Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2292/2022 17.11.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əkbərli Samiq Sadiq oğlunun katibliyi, İddiaçı nümayəndəsi X3, Cavabdeh nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “cərimənin silinməsi” barədə iddia tələbi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “cərimənin silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ona “təbii X5nın pozulması haqqında” xx.xx.2022-ci il tarixli ******* saylı akta əsasən hesablanmış 1036,80 (bir min otuz altı manat səksən qəpik) manat cərimənin silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, ailə üzvləri ilə birlikdə ünvan 1 ünvandakı fərdi həyət evində yaşayır. Evinin qaz təchizatı ilə təmin olunması barədə Cavabdeh ilə “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqısatqısı barədə” müqavilə bağlamışdır. Həmin müqavilə, müqavilənin şərtlərindən asılı olaraq hər il bir il müddətinə uzadılır və ya müddətsiz bağlanır. 2022-ci ilin fevral ayının 14ü tarixində Cavabdeh nümayəndələri qaydaların tələbinə uyğun olaraq yaşadığı ünvana gələrək qaz sayğaclarına baxış keçirərkən ona məxsus olan həyət evinin torpaq sahəsinin küçə divarında yerləşən və həyətyanı torpaq sahəsinin küçə hissəsində quraşdırılmış qaz sayğacına növbəti baxış keçirmişlər. Qaz sayğacına baxış keçirildikdən sonra əməkdaşlardan biri qonşu evin damına çıxaraq oradan çəkiliş aparmış və qonşunun evinə gedən qaz borusu xəttinin şübhəli quraşdırılması diqqətlərini çəkdiyindən və həmin boru xəttinin onun evinə getmə ehtimalı əsası ilə onun iştirakı təmin olunmadan və fikri soruşulmadan ona boru xəttinə qanunsuz qoşulmasına görə xx.xx.2022-ci il tarixdə ******* saylı “təbii X5nın pozulması haqqında” akt tərtib olunaraq, ona qanunsuz və əsassız olaraq 1036,80 (bir min otuz altı manat səksən qəpik) manat cərimə hesablanmışdır. Qaz sayğacına baxışın nəticəsi barədə münasibət bildirilməmiş, boru xəttinin hara və ya hansı evədək getməsi izlənilməmişdir. Nəticədə isə ona cərimə hesablanması qərara alınmışdır. Həmin tarixlərədək olan dövrlərdə quraşdırılmış qaz sayğacları ilə bağlı heç bir pozuntu aşkar edilməsi halları olmamışdır. “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” aktlar tərtib olunarkən borcunun olması barədə ona və ya ailə üzvlərinə heç nə bildirilməmişdir. Əgər qanunsuz qaz xətti çəkməsi halı olubsa nə ilə sübut olunur bəlli deyil. Kefi belə istəyir deməklə də olmur. Digər tərəfdən isə cavabdehin nümayəndələri tərəfindən qaz sayğacına hər ay mütəmadi baxış keçirilir və qəbz yazılaraq müştəriyə-abonenə təqdim edilir. Qaldı ki, “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilənin şərtlərinin onun tərəfindən pozulmasına, bu sübut edilməli və həqiqəti əks etdirməli idi. “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilənin 2-ci bəndinin 2.1.6-cı yarımbəndində paylayıcının vəzifəsi barədə qeyd olunur ki, “istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamaq və hər ay istehlakçıya hesab təqdim etmək (göndərmək). Yəni paylayıcının nümayəndəsi hər ay qaz sayğacının göstəricilərini canlı olaraq yerində müəyyən etməli və istehlakçıya məlumat verməlidir. Odur ki, cavabdehin nümayəndələrinin hərəkətləri ona qarşı həqiqəti əks elətdirmir. Borcun yaranması səbəbi dəqiq göstərilməlidir. Ailə üzvlərinin hamısı ziyalıdır, hər biri bir dövlət orqanında çalışır. Cavabdehin nümayəndələrinin hərəkətləri onlara qarşı təhqirdir. Cərimə ilə razılaşmadığına görə müraciətlərini və xahişini nəzərə alaraq, cavabdehin nümayəndələri ona məhkəməyə müraciət etməyi tövsiyə etmişlər. Hesab edir ki, üzərinə qoyulan cərimə qanunsuz və əsassızdır, ona görə də məhkəmə tərəfindən silinməsinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X6 iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh nümayəndəsi X4 iddia tələbini etiraf etmədi və izahatında bildirdi ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış müqaviləyə görə Birlik tərəfindən mütəmadi olaraq iddiaçının yaşadığı Nərimanov rayonu İ.Abışov küçəsi ev 16/18 ünvanı təbii qazla təchiz olunur. Cavabdeh İB-nin işçiləri tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xətlərinə, eləcə də iddiaçının evində quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla sayğacdan kənar təbii qazdan istifadə etdiyi aşkar olunaraq aktlaşdırılmış və bu halı təsdiqləyən foto çəkilişlər aparılmışdır. Qeyd olunan faktlarla bağlı Birliyin işçiləri tərəfindən “Təbii X5n pozulması haqqında” akt tərtib edilmiş və xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 1036,80 manat dəymiş ziyan hesablanmışdır. Həmin aktdan, hesabatdan, fotoşəkillərdən və son aylarda saldo üzrə ödənişlərin olmamasından da məlum olur ki, borc iddiaçının sayğacdan kənar təbii qazdan qeyri-qanuni yolla istifadəsi nəticəsində yaranmışdır. Bu halda iddiaçıya hesablanmış faktiki istehlak etdiyi və müqavilə üzrə dəyərini ödəmək vəzifəsi daşıdığı qaz sərfiyyatına görə hesablanmış qaz borcunun silinməsinin heç bir faktiki və hüquqi əsası yoxdur. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan abonentin saldosundan görünür ki, İddiaçı (ünvan: Bakı şəhəri Nərimanov rayonu İ.Abışov küçəsi ev 16 mənzil 18; abonent kodu: **********00180) 2022-ci ilin fevral ayına Cavabdehnə 1036,80 manat borcu vardır. İş materiallarında olan Təbii X5nın pozulması haqqında ******* saylı 14 fevral 2022-ci il tarixli aktın surətindən görünür ki, abonent təbii qazdan sayğacdan kənar istifadə edir. İş materiallarında olan Cavabdeh İB-nin 14 fevral 2022-ci il tarixli Dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, itirilmiş qazın bərpası üzrə 8640 kubmetr qazın dəyərinin ödənilməsi qərara alınmışdır. İş materiallarında olan Cavabdeh İB-nin 04 fevral 2022-ci il tarixli İstehlakçının qaz təsərrüfatının inventar aktından görünür ki, iddiaçının yaşadığı ünvana baxış keçirilmiş və nöqsan aşkar olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/5501 nömrəli 28 sentyabr 2022-ci il tarixli rəyinə əsasən qərardadın birinci və üçüncü sualları üzrə: ünvan 3 ünvanda qaz sayğacına kənardan hər hansı qanunsuz müdaxilə edilməsinin və borcun məbləğinin yaranma səbəbinin müəyyən olunması mühəndis-texniki ekspertin səlahiyyətindən kənardır. Qərardadın ikinci sualı üzrə: ARDNŞ-nin Şurasının 14 mart 2011-ci il tarixli 11 nömrəli qərarına 2 №-li əlavə “Qaz işlədicilərinin saatlıq qaz sərfi normaları haqqında Təlimat”a əsasən PQ-4 (duxovkalı) tipli qaz avadanlığının 1 saat ərzində sərf etdiyi qazın miqdarı 1.2 kubmetr/saat, qənaətli su qızdırıcısının 1 saat ərzində sərf etdiyi qazın miqdarı 2.25 kubmetr/saat, 24 kv gücündə kombinin 1 saat ərzində sərf etdiyi qazın miqdarı 2.6 kubmetr/saat, 28 kv gücündə kombinin 1 saat ərzində sərf etdiyi qazın miqdarı 3 kubmetr/saat və 32 kv gücündə kombinin 1 saat ərzində sərf etdiyi qazın miqdarı 3.5 kubmetr/saat qəbul edilmişdir. Məhkəmə tərəfindən ünvanda istifadə edilən qaz cihazlarının konkret növü müəyyən edildikdən sonra istifadə edilən qazın həcmi müəyyən edilə bilər. İş materiallarında olan Cavabdeh İB-nin 04 avqust 2022-ci il tarixli İstehlakçının qaz təsərrüfatının inventar aktından görünür ki, iddiaçının yaşadığı ünvana baxış keçirilmiş və nöqsan aşkar olunmamışdır. Tərəflər arasında qazın alqı-satqısı ilə bağlı müqavilənin bağlandığı və cavabdehin iddiaçını qaz ilə təmin etdiyi və bununla bağlı xidmətləri göstərdiyi işin mübahisəsiz halıdır. Lakin tərəflər arasındakı mübahisə “X5”nın tələblərinə zidd olaraq sayğacdan kənar qeyriqanuni qaz xəttinə qoşularaq qanunsuz təbii qazdan istifadəyə görə hesablanmış borcla bağlıdır. Bu səbəbdən də məhkəmə hesab edir ki, cavabdeh iddiaçının təqsirli hərəkətləri, yəni istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamasını sübut etməlidir. Cavabdeh təşkilat tərəfindən məhkəmə araşdırması zamanı iddia tələbi ilə bağlı hər hansı bir sübut təqdim edilməmişdir. Belə ki, abonent kodu **********00180 olan istehlakçı İddiaçı Bakı şəhəri Nərimanov rayonu İ.Abışov küçəsi ev 16 mənzil 18 ünvanında iddiaçının qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində zərərin vurulduğu, zərərin mövcud olması və bu hərəkətlərlə (hərəkətsizliklə) ziyanın arasındakı səbəbli əlaqənin olduğunu sübut edən hər hansı mötəbər sübutlar təqdim edilməmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, iddiaçının yaşadığı ev fərdi yaşayış evidir, sayğac küçədə yerləşir. Eyni zamanda, nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “X5”nın 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Baxılan iş üzrə cavabdehə dəymiş maddi zərərin iddiaçının təqsirli hərəkətlərindən irəli gəldiyi əsaslandırılmamış, bununla bağlı mötəbər sübutlar təqdim edilməmişdir. Yaranmış vəziyyətdə iddiaçının yaşadığı ünvanda quraşdırılmış qaz xəttinə sonuncu tərəfindən qanunsuz müdaxilə edildiyini və bunun nəticəsində qazın sərfiyyatında itkilərin olmasını sübut etmək yükü cavabdeh təşkilatın üzərində olmuşdur. Başqa sözlə, təchizatçı təşkilatın cavabdehlik daşıdığı qaz xəttinə hər hansı müdaxilə edilməsində iddiaçının təqsirinin olması sübuta yetirilməmişdir. Lakin cavabdeh iddiaçıya məxsus evə dair qazdan istifadəyə görə ona hesablanmış borcun iddiaçı tərəfindən ödənilməli olmasına dair mövqeyini əsaslandıra və bununla bağlı mötəbər sübutlar təqdim edə bilməmişdir. Halbuki Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «X5»nın 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində Xidmətin və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi iddiaçı deyil, cavabdeh özü daşıdığından, o cümlədən, sayğaca müdaxilədə iddiaçının təqsiri müəyyən edilmədiyindən iddiaçının abunə koduna hesablanmış 1036,80 manat borcun silinməsi barədə iddia tələbi də təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh tərəfindən əsassız olaraq hesablanmış 1036,80 manat borc silinməlidir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci maddəsinin tələbinə görə istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissəsinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, istehlakçı hüquqlarının müdafiəsi ilə bağlı tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqları üçün, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də cavabdehdən 30,37 manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməli, aparılmış mühəndistexniki ekspertizasının tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məbləğində pul Cavabdehndən tutularaq Məhkəmə Ekspertizasının hesabına keçirilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı **********00180 saylı abonent koduna əsassız olaraq hesablanmış 1036,80 manat borc silinsin. Cavabdehndən 30,37 manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Mühəndis-texniki ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məbləğində pul Cavabdehndən tutulsun, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-2292/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2292/2022
17.11.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver