Məhkəmə qərarları › İş №2(005)-229/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-229/2021

12.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-229/2021 12.03.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əmirxanova Kəmalə Fərman qızının sədrliyi ilə, Məmmədova Nigar Ülfət qızının katibliyi, Cavabdeh ASC-nin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdeh ASC-nə qarşı əsassız alınmış pulun geri qaytarılması və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-nə qarşı əsassız alınmış pulun geri qaytarılması və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx xxxx 2018-ci il tarixdən iyun ayı 2020-ci il tarixi daxil olmaq şərti ilə əsas lizinq kredit borcunu, faiz borcları da daxil olmaqla daima vaxtında ödəmişdir. Baxmayaraq ki, bütün bu dövrlər ərzində faiz borclarının ödənişində belə gecikmə hallan olmadığı halda da, ona əlavə ödənişlər etdirmişdilər. Hazırda isə məhz işləmədiyi, qazancının olmadığı səbəbindən mövcud (Covid-19) pandemiya dövründəki faiz ödənişlərinin dayandırılıb, Fors-Major halı qəbul olunaraq tutulmaması barədə əyani müraciətlərini imtina edib, hətta faizlərin subsidiyalaşdırılaraq pandemiya dövrünə dondurulması barədə Azərbaycan Respublikası Prezidentin məlun sərəncamı və AR NK-nin miivafıq qərarına məhəl qoymadan belə onları da təkzib edib, reketlik nümayiş etdirərək “BTB Bank”a cari ilin iyun-iyul aylarına görə toplanılmış 1400 (min dörd yüz) AZN faiz borcarının təcili bir həftə müddətində ödənişini tələb edərək, Lizinqverəndən 60 ay müddətinə kreditə götürdüyü avtomaşının və indiyədək ümumi dəyərinin (34000 AZN) isə 65 %-ə dək ödənildiyi halda belə, zor tətbiqi ilə alaçağı avtomaşını əlindən almaq cəhdlərinə rəvac verir. Cavabdeh ASC-nin iddiaçı ilə bağladıqları müqavilədə göstərilir ki, lizing üzrə Rəsmilləşdirmə komissiyası kredit məbləğinin 1% təşkil edir. Amma aylıq ödəniş məbləği heç də yazdıqlarına uyğun deyil, bütün bunları ödəniş çeklərində görmək olar. Cavabdeh ASC-nin Lizinq Haqlarında qeyd olunub ki, qiymətin 1000 AZN hissəsi avtomaşının sənədləri Alıcıya verildikdən sonra avans şəklində Satıcıya ödənilir. Halbuki Cavabdeh ASC-i 1000 AZN əvəzinə ondan ilkin 5650 AZN məbləğində vəsait almışdır. Hazırda isə Lizinq verəndən tərəfindən müəyənləşdirilmiş bu bir həftəlik müddət başa çatmaq üzrədir və onun bu məcburi kredit faizi borcu ödənişi ilə şəxsinə qarşı həyata keçirilən çətinliklərlə üzləşdiyi cavabdehlərin araşdırma tələb edən biznes fəaliyyətinin reallığıdır. Hesab edir ki, Cavabdeh ASC və onun icra struktur vahidi olan “BTB Bank”-nın ona qarşı və bütövlükdə apardığı qeyri-şəffaf biznes siyasəti dünyanın heç bir ölkəsində özünə analoq tapmayandır. Belə ki, hər ay 910 AZN “BTB Bank”-n tərəfindən ona ödəniş tələb edilən sünii şişirdilmiş kimsə də tərəfindən soruşulmayan empirik hesabat rəqəmləri ilə ailə və doğmaları təhdid edilmiş və həmin rəqəmlər əsasında kiber terrora məruz qalmış. Bu səbəbdən də məcburi ödənişlər etmiş və bunu ona məcburi qaydada həyata keçirməyə reketlik nümayiş etdirirlər. Lakin, “BTB Bank”ın rəhbərliyinə bu barədə dəfələrlə etdiyi müraciətlərə baxmayaraq, bu gündə yenə də şəxsi hesaba kredit ödənilməsi üçün müxtəlif rəqəmlərlə çıxış edib əsassız olaraq, lizinq qaydasında kreditə götürdüyün avtomaşını əlindən almaq cəhdlərindən daşınmırlar. Ona məlum deyil ki, Cavabdeh ASC və onun icra struktur vahidi olan “BTB Bankın Azərbaycan vətəndaşı İddiaçı ilə nə düşmənçiliyi ola bilər. Aşağıda qeyd olunan əsaslara görə hesab edir ki, Cavabdeh” ASC və onun icra strukturu vahidi olan “BTB Bank”ın əsas məqsədi vətəndaşı bank tələsinə salmaqla daha çox istismar etməkdir. Beləliklə “BTB Bank” müxtəlif metodlarla əhalini istismar etmək və əhalini müflisləşdirməklə, fantastik rəqəmlərlə ölçülə bilən daha çox mənfəət əldə etmək niyyətindədir. Ölkə Prezidentinin xx xxxx 2020-ci il №1950 sərəncamından irəli gələn AR NK-nin xx.xx.2020-ci il tarixli Qərarına əsasən Dünyada vüsət almış Koronavirus (Covid-19) panemiyası ilə əlaqədar “Azərbaycan Respublikasında fəaliyyət göstərən pandemiyadan zərər çəkməsi ehtimal olunan sahibkarlıq subyektlərinə dövlət dəstəyi məqsədilə verilən bank kreditləri üzrə dövlət zəmanətinin verilməsi və kredit faizlərinin subsidiyalaşdırılmasından bəhrələndiklərinə belə baxmayaraq, üstəlik Mötəbər qərarlara əhəmiyyət vermədən kreditorların dondurulması ehtimalı olan faiz borclarını da mənimsəməkdən daşınmırlar. Əlbətdə, bu məsələlər, mövcud iqtisadi reallıqlarla uzlaşmır, ölkədə monopoliyanın yaranmasına rəvac verir, dövlətin iqtisadi təhlükəsizliyini risk altına atır. O, bir vətəndaş kimin hesab edir ki, bu Cavabdeh” ASC və onun icra struktur vahidi olan “BTB Bankın apardığı daxili maliyyə-lizinq və ya faizli- kredit əməliyyatları Azərbaycan vətəndaşına iqtisadi cəza və kiber terrora hədəf kimi tətbiq edilə bilməz. Cavabdeh (Cavabdeh” ASC və onun icra struktur vahidi olan “BTB Bankın) ilə olan kredit mübadiləsi düzgün tərtib edilməmişdir. Hətta faiz ödənişi qaydasının izahlı oxunuşu təmin olunmadan belə imzalatdırılmışdır. Bununla yanaşı hətta aldadılaraq sığorta ödənişlərinin də mənum hesabına həyata keçirməkdən daşınmadıqlarının məhkəmə predmeti kimi araşdırmaya ehtiyaclıdır. Cavabdehlər (Cavabdeh” ASC və onun icraçı strukturu vahidi olan“BTB Bankın) bu dünyada analoqu olmayan, qəbuledilməz metodlarla bank tələsinə salaraq istismarına cəhd göstərirsə, Azərbaycanda iddiaçı kimi on minlərlə sadə vətəndaşları necə istismar etdiyi mənzərə məlum olur. Qeyd edilənləri nəzərə alaraq, Cavabdeh ASC və onun icraçı strukturu vahidi olan“BTB Bankın iddiaçı ilə apardığı daxili maliyyə-lizinq və ya faizli kredit əməliyyatları yenidən araşdırılaraq Qanunvericiliklə qüvvədə olan normativ aktlarla tənzimləcək şəkildə yenidən tərtib edilmiş, BTB Bankın iddiaçı ilə apardqları daxili maliyyə-lizinq və ya faizli-kredit əməliyyatlarının hazırda dondurulmuş aylıq 910 (doqqaz yüz on) manat məbləğinin faiz ödənişinin dayandırılaraq pandemiya dövrünə hesablanılan qalan hissəsinin ödənilməməsinə dair qərar qət edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən xx xxxx 2018- ci il tarixli, 108 N-li daxili maliyyə lizinq müaviləsi bağlanarkən ondan əsassız alınmiş 5.650 manat pulun, xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək (karantin rejimi tətbiq eidlənədək) 22 ay ərzində məndən hər ay 230 manat olmaqla ümumilikdə iyirmi iki ay ərzində artıq hesablanaraq alınmış 5.060 manat pulun, xx.xx.2020-ci il tarixdən hal-hazıradək (karantin dövründə) beş ay ərzində ondan alınmış 2.720 manat lizinq ödənişinin, həmçinin 10.000 manat mənəvi zərərin cavabdehdən tutularaq ona ödənilməsinə və karantin rejimi tam ləğv edilənədək, iş yerləri və gəlirlər, tam bərpa edilənədək onun öhdəliklərinin icrasına xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh ASC-nin nümayəndəsi X5məhkəmə iclasında iddia tələbinin əsassız olduğunu bildirərək iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclaslarının yeri və vaxtı barədə iddiaçıya məlumat verilməsinə baxmayaraq heç bir səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.4-cü maddəsinin tələblərinə əsasən mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia əsassızdır və təmin edilməməlidir. Belə ki, iş materiallarında olan "Cavabdeh” ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 108 saylı X1 görünür ki, Lizinqverən Lizinqalan tərəfindən seçilmiş və bu müqaviləyə «əlavə 2»-də qeyd olunmuş, ətraflı təsviri verilmiş (Şəxsiyyət vəsiqəsi: AZE********, xx-xx-2014 il tarixində ASAN1 tərəfindən verilmişdir) məxsus əmlakı mülkiyyət hüququ ilə əldə etməyi və Lizinq alanın xahişi əsasında, lizinq vasitəsilə, lizinq haqqı müqabilində Azərbaycan Respublikasının qanunvericiliyi, habelə bu lizinq müqaviləsinin müddəalarına uyğun olaraq Lizinqalanın müvəqqəti istifadəsinə və sahibliyinə verməyi öhdəsinə götürür. Lizinq verən Lizinq alanla əmlakın qiyməti, təslim müddətləri və alqısatqı müqaviləsinin digər şərtlərini razılaşdırmışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, həmin tarixə cavabdehin daxili maliyyə lizinq müqaviləsi üzrə əsas borcu 9493,43 manat, faiz borcu 12898,17 mamat, dəbbə 160,40 manat təşkil edir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli təhvil-təslim aktından görünür ki, “Lizinq verən" Cavabdeh“ ASC-nin baş direktorun müavini X6 bir tərəfdən və xx.xx.2018-ci il tarixli L/M-108/18 saylı daxili Lizinq nniqavib əsasında İddiaçı (ünvan 1 ünvanda yaşınan) o biri tərəfdən həmin aktı tərtib etdik ondan ötrü ki, X4, X7 markan 90- PS-867 DNN-lı avtomobili "xxxx" ASC-nin baş direktor müavininin iştirakı ilə təhvil verdi. Avtomobildə İddiaçı məxsus şəxsi əşyalar yoxdur. Təhvil verilən zaman avtomobilin yürüşü 105000 km təşkil edib. Akta avtomobilin təhvil anma çəkilən şəkillər əlavə olunur. Aktı öz imzaları ilə təsdiq etmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2021-ci il tarixli 9/4221 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan maliyyə arayışı məlumatları, xx xxxx 2018-ci il tarixdə bağlanmış 108 nömrəli daxili maliyyə lizinqi müqaviləsində qeyd olunan şərtləri nəzərə alınmaqla İddiaçı Cavabdeh ASC-yə maliyyə arayışının tarixinə xx.xx.2020-ci il tarixinə olan borcu aşağıdakı kimi müəyyən edilir: xx.xx.2020-ci il tarixə (maliyyə arayışının tarixinə) borcu 25433,5 manat. əsas borc üzrə 24967,69 manat, faiz borcu 465,81 manat. Məhkəmə iddia ərizəsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. İnsan hüquqlarının və X2 haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 217.1 və 217.3-cü maddələri). İddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı Cavabdeh ASC-nə qarşı əsassız alınmış pulun geri qaytarılması və mənəvi zərərin ödənilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Məhkəmə hesab edir ki, iddiaçı irəli sürdüyü maddi ziyanın ödənilməsi barədə tələbləri əsaslandıra bilmədi. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, maddi ziyanın ödənilməsi barədə iddia tələbləri təmin edilməməlidir. Məhkəmə tərəflərin mənəvi ziyan tələbləri ilə bağlı qeyd edir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenumum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair xx xxx 2002-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Məhkəmə hesab edir ki, hazırki işdə İddiaçı cavabdeh "Cavabdeh” ASC –nə qarşı mənəvi zərər tələbi əsassızdır və təmin edilməməlidir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə hesab edir ki, iddia rədd edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən iddia qaldılması üçün ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya özünə aid edilməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh ASC-nə qarşı əsassız alınmış pulun geri qaytarılması və mənəvi zərərin ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar