Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-228/2022 01.03.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Nəsibova Təhminə Nizami qızının katibliyi, İddiaçı, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 iştirakları ilə İddiaçı cavabdehlər "xxxx" MMC-yə və Cavabdeh2nə qarşı “hərracın və onun yekununda bağlanmış əmlakın müqaviləsinin etibarsız hesab edilməsi tələbi”nə dair iddia ərizəsi dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər "xxxx" MMC-yə və Cavabdeh2nə qarşı “hərracın və onun yekununda bağlanmış əmlakın müqaviləsinin etibarsız hesab edilməsi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Apelyasiya Məhkəməsinin 2(İ03)-11159/2019 saylı, 26 avqust 2019-cu il tarixli qətnaməsinə ilə iddiaçı Ləğv prosesində olan "xxxx" ASC-nin apellvasiya şikayəti qismən təmin edilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 554/2018 saylı iş üzrə 03 iyul 2018-ci il tarixli qətnaməsi qismən - iddianın təmin edilməyən «tutmanın X7 məxsus «Howo 7.7.3317N3867W» markalı **-ME-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinə yönəldilməsi, avtomobilin ilkin salış qiymətinin müəyyənləşdirilməsi, açıq hərracdan satılması və bankın kredit tələbinin satılmış əmlak hesabına ödənilməsi» hissəsində ləğv edilmiş və həmin hissədə yeni qətnamə çıxarılmışdır. Cavabdehlər İddiaçı və X4 birgə qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə 33371.16 manat məbləğində əsas borc, 10288,37 manat məbləğində faiz borcu, cəmi 43659.53 (qırx üç min altı yüz əlli doqquz manat əlli üç qəpik) manat məbləğində borc va 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutulması cavabdeh X7 məxsus «Howo ZZ33İ7N3867W» markalı **-MF-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinə yönəldilməsi, avtomobilin ilkin satış qiyməti müəyyənləşdirilməsi və açıq hərracdan satılmaqla bankın kredit tələbi satılmış əmlak hesabına ödənilməsi qət edilmişdir. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən Ali Məhkəməyə şikayət verilməsinə baxmayaraq. Ali Məhkəmənin 2(102)-174/2020 saylı 09.01.2020-ci il tarixli qərarı ilə qətnamə dəyişdirilmədən saxlanılmışdır. Qətnamənin icrası üçün 2.08.2019-cu il tarixdə icra vərəqəsi verilmişdir. Xəzər rayon icra və Probasiya şöbəsinin İ4/12Q saylı, 0.07.2020-ci il tarixli sifariş məktubuna əsasən “Külək" MMC-yə müraciət elmişdir. 08.08.2020-ci il tarixli “hərrac" nəticəsində hərracın yekunları barədə 29/01 saylı protokola əsasən ipoteka predmeti olan əmlak 7000 manata X1. Halbuki bu tarixdə hərracın keçirilməsi barədə nə borcluya, nə də satılan əmlakın mülkiyyətçisinə məlumat verilməmişdir. Bununla da İpoteka haqqında Qanunun tələbləri kobud surətdə pozulmuşdur. Yuxarıda qeyd edilən qanunvericilik normalarından göründüyü kimi, hərrac barədə ipoteka qoyana, yəni X6 xəbərnaməli bildiriş göndərilməli, rəsmi qaydada hərracın yeri, vaxtı, ilkin satış qiyməti və s. barədə məlumat verməli idi. Belə ki, ipoteka qoyanın hərraca çıxarılmış əmlakı özünün almaq, habelə özünün gətirdiyi müştərinin hərracda iştirakını təmin etmək hüquqları vardır. Bu hüquqların həyata keçirilməsinə mane olmaq üçün ipoteka qoyana bildiriş verilməmiş və ondan xəbərsiz olaraq hərrac keçirilmişdir. Bu isə hərracın Azərbaycan Respublikasının Mülki Məcəlləsi və İpoteka haqqında Qanunda nəzərdə tutulmuş qaydaları pozmaqla keçirildiyini göstərir. Buna görə də həmin hərrac etibarsız hesab edilməli və hərracın nəticəsində bağlanmış əmlakın alqı-satqı müqaviləsi etibarsız hesab edilməlidir. Bundan başqa İpoteka haqqında Qanunun daha bir tələbi pozularaq hərracın nəticəsi barədə belə ona məlumat verilməmişdir. Hərracın keçirilməsi, hərrac nəticəsində əmlakın "xxxx" QSC tərəfindən əldə olunmasını yalnız, 2014-cü ilin sentyabr ayında Accessbank QSC-nin qeyri-yaşayış sahəsinin boşaldılması tələbinə dair iddia ilə Abşeron rayon məhkəməsinə müraciətindən sonra bilmişdir. Görünür hərracın təşkilatçıları və Accessbank QSC onun hərracın nəticələrinə etirazının qarşısını almaq üçün iddiaçıya hərrac barədə məlumat verməyiblər. Eyni zamanda, Cavabdeh2 də öz səlahiyyətlərini aşaraq, qanunun tələblərini kobud surətdə pozmuş və hərracın nəticələrini məndən gizlətmişdir. Halbuki məhkəmə qətnaməsindən göründüyü kimi onun borcu ümumilikdə 16848,58 ABŞ dolları olmuşdur. Hərracın nəticələrinə görə əmlak 16253,70 manata satılmışdır. Belə məlum olur ki, əldə edilən məbləğlə iddiaçının borcunun arasında təxminən 4 000 ABŞ dolları fərq olmuşdur. Banka olan borc ödənildikdən sonra bu pul ona verilməli olduğu halda kimlərsə tərəfindən mənimsənilmişdir. Bu da hərracın başdan-ayağa saxta olmasını, heç bir real hərracın keçirilmədiyini və real alıcıların hərracda iştirakına mane olunduğunu, ipoteka qoyanın hüquqlarının kobud surətdə pozulduğunu göstərir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs X8 iddia tələbinin təmin olunmasına etiraz etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər "xxxx" MMC-nin və Cavabdeh2 nümayəndələri məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26.08.2019-cu il tarixli, 2(103)-11159/2019 saylı qətnaməsinin surətindən görünür ki, iddaçı ləğv prosesində olan "xxxx" ASC-nin apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-554/2018 saylı iş üzrə 03 iyul 2018-ci il tarixli qətnaməsinin qismən – iddianın təmin edilməyən “tutmanın X7 məxsus “Howo ZZ3317N3867W” markalı, **-MF-*** dövlət qeydiyyat nişanlı avtomobilinə yönəldilməsi, avtomobilin ilkin satış qiymətinin müəyyənləşdirilməsi, açıq hərracdan satılması və bankın kredit tələbinin satılmış əmlak hesabına ödənilməsi” hissəsində ləğv edilməsi və həmin hissədə yeni qətnamənin çıxarılması, cavabdehlər İddiaçı və X4 birgə qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə 33.371,16 manat məbləğində əsas borc, 10.288,37 manat məbləğində faiz borcu, cəmi 43.659,53 manat məbləğində əsas borc və 30 manat məbləğində dövlət rüsumunun tutulması, cavabdeh X7 məxsus “Howo ZZ3317N3867W” markalı, **-MF-*** dövlət qeydiyyat nişanlı avtomobilinə yönəldilməsi, avtomobilin ilkin satış qiymətinin müəyyənləşdirilməsi və açıq hərracdan satılmaqla bankın kredit tələbinin satılmış əmlak hesabına ödənilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş materiallarındakı "xxxx" MMC-nin tələbkar ləğv prosesində olan "xxxx" ASC-yə, borclular X10 və X7 ünvanladığı «açıq hərracın keçirilməsinə dair» 10.08.2020-ci il tarixli, 01 №-li bildirişdən görünür ki, “Howo ZZ3317N3867W” markalı, **-MF-*** dövlət qeydiyyat nişanlı avtomobilin ilkin satış qiyməti 6800 manat müəyyən edilməklə, satılmaq üçün açıq hərraca çıxarılmış, hərracın keçirilməsi 08 sentyabr 2020-ci il tarixə təyin edilmişdir. İşin materiallarında olan 10.08.2020-ci il tarixli mədaxil qəbzinin surətindən görünür ki, "xxxx" MMC tərəfindən borclu X7 göndərilmiş bildiriş həmin tarixdə X11 tərəfindən qəbul edilmişdir. İşin materiallarında olan «Hərracın nəticələri haqqında» 08 sentyabr 2020-ci il tarixli, 29/01 №-li protokoldan görünür ki, hərracın təşkilatçısı – "xxxx" MMC-nin nümayəndəsi N.Ə.Əliyeva ilə alıcı X8 “Howo ZZ3317N3867W” markalı, **-MF-*** dövlət qeydiyyat nişanlı avtomobilin 6800 (altı min səkkiz yüz) manata alınması barədə razılığa gələrək həmin protokolu imzalamışlar. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş 28 dekabr 2021-ci il tarixli, SN № 02 saylı “avtomobilin qiymətləndirilməsi barədə” hesabatdan görünür ki, “Howo ZZ3317N3867W” markalı, **-MF-*** dövlət qeydiyyat nişanlı avtomobilin hazırki dövrə bazar dəyəri 35.000 manat, likvid dəyəri 29.000 manat, 2020-ci il üçün (22.06.2020-ci il tarixli qüsur aktını nəzərə almaqla) bazar dəyəri 13.500 manat, likvid dəyəri 7100 manat təşkil etmişdir. Qiymətləndiricinin xidmət haqqı 200 (iki yüz) manat təşkil etmişdir. Hazırki mübahisə ilə əlaqədar məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. «İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiya»nın 1 saylı Protokolun 1-ci maddəsi üç müxtəlif normadan ibarətdir: birinci abzasın cümləsində təsbit olunan birinci norma ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir, birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci norma mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərlə şərtləndirir; ikinci abzasda bəyan edilən üçüncü norma təsdiq edir ki, iştirakçı dövlətlər ümumi maraqlara müvafiq olaraq mülkiyyətdən istifadəyə nəzarəti və digər tədbirləri həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncü normalar mülkiyyətdən maneəsiz istifadə hüququna edilən konkret müdaxilə nümunələri ilə bağlıdır; buna görə də birinci normada bəyan edilən ümumi prinsip baxımından şərh olunmalıdır (Ceyms və başqaları Birləşmiş Krallığa qarşı). Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı X7 məxsus “Howo ZZ3317N3867W” markalı, **-MF-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair keçirilmiş hərracın etibarsız hesab edilməsini tələb etməsinə baxmayaraq, özünün bu cür iddia tələbi ilə məhkəməyə müraciət etməyə subyektiv hüquqa malik olmasını sübut etməmişdir. Göründüyü kimi İddiaçı subyektiv hüquqa malik olmadığı halda hazırki iddia tələblərini irəli sürməsi tələblərinin əsassız olduğuna dəlalət edir. Belə ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsilə məcburi şəkildə həyata keçirilməsinin mümkünsüzlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğunu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək kimi qəbul olunan xarici cəhəti isə ən mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq 3 elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni, başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər "xxxx" MMC-yə və Cavabdeh2nə qarşı “hərracın və onun yekununda bağlanmış əmlakın müqaviləsinin etibarsız hesab edilməsi tələbi”nə dair iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər "xxxx" MMC-yə və Cavabdeh2nə qarşı “hərracın və onun yekununda bağlanmış əmlakın müqaviləsinin etibarsız hesab edilməsi tələbi”nə dair iddia ərizəsi təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aytən Novruzova AZƏRBAYCAN RESPUBLİKASİ BAKİ ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri, A.Məhərrəmov küçəsi 15 Tel.: (99412) 431 44 05 İş № 2(006)-4939/2018 26.10.2018 İddiaçı: X12 Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, ev 55/57, mənzil 81 Cavabdehlər: “X9” MMC-yə Bakı şəhəri, Xətai rayonu, Zığ şossesi, ev 26, mənzil 38 Bakı şəhəri, Nərimanov rayonu, Nəcəf Nərimanov küçəsi 5D Ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi «X2 Company» MMC-yə Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, ev 18/7, məhəllə 539 Baki şəhəri, Nizami küçəsi 167A Müstəqil tələb irəli sürməyən üçüncü şəxs: Nizami rayon İcra və Probasiya Şöbəsinə Bakı şəhəri, Qara Qarayev prospekti, 36A Nəsimi Rayon Məhkəməsi 17.10.2018-ci il tarixli, 2(006)-4939/18 saylı qətnamənin surətini məlumat üçün Sizə göndərir. Qoşma: qətnamənin surəti Hakim Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2(005)-228/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-228/2022
01.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver