Məhkəmə qərarları › İş №2(005)-2251/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2251/2021

23.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2251/2021 23.06.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X1, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh “X7 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdehlər “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə, Cavabdeh2nə, Cavabdeh3nə, “X7 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinə qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə, Cavabdeh2nə, Cavabdeh3nə, “X7 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinə qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0,0673 ha torpaq sahəsinə, ümumi sahəsi 200,3 kv.metr, yaşayış sahəsi 76,7 kv.metr, yardımçı sahəsi 123,6 kv.metr olan 2 mərtəbəli, 5 otaqlı, tikintialtı sahəsi 7,4 kv.metr olan fərdi yaşayış evinə dair “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən hərracın yekunları barədə tərtib olunmuş 28 oktyabr 2020-cu il tarixli, 33/06 nömrəli protokolun və “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə “X7 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti arasında mənzilin alqı-salqısına dair imzalanmış 28 oktyabr 2020-ci il tarixli alqı-satqı barədə müqavilənin etibarsız hesab edilməli, fərdi yaşayış evinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş 18 yanvar 2021-ci il tarixdə ********** nömrəli çıxarışın ləğv edilməsi, Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0,0673 ha torpaq sahəsinə, ümumi sahəsi 200,3 kv.metr, yaşayış sahəsi 76,7 kv.metr, yardımçı sahəsi 123,6 kv.metr olan 2 mərtəbəli, 5 otaqlı, tikintialtı sahəsi 7,4 kv.metr olan fərdi yaşayış evinin ipoteka yüklülüyündən azad edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı Nizami rayon məhkəməsinin 2(007)- 45/2019, 01.03.2019-eu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, 14 noyabr 2013-cü il tarixli 213-111 İ nömrəli kredit müqaviləsi üzrə 88.319,42 manat əsas borc, 27.440,1 manat faiz borcu, 3000,0 manat cərimə olmaqla, cəmi 118.759,52 manat borc, cavabdehə bildirişlərin (pretenziyalarm) göndərilməsi üçün ödənilmiş 2,5 manat poçt xərcinin, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30.0 manat dövlət rüsumunun və ipoteka predmetinin təkrar qiymətləndirilməsi xərci qismində ödənilmiş 300,0 manat pulun əvəzi İddiaçı M azan oğlundan "X7 Azərbaycan” QSCnin xeyrinə tutulmuş, tutma İddiaçı məxsus olan və ipoteka qoyulmuş Abşeron rayonu. Məmmədli kəndində yerləşən 0.0673 ha torpaq sahəsinə, ümumi sahəsi 200.3 kv.m. yaşayış sahəsi 76.7 kv.m. yardımçı sahəsi 123.6 kv.m olan 2 mərtəbəli. 5 otaqlı, tikinlialtı sahəsi 7.4 kv.m olan fərdi yaşayış evinə yönəldilməsi və həmin əmlaklar açıq hərracdan satılaraq, əldə edilən vəsait hesabına "X7 Azərbaycan" QSC-yəolan borc ödənilməsi, əmlakların hərracda ilkin satış qiyməti ümumilikdə 207.000 manat məbləğində müəyyən edilmiş, hərrac yolu ilə əldə edilən pul vəsaitindən "X7 Azərbaycan" QSC-yə olan borca ödənildikdən sonra artıq pul vəsaiti qaldığı halda İddiaçı verilməsi, hərrac yolu ilə satıldıqdan sonra 1 ay ərzində ipoteka predmeti olan əmlakların boşaldılması, ipoteka predmetinin ilkin qiymətləndirilməsi xərci qismində 250,0 manat pul İddiaçı alınaraq, "xxxx" MMC-nin hesabına - M/H: AZ37NABZ**********000001944; S.Wİ.F.T AİİBAZ2X; İBAN: AZ91AİİB ******************** - ödənilməsi qət edilmiş, idddia qalan hissədə təmin edilməmişdir. Həmin qətnamədən iddiaçı, cavabdeh tərəfindən apellyasiya şikayətləri verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-9181/2019 saylı 26.08.2019-cu il tarixli qətnaməs ilə iddiaçının apellyasiya şikayəti təmin qismən edilmiş. Bakı Nizami rayon Məhkəməsinin 2(007)-45/2019 01.03.2019-cu il tarixli qətnaməsi ilə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, İddiaçı "X7 Azərbaycan" QSC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 01 mart 2019cu il tarixli qətnaməsi cərimə borcunun məbləği hissəsində ləğv edilmiş, cavabdeh İddiaçı 8000 (şəkki/, min) manat cərimə borcu alınaraq iddiaçı "X7 Azərbaycan” QSC-yə ödənilmiş, qətnamə qalan hissədə, yəni 14 noyabr 2013-cü il tarixli ***-**** nömrəli kredit müqaviləsi üzrə 88.319,42 manat əsas borc, 27.440,1 manat faiz borcu, cavabdehə bildirişlərin (pretenziyaların) göndərilməsi üçün ödənilmiş 2,5 manat poçt xərcinin, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30,0 manat dövlət rüsumunun və ipoteka predmetinin təkrar qiymətləndirilməsi xərci qismində ödənilmiş 300.0 manat pulun əvəzi İddiaçı "X7 Azərbaycan" QSC-ııin xeyrinə tutulması, tutmanın İddiaçı məxsus olan və ipoteka qoyulmuş Abşeron rayonu. Məmmədli kəndində yerləşən 0.0673 ha torpaq sahəsinə, ümumi sahəsi 200.3 kv.m, yaşayış sahəsi 76.7 kv.m, yardımçı sahəsi 123.6 kv.m olan 2 mərtəbəli, 5 otaqlı, tikimialtı sahəsi 7.4 kv.m olan fərdi yaşayış evinə yönəldilməsi və həmin əmlaklar açıq hərracdan satılaraq, əldə edilən vəsait hesabına "X7 Azərbaycan" QSC-yə olan borcun ödənilməsi, əmlakların hərracda ilkin satış qiyməti ümumilikdə 207.000 manat məbləğində müəyyən edilməsi, hərrac yolu ilə əldə edilən pul vəsaitindən "X7 Azərbaycan” QSC-yə olan borca ödənildikdən sonra artıq pul vəsaitinin qaldığı halda İddiaçı verilməsi, hərrac yolu ilə satıldıqdan sonra 1 ay ərzində ipoteka predmeti olan əmlakların boşaldılması, iddianın qalan hissədə təmin edilməməsi və ipoteka predmetinin ilkin qiymətləndirilməsi xərci qismində 250,0 manat pulun İddiaçı alınaraq, "xxxx" MMC-nin hesabına - M/H: A Z37 N A BZ013 **********001944; S W.İ.F.T. AİİBAZ2X; İBAN: AZ91AlİB ******************** ödənilməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır. Bu qətnamədən cavabdeh tərəfindən kassasiya şikayəti verilmiş. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2-2(102)-287/18 saylı, 22 yanvar 2020-ci il tarixli qərarı ilə kassasiya şikayətləri təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 26 avqust 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apelyasiya Məhkəməsinin 2(103)- 9181/2019 saylı 26.08.2019-cu il tarixli icra vərəqəsinə əsasən Bakı şəhəri Nizami rayonu İcra və Probasiya şöbəsinin sifarişi əsasında “xxxx" MMC tərəfindən hərrac keçirilmiş, hərracın yekunları barədə tərtib olunmuş 28 oktyabr 2020-ci il tarixli, 33/06 nömrəli protokola və əmlakın 28 oktyabr 2020-ci il tarixli alqı-satqısı barədə müqaviləyə əsasən əsasən Abşeron rayonu. Məmmədli kəndində yerləşən 0.0673 ha torpaq sahəsinə, ümumi sahəsi 200.3 kv.m, yaşayış sahəsi 76.7 kv.m. yardımçı sahəsi 123.6 kv.nı olan 2 mərtəbəli, 5 otaqlı, tikintialtı sahəsi 7.4 kv.m olan fərdi yaşayış evi "X7 Azərbaycan" QSC-yə satılmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş Çıxarışa əsasən Abşeron rayonu. Məmmədli kəndində yerləşən 0.0673 ha torpaq sahəsinə, ümumi sahəsi 200.3 kv.m. yaşayış sahəsi 76.7 kv.m. yardımçı sahəsi 123.6 kv.m olan 2 mərtəbəli, 5 otaqlı, tikintialtı sahəsi 7.4 kv.m olan fərdi yaşayış evi. "X7 Azərbaycan” QSC-nin adma xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə Abşeron rayonu. Məmmədli kəndində yerləşən 0,0673 ha torpaq sahəsinə, ümumi sahəsi 200.3 kv.m, yaşayış sahəsi 76.7 kv.m, yardımçı sahəsi 123.6 kv.m olan 2 mərtəbəli. 5 otaqlı, tikintialtı sahəsi 7.4 kv.m olan fərdi yaşayış evi 18.01.2021-ci il tarixdə ********** nömrə ilə qeydiyyat aparılmışdır. Halbuki, hərracın keçirilməsinə dair İddiaçı mütəmadi olaraq məlumat verilməmişdir. Belə ki, hərracın keçirilməsinə dair bildirişlər iddiaçıya göndərilməmiş, iddiaçı hərracın keçirilməsinə dair məlumatlandırılmamışdır. Bununla da, mənzilin mülkiyyətçisinin, yəni cavabdeh İddiaçı məlumatı və iştirakı olmadan, ona hərracın yeri və vaxtı barədə məlumat verilmədən, onun mənzilinə dair hərrac keçirilmiş, alqı-satqı müqaviləsi tərtib olunmuş, fərdi yaşayış evi "X7 Azərbaycan” QSC-nin mülkiyyətinə keçirilmiş və ona müvafiq dövlət orqanı tərəfindən mülkiyyət hüquqlarına dair reystrdən çıxarış verilmişdir. Hesab edir ki, Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0.0673 ha torpaq sahəsinə, ümumi sahəsi 200.3 kv.m. yaşayış sahəsi 76.7 kv.m. yardımçı sahəsi 123.6 kv.m olan 2 mərtəbəli, 5 otaqlı, tikintialtı sahəsi 7.4 kv.m olan fərdi yaşayış evinə dair "xxxx” MMC tərəfindən hərracın yekunları barədə tərtib olunmuş 28 oktyabr 2020-cu il tarixli, 33/06 nömrəli protokolun və "xxxx” MMC ilə "X7 Azərbaycan” QSC arasında mənzilin alqı-satqısına dair imzalanmış 28.10.2020-ci il tarixli alqı-satqı barədə müqavilənin etibarsız heab edilməli, fərdi yaşayış evinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş 18.01.2021-ci il tarixdə ********** nömrəli Çıxarışın ləğv edilməlidir. İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh “X7 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 məhkəmə iclasında iddia tələbinin əsassız olduğunu bildirərək iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlər “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə, Cavabdeh2nə, Cavabdeh3nə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, cavabdeh təşkilatların nümayəndəsi heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 22.01.2020-ci il tarixli 2(102)-641/2020-ci il tarixli qərara ilə kassasiya şikayətləri təmin edilməyərək, Bakı Apellyasiya Məhkəməsi Mülk Kollegiyasının hazırkı iş üzrə olan 26 avqust 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bakı şəhəri Nizami rayon məhkəməsinin 01 mart 2019-cu il tarixli qətnaməsi ilə (hakim M.Q.Sadıqov, iş № 2(007)-45/2019) iddiaçı “X7 Azərbaycan” QSC- nin cavabdeh İddiaçı qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası qismən təmin edilərək 14 noyabr 2013-cü il tarixli kredit müqaviləsi üzrə yaranmış borclara görə İddiaçı bankın xeyrinə cəmi 118.759,52 manat tutulması, tutmanın cavabdehə məxsus Abşeron rayonunun Məmmədli kəndində yerləşən 0.0673 ha torpaq sahəsinə və 5 otaqlı fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılaraq əldə edilən pul vəsaiti hesabına borcun ödənilməsi, əmlakın hərracda ilkin satış qiymətinin 207.000 manat məbləğində müəyyən edilməsi, satışdan əldə edilmiş pul vəsaitinin artıq qalmış hissəsinin İddiaçı verilməsi, ev satıldıqdan sonra 1 ay ərzində boşaldılması, iddianın qaları hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 avqust 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: E.Q.Nəbiyov. R.Ə.Qurbanov və A.Ə.Hüseyn) cavabdeh İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, iddiaçı “X7 Azərbaycan" QSC-nin apellyasiya şikayəti isə qismən təmin edilərək Bakı şəhəri Nizami rayon məhkəməsinin 01 mart 2019-cıı il tarixli qətnaməsi cərimə borcunun məbləğinə aid hissədə ləğv edilərək cavabdeh İddiaçı cəriməyə görə 8000 manat bankın xeyrinə tutulması, iddianın təmin olunmuş qalan hissəsində qətnamənin dəyişdirilmədən saxlanılması qət edilmişdir. “X3” MMC-nin 29 oktyabr 2020-ci il tarixli 33/06 nömrəli protokolunun müvafiq qaydada təsdiq edilmiş surətindən və məzmunundan görünür ki, Abşeron rayonu, Məmmədli kəndində yerləşən yaşayış evi üzrə hərrac başa çatmış və ev “X7” ASC-yə alıcı qismində təklif olunmuşdur. “X3” MMC-nin 19 avqust 2020-ci il tarixli 01 nömrəli açıq hərracın keçirilməsinə dair bildirişin müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, qeyd edilən əmlakla bağlı 207.000 (iki yüz yeddi min) manat məbləğində açıq auksion formasında hərracın keçirilməsi 18 sentyabr 2020-ci il tarixə saat 11:00-a təyin edilmişdir. Bildiriş İddiaçı Bakı şəhəri, Babək prospekti, yataqxana/ev 79 ünvanına göndərilmişdir. Müvafiq poçt qəbzinin surətindən görünür ki, qeyd edilən bildiriş ünvana çatdırıla bilinməmişdir. “X3” MMC-nin 21 avqust 2020-ci il tarixli 02 nömrəli açıq hərracın keçirilməsinə dair bildirişin müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, qeyd edilən əmlakla bağlı 175950 (yüz yetmiş beş min doqquz yüz əlli) manat məbləğində açıq auksion formasında hərracın keçirilməsi 29 sentyabr 2020-ci il tarixə saat 11:00-a təyin edilmişdir. Bildiriş İddiaçı Bakı şəhəri, Babək prospekti, yataqxana/ev 79 ünvanına göndərilmişdir. Müvafiq poçt qəbzinin surətindən görünür ki, qeyd edilən bildiriş ünvana çatdırıla bilinməmişdir. “Birja yenilikləri” qəzetinin 19 avqust 2020-ci il tarixli buraxılışının surətindən görünür ki, Abşeron rayonu, Məmmədli kəndində yerləşən yaşayış evinin hərracı barədə elan dərc edilmişdir; 06.10.2020-ci il tarixli ipoteka predmetinin əldə olunmasına dair təklifdən görünür ki, Xətai Rayon İcra və Probasiya Şöbəsinin 17/74-6363/19 saylı, 22.08.2019-cu il tarixli sifariş məktubuna Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, 25 saylı evin 50 saylı mənzilinin təkrar hərracının baş tutmaması barədə “Birja yenilikləri” qəzetinin 13.04.2021 -ci il tarixli nömrəsində elan dərc edilmişdir. “İpoteka Haqqında” Qanunun 43.7-ci maddəsinə müvafiq olaraq ipoteka predmeti təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə yəni 38 250 (otuz səkkiz min iki yüz əlli) olmaqla ipoteka saxlayana təklif olunur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüqüqların Dövlət qetdiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Məmmədli kəndində yerləşən yaşayış evi “X7” ASC adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə müvafiq reyestr kitabının ********** nömrəsi nömrəsi ilə 18.01.2021-ci il tarixdə qeydiyyat aparılmışdır; Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 337.1-ci maddəsinə əsasən Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir; 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır; 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir; 339.1-ci maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər; 339.2-ci maddəsinə görə şəxs əqd bağlanması məqsədi ilə aldadıldıqda, həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin; 415.1-ci maddəsinə görə auksionlar və müsabiqələr açıq və qapalı ola bilər. Açıq auksionda və açıq müsabiqədə istənilən şəxs iştirak edə bilər. Qapalı auksionda və qapalı müsabiqədə yalnız bu məqsəd üçün dəvət olunan şəxslər iştirak edirlər. 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir; 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər; 416.2-ci maddəsinə əsasən yalnız hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. “İpoteka haqqında” Qanunun: 41.2, 41.3 və 41.5-ci maddələrinə əsasən Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru məhkəmə icraçısı tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. Məhkəmə icraçısı hərracın keçirilməsini əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata (bundan sonra—hərracın təşkilatçısı) sifariş verir. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Hərrac açıq auksion formasında keçirilir; 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 (beş) iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 (iyirmi) təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 (otuz) təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 (üç) faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 (beç) faizi məbləğində beh ödəməlidir. “Poçt haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.10-cu maddəsinə görə sifarisli poçt göndərisi - göndərilmək üçün qəbul olunduguna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişindən ibarətdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Bakı şəhəri Nizami rayon məhkəməsinin 01 mart 2019-cu il tarixli qətnaməsi iddiaçı “X7 Azərbaycan” QSC- nin cavabdeh İddiaçı qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası qismən təmin edilərək 14 noyabr 2013-cü il tarixli kredit müqaviləsi üzrə yaranmış borclara görə İddiaçı bankın xeyrinə cəmi 118.759,52 manat tutulması, tutmanın cavabdehə məxsus Abşeron rayonunun Məmmədli kəndində yerləşən 0.0673 ha torpaq sahəsinə və 5 otaqlı fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılaraq əldə edilən pul vəsaiti hesabına borcun ödənilməsi, əmlakın hərracda ilkin satış qiymətinin 207.000 manat məbləğində müəyyən edilməsi, satışdan əldə edilmiş pul vəsaitinin artıq qalmış hissəsinin İddiaçı verilməsi, ev satıldıqdan sonra 1 ay ərzində boşaldılması, iddianın qaları hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 avqust 2019-cu il tarixli qətnaməsi ilə cavabdeh İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, iddiaçı “X7 Azərbaycan" QSC-nin apellyasiya şikayəti isə qismən təmin edilərək Bakı şəhəri Nizami rayon məhkəməsinin 01 mart 2019-cıı il tarixli qətnaməsi cərimə borcunun məbləğinə aid hissədə ləğv edilərək cavabdeh İddiaçı cəriməyə görə 8000 manat bankın xeyrinə tutulması, iddianın təmin olunmuş qalan hissəsində qətnamənin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 22.01.2020-ci il tarixli 2(102)-641/2020-ci il tarixli qərara ilə kassasiya şikayətləri təmin edilməyərək, Bakı Apellyasiya Məhkəməsi Mülk Kollegiyasının hazırkı iş üzrə olan 26 avqust 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bundan sonra “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Nizami rayon icra və probasiya şöbəsinin sifarişi əsasında Abşeron rayonu, Məmmədli kəndində yerləşən yaşayış evinə dair keçiriləcək hərracın vaxtı və yeri barədə İddiaçı, “X7” ASC-yə və Nizami rayon icra və probasiya şöbəsinə bildiriş göndərilmişdir. Məhkəmə tərəfindən bildirişlər nəzərdən keçirilərkən müəyyən edilmişdir ki, İddiaçı ünvanlanmış məktublar Bakı şəhəri, Babək prospekti, yataqxana/ev 79 ünvanına göndərilmişdir və poçt qəbzinin müəyyən olunmuşdur ki, qeyd edilən bildirişin çatdırılması alıcı ünvanda olmadığından mümkün olmamışdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı 19.01.2019-cu il tarixdən qeydiyyat ünvanını dəyişərək ünvan 2eydiyyatda alınmışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, hərrac təşkilatı tərəfindən hərracın keçirilməsinə dair bildirişlər göndərilsə də, bildirişlər doğru ünvana göndərilmədiyindən hərracın keçirilməsi ilə bağlı mülkiyyyətçi İddiaçı lazımi qaydada məlumatlandırılmamışdır. Göründüyü kimi, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 42.1-ci maddəsi ilə hərracın təşkilatçısı tərəfindən hərracın keçirilməsi barədə bildirişin ipoteka qoyana verilməsini təsdiq etmə üsulu göndərilməsi nəzərdə tutulsa da, cavabdeh tərəfindən qanunun göstərilən tələbinə riayət olunmadan hərrac keçirilmişdir. Hərracın təşkilatçısı tərəfindən ipoteka qoyana (iddiaçıya) hərracın keçirilməsi barədə bildirişin göndərilməməsi qeyd edilən qanunun 42-ci maddəsinin tələbləri baxımından qanuna uyğun hesab edilə bilməz. Qeyd olunanları nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, iddiaçı tərəf hərrac təşkilatçısı olan cavabdeh tərəfindən hərracın keçirilməsi barədə qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmamışdır. Bu baxımdan Mülki Məcəllənin 416-cı maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilmiş bu hərrac etibarsız hesab edilməli, iddianın “fərdi yaşayış evinin ipoteka yüklülüyündən azad edilməsi” hissəsi isə təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, iddia qismən təmin edilməli, Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0,0673 ha torpaq sahəsinə, ümumi sahəsi 200,3 kv.metr, yaşayış sahəsi 76,7 kv.metr, yardımçı sahəsi 123,6 kv.metr olan 2 mərtəbəli, 5 otaqlı, tikintialtı sahəsi 7,4 kv.metr olan fərdi yaşayış evinə dair “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən hərracın yekunları barədə tərtib olunmuş 29 oktyabr 2020-cu il tarixli, 33/06 nömrəli protokol və mənzilin alqı-salqısına dair imzalanmış 29 oktyabr 2020-ci il tarixli alqı-satqı barədə müqavilə etibarsız hesab edilməli və fərdi yaşayış evinə dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş 18 yanvar 2021-ci il tarixli, ********** nömrəli çıxarış ləğv edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0,0673 ha torpaq sahəsinə, ümumi sahəsi 200,3 kv.metr, yaşayış sahəsi 76,7 kv.metr, yardımçı sahəsi 123,6 kv.metr olan 2 mərtəbəli, 5 otaqlı, tikintialtı sahəsi 7,4 kv.metr olan fərdi yaşayış evinə dair “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən hərracın yekunları barədə tərtib olunmuş 29 oktyabr 2020-cu il tarixli, 33/06 nömrəli protokol və mənzilin alqı-salqısına dair imzalanmış 29 oktyabr 2020-ci il tarixli alqı-satqı barədə müqavilə etibarsız hesab edilsin və fərdi yaşayış evinə dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş 18 yanvar 2021-ci il tarixli, ********** nömrəli çıxarış ləğv edilsin. Qalan hissədə iddia təmin olunmasın. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar