Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2277/2022 09.09.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əkbərli Samiq Sadiq oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh “Accessbank“ Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X9 iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Xammal və X22 və Daşınmaz Əmlakın Satışı üzrə Hərrac Mərkəzinə və “Accessbank“ Qapalı Səhmdar Cəmiyyətinə qarşı (iddia tələbinə dair müstəqil tələb irəli sürməyən 3-cü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi cəlb olunmaqla) “hərracın nəticələrinə dair yekun protokolun və çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Xammal və X22 və Daşınmaz Əmlakın Satışı üzrə Hərrac Mərkəzinə və “Accessbank“ Qapalı Səhmdar Cəmiyyətinə qarşı (iddia tələbinə dair müstəqil tələb irəli sürməyən 3-cü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi cəlb olunmaqla) “hərracın nəticələrinə dair yekun protokolun və çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Xammal və X22 və Daşınmaz Əmlakın Satışı üzrə Hərrac Mərkəzi tərəfindən keçirilmiş hərracın yekun protokolunun və hərrac yekunları üzrə əmlakın alğı-satqı müqviləsi və Cavabdeh3 QSC adına verilmiş çıxarışın ləğv edilməsi tələbinə dair qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ki, Cavabdeh3 QSC ilə İddiaçı arasında bağlanmış 13 oktyabr 2014-cü il tarixli 040L**********79 saylı uzunmüddət kredit müqaviləsinin və xx.xx.2014-cü il tarixli 040R********** saylı kredit razılaşmasının təminatı olaraq ipoteka ilə yüklü edilmiş Bakı şəhəri Xətai rayonu, Naximov küçəsi 2 saylı Zeytun sovxozu, 2-ci dongə, 139 C saylı fərdi yaşayış evinin və Bakı şəhəri, Binəqədi rayonu, Həmzə Babaşov kuçəsı, 6 saylı evin 27 saylı mənzilinin qiymətləndirilməsindən, həmin əmlaklara dair hərracın keçirilməsi barədə məlumat verilmədiyindən əmlakla bağlı hərracda iştirak etmək hüququ təmin edilməmişdir. Hərracdan satılmış əmlakların real bazar qiyməti satış qiymətindən azı 2 dəfə artıqdır. Hərracdan satılan əmlaklar icra sənədi üzrə digər borcluların son yaşayış yeridir. Bakı şəhəri Xətai rayonu, Naximov küçəsi 2 saylı Zeytun sovxozu, 2-ci dongə, 139 C saylı fərdi yaşayış evinə dair Cavabdeh3 Qaplı Səhmdar Cəmiyyəti ilə razılıq əldə olunduğundan həmin əmlak qaytarılmışdır. Məhkəmə ərəfəsində Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-314/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra vərəqəsinin icrası ilə bağlı 22 aprel 2022-ci il tarixə, saat 10:20-a təyin edilmişdir. Mənzildən çıxarılması nəzərdə tutulan şəxslərdən X3 iki azyaşlı övladları olmasını, X6 arvadı 26 yaşında vəfat etməsini, onların iki azyaşlı övladları olmasını, X4 və X1 xəstə olmasını və X6 arvadının vəfatı ilə keçirilən mərasimdə o cümlədən qəbr ziyarətində iştirak etmələri səbəbindən xx.xx.2022-ci il tarixdə təyin olunmuş icra tədbirində iştirak edə bilməyəcəyləri barədə qabacadan tələbkara və icra şöbəsinə məlumat verərək Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011 )-314/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra vərəqəsinin icrasını 2022-ci ilin may ayının sonuna kimi təxirə alınmsmı xahiş edilməsinə baxmayaraq mənzili qapısının acarım qırıb acaraq mənzilə daxil olmuşlar, borcluları son yaşayış yeri olan mənzilin əşyaları məcburi qaydada çıxarılaraq tam yararsız halda hara yerləşdirilməsi barədə məlumat verilməmişdir. Halhazırda əldə etdiyimiz məlumata əsasən Bakı şəhəri, Binəqədi rayonu, Həmzə Babaşov kuçəsı, 6 saylı evin 27 saylı mənzili üçüncü şəxslərə satmaq istəyirlər. Hesab edirik ki, işə baxılaraq, yekun Qətnamənin qanuni qüvvəsini alanadək, Bakı şəhəri, Binəqədi rayonu, Həmzə Babaşov kuçəsı, 6 saylı evin 27 saylı mənzilin özgəninkiləşdirilməsi cavabdehə və digər şəxslərə qadağan edilməlidir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verib, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək, iddiaçının hazırki iddianı qaldırmağa subyektiv hüququnun olduğunu, onun borc tələbi üzrə əsas borclu olduğunu, ipoteka əmlakının satışı ilə bağlı keçirilmiş hərracın etibarsız olmasının onun birbaşa kredit üzrə öhdəliklərinə təsir etdiyini, bu səbəbdən də iddianın təmin edilmısini xahiş etdi. Cavabdeh “Accessbank“ Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X12 iddia tələbinin əsassız olduğunu, məhkəmə sorğusuna əldə edilmiş cavabdan da göründüyü kimi mübahisəli əmlakın mülkiyyətçisinin ipoteka qoyan olduğunu, bu səbəbdən də iddiaçının belə bir iddia irəli sürməyə subyektiv hüququnun olmadığını bildirdi. Məhkəmə mülki işin materiallarını tədqiq edib, işdə iştirak edən şəxslərin izahatlarını və çıxışlarını dinləyib, onların təqdim etdiyi sübutları araşdırıb, hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Hərrac Təşkilatının xx.xx.2021-cu il tarixli, № 63/04 hərracın yekunları barədə protokolun surətindən görünür ki, X7 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Həmzə Babaşov küçəsində yerləşən 6 saylı evin 27 saylı mənzili Xətai rayon Məhkəməsinin 2(011)-314/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsinin, Xətai rayon İcra Şöbəsinin xx/xx-169468/20-23 saylı, xx.xx.2021-ci i! tarixli sifariş məktubunun və “Access Bank" QSC -nin müvafiq məktubunun icrasına əsasən "İpoteka haqqında" Azərbaycan Respublikası qanununun 41.42 və 43 cü maddələrinə istinad edərək hərrac təşkil olunmuşdur. "İpoteka haqqında" Azərbaycan Respublikası qanununun 43.7 ci maddəsinə əasasən hərracın təşkilatçısı hərracı başa çatdırmışdır. İcra vərəqəsində edilmiş icra hərəkətlərinin dəyişdirilməsi haqqında heç bir rəsmi məlumat daxil olmamışdır. İş materiallarında olan Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-314/2019 nömrəli, 20 05.2020-ci il tarixli icra sənədinə əsasən 040R********** saylı kredit razılaşması üzrə Ödəniş gününə qüvvədə olan məzənnə ilə 27136.37 ABŞ dolları məbləğində əsas borc 7921.41 ABŞ dolları məbləğində cərimə borcu olmaqla cəmi 36457.78 ABŞ dolları məbləğində pul vəsaitinin İddiaçı, X2 və Mustafayev Sarvan Vəkil oğlundan müştərək qaydada alınması, Bakı şəhəri Binəqədi rayonu, H.Babaşov küçəsi. 6 saylı evin, 27 nömrəli mənzilinə tutma yönəldildikdən və o, satıldıqdan 1 (bir) ay sonra X4, X1, X3 və X5 mənzildən çıxarılmaqla həmin mənzilin boşaldılması qət edilmişdir İş materiallarında olan xx.xx.2019-cu il tarixli hərracın yekunları üzrə alğı-satqı mqaviləsinə görə X8 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Həmzə Babaşov küçəsində yerləşən 6 saylı evin 27 saylı mənzili 58650(əlli səkkiz min altı yüz əlli) manata "xxxx" QSC-yə satılmışdır. İş materiallarında olan Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-314/2019 nömrəli, 20 05.2020-ci il tarixli qətnaməsinə əsasən 040R********** saylı kredit razılaşması üzrə ödəniş gününə qüvvədə olan məzənnə ilə 27136,37 ABŞ dolları məbləğındə əsas borc, 7921,41 ABŞ dolları məbləğində faiz borcu, 1700 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə 36757,78 ABŞ dolları məbləğində Azərbaycan Respublikası manatı İddiaçı, X10 və Mustafayev Sarvan Vəkil oğlundan müştərək qaydada alınaraq Cavabdeh3 QSC-yə ödənilsin, 040R********** saylı kredit razılaşması üzrə ödəniş gününə qüvvədə olan məzənnə ilə 19931,16 ABŞ dolları məbləğində əsas borc, 6626,78 ABŞ dolları məbləğində faiz borcu, 1200 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə 27757,94 ABŞ dolları məbləğində Azərbaycan Respublikası manatı İddiaçı, X10 və Mustafayev Sarvan Vəkil oğlundan müştərək qaydada alınaraq Cavabdeh3 QSCyə ödənilsin. İş materiallarında olan Azərbaycan Respublikası Xammal və X22 və Daşınmaz Əmlakın Satışı üzrə Hərrac Mərkəzi tərəfindən Mustafayev Sarvan Vəkil oğluna, X13, X15, X11, Xətai rayon İcra Şöbəsinə, "xxxx" QSC-yə ünvanlanmış xx.xx.2021-cil tarixli, 01/1925 nömrəli, xx.xx.2021-ci il tarixli 01/2253 nömrəli bildirişlərin təsdiq edilmiş surətindən görünür ki, kreditin (borcun) təminatı qismində ipoteka predmetinə tələbin yönəldilməsinə dair Xətai rayon Məhkəməsinin 2(011)-314/2019 saylı xx.xx.2019-cu il tarixli icra vərəqəsi ipoteka qoyulan İddiaçı mülkiyyətində olanm Bakı şəhəri Xətai rayonu, Naximov küçəsi 2 saylı Zeytun sovxozu, 2-ci dongə, 139 C saylı fərdi yaşayış evinə və Bakı şəhəri, Binəqədi rayonu, Həmzə Babaşov kuçəsı, 6 saylı evin 27 saylı mənzilinə tutmanın yönəldilməsi və hərracda satılması, hərracın müvafiq olaraq xx.xx.2021-ci il saat 11:00-da və xx.xx.2021-ci il saat 11:00-da keçiriləcəyi bildirilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının “hərracın nəticələrinə dair yekun protokolun və alğısatqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbi ilə bağlı müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırılmalıdır. Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququn yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, İddiaçı kredit müqaviləsi üzrə borcludur və X10 isə ipoteka qoyan olmaqla iddiaçı tərəfindən mübahisələndirilən mənzil ona məxsus olduğu üçün İddiaçı belə bir tələb ilə məhkəməyə müraciət etməsinə subyektiv hüququ olmamışdır. Məhkəmə sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Xammal və X22 və Daşınmaz Əmlakın Satışı üzrə Hərrac Mərkəzinə və “Accessbank“ Qapalı Səhmdar Cəmiyyətinə qarşı (iddia tələbinə dair müstəqil tələb irəli sürməyən 3-cü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi cəlb olunmaqla) “hərracın nəticələrinə dair yekun protokolun və çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Xammal və X22 və Daşınmaz Əmlakın Satışı üzrə Hərrac Mərkəzi tərəfindən keçirilmiş hərracın yekun protokolunun və hərrac yekunları üzrə əmlakın alğı-satqı müqaviləsi və Cavabdeh3 QSC adına verilmiş çıxarışın ləğv edilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçılara aid edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Xammal və X22 və Daşınmaz Əmlakın Satışı üzrə Hərrac Mərkəzinə və “Accessbank“ Qapalı Səhmdar Cəmiyyətinə qarşı (iddia tələbinə dair müstəqil tələb irəli sürməyən 3-cü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi cəlb olunmaqla) “hərracın nəticələrinə dair yekun protokolun və çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Xammal və X22 və Daşınmaz Əmlakın Satışı üzrə Hərrac Mərkəzi tərəfindən keçirilmiş hərracın yekun protokolunun və hərrac yekunları üzrə əmlakın alğı-satqı müqaviləsi və Cavabdeh3 QSC adına verilmiş çıxarışın ləğv edilməsi tələbinə dair iddiası əsassız olduğundan təmintəmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-2277/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2277/2022
09.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver