Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2283/2022 23.06.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Nəsibova Təhminə Nizami qızının katibliyi ilə, İddiaçı cavabdehlər "xxxx" MMC-yə, Cavabdeh3 BOKT ASC-yə və Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Şəhər Ərazi İdarəsinə qarşı “hərracın nəticəsinə dair yekun protokolun, alqı-satqı müqaviləsinin və çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər "xxxx" MMC və Qaradağ rayon İcra şöbəsi tərəfindən iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Lökbatan qəsəbəsi, Nizami küçəsi, ev 25, mənzil 3 ünvanında yerləşən mənzilin məcburi qaydada satışı ilə əlaqədar keçirilmiş hərracın nəticəsinə dair 30 sentyabr 2021-ci il tarixli, 69/02 saylı hərracın yekun protokolunun və həmin protolun hüquqi nəticəsi olaraq Cavabdeh3 BOKT ASC ilə bağlanmış xx.xx.2021-ci il tarixli alqı satqı müqaviləsinin, habelə həmin müqavilə əsasında cavabdehə Cavabdeh3 BOKT ASC-yə verilmiş **********47-05101-093002 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli çıxarış etibarsız hesab etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, Qaradağ Rayon Məhkəməsinin 2(002)-384/2017 saylı 14 fevral 2017-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh3 BOKT ASC-nin iddiası qismən təmin edilmiş, cavabdeh X2 ümumilikdə 24556 ABŞ dolları 96 sent məbləğində pulun tutulması, tutmanın ona məxsus Bakı şəhəri, Lökbatan qəsəbəsi, Nizami küçəsi, ev 25, mənzil 3 ünvanında yerləşən əmlaka yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satışa çıxarılması və satışdan əldə edilən pul vəsaiti hesabına borcun ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5414/2017 saylı 24 may 2017-ci il tarixli qətnaməsi ilə cavabdehin verdiyi apellyasiya şikayəti təmin edilməmiş və birinci instansiya məhkəməsinin qətnaməsi qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2(102)-8493/17 saylı 11 dekabr 2017-ci il tarixli qərarı ilə apellyasiya instansiya məhkməsinin qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Daha sonra Qaradağ Rayon Məhkəməsinin 2(002)-384/20l7 saylı 14 fevral 2017-ci il tarixli qətnaməsi icraya yönəldilmiş, ipoteka predmeti iki dəfə açıq hərracda satışa çıxarılmışdır. Lakin, ilkin, daha sonra təkrar hərracda əmlakın satışı baş baş tutmamışdır. “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq təkrar hərracın satış qiymətindən 25% aşağı qiymətə, 30 sentyabr 2021-ci il tarixli, 69/02 saylı hərracın yekunları barədə protokola və həmin tarixli alqı satqı müqaviləsinə əsasən, Cavabdeh3 BOKT ASC tərəfindən 58650 manata əldə edilmişdir. Sözügedən sənədlər əsasında Cavabdeh3 BOKT ASC ünvan 1 ünvanında yerləşən iddiaçıya məxsus 3 saylı mənzilin mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasına dair dövlət reyestrindən çıxarış (reyestr nömrəsi: **********47-05101-093002, qeydiyyat nömrəsi:**********, tarixi: xx.xx.2022-ci il) almışdır. 30 sentyabr 2021-ci il tarixli, 69/02 saylı hərracın yekununa dair protokol və həmin protolun hüquqi nəticəsi olaraq müqaviləsi, habelə həmin müqavilə əsasında cavabdehə verilmiş reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli çıxarış etibarsız hesab edilməlidir. Belə ki, Qaradağ rayon Məhkəməsinin 2(002)-36/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən ona mülkiyyət hüququ əsasında məxsus ünvan 2 ünvanında yerləşən mənzil 92000 manat dəyərində qiymətləndirilmişdir. Cavabdeh3 BOKT ASC digər cavabdeh "xxxx" MMC ilə cinayət əlaqəsinə girərək Qaradağ Rayon Məhkəməsinin 2(002)- 36/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi qəsdə ört-basdır edilərək (gizlədilərək) ona məxsus mənzil köhnə qiymət ilə yəni 75000 manat dəyərində hərraca çıxarılmış və nəticə etibarı ilə onun mənzili aşağı dəyərdə hərrac yolu ilə maddi maraqlar qarşılığında cavabdeh bankın xeyrinə özgəninkiləşdirilmişdir. Digər cavabdeh Qaradağ rayon İcra şöbəsi cavabdeh "xxxx" BOKT ASC və cavabdeh "xxxx" MMC ilə qabaqcadan qarşılıqlı razılığa gələrək yuxarıda qeyd etdiyi qeyd olunan qanunsuzluqlar qəsdən göz yummaqla qanunsuz olaraq iddiaçının mənzili cavabdeh bankın balansına götürülməsində yardımçı olmuşdur. Eyni zamanda hərrac keçirilməsi haqqında iddiaçı cavabdeh hərrac mərkəzi tərəfindən qanuna müvafiq qaydada xəbərdar edilməmişdir. Hazırda mübahisələndirdiyi hərrac, hərracın yekununa dair protokol, həmin protolol əsasında bağlanmış alqı-satqı müqaviləsi və onun əsasında verilmiş çıxarış haqqında cari ilin mart ayının 28-də iddiaçının məlumatı olmuşdur. Qeyd etdiyi kimi ona məxsus mənzil ikinci dəfə qiymətləndirildikdən sonra icra məmuru tərəfindən ona tələbin könüllü icrası haqqında bildiriş verilmədən ona məxsus mənzilin yeni qiymət yəni 92000 manatla deyil, köhnə qiymət ilə 75000 manatla hərrac yolu ilə satışı üçün sifarş verilmişdir. Göründüyü kimi qanunvericiliyin tələblərinə görə hərracın təşkilatçısı tərəfindən hərracın keçirilməsi barədə məlumat kütləvi informasiya vasitələrində elan dərc etdirilməli və bununla bərabər ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərilməlidir. İddiaçıya hərracın keçirilməsi barədə bildiriş göndərilməsi barədə hər hansı sübut yoxdur. Deməli, hərrac ‘‘İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş qaydalar pozulmaqla keçirilmişdir. Ötən məhkəmə iclasında iştirak etmiş İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. xx.xx.2022-ci il tarixində isə yazılı ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə baxışının başqa tarixə təxirə salınmasını xahiş etmişdir. Cavabdeh3 BOKT ASC məhkəmənin dəftərxana vasitəsi ilə xx.xx.2022-ci il tarixdə yazılı etiraz təqdim edərək, bildirmişdir ki, Qaradağ Rayon Məhkəməsinin 2(002)-384/2017 saylı 14 fevral 2017-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh3 BOKT ASC-nin iddiası qismən təmin edilmiş, cavabdeh X1 ümumilikdə 24556 ABŞ dolları 96 sent məbləğində pulun tutulması, tutmanın cavabdeh İddiaçı məxsus Bakı şəhəri, Lökbatan qəsəbəsi, Nizami küçəsi, ev 25, mənzil 3 ünvanında yerləşən əmlaka yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satışa çıxarılması və satışdan əldə edilən pul vəsaiti hesabına borcun ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5414/2017 saylı 24 may 2017-ci il tarixli qətnaməsi ilə cavabdehin verdiyi apellyasiya şikayəti təmin edilməmiş və birinci instansiya məhkəməsinin qətnaməsi qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2(102)-8493/17 saylı 11 dekabr 2017-ci il tarixli qərarı ilə apellyasiya instansiya məhkməsinin qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Daha sonra Qaradağ Rayon Məhkəməsinin 2(002)-384/2017 saylı 14 fevral 2017-ci il tarixli qətnaməsi icraya yönəldilmiş, ipoteka predmeti iki dəfə açıq hərracda satışa çıxarılmışdır. Lakin, ilkin, daha sonra təkrar hərracda əmlakın satışı baş baş tutmamışdır. “İpoteka Haqqında’' Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq təkrar hərracın satış qiymətindən 25% aşağı qiymətə, 30 sentyabr 2021-ci il tarixli, 69/02 saylı hərracın yekunları barədə protokola və həmin tarixli alqı satqı müqaviləsinə əsasən, Cavabdeh3 BOKT ASC tərəfindən 58650 manata əldə edilmişdir. Sözügedən sənədlər əsasında Cavabdeh3 BOKT ASC, ünvan 6lin mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasına dair dövlət reyestrindən çıxarış (reyestr nömrəsi: **********47-05101-093002, qeydiyyat nömrəsi: **********, tarixi: xx.xx.2022-ci il) almışdır. Etirazın əsaslandığı sübutlar: İddiaçı hərracın keçirilmə vaxtından xəbərsiz olduğunu iddia edərək hərracın nəticələrinin etibarsız hesab edilməsini tələb edir. Aşağıda qeyd edilənlərə əsasən iddiaçının tələbi əsassızdır: xx.xx.2021-ci il tarixində saat 11:00-da ünvan 4 ünvanında ipoteka predmetinin ilkin hərracının keçiriləcəyi barədə “Daşınar və daşınmaz əmlakların satışı üzrə Hərrac Mərkəzi" MMC tərəfindən İddiaçı xx.xx.2021-ci il tarixində məktub göndərilmişdir. 213144 saylı poçt qəbzinin surətindən də göründüyü kimi, İddiaçı xx.xx.2021-ci il tarixində sözügedən məktubu şəxsən qəbul etmişdir. “Birja yenilikləri” qəzetinin 258 saylı xx.xx.2021-ci il tarixli sayında xx.xx.2021-ci il tarixində saat 11:00-da ünvan 5 ünvanında ünvan 6lin hərracının keçiriləcəyi barədə məlumat dərc edilmişdir. xx.xx.2021-ci il tarixində saat 11:00-da ünvan 4 ünvanında ipoteka predmetinin təkrar hərracının keçiriləcəyi barədə "xxxx" MMC tərəfindən İddiaçı xx.xx.2021-ci il tarixində məktub göndərilmişdir. 213543 saylı poçt qəbzinin surətindən də göründüyü kimi, İddiaçı xx.xx.2021-ci il tarixində sözügedən məktubu şəxsən qəbul etmişdir. “Birja yenilikləri” qəzetinin 262 saylı xx.xx.2021-ci il tarixli sayında xx.xx.2021-ci il tarixində saat 11:00-da ünvan 7 ünvanında ünvan 6lin təkrar hərracının keçiriləcəyi barədə məlumat dərc edilmişdir. İlkin və təkrar hərrac baş tutmadığına görə, xx.xx.2021-ci il tarixində "xxxx" MMC tərəfindən Qaradağ rayon İcra Şöbəsinə “ipoteka predmetinin əldə olunmasına dair” təklif məktubu göndərilmişdir. Həmin məktubub surəti məlumat üçün İddiaçı da göndərilib. 226239 saylı poçt qəbzinin surətindən də göründüyü kimi, iddiaçı X4 xx.xx.2021-cİ il tarixində sözügedən məktubu şəxsən qəbul etmişdir. “Birja yenilikləri” qəzetinin 265 saylı xx.xx.2021-ci il tarixli sayında ünvan 6lin təkrar hərracının baş tutmaması barədə məlumat dərc edilmişdir. İddiaçı qanunla müəyyən olunmuş qaydada hərracın keçirilməsi barədə məlumatlandırılmışdır. Qeyd olunanlara əsasən iddianın rədd olunmasını xahiş etmişdir. Cavabdeh eyni zamanda bildirmişdir ki, sözügedən mülki iş üzrə məhkəmənin xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərində hazırlıq iclasları keçirilmişdir. Lakin, iddiaçı hazırlıq iclaslarının iclaslarının yeri və vaxtı barədə xəbərdar olmasına baxmayaraq onların heç birində iştirak etməmiş, iştirak etməməsinin səbəblərini isə məhkəməyə ümumiyyətlə bildirməmişdir. Açıq-aşkar görünür ki, iddiaçı mülki mübahisənin həll edilməsində maraqlı deyildir. O, prosessual hüquqlarından sui- istifadə edərək, məhkəmə qətnaməsinin icrasına mane olmağa çalışır. Mülki iş materiallarından da göründüyü kimi, iddiaçı hərracın nəticələrinin etibarsız hesab edilməsini sübut edəcək hər hansı mötəbər dəlili məhkəməyə təqdim etməmişdir. Mülki iş üzrə yekun məhkəmə aktının qəbul edilməsi üçün kifayət edən dəlillər Cavabdeh3 BOKT ASC tərəfindən məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclaslarının yeri və vaxtı barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs və digər cavabdehlərə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Şəhər Ərazi İdarəsinə məlumat verilməsinə baxmayaraq onların nümayəndələri heç bir səbəb təqdim etmədən məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. İş materiallarında olan Qaradağ Rayon Məhkəməsinin 2(002)-36/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən iddiaçılar İddiaçı və X3 cavabdehlər Qaradağ rayon İcra və Probasiya şöbəsinə və “Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti" MMC-yə qarşı «əmlakın qiymətləndirilməsi» tələbinə dair iddia ərizəsi təmin edilmiş, “Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti" MMC-nin xx.xx.2018-ci il tarixli hesabatı ləğv edilmiş və Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Nizami küçəsi, 25 saylı evin, 3 saylı mənzilinin ilkin satış qiyməti 92000 (doxsan iki min) manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan Qaradağ Rayon Məhkəməsinin 2(002)-36/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, Qaradağ rayon Məhkəməsinin 2(002)-384/2017 saylı 14 fevral 2017-ci il tarixli qətnaməsinə əsasən iddia tələbi qismən təmin edilmiş, cəmi 24556 ABŞ dolları 96 sent pul və 23.70 manat dövlət rüsumu Cavabdeh3 BOKT ASC-yə ödənilməsi, İddiaçı məxsus Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Nizami küçəsi, 25 saylı evin, 3 saylı mənzilinin ixtisaslaşdırılmış açıq hərracdan satılması, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Nizami küçəsi, 25 saylı evin, 3 saylı mənzilinin satışından əldə edilmiş 24556 ABŞ dolları 96 sent pul və 23.70 manat dövlət rüsumu "xxxx" BOKT ASÇ:yə ödənilməsi və satışdan götürülmüş məbləğ “Finoko" BOKT ASC-nin tələbini ödəməyə kifayət etməsə çatışmayan məbləğ X1 “Finoko" BOKT ASC-nin tələbindən artıq olarsa artıq məbləğ İddiaçı qaytarılması qət edilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin hərracın keçirilməsi barədə xx.xx.2021-ci il tarixli, 01/2390 saylı və xx.xx.2021-ci il tarixli, 01/2681 saylı bildirişlərin surətindən görünür ki, iddiaçıya əmlakın 92000 manat ilkin satış qiymətilə xx.xx.2021-ci və xx.xx.2021-ci il tarixlərdə hərraca çıxarılacağı barədə məlumat verilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin məktubundan görünür ki, Qaradağ Rayon İcra Şöbəsinin xx/xx-45087 1 saylı, xx.xx.2021 -ci il tarixli sifariş məktubuna əsasən ipoteka yüklü Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Nizami küçəsində yerləşən 25 saylı evin, 3 saylı mənzilinin təkrar hərracının baş tutmaması barədə "Birja yenilikləri” qəzetinin xx.xx.2021-ci il tarixli nömrəsində elan dərc edilmişdir. “İpoteka Haqqında” Qanunun 43.7-ci maddəsinə müvafiq olaraq ipoteka predmeti təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə yəni 58650 manat olmaqla ipoteka saxlayana təklif olunur. İş materiallarında olan hərracın yekunları barədə xx.xx.2021-ci il tarixli, 69/02 nömrəli protokoldan görünür ki, İddiaçı məxsus olan Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Nizami küçəsində yerləşən 25 saylı evin 3 saylı mənzili ilkin satış qiyməti 92.000 manat, təkrar hərracdakı ilkin satış qiyməti 78200 manat, 25% aşağı olan dəyəri 58650 manat məbləğində müəyyən edilərək "xxxx" MMC tərəfindən hərraca çıxarılmış, ipoteka saxlayan Cavabdeh3 BOKT ASC tərəfindən 58650 manata əldə edilmişdir. İş materiallarında olan “Birja yenilikləri” qəzetinin 262 saylı xx.xx.2021-ci il tarixli buraxılışında Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Nizami küçəsində yerləşən 25 saylı evin 3 saylı mənzilinin hərraca çıxarılması yeri və vaxtına dair elan verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrinin çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Nizami küçəsi, ev 25, mənzil 3, giriş 1 mənzili xx.xx.2022-ci il tarixdən Cavabdeh3 BOKT ASC-nin mülkiyyətindədir. Məhkəmə ilk növbədə İddiaçı cavabdehlər "xxxx" MMC-yə, Cavabdeh3 BOKT ASC-yə və Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Şəhər Ərazi İdarəsinə qarşı “hərracın nəticəsinə dair yekun protokolun, alqı-satqı müqaviləsinin və çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə bağlı qeyd edir ki, mövcud hüquq münasibətləri ipoteka predmetinə tutmanın yönəldilməsi ilə bağlı yaranan mülki münasibətlər olduğundan məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin və “İpoteka haqqında” Qanunun normalarını əlaqəli şəkildə təhlil edərək mülki iş üzrə hüquqi nəticəyə gəlir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 34.1-ci maddəsinə görə ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda. 39.2-ci maddəsinə görə ipoteka saxlayan tutmanın yönəldilməsinə dair bildirişin bu Qanunun 36.1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə verilməsi barədə məhkəməyə sübut təqdim etməlidir; 41.1-ci maddəsinə əsasən ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər; 41.2, 41.3, 41.4 və 41.5-ci maddələrinə əsasən, Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üsulu və satışı həyata keçirməli olan şəxs tərəflərin razılığı ilə müəyyən olunur. Razılığa əsasən ipoteka predmeti hərracda satıldıqda ipoteka saxlayan və ya ipoteka qoyan hərracın təşkilatçısına sifarişi verə bilərlər. Hərrac açıq auksion formasında keçirilir; 42.1-ci maddəsinə əsasən, hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 (beş) iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 (iyirmi) təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 (otuz) təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 (üç) faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 (beş) faizi məbləğində beh ödəməlidir; 44-cü maddəsinə əsasən “İpoteka haqqında” Qanunun müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikası Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur; 53.1-ci maddəsinin tələbinə görə üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır; 53.2-ci maddəsinin tələbinə görə borclunun əmlakı, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır; 53.3-cü maddəsinin tələbinə görə əmlak satılmadıqda həmin əmlak yenidən tələbkara təklif olunur. Tələbkar əmlakdan imtina etdikdə əmlak borcluya, icra sənədi isə icra sənədini vermiş məhkəmə və ya digər orqana qaytarılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 269.1-ci maddəsinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur; 317.1-ci maddəsinə görə borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər; 319.1-ci maddəsinə görə əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır; 415.1-ci maddəsinə görə auksionlar və müsabiqələr açıq və qapalı ola bilər. Açıq auksionda və açıq müsabiqədə istənilən şəxs iştirak edə bilər. Qapalı auksionda və qapalı müsabiqədə yalnız bu məqsəd üçün dəvət olunan şəxslər iştirak edirlər. 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 (otuz) gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mulki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarında qeyd olunur ki, Mülki Məcəllənin 415.2-ci maddəsində göstərilmişdir ki, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu vurğulamışdır ki, bu maddənin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur. Məhkəmə iddia tələbinin əsası və iddiaçı tərəfin dəlilləri ilə aşağıdakı əsaslara görə razılaşmır. İş materiallarından göründüyü kimi, İddiaçı cavabdehlər "xxxx" MMC-yə, Cavabdeh3 BOKT ASC-yə və Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Şəhər Ərazi İdarəsinə qarşı “hərracın nəticəsinə dair yekun protokolun, alqı-satqı müqaviləsinin və çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsində "xxxx" MMC tərəfindən keçirilmiş hərracın qanunvericiliyin tələblərinin pozulmaqla keçirilməsini iddia edir. Belə ki, İddiaçı bildirmişdir ki, hərrac təşkilatı onları hərracın keçirilmə yeri və vaxtı barədə lazimi qaydada məlumatlandırmamış, hərracın təşkili ilə bağlı bildirişlər yanlış ünvana göndərilmişdir. Lakin məhkəməyə təqdim edilmiş icra işinin materialları ilə müəyyən edilmişdir ki, icra işinin bildirişləri İddiaçı təqdim edilmək üçün özü tərəfindən qəbul edilmişdir. Bundan əlavə hərrac təşkilatı "xxxx" MMC tərəfindən hərracın keçirilməsi vaxtı və yeri barədə “Birja yenilikləri” qəzetində elan yerləşdirilmişdir. Bu səbəbdən məhkəmə hesab edir kii, İddiaçı hərrac barədə lazımınca məlumatlandırılmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hərrac keçirilərkən qanunvericiliyin tələbləri pozulmamış, hərracın nəticələri haqqında protokolun etibarsız hesab edilməsi üçün hər hansı hüquqi əsas müəyyən edilməmişdir. Digər tərəfdən nəzərə alınmalıdır ki, məhkəmə baxışı zamanı, ipoteka predmeti olmuş sözügedən əmlakın qimətləndirmə xidmətinin qoyduğu qiymət əsasında artıq hərraca çıxarıldığı və əmlakın bank olmayan kredit təşkilatının mülkiyyətinə verildiyi müəyyən olunmuşdur; bu hal isə, hazırkı iddia tələbinin təmin edilməməsinə əsas yaradan növbəti faktdır. Belə ki, yüklü edilmiş əşyaya, xüsusən də ipoteka predmetinə mülkiyyət hüququna xitam verilmə “İpoteka haqqında” qanunla tənzimlənir. Buna görə də, “İpoteka haqqında” Qanunla mülkiyyət hüququnun itirilməsi üçün mütləq ipoteka predmetinin satılması vacibdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsində mülkiyyət hüquqlarının xitam olunma əsasları və mülkiyyət hüquqlarının qeydiyyatı barədə müvafiq norma da öz əksini tapmış, həmin Məcəllənin 205.2-ci maddəsində tutmanın yönəldildiyi əmlaka mülkiyyətçinin mülkiyyət hüququna, alınmış əmlakın keçdiyi şəxsin həmin əmlaka mülkiyyət hüququnun yarandığı andan xitam verildiyi nəzərdə tutulmuşdur. Bu o deməkdir ki, məhkəmə qətnaməsi əsasında əmlaka tutma yönəldilmiş iddiaçı həmin əmlaklar hərrac nəticəsində tələbkarın mülkiyyətinə verildikdən sonra artıq mülkiyyət hüquqlarını itirmişlər və onların hüquqları mülkiyyətçi hüquqları kimi qoruna bilməz. Başqa sözlə, iddia qaldırarkən iddiaçının güdmüş olduqları məqsədin, yəni yenidən müəyyənləşdiriləcək qiymət əmlakın hərraca çıxarılmasının təmin edilməsinin həyata keçirilməsi artıq faktiki olaraq mümkün deyildir, çünkü hərrac keçirilərək əmlakın yeni mülkiyyətçisi müəyyən olunmuşdur. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər "xxxx" MMC-yə, Cavabdeh3 BOKT ASC-yə və Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Şəhər Ərazi İdarəsinə qarşı “hərracın nəticəsinə dair yekun protokolun, alqı-satqı müqaviləsinin və çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-2283/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2283/2022
23.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver