Məhkəmə qərarları › İş №2(103)-1081/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1081/2021

02.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1081/2021 02.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Xəyal Əjdər oğlu Sarıyevin sədrliyi ilə Emin Əlixan oğlu Mehdiyev və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə İddiaçı İsmailova Floranın vəkili Vəkil1, Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iştirakları ilə, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(005)- 2311/2020 saylı qətnaməsindən iddiaçı İsmayılova Flora tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İsmailova Flora cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “alğısatqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və s. tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun, yəni İsmailova Floranın adından Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli, AN-İ №0821267 №-li daşınmaz əmlakın alğı-satqı müqaviləsinin və həmin əmlaka dair Cavabdeh1 ilə Cavabdeh3 arasında bağlanmış xx xxxxx 2020-ci il tarixli, AN-İ №0840189 №-li alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Bakı şəhəri Nəsimi rayonu, Məsud Əlizadə küçəsi, 29 saylı evlə bağlı tam payda mülkiyyət hüququna dair Cavabdeh3 adına Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsi, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 əməllərində cinayət tərkibinin əlamətləri barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2011-ci il tarixdə vəfat etmiş atası X3 ona miras əmlak qalmış, həmin mirasa dair vərəsəlik işinin rəsmiləşdirilməsi və miras əmlaka dair adına çıxarış alınması üçün xx.xx.2019-cu il tarixdə Cavabdeh1 etibarnamə vermişdir. Cavabdeh1 həmin etibarnamə əsasında bütün işləri görməli və əmlakı onun adına keçirməli idi. O, Cavabdeh1 etibar etdiyi üçün onunla maraqlanmayıb, proseslər barəsində Cavabdeh1 ona mütəmadi olaraq məlumat verirmiş ki, hələ sənədləşmə işləri gedir. 2020-ci ilin mart ayında işlərin gedişatı barədə Vəlidən maraqlananda, Vəli hələ də proseslərin davam etdiyini bildirmişdir. Lakin sonradan ona məlum olmuşdur ki, atasından ona miras qalmış əmlakı Cavabdeh1 hansısa yolla öz adına rəsmiləşdirib. Bununla bağlı o, Vəliyə müraciət edəndə o, bu halın düşündüyüm kimi olmadığını, əmlakın sənədləşməsinin hələ 1 ay da vaxt aparacağını ona bildirmişdir. İddiaçı isə həmin sənədləşmədən məlumatı olmadığı üçün və Cavabdeh1 inanmadığı üçün ona vermiş olduğu etibarnaməni xx.xx.2020-ci il tarixdə ləğv etdirmişdir. Bundan sonra atasından miras qalmış əmlaka dair öz adına çıxarış almaq üçün müraciət etdikdə Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən ona bildirilmişdir ki, həmin miras əmlak Cavabdeh1 adına rəsmiləşdirilib. Həmin vaxt o, Cavabdeh1 onun etibarından sui-istifadə edərək onu aldadaraq əmlakını ələ keçirdiyini başa düşmüşdür. Həmin dövr bütün dünyada və ölkədə baş verən pandemiya dövrünə düşdüyü üçün və xüsusi karantin rejimi tətbiq olunduğu üçün heç bir hərəkət edə bilməmişdir. Bu yaxınlarda isə ona məlum olmuşdur ki, Cavabdeh1 atasından qalmış miras əmlakı digər Cavabdeh2 vasitəsilə öz adına rəsmiləşdirmişdir. Belə ki, Cavabdeh1 ona verdiyi etibarnamə əsasında səlahiyyətləri onun iradəsi olmadan Cavabdeh2 ötürmüş və sonradan Cavabdeh2 formal olaraq həmin əmlaka dair xx xxxxxx 2019-cu il tarixdə alğı-satqı müqaviləsi bağlamaqla yenidən Vəli Teymur oğlunun adına özgəninkiləşdirmişdir. Bununla da Cavabdeh1 həmin əmlakı öz adına özününkiləşdirmişdir. Hətta bununla bağlı həmin əmlakın 1/2 payçısı olan Cavabdeh3 həmin alğı-satıqının etibarsızlığı ilə bağlı məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Belə ki, alğı-satqı formal olaraq 35.000 (otuz beş min) manata rəsmiləşdirilmişdir, halbuki həmin əmlakın dəyəri, yerləşdiyi torpaq sahəsi ilə birlikdə 1.000.000 (bir milyon) manatdan yuxarıdır. Qeyd olunan əmlakın 4,5 sot torpaq ərazisi var və həmin ərazidə torpaq sahəsinin 1 sotu 200.000 (iki yüz min) manat məbləğində dəyərləndirilir. Pandemiya ilə bağlı tətbiq olunan karantin zamanı məhkəmə prosesləri aparılmırdı və heç bir məhkəmə işləmədiyi üçün bununla bağlı hər hansı bir hərəkət edə bilməmişdir. Sonradan karantin rejimi yumşaldığı üçün o, bu proseslərlə bağlı vəkilə müraciət etmiş və vəkil tərəfindən sənədlər araşdırılarkən ona məlum olmuşdur ki, Cavabdeh1 ona etibarnamə verərəkən onun Türkmənistanda doğulub orada boya-başa çatdığından, rus dilində təhsil aldığından və Rusiya Federasiyasının vətəndaşı olduğundan, eyni zamanda Azərbaycan Respublikasında bir neçə il yaşasa da Azərbaycan dilini bilmədiyindən istifadə edərək notariat kontorunda onun məlumatı olmadan, miras əmlaka dair vərəsəlik işinin rəsmiləşdirilməsi və adına çıxarış alınması üçün vermiş olduğu etibarnamədə eyni zamanda həmin əmlakı satmaq səlahiyyətini də qeyd etdirmişdir. Halbuki onun Cavabdeh1 vermiş olduğu səlahiyyətlərdə və niyyətində həmin əmlakın satılması deyə bir bənd olmamış və o, Azərbaycan dilini bilmədiyi üçün həmin etibarnamədə yazılanları başa düşməmiş, etibarnamə verilən zaman tərcüməçi iştirak etməmişdir. Ona yalnız əmlakın adına sənədləşdirilməsi ilə bağlı etibarnamə verildiyi bildirilnmişdir. Sonradan vəkili tərəfindən sənədlərlə bağlı araşdırma aparılarkən, sorğulara verilmiş cavablardan məlum olmuşdur ki, 2020-ci ilin aprel ayında Cavabdeh1 və Cavabdeh2 yenidən ona yalan danışaraq, həmin əmlakı yenidən onun adına rəsmiləşdirəcəklərini vəd versələr də, xx.xx.2020-ci il tarixdə Cavabdeh1 öz adına keçirdiyi, ona məxsus əmlakı etibarnamə əsasında Cavabdeh2 vasitəsilə digər 1/2 payçı Cavabdeh3 400.000 (dörd yüz min) manata rəsmiləşdirməklə formal olaraq özgəninkiləşdirmişdir. İddiaçı bildirmişdir ki, o, Cavabdeh1 verilmiş xx.xx.2019-cu il tarixli etibarnaməni mirasa dair vərəsəlik işinin rəsmiləşdirilməsi və miras əmlaka dair adına çıxarış alınması üçün verilmişdir və etibarnamədə bir cümlə yalnız “verilmiş əmlakı satmağı” sözləri yazılmışdır. O, qeyd etdiyi işlərin aparılması üçün yalnız Vəliyə etibarnamə vermişdir. Həmin əmlakı əgər Vəliyə satmaq istəsəydi birbaşa onunla alğı-satqı müqaviləsi bağlayardı. Hansı ki, Vəli onun verdiyi etibarnamə əsasında səlahiyyətləri onun iradə ifadəsinə zidd olaraq Cavabdeh2 ötürmək vasitəsilə şəxsən özü barəsində əqd bağlamaqla özgəninkiləşdirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 359.3-cü maddəsinin tələbinə əsasən təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, həmçinin, kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında investisiya şirkəti təmsilçiliyi istisna olmaqla, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz. Qeyd olunan maddədə göstərilən qadağanın mahiyyəti ondan ibarətdir ki, təmsil olunan təmsilçilikdə ən üstün müdafiəyə malik olduğundan onun qanuni maraqları təmin edilməlidir. Hazırkı halda da aydın olur ki, Cavabdeh1 təmsilçi kimi bialvasitə öz xeyrinə hərəkət edərək şəxsən özü barəsində əqd bağlamışdır. Mübahisələndirilən əqdlərdən görünür ki, Cavabdeh1 özü barəsində əqd bağlayarkən əmlakın qiymətini müqavilədə formal olaraq 35.000 (otuz beş min) manata rəsmiləşdirmiş və yenidən həmin əmlakı xx.xx.2020-ci il tarixdə 400.000 (dörd yüz min) manata Cavabdeh2 vermiş olduğu etibarnamə əsasında Cavabdeh3 adına özgəninkiləşdirmişdir. Eyni zamanda bildirmişdir ki, nümayəndəsinin Cavabdeh2lə apardığı danışıqlar əsasında məlum olmuşdur ki, bütün sənədləşmələrin hamısı formal xarakter daşıyır və nə Cavabdeh2, nə də Cavabdeh1 400.000 (dörd yüz min) manat məbləğində pul almamış, sadəcə olaraq sənədləşmə formal olaraq belə aparılıb, həmin məbləğ banka daxil və oradan xaric olmamışdır. Bu faktları Cavabdeh2 özü etiraf etmişdir. Bütün bu hadisələrin yeganə məqsədi cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3nm niyyətləri birlikdə əlbir olub onun əmlakını ələ keçirməkdən ibarət olmuşdur. Qeyd olunanlardan da göründüyü kimi onun adından Cavabdeh2 İlə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli, AN-İ № ******* №-li daşınmaz əmlakın alğı-satqı müqaviləsi və həmin əmlaka dair Cavabdeh1 ilə Cavabdeh3 arasında bağlanmış xx xxxxx 2020-ci il tarixli, AN-İ №0840189 №-li alğı-satqı müqaviləsi formal bağlanmışdır. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Qətnamədən iddiaçı İsmayılova Flora apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilib, iddia tələblərinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, iddiaçı tərəfindən Cavabdeh1 verilmiş xx.xx.2019-cu il tarixli etibarnamənin məzmunundan görünür ki, etibarnamə mirasa dair vərəsəlik işinin rəsmiləşdirilməsi və miras əmlaka dair onun adına şıxarış alınması üçün verilmişdir və bir cümlə yalnız “verilmiş əmlakı satmağı” sözləri yazılıb. Qeyd edilən işlərin aparılması üçün iddiaçı yalnız Vəliyə etibarnamə verib. Həmin əmlakı əgər Vəliyə satmaq istəsəydi, birbaşa onunla alğısatqı müqaviləsi bağlayardı. Hansı ki, Vəli iddiaçının verdiyi etibarnamə əsasında səlahiyyətləri iradə ifadəsinə zidd olaraq, Cavabdeh2 ötürmək vasitəsilə şəxsən özü barəsində əqd bağlamaqla özününküləşdirmişdir. Cavabdeh1 təmsilçi kimi bilavasitə öz xeyrinə hərəkət edərək, şəxsən özü barəsində əqd bağlamışdır. Mübahisələndirilən əqdlərdən görünür ki, Cavabdeh1 özü barəsində əqd bağlayarkən əmlakın qiymətini müqavilədə formal olaraq 35000 (otuz beş min) manata rəsmiləşdirmiş və yenidən həmin əmlakı xx.xx.2020-ci il tarixdə 400.000 (dörd yüz min) manata Cavabdeh2 vermiş olduğu etibarnamə əsasında Cavabdeh3 adına özgəninkiləşdirilmişdir. İddiaçının adından Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2019-cu il traixli, AN-İ № ******* №-li daşınmaz əmlakın alğı-satqı müqaviləsi və həmin əmlaka dair Cavabdeh1 ilə Cavabdeh3 arasında bağlanmış xx xxxxx 2020-ci il tarixli, AN-İ №0840189 №-li alğı-satqı müqaviləsi formal olmaqla, həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsi liə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlandığından, etibarsız hesab edilməli və Bakı şəhəri Nəsimi rayonu, Məsud Əlizadə küçəsi, 29 saylı evlə bağlı tam payda mülkiyyət hüququna dair Cavabdeh3 adına Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş xx.xx.2020-ci il Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış ləğv edilməlidir. Məhkəmə kollegiyasının iclasında iddiaçı İsmailova Floranın nümayəndəsi və vəkili Vəkil1 (xx.xx.2021-ci il tarixədək nümayəndəlik səlahiyyəti olmuşdur) apellyasiya şikayətini müdafiə edərək, iddia ərizəsi və apellyasiya şikayətində göstərilənlərə uyğun məzmunda izahat verərək, əlavə olaraq qeyd etdi ki, Bakı şəhəri Nəsimi rayonu, Məsud Əlizadə küçəsi, 29 saylı evin 1/2 hissəsində cavabdeh Rzanın qohumları yaşayır. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilib, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 apellyasiya şikayətini qəbul etmədi, izahat verərək qeyd etdi ki, Bakı şəhəri Nəsimi rayonu, Məsud Əlizadə küçəsi, 29 saylı evin 1/2 hissəsini Flora Vəliyə satdığı üçün, Vəli ona demişdir ki, öz adına rəsmiləşdirmək istəyir. Buna görə də, Vəli onun adına etibarnamə vermiş, o, da Floranın adından həmin hissəni Vəliyə 35000 manata satmışdır. Bundan sonra Vəli həmin hissəni öz adına sənədləşdirmiş, onun adına etibarnamə vermişdir. Fatma onları tanımamışdır. Həmin əmlakda bu gün də, onun özünün qohumları qalır. Fatma əmlaka baxanda orada Floranı deyil, onun qohumlarını görmüşdür. O, etibarnamə əsasında Vəlinin mülkiyyətində olan həmin sahəni Fatmaya 400000 manata satmışdır. Əmlakın dəyəri olan 400000 manatı Vəli götürmüşdür. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 apellyasiya şikayətini qəbul etmədi, izahat verərək qeyd etdi ki, Bakı şəhəri Nəsimi rayonu, Məsud Əlizadə küçəsi, 29 saylı evin 1/2 hissəsinə görə Floranın qardaşı Ramil Xankişiyev ondan 40000 manat pul almışdır. 40000 manat pulun, 20000 manatını Rzadan alıb vermişdir. Bütün əvvəlki məhkəmə çəkişmələrində Ramil Xankişiyev vərəsə kimi tanınmışdır. O, buna görə Ramil Xankişiyevə pul vermişdir. Ramil Xankişiyev ona etibarnamə də vermişdir. Bundan sonra Flora meydana çıxmışdır. O, buna görə Floraya da 35000 manat pul verəndən sonra, Flora ona bütün hərəkətlərlə bağlı baş etibarnamə vermişdir. O, Bakı şəhəri Nəsimi rayonu, Məsud Əlizadə küçəsi, 29 saylı evin 1/2 hissəsini Floranın adına sənədləşdirmiş, sonra Rzaya etibarnamə vermişdir ki, Rza Floranın adından oranı ona satsın. Alğı-satqıda göstərilmiş 35000 manatı Rza ona vermişdir. Bundan sonra Fatma ona və Floraya qarşı məhkəməyə iddia ərizəsi vermişdir ki, satın almaqda üstünlük hüququ olduğu üçün həmin hissə ona satılmalı idi. Buna görə də, o, öz adına rəsmiləşdirdiyi həmin sahəni Fatmaya satmaq üçün Rzaya etibarnamə vermişdir. Fatma əvvəldən onları tanımamışdır. Fatma satılan hissədə Floranı deyil, Rzanın qohumlarını görmüşdür. Rza etibarnamə əsasında onun mülkiyyətində olan həmin sahəni Fatmaya 400000 manata satıb, pulu ona vermişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh3 apellyasiya şikayətini qəbul etmədi, izahat verərək qeyd etdi ki, Bakı şəhəri Nəsimi rayonu, Məsud Əlizadə küçəsi, 29 saylı evin 1/2 hissəsi onun mülkiyyətindədir. O, digər 1/2 hissənin Vəli adlı şəxsə satıldığını biləndə, satın almaqda üstünlük hüququ pozulduğu üçün, Floranı və Vəlini məhkəməyə vermişdir. Vəli oranı ona satmağa razı olduğu üçün, məhkəmədə olan iddia baxılmamış saxlanılmışdır. O, Vəlinin mülkiyyətində olan digər 1/2 hissədə Floranı görməmiş, orada Rzanın qohumlarını görmüşdür. Vəli həmin hissəni ona 400000 manata satmışdır. O, qanunun tələblərinə uyğun olaraq 400000 manatı ödəmiş, həmin pulu Vəli götürmüşdür. O, vicdanlı alıcıdır. Xahiş etdi ki, apellyasiya şikayəti təmin edilməsin, qətnamə dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin tam olaraq yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası bu kontekstdə tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə- “iddianın təmin edilməyən, iddia tələbinin İsmailova Floranın adından Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli, AN-İ №0821267 №-li daşınmaz əmlakın alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi”nin təmin edilməyən hissələrində ləğv edilməli, həmin hissədə işdə olan sübutlar əsasında yeni qətnamə qəbul edilməli, qətnamə - “iddia tələbinin Cavabdeh1 ilə Cavabdeh3 arasında bağlanmış xx xxxxx 2020-ci il tarixli, AN-İ №0840189 №-li alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Bakı şəhəri Nəsimi rayonu, Məsud Əlizadə küçəsi, 29 saylı evlə bağlı tam payda mülkiyyət hüququna dair Cavabdeh3 adına Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın ləğv edilməsi”nin təmin edilməyən hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş, məhkəmə sorğusuna əsasən Azərbaycan Respublikası X21 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı ərazi idarəsi tərəfindən daxil olmuş Azərbaycan Respublikası X21 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 237 nömrəli reyestr kitabının 21967 nömrəli vərəqində qeydiyyata alınmış 377254 nömrəli çıxarışın təsdiq olunmuş surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi 1/2 hissədə Cavabdeh3 adına xx.xx.2014-cü il tarixdə, 1/2 hissədə isə Cavabdeh1 adına isə xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmışdır. Həmin sənədlərdən o da görünür ki, satıcı İsmayılova Flora ( adından Cavabdeh2) xx.xx.2019-cu il tarixdə alıcı Cavabdeh1 ilə alğı-satqı müqaviləsi bağlamış, bu müqavilə ilə ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 63 kv/m olan fərdi yaşayış evinin paylı mülkiyyət üzrə 1/2 hissə ona məxsus payını alıcı Cavabdeh1 35000 manata satmaqla bağlı razılığa gəlmişlər. İş materiallarına əlavə edilmiş Bakı şəhəri 9 saylı Notariat ofisindən verilmiş notariat işində olan xx xxxxx 2020-ci il tarixli AN-İ seriyalı, ******* №-li daşınmaz əmlakın alğı-satqı müqaviləsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh1 (əvəzinə Cavabdeh2) mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 63 kv/m olan fərdi yaşayış evinin paylı mülkiyyət üzrə ona məxsus hissəsini (1/2 hissə, 31,5 kv/m) Cavabdeh3 mülkiyyətinə vermiş, alıcı Cavabdeh3 isə müvafiq torpaq sahəsini 400.000 (dörd yüz min) manata almışdır. xx xxxxx 2020-ci il tarixli mədaxil orderi ilə 400.000 (dörd yüz min) manat məbləğində pul və 800 (səkkiz yüz) manat məbləğində rüsum “xxxx” ASC-nin Nərimanov filialı vasitəsilə Cavabdeh3 tərəfindən Bakı şəhəri 9 saylı Notariat ofisinin notariusu X4 hesabına (AZ55MUGA**********00001AZM54) köçürülmüşdür. İş materiallarına əlavə edilmiş Bakı şəhəri 14 saylı Notariat ofisindən iddiaçı tərəfə təqdim olunmuş xx xxxxxx 2019-cu il tarixli, AZ-İ №923176 nömrə ilə qeyd edilmiş etibarnamənin surətindən görünür ki, müvafiq etibarnamə ilə təmsil edilən İsmailova Floraadından etibar edilən səlahiyyətləri ötürülən Cavabdeh1 etibar edilən Cavabdeh2 xx.xx.2011-ci il tarixdə vəfat etmiş atasından qalmış mirasa dair vərəsəlik işini rəsmiləşdirmək üçün onun səlahiyyətli nümayəndəsi olmağı, lazım olan sənədləri Azərbaycan Respublikasının bütün dövlət orqanlarından və özəl təşkilatlarından, o cümlədən ƏMDK yanında DƏDRX-dən, arxivlərdən, qeydiyyat idarələrindən, “ASAN xidmət“ mərkəzlərindən, icra hakimiyyəti orqanlarından alıb təhvil verməyi, notariusa müraciət etməyi, mirasa dair qəbul ərizəsi yazmağı, imza etməyi, notariat ofisində rəsmiləşdirilmiş qanun üzrə vərəsəlik huququ haqqında şəhadətnaməni almağı, verilmiş əmlakı satmağı, rüsumları ödəməyi, vəkillə müqavilə bağlamağı və bu tapşırıqların yerinə yetirilməsilə əlaqədar olan bütün diğər hərəkətləri etməyi etibar etmişdir. Həmin etibarnamə üzrə səlahiyyət başqa şəxsə verilə bilər. Etibarnamə 6 ay 23 gün müddətinə verilmişdir. İş materiallarına əlavə edilmiş həmin notariat işində olan İsmayılova Flora ilə Cavabdeh1 arasında xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsinin surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi 1/2 hissəsinə Cavabdeh3 hüquqları xx.xx.2014-cü ildən, digər 1/2 hissəsinə isə İsmailova Floranın mülkiyyət hüquqları xx.xx.2019-cu il tarixdə alınmışdır. İş materiallarına əlavə edilmiş həmin notariat işində olan xx xxxxxx 2019-cu il tarixli AN-İ seriyalı, ******* №-li daşınmaz əmlakın alğı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı İsmailova Flora (əvəzinə etibarnamə verilmiş Cavabdeh2) mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 63 kv/m olan fərdi yaşayış evinin paylı mülkiyyət üzrə 1/2 hissə ona məxsus payını alıcı Cavabdeh1 mülkiyyətinə vermişdir. İş materiallarına əlavə edilmiş qeyd olunan notariat işində olan xx.xx.2019-cu il tarixdə notarial qaydada təsdiq olunmuş **********335 №-li ərizənin surətindən görünür ki, ünvan 2 ünvanında qeydiyyada olan X16 ünvan 3nvanında yerləşən, ümumi sahəsi 63 kv/m olan fərdi yaşayış evinin paylı mülkiyyət hüququ üzrə arvadı İsmailova Floraya məxsus 1/2 hissəsinin satılmasına etiraz etməmişdir. İş materiallarına əlavə edilmiş həmin notariat işində olan AZ-İ №781516 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X2 Floranın həyat yoldaşıdır. İş materiallarına əlavə edilmiş həmin notariat işində olan **********466 №-li ərizənin surətində görünür ki, ünvan 4 ünvanında qeydiyyada olan İsmailova Flora əvəzinə Cavabdeh2, ünvan 3nvanında yerləşən fərdi yaşayış evinin ona məxsus hissəsinin 35.000 manata satılması barədə Cavabdeh3 xəbərdar etmiş, ona görə də alğı-satqı müqaviləsi onun razılığı olmadan rəsmiləşdirilməsini xahiş edərək, gələcəkdə bu halla bağlı hər-hansı bir iddia çıxarsa məsuliyyəti öz üzərinə götürməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş həmin notariat işində olan xx xxxxxx 2019-cu il tarixli mədaxil orderi ilə 35.000 (otuz beş min) manat məbləğində pul “xxxx” ASC-nin Nərimanov filialı vasitəsilə Cavabdeh1 tərəfindən Bakı şəhəri 14 saylı Notariat ofisinin notariusu X10 hesabına köçürülmüşdür. İş materiallarına əlavə edilmiş qeyd olunan notariat işində olan və xx.xx.2019-cu il tarxdə notarial qaydada təsdiq olunmuş **********439 №-li ərizənin surətindən görünür ki, ünvan 5 ünvanında qeydiyyatda olan İsmaılova Flora Cavabdeh1 ilə ünvan 3nvanında yerləşən, ümumi sahəsi 63 kv/m olan fərdi yaşayış evinin 31,5kv.m olan ona məxsus hissəsini 35.000 manata satmaq barədə qərara gəlmiş, müqavilə təsdiq edildikdən sonra yaranmış 851 manat vergi öhdəliklərinin (borcunun) fərdi yaşayış evinin satış dəyərindən çıxılaraq bank hesabı vasitəsilə dövlət xəzinədarlığına köçürülməsinə etiraz etmir. xx xxxxxx 2019-cu il tarixli ödəniş tapşırığı ilə 851 (səkkiz yüzəlli bir) manat “xxxx” ASC-nin 5 saylı şöbəsi vasitəsilə köçürülmüşdür. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 13 saylı Notariat ofisindən daxil olmuş xx xxxx 2019-cu il tarixli, reyestrdə 7E-291 nömrə ilə qeyd edilmiş AR-İ № 801931 nömrəli etibarnamənin surətindən görünür ki, müvafiq etibarnamə ilə təmsil edilən İsmailova Flora etibar edilən Cavabdeh1 xx.xx.2011-ci il tarixdə vəfat etmiş atası X3 qalmış mirasa daır vərəsəlik işini rəsmiləşdirmək üçün onun səlahiyyətli nümayəndəsi olmağı, lazım olan sənədləri Azərbaycan Respublikasının bütün dövlət orqanlarından və özəl təşkilatlarından, o cümlədən ƏMDK yanında DƏDRX-dən, arxivlərdən, qeydiyyat idarələrindən. “ASAN xidmət mərkəzlərindən, icra hakimiyyəti orqanlarından alıb təhvil verməyi, notariusa müraciət etməyi, mirasa dair qəbul ərizəsi yazmağı, imza etməyi, notariat ofisində rəsmiləşdirilmiş qanun üzrə vərəsəlik huququ haqqında şəhadətnaməni almağı, verilmiş əmlakı satmağı, rüsumları ödəməyi, vəkillə müqavilə bağlamağı və bu tapşırıqların yerinə yetirilməsilə əlaqədar olan bütün diğər hərəkətləri etməyi etibar etmişdir. Həmin etibarnamə üzrə səlahiyyət başqa şəxsə verilə bilər. Etibarnamə bir il müddətinə verilmişdir. İş materiallarına əlavə edilmiş, Bakı şəhəri 13 saylı Notariat ofisindən daxil olmuş ünvan 4 ünvanında qeydiyyatda olan İsmailova Flora tərəfindən daxil olan ərizənin surətindən görünür ki, xx.xx.2019-cu il tarixdə ünvan 6 ünvanında qeydiyatda olan Cavabdeh1 vermiş olduğu xx xxxx 2019-cu il tarixli, reyestrdə 7E-291 nömrə ilə qeyd edilmiş AR-İ № 801931 nömrəli etibarnamənin ləğv olunmasını xahiş etmişdir. İş materiallarına əlavə edilmiş “Elektron notariat” avtomatlaşdırılmış İnformasiya sistemindən çıxarışdan görünür ki, xx.xx.2019-cu il tarixli E-291 nömrə ilə qeyd edilmiş AR-İ № 801931 nömrəli etibarnamə xx.xx.2020-ci il tarixdə etibarnamə qüvvədən düşmüşdür. İş materiallarına əlavə edilmiş, Bakı şəhəri 13 saylı Notariat ofisindən daxil olmuş xx xxxx 2020-ci il tarixli AR-İİ № ******* nömrəli etibarnamədən görünür ki, müvafiq etibarnamə ilə təmsil edilən İsmailova Flora etibar edilən X11 ünvan 3nvanında yerləşən evdən və istifadəsində olan torpaq sahəsindən ona məxsus hissəyə dair əmlakın yüklülüyünün olub-olmaması barədə arayış, (forma 1) və digər aidiyyati sənədləri toplamağı, sənədləşdirməyi, özəlləşdirməyi, satmağı, bağışlamağı, dəyişməyi, bunlara dair müqavilələr bağlamağı, notariusa müraciət etməyi, alğısatqı, bağışlama, dəyişmə müqavilələrini rəsmiləşdirməyi, notariusun müvafiq bankda açılmış depozit hesabından müqavilə üzrə ona çatmalı pul məbləğini götürməyi, ərizə yazmağı, imza etməyi, rüsumları, vergiləri və digər xərcləri ödəməyi və bu tapşırıqların yerinə yetirilməsi ilə əlaqədar olan bütün digər hərəkətləri etməyi etibar etmişdir. Həmin etibarnamə üzrə səlahiyyət başqa şəxsə verilə bilər. Etibarnamə 50 il müddətinə verilmişdir. İş materiallarına əlavə edilmiş X5 hüquqi varisi X6 notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, o, onunla Cavabdeh3 arasında ünvan 3nvanında yerləşən evin 1/2 hissəsinin alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə nəticəsində verilmiş çıxarışın ləğv edilməsi qaydasında Cavabdeh3 tərəfindən ona, yəni X9 40.000 (qırx min) manat məbləğində pul vəsaiti verilmişdir. Hal-hazırda Cavabdeh3 qarşı Bakı şəhəri, Məsud Əlizadə küçəsi, 29 saylı evin 1/2 hissəsi ilə bağlı heç bir irad və tələbləri yoxdur. İş materiallarına əlavə edilmiş X6 notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, o, Cavabdeh3 Bakı şəhəri 9 saylı Notariat Kontoruna və ƏMDK yanında DƏDRX-nin Bakı Ərazi İdarəsinə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə nəticəsində verilmiş çıxarışın ləğv edilməsi tələbinə dair iddia tələbindən imtina edir. Bakı şəhəri, Məsud Əlizadə küçəsi, 29 saylı evin qanuni mülkiyyətçilərinin X14 və X12 olduğunu qəbul etmiş və bununla əlaqədar gələcəkdədə heç bir iddia və tələbi olmayacığını qeyd etmişdir. İş materiallarına iddiaçı tərəfindən təqdim edilmiş iddia ərizəsinin surətindən görünür ki, həmin iş üzrə iddiaçı Cavabdeh3 cavabdeh İsmailova Floraya, Cavabdeh1 və Bakı şəhəri 32 saylı Notariat Ofisinə qarşı alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair Nəsimi rayon Məhkəməsində daha əvvəl iddia qaldırmışdır. İşə əlavə olunmuş Nəsimi Rayon Məhkəməsinə iddia verilməsi barədə ödəniş qəbzi də bunu sübuta yetirir. İş materiallarından Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(006)- 1746/2020 saylı qərardadının surətindən görünür ki, iddiaçı Cavabdeh3 cavabdeh İsmailova Floraya, Cavabdeh1 və Bakı şəhəri 32 saylı Notariat Ofisinə qarşı alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə iddiaçı Cavabdeh3 ərizəsi əsasında Bakı şəhəri Nəsimi rayonu, Məsud Əlizadə küçəsi, 29 saylı yaşayış evinin üzərinə həbs qoyulmuşdur. İş materiallarından Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(006)- 1746/2020 saylı qərardadının surətindən görünür ki, iddiaçı Cavabdeh3 cavabdeh İsmailova Floraya, Cavabdeh1 və Bakı şəhəri 32 saylı Notariat Ofisinə qarşı alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə iddiaçı Cavabdeh3 ərizəsi əsasında Bakı şəhəri Nəsimi rayonu, Məsud Əlizadə küçəsi, 29 saylı yaşayış evinin üzərinə qoyulmuş həbs götürülmüşdür. İş materiallarından Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(006)- 1746/2020 saylı qərardadının surətindən görünür ki, iddiaçı Cavabdeh3 cavabdeh İsmailova Floraya, Cavabdeh1 və Bakı şəhəri 32 saylı Notariat Ofisinə qarşı alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə iddiaçı Cavabdeh3 iddiadan imtina etdiyi üçün, iş üzrə icraata xitam verilmişdir. Beləliklə tədqiq olunmuş sübutlar əsasında müəyyən olunur ki, iddiaçı Flora İsmayılova Cavabdeh1 xx.xx.2019-cu il tarixdə 801931 nömrəli etibarnamə verərək xx.xx.2011-ci il tarixdə vəfat etmiş atası X3 qalmış mirasa dair vərəsəlik işini rəsmiləşdirmək üçün onun səlahiyyətli nümayəndəsi olmağı, lazım olan sənədləri Azərbaycan Respublikasının bütün dövlət orqanlarından və özəl təşkilatlarından, o cümlədən X21 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətindən, arxivlərdən, qeydiyyat idarələrindən, “ASAN xidmət” mərkəzlərindən, icra hakimiyyəti orqanlarından alıb təhvil verməyi, notariusa müraciət etməyi, mirasa dair qəbul ərizəsi yazmağı, imza etməyi, notariat ofisində rəsmiləşdirilmiş qanun üzrə vərəsəlik huququ haqqında şəhadətnaməni almağı, verilmiş əmlakı satmağı, rüsumları ödəməyi, vəkillə müqavilə bağlamağı və bu tapşırıqların yerinə yetirilməsilə əlaqədar olan bütün diğər hərəkətləri etməyi etibar etmişdir. Həmin etibarnamə üzrə səlahiyyət başqa şəxsə verilə bilər. Etibarnamə bir il müddətinə verilmişdir. Verilmiş səlahiyyətləri daxilində Cavabdeh1 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi 1/2 hissəsinə İsmailova Floranın mülkiyyət hüquqları xx.xx.2019-cu il tarixdə alınmışdır. Digər 1/2 hissəsinə isə Cavabdeh3 hüquqları xx.xx.2014-cü ildən qeydiyyata alınmışdır. Verilmiş səlahiyyətlər daxilində Cavabdeh1 xx.xx.2019-cu il tarixdə Cavabdeh2 etibarnamə ilə ona verilmiş səlahiyyətləri ötürmüşdür. İsmailova Flora (etibarnamə əsasında adından Cavabdeh2) mübahisəli əmlakı Cavabdeh1 xx.xx.2019-cu il tarixli alğı-satqı müqaviləsi əsasında satmış və alıcı müqavilədə razılaşdırılmış 35000 (otuz beş min) manat məbləği xx.xx.2019-cu il tarixdə “xxxx” ASC-yə köçürmüşdür. İsmailova Floranın əri X16 notariat ofisinə müraciət edərək Bakı şəhəri, Məsud Əlizadə küçəsi, 29 saylı evin İsmailova Floraya məxsus 1/2 hissəsinin satılmasına etiraz etməmişdir. Daha sonra mübahisəli əmlakın digər 1/2 hissəsinə hüququ olan Cavabdeh3 cavabdeh İsmailova Floraya, Cavabdeh1 və Bakı şəhəri 32 saylı Notariat Ofisinə qarşı alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə iddia ilə müraciət edərək satın almaqda üstünlük hüququ olduğu halda, həmin iş üzrə cavabdeh İsmailova Floranın həmin əmlakı satmasına etirazını bildirmişdir. Mübahisənin həlli üçün tərəflər razılığa gələrək Cavabdeh1 (əvəzinə Cavabdeh2) Bakı şəhəri, Məsud Əlizadə küçəsi, 29 saylı evin İsmailova Floraya məxsus 1/2 hissəsini xx.xx.2020-ci il tarixdə alğı-satqı müqaviləsi əsasında X1. Həmin alğı-satqı müqaviləsi əsasında mübahisəli əmlakın alınmasına görə 400000 manat məbləği “xxxx” ASC-nin Nərimanov filialında notariat ofisinin hesab nömrəsinə köçürmüşdür. İsmayılova Flora mübahisəli mənzilin satılması və s. hüquqların verilməsinə əsas olmuş Cavabdeh1 xx.xx.2019-cu il tarixdə verdiyi etibarnamənin ləğvi üçün xx.xx.2020-ci il tarixdə 13 saylı notariat ofisinə müraciət edərək həmin etibarnaməni ləğv etdirmişdir. Bununla belə o, etibar edilmiş şəxsi etibarnamənin ləğvi ilə bağlı məlumatlandırmamışdır. Məhkəmə iddianı “İsmailova Floranın adından Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli, AN-İ №0821267 №-li daşınmaz əmlakın alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” hissəsində rədd edərkən qeyd etmişdir ki, iddiaçı İsmailova Flora xx.xx.2019-cu il tarixli 801931 nömrəli etibarnamədə əmlakın satılması hüququnu Cavabdeh1 verməklə əmlakın satılması ilə bağlı olan pul məbləğinin alınması hüququnu da vermiş olur. Belə ki, notariat haqqında qanunvericiliyin tələblərində və notariat hərkətlərinin aparılmasına dair müvafiq təlimatda alğı-satqının baş tutmasının mümkünlüyü pul vəsaitinin alıcı-satıcı tərəfindən bank vasitəsinə köçürülməsi yolu ilə şərtləndirilmişdir. Bu əsasdan çıxış edərək məhkəmə qeyd edir ki, iş materiallarından göründüyü kimi alıcı müqavilədə razılaşdırılmış 35000 manat məbləği xx.xx.2019-cu il tarixdə “xxxx” ASC-yə köçürmüşdür. Digər tərəfdən iddiaçı İsmailova Floranın əri X16 notariat ofisinə müraciət edərək Bakı şəhəri, Məsud Əlizadə küçəsi, 29 saylı evin İsmailova Floraya məxsus 1/2 hissəsinin satılmasına etiraz etməmişdir. Bu ərizə xx xxxxxx 2019-cu ildə 32 saylı notariat ofisində rəsmiləşdirilmişdir. Məhkəmə iclasında o da müəyyən edilmişdir ki, iddiaçı İsmailova Flora ilə əri X16 birgə nikahdadırlar və belə ərizə verilən anda onların arasında hər hansı münaqişə də olmamışdır. İddiaçının əri X13 mübahisəli əmlakın satılmasına razılıq verməsinin iddiaçı tərəfindən onun ərizəni verərəkən bunun mahiyyətini anlamaması ilə bağlı fikirlərini məhkəmnə inandırıcı hesab etmir. Bundan başqa məhkəmə onu da qeyd edir ki, müvafiq etibarnamənin verilmə tarixi ilə qeyd olunan alğı-satqı müqavilələrinin bağlanma tarixlərinin müqayisəsi nəticəsindən göründüyü kimi iddiaçı İsmayılova Flora mübahisəli mənzilin satılması və s. hüquqların verilməsinə əsas olmuş Cavabdeh1 xx.xx.2019-cu il tarixdə verdiyi etibarnamənin ləğvi üçün xx.xx.2020-ci il tarixdə 13 saylı notariat ofisinə müraciət edərək həmin etibarnaməni ləğv etdirmişdir. Bununla belə iddiaçı İsmayılova Flora Mülki Məcəllənin 366-cı maddəsinə tələblərinə uyğun olaraq etibarnamə əsasında etibar edilmişləri bu barədə xəbərdar etməyə borclu olduğu halda bunu etməmiş və bu barədə məhkəməyə sübut təqdim edilməmişdir. Kollegiya iddianın “İsmailova Floranın adından Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli, AN-İ №0821267 №-li daşınmaz əmlakın alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” hissəsində rədd edilməsi ilə bağlı məhkəmənin gəldiyi nəticə ilə razılaşmır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 359.3-cü maddəsinə əsasən təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, həmçinin, kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında investisiya şirkəti fəaliyyəti istisna olmaqla, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz. Qanunvericiliyin tələbindən göründüyü kimi, təmsil edilənin üstün hüquqları müdafiə olunmaqla, təmsilçiyə təmsil edilənin adından şəxsən özü barəsində əqd bağlaması qadağan olunmaqla, bu hal Mülki Qanunvericiliyin imperativ tələblərinin pozulması kimi qiymətləndirilir. MM-nin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. MM-nin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. MM-nin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. MM-nin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. MM-nin 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Kollegiya hesab edir ki, İsmailova Floranın adından Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli, AN-İ №0821267 №-li daşınmaz əmlakın alğı-satqı müqaviləsi əhəmiyyətsiz əqd olmaqla, etibarsızdır. Bu hissədə iddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir. MM-nin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Kollegiya qeyd olunan hissədə hazırkı mərhələdə restitusiyanın tətbiq edilməsini mümkün hesab etmir. Belə ki, məhkəmə araşdırması zamanı Cavabdeh1 alğı-satqı üzrə 35000 manatı özü tərəfindən götürüldüyünü qeyd etmiş, bundan sonra həmin əmlak 400000 manata Cavabdeh3 satılmışdır. Kollegiya hesab edir ki, hazırkı halda etibarsız əqd üzrə restitusiyanın tətbiqi, gələcəkdə iddiaçı tərəfindən zərərlə bağlı irəli sürülə biləcək iddia ilə bağlı onun hüquqlarını məhdudlaşdırmış olar. Kollegiya iddia tələbinin “həmin əmlaka dair Cavabdeh1 ilə Cavabdeh3 arasında bağlanmış xx xxxxx 2020-ci il tarixli, AN-İ №0840189 №-li alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Bakı şəhəri Nəsimi rayonu, Məsud Əlizadə küçəsi, 29 saylı evlə bağlı tam payda mülkiyyət hüququna dair Cavabdeh3 adına Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın ləğv edilməsi”nin təmin edilməyən hissəsində məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Belə ki, MM-nin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. MM-nin 6-cı maddəsində mülki qanunvericiliyinin prinsipləri sırasında mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı göstərilmişdir. MM-nin 6.2-ci maddəsində göstərilmişdir ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Təqdiq olunmuş sübutlar əsasında müəyyən olunur ki, iddiaçı etibarsız hesab etdiyi alğısatqı müqaviləsi mülkiyyətçi olan Cavabdeh1 (onun adından etibarnamə ilə Cavabdeh2) Cavabdeh3 arasında bağlamışdır. Kollegiya qeyd edir ki, hüquqi dövlət və demokratik cəmiyyətdə mülkiyyət hüququ toxunulmaz və müqəddəsdir. Azərbaycan Respublikasının Konstitusiyasına görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz (13 və 29-cu maddələri). Mülkiyyət hüququ insan hüquq və azadlıqlarına dair beynəlxalq-hüquqi aktlarda əsas, ayrılmaz və mühüm hüquqlardan biri kimi önəmli yer tutur (insan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadılıqların müdafiəsi haqqında Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsi və s.). Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur (Mülki Məcəllənin 152.1-ci maddəsi). Lakin dövlət yalnız qanunvericiliklə müəyyən olunmuş qaydada və hallarda daşınar və daşınmaz əmlak üzərində əldə edilmiş mülkiyyət hüquqlarının tanınmasına və qorunmasına təminat verir. Daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir (Mülki Məcəllənin 178-ci maddəsi). Mülkiyyət hüququnun subyekti bir şəxs, habelə iki və ya daha çox şəxs ola bilər. Ümumi mülkiyyətin növləri birgə mülkiyyət (məsələn, nigahda olan ər-arvadın mülkiyyəti) və paylı mülkiyyətdən (iştirakçılardan, məsələn, ailə üzvlərindən hər birininmüəyyən payı olan mülkiyyət) ibarətdir. Ümumi mülkiyyət hüququnun həyata keçirilməsi üçün onun iştirakçılarının iradələrinin razılaşdırılması və onların qanuni mənafelərinin nəzərə alınması zəruridir. Ümumi əmlak üzərində sərəncam verilməsi isə yalnız birgə mülkiyyətçilərin qarşılıqlı razılığı üzrə həyata keçirilə bilər. Mülkiyyət hüququ müəyyən hüquqi faktın və ya belə faktların məcmusunun mövcudluğu zamanı yaranır. Mülkiyyət hüququnun yaranması üsullarından biri bu hüququn müqavilə üzrə əldə edilməsindən ibarətdir. Əqdlər daha çox yayılmış hüquqi faktlardan biridirsə, alğı-satqı müqaviləsi də əqdlərin bir növüdür. Müqavilə bağlanması ilə yaranan daşınmaz əmlaka mülkiyyət hüququnun onu əldə edən şəxsə tam keçməsi bu hüququn verildiyinin dövlət reyestrində qeydə alındığı tarixdən etibarən baş verir (Mülki Məcəllənin 146-cı maddəsi). Həmin anda həmçinin əmlakı özgəninkiləşdirilən şəxsin bu əmlaka olan mülkiyyət hüququna xitam verilir. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (MülkiMəcəllənin 324.1, 324.2, 342.4 və 324.5-ci maddələri). Əqdin etibarlı olması üçün Mülki Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilməsi zəruridir. Bu məcəllədə göstərilmiş hallarda əqdlərin notariat qaydasında təsdiqlənməsi məcburidir. Əqdin notariat qaydasında təsdiqlənməsi Mülki Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. Əqdin notarial təsdiqlənməsi qaydası notariat haqqında qanunla müəyyənləşdirilir (MM-nin 329.1, 334.1, 334.2ci maddələri). “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin müddəalarına görə notariat hərəkətlərinin aparılması qaydaları bu Qanun, Azərbaycan Respublikasının digər qanunvericilik aktları və onların əsasında Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi müvafiq təlimatla, Azərbaycan Respublikasının konsulluqlarında aparılan notariat hərəkətlərinin qaydaları, həmçinin Azərbaycan Respublikasının Konsul Nizamnaməsi, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanlarının birgə təsdiq etidyi təlimatla müəyyən edilir. Kollegiya qeyd edir ki, əqdlərin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş dörd qrup şərtin (tələbin) olması vacibdir: əqdin subyektiv tərkibinə aid edilən şərt; əqdin məzmununa aid edilən şərt; əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt; əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda, müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticələr doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur. Əqdin etibarsızlığı dedikdə, tərəflərin əqd bağladıqları zaman arzu etdikləri hüquqi nəticənin baş verməməsi və əmələ gəlməməsi başa düşülür. Bu halda əqd kimi həyata keçirilən hərəkətlər hüquqi nəticə doğurmaq qabiliyyətinə malik olan hüquqi fakt kimi çıxış edə bilmir. Başqa sözlə, əqdin etibarsızlığı əqdin etibarlı olması şərtlərinin pozulmasından asılıdır. Bu şərtlərdən birinə riayət edilməməsi etibarsız əqdlərin əmələ gəlməsinə səbəb olur. Etibarsız əqdlər tərəflərin arzu etdikləri hüquqi nəticəyə səbəb olmur. Onlar qanunda nəzərdə tutulan mənfi nəticələrin yaranmasına səbəb olur. Etibarsız əqdlər hüquqa zidd, qeyri-hüquqi hərəkətdir. Etibarsız əqdlər elə hüquqa zidd hərəkətlərdir ki, bu hərəkətlər əqdin etibarlı olması şərtlərindən, heç olmazsa, birinə uyğun gəlmədiyinə görə arzu edilən hüquqi nəticəyə səbəb olmur. Bu çür əqdlər mülki hüquq və vəzifələrin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitam olunması ilə nəticələnmir. Kollegiyanın qənaətinə görə, müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanmasının zəruri şərtidir. Eyni zamanda hər hansı əqdin, o cümlədən alğı-satqı müqaviləsinin etibarlılığı üçün onun bağlanmasında lazımı subyektlərinin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “N. Manafovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxxxx 2008-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxxx 2009-cu il tarixli qərarında bildirilir ki, məhkəmə məsələnin zahiri mənzərəsini adlayaraq dərinə nəzər salmalı və şikayət edilən vəziyyətin reallıqlarını araşdırmalıdır. Məhkəmə hesab edir ki, müqavilənin etibarlılığı üçün onun bağlanmasında lazımı subyektlərinin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Əqdin etibarsızlığı dedikdə mülki qanunvericilikdə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki hüquq münasibətlərini yaratmayan, yalnız özünun etibarsızlığı ilə bağlı nəticələrə səbəb olan əqd anlaşılır. Əqdin etibarlı olması üçün Mülki Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilməsi zəruridir. Göründüyü kimi, işin mübahisəsiz halı kimi müəyyən olunur ki, Cavabdeh1 (onun adından etibarnamə ilə Cavabdeh2) ilə Cavabdeh3 arasında “Alğı-satqı müqaviləsinin” bağlanmasında tərəflər iştirak etmiş, tərəflər müqavilə azaldığı şəraitində (MM-nin 390-cı maddəsi) müqaviləni bağlamış, müqavilənin forma (daşınmaz əmlakla bağlı əqdlər üçün nəzərdə tutulmuş yazılı və notariat) və məzmununa qanunvericiliyin tələblərinə uyğun əməl olunmuşdur. Kollegiya xx.xx.2019-cu il tarixdə iddiaçı İsmailova Flora adından Cavabdeh2 ilə Cavabdeh1 arasında alğı-satqı müqaviləsi satın almaqda üstünlük hüququnun pozulması ilə bağlanması və X12 ilə Cavabdeh1 arasında xx.xx.2020-ci il tarixdə bağlanmış alğı-satqı müqaviləsinin etibarsızlığına dair Nəsimi rayon Məhkəməsində iddia qaldırmasına münasibətdə qeyd edir ki, xx.xx.2019-cu il tarixdə Cavabdeh2 ilə Cavabdeh1 arasında alğı-satqı müqaviləsi bağlandıqdan sonra mübahisəli əmlakın digər 1/2 hissəsinə hüququ olan Cavabdeh3 cavabdeh İsmailova Floraya, Cavabdeh1 və Bakı şəhəri 32 saylı Notariat Ofisinə qarşı alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə iddia ilə müraciət edərək satın almaqda üstünlük hüququ olduğu halda həmin iş üzrə cavabdeh İsmailova Floranın həmin əmlakı satmasına etirazını bildirmişdir. Mübahisənin həlli üçün tərəflər razılığa gələrək Cavabdeh1 (əvəzinə Cavabdeh2) Bakı şəhəri, Məsud Əlizadə küçəsi, 29 saylı evin İsmailova Floraya məxsus 1/2 hissəsini xx.xx.2020-ci il tarixdə alğı-satqı müqaviləsi əsasında X1. Göründüyü kimi cavabdeh X12 xx.xx.2019-cu il tarixdə iddiaçı İsmailova Flora adından Cavabdeh2 ilə Cavabdeh1 arasında alğı-satqı müqaviləsindən xəbərsiz olmuş və bu səbəbdən Nəsimi rayon Məhkəməsində iddia qaldırmışdır. MM-nin 218.3-cü maddəsinə görə pay satın almaqda üstünlük hüququ pozulmaqla satıldıqda paylı mülkiyyətin hər hansı digər iştirakçısının üç ay ərzində hüququ vardır ki, alıcının hüquq və vəzifələrinin ona keçirilməsini məhkəmə qaydasında tələb etsin. Qeyd edilən mülki qanunvericliyin normasından da aydın olur ki, məhkəmədə iddia qaldırması üstün pay hüququna malik olan mülkiyyətçiyə vəzifə kimi yox, hüquq kimi müəyyən edilmişdir. O da qeyd edilməlidir ki, qanunvericlikdə bu əsaslarla müqavilənin mübahisələndirilməsi hüququ yalnız üstün pay hüququna malik olan mülkiyyətçiyə verilmişdir. Bu səbəbdən də, X12 həmin hüququndan məhkəmə qaydasında istifadə etməyib, tərəflə razılğa gələrək xx.xx.2019-cu il tarixdə iddiaçı İsmailova Flora adından Cavabdeh2 ilə Cavabdeh1 arasında alğı-satqı müqaviləsini mübahisələndirməkdən imtina etmişdir. Məhkəmə xüsusilə vurğulamışdır ki, bu və ya digər subyektiv hüququn tanınması üçün qanunvericilikdə norma olmalıdır. Qanunvericilikdə bu və ya digər hərəkətlə əlaqədar imkan müəyyən edilmədikdə subyektiv hüquqların mövcudluğu qeyri-mümkün olur. MPM-nin 2-ci maddəsinin 2.2-ci bəndinə müvafiq olaraq yalnız Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn mənafe və maraqlar məhkəmə müdafiəsinin predmeti ola bilər. Qeyd edilənlərə əsaslanaraq iddia tərəfinin məhkəmə iclasında xx.xx.2019-cu il tarixdə iddiaçı İsmailova Flora adından Cavabdeh2 ilə Cavabdeh1 arasında alğı-satqı müqaviləsi satın almaqda üstünlük hüququnun pozulması ilə bağlanmasına dair fikirlərinə münasibətdə məhkəmə qeyd etmişdir ki, belə müqavilənin mübahisələndirilməsinin yalnız üstün pay hüququna malik olan şəxsə aid edilməsi və hazırki iddia üzrə iddiaçının belə mübahisəyə subyektiv hüququnun olmaması baxımından əsaslı hesab edilə bilməz. X12 ilə Cavabdeh1 arasında xx.xx.2020-ci il tarixdə bağlanmış alğı-satqı müqaviləsinin etibarsızlığına dair Nəsimi rayon Məhkəməsində qaldırması əksinə olaraq onu təsdiqləyir ki, mübahisə edilən müqavilədən cavabdeh X12 xəbərsiz olduğundan o, vicdanlı alıcı olaraq mübahisəli əmlakı əldə etmişdir. MM-nin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. “S.H.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli Qərarında qeyd edilir ki, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o, vicdanlı alıcı qismində cəlb olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Həmçinin vurğulanmalıdır ki, mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqarınnın və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə Mülki Məcəllənin 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır. “X8 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx xxxxxx 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarında qeyd edilir ki, əmlakın üçüncü şəxsə keçməsində mülkiyyətçinin birbaşa və ya dolayısı iştirakının olmaması, əldə edənin (vicdanlı sahibin) əmlakla bağlı hüquqlarının yaranmasının əsasının isə onun mülkiyyətçi ilə bağlanan əqddən törənən əlaqələrə söykənməməsi, onun mülkiyyətçiyə geri qaytarılmasına məhdudiyyət qoyan təminatın əqdin etibarsız hesab edilməsi ilə bağlı iddia ilə dəf olunmasını istisna edir. Vicdanlı sahibin xoşniyyət, ağlabatan ehtiyatlılıq və sayıqlın göstərməklə bağladığı əqdin başqa müdafiə vasitəsi ilə şübhə altına alınmasını, habelə onun nəticələrinin tətbiqini mümkün edən və faktiki olaraq onu mülkiyyətçi ilə müdafiəsiz üzbəüz qoyan belə hüquqi qeyri-müəyyənlik isə mülki dövriyyənin davamlılığına, əmlakla bağlı yaranan münasibətlərin sabitliyinə mənfi təsir göstərməklə yanaşı, həmçinin tərəflərin bir-birinə olan inamının da azalmasına gətirib çıxarardı. “N.Manafovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx xxxxxx 2008-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2009-cu il tarixli Qərarında qeyd edilir ki, mülkiyyət hüquqlarının toxunulmazlığına dair konstitusiya prinsipi qanunla müəyyən olunmuş qaydada belə hüququ əldə etmiş və müvafiq qaydada rəsmi qeydə aldırmış şəxslərin mülkiyyət hüququ ilə bağlı məsələlərin həllində məhkəmələrin üzərinə formal mülahizələrdən çıxış etməmək, bu cür məsələləri qanunvericiliyin onlara verdiyi bütün mümkün vasitələrdən istifadə edərək tam və hərtərəfli araşdırmaq vəzifəsi qoyur. Mülki qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə görə rəsmi reyestrdə qeydə alınmış daşınmaz əmlak mülkiyyətçisi yalnız o halda vicdanlı hesab edilir ki, bu qeydə dair etiraz əvvəlcədən reyestrə daxil edilmiş olsun və ya əldə edən şəxs qeydin qeyri-dəqiq olmasını bilsin”. Kollegiya həmçinin torpaq sahəsinin dəyərinin ******* manatdan artıq olduğu halda, 35000 manata, sonra 400000 manata satılmasının inandırıcı və ağlabatan saymaması ilə bağlı iddiaçının dəlillərini əsassız hesab edərək, qeyd edir ki, alğı-satqı müqaviləsində əmlakın qiymətinin real bazar dəyərindən aşağı göstərilməsi alğı-satqı müqaviləsinin etibarsızlığı üçün əsas sayıla bilməz. Belə ki, Mülki Məcəllənin 398.1-ci maddəsinin tələblərinə görə müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Göründüyü kimi qanunverici müqavilə tərəflərinin müqavilə azadlığı prinsipinə uyğun olaraq alğı-satqı müqaviləsinin bağlanması zamanı müqavilənin mühüm şərti olan qiyməti də könüllü surətdə razılaşdırmalarını müəyyən etmişdir. Bu hüquqi mövqe “Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə kollegiyasının xx xxxx 2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxx 2004-cü il tarixli qəraranda da qeyd olunmuşdur. Yuxarıda istinad olunan hüquq normalarının təhlili nəticəsində məhkəmə belə qənaətə gəlir ki, Cavabdeh1 (onun adından etibarnamə ilə Cavabdeh2) ilə Cavabdeh3 arasında xx.xx.2020-ci il tarixli daşınmaz əmlakın alğı-satqısı müqaviləsi bağlanarkən qanunvericiliyin tələblərinə riayət olunmuşdur. Bununla bağlı kollegiya qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələbinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(§68) Eyni zamanda, “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir.(§93) Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş xx xxxxx 1997-ci il tarixli qərarının 50-ci bəndində qeyd edilir ki, sübutların mümkünlüyü əsasən milli qanuvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88-ci maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1, 385.1.2, 385.1.3, 385.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı İsmayılova Flora tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(005)-2311/2020 saylı qətnaməsi- “qətnamə iddianın təmin edilməyən, iddianın İsmailova Floranın adından Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli, AN- İ №0821267 №-li daşınmaz əmlakın alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi”nin təmin edilməyən hissələrində ləğv edilsin, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. İsmailova Floranın adından Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli, AN-İ №0821267 №-li daşınmaz əmlakın alğı-satqı müqaviləsi etibarsız hesab edilsin. Qətnamə- iddianın “Cavabdeh1 ilə Cavabdeh3 arasında bağlanmış xx xxxxx 2020-ci il tarixli, AN-İ №0840189 №-li alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Bakı şəhəri Nəsimi rayonu, Məsud Əlizadə küçəsi, 29 saylı evlə bağlı tam payda mülkiyyət hüququna dair Cavabdeh3 adına Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın ləğv edilməsi”nin təmin edilməyən hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xəyal Sarıyev Hakimlər: Emin Mehdiyev Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar