Məhkəmə qərarları › İş №2(102)-4859/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4859/2021

12.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4859/2021 12.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: İsmailova Floranın Cavabdeh3 və digərlərinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-4859/21 (Açar sözlər: alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən və məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Əzimova Səbinə Yaşar qızının katibliyi, İddiaçı: İsmailova Floranın vəkili Vəkil1, Cavabdeh: Cavabdeh2, Cavabdeh: Cavabdeh3 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02 aprel 2021-ci il tarixli, 2(103)1081/2021 saylı qətnaməsindən iddiaçı İsmailova Floranın kassasiya şikayəti üzrə işə 12 oktyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, iddiaçı İsmailova Flora məhkəmədə Cavabdeh3 və digərlərinə qarşı iddia qaldıraraq, onun adından Bakı şəhəri, Nəsimi rayonu, Məsud Əlizadə küçəsi, 29 saylı evə dair Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış 13 dekabr 2019-cu il tarixli alqı-satqı müqaviləsinin və həmin evə dair Cavabdeh1 ilə Cavabdeh3 arasında bağlanmış 14 aprel 2020-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin evlə bağlı tam payda mülkiyyət hüququna dair Cavabdeh3 adına Reyestr Xidməti tərəfindən verilmiş 21 aprel 2020-ci il tarixli Çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini və Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 əməllərində cinayət tərkibinin əlamətlərinin olmasına dair xüsusi qərardad çıxarmasını xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 14 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (sədrlik edən, məruzəçi hakim V.Ş.Quliyev) iddia rədd edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, Bakı şəhəri, Məsud Əlizadə küçəsi 29 saylı evin ½ hissəsi iddiaçının atası X1 məxsus olub. İddiaçı, 28 iyun 2019-cu ildə notarial qaydada təsdiq edilməklə 22 mart 2011-ci il tarixdə ölmüş atası Rüstəm Xankişiyevdən qalmış mirasa dair vərəsəlik işini rəsmiləşdirmək və sair hərəkətləri etməyə dair 1 il müddətində qüvvədə olmaqla Cavabdeh1 adına, sonuncu isə ö z növbəsində 6 ay, 23 gün müddətində qüvvədə olmaqla Cavabdeh2 adına etibarnamələr veriblər. Bundan sonra, Bakı şəhəri, Məsud Əlizadə küçəsi, 29 saylı evin ½ hissəsi 06 noyabr 2019-cu il tarixli Çıxarışa əsasən mülkiyyət hüququ üzrə iddiaçının adına qeydə alınıb və 13 dekabr 2019-cu il tarixli notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 etibarnamə əsasında iddiaçının adından həmin evi 35.000 manata Cavabdeh1 satıb. 05 dekabr 2019-cu il tarixli kassa mədaxil orderinə əsasən Cavabdeh1 35.000 manat pul vəsaitini notariusun depozit hesabına köçürüb. Eyni zamanda 13 dekabr 2019-cu il tarixli notarial qaydada təsdiq edilmiş ərizəyə əsasən iddiaçının əri X2 arvadı Flora İsmailovaya məxsus olan evin ½ hissəsinin satılmasına yazılı razılıq verib. 16 dekabr 2019-cu il ta rixli Çıxarışa əsasən sözügedən ev hər birinin payı ½ hissədə olmaqla mülkiyyət hüququ üzrə Cavabdeh1 və Cavabdeh3 adına qeydə alınıb. 14 aprel 2020-ci il tarixli notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 etibarnamə üzrə Cavabdeh1 adından sözügedən evin ½, yəni 31,5 kv.metr hissəsini 400.000 manata Cavabdeh3 satıb və 14 aprel 2020-ci il tarixli kassa mədaxil orderinə əsasən sonuncu 400.000 manat pul vəsaiti notariusun depozit hesabına köçürüb. 21 aprel 2020-ci il tarixli Çıxarışa əsasən isə ev bütövlükdə mülkiyyət hüququ üzrə Cavabdeh3 adına qeydə alınıb. 07 mart 2020-ci il tarixdə iddiaçının yazılı ərizəsinə əsasən onun adından Cavabdeh1 adına verilmiş 28 iyun 2019-cu il tarixli etibarnamə ləğv edilib. Göründüyü kimi hər iki alqı-satqı müqaviləsi Mülki Məcəl lədə müəyyənləşdirilmiş şərtləri pozmamaqla bağlanıb və həmin müqavilələrin etibarsızlığı üçün əsaslar yoxdur. Ona görə də iddia tələbləri rədd edilməlidir. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 337.1-337.4, 340.1ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. İddiaçı apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia tələblərinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Apellyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 02 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər X.Ə.Sarıyev sədrlik edən, məruzəçi, E.Ə.Mehdiyev və Ş.A.Məmmədova) apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı şəhəri Nərimano v Rayon Məhkəməsinin 14 sentyabr 2020-ci il tarixli qətnaməsi qismən- Flora İsmailovanın adından Cavabdeh2lə Cavabdeh1 arasında bağlanmış 13 dekabr 2019-cu il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi iddia tələbinin rədd edilməsi hissəsində ləğv edilib, həmin hissədə yeni qətnamə qəbul edilməklə iddia qismən təmin olunub, Flora İsmailovanın adından Cavabdeh2lə Cavabdeh1 arasında bağlanmış 13 dekabr 2019-cu il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və qətnamənin- Cavabdeh1lə Cavabdeh3 arasında bağlanmış 14 aprel 2020-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və Bakı şəhəri, Məsud Əlizadə küçəsi, 29 saylı evə dair Cavabdeh3 adına verilmiş 21 aprel 2020-ci il tarixli Çıxarışın ləğv edilməsi tələbinin rədd edilməsi hissəsində dəyişdiril mədən saxlanılması qət edilib. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, Bakı şəhəri, Məsud Əlizadə küçəsi 29 saylı evin ½ hissəsi iddiaçının atası X1 məxsus olub. İddiaçı, 28 iyun 2019-cu ildə notarial qayadada təsdiq edilməklə 22 mart 2011-ci il tarixdə ölmüş atası Rüstəm Xankişiyevdən qalmış mirasa dair vərəsəlik işini rəsmiləşdirmək və sair hərəkətləri etməyə dair 1 il müddətində qüvvədə olmaqla Cavabdeh1 adına, sonuncu isə öz növbəsində 6 ay, 23 gün müddətində qüvvədə olmaqla Cavabdeh2 adına etibarnamələr veriblər. Bundan sonra, Bakı şəhəri, Məsud Əlizadə küçəsi, 29 saylı evin ½ hissəsi 06 noyabr 2019-cu il tarixli Çıxarışa əsasən mülkiyyət hüququ üzrə iddiaçının adına qeydə alınıb və 13 dekabr 2019-cu il tarixli notarial qaydada təsdiq edilmiş alqı-sat qı müqaviləsinə əsasən Cavabdeh2 etibarnamə əsasında iddiaçının adından həmin evi 35.000 manata Cavabdeh1 satıb. 05 dekabr 2019-cu il tarixli kassa mədaxil orderinə əsasən Cavabdeh1 35.000 manat pul vəsaitini notariusun depozit hesabına köçürüb. Eyni zamanda 13 dekabr 2019-cu il tarixli notarial qaydada təsdiq edilmiş ərizəyə əsasən iddiaçının əri X2 arvadı Flora İsmailovaya məxsus olan evin ½ hissəsinin satılmasına yazılı razılıq verib. 16 dekabr 2019-cu il tarixli Çıxarışa əsasən sözügedən ev hər birinin payı ½ hissədə olmaqla mülkiyyət hüququ üzrə Cavabdeh1 və Cavabdeh3 adına qeydə alınıb. 14 aprel 2020-ci il tarixli notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 etibarnamə üzrə Cavabdeh1 adından sözügedən evin ½, yəni 31,5 kv.metr hissəsini 400.000 manata Cava bdeh3 satıb və 14 aprel 2020-ci il tarixli kassa mədaxil orderinə əsasən sonuncu 400.000 manat pul vəsaiti notariusun depozit hesabına köçürüb. 21 aprel 2020-ci il tarixli Çıxarışa əsasən isə ev bütövlükdə mülkiyyət hüququ üzrə Cavabdeh3 adına qeydə alınıb. 07 mart 2020-ci il tarixdə iddiaçının yazılı ərizəsinə əsasən onun adından Cavabdeh1 adına verilmiş 28 iyun 2019-cu il tarixli etibarnamə ləğv edilib. Birinci instansiya məhkəməsi mübahisəli evə dair iddia tələbini iddiaçının adından Cavabdeh2lə Cavabdeh1 arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi hissəsində rədd etməklə səhv nəticəyə gəlib. Belə ki, təmsilçi Cavabdeh1 təmsil edilən Flora İsmailovanın adından şəxsən özü barəsində əqd bağlayıb, bu isə yolverilməzdir. Ona görə də iddiaçının adından Cavabdeh2lə Ca vabdeh1 arasında bağlanmış alqı-satqı müqaviləsi əhəmiyyətsiz əqd olmaqla, etibarsızdır. Bu hissədə iddia əsaslı olduğundan təmin edilməlidir. Eyni zamanda iddianın bu hissəsinə restitusiyanın tətbiq edilməsi üçün əsaslar yoxdur, çünki məhkəmə araşdırması zamanı müəyyən edildi ki, həmin alqı-satqı müqaviləsi üzrə 35.000 manat pul vəsaiti bilavasitə Cavabdeh1 özü tərəfindən götürülüb. Cavabdeh3 isə mübahisəli evi vicdanlı əldə etdiyindən onunla bağlanmış alqı-satqı müqaviləsinin etibarsız sayılması və həmin evə dair onun adına verilmiş Çıxarışın ləğv edilməsi üçün əsaslar yoxdur. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh3 münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 140, 324.1324.5, 329.1-ci maddələrin in və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən- iddia tələblərinin təmin edilməyən hissəsində ləğv edilib, iddia tələblərinin bütövlükdə təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edib. Kassasiya şikayəti belə əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi mübahisələndirilən hissədə işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub və iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iddiaçı Flora İsmailovanın vəkili Vəkil1 kassasiya şikayətində göstərilənlərə uyğun olaraq izahat verdi. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasında iştirak etsələr də vəkillə birgə təmsil olunmadıqları üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinin tələblərini izah etməklə onları məhkəmə iclasında dinləmədi. İddiaçı Flora İsmailova və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Mülki Məcəllənin 140-cı maddəsinə əsasən, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 149.2-ci maddəsində göstərilir ki, əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilə r. Həmin Məcəllənin 178.1-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına isti nad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyə n edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. İddiaçının kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın təmin olunmayan hissəsində mübahisələndirildiyindən, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında yalnız mübahisələndirilən hissədə yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şi kayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Belə ki, iddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən hissədə işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozmasını, iddianın bütövlükdə təmin edilməsi üçün əsasların olmasını göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Bakı şəhəri, Məsud Əlizadə küçəsi 29 saylı evin ½ hissəsi iddiaçının atası X1 məxsus olub. İddiaçı, 28 iyun 2019-cu ildə notarial qaydada təsdiq edilməklə 22 mart 2011-ci il tarixdə ölmüş atası Rüstəm Xankişiyevdən qa lmış mirasa dair vərəsəlik işini rəsmiləşdirmək və sair hərəkətləri etməyə dair 1 il müddətində qüvvədə olmaqla Cavabdeh1 adına, sonuncu isə öz növbəsində 6 ay, 23 gün müddətində qüvvədə olmaqla Cavabdeh2 adına etibarnamələr veriblər. Bundan sonra, Bakı şəhəri, Məsud Əlizadə küçəsi, 29 saylı evin ½ hissəsi 06 noyabr 2019-cu il tarixli Çıxarışa əsasən mülkiyyət hüququ üzrə iddiaçının adına qeydə alınıb və 13 dekabr 2019-cu il tarixli notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 etibarnamə əsasında iddiaçının adından həmin evi 35.000 manata Cavabdeh1 satıb. 05 dekabr 2019-cu il tarixli kassa mədaxil orderinə əsasən Cavabdeh1 35.000 manat pul vəsaitini notariusun depozit hesabına köçürüb. Eyni zamanda 13 dekabr 2019-cu il tarixli notarial qaydada təsdiq edilmiş əri zəyə əsasən iddiaçının əri X2 arvadı Flora İsmailovaya məxsus olan evin ½ hissəsinin satılmasına yazılı razılıq verib. 16 dekabr 2019-cu il tarixli Çıxarışa əsasən sözügedən ev hər birinin payı ½ hissədə olmaqla mülkiyyət hüququ üzrə Cavabdeh1 və Cavabdeh3 adına qeydə alınıb. 14 aprel 2020-ci il tarixli notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 etibarnamə üzrə Cavabdeh1 adından sözügedən evin ½, yəni 31,5 kv.metr hissəsini 400.000 manata Cavabdeh3 satıb və 14 aprel 2020-ci il tarixli kassa mədaxil orderinə əsasən sonuncu 400.000 manat pul vəsaiti notariusun depozit hesabına köçürüb. 21 aprel 2020-ci il tarixli Çıxarışa əsasən ev bütövlükdə mülkiyyət hüququ üzrə Cavabdeh3 adına qeydə alınıb. 07 mart 2020-ci il tarixdə iddiaçının yazılı ərizəsinə əsasən onun ad ından Cavabdeh1 adına verilmiş 28 iyun 2019-cu il tarixli etibarnamə ləğv edilib. Göründüyü kimi Cavabdeh3 sözügedən evin ½ hissəsini Cavabdeh1 etibarnamə üzrə təmsilçisi Cavabdeh2 satın alıb və alqı-satqı müqaviləsi üzrə razılaşdırılmış pul vəsaitini notariusun depozit hesabına köçürüb. Apellyasiya instansiyası məhkəməsi mübahisələndirilən hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb qeyd etmişdir ki, hər bir fiziki şəxs azad surətdə müqavilə bağlaya və bu müqavilənin məzmununu müəyyənləşdirə bilər və o, Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan hər hansı müqavilə bağlaya bilər. Hazırki halda mübahisəli evin qeyd olunan hissəsinə dair Cavabdeh1lə Cavabdeh3 arasında alqı-satqı müqaviləsi bağlanarkən Mülki Məcəllədə müəyyənləşdiril miş hər hansı şərtlər pozulmayıb və evin həmin hissəsinə dair mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə, yəni Cavabdeh3 keçib. Nəzərə alınmalıdır ki, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilir. Həmçinin əqdlərin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş dörd qrup şərtin (tələbin) olması zəruridir: əqdin subyektiv tərkibinə aid edilən şərt; əqdin məzmununa aid edilən şərt; əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt; əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda, müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticələr doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur. Əqdin etibarsızlığı dedikdə, tərəflərin əqd bağladıqları zaman arzu etdikləri hüquqi nəticənin baş verməməsi və əmələ gəlməməsi başa düşülür. Bu halda əqd kimi həyata keçirilən hərəkətlər hüquqi nəticə doğurmaq qabiliyyətinə malik olan hüquqi fakt kimi çıxış edə bilmir. Başqa sözlə, əqdin etibarsızlığı əqdin etibarlı olması şərtlərinin pozulmasından asılıdır. Bu şərtlərdən birinə riayət edilməməsi etibarsız əqdlərin əmələ gəlməsinə səbəb olur. Etibarsız əqdlər tərəflərin arzu etdikləri hüquqi nəticəyə səbəb olmur. Onlar qanunda nəzərdə tutulan mənfi nəticələrin yaranmasına səbəb olur. Etibarsız əqdlər hüquqa zidd, qeyri-hüquqi hərəkətdir. Etibarsız əqdlər elə hüquqa zidd hərəkətlərdir ki, bu hərəkətlər əqdin etibarlı olması şərtlərindən, heç olmazsa, birinə uyğun gəlmədiyinə görə arzu edilən hüquqi nəticəyə səbəb olmur. Bu çür əqdlər mülki hüquq və vəzifələrin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitam olunması ilə nəticələnmir. Eyni hüquqi mövqe “N. Manafovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 06 avqust 2008-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxla nılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyul 2009-cu il tarixli Qərarında da ifadə olunub. Apellyasiya instansiyası məhkəməsi iddiaçının kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb düzgün olaraq qeyd etmişdir ki, mübahisəli evin qeyd olunan hissəsinə dair Cavabdeh1lə Cavabdeh3 arasında alqı-satqı müqaviləsi bağlanarkən həmin əqdin subyektiv tərkibinə aid edilən şərtə, əqdin məzmununa aid edilən şərtə, əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərtə və əqdin formasına aid edilən şərtə əməl edilib. Ona görə də sadalanan şərtlərin hamısı mövcud olduğundan, sözügedən alqı-satqı müqaviləsi etibarsız sayıla bilməz. Digər tərəfdən, işdən görünür ki, Cavabdeh3 mübahisəli evin qeyd olunan hissəsini vicdanlı əldə edib və işdə, onun vicdansızlığını özündə ehtiva edən heç bir mötəbər yazılı sübut yoxdur. Mülki Məcəllənin 140-ci maddəsi daşınmaz əmlakın dövlət reyestrinə üstün əhəmiyyət verərək bir tərəfdən reyestr qeydiyyatını mötəbər sübut kimi qeyd edir, digər tərəfdən reyestr qeydiyyatı qüvvədə olduğu halda daşınmaz əmlak üzərində digər şəxslərin mülkiyyət və sair hüquqlarının olmasını istisna edir. Həmin maddə reyestrin həqiqiliyinə etimad edən hüquq münasibətlərinin iştirakçılarının hüquq və mənafelərini qoruyur. Daşınmaz əmlak barədə reyestrin məzmunun qeyri-dəqiqliyinin müəyyən olunmasını iddiaçının bunu sübut etməsi ilə əlaqələndirmişdir. İddiaçı reyestrin məzmununun qeyri-dəqiqliyini mötəbər sübutlarla təsdiq etdikdə mülkiyyətçinin mülkiyyət hüququnu təkzib etmiş olur. Əksin ə o, buna nail olmadıqda daşınmaz əmlaka hüquqlar qüvvədə qalır. Bu mənada apellyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, Cavabdeh3 adına verilmiş mübahisələndirilən Çıxarış qanuni əsaslarla əldə edildiyindən və Mülki Məcəllənin 140-ci maddəsinə uyğun olaraq reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədə olduğundan, iddia tələbi bu hissədə rədd edilməlidir. “İ.K.Rəcəbovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 3 iyun 2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 mart 2006-cı il tarixli qərarında göstərilmişdir ki, qanunve rici sahiblik, istifadə və sərəncam hüququnun mahiyyətini açıqlayaraq, Mülki Məcəllənin 152.4-cü maddəsində qeyd etmişdir ki, sərəncam hüququ əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Beləliklə, mülki qanunvericiliyin tələblərinə görə əmlakın (əşyanın) hüquqi müqəddəratını (qanunvericilik tərəfindən müəyyən edilən istisnalar nəzərə alınmaqla) yalnız mülkiyyətçi təyin edə bilər. “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 oktyabr 2004-cü il tarixli qərarında qeyd edilmişdir ki, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdi n legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Həmçinin vurğulanmalıdır ki, mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Həmçinin, həmin Qərarda göstərilmişdir ki, əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. B elə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə Mülki Məcəllənin 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır. “H.Cəfərovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 6 fevral 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 sentyabr 2014-cü il tarixli Qərarında qeyd edilmişdir ki, insan hüquq və azadlıqlarının qorunması və müdafiəsi məhkəmələr tərəfindən hər hansı mübahisənin qanuni həllinə yönəlmiş müvafiq maddi hüquq normalarının elə tərzdə tətbiqini şərtləndir ir ki, nəticədə konstitusiya əhəmiyyətli digər dəyərlərə xələl gətirilməsin, ictimai və xüsusi maraqlar arasında tarazlığa riayət olunsun. Mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, Cavabdeh3 vicdanlı əldə edən olduğundan, bu əsasla iddianı rədd etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlib və sadalanan maddi hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Kassasiya instansiyası məhkəməsi yuxarıda qe yd olunanları nəzərə alıb hesab edir ki, iddiaçının kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin digər dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün, həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı İsmailova Floranın kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02 aprel 2021-ci il tarixli, 2(103)-1081/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar