mülkiyyətində olan Lənkaran rayonu, Kərgəaln kəndində yerləşən 0,06 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin hazırki dövrə orta bazar qiyməti 45000 (qırx beş min) manat müəyyən edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Buna görə də məhkəmə hesab edir ki, hərracla bağlı proseslər 2019-cu ilin noyabr ayında yarandığından Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən mübahisəli hüquq münasibətlərinin yarandığı zaman Azərbaycan Respublikası “İpoteka haqqında” Qanununun qüvvədə olan müvafiq müddəaları tətbiq olunmalıdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 41.3-cü maddəsinə əsasən, hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. 42.1-ci maddəsinə əsasən, hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. 42.3-cü maddəsinə əsasən, istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan hərracda alıcı qismində iştirak edə bilər. Hərracı sifariş edən icra qurumunun və hərrac təşkilatının əməkdaşlarının, habelə əmlakın qiymətləndirilməsini həyata keçirən şəxslərin birbaşa və ya dolayı yolla hərracda alıcı qismində iştirak etməsinə yol verilmir. 42.4-cü maddəsinə əsasən, hərracda iştirak edən ipoteka saxlayan beh ödəmir. Hərracı udduğu halda, ipoteka saxlayan tələbinin məbləği həcmində alış qiymətini ödəməkdən azad olunur. 42.6-cı maddəsinə əsasən, hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun keçirildiyi gün hərracın nəticələri haqqında müqavilə qüvvəsinə malik olan protokol imzalayırlar. Protokolun imzalanmasından imtina edilməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415-ci maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. 42.8-ci maddəsinə əsasən, hərracın nəticələri haqqında protokol ipotekanın dövlət qeydiyyatı orqanına ipotekaya xitam verilməsi və yeni mülkiyyətçi haqqında qeydlərin müvafiq reyestrə daxil edilməsi üçün əsas hesab olunur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 53.1-ci maddəsinə əsasən üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır. 53.3-cü maddəsinə əsasən Əmlak satılmadıqda, həmin əmlak yenidən tələbkara təklif olunur. Tələbkar əmlakdan imtina etdikdə, əmlak borcluya, icra sənədi isə icra sənədini vermiş məhkəmə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır. 62.2-ci maddəsinə görə hərracın keçirilməsi qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxx 2014-cü il tarixli qərarına əsasən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi həmin Qanuna zidd hesab edilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka saxlayanın yalnız bir dəfə təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək imkanı vardır. İkinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. Beləliklə, məhkəmədə müəyyən edilir ki, İddiaçı məxsus olan Lənkaran şəhəri, Böyükağa Mirsalayev küçəsində yerləşən 0,03 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində olan 2 mərtəbəli, 7 nömrəli fərdi yaşayış evi Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-2162/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra vərəqəsinin, Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin 2517/06 nömrəli, xx.xx.2019-cu il tarixli sifariş məktubunun və “xxxx” KB ASC-nin müvafiq məktubunun icrasına əsasən hərrac təşkil olunmuşdur. Əmlakın ilkin hərrac qiyməti 70000 manat, əmlakın təkrar hərracdakı ilkin satış qiyməti 59500 manat, ipoteka predmetinin 25% aşağı olan qiyməti İpoteka Haqqında qanunun 43.7-ci maddəsinə əsasən 44625 manat qiymətlə tələbkarın əldə etmək hüququnun olması bildirmişdir. Həmin tarixli hərracın yekunları üzrə əmlakn alqı-satqı barədə müqaviləyə əsasən “xxxx” KB ASC əmlakı qəbul edərək balansına götürmüşdür. Məhkəmə qeyd edir ki, Hərrac təşkilatı qanunvericiliyin tələblərinə uyğun olaraq hərracın keçirilməsini təşkil etmiş və bununla əlaqədar tərəflərin rəsmi qeydiyyatda olduqları ünvanlara müvafiq bildirişlər göndərilmiş, qəzetlərdə elanlar vermişdir. Bundan başqa tələbkar bank tərəfindən də borclulara əmlakın hərracda satılması ilə bağlı müvafiq xəbərdarlıq məktubları göndərilmişdir. Nəticədə ipoteka predmeti olan daşınmaz əmlak hərracda satılmamış və qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq tələbkar “xxxx” KB ASC-yə təklif olunmuş, tələbkar isə həmin əmlakı qəbul edərək balansına götürmüşdür. Belə olan halda məhkəmə hesab edir ki, ipoteka ilə yüklü edilmiş İddiaçı məxsus olan Lənkəran şəhəri, Böyükağa Mirsalayev küçəsində yerləşən 0,03 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində olan 2 mərtəbəli, 7 nömrəli fərdi yaşayış evi “İcra haqqında” Azərbaycan Respublikası Qanununun, “İpoteka haqqında” Qanunun və Azərbaycan Respublikası Mülki Məcəlləsinin yuxarıda qeyd olunan maddələrinin tələblərinə uyğun olaraq hərrac vasitəsilə tələbkara təklif edilmişdir. Bununla yanaşı məhkəmə iddiaçının əsas gətirdiyi Lənkəran şəhəri, Böyükağa Mirsalayev küçəsində yerləşən 0,03 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində olan 2 mərtəbəli, 7 nömrəli fərdi yaşayış evi ilə bağlı hərrac təşkilatçısının hərracın keçirilməsi barədə onlara məlumat verməməsini, hərracın onların xəbəri və iştirakı olmadan keçirilməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hərrac təşkilatı tərəflərə icra sənədi üzrə borclu və tələbkara təqdim etdikləri rəsmi ünvan üzrə bir neçə dəfə rəsmi qaydada xəbərnaməli bildirişlər göndərmiş, qeyd olunan poçt göndərişləri ilə bağlı xəbərnamələr məhkəmə iclasında tərəflərin iştirakı ilə tədqiq edilmiş, nəticədə ipoteka predmeti olan daşınmaz əmlak qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq tələbkara təklif olunmuşdur. Məhkəmə iclasında tərəflərin təqdim etdikləri sübutlarla və verdikləri izahatlardan da məlum olmuşdur ki, qeyd edilən ipoteka predmeti ilə bağlı keçirilmiş hərracdan iddiaçının məlumatı olmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsini məqsədəmüvafiq hesab edir. Beləliklə məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər “Daşınar və X14 X26” MMC-yə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs “xxxx” KB ASC və Lənkəran rayon icra və probasiya şöbəsi cəlb edilməklə) “hərrac nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası əsassız olduğundan və məhkəmə araşdırması zamanı sübuta yetirilmədiyindən təmin edilməməlidir. Məhkəmə həmçinin mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddiaçı cavabdehlər “Daşınar və X14 X26” MMC-yə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs “xxxx” KB ASC və Lənkəran rayon icra və probasiya şöbəsi cəlb edilməklə) “hərrac nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-221/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-221/2021
17.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver