Məhkəmə qərarları › İş №2(005)-2262/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2262/2020

24.08.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2262/2020 24.08.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əmirxanova Kəmalə Fərman qızının sədrliyi Məmmədova Nigar Ülfət qızının katibliyi Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs cəlb edilməklə hüquqi faktın müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs cəlb edilməklə hüquqi faktın müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ərizəsini onunla əsaslandırmışdırki, 1962-ci ildən, yəni anası X8 Nərimanov Rayon İcrayə Komitəsi tərəfindən verilmiş 09201 saylı, xx xxxxxxx 1962-ci il tarixli orderə əsasən anası və digər ailə üzvləri ilə birlikdə Bakı şəhəri, C.Hacıbəyli küçəsi 36 saylı evin 3 otaqlı 1-ci mənzilində yaşayırlar. Anası X10 xx xxxx 1979-eıı ildə vəfat etsə də, mənzilin sənədləri (orderi) elə anasının adında da qalmışdır. Hazırda həmin mənzili vərəsəlik yolu ilə qəbul etmək üçün sənədləri toplayarkən məlum olmuşdur ki, mərhum anası X8 1962-ci ildə Nərimanov rayon İcrayə Komitəsi tərəfindən qeyd olunan order verilərkən anasının atasının adı Məmiş əvəzinə səhvən Maşadi kimi yazılmışdır. Ona görə də onlar faktiki olaraq həmin mənzildə yaşasalar da, orderdə olan həmin səhvə görə mənzilə dair vərəsəlik işi açılsa da, vərəsəlik şəhadətnaməsi ala bilmirlər. AR DİN-nin qeydiyyatı haqqında arayışdan da görünür ki, Bakı şəhəri, C.Hacıbəyli küçi 36 saylı evin 3 otaqlı birinci mənzilində o, və digər ailə üzvləri qeydiyyatda olmaqla yaşayırlar. Nərimanov rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx xxxxxx 2017-ci il tarixli ölüm haqqında şəhadətnamədən də görünür ki, anası X10 xx xxxx 1979-cu ildə vəfat etmişdir. Onun adına verilmiş xx xxxxxx 1957-ci il tarixli doğum haqqında şəhadətnamədə ana qrafasında da anasının adı X10 qeyd olunmuşdur. Arxiv idarəsindən verilmiş xx.xx.2020-ci il tarixli Arxiv arayışı ilə də təsdiq olunur ki, arxivdə anası X2 aid doğum haqqında şəhadətnamə müəyyən olunmamışdır. 26/06 1934-cü il tarixli evlənmək haqqında şəhadətnamədən də görünür ki, anası həmin ildə X9 ilə nikaha daxil olmuş və soyadı Əzizova kimi qeyd olunmuşdur. Ona görə də həmin hüquqi faktın məhkəmə qaydasında müəyyən edilməsinə zərurət yaranmışdır. Ona görə də o, qanunun həmin maddəsinə müvafiq olaraq zəruri sənədləri başqa yolla ala bilmədiyi üçün anasından miras qalan mənzilə dair şəhadətnamə ala bilməyi üçün Nərimanov rayon İcraiyyə Komitəsi tərəfindən verilmiş orderdə səhv yazılmış ala adının düzəldilməsinə zərurət yaranmışdır.Qeyd edilənləri nəzərə alaraq, anası X8 1962-ci ildə Bakı şəhəri, Nərimanov rayon İcraya Komitəsi tərəfindən verilmiş 09201 saylı, xx xxxxxxx 1962-ci il tarixli orderdə anasının atasının adının Maşadi əvəzinə Məmiş kimi oxunması haqqında qətnamə qəbul edilməsini xahişetmişdir. Məhkəmə iclasında Ərizəçi ərizədə göstərilənlərə uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə mülki işin materiallarını tədqiq edib, ərizəçinin izahatlarını dinləyib, hesab edir ki, ərizə əsaslıdır və aşağıdakı səbəblərə görə təmin edilməlidir. İş materiallarında olan Nərimanov rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş AZ-İ seriyalı 893071 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X10 xx.xx.1979-cu il tarixdə Bakı şəhərində ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 1979-cu ilin may ayının 22-ci günündə 557 № ilə qeyd aparılmışdır. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət X4 xx.xx.2020-ci il tarixli, 01/145 saylı arxiv arayışından görünür ki, Azərbaycan Respublikası Vətəndaşlıq X3 şöbəsi tərəfindən 1918-ci ilə aid doğum aktı kitabları Dövlət Arxivinin Lənkəran filialına təhvil verilməmişdir. Eyni zamanda həmin təşkilatın əvvəlki illərə aid 1936-1943-cü illər üzrə doğum aktının bərpa olunması kitabları yoxlanılmışdır. Həmin kitablarda da X1 doğum tarixi haqqında heç bir sənəd müəyyən edilməmişdir. İş materiallarında olan Bakı şəhəri Oktyabr rayon VVAQ şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, Ərizəçi xx.xx.1957-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. İş materiallarında olan Lənkəran rayonu Lənkəran şəhər VVAQ bürosu tərəfindən verilmiş nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X11 ilə Əzizova Vəcihə xx.xx.1934-cü il tarixdə nikah bağlamış, nikahları ***- **** saylı akt qeydi ilə qeyd edilmişdir. İş materiallarında olan Nərimanov rayon icrakomunun mənzil idarəsinin xx.xx.1962-ci il tarixli 09201sayıə orderinin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, Nərimanov rayon icrakomunun mənzil idarəsi tərəfindən vətəndaş X6 896-cı məhəllə, ev 7, mənzil 1 ünvanında 10 nəfər ailəsi ilə sahəsi 47 kv.m olan 3 otağı tutmaq üçün verilmişdir. Əsas: Nərimanov RİK xx.xx.1962-ci il tarixli qərarı. İş materiallarında olan Sovet Sosialist Respublikalar İttifaqının orden kitabçasından görünür ki, X10 SSRİ X15 Heyətinin adından Azərbaycan SSR X15 Heyətinin fərmanı ilə İİ dərəcəli “Analıq şərəfi” ordeni ilə təltif olunmuşdur. İş materiallarında olan Azərbaycan SSR İctimai Təminat Nazirliyinin X5 rayon ictimai təminat şöbəsi tərəfindən xx.xx.1970-ci il tarixdə verilmiş vəsiqədən görünür ki, X8 qocalığa görə 62 manat 78 qəpik orta aylıq əmək haqqından pensiya təyin edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, göstərilən faktların müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi isə göstərilən faktları təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPMnin 308-ci maddəsinə əsasən, mövcud ərizə tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Odur ki, ərizə təmin edilərək, göstərilən fakt müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o, zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə hesab edir ki, başqa yolla müəyyən edilməsi mümkün olmadığından, qeyd edilən faktlar müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2-ci maddəsinə əsasən, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə görə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə məhkəmə tərəfindən baxılır. Ərizəçi həmin maddənin göstərişinə istinad edərək xüsusi icraat qaydasında məhkəməyə müraciət etmişdir. O, anası X8 1962-ci il tarixdə Bakı şəhəri Nərimanov rayon İcrakomunun mənzil idarəsi tərəfindən verilmiş 09201 saylı, xx.xx.1962-ci il tarixli orderdə X7 ata adı Məşədi əvəzinə Məmiş kimi müəyyən edilməsinin hüquqi əhəmiyyəti olan fakt kimi müəyyən edilməsi üçün mülki işdə kifayət qədər sübutlar vardır. Belə ki ərizəçi tərəfindən təqdim edilmiş digər sənədlərdə (“Analıq şərəfi” ordeni, pensiya vəsiqəsi) anasının ata adı Məmiş kimi qeyd edilmişdir. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ərizə əsaslıdır, buna görə də təmin edilməlidir. Məhkəmə, iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib hesab edir ki, X8 1962-ci il tarixdə Bakı şəhəri Nərimanov rayon icrakomunun mənzil idarəsi tərəfindən verilmiş 09201 saylı, xx.xx.1962-ci il tarixli orderdə X7 ata adının səhvən Maşadi göstərilməsi faktıişdə tədqiq olunmuş sübutlarla öz təsdiqini tapdığından ərizə təmin edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X8 1962-ci il tarixdə Bakı şəhəri Nərimanov rayon icrakomunun mənzil idarəsi tərəfindən verilmiş 09201 saylı, xx.xx.1962-ci il tarixli orderdə X7 ata adı Məşədi əvəzinə Məmiş kimi oxunsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar