Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2244/2020 05.10.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əmirxanova Kəmalə Fərman qızının sədrliyi Məmmədova Nigar Ülfət qızının katibliyi ilə İddiaçı nümayəndəsi və vəkili Vəkil və Cavabdeh5 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Bakı şəhəri 22 saylı Notariat kontoru, Bakı şəhəri 1 saylı notariat kontoru, Cavabdeh4, Cavabdeh5 qarşı etibarnamənin, alqı-satqı müqaviləsinin və çıxarışın etibarsız hesab edilməsi, çıxarışın onun adına bərpa edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Bakı şəhəri 22 saylı Notariat kontoru, Bakı şəhəri 1 saylı notariat kontoru, Cavabdeh4, Cavabdeh5 qarşı etibarnamənin, alqı-satqı müqaviləsinin və çıxarışın etibarsız hesab edilməsi, çıxarışın onun adına bərpa edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh4 tərəfindən xx.xx.2018-ci ildə 1 saylı notariat kontorunda Cavabdeh5 verilmiş etibarnamənin, xx.xx.2018-ci ildə 22 saylı notariat kontorunda X1 ilə Cavabdeh4 arasında Bakı şəhəri, Afiyədin Cəlilov küçəsi, 20 saylı evin 51-ci mənzilin alqı-satqısına dair AN-1 seriyalı,0531338 saylı müqavilənin və həmin müqaviləyə əsasən xx.xx.2018-ci ildə Azərbaycan Respublikası ƏMDK Yanında DƏDRX-ni Bakı şəhəri 1 saylı Ərazi İdarəsi tərəfindən verilmiş ******* saylı çıxarışın etibarsız hesab edilməsi, həmin mənzilə xx.xx.2014-cu ildə PX seriyalı ******* saylı iddiaçının adına verilmiş çıxarışın bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Afiyədin Cəlilov küçəsi, 20 saylı evin 51-ci mənzili mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. Bu mənzili kirayə vermək üçün tanışlarına və binanın komendatına məlumat vermişdir. 2018-ci ilin aprel ayında makler Cavid adlı şəxsin vasitəsi ilə mənzili 1100 manata Cavabdeh4 kirayə vermişdir. Eyni zamanda evin çıxarışının surətini də ona verib, Cavabdeh4 xx.xx.2018-ci ildə 1 saylı notariat kontorunda iddiaçının adından Cavabdeh5 etibarnamə almışdır. xx.xx.2018-ci ildə Cavabdeh5 iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Afıyədin Cəlilov küçəsi, 20 saylı evin 51-ci mənzilin Bakı şəhəri 22 saylı notariat kontorunda Cavabdeh4 satılması barədə alqı satqı müqaviləsi bağlamışlar. Cavabdeh4 xx.xx.2018-ci ildə öz adına ******* saylı çıxarış almışdır. Göründüyü kimi, Cavabdeh4 və Cavabdeh5 pis niyyətlə saxta sənədlər əldə edərək iddiaçının mülkiyyətində olan evi ələ keçirmişlər. Təəsüflə qeyd etmək lazımdır ki, notariat kontorlarının səhlənkarlığı nəticəsində Cavabdeh4 və Cavabdeh5 pis niyyətlərini reallaşdıraraq iddiaçının mülkiyyətində olan evi ələ keçirmişlər. Ələ keçirdikləri mənzili xx.xx.2018-ci ildə satıb qazanc əldə etmək istərkən niyyətlərinə nail ola bilməmişlər. xx.xx.2018-ci ildə Namiq Ruşan oğlunun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.1 və 178.2.4 maddəsi ilə Bakı şəhəri Nərimanov Rayon Prokurorluğunda cinayət işi başlanmışdır. xx.xx.2018-ci ildə iddiaçı zərər çəkmiş şəxs qismində tanınmışdır. Bakı şəhər BPİ-nin İstintaq və X4 cinayətlərin istintaqı şöbəsinin baş müstəntiqi Həbib Həbiblinin xx.xx.2020-ci il tarixli qərarının məzmunundan görünür ki, Cavabdeh4 cinayət əməli sübuta yetirilmişdir. Lakin Cavabdeh4 xx.xx.2019-cu ildə vəfat etdiyindən işin icraatına bəraətverici əsaslar olmadan xitam verilmişdir. Lakin 26.05.201-ci ildə 22 saylı notariat kontorunda Cavabdeh4la Vidadi Nəcəfov arasında qeydə alınmış alqı-satqı müqaviləsi, Cavabdeh4nin adına verilmiş PX seriyalı ******* saylı,xx.xx.2018-ci il tarixli çıxarış qüvvədə qalmış, nəticədə iddiaçının pozulmuş mülkiyyət hüququ bərpa edilməmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizə ilə eyni məzmunlu izaha verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh5 məhkəmə iclasında iddia tələbini qəbul etdiyini bildirdi. Digər cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında üçüncü şəxs səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəmə iclasında iştirak etməmişdir. Eyni zamanda cavabdeh Bakı şəhəri 1 saylı notariat kontorundan daxil olmuş ərizədən görünür ki, işə nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, onların izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizələrinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2006-cı il tarixli 0102-A1-497 saylı “xxxxxx” MMCnin nizamnaməsinin təsdiq olunmuş surətindən görünür ki, Cəmiyyət Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq məhdud məsuliyyətli cəmiyyət formasında yaradılan və əsas məqsədi mənfəət götürməkdən ibarət olan kommersiya hüquqi şəxsidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışdan müəyyən olunur ki, ünvan 1 mənzil 51 tam mülkiyyət hüququ üzrə Cavabdeh4 adına qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışdan müəyyən olunur ki, ünvan 1 mənzil 51 tam mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarında olan AN-İ ******* nömrəli xx.xx.2018-ci il tarixli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, satıcı İddiaçı ilə alıcı Cavabdeh4 arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən ünvan 1 mənzil 51 ünvanında yerləşən mənzil Cavabdeh4 mülkiyyətinə keçmişdir. İş materiallarında olan cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında Nərimanov rayon prokurorluğunun müstəntiqi, İİ dərəcəli hüquqşünas Şükran Məmmədovun xx.xx.2018-ci il tarixli qərarından görünür ki, İddiaçı məxsus Bakı şəhəri, A.Cəlilov küçəsi 20 saylı evin 57 nömrəli mənzilin qanunsuz yolla ələ keçirilməsi və Mövsümov Nadir Qadir oğluna qarşı dələduzluq edilməklə ona xeyli miqdarda ziyan vurulması faktı üzrə Azərbaycan Respublikası CM-in 314.1 və 178.2.4-cü maddələri ilə cinayət işi başlanılması və icraatına qəbul edilməsi qərara alınmışdır. İş materiallarında olan zərər çəkmiş şəxs qismində tanınma haqqında Nərimanov rayon prokurorluğunun müstəntiqi, İİ dərəcəli hüquqşünas Şükran Məmmədovun xx.xx.2018-ci il tarixli qərarından görünür ki, İddiaçı ********* №-li cinayət işi üzrə zərər çəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan cinayət işi üzrə icraata hissəvi xitam verilməsi haqqında Nərimanov rayon prokurorluğunun müstəntiqi, İİ dərəcəli hüquqşünas Şükran Məmmədovun xx.xx.2020-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə təqsirləndirilən şəxs mərhum Cavabdeh4 zərərçəkmiş şəxslər İddiaçı əmlakının ələ keçirilməsi və Mövsümov Nadir Qadir oğlunun əmlakının ələ keçirilməsinə cəhd edilməsi faktları üzrə bəraətverici əsaslar olmadan Cavabdeh4 öldüyü üçün cinayət təqibinə hissəvi xitam verilmişdir. İş materiallarında olan 1 saylı notariat kontorunun xüsusi notariusu X3 tərəfindən təsdiq edilmiş AR-İ № 618055 nömrəli xx.xx.2018-ci il tarixli etibarnamədən görünür ki, İddiaçı tərəfindən Cavabdeh5 aşağıdakı səlahiyyətlər verilmişdir: əmlak məsələləri üzrə prosesləri həyata keçirmək üçün səlahiyyət verir, xüsusilə: Mirasın qəbulu haqqında şərtli və şərtsiz ərizələrin verilməsi, inventarın qurulmasında təmsilçilik etmək, əmlak rüsum proseslərinin həyata keçirilməsi, ərizələrin verilməsi və imzalaması, vərəsəliyin yerinə yetirilməsi və meydana gələcək digər mühüm proseslərin icrası, bu mirasla əlaqədar qəyyumluq, himayədarlıq və s. məsələlər haqqında ərizələrin verilməsi. Mirasdan imtina edilməsi, öhdəliklərin qəbul edilməməsi; Miras və öhdəlik hissələri ilə əlaqədar razılığın bağlanması; Daşınmaz əmlakın satılması üzrə səlahiyyətlər; Bu əmlakla bağlı icarə qanununa əsasən bütün idarələrdə hər hansı icarə məsələləri ilə əlaqədar proseslərdə təmsil etmək; məsələn: xitam vermək, xitam verilməsinə etiraz etmək. Ticarət qeydim idarəsinə, torpaq qeydiyyatı, torpağın idarə edilməsi və s. idarə və orqanlara ərizə ilə müraciət etmək. Banklarda və dövlət qurumlarında pul vəsaitləri, pullar və ya digər daşmar əmlaklarla əlaqədar, yuxarıda göstərilən məsələlər haqqında hər nansı şəxslər üçün izahatların verilməsi; hər hansı nümayəndəliklər, vergi orqanları yə bürün digər dövlət orqanları, bələdiyyələr qarşısında onu təmsil etmək. Göründüyü kimi, Cavabdeh4 İddiaçı etibarından sui-istifadə etməklə Cavabdeh5 adına etibarnamə almışdır. Daha sonra qanunsuz yolla əldə etdiyi etibarnamədən istifadə etməklə İddiaçı mülkiyyətində olan ünvan 1 mənzil 51 ünvanında yerləşən mənzili öz adına keçirməklə qeyd edilən mənzilə çıxarış almışdır. Nəticədə İddiaçı şikayəti üzrə faktla bağlı araşdırılma aparılmış və cinayət işi açılmışdır. Hazırda İddiaçı onun adından verilmiş etibarnamənin, mənzilə dair alqı-satqı müqaviləsinin və çıxarışın etibarsız hesab edilməsi üçün məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia tələbləri ilə bağlı aşağıdakılarını qeyd etməyi zəruri bilir: Azərbaycan Respublikası Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir; Həmin Məcəllənin 339.1-ci maddəsinə əsasən Hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Göstərilən prosessual normanın tələbləri baxımından məhkəmə qeyd edir ki, mülki işin icraatı zamanı preyudisial (əvvəlki hal) faktlar da sübut olunmur. Sübutetmə predmetinə daxil olan tədqiq olunan və məhkəmənin yekun aktında əks edilən faktlar, bu akt qanunla müəyyən edilən qaydada ləğv edilənə və ya dəyişdirilənə qədər həqiqilik və qətilik keyfiyyəti əldə edir. Məcburiliyi baxımından bütün digər orqanlar, vəzifəli şəxslər, təşkilatlar, vətəndaşlar bu aktın məzmunu ilə razılaşmalıdırlar. Artıq məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarın faktiki əsasını təşkil edən hallar yeni mübahisə üçün də hüquqi əhəmiyyət kəsb etdikdə preyudisiya əlaqəsi yaranmış olur. Azərbaycan RespublikasınınKonstitusiya Məhkəməsinin Plenumunun C.İsmayılzadənin şikayətinə dair xx.xx.2007-ci il trixli qərarında qeyd olunmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzib olunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. Avropa Məhkəməsinin «Brumareski Rumıniyaya qarşı» xx.xx.1999-cu il tarixli qərarında göstərilmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. Mülki iş üzrə tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, mübahisəli mənzil addan-ada cinayət əməli nəticəsində əldə edilmiş etibarnamə əsasında keçirildiyindən nə mənzilin alqı-satqısına dair AN-1 seriyalı, ******* saylı müqavilə və həmin müqaviləyə əsasən xx.xx.2018-ci ildə Azərbaycan Respublikası ƏMDK Yanında DƏDRX-ni Bakı şəhəri 1 saylı Ərazi İdarəsi tərəfindən verilmiş ******* saylı çıxarış qüvvədə qala bilməz və etibarsız hesab edilməli, mülkiyyətçinin mülkiyyət hüquqlarının bərpa edilməsi məqsədi ilə onun adına həmin mənzilə olan çıxarış bərpa edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən məhkəmə rüsumun iddiaçıya aid edilməsi qənaətinə gəlir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin və Ailə Məcəlləsinin müvafiq maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2018-ci ildə 1 saylı notariat kontorunda Cavabdeh5 verilmiş etibarnamə, xx.xx.2018-ci ildə 22 saylı notariat kontorunda X1 ilə Cavabdeh4 arasında Bakı şəhəri, Afiyədin Cəlilov küçəsi, 20 saylı evin 51-ci mənzilin alqı-satqısına dair AN-1 seriyalı, ******* saylı müqavilə və həmin müqaviləyə əsasən xx.xx.2018-ci ildə Azərbaycan Respublikası ƏMDK Yanında DƏDRX-ni Bakı şəhəri 1 saylı Ərazi İdarəsi tərəfindən verilmiş ******* saylı çıxarışın etibarsız hesab edilsin. Bakı şəhəri, Afiyədin Cəlilov küçəsi, 20 saylı evin 51-ci mənzilə xx.xx.2014-cu ildə RX seriyalı ******* saylı İddiaçı adına verilmiş çıxarış bərpa edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kəmalə Əmirxanova
Məhkəmə qərarları › İş №2(005)-2244/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2244/2020
05.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver