Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-231/2021 26.02.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, Cəfərova Rufanə Xıdır qızının katibliyi ilə, İlkin iddia üzrə iddiaçı – birləşdirilmiş iş üzrə cavabdeh İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1, İlkin iddia və birləşdirilmiş iş üzrə Cavabdeh1, İlkin iddia və birləşdirilmiş iş üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 nümayəndəsi X12, İlkin iddia və birləşdirilmiş iş üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2, Birləşdirilmiş iş üzrə iddiaçı X22 nümayəndəsi və vəkili X32 iştirakları ilə, İlkin iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X29, Cavabdeh3 MMC-nə, Cavabdeh4 (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Binəqədi rayon İcra və Probasiya şöbəsi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında X58 Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə) qarşı “müqavilənin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi, əmlak üzərində pay hüququnun müəyyən edilməsi və sair tələbinə dair” ilkin və birləşdirilmiş iş üzrə iddiaçı X22 birləşdirilmiş iş üzrə cavabdehlər Cavabdeh2, Cavabdeh1 və İddiaçı qarşı “mənzildən çıxarılma tələbinə dair” iddia ərizəsi ilə bağlı mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İlkin iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X29, Cavabdeh3 MMC-ə, Cavabdeh4 (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Binəqədi rayon İcra və Probasiya şöbəsi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında X58 Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə) qarşı “müqavilənin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi, əmlak üzərində pay hüququnun müəyyən edilməsi və sair tələbinə dair” ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanda İ giriş 12-ci mərtəbədə yerləşən ümumi sahəsi 97 m² olan 46 saylı mənzilə dair Cavabdeh2 ilə Cavabdeh3 MMC arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, ünvan 1 ünvanda İ giriş 12-ci mərtəbədə yerləşən sahəsi 97 m² olan 46 saylı mənzildə 2/3 hissədə İddiaçı, 1/3 hissədə isə Cavabdeh1 paylarının müəyyən edilməsi, ünvan 1 ünvanda İ giriş 12-ci mərtəbədə yerləşən ümumi sahəsi 101 m² olan 47 saylı mənzilə dair Cavabdeh2 ilə Cavabdeh3 MMC arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, ünvan 1 ünvanda İ giriş 12-ci mərtəbədə yerləşən sahəsi 101 m² olan 47 saylı mənzilə mənzildə 2/3 hissədə İddiaçı, 1/3 hissədə isə Cavabdeh1 paylarının müəyyən edilməsi, “KİA Sportage” markalı **-SV-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair Cavabdeh1 ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2016-cı il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, “KİA Sportage” markalı **-SV-*** dövlət qeydiyyat nişanlı avtomobildə 2/3 hissədə İddiaçı, 1/3 hissədə isə Cavabdeh1 paylarının müəyyən edilməsi, məhkəmə qətnamələrinə əsasən Cavabdeh3 MMCdən Cavabdeh1 xeyrinə tutulmuş və hazırki vaxtadək ödənilməmiş 142320 (yüz qırx iki min üç yüz iyirmi) manat məbləğində pulda 2/3 hissədə İddiaçı, 1/3 hissədə isə Cavabdeh1 paylarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını və cavabdehlər “xxxx” MMC-nin direktoru İmdad Dursunov və Cavabdeh1 hərəkətlərində cinayət əlamətləri aşkar olunduğundan bu barədə xususi qərardad çıxarılmaqla Azərbaycan Respublikası Baş Prokurorluğuna məlumat verilməsini xahiş etmişdir. Birləşdirilmiş iş üzrə iddiaçı X35 birləşdirilmiş iş üzrə cavabdehlər Cavabdeh2, Cavabdeh1 və İddiaçı qarşı “mənzildən çıxarılma tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh2, Cavabdeh1 və İddiaçı ona məxsus ünvan 2 ünvandakı yaşayış sahəsindən məcburi qaydada çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia üzrə İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ünvan 3 ünvanda İ giriş 12-cı mərtəbədə yerləşən ümumi sahəsi 97 m² olan 46 saylı mənzilə dair Cavabdeh2 ilə "Cavabdeh3" MMC arasında bağlanmış xx.xx.2015-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi, məhəllə 841-842, 5 saylı evin 51 saylı mənzilinə (yeni qaydalarla Bakı şəhəri, Nərimanov rayonu, Gülarə Qədırbəyova küçəsi. 8, M12, mənzil 1) dair X2 ilə X35 arasında bağlanmış xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, X22 adına həmin mənzilə dair verilmiş dövlət reyestrindən çıxarışın ləğv edilməsi, Bakı şəhəri, Nərimanov rayonu, Qədirbəyova küçəsi, məhəllə 841-842, 5 saylı evin 51 saylı mənzilində (yeni qaydalarla Bakı şəhəri, Nərimanov rayonu, Gülarə Qədırbəyova küçəsi. 8, M12, mənzil 1) 2/3 hissədə İddiaçı, 1/3 hissədə isə Cavabdeh1 paylarının müəyyən edilməsi, ünvan 3 ünvanda İ giriş 12-cı mərtəbədə yerləşən ümumi sahəsi 101 m² olan 47 saylı mənzilə dair Cavabdeh2 ilə "Cavabdeh3" MMC arasında bağlanmış xx.xx.2015-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi, məhəllə 841-842, 5 saylı evin 52 saylı mənzilinə (yeni qaydalarla Bakı şəhəri, Nərimanov rayonu, Gülarə Qədırbəyova küçəsi. 8, M12, mənzil 2) dair Cavabdeh2 ilə X35 arasında bağlanmış xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, X22 adına həmin mənzilə dair verilmiş dövlət reyestrindən çıxarışın ləğv edilməsi, Bakı şəhəri, Nərimanov rayonu, Qədirbəyova küçəsi, məhəllə 841-842, 5 saylı evin 52 saylı mənzilində (yeni qaydalarla Bakı şəhəri, Nərimanov rayonu, Gülarə Qədırbəyova küçəsi. 8, M12, mənzil 2) 2/3 hissədə İddiaçı, 1/3 hissədə isə Cavabdeh1 paylarının müəyyən edilməsi, “KİA Sportage” markalı **-SV-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair Cavabdeh1 ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2016-cı il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, “KİA Sportage” markalı **-SV-*** dövlət qeydiyyat nişanlı avtomobildə 2/3 hissədə İddiaçı, 1/3 hissədə isə Cavabdeh1 paylarının müəyyən edilməsi, məhkəmə qətnamələrinə əsasən Cavabdeh3 MMC-dən X4 xeyrinə tutulmuş və hazırki vaxtadək ödənilməmiş 142320 (yüz qırx iki min üç yüz iyirmi) manat məbləğində pulda 2/3 hissədə İddiaçı, 1/3 hissədə isə Cavabdeh1 paylarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını və cavabdehlər “xxxx” MMC-nin direktoru İmdad Dursunov və Cavabdeh1 hərəkətlərində cinayət əlamətləri aşkar olunduğundan bu barədə xususi qərardad çıxarılmaqla Azərbaycan Respublikası Baş Prokurorluğuna məlumat verilməsini xahiş etmişdir. İlkin iddia tələbi üzrə iddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə xx.xx.2010-cu il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Sonradan aralarında fikir ayrılığı yarandığından Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-926/2016 saylı xx.xx.2016-cı il tarixli qətnaməsi ilə aralarındakı nikah pozulmuşdur. Sonradan onlar yenidən xx.xx.2016-cı il tarixdə nikaha daxil olmuşlar. Birgə nikah dövründə xx.xx.2012-ci il təvəllüdlü Məryəm, xx.xx.2014-cü il təvəllüdlü Mədinə və xx.xx.2018-ci il təvəllüdlü Hüseyn adlı övladları anadan olmuşdur Cavabdeh ilə bir müddət münasibətləri yaxşı olmuş, sonradan cavabdeh ən xırda səbəbə görə onu uşaqların yanında döyür, təhqir edir və söyürdü. Cavabdeh tərəfindən özünə qarşı həddindən artıq şiddət var imiş. Lakin o, uşaqlarına görə bütün bunlara dözürmüş və valideynlərindən də gizlədirmiş. Artıq cavabdehin ona qarşı təhqiramiz hərəkətlərindən bezib məhkəməyə nikahın pozulması üçün müraciət etmişdir. Hazırda həmin işə Xətai Rayon Məhkəməsində baxılmaqdadır. Cavabdehlə birgə nikahda olduğu dövrdə bir sıra daşınar və daşınmaz əmlak əldə edilmişdir. Lakin cavabdeh ona olan etibardan sui-istifadə edərək bütün əmlakları öz yaxın qohumlarının adına keçirmişdir. Halbuki, həmin əmlakların hamısı onların birgə nikahda olduqları dövrdə alınmışdır. Birgə nikah dövründə əldə etdikləri əmlaklardan yalnız hazırda yaşadığı ünvan 4 ünvanda yerləşən "Cavabdeh3” MMC tərəfindən inşa olunmuş yaşayış binasının İ girişində 46 saylı və 47 saylı mənzillər Cavabdeh1 adına olmuşdur. Belə ki, Cavabdeh3 MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2013-cü il tarixli mənzil tikintisinə və satışına dair müqaviləyə əsasən ünvan 1 ünvanda İ giriş 12-ci mərtəbədə yerləşən ümumi sahəsi 97 m² olan 46 saylı və 101 m² olan 47 saylı mənzillər Cavabdeh1 məxsus olmuşdur. Lakin o, nikahın pozulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etdikdən sonra Cavabdeh1 digər Cavabdeh3 MMC-nın direktoru İmdad Dursunovla cinayət əlaqəsinə girərək həmin mənzilləri onun razılığı olmadan digər cavabdeh olan anası Cavabdeh2 adına keçirmişdir. Cavabdeh2 ilə Cavabdeh3 MMC arasında bağlanmış xx.xx.2015-cı il tarixli, əslində 2020-ci ilin yanvar ayında imzalanaraq möhürlənmiş mənzil tikintisinə və satışına dair müqavilələrdən görünür ki, ünvan 1 ünvanda İ giriş 12-ci mərtəbədə yerləşən ümumi sahəsi 97 m² olan 46 saylı və 101 m² olan 47 saylı mənzillər sifarişçi Cavabdeh3 MMC tərəfindən Cavabdeh2 satılmışdır. xx.xx.2015-ci il tarixli, əslində 2020-ci ilin yanvar ayında imzalanaraq möhürlənmiş maliyyə arayışları da bunu təsdiq edir. Həmin mənzillər xx.xx.2013-cü il tarixdə cavabdeh X16 birgə nikah dövründə olduqları dövrdə Cavabdeh1 adına alınmışdır. Tarixi saxtalaşdırılaraq xx.xx.2015-ci il kimi qeyd edilən müqavilələrdə Cavabdeh3 MMC-nin direktoru İmdad Dursunov mənzillərin qiymətini köhnə qiymətlə qeyd etmişdir. Halbuki mübahisəli mənzil 2015-ci ildə alınmış olsaydı, onların qiyməti ən azı 200.000-300.000 manat arası qeyd edilməli idi. Həmin müqavilələrin və maliyyə arayışlarının tarixi kimi xx.xx.2015-ci il tarixi qeyd edilsə də, əslində həmin müqavilələr X3 ilə Cavabdeh3 MMC arasında o, məhkəməyə müraciət edəndən sonra, təxminən 2020-ci ilin yanvar ayında imzalanmışdır. Bununla əlaqədar olaraq ekspertiza keçirilərsə, o zaman həmin imzaların 5 il əvvəl, yoxsa təzəlikcə icra olunması üzə çıxacaqdır. O, həmin müqavilələr barədə xx.xx.2020-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsində keçirilmiş məhkəmə iclasında xəbər tutmuşdur. Belə ki, həmin iclasda Cavabdeh1 Xətai Rayon Məhkəməsinin 2(011 )-2247/2020 saylı xx.xx.2020-ci ıl tarixli qərardadından verilmiş şikayətə baxılaraq şikayət təmin edilmiş və ünvan 1 ünvanda yerləşən Cavabdeh3 MMC tərəfindən inşa olunmuş yaşayış binasının İ girişində 46 saylı və 47 saylı mənzillərin üzərinə qoyulmuş həbs götürülmüşdür. Həbsin götürülməsinin əsas səbəbi isə mübahisəli mənzillərin Cavabdeh1 adına deyil, onun anası Cavabdeh2 adına olması göstərilmişdir. Bundan sonra o, mübahisəli mənzillərə dair qayınanası Cavabdeh2 ilə Cavabdeh3 MMC arasında guya 21.12. 2015-ci il tarixli müqavilə bağlandığını bilmişdir. Bundan başqa Cavabdeh1 ilə birgə nikahda olduqları zaman “KİA Sportage” markalı, **-SV-*** dövlət qeydiyyat nişanlı avtomobil də alınmışdır. Belə ki, Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin xx xxxx 2020-ci il tarixli məktubundan məlum olur ki, Cavabdeh1 adına xx xxxxxx 2013-cü il tarixdə alqı-satqı müqaviləsi əsasında “KİA Sportage” markalı, **-SV-*** dövlət qeydiyyat nişanlı avtomobil qeydiyyata alınmış, xx xxxxxxxx 2016-cı il tarixdə qeyd olunan avtomobil alqı-satqı müqaviləsi əsasında onun adından qeydiyyatdan çıxarılaraq özgəninkiləşdirilmişdir. Həmin avtomobil arvad kimi onun razılığı olmadan başqa şəxsə satılmışdır. BDYPİ-nin cavab məktubundan sonra qeyd edilən avtomobilin başqa şəxsə satıldığını bilmişdir. Qeyd edilənlərdən əlavə Cavabdeh1 ilə birgə nikahda olduqları dövrdə, yəni xx xxxxxx 2012-ci il tarixdə ünvan 5 ünvanda ümumi sahəsi 203 m² olan 4 otaqlı mənzil alınmışdır. Həmin mənzilə dair Xəqani ilə Cavabdeh3 MMC arasında məhkəmə çəkişmələri olmuşdur. Belə ki, Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(001)-470/2018 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək Cavabdeh3 MMC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2012-ci il tarixli 103 saylı müqavilə əsasında ünvan 5 ünvanda tikiləcək yüksək mərtəbəli yaşayış binasının 4-cü giriş, 14-cü mərtəbəsində yerləşən ümumi sahəsi 203 m² metr olan 4 otaqlı mənzilə görə ödənilmiş 94 880 manatın Cavabdeh3 MMC-dən alınıb iddiaçılara ödənilməsi, iddianın qalan hissədə, yəni əldən çıxmış faydanın tutulması və mənəvi ziyanın tutulması hissəsində rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4397/2018 saylı xx xxx 2018-ci il tarixli qətnaməsinə əsasən iddiaçıların apellyasiya şikayəti qismən təmin edilərək Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi əldən çıxmış faydanın təmin olunmayan hissəsində ləğv edilməsi, həmin hissədə yeni qətnamə qəbul edilməsi, Cavabdeh3 MMC-dən Cavabdeh1 xeyrinə 47 440 manat əldən çıxmış faydanın tutulması qət edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilməmiş və həmin qətnamə icra olunması üçün xx xxxxxx 2018-ci il tarixdə Binəqədi Rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Göründüyü kimi borclu Cavabdeh3 MMC tərəfindən tələbkar Cavabdeh1 ünvan 5 ünvanda yerləşən ümumi sahəsi 203 m² metr olan 4 otaqlı mənzilə görə 94 880 manat və əldən çıxmış fayda 47 440 manat, cəmi 142 320 manat məbləğində pul ödənilməlidir. Binəqədi Rayon İcra Şöbəsinin xx xxxx 2020-ci il tarixli məktubundan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4397/2018 saylı xx xxxxxx 2018-ci il tarixli icra sənədi üzrə icraata xx xxxxxx 2018-ci il tarixdə başlanılmış və borcluya tələbin icrası barədə bildirişin göndərilməsinə baxmayaraq, tələb bu günədək icra edilməmişdir. ünvan 1 ünvanda İ giriş 12-ci mərtəbədə ümumi sahəsi 97 m² olan 46 saylı və 101 m² olan 47 saylı mənzillər, “KİA Sportage” markalı **-SV-*** dövlət qeydiyyat nişanlı avtomobil və borclu Cavabdeh3 MMC tərəfindən tələbkar Cavabdeh1 ünvan 5 ünvanda yerləşən ümumi sahəsi 203 m² olan 4 otaqlı mənzilə görə ödəyəcəyi 142 320 manat məbləğində pul Cavabdeh1 ilə onun birgə nikah dövründə olduqları zaman əldə edilmişdir. Birləşdirilmiş iş üzrə iddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 6 ünvandakı mənzillər xx xxxxxx 2020-ci il tarixli ********** saylı Çıxarış əsasında birləşdirilmiş iş üzrə iddiaçı X22 mülkiyyətindədir. Bu barədə ona müvafiq çıxarış da verilmişdir. Cavabdehlərin ona məxsus mənzildən çıxmaları barədə xəbərdarlıq etməyinə baxmayaraq, bu günə kimi hələ də mənzilləri tərk etməmişlər. Bu səbəbdən qanunvericiliyin ona verdiyi hüquqdan istifadə edərək məhkəməyə müraciət etmək məcburiyyətindədir. Məhkəmə iclasında iştirak etmiş ilkin iddia üzrə İddiaçı ilkin iddia ərizəsini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və ilkin iddia tələbinin təmin edilməsi, birləşdirilmiş iş üzrə iddia tələbinin rədd edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş ilkin iddia üzrə İddiaçı nümayəndəsi və vəkili Vəkil1 ilkin iddia ərizəsinin məzmununa və İddiaçı izahatına uyğun izahat verərək ilkin iddia tələbinin təmin edilməsi, birləşdirilmiş iş üzrə iddia tələbinin rədd edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş birləşdirilmiş iş üzrə iddiaçı X22 nümayəndəsi və vəkili X52 iddia ərizəsinin məzmununa uyğun izahat verərək ilkin iddia ərizəsinin rədd edilməsi, birləşdirilmiş iş üzrə iddia tələbinin təmin edilməsi, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və İddiaçı ona məxsus ünvan 2 ünvandakı yaşayış sahəsindən məcburi qaydada çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş ilkin iddia və birləşdirilmiş iş üzrə Cavabdeh1 izahatında göstərmişdir ki, onun birgə nikah dövründə böyük həcmdə gəliri olmadığı ücün mübahisələndirilən əmlakları o, almamışdır. Əslində bu əmlakları almağa maddi imkanı olmamışdır. Mübahisələndirilən əmlaklar onun, yaxud İddiaçı hər hansı birgə gəliri hesabına alınmamışdır. İlk dəfə 2010-cu il tarixdə nikaha daxil olmuş, 2016-da tərəflər arasında nikah pozulmuş, növbəti nikah münasibətləri 2016-cı ilin ortalarında olmuşdur. Qeyd olunanları nəzərə almaqla, iddianın rədd edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında ilkin iddia və birləşdirilmiş iş üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 nümayəndəsi X23 iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş ilkin iddia və birləşdirilmiş iş üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinə dair məhkəməyə etiraz təqdim edib etiraza uyğun izahat verərək bildirmişdir ki, cavabdehin birgə nikah dövründə böyük həcmdə gəliri olmadığı ücün mübahisələndirilən əmlakları o, almamışdır. Əslində bu əmlakları almağa maddi imkanı olmamışdır. Mübahisələndirilən əmlaklar cavabdehin, yaxud İddiaçı hər hansı birgə gəliri hesabına alınmamışdır. Mübahisələndirilən əmlakların (mənzillərin) alınması məqsədilə o, faktiki olaraq MMC-ə hər hansı bir vəsait ödəməmişdir, yəni nikah münasibətində olduğu dövrdə - qeyd olunan əmlakları almaq üçün, kifayət edə bilən həcmdə ümumi gəliri olmadığı üçün, bu əmlaklar (mənzillər) onların ailəsinin ümumi gəliri hesabına alınan əmlak hesab edilə bilməz. Çünki, mənzillərin alınması üçün sərbəst pul vəsaiti olmamışdır. xx.xx.2012-ci il tarixdə Təbriz küçəsi, məhəllə 841-842 saylı ünvanda müqavilə qaydasında mənzil almaq üçün Cavabdeh3 MMC-ə ödənilmiş pul vəsaiti nikahdan qabaq əldə olunmuş mənzilin satışından əldə edilmiş pul vəsaiti hesabına ödənilmişdir. Bu birgə nikah dövründə əldə olunan pul vəsaiti deyil. Cavabdehlə İddiaçı arasında ilk dəfə xx.xx.2010-cu il tarixdə nikah bağlanmışdır. O, xx.xx.2012-ci il tarixdə Xətai Rayon Məhkəməsinə nikahın pozulması tələbinə dair iddia təqdim etmişdir. İddiaçı hamilə olduğu üçün Xətai Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2(011)-1644/2012 saylı qərardadı əsasında mülki işin icraatına xitam verilmişdir. Bu səbəbdən nikahları pozulmamışdır. Buna baxmayaraq, tərəflər arasında nikah münasibətləri faktiki olaraq 2015-ci ilin avqust ayında pozulmuşdur. 2015-ci ilin avqust ayından etibarən Hakverdiyeva atasına məxsus olan ünvan 7 ünvanındakı 77 saylı mənzilə köçməklə orada yaşamış və tərəflər arasında faktiki nikah münasibətləri pozulmuşdur. Faktiki münasibətləri pozulduğu üçün xx xxxxxx 2015-ci il tarixdə o, Xətai Rayon Məhkəməsinə “nikahın pozulması haqqında” iddia ərizəsi təqdim etmişdir. Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli 2(011)-926/2016 saylı qətnaməsi əsasında tərəflər arasındakı nikah pozulmuşdur. Məhkəmənin qətnaməsi qanuni qüvvə almış və onunla Hakverdiyeva arasındakı nikah qeydinin pozulmasına dair şəhadətnamə xx xxxx 2016-cı il tarixdə Xətai Rayon Qeydiyyat Şöbəsi tərəfindən 140 nömrəli qeydlə rəsmiləşdirilmişdir. 2016-cı ilin fevral ayında tərəflər arasındakı nikah rəsmi qaydada pozulmuş və həmin nikah pozulduqdan sonra, yaxud həmin ərəfədə tərəflərin arasında əmlak mübahisəsi olmamışdır. Çünki tərəflərin faktiki olaraq bölməyə əmlakları olmamışdır. Nəzərə alınmalıdır ki, İddiaçı xx.xx.2020-ci il tarixdə keçirilmiş məhkəmə iclasında bildirmişdir ki, Xəqani ilə ailə münasibətlərini qorumaq məqsədilə məhkəməyə 2016-cı ildə əmlaka dair iddia verməmişdir. Eyni zamanda iddiaçı məhkəmədə sualları cavablandırarkən bildirmişdir ki, 2013-cü ildə Cavabdeh1 adına müqavilə əsasında mənzil alındığını bilmişdir. Bu baxımdan məhkəmə mübahisəli məsələyə qiymət verərkən nəzərə almalıdır ki, mübahisələndirilən mənzillərə dair müqavilələrin addan-ada keçirilməsi 1-ci nikah dövrünə, 2015-ci ilin dekabr ayına təsadüf edir. Həmin vaxtdan 5 ildən çox vaxt keçmişdir. Əslində İddiaçı bilirdi ki, tələb olunan pul vəsaiti Cavabdeh1 tərəfindən MMC-ə verilmədiyi üçün ona mənzil verilməmişdir. Cavabdeh1 MMC tərəfindən mənzil verilmədiyi faktını iddiaçı həmin vaxtdan, yəni 2015-ci ildən bilirdi. İddiaçı 2015-ci ilin dekabr ayından etibarən mənzilin Cavabdeh1 adından çıxarıldığını 2016-cı ildə təkrar nikaha daxil olduğu vaxtdan bilirdi, 2018-ci ildə xx.xx.2012-ci ildəki müqavilə əsasında mənzil almaq üçün ödənilmiş vəsaitin Cavabdeh1 qaytarılmasından məlumatlı olmuşdur. Bu səbəbdən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 375-ci maddəsinin tələbləri tətbiq olunmalıdır. Onunla İddiaçı arasında ikinci dəfə nikah xx.xx.2016-cı il tarixdə rəsmiləşdirilmişdir. Tərəflər arasındakı 2-ci nikah isə xx.xx.2020-ci il tarixdə 2(011)-906/2020 saylı qətnamə ilə pozulmuşdur. Onun adına valideynlərinin pul vəsaitləri hesabına xx xxxxxx 2008-ci il tarixdə, yəni nikahdan qabaq ünvan 8 ünvanda üç otaqlı mənzil satın alınmışdır. O, ünvan 9ilə valideynləri tərəfindən onun üçün və onun adına alınmış G.Şıxlinski küçəsi 40 ünvandakı 14 saylı, 3 otaqlı mənzili sataraq bu pul vəsaiti hesabına ev almağı planlaşdırmışdır. xx xxxxxx 2012-ci il tarixli müqavilə əsasında Cavabdeh3 MMC-ə ödəmək üçün həmin vaxt yaxın tanışından 50 000 manat borc qaydasında pul almışdır. Borc aldığı 50.000 manat pul vəsaitini xx.xx.2013-cü il tarixdə notarial müqavilə əsasında nikahdan qabaq aldığı mənzili 60 000 manata sataraq borc vəsaitini qaytarmışdır. xx xxxxxx 2012-ci il tarixdə Cavabdeh3 MMC ilə “Mənzil Tikintisinə və Satışına dair” 103 saylı müqavilə bağlanmışdır. Müqaviləyə əsasən Təbriz küçəsi, məhəllə 841-842 saylı ünvanda tikiləcək binada 4 otaqlı 203 m² olan mənzil təqdim olunacağı barədə öhdəlik götürülmüşdür. Müqavilə şərtlərinə uyğun olaraq xx xxxxxx 2012-ci il tarixdə 50.000 manat olmaqla xx xxxxx 2012-ci il tarixə qədər mənzili almaq üçün (50.000+2992+2992+2992+2992+ 2998+2992+2992+2992+2992+2992+2992+2992+2992+2992+2992+2992) cəmi 97.874 manat pul vəsaiti MMC-ə ödənilmişdir. Cavabdeh3 MMC ilə onun arasında xx.xx.2012-ci ildə bağlanmış müqaviləyə əsasən Təbriz küçəsində ona mənzil təqdim etməyi öhdəlik götürən MMC üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməmişdir. Tikinti təşkilatının səlahiyyətli nümayəndəsi İsgəndər Sadıqov 2013-cü ildə ona bildirmişdir ki, Təbriz küçəsi 841-842 ünvandakı binanın tikinti işi dayandırılır. Sonra bildirmişlər ki, bina sökülür. Bu səbəbdən MMC-nin səlahiyyətli nümayəndəsi İsgəndər Sadıqovla aralarında danışıqlar aparılmışdır. Ona bildirilmişdir ki, xx.xx.2012-ci il tarixli müqavilə üzrə ödənilmiş 97.874 manat məbləğində vəsaitin müqabilində ona yeni binada eyni həcmdə mənzil təqdim olunacaqdır. Bu bina söküldüyü planlaşdırıldığı üçün, ona veriləcək əvəzinə başqa ünvanda inşa etdikləri binada mənzil verəcəklərini MMC-nin səlahiyyətlisi İsgəndər Sadıqov ilə 2013-cü ildə razılaşmışlar. İ.Sadıqov bu razılaşma şərtlərinə uyğun olaraq ona müqavilə və başqa sənədləri imza etməyi təklif etmişdir. Danışıqlar zamanı İsgəndər Sadıqov bildirmişdir ki, onunla MMC arasında imzalanmış müqavilələrdə qaydalara uyğun mənzillərin dəyəri özləri tərəfindən göstəriləcək. Lakin ondan hər hansı bir məbləğdə pul tələb etməzlər. Çünki faktiki olaraq onunla 2012-ci il tarixli müqaviləyə görə əvəzləşmə aparılır. O, Sadıqovla razılaşmışdır. Təqribən 2015-ci ilin ortalarında İsgəndər müəllim bildirmişdir ki, xx xxxxxx 2012-ci il tarixdə onunla bağladıqları müqavilə üçün MMC-ə 2012-13-cü illərdə ödədiyi pul vəsaitindən, yəni 97.874 manatdan əlavə pul ödədikdən sonra ona G.Qədirbəyova küçəsində eyni həcmdə, yəni 203 m² sahəsi olan mənzil verilə bilər. Əks təqdirdə ona 80 m²-ə qədər əvvəlki evin əvəzi kimi yeni ünvanda mənzil təklif olunurdu. O, MMC-nin bu təklifi ilə razılaşmamışdır. Onların qeyd olunan təklifi ilə razılaşmadığı üçün onlar bildirmişlər ki, G.Qədirbəyova küçəsində olan mənzili başqa şəxsə satıb, əldə etdikləri pul vəsaitindən onun MMC-ə 2012-13-cü illərdə ödədiyi 97.874 manat məbləğində pulu qaytaracaqlar. Əslində MMC-nin nümayəndəsi İsgəndər Sadıqov bildirirdi ki, onlara 97.874 manat deyil, 94.000 (doxsan dörd min) manat pul ödənilmişdir. O, bütün danışıqları İsgəndər Sadıqov ilə aparmışdır. Lakin danışıqların nəticəsi olmamışdır. Çünki MMC-nin səlahiyyətlisi ondan 2015-ci ildə 25.000 manat əlavə ödəniş tələb edirmiş. Xəqaninin isə onlara bu məbləğdə verməyə həm pulu yox imiş, həm də razılaşmaya görə sökülən mənzilin əvəzində ona mənzil təqdim olunduğu üçün MMC-nin təklifi ilə razılaşmamışdır. Qeyd olunan mənzilin başqa alıcıya satılması real olduğundan o, bu barədə bacısına və bacısının həyat yoldaşı X24 məlumat vermişdir. 2015-ci ilin axırlarında Əliqardaş Əzimov və onun oğlu Heydər Əzimzadə ona bildirmişlər ki, qeyd olunan evi müqavilə əsasında onlar almaq istəyirlər. Ancaq Əliqardaş bu binada başqa bir mənzil aldığı üçün mənzili oğlu Heydər Əzimzadəyə almaq istədiyini bildirmişdir. Eyni zamanda mənzili Heydər Əzimzadənin nənəsi Cavabdeh2 adına alacaqlarını bildirmişlər. Heydər Əzimzadə sənədləşmə ilə məşğul olan zaman ona bildirmişdir ki, addan-ada keçirilməsi üçün MMC-dən tələb olunur ki, Cavabdeh1 ərizəsi təqdim olunsun. Bu razılıq ərizəsi və onun məzmunu ilə əlaqədar İsgəndər Sadıqov ilə danışıqlar aparmışdır. Danışıq aparmaqda məqsədi ondan ibarət imiş ki, 2012-13-cü illərdə MMC-ə ödədiyi pul vəsaitini MMC mütləq ona qaytarmalıdır. Pul vəsaitimin ona rəsmi qaydada qaytarılmalı olduğunu İsgəndər Sadıqovla dəqiqləşdirmişdir. Bundan sonra o, razılıq ərizəsini yazılı MMC-ə təqdim etmişdir. Razılıq ərizəsindən sonra mənzilə dair Cavabdeh2 ilə MMC arasında müqavilə 2015-ci ildə rəsmiləşdirilmişdir. Bu ərizəni yazmağı ona məsləhət görən İ.Sadıqov ərizənin məzmununu ona izah etmişdir. O, ərizəni verdikdən sonra mənzili alan şəxsdən aldıqları pul vəsaiti hesabına onun MMC-ə ödədiyi pul vəsaitini ona qaytarmamışlar. Bundan sonra aralarında məhkəmə mübahisəsi olmuşdur. 2015-ci ilin dekabr ayında hazırki İddiaçı ilə faktiki olaraq ər-arvad münasibətləri pozulmuşdur. 2015-ci ilin avqust ayından etibarən İddiaçı atasının Əhmədlidəki mənzilinə köçüb orada yaşamışdır. Onun iddia ərizəsi əsasında Xətai Rayon Məhkəməsinin qətnaməsi əsasında xx.xx.2016-cı il tarixdə aralarındakı nikah pozulmuşdur. Hazırki ər-arvad münasibətləri faktiki olaraq 2015-ci ilin avqust ayında pozulmuşdur. Digər tərəfdən nəzərə alınmalıdır ki, onun tərəfindən G.Qədirbəyova küçəsində yerləşən binadan mənzil almaq üçün MMC-ə pul vəsaiti ödənilməmişdir. Bu binada ona ev təklif olunmuşdur ki, o, xx.xx.2012-ci il tarixli müqavilə əsasında Təbriz küçəsində mənzil almaq üçün MMC-ə 97874 nıaııat pul ödəmişdi. Eyni zamanda 2012-13-cü illərdə MMC-dən mənzil almaq üçün ödədiyi pul vəsaitinin böyük əksəriyyəti, yəni 50 000 manat olan hissəsi birgə nikah dövründə əldə olunan qazanc olmamışdır. Çünki, valideynlərinin pul vəsaiti hesabına nikahdan qabaq 2008-ci ildə alınmış bu mənzilin satılması nəticəsində əldə etdiyi pul vəsaiti hesabına 2012-ci ildə Təbriz küçəsində müqavilə əsasında almaq istədiyi evin dəyərini ödəmişdir. Əslində o, 2011-ci ilin dekabr ayında yaxın tanışı X25 50 000 manat borc pul alıb 2012-ci ilin yanvar ayında MMC ilə bağladığı müqavilənin ilkin ödənişini vermişdir. Borc verən ilə bir il müddətində pulu qaytaracağını, əgər qaytara bilməzsə, G.Şıxlinski 40, mənzil 14-ü ona satacaqdı. O, bir il müddətində borc kimi borcu qaytara bilmədiyi üçün, 2013cü ilin avqustunda evi borc verən şəxsə satmışdır. 2008-ci ildə aldığım mənzilin satışı nəticəsində əldə etdiyi pul vəsaiti birgə nikah dövründə əldə edilmiş qazanc hesab edilə bilməz. Çünki, bu mənzilin müqavilə əsasında alınması üçün ödədiyi ilkin pul vəsaiti nikahdan qabaq aldığı əmlakın satışı hesabına reallaşıb. Eyni zamanda Cavabdeh3 MMC-ə ödədiyi pul vəsaitini o, uzun müddət ala bilməmişəm. Çünki MMC-nin səlahiyyətli nümayəndəsi hər dəfə ona ümid verirmiş ki, pulunu qaytaracaqlar, lakin qaytarmamışlar. MMC-nin səlahiyyətli nümayəndəsi İ.Sadıqov hətta onunla danışıq aparmaqdan yayınırmış. Müqavilə əsasında Tikinti Təşkilatına ödədiyi pulunu qaytarmadıqları üçün pul tələbi ilə əlaqədar Binəqədi Rayon Məhkəməsinə müraciət etmək məcburiyyətində qalmışdır. İddia tələbi əsasında xx.xx.2018-ci il tarixdə Binəqədi Rayon Məhkəməsinin 2(001)-470/2018 saylı qətnaməsi əsasında 94.880 manat pulun Cavabdeh3 MMC tərəfindən ona ödənilməsi qərara alınmışdır. Qətnamədən Apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə 47.440 manat əldən çıxmış fayda kimi pulun ona alınıb verilməsi qərara alınmışdır. xx.xx.2018-ci il tarixdə Cavabdeh3 MMC 94.886 manat pul vəsaitini ona qaytarmışdır. Mənzil almaq üçün MMC-ə ödədiyi pul vəsaitlərini geri almışdır. Həmin pul vəsaitini 2018-19-cu illərdə ailə təsərrüfatında, ailə və uşaqları üçün istifadə etmişdir. Hazırkı vaxta qədər 47.440 manat pul vəsaiti qaytarılmamışdır. Mənzilin alınması üçün MMC-ə ödədiyi pul vəsaitini MMC-dən 2018-ci ilin dekabrında məhkəmə qətnaməsinə uyğun olaraq almışdır və həmin pul vəsaitini 2018-19-cu illərdə birgə ailə təsərrüfatına xərcləmişdir. İddiaçı bilirdi ki, 2012-ci ildə Təbriz küçəsi 841-842 ünvanda mənzil almaq üçün nikahdan qabaq valideynləri tərəfindən 2008-ci ildə onun adına alınmış mənzilin satışından əldə olunmuş pul vəsaiti hesabına MMC-dən mənzil almışdır. İddiaçı bilirdi ki, o, onunla nikahda olduğu müddətdə hər hansı formada əmlaklar almaq üçün böyük məbləğdə pul vəsaiti qazanmamışdır. Eyni zamanda İddiaçı 2014-16-cı illərdə bilirdi ki, G.Qədirbəyova küçəsində olan evin alınması üçün o, 2013-cü ildə MMC-ə hər-hansı məbləğdə pul vəsaiti ödəməmişdir. Çünki, onun qeyd olunan məbləğdə pul vəsaiti olmamışdır. İddiaçı 2014-15-ci illərdə Təbriz küçəsində eyni MMC-dən aldığı mənzilin əvəzində ona G.Qədirbəyova küçəsində eyni həcmdə ev verəcəkləri barədə MMC ilə aralarında olan mübahisədən və mənzil çəkişmələrindən məlumatlı olmuşdur. MMC-nin səlahiyyətlisi ilə razılaşmadığı üçün Cəmiyyət evi başqa şəxslərə satandan sonra onun Təbriz küçəsində mənzil almaq üçün verdiyi pulları geri qaytaracaqlarını bildirdikləri barədə, bütün mübahisələr barədə İddiaçı məlumatlı olmuşdur. Əslində MMC onun gözdən əlil olmağından istifadə edərək onu aldatmışdır. Bu səbəbdən də MMC-ə verdiyi pulları yalnız məhkəmə qətnaməsi əsasında geri ala bilmişdir. İddiaçı qeyd olunanları bilməklə yanaşı hazırda mübahisələndirdiyi G.Qədirbəyova küçəsindəki mənzilin onların ailəsinə məxsus olmadığını 2015-ci ildən bilirdi. İddiaçı bilir ki, X38, həyat yoldaşı X39, X20 və X26, habelə Cavabdeh2 2014-2015-ci illərdə faktiki olaraq bu mənzildə yaşayırdılar. Onlar bu mənzildə ona görə yaşayırdılar ki, bu evin faktiki və həqiqi sahibləri bu adamlar idilər. Bu faktı İddiaçı 2015-ci ildə bilirdi. İddiaçı evin onun vəsaiti hesabına alınmadığını və evin Cavabdeh2 adına 2015-ci ildən müqavilə əsasında keçirildiyini və evin həqiqi sahibinin Gülbahar olduğunu bilirdi. Hazırda iddia ərizəsində iddiaçının bu mənzil ilə əlaqədar yazdıqları qərəzli olduğundan, işin həqiqi hallarını bilərəkdən gizlətməyə çalışır. Məhkəmə mövcud məhkəmə qətnamələrini və Notarial müqavilələri və nəzərə almaqla məsələyə obyektiv qiymət verəcəkdir. Eyni zamanda 2007-2019-cu illərdə əmək fəaliyyəti göstərməklə bu illər ərzində hər ayda və hər il ərzində əldə etdiyi gəlirlər barədə “Sosial arayışı təqdim etməklə, orta hesabla hər aylıq gəlirinin orta hesabla 500 manat həddində olması sübut olunur. Bu fakta görə də onun bir neçə ev almaq imkanının olmadığı sübut olunur. Onun elə bir gəliri olmamışdır ki, bir neçə mənzil ala bilsin. Digər tərəfdən İddiaçı 2016-cı ildə onunla rəsmi nikaha daxil olarkən 2015-ci ildə mübahisələndirilən mənzillərin Cavabdeh2 adına keçirildiyini bilirdi. İddiaçı bilir ki, evdə olan bütün əşyalar Cavabdeh2 məxsus olmuşdur. Bu səbəbdən də İddiaçı başqasına məxsus əmlakları evdən gizlin şəkildə aparmış və bunula əlaqədar istintaq işi aparılır. İddiaçı mənzillərin 2015-ci ildən etibarən həm faktiki, həm də hüquqi olaraq Cavabdeh2nm adma keçməklə onun mülkiyyəti olduğunu bildiyi üçün məhkəmə bu iddia tələbinə də iddia müddəti tətbiq etməlidir. İddiaçı həm mənzillərin 2015-ci ildən etibarən onun adında olmadığından xəbərdar olduğundan, həm də avtomaşının satışından məlumatlı olmuşdur. Avtomaşına görə aldığı pul vəsaiti və mənzil üçün MMC-ə ödədiyi pul vəsaitini məhkəmə qətnaməsi əsasında geri almaqla bu pul vəsaitlərini həmin illərdə birgə ailə təsərrüfatına xərcləmişdir. Odur ki, mənzilin alınması üçün ödənilmiş pul vəsaiti birgə nikah dövründə əldə olunmamışdır. Mənzilin 2015-ci ildə onun adından çıxarılmasına dair razılıq ərizəsi yuxarıda göstərilən əsaslarla yanaşı həm də bu hüquq münasibətləri 1-ci nikah dövrünə təsadüf edir. Ondan sonra tərəflər arasında nikah pozulmuş, növbəti nikah münasibətləri 2016-cı ilin ortalarında olmuşdur. Nəzərə alınmalıdır ki, mənzilin hazırkı mülkiyyətçisi Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarının tələblərinə uyğun olaraq vicdanlı alıcıdır. Qeyd olunanları nəzərə almaqla, iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını və çıxışını dinləyib, təqdim edilmiş sübutları və şahid ifadələrini araşdırıb, mülki işin materiallarını tədqiq edib hesab edir ki, ilkin iddia tələbinin qismən təmin edilməsi, birləşdirilmiş iş üzrə iddia tələbinin isə rədd edilməsi haqqında qətnamə çıxarılmalıdır. Belə ki, iş materiallarında olan Ağsu RPŞ tərəfindən xx xxxx 2005-ci il tarixdə verilmiş AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh2 Ağsu rayonu, Maşadqanlı kəndində qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BPQMİ-nin MAPS şöbəsi tərəfindən xx xxxxxx 2020-ci il tarixdə verilmiş Arayışdan görünür ki, Cavabdeh1 xx xxxxxx 1977-ci il tarixdə Ağsu, Aratkənd kəndində doğulmuş, hal-hazırda ünvan 10 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BPQMİ-nin MAPS şöbəsi tərəfindən xx xxxxxx 2020-ci il tarixdə verilmiş Arayışdan görünür ki, İddiaçı xx xxxxxx 1988-ci il tarixdə Cəbrayıl, Dərzili kəndində doğulmuş, hal-hazırda ünvan 11 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Bakı şəhər Xətai rayon Qeydiyyat şöbəsi tərəfindən xx xxxxxx 2012-ci il tarixdə verilmiş AZ-İİ № 991888 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X17 xx xxxxxxx 2012-ci il tarixdə doğulmuş, bu barədə akt qeydləri kitabında xx xxxxxx 2012-ci il tarixdə 4068 nömrə ilə qeyd aparılmışdır. Atası Cavabdeh1, anası isə İddiaçıdır. İş materiallarında olan Bakı şəhər Xətai rayon Qeydiyyat şöbəsi tərəfindən xx xxxx 2014-cü il tarixdə verilmiş AZ-İİİ № 349718 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X18 xx xxxx 2014-cü il tarixdə doğulmuş, bu barədə akt qeydləri kitabında xx xxxx 2014-cü il tarixdə 725 nömrə ilə qeyd aparılmışdır. Atası Cavabdeh1, anası isə İddiaçıdır. İş materiallarında olan Bakı şəhər Xətai rayon Qeydiyyat şöbəsi tərəfindən xx xxxxxxxx 2018ci il tarixdə verilmiş AZ-İV № 117902 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X21 xx xxxxxxxx 2018-ci il tarixdə doğulmuş, bu barədə akt qeydləri kitabında xx xxxxxxxx 2018ci il tarixdə 131 nömrə ilə qeyd aparılmışdır. Atası Cavabdeh1, anası isə İddiaçıdır. İş materiallarında olan xx xxxx 2014-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh1 Cavabdeh3 MMC-ə maliyyə borcu yoxdur. İş materiallarında olan xx xxxxxx 2011-ci il tarixli Borc müqaviləsindən görünür ki, Cavabdeh1 X25 bir il müddətində qaytarmaq şərtilə 50 000 manat məbləğində borc pul almışdır. İş materiallarında olan X53 ilə Cavabdeh1 tərəfindən xx xxxxxx 2013-cü il tarixdə tərtib edilmiş Borcun qaytarılmasına dair Aktdan görünür ki, Cavabdeh1 xx xxxxxx 2011-ci il tarixli Borc müqaviləsinə əsasən R.S.Tağıyevdən aldığı borcun əvəzinə özünə məxsus olan mənzili ona 60 000 manata satmışdır və tərəflərin bir birinə qarşı heç bir tələb və iradı yoxdur. İş materiallarında olan Cavabdeh1 ilə X33 arasında xx xxxxxx 2008-ci il tarixdə bağlanmış AN-İ seriyalı ******* nömrəli Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsindən görünür ki, R.H.Məmmədova özünə məxsus ünvan 13 ünvanında yerləşən mənzili Cavabdeh1 61 659 manata satmışdır. İş materiallarında olan Cavabdeh1 ilə X53 arasında xx xxxxxx 2013-cü il tarixdə bağlanmış AN-İ seriyalı ******* nömrəli Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 özünə məxsus ünvan 13 ünvanında yerləşən mənzili R.S.Tağıyevə 60 000 manata satmışdır. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(001)-470/2018 saylı Qətnaməsinin surətindən görünür ki, iddia tələbi qismən təmin edilərək Cavabdeh3 MMC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2012-ci il tarixli 103 saylı müqavilə əsasında ünvan 5 ünvanda tikiləcək yüksək mərtəbəli yaşayış binasının 4-cü giriş, 14-cü mərtəbəsində yerləşən ümumi sahəsi 203 m² metr olan 4 otaqlı mənzilə görə ödənilmiş 94 880 manatın Cavabdeh3 MMC-dən alınıb iddiaçılara ödənilməsi, iddianın qalan hissədə, yəni əldən çıxmış faydanın tutulması və mənəvi ziyanın tutulması hissəsində rədd edilməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4397/2018 saylı xx xxx 2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(001)-470/2018 saylı Qətnaməsindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi əldən çıxmış faydanın təmin olunmayan hissəsində ləğv edilməsi, həmin hissədə yeni qətnamə qəbul edilməsi, Cavabdeh3 MMC-dən Cavabdeh1 xeyrinə 47 440 manat əldən çıxmış faydanın tutulması qət edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Binəqədi Rayon İcra və Probasiya Şöbəsi tərəfindən borclu Cavabdeh3 MMC-ə ünvanlanmış xx xxxxxx 2018-ci il tarixli məktubun surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4397/2018 saylı xx xxxxxx 2018-ci il tarixli icra sənədi üzrə borcluya tələbin könüllü icrası barədə bildiriş göndərilmişdir. İş materiallarında olan Binəqədi Rayon İcra və Probasiya Şöbəsinin xx xxxx 2020-ci il tarixli məktubundan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4397/2018 saylı xx xxxxxx 2018-ci il tarixli icra sənədi üzrə icraata xx xxxxxx 2018-ci il tarixdə başlanılmış və borcluya tələbin icrası barədə bildirişin göndərilməsinə baxmayaraq, tələb bu günədək icra edilməmişdir. İş materiallarında olan Binəqədi Rayon İcra və Probasiya Şöbəsinin xx xxxxxx 2021-ci il tarixli xx/xx-174157-18/12 nömrəli məktubundan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 4397/2018 saylı xx xxxxxx 2018-ci il tarixli icra sənədi üzrə Cavabdeh3 MMC tərəfindən Cavabdeh1 94 886 manat məbləğində pul vəsaiti ödənilmişdir. İş materiallarında olan xx xxxxxx 2018-ci il tarixli X51 görünür ki, Cavabdeh3 MMC tərəfindən 103 nömrəli müqavilə üzrə mənzil haqqının qaytarılması məqsədilə Cavabdeh1 94 886 manat məbləğində pul ödənilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin xx xxxx 2020-ci il tarixli məktubundan məlum olur ki, Cavabdeh1 adına xx xxxxxx 2013-cü il tarixdə alqı-satqı müqaviləsi əsasında “KİA Sportage” markalı, **-SV-*** dövlət qeydiyyat nişanlı avtomobil qeydiyyata alınmış, xx xxxxxxxx 2016-cı il tarixdə qeyd olunan avtomobil alqı-satqı müqaviləsi əsasında onun adından qeydiyyatdan çıxarılaraq özgəninkiləşdirilmişdir. İş materiallarında olan Cavabdeh1 ilə Cavabdeh3 MMC arasında xx xxxxxxxx 2013-cü il tarixdə bağlanmış 47b saylı Mənzil Tikintisinə və Satışına dair müqavilənin surətindən görünür ki, Cavabdeh1 ünvan 1 ünvanda İ giriş 12-ci mərtəbədə yerləşən ümumi sahəsi 101 m² olan 2 otaqlı mənzili 60 600 ABŞ dollarına Cavabdeh3 MMC-dən almış və və pulu ödəmişdir. İş materiallarında olan Cavabdeh3 MMC tərəfindən xx xxxx 2014-cü il tarixdə verilmiş İSR/SH/476 nömrəli Maliyyə Arayışının surətindən görünür ki, ünvan 1 ünvanda İ giriş 12-ci mərtəbədə yerləşən ümumi sahəsi 101 m² olan 2 otaqlı mənzilin sahibi Cavabdeh1 maliyyə borcu yoxdur. İş materiallarında olan Cavabdeh1 ilə Cavabdeh3 MMC arasında xx xxxxxxxx 2013-cü il tarixdə bağlanmış 67b saylı Mənzil Tikintisinə və Satışına dair müqavilənin surətindən görünür ki, Cavabdeh1 ünvan 1 ünvanda İ giriş 12-ci mərtəbədə yerləşən ümumi sahəsi 97 m² olan 2 otaqlı mənzilə görə 75 660 ABŞ dollarını tam ödəmiş və Cavabdeh3 MMC-dən həmin mənzili almışdır. İş materiallarında olan Cavabdeh1 tərəfindən Cavabdeh3 MMC-ə ünvanlanmış xx xxxxxx 2012-ci il tarixli Ərizənin surətindən görünür ki, Cavabdeh1 Cavabdeh3 MMC-ə müraciət edərək ünvan 16 ünvanında İ giriş, 12-ci mərtəbəsində yerləşən ümumi sahəsi 97 m² olan 46 saylı mənzilə və ünvan 1 ünvanda İ giriş 12-ci mərtəbədə yerləşən ümumi sahəsi 101 m² olan 47 saylı mənzilə dair onunla bağlanmış müqavilənin ləğv edilməsi və ödənilmiş məbləğ ona qaytarılmadan həmin mənzillərin anası Cavabdeh2 adına rəsmiləşdirilməsini xahiş etmişdir. İş materiallarında olan Cavabdeh3 MMC-nin xx xxxxxx 2015-ci il tarixli iclasının Protokolunun surətindən görünür ki, ünvan 1 ünvanda İ giriş, 12-ci mərtəbədə yerləşən ümumi sahəsi 101 m² olan (2 otaqlı) və 97 m² olan (2 otaqlı) mənzillərə dair Cavabdeh1 ilə bağlanmış xx xxxxxxxx 2013-cü il tarixli müqavilələrin ərizəsinə əsasən ləğv edilməsi və Cavabdeh1 tərəfindən ödənilmiş məbləğin anası Cavabdeh2 adına keçirilməsi qərara alınmışdır. İş materiallarında olan Cavabdeh2 ilə Cavabdeh3 MMC arasında xx xxxxxx 2015-ci il tarixdə bağlanmış Mənzil Tikintisinə və Satışına dair müqavilənin surətindən görünür ki, Cavabdeh2 ünvan 1 ünvanda İ giriş 12-ci mərtəbədə yerləşən ümumi sahəsi 101 m² olan 2 otaqlı mənzili 47 571 manata Cavabdeh3 MMC-dən alır. İş materiallarında olan Cavabdeh3 MMC tərəfindən xx xxxxxx 2015-ci il tarixdə verilmiş Maliyyə Arayışının surətindən görünür ki, ünvan 1 ünvanda İ giriş 12-ci mərtəbədə yerləşən ümumi sahəsi 101 m² olan 2 otaqlı 47 nömrəli mənzilin sahibi Cavabdeh2 maliyyə borcu yoxdur. İş materiallarında olan Cavabdeh2 ilə Cavabdeh3 MMC arasında xx xxxxxx 2015-ci il tarixdə bağlanmış Mənzil Tikintisinə və Satışına dair müqavilənin surətindən görünür ki, Cavabdeh2 ünvan 1 ünvanda İ giriş 12-ci mərtəbədə yerləşən ümumi sahəsi 97 m² olan 2 otaqlı mənzili 59 393 manata Cavabdeh3 MMC-dən alır. İş materiallarında olan Cavabdeh3 MMC tərəfindən xx xxxxxx 2015-ci il tarixdə verilmiş Maliyyə Arayışının surətindən görünür ki, ünvan 1 ünvanda İ giriş 12-ci mərtəbədə yerləşən ümumi sahəsi 97 m² olan 2 otaqlı 46 nömrəli mənzilin sahibi Cavabdeh2 maliyyə borcu yoxdur. İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(005)-2641/2020 nömrəli Qərardadının surətindən görünür ki, ünvan 16 ünvanında İ giriş, 12-ci mərtəbəsində yerləşən ümumi sahəsi 97 m² olan 46 saylı və 101 m² olan 47 saylı mənzillərin özgəninkiləşdirilməsi qadağan edilmişdir. İş materiallarında olan Cavabdeh1 tərəfindən Bakı şəhəri Xətai Rayon Məhkəməsinə ünvanlanmış və xx xxxx 2012-ci il tarixdə qeydiyyata alınmış iddia ərizəsinin surətindən görünür ki, Cavabdeh1 Hakverdiyeva (Əhmədova) Xumar İrzivan qızı ilə xx xxxx 2010-cu il tarixdə Ağsu rayon Qeydiyyat şöbəsində aralarında bağlanmış nikahın pozulması üçün məhkəməyə müraciət etmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxx 2012-ci il tarixli 2(011)-1644/2012 saylı Qərardadının surətindən görünür ki, Cavabdeh1 İddiaçı qarşı nikahın pozulması tələbinə dair iddia ərizəsi üzrə mülkin işin icraatına xitam verilmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli 2(011)-926/2016 saylı Qətnaməsinin surətindən görünür ki, Cavabdeh1 ilə İddiaçı arasında bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş xx xxxxxxx 2012-ci il təvəllüdlü X17 ilə xx xxxx 2014-cü il təvəllüdlü X5 anaları İddiaçı yanında qalmaları və onların saxlanması üçün Cavabdeh1 cəmi 234 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai rayonu Qeydiyyat şöbəsi tərəfindən xx xxxx 2016-cı il tarixdə verilmiş AZ-İ seriyalı 240080 nömrəli Nikahın pozulması haqqında Şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 ilə İddiaçı arasında olan nikah ləğv edilmiş və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx xxxx 2016-cı il tarixdə 140 nömrəli qeyd aparılmışdır. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(011)-906/2020 saylı Qətnaməsinin surətindən görünür ki, Cavabdeh1 ilə İddiaçı arasında bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş xx xxxxxxx 2012-ci il təvəllüdlü X6, xx xxxx 2014-cü il təvəllüdlü X5 və xx xxxxxxxx 2018-ci il təvəllüdlü X7 anaları İddiaçı yanında qalmaları və onların saxlanması üçün Cavabdeh1 cəmi 510 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarında olan Cavabdeh2 və oğlu Cavabdeh1 İddiaçı barəsində yazdıqları şikayətlə əlaqədar Nərimanov RPİ-nin 18-ci polis şöbəsinin təhqiqatçısı, polis mayoru X27 tərəfindən xx xxxxxx 2020-ci il tarixdə qəbul edilmiş materialın istintaq aidiyyatı üzrə göndərilməsi barədə Qərarın surətindən görünür ki, vətəndaş Cavabdeh2 və Cavabdeh1 şikayət ərizələri əsasında toplanmış materialla əlaqədar baş vermiş hadisədə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkib əlamətləri olduğuna görə müvafiq qərar qəbul olunması üçün toplanmış material Nərimanov RPİ-nin İŞ-ə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Cavabdeh2 ilə X44 arasında xx xxxxxx 2020-ci il tarixdə bağlanmış AN-İ seriyalı ******* nömrəli Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh2 özünə məxsus Bakı şəhəri, Nərimanov rayonu, Qədirbəyova küçəsi, məhəllə 841-842, ev 5, mənzil 51 (yeni qaydalarla: AZ1008, ünvan 18 ünvanında yerləşən mənzili 130 000 manata X36 satır. İş materiallarında olan Azərbaycan Respublikası X58 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X45 Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Qədirbəyova küçəsi, məhəllə 841-842, ev 5, mənzil 51 (yeni qaydalarla: AZ1008, ünvan 18 xüsusi mülkiyyət hüququ üzrə X30 adına xx xxxxxx 2020-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Cavabdeh2 ilə X44 arasında xx xxxxxx 2020-ci il tarixdə bağlanmış AN-İ seriyalı ******* nömrəli Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh2 özünə məxsus Bakı şəhəri, Nərimanov rayonu, Qədirbəyova küçəsi, məhəllə 841-842, ev 5, mənzil 52 (yeni qaydalarla: AZ1008, ünvan 19 ünvanında yerləşən mənzili 135 000 manata X36 satır. İş materiallarında olan Azərbaycan Respublikası X58 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X45 Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Qədirbəyova küçəsi, məhəllə 841-842, ev 5, mənzil 52 (yeni qaydalarla: AZ1008, ünvan 19 xüsusi mülkiyyət hüququ üzrə X30 adına xx xxxxxx 2020-ci il tarixdə qeydiyyata alınmışdır. Məhkəmə araşdırması zamanı təfəflərin izahatı və məhkəmə iclasında tədqiq edilmiş sübutlar əsasında müəyyən olunmuşdur ki, ilkin iddia üzrə İddiaçı ilə Cavabdeh1 xx.xx.2010-cu il tarixdə nikaha daxil olmuş, xx.xx.2016-cı il tarixdə aralarında olan nikah Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(011)-926 saylı qətnaməsilə pozulmuşdur. Tərəflər yenidən xx xxxxx 2016-cı ildə təkrar nikaha daxil olmuş və xx.xx.2020-ci il tarixdə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(011)-906 saylı qətnaməsilə nikahları pozulmuşdur. Cavabdeh1 adına xx xxxxxx 2013-cü il tarixdə alqı-satqı müqaviləsi əsasında “KİA Sportage” markalı, **-SV-*** dövlət qeydiyyat nişanlı avtomobil qeydiyyata alınsa da xx xxxxxxxx 2016-cı il tarixdə qeyd olunan avtomobil alqı-satqı müqaviləsi əsasında onun adından qeydiyyatdan çıxarılaraq özgəninkiləşdirilmişdir. Bundan başqa xx.xx.2008-ci ildə Cavabdeh1 ona məxsus olan Bakı şəhəri, Xətai rayonu, Gen. Şıxlınski küçəsi, ev 40, mənzil 14-də yerləşən mənzili 61659 manata X19 alqı-satqı müqaviləsinə əsasən satmış, daha sonra iddiaçı Hakverdiyev Xumar ilə birgə nikah dövründə Cavabdeh1 Cavabdeh3 MMC-dən ünvan 5 ünvanda tikiləcək yüksək mərtəbəli yaşayış binasının 4-cü giriş, 14-cü mərtəbəsində yerləşən ümumi sahəsi 203 m² metr olan 4 otaqlı mənzilin alınmasına görə xx xxxxxx 2012-ci il tarixli 103 saylı müqavilə əsasında 94 880 manatı Cavabdeh3 MMC-nə ödəmiş, lakin Cavabdeh3 MMC öhdəliyi yerinə yetirmədiyindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(001)-470/2018 saylı qətnaməsi və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4397/2018 saylı xx xxx 2018-ci il tarixli qətnaməsi əsasında mənzilə görə ödənilmiş 94 880 manatın, əldən çıxmış faydaya görə isə 47 440 manatın Cavabdeh3 MMC-dən alınıb Xəqani Hakverdiyə ödənilməsi müəyyən edilərək həmin mülki işlə bağlı qətnamə icraya yönəldilmişdir. Binəqədi Rayon İcra və Probasiya Şöbəsinin xx xxxx 2020-ci il tarixli məktubundan Bakı Apelyasiya Məhkəməsinin 2(103)-4397/2018 saylı xx xxxxxx 2018-ci il tarixli icra sənədi üzrə icraata xx xxxxxx 2018-ci il tarixdə başlanılmış və borcluya tələbin icrası barədə bildirişin göndərilməsinə baxmayaraq, mənzilə görə ödənilmiş 94 880 manatın, əldən çıxmış faydaya görə isə 47 440 manatın Cavabdeh3 MMC-dən alınıb Xəqani Hakverdiyə ödənilməmiş, xx xxxxxx 2021-ci il tarixli xx/xx-174157-18/12 nömrəli məktubu ilə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4397/2018 saylı xx xxxxxx 2018-ci il tarixli icra sənədi üzrə Cavabdeh3 MMC tərəfindən Cavabdeh1 94 886 manat məbləğində pul vəsaiti ödənildiyi müəyyən edilmişdir. Bu məbləğin xx xxxxxx 2018-ci il tarixdə ödənildiyini Cavabdeh1 onun nümayəndəsi və vəkili məhkəmə iclasında Cavabdeh3 MMC tərəfindən qəbul edildiyini təsdiq etmişdir. Daha sonra Cavabdeh1 iddiaçı ilə birgə nikahda olduqları dövrdə Cavabdeh3 MMC ilə xx xxxxxxxx 2013-cü il tarixdə bağlanmış 47b saylı Mənzil Tikintisinə və Satışına dair müqavilə ilə ünvan 1 ünvanda İ giriş 12-ci mərtəbədə yerləşən ümumi sahəsi 101 m² olan 2 otaqlı mənzili 60 600 ABŞ dollarına Cavabdeh3 MMC-dən almış və və pulu həmin müqavilənin bağlanması ilə tam ödəmiş, bu barədə maliyyə arayışı almışdır. Eyni zamanda Cavabdeh1 Cavabdeh3 MMC arasında xx xxxxxxxx 2013-cü il tarixdə bağlanmış 67b saylı Mənzil Tikintisinə və Satışına dair müqavilə ilə Cavabdeh1 ünvan 1 ünvanda İ giriş 12-ci mərtəbədə yerləşən ümumi sahəsi 97 m² olan 2 otaqlı mənzilə görə 75 660 ABŞ dollarını tam ödəmiş və Cavabdeh3 MMC-dən ikinci mənzili də almışdır. Cavabdeh1 ilkin iddia üzrə İddiaçı razılığı olmadan xx xxxxxx 2012-ci il tarixli ərizə ilə Cavabdeh3 MMC-nə müraciət edərək ünvan 16 ünvanında İ giriş, 12-ci mərtəbəsində yerləşən ümumi sahəsi 97 m² olan 46 saylı mənzilə və ünvan 1 ünvanda İ giriş 12-ci mərtəbədə yerləşən ümumi sahəsi 101 m² olan 47 saylı mənzilə dair onunla bağlanmış müqavilənin ləğv edilməsi və ödənilmiş məbləğ ona qaytarılmadan həmin mənzillərin anası Cavabdeh2 adına rəsmiləşdirilməsini xahiş etmiş, Cavabdeh3 MMC həmin ərizəyə əsasən MMC-nin xx xxxxxx 2015-ci il tarixli müqaviləsi əsasında qeyd edilən mənzilləri xx xxxxxx 2015-ci il tarixli alqı-satqı müqaviləsi ilə Cavabdeh2 adına rəsmiləşdirmişdir. Daha sonra iddianı təmin etmə tədbirinə dair ərizəyə əsasən Bakı Şəhər Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(005)-2641 saylı qərardadı ilə həmin mənzillərin özgəninkiləşdirilməsinin qadağan olunmasına, xx xxxxxx 2020-ci il tarixdə məhkəmənin hazırlıq iclasında cavabdehlər Cavabdeh2 nümayəndəsi X23 və digər Cavabdeh1 iştirak edərək bu barədə məlumatlı olmasına baxmayaraq xx xxxxxx 2020-ci il tarixdə bağlanmış AN-İ seriyalı ******* nömrəli və AN-İ seriyalı ******* nömrəli Daşınmaz Əmlakın alqı-satqı müqavilələrinə əsasən Cavabdeh2 həmin mənzilləri X31 satmışdır. Birləşdirilmiş iş üzrə iddiaçı X37 aldığı mənzillərə mülkiyyət hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığından həmin mənzildən cavabdehlərin çıxarılmasını tələb etməkdədir. Məhkəmə ilkin iddia tələbi və birləşdirilmiş iddia tələbi ilə bağlı gəldiyi nəticəni aşağıdakı hüquq normalarına istinadən əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən isə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən isə etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 354.1-ci maddəsinə görə əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 354.2-ci maddəsinə görə bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “xx xxxx 2013-cü il tarixli Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Qərarına əsasən mülki dövriyyənin sabitliyinin qorunması tərəflərin əsaslandırılmış tələblərinin məhkəmə qaydasında həll edilməsinin müəyyənləşdirilməsi ilə yanaşı, həmçinin hüquqi tənzimetməyə şəxsin hüququnun pozulduğunu bilməsindən xeyli müddət keçdikdən sonra onun müdafiəsi üçün məhkəməyə müraciət etdikdə, qarşı tərəfə mübahisənin mahiyyəti üzrə baxılmamasını tələb etmək imkanı verən maddi hüquq normalarının daxil edilməsidir. Göstərilənlərlə yanaşı, şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün müəyyənləşdirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif halın mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir. Bu mənada hüquqları pozulmuş şəxsin öz hüquqlarının bərpasını tələb etmək hüququnun vaxtında həyata keçirilməsinə zəmin yaradan iddia müddətinin axımının başlanğıcının müəyyən edilməsi üçün iddia tələbinin ötürülməsinə dair cavabdeh tərəfin etirazına dair gəldiyi nəticənin ilk növbədə əsaslandırılmasını məhkəmə məqbul hesab edir. Belə ki, Ailə Məcəlləsinin 36.9-cu maddəsinə əsasən, nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxx 2019-cu il tarixli Qərarına görə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 8.2-ci maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 36.9-cu maddəsində müəyyən edilmiş 3 illik iddia müddətinin axımı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən, ər-arvadın hər birinin ümumi əmlaka olan mülkiyyət hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən hesablanır. Həmin Qərarda o da qeyd edilir ki, iddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir. Məhkəmələr ər-arvadın ümumi əmlakdakı paylarının bölünməsi tələbinə dair iddialara baxarkən müvafiq tərəfin ümumi əmlakla bağlı hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu günü müəyyən etmək üçün işin konkret hallarını ətraflı araşdıraraq müvafiq nəticəyə gəlməlidir. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli 2(103)-4263/20 saylı qərardadından görünür ki, ilkin İddiaçı ilk əvvəl “X8 və Cavabdeh3 MMC-nə qarşı mənzil üzərində payların müəyyən edilməsi” tələbilə müraciət etmiş, həmin mülki iş üzrə Cavabdeh1 mənzilin onun anası Cavabdeh2 satılmasını bildirərək həmin iş üzrə qərardaddan şikayət vermişdir. Bundan sonra İddiaçı xx xxxx 2020-ci il tarixdə Cavabdeh2 ilə Cavabdeh3 MMC ilə aralarında bağlanmış müqavilənin etibarsız hesab edilməsi tələbilə hazırki iş üzrə məhkəməyə müraciət etmişdir. Məhkəmənin qənaətinə görə bu hal İddiaçı iddia etdiyi müqavilələr barədə sonradan, adıçəkilən məhkəmə aktından sonra məlumatlı olmasını istisna etmir. O da qeyd edilməlidir ki, Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda adıçəkilən qərardakı hüquqi mövqeyinə görə ərarvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir (Ailə Məcəlləsinin 36.1 və 36.3-cü maddələri).Həmin Qərardan da aydın olur ki, tərəflərdən birinin tələbi ilə nikah pozulduqdan sonra da ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Sadalanan əsaslardan göründüyü kimi əmlak barəsində mübahisə olmadığı halda nikah dövründə birgə əmlak kimi hesab edildiyindən iddiaçının öz hüquqlarının pozulduğunu bildiyi və bilməli olduğu vaxt onun nikahın pozulmasından sonra da əmələ gəlməsini istisna etmir. İşin hallarından görünür ki, ilkin iddia üzrə İddiaçı ilə Cavabdeh1 xx.xx.2010-cu il tarixdə nikaha daxil olmuş, xx.xx.2016-cı il tarixdə aralarında olan nikah Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(011)-926 saylı qətnaməsilə pozulmuşdur. Tərəflər yenidən xx xxxxx 2016-cı ildə təkrar nikaha daxil olmuş və xx.xx.2020-ci il tarixdə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(011)-906 saylı qətnaməsilə nikahları pozulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354-cü maddəsinin tələblərini nəzərə alaraq məhkəmə əqdin etibarsızlığı ilə bağlı əlavə olaraq kəsici müddətə münasibətdə qeyd edir ki, müqavilə etibarsızlığı ilə bağlı mülki qanunvericiliyin yuxarıda sadalanan normalarında xüsusi iddia müddətlərini qanunvericlik bilavasitə kəsici müddət kimi müəyyən etmişdir. Xüsusi iddia müddətləri isə bəzi tələblər üçün müəyyən edilmişdir və onlar ümumi iddia müddəti ilə müqayisədə qısaldılmış və ya uzadılmış ola bilərlər. İddia müddətinin tətbiqi ilə bağlı ərizənin verilməsindən asılı olmayaraq kəsici iddia müddətin axımının tətbiq edilməsi mümkünlüyü iddia ərizəsinin rədd edilməsi əsaslarından biri kimi çıxış edir. İkinci əsas isə onunla izah edilir ki, etibarsız əqdlər dedikdə mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər başa düşülür. Mülki Məcəllədə mübahisələndirilən əqdlərin aid olduğu hallar sırasında hansı əqdlərin mübahisələndirilə bilən əqd olması göstərilmişdir. Hazırki mülki iş üzrə olan əqd isə həmin sadalanan hallar sırasına aid olan əqd deyildir. Əhəmiyyətsiz əqdlərə münasibətdə isə əhəmiyyətsiz əqd bağlanıldığı andan özü özlüyündə əhməyyətsiz əqddir. Qanınunvericiyiliyin belə göstərişi isə ona əsas verir ki, əhəmiyyəsizliklə bağlı hal müddətdən asılı edilməmişdir. Eyni zamanda qeyd edilməlidir ki, Mülki Məcəllənin 354.1-ci maddəsində iddianın qaldırılmasının bir illik müddəti yalnız əhəmiyyətsiz əqdin etibarsızlığı ilə bağlı nəticələrinin baş verdiyi halları nəzərdə tutmuşdur. İddia tələblərindən göründüyü kimi hazırki əqdin hüquqi nəticəsi hələ baş verməmişdir. Bu səbəbdən də baş vermə ehtimalı olan halların qarşısının alınması üçün məhkəməyə müraciət edilmişdir. Üçüncü əsas odur ki, Mülki Məcəllənin 372.1-ci maddəsində iddia müddətinin yalnız başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna şamil edildiyi qeyd edilmişdir. Qanunvericiliyin belə mövqeyindən aydın olur ki, əqdin etibarsız hesab edilməsi üçün müddətin ötürülməsi həmin əqdin müddət ötdükdən sonra etibarlı olması ilə nəticələnmir. Çünki etibarsızlığı şərtləndirən əhəmiyyətsiz əqd özü-özlüyündə əhəmiyyətsiz əqddir. Odur ki, Mülki Məcəllənin 354.1-ci maddəsində etibarsız əqd nəticəsində baş vermiş hüquqi nəticəyə iddia müddətinin tətbiqini nəzərdə tutulmuşdur. Sadalanan qanunvericlik əsaslarını və müvafiq Plenum qərarını əsas götürərək tərəflərin birinci dəfə nikahın pozulması ilə yenidən nikaha daxil olması arasında (xx.xx.2016-cı il tarixdən xx xxxxx 2016-cı il tarixədək olması) olan fərqin qısa zaman kəsiyində olmasını, həmin dövrdə faktiki olaraq münasibətlərin davam etdirilməsini, onların nikah münasibətlərinin xx.xx.2020-ci il tarixdən pozulmasını, habelə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli 2(103)-4263/20 saylı qərardadında müəyyən edilmiş halllardan sonra İddiaçı iddia etdiyi müqavilələr barədə sonradan məlumatlı olmasını nəzərə alaraq məhkəmə iddia müddətinin tətbiqinin rədd edilməsi qənaətinə gəlir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi mülkiyyəti sayılır. 32.2.2-ci maddəsinə əsasən ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak ər-arvadın ümumi birgə mülkiyyətindədir. 33.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. 36.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi, nikah dövründə eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə, həyata keçirilir. 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. 37.2-ci maddəsinə əsasən, ayrı-ayrı hallarda məhkəməyə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və ərin diqqətəlayiq mənafeyini, o cümlədən ar-arvadın biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 213.5-ci maddəsinə əsasən birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə, məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin istinad edilən müddəalarına əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. İşin mübahisəsi halı ondan ibarətdir ki, mübahisə edilən Cavabdeh1 ilə Cavabdeh3 MMC arasında xx.xx.2013-cü il tarixdə bağlanmış 101 kv.m olan 2 otaqlı mənzilə görə və 97 m² olan 2 otaqlı mənzilə görə bağlanmış müqavilələrdə göstərilən mənzillərlə X22 adına Bakı şəhəri, Nərimanov rayonu, Qədribəyova küçəsi, məhəllə 841-842, 5 saylı evin 51 saylı (Yeni qaydalarla: Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi 8, , m 12, m1) mənzilinə dair xx.xx.2020-ci il tarixdə verilmiş hüquqların dövlət reyestrindən çıxarışda və Bakı şəhəri, Nərimanov rayonu, Qədribəyova küçəsi, məhəllə 841-842, 5 saylı evin 52 saylı (yeni qaydalarla: Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi 8, m 12, m 2) mənzilinə dair xx.xx.2020-ci il tarixdə verilmiş hüquqların dövlət reyestrindən çıxarışda göstrərilən mənzillər eynidir. Bu halı tərəflər məhkəmədə qəbul etmişlər. Məhkəmənin qənaətinə görə Cavabdeh1 ilə Cavabdeh3 MMC arasında xx.xx.2013-cü il tarixdə bağlanmış 101 kv.m olan 2 otaqlı mənzilə görə və 97 m² olan 2 otaqlı mənzilə görə bağlanmış müqavilələr Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4397/2018 saylı xx xxxxxx 2018-ci il tarixli icra sənədinin yerinə yetirilməsinə görə həmin tələb üzrə tələbkar olan Cavabdeh1 ilə razılaşmanın əvəzi olaraq bağlanmamışdır. Belə mövqe onunla əsaslandırılır ki, Cavabdeh1 ilə Cavabdeh3 MMC arasında xx.xx.2013-cü il tarixdə bağlanmış müqavilələrdən göründüyü kimi bu müqavilələr tərəflər arasında əvəzlədirmə və ya hər hansı öhdəliyin icrasını deyil, pul məbləğinin ödənilməsi şərtilə mənzilin alı-satqısına dair müqavilələrdir. Bundan başqa mübahisəli mənzillərə dair Cavabdeh1 Cavabdeh3 MMC arasında bağlanmış hər iki müqavilələrin 7.2-ci bəndindən də görünür ki, Cavabdeh1 101 kv.m olan 2 otaqlı mənzilə görə 60 600 ABŞ dolları, 97 m² olan 2 otaqlı mənzilə görə 75 660 ABŞ dollarını tam ödəmiş və Cavabdeh3 MMC-dən ikinci mənzili də almışdır. Bu barədə maliyyə arayışı da verilmişdir. Bu müqavilələr bağlanarkən Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4397/2018 saylı xx xxxxxx 2018-ci il tarixli icra sənədi üzrə icra Cavabdeh3 MMC tərəfindən yerinə yetirilməmişdir. Cavabdeh3 MMC tərəfindən Cavabdeh1 94 886 manat məbləğində pul vəsaiti həmin müqavilənin bağlanmasından uzun müddət sonra, yəni xx xxxxxx 2018-ci il tarixdə ödənildiyi müəyyən edilmişdir. Bu hal iş materiallarında olan Binəqədi Rayon İcra və Probasiya Şöbəsinin xx xxxxxx 2021-ci il tarixli xx/xx- 174157-18/12 nömrəli məktubu və Cavabdeh3 MMC –nin xx xxxxxx 2018-ci il tarixli X62 ilə də öz təsdiqini tapır. O da qeyd edilməlidir ki, iş materiallarında olan Cavabdeh1 ilkin iddia üzrə İddiaçı razılığı olmadan ərizə ilə Cavabdeh3 MMC-nə müraciət edərək ünvan 16 ünvanında İ giriş, 12-ci mərtəbəsində yerləşən ümumi sahəsi 97 m² olan 46 saylı mənzilə və ünvan 1 ünvanda İ giriş 12-ci mərtəbədə yerləşən ümumi sahəsi 101 m² olan 47 saylı mənzilə dair onunla bağlanmış müqavilənin ləğv edilməsi və ödənilmiş məbləğ ona qaytarılmadan həmin mənzillərin anası Cavabdeh2 adına rəsmiləşdirilməsini xahiş etmiş, Cavabdeh3 MMC həmin ərizəyə əsasən MMC-nin xx xxxxxx 2015-ci il tarixli müqaviləsi əsasında qeyd edilən mənzilləri xx xxxxxx 2015-ci il tarixli alqı-satqı müqaviləsi ilə Cavabdeh2 adına rəsmiləşdirmişdir. Məhkəmə qeyd edir ki, əqdlərin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş dörd qrup şərtin (tələbin) olması vacibdir: əqdin subyektiv tərkibinə aid edilən şərt; əqdin məzmununa aid edilən şərt; əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt; əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda, müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticələr doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur. Əqdin etibarsızlığı dedikdə, tərəflərin əqd bağladıqları zaman arzu etdikləri hüquqi nəticənin baş verməməsi və əmələ gəlməməsi başa düşülür. Bu halda əqd kimi həyata keçirilən hərəkətlər hüquqi nəticə doğurmaq qabiliyyətinə malik olan hüquqi fakt kimi çıxış edə bilmir. Başqa sözlə, əqdin etibarsızlığı əqdin etibarlı olması şərtlərinin pozulmasından asılıdır. Bu şərtlərdən birinə riayət edilməməsi etibarsız əqdlərin əmələ gəlməsinə səbəb olur. Etibarsız əqdlər tərəflərin arzu etdikləri hüquqi nəticəyə səbəb olmur. Onlar qanunda nəzərdə tutulan mənfi nəticələrin yaranmasına səbəb olur. Etibarsız əqdlər hüquqazidd, qeyri-hüquqi hərəkətdir. Etibarsız əqdlər elə hüquqa zidd hərəkətlərdir ki, bu hərəkətlər əqdin etibarlı olması şərtlərindən, heç olmazsa, birinə uyğun gəlmədiyinə görə arzu edilən hüquqi nəticəyə səbəb olmur. Bu çür əqdlər mülki hüquq və vəzifələrin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitam olunması ilə nəticələnmir. Məhkəmənin qənaətinə görə, müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanmasının zəruri şərtidir. Eyni zamanda hər hansı əqdin, o cümlədən alqı-satqı müqaviləsinin etibarlılığı üçün onun bağlanmasında lazımı subyektlərinin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «N. Manafovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxxxx 2008-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxxx 2009-cu il tarixli qərarında bildirilir ki, məhkəmə məsələnin zahiri mənzərəsini adlayaraq dərinə nəzər salmalı və şikayət edilən vəziyyətin reallıqlarını araşdırmalıdır. Məhkəmə hesab edir ki, müqavilənin etibarlılığı üçün onun bağlanmasında lazımı subyektlərinin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Əqdin etibarsızlığı dedikdə mülki qanunvericilikdə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki hüquq münasibətlərini yaratmayan, yalnız özünun etibarsızlığı ilə bağlı nəticələrə səbəb olan əqd anlaşılır. Alqı-satqı müqaviləsinin bağlanmasının zəruri şərtlərindən biri də Mülki Məcəllənin 572-ci maddəsinə uyğun olaraq satıcının alıcıya üçüncü şəxslərin hüquqlarından azad surətdə olan əşyanın verilməsidir. Əqdin etibarlılığı üçün qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Yuxarıda istinad olunan hüquq normalarının təhlili nəticəsində məhkəmə belə qənaətə gəlir ki, iddiaçı həm birgə nikah dövründə əldə edilmiş xx.xx.2013-cü il tarixdə bağlanmış müqavilələrə, həm də Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4397/2018 saylı xx xxxxxx 2018-ci il tarixli icra sənədi üzrə əldə edilməli olan pul məbləğinə iddia tələbi əsaslıdır. Məhkəmə qətnamələrinə əsasən Cavabdeh3 MMC-dən X4 xeyrinə tutulmuş 142320 (yüz qırx iki min üç yüz iyirmi) manat məbləğində pulda iddiaçının tələbinə münasibətdə məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməlidir. Belə ki, Cavabdeh1 ilə Cavabdeh3 MMC arasında xx.xx.2013-cü il tarixdə bağlanmış müqavilələrdən əvvəl Cavabdeh1 ilə X13 ünvan 13 ünvanında yerləşən mənzili xx.xx.2008-ci ildə AN-İ seriyalı ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən 61 659 manata almış, daha sonra həmin mənzili xx.xx.2013-cü ildə X53 arasında bağlanmış AN-İ seriyalı ******* nömrəli Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsi əsasında satmışdır. Odur ki, qeyd edilən mənzilin alınması ilə bağlı 61 659 (altmış bir min alıt yüz əlli doqquz manat) manat birgə nikah dövründə əldə edilmədiyindən məhkəmə qətnamələrinə əsasən Cavabdeh3 MMC-dən X4 xeyrinə tutulmuş 142320 (yüz qırx iki min üç yüz iyirmi) manat məbləğində puldan bu məbləğ çıxılmalı, qalan məbləğə, yani 80661 manat məbləğdə (səksən min altı yüz altmış bir) ilkin İddiaçı 2/1 hissədə pay hüququ tanınmalıdır. “KİA Sportage” markalı **-SV-*** dövlət qeydiyyat nişanlı avtomobildə 2/3 hissədə İddiaçı tanınmasına münasibətdə məhkəmə hesab ki, nəqliyyat vasitəsi birgə nikah dövründə alınsa da, onun satılması da həmin dövrə təsadüf etdiyindən, iddiaçı tərəfindən həmin əmlakın satışından əldə edilmiş gəlirin ailə ehtiyacları üçün sərf edilməməsi, həmin gəlirdən yeni əmlaklar əldə edilməsi və s. ilə bağlı sübutlar təqdim edilmədiyindən iddia bu hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 37-ci maddəsinin tələblərinə əsasən və qanunvericiliyin yuxarıda sadalanan normalarını nəzərə alaraq, əmlaklara 2/3 hissədə pay hüqunun tanınması ilə bağlı hissədə də iddianı əsassız hesab edir. Belə ki, hazırda arvadın diqqətəlayiq mənafeyi, o cümlədən ər-arvadın biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallar məhkəmə araşdırması zamanı müəyyən edilmir. Ona görə də, məhkəmə iddia tələbinin həmin hissədə təmin edilməməsini əsaslı və qanuni hesab edir. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin ; 149.2-ci maddəsinə görə əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. 157.5-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. 158.3-cü maddəsinə görə əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun. 225.6-cı maddəsinə görə daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Əgər müqavilə üzrə tərəf müqavilənin etibarsızlığını bilirdisə və ya bilməli idisə, əldə edən həmin tərəfdən etibarsızlıqdan irəli gələn zərərin əvəzinin ödənilməsini tələb edə bilər 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Alqı-satqı müqaviləsinin bağlanmasının zəruri şərtlərindən biri də Mülki Məcəllənin 572-ci maddəsinə uyğun olaraq satıcının alıcıya üçüncü şəxslərin hüquqlarından azad surətdə olan əşyanın verilməsidir. Əqdin etibarlılığı üçün qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. İş materiallarından aydın olur ki, iddiaçının iddianı təmin etmə tədbirinə dair ərizəsinə əsasən Bakı Şəhər Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(005)-2641 saylı qərardadı ilə həmin mənzillərin özgəninkiləşdirilməsinin qadağan olunmasına, xx xxxxxx 2020-ci il tarixdə məhkəmənin hazırlıq iclasında cavabdehlər Cavabdeh2 nümayəndəsi X23 və digər Cavabdeh1 iştirak edərək bu barədə məlumatlı olmasına baxmayaraq xx xxxxxx 2020-ci il tarixdə bağlanmış AN-İ seriyalı ******* nömrəli və AN-İ seriyalı ******* nömrəli Daşınmaz Əmlakın alqı-satqı müqavilələrinə əsasən Cavabdeh2 həmin mənzilləri X31 satmışdır. Mülki Məcəllənin 337.5-ci maddəsinə uyğun olaraq, əqd etibarsız hesab olunduqda tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) isə onun dəyərini pulla ödəməlidir. Göründüyü kimi, həmin maddənin müddəaları əqdin etibarsızlığı zamanı tərəflərin hüquqi statusunun ilkin vəziyyətə qaytarılmasını, o cümlədən alıcının ödədiyi məbləğin ona qaytarılması hüququnun olduğunu ehtiva edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Nuriyev və H.Nuriyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının x xxxxxxxx 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12 iyul 2017-ci il tarixli Qərarında qeyd edilmişdir ki, məhkəmə baxışı zamanı mübahisə elə həll edilməlidir ki, iştirakçıların subyektiv hüquqlarına və qanuni maraqlarına qanuna zidd təsir göstərilməsin. Məhkəmə belə hesab edir ki, ilkin iddia üzrə iddiaçının tələbi üzrə əqdlərin etibarsızlığı Mülki Məcəllənin 337.4-cü maddəsində əqdin etibarsızlığın hüquqi nəticələrinin tətbiqini və bu əsasla hüquqi statusunun ilkin vəziyyətə qaytarılmasını zəruri edir. İlkin iddia üzrə X31 hüquqların dövlət qeydiyyatına dair çıxarışın verilməsinə əsas olmuş müqavilələr ilkin iddia üzrə iddiaçı Xumar Hakverdiyevının tələbinə əsasən etibarsız hesab olunduğundan və çıxarış ləğv edildiyindən, həmin etibarsızlığın hüquqi nəticələri kimi birləşdirilmiş iş üzrə iddiaçıya cavabdehlərin mənzildən çıxarılması ilə bağlı tələb hüqunun təmin edilməsi imkanını istisna edir. Bu səbəbdən birləşdirilmiş iş üzrə iddia təmin edilməməlidir. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, ilkin iddia qismən təmin edilməli, ünvan 1 ünvanda İ giriş 12-ci mərtəbədə yerləşən ümumi sahəsi 97 kv metr 46 saylı mənzilə və 47 saylı mənzilə dair Cavabdeh2 ilə Cavabdeh3 MMC arasında bağlanmış mənzil tikintisinə və satışına dair xx.xx.2015-ci il tarixli müqavilələr etibarsız hesab edilməli, Bakı şəhəri, Nərimanov rayonu, Qədribəyova küçəsi, məhəllə 841-842, 5 saylı evin 51 saylı mənzilinə dair Cavabdeh2 ilə X35 arasında bağlanmış xx.xx.2020-ci il tarixli ******* nömrəli və ******* nömrəli alqı-satqı müqavilələri etibarsız hesab edilməklə X22 adına həmin mənzilə dair verilmiş dövlət reyesterindən çıxarışlar ləğv edilməli, Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi, məhəllə, 841-842, 5 saylı evin 51 saylı və 52 saylı mənzillərində (yeni qaydalarla Bakı şəhəri, Nərimanov rayonu, Gülarə Qədirbəyova küçəsi, 8 M12, mənzil 1 və mənzil 2) və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4397/2018 saylı xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən X9 Cavabdeh3 MMC tərəfindən ödənilməli olan ümumi məbləğin, yəni 142320 manatın (mənzilə görə ödənilmiş 94880 manat, əldən çıxmış faydaya görə 47440 manat) 80.661 manatı məbləği pulda 2/1 hissədə İddiaçı İrizvan qızının, 2/1 hissədə isə Cavabdeh1 payları müəyyən edilməli, ilkin iddia tələbi qalan hissədə təmin edilməməli, birləşdirilmiş iş üzrə iddiaçı X22 birləşdirilmiş iş üzrə cavabdehlər X1, X10, X11 qarşı “mənzildən çıxarılma” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 127-ci maddəsinin Vİİ hissəsinə görə isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Bu prinsip Azərbaycan Respublikası MPM-nin 9-cu maddəsində də nəzərdə tutulmuşdur. Həmin maddəyə görə ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır və bu qaydaya görə işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut edir. İşə hərtərəfli baxılması məhkəmə tərəfindən qanuni və əsaslandırılmış qərarın çıxarılması, tərəflərin prosesdə fəallığı, öz mövqeyini müdafiə etmək üçün dəlillər gətirməsi, əks tərəfin sübutlarını və dəlillərini rədd etməsi üçün geniş imkanlara malik olması ilə təmin olunur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Ankerlin” işində qeyd etmişdir ki, əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin bərabərliyi onu nəzərdə tutur ki, hər bir tərəf öz sübutlarını digər tərəfin ona münasibətdə heç bir üstünlüyə malik olmadığı şəraitdə təqdim etmək üçün ağlabatan imkana malik olmalıdır. Tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi isə məhkəmələr tərəfindən həyata keçirilməlidir. Məhkəmələr üçün heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi olmamalı və onlar işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarlarının qanuniliyi və əsaslılığını təmin etməlidirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216- 220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia qismən təmin edilsin. ünvan 1 ünvanda İ giriş 12-ci mərtəbədə yerləşən ümumi sahəsi 97 kv.m olan mənzilə və həmin ünvanda 101 kv.m sahəsi olan 47 saylı mənzilə dair Cavabdeh2 ilə Cavabdeh3 MMC arasında bağlanmış mənzil tikintisinə və satışına dair xx.xx.2015-ci il tarixli müqavilələr; Bakı şəhəri, Nərimanov rayonu, Qədribəyova küçəsi, məhəllə 841-842, 5 saylı evin 51 saylı (yeni qaydalarla: Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi 8, , m 12, m1) və 52 saylı (yeni qaydalarla: Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi 8, m 12, m2) mənzilinə dair Cavabdeh2 ilə X35 arasında bağlanmış xx.xx.2020-ci il tarixli ******* nömrəli və ******* nömrəli alqı-satqı müqavilələri etibarsız hesab edilsin. X22 adına Bakı şəhəri, Nərimanov rayonu, Qədribəyova küçəsi, məhəllə 841-842, 5 saylı evin 51 saylı (Yeni qaydalarla: Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi 8, , m 12, m1) mənzilinə dair ********** qeydiyyat nömrəsi ilə xx.xx.2020-ci il tarixdə verilmiş hüquqların dövlət reyestrindən çıxarış və Bakı şəhəri, Nərimanov rayonu, Qədribəyova küçəsi, məhəllə 841- 842, 5 saylı evin 52 saylı (yeni qaydalarla: Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi 8, m 12, m 2) mənzilinə dair ********** qeydiyyat nömrəsi ilə xx.xx.2020-ci il tarixdə verilmiş hüquqların dövlət reyestrindən çıxarış ləğv edilsin. Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi, məhəllə, 841-842, 5 saylı evin 51 saylı və 52 saylı mənzillərində (yeni qaydalarla Bakı şəhəri, Nərimanov rayonu, Gülarə Qədirbəyova küçəsi, 8 M12, mənzil 1 və mənzil 2) və Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 4397/2018 saylı xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən X9 Cavabdeh3 MMC tərəfindən ödənilməli olan ümumi məbləğin, yəni 142320 manatın (mənzilə görə ödənilmiş 94880 manat, əldən çıxmış faydaya görə 47440 manat) 80.661 manatı məbləğinə pulda 2/1 hissədə İddiaçı İrizvan qızının, 2/1 hissədə isə Cavabdeh1 payları müəyyən edilsin. İlkin iddia tələbi qalan hissədə təmin edilməsin. Birləşdirilmiş iş üzrə iddiaçı X22 birləşdirilmiş iş üzrə cavabdehlər X1, X10, X11 qarşı “mənzildən çıxarılma” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Quliyev
Məhkəmə qərarları › İş №2(005)-231/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-231/2021
26.02.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver