Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-2328/2021 07.05.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məhkəmə iclasının katibi İbrahimova Ramilə Namiq qızının katibliyi, İddiaçının vəkili və nümayəndəsi-Vəkil Cavabdeh “xxxx” KB ASC-nin nünayəndəsi-X3 oglunun iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyətinə, “xxxx” X2 Səhmdar Cəmiyyətinə və maraqlı şəxs İsmayıllı rayon İcra və Probasiya Şöbəsinə qarşı “hərracın nəticəsi haqqında protokolun və hərracın yekunları üzrə əmlakın alqı-satqısı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyətinə, “xxxx” X2 Səhmdar Cəmiyyətinə və maraqlı şəxs İsmayıllı rayon İcra və Probasiya Şöbəsinə qarşı “hərracın nəticəsi haqqında protokolun və hərracın yekunları üzrə əmlakın alqı-satqısı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Cavabdeh1" MMC-nin hərracın yekunlarına dair 149 nömrəli 02 noyabr 2018-ci il tarixli protokolu və 02 noyabr 2018-ci il tarixli “hərracın yekunlarına dair əmlakın alqı-satqısı barədə müqavilənin" etibarsız hesab edilməsi, İddiaçı mülkiyyətində olan İsmayıllı şəhəri, M.F.Axundov küçəsi, dalan 4-də yerləşər 0,06 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 7 nömrəli fərdi yaşayış evinin cavabdeh “xxxx" KB ASC-nə yüklü edilməsi barədə ipoteka müqaviləsinə xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh “xxxx” KB ASC-nin nünayəndəsi X1 hazırki iddia üzrə bildirmişdir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4976/2019 saylı, 17.12.2019-cu il tarixli qətnaməsinə əsasən İddiaçı cavabdehlər Cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyətinə, “xxxx” X2 Səhmdar Cəmiyyətinə və maraqlı şəxs İsmayıllı rayon İcra və Probasiya Şöbəsinə qarşı “hərracın nəticəsi haqqında alqı-satqısı müqaviləsinin etibarsız hesab edilməsi və ipoteka müqaviləsinə xitam verilməsi” tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3698/2020 saylı, 19.08.2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhər Nərimanov rayon Məhkəməsinin 2(005)-4976/2019 saylı, 17.12.2019cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Hazırki iddia tələbi ilə bağlı qanuni qüvvəsini almış məhkəmə qətnaməsi oldugundan mülki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib və mülki iş materiallarını araşdıraraq hesab edir ki, mülki işin icraatına xitam verilməlidir. Belə ki, Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 2(005)-4976/2019 saylı, 17.12.2019-cu il tarixli qətnaməsinə əsasən İddiaçı cavabdehlər Cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyətinə, “xxxx” X2 Səhmdar Cəmiyyətinə və maraqlı şəxs İsmayıllı rayon İcra və Probasiya Şöbəsinə qarşı “hərracın nəticəsi haqqında alqı-satqısı müqaviləsinin etibarsız hesab edilməsi və ipoteka müqaviləsinə xitam verilməsi” tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3698/2020 saylı, 19.08.2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhər Nərimanov rayon Məhkəməsinin 2(005)- 4976/2019 saylı, 17.12.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir; 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyətinə, “xxxx” X2 Səhmdar Cəmiyyətinə və maraqlı şəxs İsmayıllı rayon İcra və Probasiya Şöbəsinə qarşı “hərracın nəticəsi haqqında protokolun və hərracın yekunları üzrə əmlakın alqı-satqısı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası üzrə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğundan mülki iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 261, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyətinə, “xxxx” X2 Səhmdar Cəmiyyətinə və maraqlı şəxs İsmayıllı rayon İcra və Probasiya Şöbəsinə qarşı “hərracın nəticəsi haqqında protokolun və hərracın yekunları üzrə əmlakın alqı-satqısı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki işin icraatına xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim : Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №2(005)-2328/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-2328/2021
07.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver