Məhkəmə qərarları › İş №2(005)-2257/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2257/2022

17.08.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2257/2022 17.08.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X4 Ərizəçi, Bakı Şəhər Nərimanov Rayon İcra Hakimiyyətinin Övladlığa Götürmə, Qəyyumluq və Himayə Komissiyasının nümayəndəsi X5 iştirakı ilə, Ərizəçi (Bakı Şəhər Nərimanov Rayon İcra Hakimiyyətinin Övladlığa Götürmə, Qəyyumluq və Himayə Komissiyası maraqlı şəxs qismində işə cəlb edilməklə) “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2003-cü il təvəllüdlü X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi bildirmişdir ki, o, Ərizəçi xx.xx.1999-cu ildə Azərbaycan Respublikasının Xətai rayonunda anadan olmuşdur. X3 xx.xx.2003-cü ildə Azərbaycan Respublikasının Xətai rayonunda anadan olmuşdur. O, Bakı şəhəri, N.Nərimanov rayonu, Y.V.Çəmənzəminli 127 Q-də yaşayır. X3 Bakı şəhəri Baş Səhiyyə İdarəsi 2 saylı X2 “Serebral iflic, keçirilmiş USİ-nin davamlı qalıq əlamətləri. Spastik tetralogiya, Nitqin və intellektin enməsi ilə, Ağır dərəcəli əqli gerilik, Başqa rubrikalarda təsnif olunmayan nitq pozğunluqları, nitqin və intellektin enməsi ilə Spastik tetraplegiya, Davranış pozuntusunun olmamasını və ya zəif dərəcədə təzahür etməsini göstərməklə ağır dərəcəli əqli gerilik. Hərəkətin və yerişin pozulmaları, tam hərəkət məhdudluğu" diaqnozu ilə qeydiyyatdadır. O, fiziki, psixi və əqli qüsurun nəticəsində öz hərəkətlərinin mənasını anlaya bilmir və öz hərəkətlərini idarə edə bilmir. Nərimanov rayon İcra Hakimiyyəti yanında “Qəyyumluq və himayəçilik" komissiyasından ona şifahi olaraq bildirilmişdir ki, bacısının üzərində qəyyum və ya himayəçi kimi yalnız məhkəmə qətnaməsinə əsasən təyin edilə bilər. Ona görə də, o, Nərimanov rayon Məhkəməsinə müraciət etməli olmuşdur. Məhkəmə iclasında Ərizəçi ərizənin dəlillərinə uyğun şəkildə izahat verərək, ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Bakı Şəhər Nərimanov Rayon İcra Hakimiyyətinin Övladlığa Götürmə, Qəyyumluq və Himayə Komissiyasının nümayəndəsi X9 ərizənin təmin edilməsinə etiraz etməmişdir. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, ərizəni və ona əlavə edilmiş sənədləri tədqiq edərək, onlara məcmu halda hüquqi qiymət verib belə qənaətə gəlir ki, ərizə təmin edilməldir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən X13 xx.xx.2003-cü il tarixdə doğulmuşdur; Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş AZ-T seriyalı, 083150 saylı doğum haqqında şəhadətnamənin surətinə əsasən xx.xx.2003-cü il tarixdə Bakı şəhərində doğulmuş X6 atası – X11, anası isə – X10r; 17.011.2017-ci il tarixdə ASAN 1 tərəfindən verilmiş AZE seriyalı, ******** saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətinə əsasən xx.xx.1999-cu il tarixdə Azərbaycan, Bakı şəhərində anadan olmuş Ərizəçi Bakı şəhəri, Nərimanov rayonu, Çəmənzəminli küçəsi, ev 127Q ünvanında qeydiyyatdadır; Tibbi-Sosial Ekspert Komissiyasının müayinəyə dair məlumatının surətinə əsasən, X1 iflic, Keçirilmiş USİ-nin davamlı qalıq əlamətləri, Spastik tetraplegiya, Nitqin və intellektin enməsi ilə. Ağır dərəcəli əqli gerilik. Başqa rubrikalarda təsnif olunmayan nitq pozğunluqları, Nitqin və intellektin enməsi ilə Spastik tetroplegiya. Davranış pozuntusunun olmamasını və ya zəif dərəcədə təzahür etməsini göstərməklə, Ağır dərəcəli əqli gerilik, Hərəkətin və yerişin pozulmaları, Tam hərəkət məhdudluğu” diaqnozu ilə qiymətləndirilmişdir. xx.xx.2022-ci il tarixli ödəniş qəbzinə əsasən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində iddia qaldırmaq üçün ərizəçi tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin 2480 saylı, xx.xx.2022-ci il tarixli rəyinə əsasən X7 dərin əqli gerilik uşaq serebral iflici nəticəsində (F73) müəyyən edilir. Bunu anamnestik məlumatlar, erkən yaşlarından nevroloji əlamətlərin qeyd olunması, psixi inkişafda geri qalması, əqli geriİiklə əlaqədar təhsil ala bilməməsi, X20, “Təbriz” Klinikasında müalicə olunması, xəstəliyi ilə əlaqədar İ dərəcəli əlil hesab edilməsi, həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlər - bələdliyinin pozulması, sualları başa düşməməsi, əhvaliruhiyyəsinin dayanıqsızlığı, maraq dairəsinin məhdudluğu, emosiyalarının qeyri-adekvatlığı, yaddaş və intellekt funksiyalarının zəif inkişaf etməsi, öz vəziyyətinə qarşı tənqidinin olmaması və sair sübut edir. Bunları nəzərə alaraq, X13 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyildir. Buna görə də X13 tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə kifayət qədər əsas var; Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 305.1.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır; 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırıla bilər; 317.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir; 318.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi qüsurun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir; 319-cu maddəsinə əsasən hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş qaldırılmış şəxs açıq surətdə ekspertizadan boyun qaçırdıqda, məhkəmə psixiatrın iştirakı ilə məhkəmə iclasında şəxsin məcburi olaraq məhkəmə-psixiatriya ekspertizasına göndərilməsi haqqında qərardad çıxara bilər; 320.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır; 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Ərizəçi fəaliyyət qabiliyyətsizliyi mübahisələndirilən xx.xx.2003-cü il təvəllüdlü X6 bacısıdır. Ərizəçi X3 ilə birlikdə Bakı şəhəri, ünvan 1 ünvanda yaşayır. X6 psixi qüsuru haqqında kifayət qədər məlumat olduğundan məhkəmə hazırlıq iclasında onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəməpsixiatriya ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X8 məhkəmə psixiatrik ekspertizasının 2480 saylı, xx.xx.2022-ci il tarixli rəyinə əsasən X7 dərin əqli gerilik uşaq serebral iflici nəticəsində (F73) aşkar olunur. X13 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə kifayət qədər əsas var. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.2003-cü il Azərbaycan, ünvan 2 ünvanında qeydiyyatda olan X13 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220-ci, 305-ci, 317-321-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.2003-cü il Azərbaycan, ünvan 3 ünvanında qeydiyyatda olmaqla X13 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar