Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-2335/2022 23.06.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil, Cavabdeh3 MMC-nin nümayəndəsi Nümayəndə1 iştirakları ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 MMC-yə qarşı “mənzillərin təhvil verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçılar İddiaçı2 və İddiaçı1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Y.V.Çəmənzəminli 16 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının 2-ci blok, 13-cü mərtəbəsində olan, ümumi sahəsi 81,3 və 128,8 kv.m, 2 və 3 taqlı, 97 və 98 saylı mənzillərin təsisçi payı olduğunu nəzərə alaraq, cavabdehlərdən alınaraq, iddiaçılara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil isə hazırkı iddia tələbi üzrə artıq qanuni qüvvəsini almış məhkəmə aktı olduğundan iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, iddia ərizəsini habelə mülki işin sənədlərini nəzərdən keçirib hesab edir ki, mülki işin icraatına xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 oktyabr 2019-cu il tarixli, 2(005)-3755/2019 nömrəli qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh3 MMC ilə İddiaçı1 arasında bağlanmış 07 may 2012-ci il tarixli, 117 saylı müqavilənin ləğv edilməsi, ünvan 2 ünvanında yerləşən çoxmənzilli yaşayış binasının 2-ci blok 13-cü mərtəbəsində olan, ümumi sahəsi 81,3 kv.m və 128,8 kv.m olan, 2 və 3 otaqlı, 97 və 98 saylı mənzillərin boşaldılaraq Cavabdeh3 MMC-yə geri qaytarılması qət edilmişdir. Həmin qətnamədən verilmiş apellyasiya və kassasiya şikayətləri verilmiş və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı qəbul edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 oktyabr 2019-cu il tarixli qətnaməsi qanuni qüvvəsini almış və hazırda qətnamə icra mərhələsindədir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər; 170.2-ci maddəsinə əsasən işin məhkəmə baxışına hazırlanmasının dayandırılması və ya xitam verilməsi zamanı hakim qərardad çıxarır; 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraatın xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Göründüyü kimi iddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 MMC-yə qarşı “mənzillərin təhvil verilməsi” tələbinə dair mübahisə üzrə məhkəmənin qanuni qüvvəsini almış qətnaməsi mövcuddur. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı cavabdehə qarşı hazırkı tələbində yeni əsaslar mövcud deyil, eyni zamanda iş materialları ilə müəyyən edilir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 oktyabr 2019-cu il tarixli qətnaməsi icra mərhələsindədir, Cavabdeh3 MMC ilə İddiaçı1 arasında bağlanmış 07 may 2012-ci il tarixli, 117 saylı müqavilənin ləğv edilməsi, ünvan 2 ünvanında yerləşən çoxmənzilli yaşayış binasının 2-ci blok 13-cü mərtəbəsində olan, ümumi sahəsi 81,3 kv.m və 128,8 kv.m olan, 2 və 3 otaqlı, 97 və 98 saylı mənzillərin boşaldılaraq Cavabdeh3 MMC-yə geri qaytarılması hissəsinin icrası bugünədək baş tutmamışdır. Belə olan halda, iddiaçı hazırkı iddia tələbini irəli sürə bilməz. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 MMC-yə qarşı “mənzillərin təhvil verilməsi” tələbinə dair iddiasına artıq məhkəmə tərəfindən baxılmaqla məhkəmə aktı qəbul edildiyindən və iş üzrə yeni əsaslar mövcud olmadığından həmin məhkəmə aktı qanuni qüvvəsini aldığından, hazırki iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261-ci, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 MMC-yə qarşı “mənzillərin təhvil verilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhər Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-2335/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-2335/2022
23.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver