Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-233/2023 06.04.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ ,ŞHakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçının nümayəndəsi X5, Cavabdeh nümayəndəsi X4 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “dəymiş zərər və borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 05 sentyabr 2019-cu il tarixli MAS-1200 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 10 may 2022-ci il tarixə 1244.51 manat gecikdirilmiş əsas, 362.19 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 582.30 manat dəbbə pulu, 1204 manat dəymiş zərər, ümumilikdə 3393 manat borc və ödənilmiş 54.33 manat dövlət rüsumunun tutularaq, İddiaçı MMC-nin xeyrinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı MMC iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli MAS-1200 saylı “Daxili Lizinq müqaviləsi”-nə əsasən Cavabdeh sifarişi ilə 2019-cu il buraxılışlı, “Khazar Peugeot” minik markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı, NVAAD1HFEKH180555 ban nömrəli, qara rəngli avtomobil 13700 manat məbləğinə İddiaçı MMCnin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə əsasən Cavabdeh illik 17% hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 395,31 manat, ümumilikdə isə 18975 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 18975 manatın 13700 manatı əsas məbləğ təşkil edir. Cavabdeh müvəqqəti istifadəsinə verilmiş İddiaçı MMC-nin mülkiyyətində olan “Khazar Peugeot” minik markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobil 10 may 2022-ci il tarixdə şirkətin müvəqqəti duracağına yerləşdirilmiş və servis mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə 1204 manat məbləğində ziyan dəymişdir. Cavabdeh tərəfindən lizinq şirkətinə sonuncu ödəniş 17 yanvar 2022-ci il tarixdə 445 manat məbləğində olmuşdur. Eyni zamanda Cavabdeh 05 sentyabr 2019-cu il tarixli MAS-1200 saylı “Daxili lizinq” müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 10 may 2022-ci il tarixə 1244,51 manat gecikdirilmiş əsas, 362,19 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 582,30 manat dəbbə pulu, cəmi 2189 manat gecikmə borcu yaranmışdır. İddiaçı MMC iddia tələbinin artırılmasına dair ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 05 sentyabr 2019-cu il tarixli MAS-1200 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 10 may 2022-ci il tarixə 1244.51 manat gecikdirilmiş əsas, 362.19 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 582.30 manat dəbbə pulu, 1204 manat dəymiş zərər, inzibati xəta haqqında protokola görə ödənilmiş 1287 manat ümumilikdə 4680 manat borc və ödənilmiş 67.20 manat dövlət rüsumunun tutularaq, İddiaçı MMCnin xeyrinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı MMC-nin nümayəndəsi X7 iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X6 iddia tələbinə etiraz edərək əsas borc hissəsində iddianı qəbul etdiyini, dəymiş zərərlə isə 500 manat həddində razılaşdığını bildirmiş, iddia tələbinin qalan hissədə rədd olunmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə araşdırması zamanı tədqiq edilmiş: Cavabdeh sifarişi ilə 2019-cu il buraxılışlı, “Khazar Peugeot” minik markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı, NVAAD1HFEKH180555 ban nömrəli, qara rəngli avtomobil 13700 manat məbləğinə İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. xx.xx.2022-ci il tarixli İddiaçı MMC Servisi tərəfindən tərtib edilmiş qüsur aktına əsasən müəyyən olunmuşdur ki, lizinq obyektinə 1204 (bir min iki yüz dörd) manat məbləğində ziyan dəymişdir; xx.xx.2022-ci il tarixli İddiaçı MMC-nin Cavabdeh ünvanladığı pretenziya məktubundan görünür ki, lizinq alana borcunu ödəməsi üçün xəbərdarlıq edilmiş, əks halda məhkəməyə müraciət ediləcəyi barədə məlumat verilmişdir. xx.xx.2019-cu il tarixli Nəqliyyat vasitəsinin Qeydiyyat Şəhadətnaməsinə əsasən Khazar Peugeot minik markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı MMC-nin mülkiyyətindədir. xx.xx.2022-ci il tarixli arayışın məzmunundan görünür ki, Cavabdehnun 10 may 2022-ci il tarixə ümumilikdə 2189 (iki min bir yüz səksən doqquz) manat borcu yaranmışdır. xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən cəmi 67,20 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/9260-8/3609saylı ekspert rəyinə əsasən, (Məhkəmə yol-nəqliyyat hadisələri üzrə) yolnəqliyyat hadisələri eksperti tərəfindən nəqliyyat vasitələrinə baxış keçirilərkən onların zədələnmiş hissələrini tam həcmdə müəyyən etmək mümkün deyildir. Belə ki, nəqliyyat vasitələrində daxili zədələr, yəni xarici baxışla aşkar olunması mümkün olmayan zədələr olduğundan, nəqliyyat vasitələri ixtisaslaşdırılmış servis şəraitində təmir üzrə mütəxəssislər tərəfindən sökülmədən, müxtəlif testlər keçirilmədən onların tam şəkildə müəyyən edilməsi mümkün deyildir. Nəqliyyat vasitələrinin tam şəkildə hansı hissələrinin zədələnməsi nəqliyyat vasitələri ixtisaslaşdırılmış servis şəraitində mütəxəssislər tərəfindən sökülüb bərpa olunması zamanı müəyyən edilə bilər. Odur ki, qeyd olunan sual üzrə yol-nəqliyyat hadisələri ekspertizaları tədqiqatı aparılmır. Məhkəmə əmtəəşünaslıq ekspertizası üzrə; nəzəri hesablama yolu ilə, iş materiallarında olan İddiaçı MMC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2019-cu il buraxılışlı “Khazar Peugeot” markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 1204 manat müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər; 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur; 748-1.9-cu maddəsinə əsasən Lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, Lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır; 748-1.12-ci maddəsinə əsasən lizinq alanın lizinq obyektindən istifadə şəraiti lizinq müqaviləsinin şərtlərinə və ya lizinq obyektinin təyinatına uyğun deyilsə; lizinq alan lizinq verənin icazəsi olmadan sublizinq həyata keçirirsə; lizinq alan lizinq obyektini işlək halda saxlamırsa və bu da onun istehlak keyfiyyətlərini pisləşdirirsə; lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır; 748-2.3-cü maddəsinə əsasən Lizinq verən bu Məcəllənin 748-1.11-ci maddəsində və lizinq müqaviləsində nəzərdə tutulmuş hallarda lizinq obyektini lizinq alanın sahibliyindən və istifadəsindən geri almaq hüququna malikdir; 748-10.1-ci maddəsinə əsasən lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir; 748-10.2-ci maddəsinə əsasən lizinq ödənişlərinin məbləği, həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq bu Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir; 748-10.4-cü maddəsinə əsasən lizinq alanın lizinq ödənişlərinin verilməsi ilə bağlı öhdəlikləri, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektindən istifadəyə başladığı vaxtdan qüvvəyə minir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli MAS-1200 saylı “Daxili Lizinq müqaviləsi”-nə əsasən Cavabdeh sifarişi ilə 2019-cu il buraxılışlı, “Khazar Peugeot” minik markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı, NVAAD1HFEKH180555 ban nömrəli, qara rəngli avtomobil 13700 manat məbləğinə İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə əsasən Cavabdeh illik 17% hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 395,31 manat, ümumilikdə isə 18975 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Nəticədə cavabdeh xx.xx.2022-ci il tarixli arayışına əsasən Cavabdeh 10 may 2022-ci il tarixə 1244.51 manat gecikdirilmiş əsas, 362.19 manat gecikdirilmiş mükafat borcu yaranmışdır. Digər tərəfdən, qüsur aktına əsasən lizinq obyektinə 1204 (bir min iki yüz dörd) manat məbləğində ziyan dəyməsi müəyyən edilmişdir. Cavabdeh tərəf həmin məbləği mübahisələndirmişdir. Məhkəmə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli MAS-1200 saylı “Daxili Lizinq müqaviləsi” üzrə iddiaçı tərəfindən hesablanmış əsas, faiz və cərimə borcunu ayrı-ayrılıqda nəzərdən keçirib hesab edir ki, müqavilə üzrə iddia tələbi əsas borc və gecikdirilmiş mükafat hissəsində tam təmin edilməlidir. Məhkəmə hesab edir ki, dəbbə pulunun tutulması hissəsində dəbbə pulunun məbləği azaldılmalıdır. Qanunun mənasına görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir. Bununla yanaşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsi tərəflər arasında müəyyənləşdirilmiş dəbbə pulunun məhkəmə tərəfindən azaldılmasını nəzərdə tutmuşdur. Həmin normada istənilən dəbbə pulun deyil, yalnız tənasübsüz surətdə yüksək olan dəbbə pulun azaldılması göstərilmişdir. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə məhkəmə işin hallarını və tənasüb müəyyənləşdirilərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır. Məhkəmə işin hallarını, yəni cavabdeh tərəfindən ödənilmiş lizinq məbləğini, həmçinin aparılmış ödənişləri nəzərə alır və İddiaçı MMC-nin iddiasının xx.xx.2019-cu il tarixli MAS-1200 saylı “Daxili Lizinq müqaviləsi”nə əsasən 582.30 manat məbləğində cərimənin tutulması hissəsinə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, cərimə məbləği təyin edilərkən tənasüblük qorunmamış, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmaqla, yüksək hesablanmış dəbbə pulu azaldılmalı və Cavabdeh dəbbə pulu olaraq müqavilələrinə əsasən 30 (otuz) manat məbləğində pul tutulmalıdır. İddia tələbinin «inzibati xəta haqqında protokola görə ödənilmiş 1287 manat pulun tutulması“ hissəsində iddia tələbini əsaslı hesab etmir. Belə ki, iddiaçı tərəf 1287 manat inzibati cərimənin möcudluğuna məhkəməyə sübut təqdim etsə də, həmin məbləğlərin İddiaçı MMC tərəfindən ödənilməsinə dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir, buna görə də iddia həmin hissədə rədd olunmalıdır. Məhkəmə dövlət rüsumunun tutulmasını iddianın təmin olunmasına mütənasib olaraq müəyyən edir. Belə ki, tələb olunan 4680 manatın 2810,7 manatı təmin olunduğu halda, bu məbləğə mütənasib olaraq ödənilmiş 67.20 manat dövlət rüsumunun 40,2(qırx manat iyirmi qəpik) manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalı, qalan hissədə dövlət rüsumu iddiaçıya aid edilməlidir Habelə, məhkəmə əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq müvafiq olaraq ödənilməlidir Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2019-cu il tarixli MAS-1200 saylı “Daxili Lizinq müqaviləsi” nə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 05 sentyabr 2019-cu il tarixli MAS-1200 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 10 may 2022-ci il tarixə 1244.51 manat gecikdirilmiş əsas, 362.19 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 30 manat dəbbə pulu, 1204 manat dəymiş zərər, ümumilikdə 2810,7 manat borc və ödənilmiş 40,2 (qırx manat iyirmi qəpik) manat dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə ödənilməli, iddia qalan hissədə təmin olunmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. xx.xx.2019-cu il tarixli MAS-1200 saylı “Daxili Lizinq müqaviləsinə” əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 10 may 2022-ci il tarixə 1244.51 (bir min iki yüz qırx dörd manat əlli bir qəpik) manat gecikdirilmiş əsas, 362.19 (üç yüz altmış iki manat on doqquz qəpik) manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 30 (otuz) manat dəbbə pulu, 1204 (bir min iki yüz dörd) manat dəymiş zərər, ümumilikdə 2810,7 (iki min səkkiz yüz on manat yetmiş qəpik) manat borc və ödənilmiş 40,2 (qırx manat iyirmi qəpik) manat dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilsin. Keçirilmiş məhkəmə əmtəəşünaslıq ekspertizası xərci olaraq 50 (əlli) manat Cavabdeh tutularaq Azərbaycan Respublikasi Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasi Mərkəzinin (VÖEN **********, AZ34CTRE********************, X3, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22) hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-233/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-233/2023
06.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver