Məhkəmə qərarları › İş №2(005)-2227/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2227/2021

24.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2227/2021 24.05.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, Cəfərova Rufanə Xıdır qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “pul tələbi və icarə obyektinin geri verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “pul tələbi və icarə obyektinin geri verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin Cavabdeh MMC-nin istifadəsindən alınaraq iddiaçıya təhvil verilməsi, dəymiş zərərə görə 2500 (iki min beş yüz) manat məbləğində pulun Cavabdeh MMC-dən tutulması və ödənilməmiş 8000 (səkkiz min) manat məbləğində icarəhaqqının Cavabdeh MMC-dən tutulması və ödənilməmiş 8000 (səkkiz min) manat məbləğində icarə haqqının Cavabdeh MMC-dən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə iddiaçı arasında 04.11.2020-ci il tarixli icarə müqaviləsi bağlanılmışdır. Həmin icarə müqaviləsinə əsasən, iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, sahəsi 121,6 kv.m. olan qeyri-yaşayış sahəsi Cavabdeh MMCyə 04.11.2021-ci il tarixinə qədər icarəyə verilmişdir. Bunun müqabilində isə icarəçi hər ay 2000 (iki min) manat məbləğində icarə haqqını iddiaçıya ödəməli idi. Cavabdeh icarə müqaviləsi üzrə bir sıra öhdəliklərini yerinə yetirməyərək iddiaçıya xeyli miqdarda maddi zərər vurmuşdur: 04.11.2020ci il tarixli icarə müqaviləsinin 8-ci bəndinə əsasən, icarəçi icarəyə verənin razılığı olmadan icarəyə götürülən sahədə təmir-tikinti işləri həyata keçirə bilməz. Cavabdeh MMC ünvan 1 ünvanında yerləşən, sahəsi 121,6 kv.m. olan qeyri-yaşayış sahəsində əsaslı təmir-tikinti işləri həyata keçirmişdir. Təmir nəticəsində icarə obyektinin ilkin vəziyyəti xeyli dəyişmişdir. Bundan başqa, cavabdeh həmin qeyri-yaşayış sahəsində əsaslı təmir işlərinin görülməsi üçün iddiaçıya ümumiyyətlə müraciət etməmiş və bu barədə iddiaçının razılığını almamışdır. Göründüyü kimi, icarə müqaviləsinin müddətinin cəmi 1 il müəyyən edilməsi iddiaçının yaxın zaman ərzində həmin obyekti geri təhvil alacağının göstəricisidir. Bu səbəbdən də, cavabdeh təmir işləri görərək obyektin görünüşünü öz mənafeyinə uyğun şəkildə dəyişdirməzdən əvvəl mütləq şəkildə iddiaçının razılığını almalı idi. Onun həmin obyekti özbaşına təmir etməsi iddiaçının maddi zərər görməyilə nəticələnmişdir. Sözügedən qeyri-yaşayış sahəsinin əvvəlki vəziyyətinə qaytarılması 2500 (iki min beş yüz) manatdan çox xərc tələb edəcəkdir. Odur ki, cavabdeh 04.11.2020-ci il tarixli icarə müqaviləsinin 8-ci bəndi ilə müəyyən edilən öhdəliklərini yerinə yetirmədiyindən maddi məsuliyyət daşıyır. Bu səbəbdən də 2500 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. 04.11.2020-ci il tarixli icarə müqaviləsinin 7-ci bəndinə əsasən, müqavilənin ləğv edilməsi tərəflərin bir ay qabaqdan yazılı ərizəsinə müvafiq olaraq həyata keçirilir. İddiaçı qeyd edir ki, Cavabdeh MMC-yə 17.02.2021-ci il tarixli pretenziya məktubunda bildirilmişdir ki, növbəti aydan cavabdehin ödəməli olduğu icarə haqqının məbləği 5000 (beş min) manat təşkil edəcəkdir. Cavabdeh bu şərtlə razılaşmadığı təqdirdə isə, icarə müqaviləsi ləğv edilir. Bu səbəbdən də müqavilədə müəyyən olunan müddət ərzində icarəyə götürülən obyekt iddiaçıya təhvil verilməli idi. Cavabdeh qeyd edilən məsələ ilə bağlı olaraq iddiaçıya ümumiyyətlə münasibət bildirməmişdir. Onun hərəkətsizliyi və bu aylar ərzində icarə haqqını ümumiyyətlə ödəməməsi isə iddiaçı tərəfindən irəli sürülən bu şərtlə razılaşmaması kimi qiymətləndirilməlidir. Bununla da cavabdehin xəbərdar edildiyi gündən etibarən 1 ay ərzində icarə obyektini təhvil vermək öhdəliyi yaranır. Odur ki, cavabdehlə aralarında bağlanılan 04.11.2020-ci il tarixli müqavilə ləğv edilmiş hesab edilir. Cavabdeh 1 ay qabaqcadan dəfələrlə şifahi və yazılı şəkildə xəbərdar edilsə də, o, hələ də icarəyə verilən qeyri-yaşayış sahəsində öz fəaliyyətinə davam edir. Bu səbəbdən də ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi məhkəmənin qətnaməsi ilə cavabdehin qanunsuz istifadəsindən alınmalıdır. Cavabdeh MMC son 4 ay ərzində icarə haqqını ödəməmişdir. 17.02.2021-ci il tarixli pretenziya məktubunda ondan əvvəlki 3 ayın ödənişini həyata keçirmək tələb olunmuşdur. Lakin, cavabdeh icarə haqqını ödəməkdən qəsdən boyun qaçırır. Bu səbəbdən də hər ay üçün 2000 (iki min) manat olmaqla, ümumilikdə 8000 (səkkiz min) manat məbləğində pul cavabdehdən tutularaq mənə ödənilməlidir. Hesab edirəm ki, iddia tələbim tam əsaslıdır və tam həcmdə təmin olunmalıdır. İddiaçı nümayəndəsi və vəkili Vəkil 24.05.2021-ci il tarixdə “elektron məhkəmə” sistemi vasitəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, səhhətində yaranan problemlərlə əlaqədar olaraq təyin edilmiş məhkəmə prosesində iştirak edə bilməyəcəyini və mülki işə onun iştirakı olmadan baxıb iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan; 19.03.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 30 (otuz) manat məbləğində dövlət rüsumu ödəmişdir. 04.11.2020-ci il tarixli müqavilənin surətindən görünür ki, icarəyə verən İddiaçı ilə icarəçi Cavabdeh arasında icarə müqaviləsi bağlanmışdır. Müqavilənin 3-cü bəndinə əsasən icarə müddəti 04.10.2021-ci il tarixədək müəyyən edilir və onun bitməsinə 1 (bir) ay qalmış tərəflər həmin müqavilənin pozulmasına dair heç bir təklif irəli sürməzlərsə icarə müddəti daha 1 (bir) il müddətinə uzadılmış hesab edilir. Bu müqavilənin 4-cü bəndinə görə icarəyə verilən sahənin istifadəsinə görə “icarəyə götürən” Cavabdeh “İcarəyə verən” İddiaçı aylıq 2000 manat 00 qəpik (iki min manat sıfır qəpik) icarə haqqı ödəyir. İddiaçı Qaraş oğlu tərəfindən Cavabdehnə ünvanlanmış ərizənin surətindən görünür ki, cavabdeh 3 aya yaxın bir müddətdir ki, icarə haqqı ödəmir. Cavabdehin borcu 6000 (altı min) manat təşkil edir. İcazəsiz aparılan təmir-tikinti işləri nəticəsində iddiaçıya maddi ziyan vurulmuşdur. Bu səbəbdən də dəymiş maddi ziyanın ödənilməsi üçün 2500 (iki min beş yüz) manat məbləğində cərimə ödənilməli və növbəti aydan ödəməli olduğu icarə haqqının məbləği 5000 (beş min) manat təşkil edəcəkdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* nömrəli çıxarışdan görünür ki, ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin mülkiyyətçisi İddiaçıdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 700.1-ci maddəsinə görə icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2-ci maddəsinə görə icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 700.3-cü maddəsinə görə əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. 700.5-ci maddəsinə görə əgər icarə üzrə hüquq münasibətlərinə xitam verildikdən sonra icarəçi icarəyə götürdüyü obyekti qaytarmırsa, icarəyə verən obyektin saxlandığı müddət üçün kompensasiya kimi müəyyənləşdirilmiş illik icarə haqqından icarəçinin həmin il ərzində əldə etdiyi və ya əldə edə biləcəyi icarə faydaları hissəsinə uyğun olan hissənin verilməsini tələb edə bilər. Digər zərərin əvəzinin ödənilməsi barədə iddia da istisna edilmir. 684.1-ci maddəsinə görə Əmlak kirayəsi haqqı, əgər kirayə müddəti bir aydan qısadırsa, həmin müddətin sonunda ödənilməlidir. Əgər kirayə müddəti bir aydan çoxdursa, əmlak kirayəsi haqqı zərurət olduqda müvafiq surətdə hər ayın sonunda hissə-hissə ödənilməlidir. Əgər əmlak kirayəsi haqqı zaman hissələri üzrə hesablanmışdırsa, ayrı-ayrı zaman hissələrinin sonunda ödənilir. 684.2-ci maddəsinə görə Kirayəçi ona mənsub istifadə hüququnu hər hansı fərdi səbəblərə görə həyata keçirə bilmədiyinə görə əmlak kirayəsi haqqını ödəməkdən azad edilmir. Lakin kirayəyə verən kirayəyə verilmiş əşyadan istifadə zamanı qənaət edilmiş məsrəflərin hesabı, habelə əşyadan başqa şəkildə istifadə etsəydi, əldə edə biləcəyi faydaların hesabı ilə razılaşmalıdır. 679-cu maddəsinə görə Kirayəyə verilmiş əşya ilə bağlı yüklülükləri, dövlət vergilərini və yerli vergiləri, ayrı razılaşma olmadıqda, kirayəyə verən ödəməlidir. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. 04 noyabr 2020-ci il tarixli icarə müqaviləsinin 4-cü bəndindən görünür ki, icarə haqqı hər ayın 2000 manat təşkil. Həmin müqavilənin 3-cü bəndindən göründüyü kimi icarəyə icarəyə verənlə müqavilə müddəti 04.10.2021-ci il tarixədəkdir. Onun bitməsinə 1 ay qalmış tərəflər tərəflər müqavilənin pozulmasına dair təklif irəli sürməsə icarə müddəti daha 1 il uzadılır. İşin hallarından göründüyü kimi iddiaçı 4 ay üçün icarə haqqı məbləğini, yəni 8000 manatı tələb etməkdədir. Cavabdeh tərəf isə icarə məbləğinin ödənilməsinə dair sübut təqdim etməmişdir. Məhkəmə hesab edir ki, Cavabdeh iddiaçı qarşısında 04.11.2020-ci il tarixli, icarə müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Buna görə Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öhdəliyin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşımalı, iddiaçıya olan 8000 manat borcunu ödəməlidir. İddiaçının vurulmuş ziyana görə 2500 (iki min beş yüz) manat məbləğində pul vəsaitinin tələb etməsi əsassızdır. Belə mövqe onunla əsaslanıdırılır ki, müqavilənin 3-cü bəndindən göründüyü kimi icarəyə icarəyə verənlə müqavilə müddəti 04.10.2021-ci il tarixədəkdir. Onun bitməsinə 1 ay qalmış tərəflər tərəflər müqavilənin pozulmasına dair təklif irəli sürməsə icarə müddəti daha 1 il uzadılır. Cavabdehlə müqavilə müddəti uzadılmışdır və hazırda müqavilənin ləğvi ilə bağlı tələb mövcud deyildir. Məhkəmənin qənaətinə görə icarə müqaviləsi müddəti bitdikdən sonra cavabdeh həmin əmlakı olduğu kimi əmlak sahibinə təhvil verməlidir. Nə qədər ki əmlak təhvil verilməyib və icarə müqaviləsinin ləğvi ilə bağlı tələb mövcud deyil, belə olan halda əmlakın təhvil verilməsi və dəymiş zərərə görə 2500 manat məbləğində pulun ödənilməsi hissəsində iddia əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikası Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəlləsinin 700.1-ci maddəsinə əsasən, icarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 705-ci maddəsinə əsasən, əgər icarə üzrə hüquq münasibətlərinə xitam verildikdən sonra icarəçi icarəyə götürdüyü obyekti qaytarmırsa, icarəyə verən obyektin saxlandığı müddət üçün kompensasiya kimi müəyyənləşdirilmiş illik icarə haqqından icarəçinin həmin il ərzində əldə etdiyi və ya əldə edə biləcəyi icarə faydaları hissəsinə uyğun olan hissənin verilməsini tələb edə bilər. Digər zərərin əvəzinin ödənilməsi barədə iddia da istisna edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Həmin Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən 04.11.2020-ci il tarixli icarə müqaviləsi üzrə 8000 (səkkiz min) manat məbləğində pul tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar